İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    Müxtəlif təfsirlərdə bildirilmişdir ki, insanları cihada təşviq edən ötən ayənin ardınca gələn bu ayə möminləri infaq və borc verməyə rəğbətləndirir. Cəmiyyətin əmin-amanlığı və hifzi üçün cihad və xalisanə təlaşa ehtiyac olduğu kimi, məhrumların təmini və cihad vasitələrinin tədarükü üçün də maddi yardımlara ehtiyac var.
    Allaha borc vermək mövzusu Quranda yeddi dəfə zikr olunmuşdur. "Məcməul-bəyan” təfsirində qərzül-həsənə, yəni bəyənilmiş borca aid şərtlər bəyan olunmuşdur: Halal maldan olsun, sağlam maldan olsun, zəruri məsrəf üçün olsun, minnətsiz olsun, riyasız olsun, məxfi şəkildə olsun, eşq və isarla ödənsin, dərhal çatdırılsın, borc verən bu tövfiqə görə Allaha şükür etsin, borc alanın şəxsiyyəti qorunsun.
    "Qərz” sözü ərəb dilində kəsmək mənasını verir. Borc ona görə qərz adlandırılır ki, mal-mülkün bir hissəsi yenidən qaytarılmaq şərti ilə kəsilib başqasına verilir. "Bəst” sözü açılış və büsat mənasındadır. "Büsat” yer üzündə sərilmişə deyilər.
    Cihad bəzən əvvəlki ayələrdə buyurulduğu kimi canla olur, bəzən isə bu ayədə qeyd olunduğu kimi mal-mülklə.
    "Kəsir” sözünün "əzaf” sözü ilə yanaşı işlədilməsi böyük mükafata işarədir. "Yuzaifə” forması isə mübaliğə, artım rəmzidir.("Təfsiri-Ruhul-bəyan c. 1, s. 381. )
    "Allaha borc” təbiri qərzül-həsənə mükafatının Allahın öhdəsində olduğunu göstərir.
    Allaha borc verilməsi əmrinin müqabilində soruşulur ki, kimdir Allaha elə bir borc verən? Məqsəd, xalqın ikrah və məcburiyyət hiss etməməsidir. Əksinə, başqalarına rəğbət və istəklə borc verilsin. İnsanda mənfəət umacağı olduğundan Allah bu yolla insanı borc verməyə həvəsləndirir:
    Ayədə xalqa borc əvəzinə Allaha borc ifadəsi işlədilir. Bu sayaq təbir fəqirlərdə belə bir hiss yaradır ki, Allah Özünü onların yerinə qoymuşdur və bu onların qəlbindəki zəifliyi aradan qaldırır.
    Bütün vücudumuz və bütün olanlarımız Allaha məxsus olsa da, Allah bəzən Özünü müştəri, bəzən isə borc alan kimi tanıtdırır. Allah bununla bizi təşviq edir. Həzrət Əli (ə) buyurmuşdur: "Göylərin və yerin qüvvələri Allahındır. Borc ayəsi sizin imtahanınız üçündür.”("Bihar”, c. 100, s. 138. )
    İmam Kazim (ə) buyurur: "Allaha borcun nümunələrindən biri məsum imama iqtisadi köməkdir.”(Bax: "Nəml”,89; "Ənam”, 160. )
    Ayədə sıxıntı və genişlənmə Allaha aid edilsə də, rəvayətlərdə belə oxuyuruq:
    Hər kəs xalqa qarşı əliaçıq olsa, Allah da onun üçün genişləndirər. Hər kəs xalqa qarşı xəsislik etsə, Allah onu sıxıntıya salar.”
    Rəvayətlərdə qərzül-həsənənin mükafatı on səkkiz qat, sədəqənin mükafatı isə on qat göstərilir.("Təfsiri-əl-Mizan”, c. 2, s. 310. )
    "Hər kəs xeyir iş gətirsə, ondan da yaxşısını əvəz alar,” ayəsi nazil olan zaman həzrət Peyğəmbər (s) Allahdan bu mükafatı artırmasını istədi. Belə bir ayə nazil oldu: On qat verilmiş olar.”("Ali-İmran”, 181. )Həzrət Peyğəmbər (s) bir dəfə də Allaha ağız açdı və hiss etdi ki, Allahın müəyyənləşdirdiyi artım saya gəlmir.”("Münafiqun”, 7. )
    Borc verənlərin mükafatı həm bu dünyada, həm də axirətə aiddir. Ayədən belə görünür ki, qiyamət hesabı dünya mükafatlarından ayrıdır.
    Pislik təliminin və yanlış dərk etmənin qarşısı alınmalıdır. Əgər əvvəlki ayədə Allah xoş bir dillə borc istəyirsə, onun ardınca buyurur: "Nəbadə, yəhudilər kimi Allahın fəqirliyini düşünən olsun.(Tövrat, "Səfəre-xuruc”, f. 37. ) Eləcə də, bilməliyik ki, Allahın borc tələbi insanın inkişafı üçündür. Allah Özü hər nədən ehtiyacsızdır. Münafiqlər dedilər: Müsəlmanlara infaq etməyin, qoy peyğəmbərin ətrafından dağılsınlar... Quran onların cavabında buyurdu: Bu nə etiqaddır? Məgər bilmirlərmi ki, göylərin və yerin xəzinələri Allahın əlindədir?!("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 251. )
    Bildirişlər
    1. Allahın bəndələrinə yardım Allaha yardımdır.
    2. İnsanları xeyir işə həvəsləndirmək üçün təşviq lazımdır.
    3. Əgər rifah və sıxıntının Allahın əlində olduğuna inansaq, rahatca infaq edərik.
    4. Əgər bilsək ki, Allaha doğru qayıdacağıq və bütün verdiklərimizi geri alacağıq, rahatca infaq edərik.
    246. أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
    "Bəni-İsrail böyüklərindən olan o dəstəni görmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: "Bizim üçün bir başçı seç, Allah yolunda savaşaq.” O dedi: "Ehtimal edirsinizmi ki, əgər sizə savaş əmri verilsə, (itaətdən çıxıb) cihad etməyəcəksiniz? Dedilər: "Necə olar ki, Allah yolunda savaşmayaq? Bir halda ki, evlərimizdən və övladlarımızdan ayrılmışıq?” Elə ki, onlara savaş əmri verildi, kiçik bir hissəsi istisna olmaqla, boyun qaçırdılar. Allah zalımlardan xəbərdardır.”
    Nöqtələr
    "Mələ” sözü heybəti gözləri və sinələri tutmuş böyüklər, ağalar mənasını bildirir.
    Bəni-İsrail həzrət Musadan sonra qanunu pozmaq, rifah axtarmaq xatirinə yenidən zalım hakimlərin hökmü altına düşdü. Onlar öz azadlıqlarını və torpaqlarını əldən verdilər. Onlar avaralıqdan qurtarmaq və zalım hakimlərin boyunduruğundan xilas olmaq üçün mübarizə qərarına gəldilər. Öz peyğəmbərləri Eşmuyeldən Tağutla mübarizə üçün başçı istədilər. Bütün bu iddialarına baxmayaraq göstəriş verilən zaman əksəri döyüş meydanına arxa çevirib, əmrdən boyun qaçırdı.
    Bildirişlər
    1. Müsəlmanlar Bəni-İsrailin tarixinə diqqətlə nəzər salmalı və ibrət götürməlidirlər.
    2. İlahi rəhbərin mövcudluğu pərakəndəliyin, avaralığın və zülmə təslimçiliyin qarşısını alır.
    3. Bəzi peyğəmbərlərin risaləti xalqın yalnız bir hissəsinə aid olmuşdur.
    4. Hərbi komandan səmavi rəhbər tərəfindən seçilməli və təyin olunmalıdır. Demək, din siyasətdən ayrı deyil.
    5. Müvəffəqiyyətli savaş üçün layiqli komandan lazımdır.
    6. Zalım hakimlərdən xilas olmaq üçün ilahi peyğəmbərlərə sığınmaq lazımdır.
    7. İslah təklifi verənlərdən öhdəçilik alınmalıdır.
    8. Rəhbər uzaqgörən olmalıdır. O, xalqın öz əhdini sındırması və məsuliyyətdən qaçmasını ehtimal etməlidir.
    9. Zülmdən yaxa qurtarmaq və vətənin müdafiəsi üçün aparılan cihad Allah yolunda cihaddır.
    10. Çətinliklərin meydana çıxması azadlıq hərəkatı səbəbidir.
    11. Mübarizə meydanı iddialı insanların qiymətləndirilmə vasitəsidir.
    Xoş olar, işdi məhək aləti gəlsə araya,
    Qatqılı üzləri döndərməlidir ol qaraya.
    12. Əhdi pozanlar və əməlsiz şüarçılar zalımdırlar.
    13. Allah agahdırsa, bir bu qədər pərdələnmə nə üçündür?!
    247. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
    "Peyğəmbərləri onlara dedi: "Həqiqətən, Allah Talutu sizə hakimlik üçün məbus etmişdir.” Dedilər: "O bizə necə hakim ola bilər ki, biz ondan daha layiqli rəhbərik və ona çoxlu sərvət verilməyib?” Peyğəmbərləri dedi: "Allah onu sizin üçün seçmiş, elm və cisim gücünü artırmışdır. Allah öz mülkünü istədiyinə verər. Allahın (ehsanı) genişdir və O (bəndələrinin ləyaqətindən) xəbərdardır.”
    Nöqtələr
    "Vase” sözü Allahın ehtiyacsız olduğunu və istənilən bir bəxşişə qadir olduğunu bildirir.
    Bəni-İsrailin öz peyğəmbərlərinə savaşa rəhbərlik üçün hərbi komandan istəməsinə baxmayaraq, onların bu istəyinə cavab verildikdə bəhanə gətirib dedilər: Talut hara, hakimiyyət hara?” Məlum olur ki, Talut onlara hərbi komandan olmaqdan əlavə, hakim də təyin edilmişdir. Bəni-İsrail öz peyğəmbərlərindən savaş üçün başçı istəsə də, gənc, fəqir, adsız-sansız Talut başçı təyin olunduqda dedi: "Şöhrəti və sərvəti olmadığı halda, o bizə necə komandanlıq edər? Biz öz sərvətimiz və imkanlarımız baxımından ondan daha layiqik!”
    Peyğəmbər onların bəhanələrini eşidib buyurdu: "Şübhəsiz ki, Allah onu sizin üçün seçmişdir. Və onun savaşa başçılıq üçün elmi, fiziki və digər imkanları vardır. Allah istədiyi kəsə ləyaqəti, gizli istedadları xatirinə başçılıq verər.
    Bəli, Allahın bir nəzəri daşı cəvahirə döndərər. Onun baxışı bərəkətindən tikan gül olar, fəqir isə hakim! Məgər qoyunlarını itirmiş bir çoban hakimlik ləyaqətinə malikdirmi? Rəvayətdə deyilir: Talut itmiş qoyunları axtararaq şəhərə üz tutmuş bir çoban idi. O, peyğəmbərin xidmətinə gəldi. Allah Öz peyğəmbərinə vəhy etdi ki, bu çobanın başçılıq ləyaqəti var və onu xalqa təqdim etsin.
    Bəlkə də ayədəki "bəstətən fil-ilmi” cümləsi Talutun əhatəli elminə işarədir. Yəni o bir çox elmlərdə geniş məlumata malik olmuşdur.
    Bildirişlər
    1. Peyğəmbərlər vəhy əsasında öz canişinlərini seçirlər.
    2. Allahın təyin etdiyi rəhbərlik xalqın xeyrinədir.
    3. Azadlıq və qurtuluş arzusundasınızsa, ilahi rəhbəri qəbul etməlisiniz.
    4. Din siyasətdən ayrı deyil. Peyğəmbərlər hərbi məsələlərə bilavasitə müdaxilə etmiş və hərbi komandanların təyinatı ilə məşğul olmuşlar.
    5. Ad-sansız və fəqir insanların gizli istedadlarından qəflətdə qalmayın.
    6. Həqiqi iman nişanəsi Allaha və Onun rəsuluna təslimçilikdir. Bəni-İsrail öz yanlış düşüncəsi səbəbindən təslim olmadı.
    7. Bizim ilahi rəhbərlə rəftar qaydamız ilahi imtahanlardan biridir.
    8. İnsanın özünü üstün tutması məhkum edilir. (Necə ki, şeytan "Əraf” surəsinin on ikinci ayəsində "ənə xəyrun minhu” deməklə özünü üstün tutdu.)
    9. Ad-san, vəzifə, şəhərdə yaşamaq üstünlük nişanəsi deyil. Bu ayədə var-dövləti, vəzifəni üstünlük meyarı sayanlar tənqid olunmuşdur.
    10. İlahi seçim boş-boş şeylərə yox, ləyaqətə əsaslanır.
    11. Elmi və fiziki qüdrət qoşun başçılığının iki zəruri şərtidir.
    12. Elmi qüdrət fiziki qüdrətdən də mühümdür. Əvvəlcə elm, sonra cisim sözü gəlmişdir.
    13. Seçim zamanı daha elmli olmaq əsas məsələdir.
    14. Rəhbər, müdir öz işçilərinə diqqətlə yanaşmalı, işinin və seçiminin dəlillərini bəyan etməli, şübhələri aradan qaldırmalıdır. Onlar deməlidirlər ki, hansı işi görüb-görməmək öz haqlarıdır. Peyğəmbər Talutun seçim dəlili kimi onun elmi və cismi gücünü bəyan etdi.
    15. İlahi lütf nə fəqirlik və ad-sansızlıqdan, nə də sərvət və şöhrətdən asılıdır.
    16. Xalqın əksər etirazlarının səbəbi onların dar baxışlı və dar düşüncəli olmasıdır. Allahın elmi isə nəhayətsiz və qeyri-məhduddur.
    248. وَقَالَ لَهُمْ نِبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلآئِكَةُ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
    "Peyğəmbərləri onlara dedi: "Onun hakimiyyət nişanəsi budur ki, sizə doğru tabut (sandıq) gələcək. Onda Allahınız tərəfindən bir aramlıq, Musa və Harun ailəsindən miras, yadigar var. Bir halda ki, onu mələklər daşıyır. Həqiqətən, bu mövzuda sizin üçün aşkar dəlil var. Əgər imanınız olsa!
    Nöqtələr
    Yəhudilərin Talutun başçılığına əmin olması üçün peyğəmbərləri onlara dedi: "Talutun seçimində Allah tərəfindən bir nişanə olması üçün Bəni-İsrailin müqəddəs sandığı onlara qaytarılar.” Ayədə həmin sandıq tabut kimi yad edilmişdir. Bu sandıq Musanın anasının öz körpəsini qoyduğu ağac qutu idi. O, Allahın əmri ilə bu sandığı suya atdı. Fironun məmurları sandığı götürüb, körpə ilə birlikdə onun yanına apardılar. Həmin sandıq hələ də Fironun sarayında qalırdı.
    Musa peyğəmbərliyə çatdıqda Tövrat səhifələrini həmin sandıqda yerləşdirdi. Dünyasını dəyişərkən öz zirehini və digər əşyalarını da həmin sandığa qoyub, öz canişini Yuşə ibn Nuna tapşırdı. Bu müqəddəs sandıq əhd sandığı adı ilə məşhur oldu. O, Bəni-İsrailin ixtiyarında idi. Savaş zamanı onu qoşunun önündə aparırdılar. Amma zaman keçdikcə sandığın müqəddəsliyi azaldı. Sandıq oğurlandı və yalnız Talutun hakimliyi zamanında Allah mələklər vasitəsi ilə sandığı onlara qaytardı ki, aramlıq və əminlik səbəbi olsun.("Təfsiri-Dürrül-mənsur”, c. 1, s. 764. )
    Bildirişlər
    1. Vasitələrlə də olmuş olsa, aramlığın qaynağı Allahdır.
    2. İnsan daim aramlığa ehtiyaclıdır. Xüsusi ilə də cihad meydanına gedən zaman. (Bu ayədə "səkinə” sözü düşüncə aramlığının əhəmiyyət və zəruriliyini göstərir.)
    3. İlahi rəhbərdə ilahi nişanə olmalıdır. Talutun Allah tərəfindən seçilməsinin təsdiqi üçün ilahi nişanə olmalı idi.
    4. Əgər Musanın bədəni və Tövrat lövhələri ilə təmasda olmuş sandıq və müqəddəs sakitləşdirici idisə, ilahi övliyaların qəbri üzərindəki sandıqları da müqəddəs saymaq Qurana zidd deyil.
    5. Peyğəmbərlərin əsərlərinin hifzi dəyərlidir və aramlıq səbəbi, təbərrükdür.
    249. فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُواْ مَعَهُ قَالُواْ لاَ طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو اللّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ
    "Talut qoşunu özü ilə bayıra çıxaranda onlara dedi: "Allah sizi bir su axarı ilə imtahana çəkir. Hər kəs ondan içsə, məndən deyil. Hər kəs ondan – yalnız bir ovuc əliylə içməsi istisna olmaqla - içməsə, məndəndir. (Elə ki, su arxına çatdılar), az bir qismindən başqa hamı içdi. O və onun imanlı köməkçiləri arxı keçdikdən sonra (düşməni görüb) dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə savaşa gücümüz yoxdur.” Amma Allahla görüşəcəklərinə inananlar (qiyamət gününə iman gətirənlər) dedilər: "Çox olar ki, kiçik bir dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlsin. Allah səbirlilərlədir.”
    Nöqtələr
    "Cunud” sözü qoşun mənasını daşıyan "cund” sözündəndir.
    Ayə susuzluq sınağı meydanından başı uca çıxa bilməmiş Bəni-İsraildən olan bir dəstənin rədd olunmasını xəbər verir. Amma bu sınaqdan çıxan kiçik bir qrup üçün digər bir ruhi və mənəvi imtahan vardı. Onlar Calutun böyük qoşunu ilə qarşılaşdıqda dedilər: "Biz bu silahlı qoşunla üz-üzə gəlmək gücündə deyilik.” Amma qiyamət gününə iman gətirənlər belə dedilər: "Qələbə Allahın əlindədir. Çox olmuşdur ki, Allahın izni ilə kiçik bir dəstə böyük bir qoşuna qalib gəlmişdir.”
    Sınağın bir mərhələsindən üzü ağ çıxmaq kifayət deyil. Bir çoxları müəyyən mərhələdə müvəffəq olsalar da, növbəti mərhələdə məğlub olurlar. Bu əhvalatda bir dəstə, təyin olunmuş rəhbəri onun fəqir olduğu üçün qəbul etmədi. Digər bir dəstə isə susuzluq sınağından çıxmadı. Başqa bir qrup isə düşmənlə rastlaşdıqda uğursuzluğa düçar oldu.
    Talut ilk öncə qoşunu özünə aid edib "mənim qoşunum” sözünü işlətmir. Qoşun böyük olub, onun komandanlığını qəbul etsə də, Talut onları sınaqdan keçirmədiyi üçün sadəcə "qoşun” kəlməsini işlədir. Sınaqdan keçirdikdən sonra bu qoşunu özünə aid bilir.
    İmam Baqir (ə) buyurmuşdur: "İşin sonunadək Taluta vəfalı olanların sayı 313 nəfər idi.(Bax: "Ğafir”, 78. )
    İki dəstənin mövqeyi aydındır: Kim sudan içmədisə özününküdür, hər kəs içdisə biganədir. Amma ovucla içənlər nə özününküdür, nə də biganə. Onları nə məyus, nə də lütfdən məhrum etmək lazımdır. Çünki burada nə "minni”, nə də "ləysə minni” sözləri işlədilmişdir.
    Əli dövlətin və xalqın malına çatdığı halda kəramət və zöhd göstərərək onun yanından keçən və tamahkarlığa yol verməyənlər "hizbullah”, yəni Allahın firqəsidirlər. Arxalarını mal toplamaqla möhkəmləndirənlər isə həqiqi möminlər deyildirlər.
    Bildirişlər
    1. Hərbi komandanın vəzifələrindən biri öz döyüş dəstələrini tamaşaçıların gözü qabağında qoymamaqdır.
    2. Sınaq vasitələrindən biri də mövsümi, müvəqqəti qadağanlardır. Rahattələblik, çətinliklərə dözümsüzlük, müvəqqəti sıxıntılar qarşısında geriləmə cəngavərliklə bir araya sığan sifətlər deyil.
    3. Düşmənlə savaşdan qabaq təlimlər keçirilməlidir.
    4. Başçı faydasız qüvvələri kənarlaşdırmalıdır.
    5. Komandana təslimçilik müvəffəqiyyət rəmzidir.
    6. Zəruri ehtiyacların hesabı rifahlı yaşayış hesabından fərqlidir.
    7. İmtahan meydanından üzüağ çıxanlar azdır.
    8. İnqilabçı olmaq mühüm deyil, ən əsası inqilabçı qalmaqdır. Bu əhvalatda şüarçı çox idi. Amma imtahandan müvəffəq çıxanlar az oldu.
    9. Məad və ilahi vədlərə iman çətinliklər qarşısında dözüm qüvvəsini gücləndirir.
    10. İmanın dərəcələri vardır. Talutla olanların bir dəstəsi ona iman gətirsələr və su içməsələr də, iman dərəcəsinə görə fərqlənirdilər. Hər mömin mücahid deyil. Yalnız Allahla görüşə imanlı olanlar mücahiddirlər.
    11.Düşmənin çoxluğu Allahın iradəsi qarşısında əhəmiyyətsiz bir şeydir.
    12. Keyfiyyətli qüvvə kəmiyyətli qüvvədən üstündür.
    13. Xalis mömin qələbəni Allahdan gözləyir.
    14. Səbirli və dözümlü müsəlmanlar düşmənin çoxsaylı olmasından qorxmamalıdırlar. Çünki Allah səbirlilərlədir.
    250. وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
    "Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: "Pərvərdigara, bizə səbir və dözüm endir, qədəmlərimizi sabit və möhkəm et, bizi kafir qövmə qalib buyur.”
    Bildirişlər
    1. Hər zaman, xüsusi ilə cəbhələrdə hərəkətlə müşayiət olunan dua zəruridir. Hərəkət yerinə dua etmək düzgün deyil.
    2. Səbir və qələbə bir-birinin şərtidir. Səbir nəticəsində qələbə əldə olunar.
    3. Öz dualarınızı "Rəbbəna”, yəni "ey Rəbbimiz” müraciəti ilə başlayın.
    4. Çətinliklər zamanı insanın böyük səbrə ehtiyacı var. "Əfriğ” firavan nüzul mənasındadır. "Səbrən” sözü "nəkərə” formasında işləndiyindən böyük səbir nişanəsidir.
    5. İmtahanlardan keçmək və onlardakı müvəffəqiyyət sizi qürrələndirməsin. Daim Allahdan yardım diləyin.
    6. Çalışmaq insanın vəzifəsidir. Qələbə isə Allahın əlindədir.
    7. Savaşda qələbə o zaman dəyərli olur ki, döyüşçülərin məqsədi haqqın batildən üstünlüyü olsun. Şəxsi üstünlük istəyi qələbəni dəyərsiz edir.
    251. فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ
    "Sonra onlar (Talut və köməkçiləri) Allahın izni ilə düşmən qoşununu məğlub etdilər. (Talutun köməkçilərindən olan şücaətli, mömin gənc) Davud Calutu öldürdü. Allah ona hökumət və hikmət əta etdi, istədiyindən ona öyrətdi. Əgər Allah xalqın bir hissəsini başqaları ilə dəf etməsə, hökmən yer üzünü fəsad bürüyər. Amma Allahın aləmlərə lütf və ehsanı var.”
    Nöqtələr
    Rəvayətlərə görə Davud həmin bu döyüşdəki şücaətinə görə peyğəmbərlik məqamına çatdı. Onun övladı Süleyman da ilahi peyğəmbərlərdən oldu.
    Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) buyurdu: "Allah bir saleh müsəlmana görə onun yüz min qonşusunun üzərindən bəlanı uzaqlaşdırar.” Sonra həzrət həmin ayəni oxumuşdur(Bax: "Nisa”, 41. )
    Ötən ayələrdən məlum olur ki, bir neçə şey qələbə amilidir: güclü və layiqli rəhbər, mömin ardıcıllar, təvəkkül, səbir və ardıcıllıq, ilahi məqsəd.
    Bildirişlər
    1. Səy və cihad sizdən olsa da, düşmənin məğlubiyyəti Allahın əlindədir.
    2. Mücahidlərin xalisanə duaları qəbul olur.
    3. Parlaq istedad, ləyaqət, fədakarlıq və müsbət keçmiş olmasa, kimsə Allahın xüsusi lütfünə çatmaz.
    4. Cəbhə və cihadda qılıncın ağzı düşmən komandanlığına doğru olsun.
    5. Döyüşdə mərdanəlik göstərənlərin adını yaşadın.
    6. Düşmən rəhbərin məhvi onun qoşununun məhvinə bərabərdir.
    7. Təcavüzkar və zalımın qarşısında müqavimət göstərilməsə, fəsad yer üzünü bürüyəcək.
    8. Fəsad əhli ilə müharibə zəruridir. Zərərli ünsür aradan götürülməsə, başqa ünsürlər də həmin yola sövq ediləcək.
    9. İlahi iradə və fəzl təbii yollarla gerçəkləşir.
    10. Təcavüzkara qarşı cihad və müdafiə hökmü ilahi fəzldir.
    252. تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
    "Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən.”
    Nöqtələr
    Bu ayə ilə Quranın ikinci cüzü başa çatır. Sonda buyurulur ki, ötən ayələrdə xatırlanan hadisələr ibrət üçündür.
    Minlərlə insanın bir anda ölümü və peyğəmbərin duası ilə onların yenidən dirilməsi, ad-sansız, amma ləyaqətli və bilikli gənc çobana rəhbərlik məqamının əta olunması, azsaylı dəstənin çoxsaylı düşmən dəstəsinə qalib gəlməsi, bir gəncin şücaəti və ona peyğəmbərlik məqamının verilməsi və bütün başqa nöqtələr ilahi ayələrin cilvəsi, İslam peyğəmbərinin (s) buyuruqlarının və risalətinin haqq olması nişanəsidir.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 544 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019