İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Kafirlərin iman gətirməsi üçün iqtisadi təzyiqlərdən və infaqın tərk olunmasından istifadə etməyin.
    2. Hidayət yalnız hazırlıqlı qəlblərə şamil olan ilahi tövfiqdir.
    3. Məhrumların halına yanmaq insanlıq vəzifəsidir. Bu səbəbdən də qeyri-müsəlmanlar infaqdan məhrum edilməməlidir.
    4. İslam insansevər bir məktəbdir. Bu din hətta qeyri-müsəlmanlara münasibətdə də fəqirliyi və məhrumluğu bəyənmir.
    5. Etdiyiniz infaqın faydası özünüzə qayıdar. Bu iş sizdəki səxavət ruhunu dirçəldər. İnfaq vasitəsi ilə təbəqələrarası ixtilaf və ictimai partlayışların qarşısını alın. Bu yolla cəmiyyətdə məhəbbət yaranar. İnfaq sizin malınızı azaltmır, əksinə sizin paklığınıza səbəb olur.
    6. Yalnız Allahın razılığı üçün infaq edin. Çünki bu dünyaya aid olan bütün faydalar bir gün aradan gedəcək, Allah razılığı üçün görülən işlər isə daim bəhrəli qalacaqdır.
    7. Var-dövlətdə xeyir var.
    8. İnfaq edərkən əliniz və qəlbiniz açıq olsun. Çünki infaq etdiklərinizi son zərrəsinədək geri alacaqsınız.
    9. Qiyamətdə o insanlar faydalanır ki, məqsədləri yalnız Allahın razılığı olmuşdur.
    273. لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ
    "(İnfaq, sədəqə) Allah yolunda məhrumiyyətə düşmüş ehtiyaclılar üçündür. Onların yer üzündə hərəkət və səfər gücü yoxdur. İffətli və abırlı olduqlarından məlumatsız şəxs onları varlı sayır. Sən isə onları simalarından tanıyarsan - onlar heç vaxt xalqdan israrla bir şey istəmirlər. Bütün xeyir şeylərdən bu fərdlərə infaq edin. Şübhəsiz, Allah ondan agahdır.”
    Nöqtələr
    Bir çox təfsirlərdə, eləcə də, Fəxr Razinin təfsirində, "Məcməul-bəyan”da, Qurtubinin təfsirində nəql olunur ki, bu ayə Siffə əshabı haqqında nazil olmuşdur. Siffə əshabı təqribən dörd yüz nəfər idi və Məkkədən Mədinəyə hicrət etmişdi. Onların Mədinədə evi, daldalanacağı olmadığından peyğəmbər məscidinin kənarında "siffə” (böyük səki) üstündə yaşayırdılar. Onlar daim cihada hazırlıqlarını bildirirdilər.
    Bildirişlər
    1. Varlıların var-dövlətində fəqirlərin haqqı var.
    2. Mücahidlərə, tağutla mübarizədə siyasi fəaliyyətlərinə xatir həbsə düşənlərə, sığınacaqsız mühacirlərə, Allah yolunda məhrumiyyətə düçar olan bütün insanlara və öz maddi ehtiyacını təmin etmək üçün çalışmaq fürsətindən məhrum edilənlərə diqqət yetirilməlidir.
    3. Mühacirət və müsafirət etməklə başqa bir məntəqədə yaşayıb maddi ehtiyacını təmin edə bilənlər infaq intizarında olmamalıdır.
    4. İffətli, pak, abırlı fəqirlər Allah tərəfindən xoş sözlərlə yad edilir.
    5. Tanınmayan və möhtərəm fəqirlər öndə gəlir.
    6. Sizin üçün zərurət yaransa da, yenə kimdənsə israrla tələb etməyin. Təkid bəyənilməmiş sifətdir.
    7. İnsafdan deyil ki, bir dəstə insan bütün varlığını fəda edib mühasirədə qalsın, digər bir qrup onlara da infaq etmək istəməsin.("Rum”, 39. )
    274. الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Öz mallarını gecə və gündüz, gizlində və aşkarda infaq edənlərin mükafatı Allahın yanındadır. Onlar üçün nə bir qorxu var, nə də qəmgin olarlar.”
    Nöqtələr
    "Təfsiri-Safi”, "Təfsiri-Məcməul-bəyan”, "Təfsiri-Qurtubi”, "Təfsiri-Fəxr-Razi”də nəql olunur ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Həzrət əlində olan dörd dirhəmin birini gündüz, birini gecə, üçüncüsünü məxfi, dördüncüsünü aşkar surətdə Allah yolunda infaq etmişdir.
    Əlbəttə ki, ayədəki vəd belə hərəkət edən bütün insanlara şamildir. Belələri fəqirlik və yoxsulluqdan qorxmurlar. Çünki onlar Allahın vədinə iman gətirmiş, Ona təvəkkül etmişlər. Onlar Allahın razılığına və infaqın axirət təsirlərinə diqqətli olduqlarından infaq edərkən qəmlənməzlər.
    Ayədə gecə infaqın gündüz infaqdan, gizli infaqın aşkar infaqdan öndə gəlməsinin səbəbi bu ola bilər ki, gecə yarı gizli edilən infaqın dəyəri daha böyükdür.("Ali-İmran”, 130. )
    Bu ayə əvvəlki on dörd ayənin yekunu kimi infaqdan danışır. Bu mövzuya Quranın heç bir yerində bu qədər əhatəli yanaşılmamışdır. İnfaqın müsbət təsirləri kimsəyə gizli deyil. Sərvətlərin tarazlaşması, təbəqə ixtilaflarının azalması, cəmiyyətdə məhəbbət yaranması, səxavət ruhunun çiçəklənməsi, ən üstünü isə Allahla yaxınlıq infaqın misilsiz səmərələrindəndir.
    İnfaq təkcə var-dövlətə yox, həm də elm və hörmətə aiddir. İnfaq sözünün lüğətdə mənası "çökəyin doldurulması”, terminoloji mənası isə "iqtisadi boşluqların aradan qaldırılması”dır.
    Bu nöqtəni xatırlamaq lazımdır ki, İslamın infaq məsələsinə diqqətində məqsədi dilənçiliyi genişləndirmək deyil. Bir çox rəvayətlərdə ehtiyacı olmadan əl açıb kömək istəmək məzəmmət olunmuşdur. Digər bir tərəfdən, infaqın ən üstün növü pul vermək əvəzinə insanı işlə təmin etməkdir.
    Bildirişlər
    1. İnfaq və səxavət ruhiyyəsinə malik olmaq mühümdür. Söhbət təsadüfi infaqlardan getmir.
    2. İlahi mükafatın konkret bəyan olunması onun genişliyini göstərir.
    3. İlahi vədlər yaxşı işlərdə insan üçün ən üstün təşviqedicidir.
    4. Aramlıq və əmin-amanlıq infaqın bərəkətlərindəndir.
    275. الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Sələm yeyənlər (qiyamətdə qəbirlərdən) şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bunun səbəbi odur ki, dedilər: "Alış-veriş də sələm kimidir.” "Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Allahından ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən (sələm yeməyə) qayıdanlar od əhli olacaqlar. Və onda əbədi qalarlar.”
    Nöqtələr
    "Riba” sözünün lüğətdə mənası çoxluq, artım deməkdir. İslam şəriətində "riba” (sələm) borcda artıq almaqdır. Riba həm pul, həm də mal ola bilər. Bəzən pulu borc verir, veriləndən artıq alırlar. Bu, borcda olan ribadır. Bəzən bir mal verir, alanda isə həmin malı artıq alırlar. Bu da ribanın növlərindəndir.
    Sələm yeyən (ribaxor) şeytan tərəfindən tarazlığı pozulmuş, yıxılıb-duran adama oxşadılır. Bu məna ayədə "xəbt” sözü ilə ifadə olunmuşdur. "Xəbt” hərəkət zamanı tarazlığın pozulması, yıxılıb-durmaqdır.
    Sələmçi qiyamətdə divanələr kimi məşhur olar. Çünki o dünyada cəmiyyətdəki tarazlığın pozulmasına səbəb olmuşdur. Sərvətpərəstlik onun bəsirət gözünü kor etmiş və o öz əməli ilə təbəqələr arasında elə bir ixtilaf və kin yaratmışdır ki, bu fəqirlik və kin partlayışlara səbəb olmuş və mülkiyyət əsaslarını titrətmişdir. Bu zümrə üçün sələm kök, alış-veriş isə budaqdır. Ona görə də deyirlər: Alış-veriş də sələm kimidir və onlar arasında fərq yoxdur.
    Sələmçilik, sələm almaq və sələm vermək ilkin İslam dövründən tənqid olunmuşdur. Məkkədə nazil olmuş "Rum” surəsində buyurulur: "O şeyi ki, sələm məqsədi ilə, xalqın malında sizin üçün artmağa görə verirsiniz, bilin ki, Allah yanında artmaz.”(Bax: "Nisa”, 161. ) "Ali-İmran” surəsində Allah sələmi qadağan etmiş və bu ayələrdə sələmçilik ən ciddi şəkildə tənqid olunmuşdur.("Tövrat”, "Sifre-xüruc”, f. 23, c. 25; "Sifre-Laviyan”, f. 25. ) "Nisa” surəsində xatırladılır ki, yəhudi dinində də sələm haram olmuşdur.("Təfsiri-Əl-Mizan”. )Sələmin haramlığı Tövratda da zikr edilmişdir.("Vəsail”, c.12, s. 429. )
    Sələmlə bağlı ayələr infaq ayələrinin ardınca gəlmişdir. Bununla var-dövlət vasitəsi ilə ortaya çıxan xeyir və şər bəyan olunmuşdur. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır. İnfaqın hər bir yaxşı səciyyəsi qarşısında sələmin cəmiyyətdə yaratdığı mənfi səciyyə dayanır. Ona görə də Quran buyurur: "Allah sələmdən ələ gəlmiş sərvəti puç edir, amma sədəqəni artırır.”
    Quranda sələm və zalım hakimiyyətin qəbulu müqabilində bəyan olunmuş hədələr qətl, zülm, spirtli içki, qumar və zina müqabilində vəd olunmamışdır("Kafi”, c. 5, s. 147. ) Sələm bütün İslam firqələrində qəti şəkildə qadağan olunmuş və kəbirə günahlardan sayılmışdır. İmam Sadiqə (ə) bir şəxsin sələmçiliyi barədə xəbər verildikdə həzrət buyurdu: "Əgər imkanım olsaydı, boynunu vurardım.”("Kənzul-Ümmal”, c. 4, s. 104. ) Həzrət Əli (ə) sələmçi ilə qarşılaşdıqda ondan tövbə qılmasını tələb etdi. Həmin şəxs tövbə etdikdən sonra həzrət onu rahat buraxdı və buyurdu: "Sələmçiyə öz işindən tövbə etdirilməlidir. Necə ki, şirkdən tövbə etdirilir.” İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: "Ən xəbis qazanc sələmçiliyin qazancıdır.”("Vəsail”, c. 12, s. 430. ) Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah bir məntəqəni həlak etmək istəsə, orada sələmçilik zahir olar.”("Təfsiri-Dürrül-Mənsur”,c.2, s. 102. ) Allah sələmçiyə, bu işdə vəkilə, şahidə və katibə lənət buyurmuşdur.("Vəsail”, c. 12, s. 423. ) Hədisdə oxuyuruq: Sələmçilər qiyamətdə divanələr tək məşhur olar.”("Vəsail”, c. 12, s. 424; "Bihar”, c. 103, s.119. )
    İmam Sadiq (ə) sələm ayələrinin təkrarlanması kimi varlıların xeyir iş və sədəqəyə hazırlanmasını göstərir və buyurur: "Bir tərəfdən sələm haram olduğu üçün, digər tərəfdən istifadəsiz sərvət toplanması təkidlə haram edildiyinə görə sərvətlilərin infaq və ya faydalı istehsal işlərindən başqa çarələri qalmır.("Əl-həyat”, c. 4, s. 334. ) Sələmin haram buyurulması haqqında deyilmişdir: "Sələmçilik pul kütləsinin istehsal sahəsində və ümumi faydalı işlərdə dövriyyəsinə mane olur. Əmək, düşüncə və zəhmət əvəzinə puldan bəhrə götürülür. Ona görə də sələm haram buyurulmuşdur.” İmam Sadiq (ə) buyurmuşdur: "Əgər sələm halal olsaydı, xalq iş-gücünü buraxardı.”("Nəhcül-bəlağə”, c. 447. ) İmam Riza (ə) buyurmuşdur: "Əgər sələm azad olsa, borc vermək yolu bağlanar.”("Təfsir-Məraği”. ) İqtisadi işlərdə sələm toruna düşmək ehtimalı çox olduğundan hədisdə oxuyuruq: "Hər kəs alış-veriş hökmlərindən xəbərsiz halda ticarətə başlasa, sələmə düşər.”("Təfsiri-fi-Zilalil-Quran”. )
    Sələmin təsirləri:
    Xeyirli bir iş görməmiş, istehsalda iştirak etməmiş artıq pul almaq düşmənçilik və daş ürəklilik yaranmasına səbəb olan zülm növüdür. Sələm ödəyən kəs artan borcların hesabından bəzən iflasa uğrayır və növbənöv alçaqlıqları qəbul etməyə məcbur olur.("Təfsiri-Bürhan”. )
    Bütün bu viranedici əsərlər nəzərə alınmaqla təkcə İslam şəriətində yox, əksər səmavi dinlərdə sələm haram buyurulmuşdur. Amma bəziləri müxtəlif bəhanələrlə sələmə don geydirmək istəyirlər. İşlərə şəri don geydirmək oyundan başqa bir şey deyil və Quran bu sayaq oyunları tənqid edir. Əvvəlki ayələrdə yəhudilərin şənbə günü balıq tutmaq üçün qurduğu hiylə haqqında danışıldı.
    Müxtəlif cəmiyyətlərdə sələm iqtisadi sistemlərdə qəbul olunsa da, o öz dağıdıcı təsirlərini göstərir. Qərb iqtisadiyyatı sələm vasitəsi ilə yox, elm və sənət vasitəsi ilə tərəqqi etmişdir.
    Bildirişlər
    1. Sələmçilər ruhi tarazlıqdan məhrumdurlar. Onlar cəmiyyətdə də bu tarazlığı pozurlar.
    2. Onların halal alış-verişi haram sələmə oxşatması düşüncələrdəki qeyri-tarazlığın nişanəsidir.
    3. Şeytan insanın batininə hakim kəsilə bilir.
    4. Günaha don geydirmək ona yol açır.
    5. Vəzifə bəyan edilməyincə məsuliyyət yoxdur.
    6. İlahi hökmlər xalqın öyüd-nəsihəti və tərbiyəsi üçündür.
    7. Bugünkü qanun keçmişdəki insanlara tətbiq olunmur.
    8. Bilməyərəkdən səhvə yol verənlərin günahı bağışlanır. Agah şəkildə, məqsədli günah edənlər isə heç vaxt!
    276. يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ
    "Allah sələmi puç edir, amma sədəqəni artırır. Allah heç bir naşükürü və günahkar kafiri xoşlamır.”
    Nöqtələr
    "Məhq” sözü tədrici nöqsan mənasını bildirir. "Məhaq” isə ayın son gecələrində nurunu itirdiyindən görünməyən aya deyilir. "Riba” isə tədrici inkişaf mənasındadır.
    Bu ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm alsa da, Allah həmin malın bərəkətini və yaxşılıqlarını aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və məhbubiyyət əldə edə bilmir. Amma infaq, sədəqə, qərzül-həsənə işlək olan cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmür. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmir. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. Fəxr Razinin "Təfsiri-Kəbiri”ndə nəql olunmuşdur: Sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin nifrininə tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir. Ayədə həmin fəlakətlərdən bir nümunə bəyan olunmuşdur.
    Bildirişlər
    1. Sərvətin zahiri şirinliyi sizi heyran qoymasın. Riba əsasında qurulmuş iqtisadi nizam məhvə gedir.
    2. Sələmlə əldə olunan malın puça çıxması Allahın qanunlarındandır.
    3. Sədəqə və zəkatın genişlənməsi iqtisadiyyatın inkişaf və möhkəmlənməsi səbəbidir.
    4. Sələmçi ilahi mərhəmət və məhəbbətdən məhrumdur.
    5. Sələmçi çox nankor və günahkardır. O, sələm almaqla özünü xalqa zamin edir, həyatını harama bulaşdırır, ibadətini batil edir, hərislik və tamah ürəyidaşlığı ona hakim kəsir.
    277. إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Həqiqətən, iman gətirib yaxşı iş görənlər, namaz qılıb zəkat ödəyənlərin mükafatı Allahın yanındadır. Onlar üçün nə qorxu var, nə də qəmgin olarlar.”
    Nöqtələr
    Bu ayədə sələmçilərlə yanaşı, möminlərin də simasını təsvir edir. Möminlər saleh işlər görür, namaz qılır, zəkat ödəyirlər. Ayədə işarə olunur ki, cəmiyyətdən sələm köklərini qırmaq üçün imana, saleh əmələ diqqət, namaz və zəkatın bərpası bir zəminədir.
    İnsanlar dörd dəstədir:
    1. İman gətirib saleh iş görməyən fasiqlər;
    2. İman gətirməmiş və saleh işdən uzaq olan kafirlər;
    3. İman gətirdiyi halda saleh iş görməyən fasiqlər;
    4. İman gətirmədikləri halda imanlı olduqlarını bildirən və zahirdə yaxşı işlər görən münafiqlər.
    Sələmçilər Allahdan və xalqdan kənar düşdükləri halda, onlarla qarşı-qarşıya, iman gətirib saleh iş görən, namaz vasitəsi ilə Allahla əlaqə saxlayan, zəkat ödəməklə xalqa bağlanan möminlər dayanır.
    Bildirişlər
    1. İslam ibadi və fərdi məsələlərlə yanaşı iqtisadi və ictimai məsələlərə də diqqət yetirir. Namaz və zəkat yanaşı bəyan olunmuşdur.
    2. Saleh əməldən sonra namaz və zəkatın zikr olunması göstərir ki, bəyənilmiş işlər arasında bu iki işin hesabı ayrıdır.
    3. Bəd əməl sahiblərinin hədələnməsinin ardınca saleh əməl sahiblərinin təşviq olunması bir tərbiyə üsuludur.
    4. Agah o insandır ki, öz hesab-kitabında bu gün əlində olanı saymaqla kifayətlənməyib, Allahın yanında toplanan ehtiyatına da diqqət yetirsin.
    5. Allahın saleh əməl sahibi olan, namaz qılıb zəkat ödəyən möminlərə xüsusi diqqəti var. "Rəbbihim” sözü Allahın xüsusi lütfünə işarədir.
    6. İlahi vədlər saleh əməl üçün bir stimuldur.
    7. Həqiqi əmniyyət və aramlıq iman, saleh əməl, Allah və xalqla bağlılıq sayəsində əldə olunur.
    8. Aramlıq amili iman, saleh əməl, namaz və zəkatdır.
    278. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ
    "Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!”
    Nöqtələr
    Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir.
    "Məcməul-bəyan”, "Əl-Mizan”, "Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmdən alacağı olan xalq Peyğəmbərdən (s) vəzifələrini soruşdular. Yuxarıda zikr olunan ayə nazil edildi. Ayə nazil olduqdan sonra Həzrət buyurdu: "Əmim Abbasın da sələm borcu tələb etmək haqqı yoxdur. Hamıdan qabaq mənim yaxınlarım sələmdən əl çəkməlidir.” Bir xütbədə isə Həzrət belə buyurur: "Cahiliyyət dövründə müəyyən olunmuş bütün sələmləri ayaq altına atıram. Abbas üçün olan sələmləri isə hamınınkından çox!”("Kənzul-dəqaiq”, c. 2, s. 465. )
    Bildirişlər
    1. Sələmçilik cahiliyyət dövrünün adətlərindəndir. İlkin İslam dövründəki müsəlmanlar da bu işə qatılmışdılar.
    2. Təqva imandan üstün bir mərhələdir.
    3. Sələmçi əldə etdiyinin sahibi olmur. İslam sələmdən gələn faydanı rəsmi şəkildə tanımamışdır.
    4. Haram maldan əl çəkmək iman və təqvanın şərtidir.
    279. فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ
    "Əgər belə etməsəniz, (bilin ki,) Allah və Onun rəsuluna savaş elan etmisiniz. Əgər tövbə qılsanız, sərmayəniz özünüzündür. (Bu halda) nə zülm edirsiniz, nə də sizə zülm olunur.”
    Nöqtələr
    İslamda nə sələmə, nə istismara icazə verilir, nə də xalqın malı birtərəfli müsadirə olunur. Bəzi quruluşlarda mülkiyyət hüququ ləğv olunur və bütün var-dövlət sahibindən alınır. Bəzi quruluşlarda isə istismar, sələm istənilən bir şəkildə azaddır.
    Bildirişlər
    1. Sələmçi Allahla savaşdadır. Sələmçi bilməlidir ki, bu savaşda "Cəbbar” Allahla üzbəüz dayanmışdır.
    2. Sələmçilik kəbirə günahdır. Çünki bu əməl Allahla savaşın elanıdır.
    3. Sələmçi elə düşünməsin ki, məhrum xalqın tərəfdarıdır. Əslində məhrumların himayəsinə qalxan Allahdır. Allah onların haqqını müdafiə edir.
    4. Sələmçi Allahla savaşa qalxdığından İslam hökumətinin vəzifəsi sələmçiliklə mübarizə aparmaqdır.
    5. Allahla savaşa qalxanlar üçün də tövbə yolu açıqdır.
    6. Sələmçi öz sərmayəsinin sahibidir, əldə etdiyi qazancın yox!
    7. Məhrumların qurtuluşu üçün xalqın mülkiyyət haqqını ayaq altına almayın. İslam iqtisadiyyatında xüsusi mülkiyyət qəbul olunmuşdur.
    8. Həm zor hakimiyyət, həm də həmin hakimiyyətin qəbulu məhkum edilmişdir. Nə zülmə təslim olun, nə də başqalarına zülmü rəva görün.
    9. İntiqam qadağandır. Tövbə etmiş sələmçiyə zülm etmək olmaz.
    10. Tövbə edənlərə əvvəlki xilaf işlərinə görə zülm etmək olmaz. Nə vaxtsa xilaf iş görənləri məzəmmət etmək qadağandır.
    11. İqtisadi ədalətin bərpası İslam hökumətinin vəzifələrindəndir.
    280. وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَن تَصَدَّقُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
    "Əgər (borclu) əliboş olsa, ona imkanı olanadək möhlət verin. (Həqiqətən ödəməyə imkanı çatmadıqda) bağışlasanız, sizin üçün daha yaxşıdır. Əgər (bunun nəticəsini) bilsəydiniz!”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 473 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019