İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    "Əl-Mizan” təfsirində müxtəlif qövm və millətlərin əqidələri, ərini əldən vermiş qadınlar haqqında məlumat verilmişdir. Təfsirdə oxuyuruq: Bəzi qövmlər belə bir əqidədə olmuşlar ki, ər öldükdən sonra qadını diri-diri yandırsınlar. Bəzilərinin əqidəsinə görə isə qadın əri ilə birlikdə torpaqda diri dəfn olunmalı idi. Bəzi qövmlər yenidən izdivacı həmişəlik qadağan sayırdılar. Bəziləri isə növbəti izdivaca qədər bir il və ya doqquz ay gözləməyi zəruri bilirdilər.
    Bəziləri belə bir əqidədə idilər ki, qadın ərin vəsiyyətnaməsində göstərilmiş müddətə qədər ərə gedə bilməz. Bir başqaları ər ölən kimi yenidən izdivacı caiz sayırdılar. Bu əqidələrdəki ifrat və təfrit açıq-aşkar diqqəti cəlb edir. İslam isə öz baxışını belə bəyan etdi: Qadın iddə müddətini gözlədikdən sonra ləyaqət və yaxşılıq çərçivəsində istədiyi kişiyə ərə gedə bilər.
    Ərin ölümündən sonrakı dörd ay on günlük iddə müddətində qadının hamilə olub-olmadığı bilinir. Bundan əlavə, əri ölən kimi izdivac edən qadın qohum-əqrəbanın narahatlığına səbəb olur.
    Əlbəttə ki, yuxarıda deyilənlər hamilə olmayan qadınlar üçündür. Hamilə qadınlar isə bətnindəki körpəni doğanadək iddə gözləməlidirlər.
    Quran izdivacla bağlı bir çox məqamlarda "məruf” sözünü işlədir. Bu sözdən görünür ki, bütün qərarlar ağıl və şəriət əsasında çıxarılmalıdır.
    Bildirişlər
    1. Ölüm yox olmaq deyil. Ölüm ruhun kamil şəkildə cisimdən ayrılmasıdır. "Təvəffi” sözü tam almaq mənasını bildirir.
    2. Qadın əri öldükdən dərhal sonra yeni ailə qura bilməz.
    3. Ərin adamları dul qadının qərarlarına müdaxilə edə bilməz.
    4. Bütün işlərimizin və qərarlarımızın Allahın nəzərində olmasına iman təqvanın ən möhkəm dayağıdır.
    235. وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاء أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ عَلِمَ اللّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـكِن لاَّ تُوَاعِدُوهُنَّ سِرًّا إِلاَّ أَن تَقُولُواْ قَوْلاً مَّعْرُوفًا وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ
    "(Əri ölmüş qadınlara) kinayə və bir işarə ilə elçiliyi bildirmək və ya onu ürəkdə saxlamağın günahı yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Onlarla bəyənilmiş şəkildə danışın, amma gizlində vədələşməyin. Müəyyən olmuş müddət başa çatmayınca, onlarla izdivac etməyin. Bilin ki, Allah qəlbinizdə olanları bilir. Ondan çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir.”
    Nöqtələr
    "Ərrəztum” üstüörtülü danışıq, "xitbət” isə elçilik mənasındadır. Bu ayədə iddə zamanı izdivac etmək istəyinin izharı üçün maneə olmadığı bildirilir. Bir şərtlə ki, aşkar yox, kinayə ilə olsun. Burada "qovli-məruf” (şüurlu məsləhət) odur ki, elçilik istəyinin izhar üsulu itki vermiş qadına və ictimai ədəbə uyğun olsun. Məsələn, belə demək olar: Allah ərinizə rəhmət etsin və sizə səbir versin. Siz əriniz kimi layiqli adamlarla yenə ailə qura bilərsiniz.
    Bildirişlər
    1. İslam fitri bir dindir və insanın izdivac meyli də fitridir. Ona görə də İslam hətta iddə müddətində kinayə yolu ilə, hisslərə toxunmamaqla bu istəyin bəyanına icazə verir.
    2. Nəfs istəklərinə və həyəcanlarına diqqətli olun. İstəkləri boğmaq əvəzinə gənclərə yol göstərib xəbərdarlıq edin.
    3. Təkliflərin proqramlaşdırılmasında zaman və halı nəzərə almaq əsas məsələdir. İddə dövründə hüznlü qadına elçilik ədəbsizlik, kobudluqdur.
    4. Qəlbində olanlardan Allahın xəbərdarlığını bilən kəs təqva yolunu seçər.
    5. Bütün hallarda, xüsusi ilə ailə məsələlərində təqva sifariş olunmuşdur.
    6. Allah Öz helmi ilə sizin səbirsizliyinizi aradan qaldırır. Siz o qədər tələsirsiniz ki, ərini itirmiş hüznlü qadının elçiliyinə tələsirsiniz. Allah isə Öz helmi ilə bu işi sizin üçün qadağan etməmişdir.
    7. Xəbərdarlıq etdikdən sonra geri qayıdış üçün şərait yaradın.
    236. لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ
    "Əgər qadınlara yaxınlıq və ya talaq mehrini təyin etməzdən əvvəl boşansanız, sizin üçün günah yoxdur. Amma onları (münasib hədiyyələrlə) bəhrələndirin. Kimin gücü varsa, gücü həddində, yoxsul olan isə imkanı qədərində (verənin və alanın halına münasib). Bu iş yaxşı əməl sahibləri üçün layiqlidir.”
    Nöqtələr
    Bəziləri elə güman edirdilər ki, yaxınlıq və mehriyyə təyinindən qabaq talaq vermək düzgün deyil. Bu ayə düşüncələrin islahı ilə yanaşı hədiyyə məsələsini də yada salır.
    Bildirişlər
    1. Boşanma da xeyirxahlıq və yaxşılıq fəzasında olmalıdır.
    2. Sözdə iffət də bir dəyərdir. Allah yaxınlıq məsələsini xüsusi bir tərzdə ifadə edir:
    3. Mehriyyənin təyini və ödənməsi kişiyə vacibdir.
    4. Talağın acılığını hədiyyə vasitəsi ilə aradan qaldırın. Yaxınlıq baş verməmiş olsa da, talaq qadın üçün psixoloji bir sıxıntıdır. Bu sıxıntını ehsan və layiqli hədiyyə vasitəsi ilə aradan qaldırmaq lazımdır.
    5. İzdivac əqdinin müqəddəsliyi və hörməti var. Yaxınlıq baş verməsə də, əqd siğəsinin icrası ayrılıq zamanı qadına münasib hədiyyə almaq haqqı verir.
    6. Qadın və kişi tərəfindən insaf və ədalətin qorunması nəzərə alınır. Qadının sarsıntısı hədiyyə vasitəsi ilə aradan qaldırıldığı kimi, kişi də hədiyyə səbəbindən sıxıntıya düşməməlidir. Hər kəs öz gücü həddində bu işi görməlidir.
    7. Ailə qarşısında kişinin vəzifəsi onun gücü qədərdir.
    8. Həyat yoldaşının ictimai şəninə hörmət lazımdır. Ayədəki "məruf” sözü hədiyyə verilməsində elin adəti və ictimai məsələlərə riayət olunmasını tələb edir.
    9. Ailə həyatında ifrat və təfritdən çəkinin.
    10. Həyat yoldaşına hədiyyə xeyir əməl sahiblərinin nişanəsidir.
    11. Mal hədiyyəsi pul hədiyyəsindən üstündür. Ayədəki "məta” sözü hədiyyənin pul yox, maldan olmasını önə çəkir.
    12. Ər öz arvadına verdiyi hədiyyəni ağır yük, bac, sədəqə saymamalıdır. Bu bir növ qadının kişi boynundakı haqqıdır.
    13. Əxlaq ilahi hökmlərin dayağıdır.
    237. وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
    "Mehriyyə təyin etdiyiniz qadınları onlarla yaxınlıq etməmiş boşasanız, təyin etdiyinizin yarısını onlara verin. Onlar (öz haqlarını) bağışlasalar bu ayrı. Ya da izdivac əqdi əlində olan kəs onu bağışlasın. Əgər bağışlasanız, (onların bütün mehrini ödəsəniz), bu iş təqvaya daha yaxındır. Öz aranızda yaxşılığı unutmayın ki, həqiqətən, Allah etdiyiniz işləri görəndir.”
    Bildirişlər
    1. Ailə məsələləri haqqında söhbət zamanı sözün iffətini qoruyun.
    2. Mehriyyənin təyini və ödənməsi kişiyə vacibdir.
    3. Bağışlama və güzəşt həm qadın, həm də kişi tərəfindən bəyənilmişdir. Ya qadın mehriyyənin yarısını bağışlasın, ya da kişi bütün mehriyyəni.
    4. Qadının izdivac icazəsi onun böyüklərinin ixtiyarındadır.
    5. Bağışlayanlar təqvaya daha yaxındırlar.
    6. Talaq əfv və fəzlsiz olmamalıdır.
    7. Talaqda əxlaqi məsələlər və insani kəramətlər unudulmamalıdır.
    238. حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ
    "Bütün namazların, xüsusi ilə orta namazın yerinə yetirilməsinə diqqətli olun və Allah üçün müti halda ayağa qalxın.”
    Nöqtələr
    "Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şəninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir.
    Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqtisadi və hüquqi məsələləri insanı namaza diqqətsiz etməsin.
    Hər bir şeyin qorunması onun özünə münasib olmalıdır. Mal oğrudan, bədən mikrobdan, ruh hərislik, həsəd, təkəbbür kimi əxlaqi bəlalardan, övlad pis dostdan qorunmalıdır. Bəs namaz necə qorunur? Namazı hifz etmək üçün onun sirləri ilə tanışlıq, onu vaxtında və düzgün yerinə yetirmək, namazın hökm və qaydalarını öyrənmək, ibadət mərkəzlərini qorumaq və diqqətli olmaq lazımdır.
    Hədisdə oxuyuruq: Namaz bəzilərinə deyər: "Məni zay etdin, Allah səni zay etsin.” Digər bir qrupa deyər: "Məni hifz etdin, Allah səni hifz etsin.”("Təfsiri-nümunə”, c. 2, s. 148; "Nurus-səqəleyn”, c. 2, s. 239.)
    Bildirişlər
    1. Namaz davamlı şəkildə qılınmalıdır.
    2. Namazın hifzinə bütün xalq məsuldur.
    3. Namazı camaatla qılın.
    4. Harada səhlənkarlıq və qəflət daha çox hiss olunursa, orada daha çox diqqətli olmalıyıq.
    5. Namaz çox diqqətlə, sevinclə, mərifətlə və ixlasla qılınmalıdır.
    6. İnsan varlıq nizamı ilə həmahəng olmalıdır. Quran varlıq haqqında buyurur: "Göylərdə və yerdə olanlar bütünlüklə Onundur. Hamı Ona boyun əyir.”("Təfsiri-Ətyəbul-bəyan”. ) Əgər insan boyun əyməzsə, varlıq aləmində başqa rəngdə görünər.
    7. Namazın dəyəri ondakı xüzu ilə ölçülür.
    239. فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا فَإِذَا أَمِنتُمْ فَاذْكُرُواْ اللّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ
    "Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.”
    Nöqtələr
    Quranda bəzən "səlat” yerinə "zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: "Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: "Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır.
    Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.
    Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.
    Hədislərdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bəzi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs imam Kazimdən (ə) soruşdu: "Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa nə edək?” Həzrət buyurdu: "Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın.” Hətta arxanız qibləyə olsa da!”("Kafi”, c. 6, s. 105. )
    Bildirişlər
    1. Namaz heç bir halda insanın boynundan götürülmür.
    2. İslamda çətinlik və sıxıntı yoxdur. Bədəni aram saxlamağa, üzü qibləyə dayanmağa şərait olmadıqda və digər şərtlər ödənmədikdə, qayda əsasında namaz qılmaq vacib olmur.
    3. Namaz nemətlərə şükürdür.
    4. İnsan bir çox bilmədiyi məsələləri təcrübədə əldə edə bilər. Bəzi məlumatlar isə yalnız və yalnız vəhy yolu ilə əldə oluna bilər.
    240. وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ
    "Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.”
    Nöqtələr
    Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yəni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.
    Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yəni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.("Təfsiri-Ruhul-Məani”. )
    Bildirişlər
    1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
    2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
    3. Dul qadının gələcəyi təmin olunmalıdır.
    4. Qadın yeni ər seçimində ağıllı, şəri və məsləhətli qərar çıxarmalıdır.
    5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.
    241. وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ
    "Təqvalı kişilər üçün boşanmış qadınlarını bəhrəyə çatdırmaq yaxşıdır.”
    242. كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
    "Allah Öz ayələrini sizin üçün belə aşkar edir. Bəlkə düşünəsiniz.”
    Nöqtələr
    Əvvəlki ayələrdə boşanmış qadınlara mehriyyənin ödənməsi üsulu istər yaxınlıqdan qabaq, istərsə də yaxınlıqdan sonrakı hallar üçün bəyan olundu. Ayə o şəxslər haqqındadır ki, əqd zamanı onların mehriyyəsi müəyyənləşdirilməyib və yaxınlıqdan qabaq talaq verilib. Ya da ayə boşanmanın bütün halları üçün əxlaqi bir tövsiyədir. Yəni tam və ya yarı mehriyyənin ödənməsindən əlavə, qadının iztirablarının aradan qaldırılması üçün kişi tərəfindən hədiyyə verilməsi nəzərdə tutulur.
    Əlbəttə ki, bu, əxlaqi və müstəhəb bir göstərişdir. Təqva sahibləri, pəhrizkarlar buna riayət etsələr yaxşıdır.
    Beləcə, 236-237-ci və hazırkı ayələrdə boşanmış qadınların hüquqları və hisslərinə İslamın xüsusi diqqətini müşahidə etmək olur.
    İmam Hüseyn (ə) boşadığı bir qadına kəniz hədiyyə etdi.("Nəhcül-bəlağə” x. 183. )
    Bildirişlər
    1. Boşanmış qadınlarla rəftarda təqvalı olmaq lazımdır.
    2. Kini aradan qaldırmaq kimi təsəlli roluna malik hədiyyə verilməsi təqvalıların nişanəsidir.
    3. İlahi hökmlərin və göstərişlərin faydasını anlamaq üçün onlar haqqında düşünmək lazımdır.
    243. أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ
    "Minlərcə sayda olduqları halda ölüm qorxusundan öz evlərini qoyub qaçan kəsləri görmədinmi? Allah onlara buyurdu: "Ölün!” (Onlar öldülər.) Sonra onları diriltdi (gələcəkdəkilərə ibrət olsun deyə.) Həqiqətən, Allah xalqa ehsan edir. Amma xalqın çoxu şükür etməz.”
    Nöqtələr
    Bu ayənin nazil olma şəni haqqında deyilir ki, Şam vilayətinin şəhərlərindən birində yetmiş minlik bir cəmiyyət yaşayırdı. Qəfil taun xəstəliyi böyük bir sürətlə bu cəmiyyəti məhv etdi. Bu cəmiyyətin imkanlıları xəstəlikdən yaxa qurtarmaq fikri ilə şəhərdən çıxsalar da, Allah onları çıxdıqları biyabandaca həmin xəstəliklə məhv etdi.
    Bəzi rəvayətlərdən məlum olur ki, şəhəri bürümüş xəstəlik cəza olaraq göndərilmişdir. Çünki həmin cəmiyyətdəki rəhbər xalqdan şəhərdən xaric olub cihada hazırlaşmasını istədikdə onlar müharibə ərazisində taun xəstəliyi olduğunu bəhanə gətirib savaşdan imtina etmişdilər. Allah da onları döyüşdən qaçmaq üçün bəhanə gətirdikləri bəlaya mübtəla etdi.
    Bəzi təfsir və rəvayətlərdə bildirilir: Bəni-İsrail peyğəmbərlərindən olan Hezqil Nəbi həmin ərazidən ötərkən Allahdan bu insanların dirilməsini istədi. Allah onun duasını qəbul etdi və həmin insanlar yenidən həyata qayıtdılar. Əlbəttə ki, Allahın bu lütfü gələcək nəsillər üçün bir ibrət idi. İnsanlar bu barədə düşünməli və şükür etməlidirlər.
    "Əl-Mənar” təfsirinin müəllifi ayədəki ölüm və həyat ifadələrinin simvolik məna daşıdığını bildirmişdir. O, ölümü istiqlalın əldən verilməsi, həyatı isə yenidən istiqlal əldə olunması kimi təfsir etmişdir.
    "Əl-Mizan” təfsirinin müəllifi isə bu baxışı tənqid edərək buyurur: Ayələrin zahirinə etiqad lazımdır. Əks təqdirdə Qurandakı bütün möcüzələr və xariqüladə işlər başqa mənalara yozulasıdır.
    Şükür təkcə dillə həyata keçmədiyindən və hər bir nemətin öz yerində istifadə edilməsi əsl şükür olduğundan insanların əksəriyyəti həqiqi şükür edən sayılmır.
    Əgər Quranda buyurulsaydı ki, "onların əksəri şükür edən deyil” biz ayəni həmin qövmə aid edə bilərdik. Amma Quranda "xalqın əksəri şükür edən deyil” - buyurulmuşdur. Bu isə bütün əsrlərdə bütün insanların həqiqi şükür edən olmamasını göstərir.
    Şiə etiqadına əsasən, qiyamətdən qabaq bir dəstə insanın yenidən dirilməsi, yəni rəcət həqiqətdir. Yüzlərlə hədislərdən əlavə, bu ayə kimi bir sıra ayələr də rəcət məsələsinin mümkünlüyünü göstərir.
    Bildirişlər
    1. Tarixə nəzər salaq və ondan öyrənək.
    2. Tarixdən öyrənilən ən mühüm dərs tarixi şəxsiyyətlərin, qəbilələrin və məntəqələrin adı yox, yüksəliş və süqut amilləridir.
    3. Allahın iradəsi olan yerdən qaçmaq faydasızdır.
    4. Allah elə bu dünyada dəfələrlə ölüləri diriltmişdir.
    5. Eniş və yoxuş, ölüm və həyat - hər biri ilahi lütf və fəzlin nümunələridir.
    244. وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ
    "Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.”
    Nöqtələr
    Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.
    Bildirişlər
    1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.
    2. Allah yolunda savaş həyat nemətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.
    3. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.
    4. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.
    245. مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ
    "Kimdir Allaha yaxşı bir borc verən ki, Allah da onun əvəzini neçə qat artırsın? Allah (bəndələrinin ruzisini) məhdudlaşdırar, genişləndirər. Siz Ona doğru qaytarılarsınız.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 883 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024