İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    ÜÇÜNCÜ CÜZ
    253. تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِنِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ
    "O peyğəmbərlərin bəzisini bəzilərindən üstün etdik. Onlardan eləsi oldu ki, Allah onunla danışdı və bəzilərinin dərəcəsini yuxarı qaldırdı. Məryəm oğlu İsaya aşkar nişanələr verdik, onu Ruhul-qüdslə (Cəbraillə) gücləndirdik. Allah istəsəydi, onlardan (peyğəmbərlərdən) sonrakılar aşkar dəlil gəldikdən sonra bir-birləri ilə savaşa qalxmazdılar. (Amma Allah xalqı yol seçimində azad buraxmışdır.) Amma onlar bir-birləri ilə ixtilaf etdilər. Bəziləri iman gətirdi, bəziləri kafir oldu. Allah istəsəydi, (möminlər və kafirlər) savaşa qalxmazdılar. Amma Allah istədiyini yerinə yetirir.
    Nöqtələr
    Hədislərə görə peyğəmbərlərin sayı yüz iyirmi dörd min nəfər olsa da, Quranda onlardan yalnız iyirmi beşinin adı çəkilmişdir.("Təfsiri-Ruhul-məani”, c. 3, s. 10; "Təfsiri-Əl-Mizan”, c. 2, s. 354. ) Peyğəmbərlərin məqamları və dərəcələri eyni deyil. Onların hər birinin öz yeri və imtiyazları var. Məsələn, İslam peyğəmbərinin fərqli xüsusiyyətləri onun xatəmiyyəti (son peyğəmbər olması), "ümmiliyi” (heç vaxt dərs oxumaması), kitabının təhrif edilməməsi, İbrahim peyğəmbərin imtiyazı vahid ümmət olması, nəslinin mübarəkliyi, Nuh peyğəmbərin imtiyazı uzun ömürlüyü, Allah tərəfindən xüsusi salam almasıdır. Bu ayədə isə həzrət Musa və həzrət İsanın imtiyazı bəyan olunmuşdur. Musa Allah kəlamının dinləyicisi, İsa Ruhul-qüds tərəfindən qüvvətləndirilmiş şəxs kimi tanıtdırılır. "Dərəcat” sözü çoxsaylı üstünlüklər nişanəsidir.
    Fəxr-Razi "Təfsiri-Kəbirdə” bu ayə ilə bağlı söz açarkən İslam peyğəmbərinin iyirmiyə yaxın imtiyazını bəyan etmişdir. Məsələn, İslam peyğəmbərinin möcüzəsi olan Qurani-Kərim bütün möcüzələrdən üstündür. Onun digər bir imtiyazı bütün digər peyğəmbərlərə şahid olmasıdır("Təfsiri-Nümunə”, c. 2, s. 191; "Təfsiri-Əl-Mizan”, c. 2, s. 355. )
    Bildirişlər
    1. Peyğəmbərlərin yetərincə üstün məqamları vardır. "Tilkə” sözü ("o” işarə əvəzliyi) uzağa və uca məqama işarədir.
    2. Bütün peyğəmbərlər eyni rütbədə deyillər. Vahid məqsəd onların xüsusi kamilliklərə malik olmasına mane olmur.
    3. Ötən peyğəmbərlərin uca tutulması lazımdır. Uyğun ayədə Musa və İsa haqqında xoş sözlər söylənilir.
    4. Allahın sünnə və qanunu insanın azad buraxılmasıdır. Allah Öz bəndələrini məcburi şəkildə də haqq yola döndərə bilər. Amma həqiqi inkişaf azadlıq sayəsində mümkün olur. Bu ayədə iki dəfə rastlaşırıq ki, əgər Allah istəsəydi, xalq arasında ixtilaf və savaş baş verməzdi.
    5. Əksər ixtilafların kökü cəhalət və qəflət yox, nəfs istəkləri, həsəd və eqoistlikdir.
    6. Peyğəmbərlərin yolu aşkar dəlillərlə təqdim olunur.
    7. Müharibə alovunu qızışdıran səbəblərdən biri də etiqadi ixtilaflardır. Əlbəttə ki, din ixtilaf mənşəyi deyil. İxtilafı törədən insanlardır.
    8. Xalq arasındakı əqidə ixtilafları onların azadlığını göstərir.
    254. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ
    "Ey iman gətirənlər! Alış-verişin, dostluq və şəfaətin olmayacağı gün çatmamış sizə verdiklərimizdən infaq edin. (Bilin ki,) kafirlər həmin zalımlardır. (Həm özlərinə, həm də başqalarına zülm edirlər.)”
    Nöqtələr
    Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür.
    Bildirişlər
    1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla müraciət edin.
    2. Xeyir işlərdə fürsətdən istifadə dəyərdir.
    3. Bu gündən məhrum olmaq, sabahdan məhrum olmaqdır. Əgər bu gün infaq və bəxşiş həyata keçməsə, həmin gün də arada məhəbbət və dostluq olmayacaq.
    4. Məadın zikri infaqa təşviq amilidir.
    5. Səxavət ruhiyyəsi yaratmaq yollarından biri qiyamətdə insanların əliboş olacağını xatırlamaqdır.
    6. Xəsislik naşükürlük və ilahi vədə qarşı küfr nişanəsidir.
    7. Küfr zülmün bariz nümunəsidir.
    255. اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
    "Allahdan başqa məbud yoxdur. O, diri və qəyyumdur. Onu nə yüngül yuxu tutar, nə də dərin yuxu. Göylərdə və yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda şəfaət edə bilən kimdir?! Onların keçmişini və gələcəyini bilir. Onun elmindən yalnız Onun istədiyi qədər dərk edə bilərlər. Onun kürsüsü (elm və qüdrəti) göyləri və yeri bürümüşdür. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyil. O uca və böyükdür.”
    Nöqtələr
    Ayədə "kürsü” sözü işləndiyindən həzrət Peyğəmbər (s) bu ayəni "Ayətəl-kürsi” adlandırmışdır. Şiə və sünni rəvayətlərində bildirilir ki, bu ayə Quranın qülləsi yerindədir və ayələr arasında ən böyük məqama malikdir.(Bax: "Furqan”, 43. ) Bu ayənin oxunması da çox sifariş olunmuşdur. Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur: "Bu ayənin fəziləti haqqında eşitdikdən sonra bir gecəni də "Ayətəl-kürsi” oxumadan keçirmədim.”(Bax: "Həcc”, 73.)
    Bu ayədə Allahın adı və sifətləri on altı dəfə zikr olunmuşdur. Ona görə də Ayətəl-kürsünü tövhid şüarı və bildirişi saymışlar. Quranda tövhid şüarı müxtəlif şəkillərdə bəyan olunmuşdur. Məsələn, "la ilahə illəllah” ("Saffat”, 35), "la ilahə illa huvə” ("Bəqərə”, 163), "la ilahə illa əntə” ("Ənbiya”,87) "La ilahə illa ənə” ("Nəhl”, 2). Amma bu ayələrdən heç birində Ayətəl-kürsidə olduğu kimi tövhid şüarları ilə yanaşı Allahın sifətləri bəyan olunmamışdır.
    Allahın sifətləri iki cürdür: Bəzi sifətlər onun zatının eynidir. Bu sifətlər ilahi zatdan ayrılmazdır. Məsələn, elm, qüdrət, həyat. Bəzi sifətlər isə "feli” sifət adlandırılmışdır. Bu sifətlər Allahın felinə, işinə aiddir. Məsələn, yaratmaq, bağışlamaq və s. Bu sifətlərin mənşəyi ilahi iradədir. Əgər istəsə xəlq edər, istəməsə yox. Zata aid olan sifətlər haqqında isə bu sözləri demək olmaz. Demək olmaz ki, əgər Allah istəsə bilər, istəməsə yox. Əgər zati sifətləri nəyəsə oxşatmaq istəsək deyə bilərik ki, Allahın elm və qüdrəti insanın məxluq olması kimidir. İnsandan onun məxluqluq, yaradılma sifətini ayırmaq olmaz. Allahın elm sifəti də beləcə onun zatından ayrılmır.
    "İlah” sözü istər haqq olsun, istər batil, bütün məbudlar haqqında işlədilir.(Bax: "Həcc”, 31. ) "Allah” sözü isə ilahinin müqəddəs zatının adıdır. Allahdan qeyri məbudlar bir milçək yaratmaqda da acizdirlər.("Kənzul-Ümmal”, h.35 541. ) Allahdan qeyrisinə pərəstiş edənlər tövhid ucalığından təhlükəli uçurumlara süqut edirlər.("Səvabul-əmal”, s. 20.)
    "La ilahə illəllah” hər bir müsəlmanın şəxsiyyət vəsiqəsinin ilk səhifəsidir. İslam peyğəmbərinin (s) ilkin şüarı və dəvəti də həmin cümlə ilə olmuşdur.("Bihar”, c. 93, s. 196. ) Eləcə də, həzrət (s) buyurmuşdur: "Hər kəs xalisanə tövhid şüarı versə, behiştə daxil olar. İxlas nişanəsi odur ki, "La ilahə illəllah” demək insanı haramlardan uzaqlaşdırsın.”("Bihar”, c. 3, s. 7. )
    İmam Sadiq (ə) buyurmuşdur: "La ilahə illəllah” demək behiştin qiymətidir.("Sireye-Hələbi”, c.1, s. 387. )İmam Riza (ə) qüdsi hədisdə belə nəql edir: "Tövhid kəlməsi ("La ilahə illəllah”) ilahinin möhkəm qalasıdır.”("Sireye-Hələbi”, c.3, s. 272. )
    Bəli, tövhid insanın qurtuluş səbəbidir. Necə ki, hər kəs universitet və ya elmi hövzəyə qədəm qoydu, "alim oldu” deyirlər. Bir şərtlə ki, həmin şəxs bütün zəruri dərsləri oxusun. "La ilahə illəllah” demək insana nicat verir. Amma qarşıda işarə edəcəyimiz şərtlər daxilində!
    Tövhidə etiqad insanın gözündə bütün qüdrətləri və cazibələri alçaq göstərir. Tövhidin tərbiyəvi təsirlərinin bir nümunəsi müsəlmanların sultanlar qarşısında səcdə etməməsidir. Müsəlmanlar Həbəşə padşahı Nəccaşinin sarayında belə dedilər: "Biz Allahdan qeyrisinə səcdə etmərik.”("Nəhcül-bəlağə” hikmət 31. ) Digər bir müsəlman - Dəhiyyə Kəlbi Rum qeysərinin sarayında səcdə etmədi və saray xadimlərinin cavabında belə dedi: "Mən Allahdan qeyrisi üçün səcdə etmirəm.”(Bax: "Furqan”, 58. ) Bəli, tövhid insanı elə bir məqama qaldırır ki, hətta behişt və cəhənnəm də onun üçün fərqsiz olur. Məsum imamlar da belə insanlar tərbiyə etməyə çalışırdılar. Həzrət Əli (ə) buyurmuşdur: "Allah səni azad yaratmışdır. Bir başqasına qul olma.”("Mufrədate-Rağib”. )
    Müsəlmanlar hər gün, hər bir yerdə uca səslə azan deməlidirlər. Yalançı tanrılar və zalım hakimlərə bəndəlikdən azadlıq fəryadı azanla göyə ucalmalıdır. Müsəlmanlar öz körpələrinin qulağını hər şeydən qabaq "La ilahə illəllah” tövhid nidası ilə tanış etməlidirlər.
    "Cövşən kəbir” duasının yetmişinci cümləsində Allahın diri olması ("həyy”) belə bəyan olunur: "Ey bütün dirilərdən qabaq diri olan...” Bəli, Allah diridir. Bu dirilik bütün canlılardan əvvəl və sonranı əhatə edir. Onun diriliyinin oxşarı və şəriki yoxdur. O Öz diriliyində başqasına möhtac deyil. O, diriləri öldürür və bütün dirilərə ruzi verir. O, həyatı digər bir canlıdan irs almır. Hətta ölülərə də həyat bağışlayır. O, diri və qəyyumdur.
    Allahın zatına münasibətdə "həyat” sözü başqalarının həyatından fərqli mənaya malikdir. Necə ki, Allahın digər sifətləri onun zatından ayrılmazdır. Bu sifətlərdə fənaya yol yoxdur.(Nəhcül-bəlağə” xütbə 108. )Allah Öz həyatında insanlar, heyvanlar və otlar kimi qidalanmaya, doğub-törəməyə, cazibə və ya dəf etməyə ehtiyaclı deyil.
    "Qəyyum” "qiyam” kökündən olub öz ayağı üstə durmuş və kimsəyə möhtac olmayan kəsə deyilir.(Ruhul-bəyan”, c. 1, s. 400. )"Qəyyum” sözü Quranda üç dəfə və hər dəfə də "həyy” sözü ilə yanaşı işlədilmişdir.
    Onun qiyamı Özündən, digər mövcudların qiyamı isə Onun vücudundandır. Allahın qəyyumluğu dedikdə Onun Öz məxluqları üzərindəki hakimiyyəti, nəzarəti və kamil tədbiri nəzərdə tutulur. Onun qiyamı daimi və hərtərəflidir. O yaradır, ruzi verir, hidayət edir, öldürür və bir an da qəflətdə qalmır.
    Hər bir mövcud öz həyatını davam etdirmək üçün feyz mənbəsinə ehtiyaclıdır. Necə ki, elektrik lampası mənbədən əlaqəsi kəsilən kimi sönür. Bütün mövcudlar diri qalmaq üçün "həyy” mənbəsindən qidalanmalıdır. Həyatın davamında qəyyumdan qidalanma zəruridir.
    Həzrət Əli (ə) buyurmuşdur: "Hər şey Ona təslimdir və hər şey Ona bağlıdır.”("Bihar”, c. 1, s. 225. ) Bədr savaşında həzrət Peyğəmbər (s) ardıcıl olaraq səcdədə deyirdi: "Ya həyyu, ya qəyyum.”(Bax: "Əraf”, 194. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Yatmayan heç bir canlı yoxdur. Yalnız Allah yuxudan uzaqdır.”(Bax: "Qiyamət”, 36. ) Allah diridir (həyy) və yuxuya – mürgüyə ehtiyacsızdır. Yuxu diri varlığı nəinki başqalarından, hətta özündən xəbərsiz edir. Allah isə yuxudan uzaqdır və daim hər şeyə qəyyumluğu var.
    Hər şeyin həqiqi maliki Odur. İnsanın malikiyyəti isə əslində həvalə olunmuş malikiyyətdir. Bu maliklik bir neçə günlükdür və həqiqi malik, yəni Allah tərəfindən təyin olunmuş şərtlər daxilindədir. Əgər hamının həqiqi maliki Allahdırsa, nə üçün başqasına pərəstiş edilməlidir? Başqaları da bizim kimi Onun bəndələridirlər.("Tətimmətul-muntəha”, s. 329. ) Təbiət Allahın mülküdür. Təbiətə hakim olan qanunlar Allaha tabedir. Kaş ki, insanlar həm Onun malikliyindən, həm də mülkündən qədərincə faydalanaydılar! Əgər hər şey Allahındırsa və Allah üçündürsə, xəsisliyə yer qalırmı? Məgər bizi xəlq etmiş Allah bizi özbaşına buraxmışmı?("Bihar”, c. 1, s. 225. ) İmam Kazim (ə) Buşr adlı bir şəxsin qapısı ağzından ötürdü. Bu vaxt onun evindən çal-çağır, səs-küy ucaldı. Həzrət həmin vaxt qapıdan çıxan kənizdən soruşdu: "Ev sahibi kimdir? Bəndədirmi?” Kəniz cavab verdi: "Xeyr, bəndə deyil, ağadır, azaddır.” İmam buyurdu: "Əlbəttə, əgər bəndə olsaydı, bir bu qədər itaətsizlik etməzdi.” Kəniz evə qayıtdıqda imamın sözlərini ev sahibinə çatdırdı. Həmin şəxs imamın sözlərinin təsiri altına düşdü və tövbə etdi.(Bax: "Loğman”, 25. )
    İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Təqva və Allaha bəndəliyin ilkin dərəcəsi insanın özünü malik bilməməsidir.”(Bax: "Yunis”, 18. )
    Müşriklər Allahı qəbul edirdilər.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 258. ) Amma bütləri özlərinə şəfaətçi götürmüşdülər.(Bax: "Müddəssir”, 48. ) Ayətəl-kürsü bu xürafi, puç sığınacağı darmadağın edir və deyir: Kimdir Onun icazəsi olmadan şəfaət edən? Yalnız varlıq yox, varlıq işləri də Onun iznilədir. Sizin təsəvvürünüzcə, bir məxluq digərinin şəfaətçisi olmur. Şəfaət qiyamətdə var. Amma bu iş Allahın izni, hesab-kitabladır. İnsan yalnız Onun inzi və iradəsi ilə iş görə bilir. Allahın qəyyum olması o demək deyil ki, insan Allahın istəyindən kənar bir iş görə bilər.
    Şəfaət güclü bir mövcudun zəif bir mövcuda göstərdiyi yardımdır. Məsələn, yaranış nizamında bitki toxumuna işıq, hava və torpaq yardım göstərir ki, cücərib ərsəyə çatsın. Cəza və mükafat nizamında da Allahın övliyaları qurtuluş üçün günahkarlara yardım göstərirlər. İmam Sadiq (ə) buyurmuşdur: "Şəfaət izninə malik olanlar bizik.”(Bax: "Yunus”, 18. ) Amma bu yardımlar Allahın zəifliyini və ya təsir altına düşməsini göstərmir. Çünki şəfaət məqamını müəyyənləşdirən və övliyalara belə bir icazə verən O Özüdür. O Özü yaranışı elə nizamlamışdır ki, bitki toxumu inkişaf mərhələsində işıqdan, havadan, torpaqdan, sudan kömək alır.
    Bütün hallarda insanın məxluqlardan aldığı köməklər və maddi amillər Allahın izninə bağlıdır. Şəfaət Allahın hakim etdiyi qanunlar çərçivəsində gerçəkləşir. Bu səbəbdən də bəziləri şəfaətdən məhrum olurlar.(Bax: "Qəsəs”, 25; "Ali-İmran”, 153; "Ali-İmran”, 104. ) Məsələn, işıq, hava, su və torpaq yalnız inkişaf qabiliyyətinə malik olan toxuma kömək göstərir. Şəfaət dəstəbazlığa, dünyəvi tapşırıqlara əsaslanmır. Şəfaət ümidsizliyin qarşısını almaq, xalqla övliyalar arasında bağlılıq yaratmaq üçündür. Şəfaət Allahın Öz övliyalarına verdiyi mükafatdır. Qiyamətdə şəfaət nemətindən bəhrələnmə insanın peyğəmbər və övliyaların elm və hidayət nurundan bəhrələnmə təcəssümüdür.
    Şəfaət edən kəs Allahın qüdrəti qarşısında müstəqil bir qüvvə deyil. O sadəcə ilahi qüdrətdən bir işartıdır. Şəfaət məqamı yalnız Allahın istədiklərinə məxsus olur. Ona görə də bütpərəstlər şəfaətdən bəhrələndiklərini düşünməməlidirlər.("Səba”, 2. )
    Xatırlatmalıyıq ki, Allahdan qeyrisinə ibadət şirkdir. Amma Allahı çağırmaq hər vaxt şirk olmur. Quranda bəyan olunmuş "yədukə”, "yədukum” "yədunə”, kimi çağırış bildirən sözlərin şirklə heç bir əlaqəsi yoxdur.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 259; "Təfsiri-bürhan”, c.1, s. 240. ) Amma heç də hər dəvət dəyərli olmur. Xəstə həkimi çağırırsa, bu, yaxşıdır. Amma onun falçını səsləməsi batildir.
    Allah bütün hadisələrdən xəbərdardır. Allah üçün şəfaət səyi kiminsə günahsızlığının sübutu üçün deyil. Şəfaət qurtuluş və əfv üçün təlaşdır. Allahın hər şeydən xəbərdarlığı insanı utandırmalıdır. Allah qəlbimizdən keçənlərdən xəbərdardır. Gizli və aşkar sirlərimiz Ona məlumdur. Allah anaların bətnində olandan agahdır. Qiyamət günü hər şeyin ölçüsü Ona məlumdur.("Bəqərə”, 116; "İbrahim”, 19.) Biz insanlarınsa elmi məhduddur. Biz səsləri müəyyən həddə eşidir, görüntüləri hansısa çərçivədə müşahidə edə bilirik. Allahın razı olmadığı heç bir sirdən xəbərdar deyilik.
    Bir rəvayətdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir: "Ərş” dedikdə Allahın peyğəmbərləri və rəsulları xəbərdar etdiyi elmlər nəzərdə tutulur. "Kürsi” isə kimsənin bilmədiyi elmlərdir.("Hud”, 66. ) Bəziləri kürsü sözünün göyləri və yeri bürümüş ilahi qüdrət və hökumətə işarə olduğunu bildirir. Hansı ki, aləm çox genişdir və yer kainatla müqayisədə səhrada itmiş üzük qədərincə də deyil. Bütün bunlara baxmayaraq, onların hifzi Allah üçün çətin deyil. Ayətəl-kürsi xalqa öyrədir ki, Allah nəinki aləmin maliki, həm də bütün mülkündən xəbərdardır. Bütün varlıq aləmi öz məxluqu ilə birlikdə Allahın hakimiyyəti və qüdrəti altındadır.("Nəhcül-bəlağə” x. 228. ) İnsan Allahın qeyri-məhdud qüdrətini yaranmışların qüdrəti ilə müqayisə etməməlidir. Çünki maddənin xüsusiyyətlərindən biri də yorğunluqdur. Allahın qüdrəti isə eynən Onu zatıdır.("Ələq”, 14. )Həzrət Əli (ə) buyurmuşdur: "Allahı nə zamanın ötməsi köhnəldir, nə də Özü dəyişir.”(Təfsiri-Burhan”, c. 1, s. 141. )
    Bəli, Allahın qeyri-məhdud qüdrətinə diqqət möminin ruhuna rahatlıq verir. Bu hislərlə yaşayan mömin özünü əmin-amanlıqda görür.
    Allahın "qəyyum”, "həyy”, "əlim”, "əzim” kimi bütün sifətləri insanın tərbiyəsində mühüm rol oynayır. Çünki ən yaxşı məktəb öz ardıcıllarına ümid və eşq verən məktəbdir. Həqiqi məktəb öz ardıcıllarının taleyini və gələcəyini işıqlandırır və bu ardıcıllar bilirlər ki, daim nəzər altındadırlar, büdrəmələri bağışlanasıdır, onların hakimi mehribandır.
    Bir sözlə, diri, yenilməz, zəiflik və yuxudan uzaq Allah pərəstişə layiqdir. Onun icazəsi olmadan kimsə bir işə əl qata bilməz. O hər şeydən xəbərdardır, hər şeyi əhatə edir, hər şeyə hakimdir. Yalnız belə bir yaradan həqiqi məbud və məhbub ola bilər. Belə bir Allaha təvəkkül etmək, könül bağlamaq, ümidvar olmaq olar. Quranın bu şəkildə tanıtdırdığı Allah təhrif olunmuş İncil və Tövratın tanıtdırdığı məbudla müqayisəyə gəlməz. Dünyanın maddi nizamının dalanlarında çıxılmaz vəziyyətə düşən insanlar necə düşünürlər?
    Bildirişlər
    1. Ondan savay heç bir mövcudda məbudluq yoxdur.
    2. Gerçək, əbədi həyat və bütün digər həyatlar Onundur.
    3. Hər şey ardıcıl şəkildə Ona bağlıdır və bir an olsun belə Onun tədbirindən xaric deyil.
    s. 387)
    4. Hər şey Ondandır.
    5. Nəinki varlıq aləmi, bu aləmdə baş verən bütün işlər də Ondandır.
    6. Sizin xəyalınız əsasında bir şey şəfaətçi və vasitə olmaz.
    7. Bir kimsə Ondan mehriban deyil. Hər bir şəfaətçinin eşq və mehribanlığı Ondandır.
    8. Allah hər şeydə və bütün hallarda agahdır. Günah etdikdə Ondan utanaq.
    9. O hər şeyi əhatə edir. Amma başqaları Onun istəyi olmadan elmin bir guşəsini də əhatə edə bilməz. (Bax: "Bəqərə”, 138. )
    10. Onun hakimiyyəti və qüdrəti məhdud deyil.
    11. Varlıq aləminin hifzi Onun üçün ağır deyil.
    12. Varlıq aləmini hifz edən kəs bizi bütün təhlükələrdən də qoruya bilər. Ona görə də hifz olmaq üçün ayətəl-kürsü oxumaq sifariş olunmuşdur.
    256. لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ
    "Dində (dinin qəbulunda) məcburiyyət (ikrah) yoxdur. Həqiqətən, təkamül yolu azğınlıq yolundan aşkar fərqlənmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, qəti olaraq qırılmayan möhkəm tutacaqdan (təstəkdən) yapışmışdır. Allah bilən, eşidəndir.”
    Nöqtələr
    Məcburi şəkildə qəlbdə iman yaranmır. Dəlil, əxlaq, moizə yolu ilə qəlblərə nüfuz etmək olar. Amma bu o demək deyil ki, insan əməldə istədiyini edə və deyə ki, mən azadam, tutduğum yoldan məni döndərməyə kimsənin haqqı yoxdur. İslamdakı cəza qanunları, eləcə də qamçı, hədd, diyə, qisas, nəhy əz münkər və cihad kimi vaciblər göstərir ki, hətta İslama qəlbən etiqadı olmayanlar da cəmiyyətə əziyyət verə bilməzlər.
    Kafirlərə "iddialarınızda sadiqsinizsə, dəlil gətirin” deyən İslam bu əqidəni xalqa məcburi şəkildə qəbul etdirərmi?
    İslamda cihadın məqsədi ya zalım hakimlərlə mübarizə və insanlara düşünmək icazəsi verməyən diktator rejimləri sındırmaq üçündür, ya da əslində bir xəstəlik olan şirk və xürafatpərəstliyi məhv etmək üçün. Zalım hakim və şirk qarşısında sükut bəşəriyyətə zülmdür.
    Rəvayətlərə görə qırılmaz dəstəkdən yapışmağın bir nümunəsi Allahın övliyaları və Əhli-beytə üz tutmaqdır. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: "Sənsən ürvətül-vüsqa”(Bax: "Bəqərə”, 247.)
    Bildirişlər
    1. Dəlil və məntiqə malik bir dinin ikrah və məcburiyyətə ehtiyacı yoxdur.
    2. Zorun təsiri əməl və hərəkətdir, düşüncə və əqidəyə yox!
    3. Höccətin (dəlillərin) xalqa tamamlanması üçün haqq yol batil yoldan ayrılmışdır. Haqq yol ağıl, vəhy və möcüzələr vasitəsi ilə işıqlanır. İslam təkamül dinidir.
    4. Din bəşəriyyətin təkamül mayasıdır.
    5. İslam zalım hakimlərlə sazişdə deyil.
    6. Zalım hakimlər məhv olmayınca tövhid cilvələnməz. Əvvəl tağutun inkarı, sonra Allaha iman!
    7. Tağutun inkarı və Allaha iman daimi olmalıdır. "Felin gələcək zaman forması davam əlamətidir.
    8. İlahi tutacağın möhkəmliyi kifayət etmir. Möhkəm yapışmaq da şərtdir.
    9. Zalım hakimlərə və Allahdan qeyrilərinə arxalanma etibarsızdır. Yeganə qırılmaz ip Allaha imandır.
    10. Allaha iman və Allah övliyaları ilə rabitə əbədidir. Zalım hakimlər qiyamət günü öz ardıcıllarına arxa çevirəcəklər.
    11. Allaha iman və tağutun inkarı saxta yox, saf olmalıdır. Çünki Allah bilir və eşidir.
    257. اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Allah möminlərin dostu və himayəçisidir. Onları zülmətlərdən çıxarıb nura doğru aparar. Kafirlərin dostu isə tağutlardır. Onları nurdan qaranlıqlara sövq edərlər. Onlar atəş əhlidirlər və daim onda olacaqlar.
    Nöqtələr
    Əvvəlki ayədə oxuduq ki, Allah hər şeyin malikidir. Bu ayədə isə belə buyuruldu: Onun möminlərə münasibəti xüsusi və üstün bir münasibətdir.
    Allahın vilayətini qəbul edənlərin bəzi səciyyələri:
    - Allahın vilayətini qəbul edən kəsin işləri ilahi rəng alır.(Bax: "Yunus”,9; "Bəqərə”, 156; "Yusif”, 56. )
    - Özü üçün ilahi rəhbər seçir.("Bəqərə”, 173. )
    - Yolu aydın, gələcəyi məlum və işləri xoşdur.(Bax: "Bihar”, c. 44, s. 192. )
    - Savaşlar və çətinliklər zamanı Allahın yardımına göz dikib, qeyri-ilahi güclərə meyl göstərmir.(Bax: "Bəqərə”, 245. )
    - Ölümdən qorxmur və Allahın vilayəti kölgəsində ölümü səadət sayır. Bu həqiqəti imam Hüseyn (ə) də öz buyruğu ilə təsdiqləyir.(Bax: "Əraf”, 128. )
    - Həyatdakı tənhalıq onun üçün ağır deyil. Çünki Allahın nəzərləri altında olduğunu bilir. (bax: "Tövbə”, 40)
    - İnfaq və malını xərcləməkdə ehtiyatlanmır. Çünki malını öz hamisinə tapşırdığına inanır.(bax: "Nəhcül-bəlağə”, x. 193.)
    - Mənfi təbliğatlar ona təsir göstərmir. Çünki Allahın qəti vədlərinə ümidlidir.(Bax: "Maidə”, 44, 45.)
    - Allahdan başqa hər şey onun nəzərində kiçikdir.("Yusif”, 39. )
    - Çoxsaylı qanunlar və göstərişlər onu narahat etmir. Çünki o yalnız Allahın qanunlarını qəbul etmiş və bu barədə düşünür. Qarşısına yüzlərlə qazanc yolu çıxsa da, o yalnız Allahın razılığını əsas götürərək yol seçir.("Ğurərul-hikəm”, "Təfsiri-ruhul-bəyan”, c. 1, s. 410. )
    Bildirişlər
    1. Möminlərin bir himayədarı var və o da Allahdır. Kafirlərin isə tağutlardan olan dostları çoxdur. Bir dostu qəbul etmək daha asandır. Kafirlərin dəvəti qarşısında Yusif də həmin nöqtəyə işarə etdi: "Çox saylı və pərakəndə sahiblər yaxşıdır, yoxsa yeganə və qadir Allah?!”("Təfsiri-Əl-Mizan” c. 2, s. 406. ) Möminlərin dostu kimi vahid Allahın, kafirlərin dostu kimi tağutların adı çəkilir.
    2. Əvvəlki ayədə təkamül və süqut yolunun aydınlaşdırıldığı bildirilirdi. Bu ayədə isə həmin təkamül və həmin süqutun bir nümunəsi bəyan olunur. O, Allahın vilayəti (təkamül) və tağutların vilayətidir (azğınlıq).
    3. Haqq yol birdir. Azğınlıq yolları isə çox. Quran haqq yoldan danışarkən nur sözünü işlədir. Azğınlıq yolları isə zülmətlər kimi təbir olunur.
    4. Haqq yol nurdur və nurda hərəkət, təkamül, ümid və aramlıq imkanı var.
    5. Mömin üçün çıxılmaz vəziyyət yoxdur.
    6. Zalım hakimlər küfr və şirk fəzasında manevr (görüntü yaratmaq) imkanına malikdirlər.
    7. Allahın vilayətinə daxil olmayan insan istər-istəməz tağutların vilayətinə düşəsidir.
    8. İlahi vilayətdən savay bütün vilayətlər tağuta aiddir.
    9. Tağutu qəbul edənlərin aqibətinə diqqət insanı haqqın qəbuluna sövq edir.
    258. أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
    "Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: "Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: "Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”
    Nöqtələr
    Əvvəlki ayədə oxuduq ki, Allah möminlərin dostudur və onları zülmətdən çıxarıb nura aparar. Bu və bundan sonrakı ayələr ilahi vilayətin nümunələrini açıqlayır. Zülmətlərdən çıxarıb nura doğru aparmaq bu qəbildəndir.
    Tarixi rəvayətlərdə nəql olunur ki, Nəmrud Babil padşahlarından olmuşdur. O, həzrət İbrahimlə Allah haqqında mübahisələrə girişmişdir. Həzrət İbrahim öz Allahının dirildən və öldürən Allah olduğunu dedikdə, Nəmrud iddia etmişdir ki, o da dirildib öldürməyi bacarır. Sonra iki məhbusu gətirmiş və birini azad edib digərini öldürmüşdür. Bu axmaq işi müşahidə edən İbrahim Nəmrudun diriltmək və öldürmək haqqındakı sarsaq təfəkkürünü tanımışdır. İbrahim Nəmruda təklif etmişdir ki, Allahın şərqdən çıxardığı günəşi qərbdən çıxarsın. İbrahim demişdir: "Əgər sən varlıq aləmində hakimiyyətə malik olduğunu iddia edirsənsə, günəşi qərbdən çıxart.” Həmin vaxt Nəmrud yerində donub qalmış və səsini udmuşdur.
    Bildirişlər
    1. Kimin nəyi varsa Ondandır. Kafirlər də, bu dünyada Onun nemətlərindən bəhrələnirlər. Amma bu nemətlərdən sui-istifadə edirlər.
    2. Qüdrət və hakimiyyət zalımlıq və təkəbbür amili ola bilər.
    3. İctimai fikrə və xalqın mühakiməsinə diqqətli olmaq lazımdır. Həyatın yaranışı allahşünaslıq yollarından biri olsa və Nəmrudun cavabı düzgün sayılmasa da, həmin söhbətlər ictimai fikri təmin etmir.
    4. Höcətləşmə, "müğalitə” batil əhlinin üsuludur.
    5. Əgər həqiqət məntiq və dəlil yolu ilə bəyan olunarsa, batilə qalib gələr.
    6. Mübahisələrdə fitri, əqli və ümumi dəlillərdən istifadə edin. Belə etsəniz, höcətcil müxalif də söz tapmaz.
    7. Kafir zalımdır. Çünki özünə və insanlıq məqamına zülm etmişdir.
    259. أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَل لَّبِثْتَ مِئَةَ عَامٍ فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Ya o kəs ki, (Üzeyr) divarları çökmüş və damlarının üzərinə uçulmuş kəndin yanından keçərkən oranın əhlini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, (öz-özünə) dedi: "Allah ölümdən sonra bunları necə dirildir?” Allah da onu yüz il öldürüb, sonra diriltdi (və ona) buyurdu: "Nə qədər yubandın?” Dedi: "Bir gün, ya günün bir hissəsini yubanmışam! Buyurdu: "Xeyir, sən yüz il yubanmısan, öz yemək-içməyinə bax, (illərin ötməsi ilə) dəyişməmişdir. Ulağına bax (gör necə çürüyüb! Bu onun üçündür ki, həm sənə cavab verək, həm də) səni xalq üçün (qiyamətə) əlamət və dəlil qərar verək. Sümüklərə bax ki, onları necə birləşdirir, ətə bürüyürük.” Elə ki, (bu həqiqətlər) aşkar oldu, o dedi: (İndi bütün vücudumla) bilirəm ki, Allah bütün işlərə qadirdir.”
    Nöqtələr
    Əvvəlki ayə həzrət İbrahimin Nəmrudla söhbətini bəyan etdi. Onlar tövhid haqqında danışırdılar. Dəvət dəlillərlə həyata keçirdi və İbrahim dəlillər vasitəsi ilə qalib gəldi. Zülmətlərdən nura çıxmanın ikinci nümunəsi bu ayədədir. Burada məad haqqında danışılır. Məad etiqadına hidayət nümayiş, hiss üzvlərinin duyması, əməli formada həyata keçir. Təfsirlərdə və bəzi rəvayətlərdə nəql olunmuşdur ki, bu şəxsin adı Üzeyr olmuşdur. "Təfsiri-əl-mizan"da oxuyuruq ki, bu şəxs peyğəmbər olmalıdır. Çünki Allah onunla danışmışdır.
    Bildirişlər
    1. Keçmişin viran qalmış mədəniyyətlərinə ibrət gözü ilə baxmaq və yeni dərslər öyrənmək lazımdır.
    2. Müəyyən həqiqətləri bilsək də, yenə də öz elmimizi təcrübə və soruşmaqla gücləndiririk.
    3. Bir nöqtəni anlamaq üçün yüz il ölmək yerinə düşür.
    4. Uzun zaman ötməsi Allahın qüdrətinə xələl gətirmir.
    5. Rəcət və ölülərin dirilməsi qiyamətdən qabaq elə bu dünyada qəbul edilə bilər.
    6. Dini maarifin ən üstün bəyan yollarından biri nümayişdir.
    7. Allahın iradəsi ilə möhkəm sümüklər çürüyür. Amma tez xarab olası qidalar yüz il təravətli qalır.
    8. İlahi qüdrətin nümayişi xalqın doğru yola sövqü və hidayəti üçündür. Bu nümayişdə əyləncə, Allahın qüdrətini büruzə vermək məqsədi yoxdur.
    9. Allah qiyamətdən bir səhnəni dünyada nümayiş etdirmişdir.
    10. Məad cismanidir. Əgər məad ruhani olsaydı, sümükdən danışılmazdı.
    11. Ovuc tutum nümunəsidir. Allah qiyamətdəki qüdrətinin bir parçasını dünyada nümayiş etdirir.
    260. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ
    "(Xatırla) o zaman ki, İbrahim dedi: "Pərvərdigara, mənə ölüləri necə diriltdiyini göstər.” (Allah-təala) buyurdu: "Məgər iman gətirməmisən?! (İbrahim) ərz etdi: "(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün.” (Allah-təala) Buyurdu: "Dörd quş (rəvayətə görə tovuz, xoruz, göyərçin və qarğa) tut və onları öz yanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan bir parça qoy. Sonra quşları çağır, sürətlə sənə doğru gəlsinlər. Bil ki, Allah hikmət sahibi, bacarandır.”
    Nöqtələr
    Həzrət Peyğəmbərdən (s) sonra tarixin yeganə böyük şəxsiyyəti həzrət Əli (ə) buyurmuşdur: "Əgər pərdələr çəkilsə, mənim yəqinimə əlavə olunmaz.”("Təfsiri-Qurtubi”, "Təfsiri-nümunə”. ) Amma başqa insanlar öz eşitdiklərini, hətta inandıqlarını da gözlə müşahidə etmək istəyirlər. Hamı şəkərin çuğundurdan hazırlandığını bilsə də, bu prosesin necə getdiyini bilmək istəyir.
    Təfsirlərdə nəql olunmuşdur: Həzrət İbrahim bir dənizin kənarından keçirdi. Sahildə bir leş gördü. Onun yarısı suda, yarısı quruda idi. Quruda qalan hissəni quşlar, suda qalan hissəni dəniz heyvanları didişdirirdi. Həzrət öz-özünə dedi: "Əgər bu iş insanın başına gəlsə və insanın bədən zərrələri heyvanlar arasında bölüşdürülsə, qiyamət günü bu zərrələr bir yerə necə toplana bilər? Ona görə də Allahdan istədi ki, ölüləri necə diriltdiyini ona göstərsin. Allah da İbrahimin bu istəyini yerinə yetirib onu yəqin və əminlik nuruna qərq etdi.
    Bildirişlər
    1. Ölüləri diriltmək Allahın rübubiyyət şənindəndir.
    2. Bir şeyi dərindən öyrənmək üçün hiss üzvlərindən istifadə zəruridir.
    3. Həqiqətlərin kəşfi və onlara şahidlik elm, iman, dəlil mərtəbələrini adlamış kəslər üçündür. Hər kəsin yox, İbrahimin "göstər” ("ərini”) istəyinə cavab verilir.
    4. İman və yəqinliyimizi dərinləşdirib əminlik həddinə çatmaq fikrində olaq. Araşdırma və maraq özü bir dəyərdir.
    5. İmanın mərhələləri və dərəcələri var.
    6. Qəlb aramlıq mərkəzidir.
    7. İlahi övliyaların "təkvini vilayət” adlanan varlığa təsir gücü var.
    8. Məad cismanidir. Qiyamətdə ruh bədənin həmin zərrələrinə qayıdasıdır.
    261. مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
    "Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzər. Hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”
    Nöqtələr
    Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaqın tapşırılması və israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxması zəminəsidir. Ona görə də Quranda infaqın zəruriliyi və sələmin qadağası bəyan olunmuş ayələrlə yanaşı gəlmişdir.("Təfsiri-kaşif”, c. 1, s. 272. )
    Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olasıdır.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1036 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024