İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)

    Nöqtələr
    Bu ayədə borcluya möhlət vermək tapşırılsa da, borclu şəxs bu tapşırıqdan sui-istifadə etməməlidir. Çünki üzürsüz səbəbdən borcunu ödəməyən kəs günahkardır. Hədisdə nəql olunmuşdur: "Üzrü olmadan borcunu ödəməyənlər üçün oğurluq günahı yazılar. Möhlət verənlər üçün isə şəhidlərin mükafatı qeyd olunar. Borcluya verilən möhlətin hər günü üçün həmin məbləğdə sədəqənin mükafatı qeyd olunar.”["Təfsir”, c. 7, s.176.]
    İmkanı çatmayan borclunu bağışlamaq sizin üçün daha yaxşıdır. Çünki:
    a) Bəlkə də sabah sizin özünüz üçün də belə bir vəziyyət yaransın.
    b) Mal nə vaxtsa unudulur, amma imkanı olmayana bağışlamaq heç vaxt unudulmur.
    v) İmkansızın və Allahın razılığını qazanmaq adi qazancdan qat-qat üstündür.
    Fiqhi hökmlərdə deyilir: Üzürlü borclunu həbs etmək qadağandır. Borclu şəxsin həqiqətən borcu ödəmək imkanı yoxdursa, onun borcunun ödənməsi İslam hökumətinin vəzifəsidir.
    Bildirişlər
    1. İslam zəifliyə düçar olmuşların himayədarıdır.
    2. Təkcə sələm almamaqla kifayətlənməyin. Sərmayəni də geri alarkən müdara edin.
    3. Borcun ödənməsi üçün vaxt təyini borclunun gücünə uyğun olmalıdır.
    4. İmkanı çatan borclunu borcunu ödəməyə məcbur etmək olar.
    5. Fəqirə onun borcunu bağışlamaq sədəqədir.
    6. İslamın hüquqi və iqtisadi nizamı onun əxlaqi nizamı ilə bağlıdır. Borcu geri almaq haqq olsa da, möhlət vermək və bağışlamaq tövsiyə olunur.
    7. İnsanın darlığı və dünya malına məhəbbəti ona imkan vermir ki, dəyərlərin və kamilliklərin mahiyyətini dərk etsin.


    281. وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ 


    "Allahın hüzuruna qaytarılacağınız, sonra hər kəsin qazandığının əvəzi artırılıb-əskildilmədən veriləcək və onlara zülm olunmayacaq gündən qorxun.”
    Nöqtələr
    Bu ayə sələm ayələrinin yekunu və ümumi xəbərdarlıq kimi nazil olmuşdur. "Kəşşaf”, "Əl-Mizan”, "Məcməul-bəyan”, "Kəbire-Fəxr-Razi”, "Bürhan” təfsirlərində qeyd olunmuşdur ki, bu ayə həzrət Peyğəmbərə (s) nazil olmuş son ayədir. Ayə o həzrətin öz göstərişi ilə bu surədə yerləşdirilmişdir.
    Bildirişlər
    1. Qiyamət mühüm bir gündür. "Yovmən” sözündəki qeyri-müəyyənlik bildirən"tənvin” həmin günün əzəmətini bildirir.
    2. Sələm almaq və dünya həyatı qurmaq sadə və ötəridir. Əbədi və davamlı olan isə qiyamətdir.
    3. Təqva və qiyamətin zikri sələmdən və digər haramlardan uzaq qalmaq üçün ən güclü amildir.
    4. İslamın iqtisadi nizamının zəmanətçisi xalqın iman və təqvasıdır.
    5. Bu dünyanın müamilələrində artırıb-əskiltmə imkanı var. Allahla müamilədə isə heç bir kəm-kəsir yoxdur.
    6. Cəza və mükafat meyarı arzu yox, əməldir.
    7. İnfaqınızdan və sələmlərinizin qazancını tərk etməkdən nigaran olmayın. Sizin yaxşı əməllərinizdən zərrəcə azalmaz. 


    282. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ


    "Ey iman gətirənlər! Bir-birinizə müddətli borclar verdiyiniz vaxt onu yazın. Aranızdakı katib bunu ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs yazmaqdan imtina etməməlidir. Necə ki, Allah ona təlim etmişdir. O yazmalıdır, borclu da haqqı olan kəs imla etsin. Rəbbi olan Allahdan çəkinsin və bir şeyi əskiltməsin. Boynunda haqq olan səfeh və ya zəifdirsə, və ya imla etmək qabiliyyəti yoxdursa, onun böyüyü ədalətə riayət etməklə imla etsin. Kişilərdən iki nəfərini şahid tutsun. Əgər iki kişi olmasa, razı və arxayın olduğunuz bir kişi və bir qadın şahidliyə bəsdir. Onlardan biri unutsa, digəri ona xatırlatsın. Şahidlər dəvət olunduqları zaman imtina etməməlidirlər. Kiçik və ya böyük müddətə veriləni yazmaqda süstlük etməyin. Bu iş Allahın yanında ədalətə daha yaxındır, şahidliyin ədası üçün daha möhkəmdir, şəkk-şübhənin qarşısını almaqda daha üstündür. Yalnız aranızda əldən-ələ etdiyiniz nağd alış-veriş üçün eybi yoxdur. Alış-veriş zamanı şahid tutun. Katib və şahidə ziyan dəyməməlidir. Əgər belə etsəniz, Allahın hökmündən xaric olmusunuz. Allahdan çəkinin, Allah sizə təlim edər və Allah hər şeyi biləndir.”
    Nöqtələr
    Bu ayə Quranın həcmcə ən böyük ayəsidir. Ayənin mövzusunu hüquqi məsələlər və ticari sənədlərin tənzim qaydaları təşkil edir. Ayə İslamın diqqət və əhatəliliyini göstərir. Bu ayədə cahiliyyət dövründə, geri qalmış xalq arasında ən incə hüquqi məsələlər bəyan olunur.
    "Tədayəntum” sözü "dəyn” sözündən olub "borc” mənasını daşıyır. Bu söz qeyri-nağd bütün müamilələrə, borc və "sələf” alış-verişə şamil olunur.
    Hədisdə bildirilir: Əgər bir şəxs müamilə zamanı sənəd tərtib edib şahid tutmasa və malını tələf olmaq təhlükəsində qoysa, nə qədər dua etsə, Allah onun duasını qəbul etməz və buyurar: "Nə üçün Mənim göstərişlərimə əməl etmədin?!”["Bəqərə”, 225.]
    Əgər fərdi haqların qorunması zəruridirsə, beytül-malın (dini büdcənin) hifzi daha zəruridir.
    Hətta nağd alver zamanı da sənəd tənzim etmək faydalıdır. Amma nağd alverdə sənəd tərtibi nisyə alverdə olduğu kimi zəruri deyil. Çünki nisyə alverdə tərəflərdən biri və ya şahid dünyasını dəyişə bilər, ya da müamilə razılığını unudar. Bu səbəbdən də nisyə müamilə sənədləşməlidir.
    Yazmaq əmrindən məlum olur ki, adil şahidin iştirakı ilə tənzimlənmiş sənəd şahid gətirə bilər.
    Ayədən məlum olur ki, İslam cəmiyyəti bir-birinin haqlarının müdafiəsində himayə göstərməlidir. Çünki hər bir müamilədə katibə və bir neçə şahidə ehtiyac var.
    Bütün ərəbistan yarımadasında cəmi on yeddi savadlı şəxsin olduğu bir dövrdə yazmaq məsələsinə bu qədər diqqət İslamın elm və hüquqların qorunmasına verdiyi əhəmiyyəti göstərir.
    Bildirişlər
    1. İman hökmlərə əməl zəminəsi və müqəddiməsi, "ya əyyuhəlləzinə amənu” xitabı hökmlərə əməl üçün təşviqdir.
    2. Borc müddəti aydın olmalıdır.
    3. Etimadın hifzi, qarşılıqlı etimad, ruhi rahatlıq, unutqanlığın mənfi nəticələrindən qaçmaq, sui-zənni və inkarı aradan qaldırmaq üçün borclar yazılmalıdır.
    4. Tərəflərin müqaviləyə müdaxiləsinin qarşısını almaq üçün hər iki tərəfin iştirakı ilə və üçüncü şəxs tərəfindən müqavilə yazılmalıdır.
    5. Müqaviləni yazan katib haqqı əsas götürməli və həqiqəti yazmalıdır. Katib seçilərkən yazıda ədalət əsas götürülməlidir.
    6. Allahın bizə verdiyi elmə şükür olaraq biliyimizi işə salaq.
    7. Hər peşə sahibinin xüsusi məsuliyyəti var. Qələmi olan kəs xalq üçün yazmalıdır.
    8. Boynunda haqq olan borclu mətni deməli, katib isə yazmalıdır. Borc sahibinin dediyi katib üçün əsas deyil.
    9. İnsanın öz əleyhinə etirafı məqbuldur.
    10. Borclu şəxs sənədi yazdırarkən Allahı nəzərdə tutmalıdır. O, borcu əskiltməməli və borcun bütün xüsusiyyətlərini sadalamalıdır.
    11. Qanun elə bir şəkildə tənzimlənməlidir ki, zəiflərin haqqı tapdalanmasın. Əgər borclu səfeh, zəif, lal və ya kardırsa, onun böyüyü, himayətçisi sənədin mətnini deməli və katib yazmalıdır.
    12. Səfehlər və zəiflərin ictimai münasibətlərin tənzimində böyüyə, himayətçiyə ehtiyacı var.
    13. Məhrum təbəqənin və zəif zümrənin haqlarına diqqət məsulların və himayətçilərin vəzifəsidir. Borc müqaviləsi bu işin zəruriliyini göstərir.
    14. Kişilər şahid olmaqda və şəhadət verməkdə qadınlardan öndə gəlir.
    15. Şahid ədalətli, etibarlı və tərəflərin razı olduğu şəxs olmalıdır.
    16. Kişilərdən hər biri təklikdə şahid ola bilər. Əgər şahid bir kişi və iki qadındırsa, həmin iki qadın birlikdə şəhadət versin. Onlardan biri çaşıb səhvə yol versə, ikincisi onu xatırlatsın.
    Şahidlikdə bir kişinin əvəzinə iki qadının müəyyənləşdirilməsi qadınların zərif və mərhəmətli ruhiyyəsi səbəbindəndir. Digər bir səbəb isə, qadınların alış-veriş məsələlərində az iştirak etmələridir. Qadınlar kişilərlə müqayisədə müamilə məsələlərindən bir o qədər də xəbərdar deyillər.
    17. Əgər sizi şahid göstərmək istəyirlərsə, imtina etməyin. Dəvət edilməmiş şahid durmaq vacib deyil.
    18. Müqavilədə hansı məbləğdən söhbət getməsi mühüm deyil. Əsas məsələ əminliyin və xalqın haqqının hifzidir.
    19. Dəqiq və ədalətli şəkildə sənəd tərtibinin üç faydası var: Bu sənəd ədalətin icrasında zamindir; sənəd şahidləri şəhadət verməyə cürətləndirir; bu sənəd cəmiyyətdəki bədbinliyi aradan qaldırmağa kömək edir.
    20. Əgər dini hökmlərin faydası və sirri xalqa açıqlansa, onların qəbulu asanlaşar.
    21. Bu gün müqavilə yazmaq üçün bir qədər yubanmaq gələcəkdə fitnə və ixtilafla üzləşməkdən yaxşıdır.
    22. Nağd müamilələrdə yazmaq vacib deyil.
    23. Nağd müamilələrdə yazmaq zəruri olmasa da, şahid tutulması yaxşıdır.
    24. Katib və şahid amandadır. Onlar yazdığı və şahidlik etdiyi üçün tərəflərin əziyyətinə məruz qalmamalıdır.
    25. Haqqa şəhadət verilməsi və haqqın yazılması xeyli vaxt apararsa və zəhmət bahasına başa gələrsə, şahid və katibə maddi təminat verilməlidir. Əks təqdirdə onlar hər ikisi zərər görəcək.
    26. Katib və şahid bir tərəfin xeyirini nəzərə alıb sənəd tənzim edə bilməz.
    27. Sənəddə istənilən bir nöqsan ona yol verən üçün günahdır.
    28. Katib və şahid xalqın hüquqlarının keşikçisidirlər. Qoyulmuş hədləri pozmaq günah xəttini keçməkdir.
    29. Pak və təqvalı qəlb ayna kimi elm və həqiqətləri əks etdirir.
    30. Allah sizin bütün maddi və mənəvi ehtiyaclarınızı bilir. Bu ehtiyaclar əsasında hökmlər və qanunlar bəyan olunur. Qanun verən kəs dərin məlumata malik olmalıdır. 


    283. وَإِن كُنتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُواْ كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ 


    "Əgər səfərdə olsanız və katib tapmasanız, vəsiqə girov alın. Əgər bir-birinizə əminsinizsə (vəsiqə lazım deyil.) Əmin sayılan kəs əmanəti qaytarsın və Rəbbi olan Allahdan çəkinsin. Şəhadəti gizlətməyin. Hər kəs şəhadəti gizlətsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah etdiyiniz işləri biləndir.”
    Nöqtələr
    Əgər borc sənədi hazırlamaq üçün katib tapılmazsa, borcludan girov və ya vəsiqə almaq olar. Bunun üçün səfərdə olub-olmamağın fərqi yoxdur. Ayədəki ifadə tərzi göstərir ki, adətən, insan səfərdə olarkən çətinliklərlə rastlaşır. "Ölüm sorağınıza gəldiyi vaxt vəsiyyət edin” ifadəsini xatırlayın. Təbii ki, vəsiyyət ölüm məqamına xas deyil. Amma ölüm qabağı vaxt vəsiyyət üçün son fürsətdir.
    Bildirişlər
    1. Ələ götürmək və ixtiyarda olmaq vəsiqənin şərtidir. İmam Baqir (ə) buyurmuşdur: "Qəbzsiz girov qoyulmur.”["Bəqərə”, 283.]
    2. Tələb müqabilində vəsiqə alın.
    3. Hökmlərdə fərdlərin yeri müxtəlifdir. Etibarlı şəxsə girovsuz, etibarsız şəxsə isə girovla verilir.
    4. Müamilələr zamanı etibarların itməsinə yol verməyin. Girov götürməyin fəlsəfəsi arxayınlıqdır. Əgər girov qoyulmadan arxayınlıq yaranırsa, girov qoymaq zəruri olmur.
    5. Xalqın haqlarından xəbərdar insanlar məzlumlar qarşısında məsuliyyət daşıyır.
    6. Haqqı demək zəruri olan yerdə susmaq haramdır.
    7. Daxili çaşqınlıq zahiri çaşqınlığa səbəb olur. Günahkar qəlb şahidliyin gizlədilməsi səbəbidir.
    8. Allahın hər işdən xəbərdar olması iman, təqva və həqiqətlərin bəyan səbəbidir. 


    284. لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ 


    "Göylərdə və yerdə olan hər şey yalnız Allahındır. Qəlbinizdə olanı aşkarlasanız da, gizlətsəniz də Allah onlara əsasən sizinlə hesab çəkər. İstədiyini bağışlayar və istədiyini cəzalandırar. Allah hər şeyə qadirdir.”
    Nöqtələr
    Əllamə Təbatəbai "Əl-mizan” təfsirində buyurur: "İnsanın iki növ qəlb haləti var: Bəzən ixtiyarsız olaraq qəlbdən bir şey ötüşür. İnsan belə təsəvvürlərə görə günaha batmır. Çünki belə təsəvvürlər bizim ixtiyarımızda deyil. Amma insanın pis əməllərinə səbəb olan və ruhumuzun dərinliyində möhkəmlənmiş ruhi hallara görə cəza var.
    Olsun ki, ayədə küfr, haqqın gizlədilməsi kimi qəlbə aid günahlar nəzərdə tutulmuşdur. İnsanı günaha aparan müqəddimə təsəvvürlər ayənin məqsədi olmaya da bilər.
    İnsan öz ruhiyyəsinə, qəlb halına görə məsuldur. Bu məsələ Quranda dəfələrlə işarə olunmuşdur. O cümlədən:
    - "Allah sizi qəlblərinizin kəsb etdiyinə görə cəzalandırar.”["İsra”, 36. ]
    -"Doğrudan da, gizlədənin qəlbi günahkardır.”["Nur”, 19. ]
    - "Həqiqətən, qulaq, göz və qəlb hər biri sorğuya çəkilər.”[Nəhcül-bəlağə”, x. 45]
    - O kəslər ki, möminlər arasında pislik yaymaq istərlər, onları dünya və axirətdə şiddətli əzab gözləyir.”["Taha”, 126. ]
    Həzrət Əli (ə) buyurmuşdur: "Xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılar.”[Bihar”, c. 22, s. 263. ]
    Bildirişlər
    1. Allah həm mütləq malikdir , həm də mütləq alimdir. , həm mütləq qadirdir
    2. Kuzənin çölünə çıxan nəm onun içindəkindəndir. İnsanın əməlləri onun düşüncə tərzi və iç etiqadının göstəricisidir.
    3. Tərbiyəçi xalqı ümid və qorxu arasında saxlamalıdır. 


    285. آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ 


    "Peyğəmbər Allahı tərəfindən ona nazil edilənə iman gətirmişdir. Bütün möminlər Allaha, mələklərə, kitablara, Onun göndərdiklərinə imanlıdırlar (və deyirlər): biz Onun peyğəmbərlərindən heç birinə fərq qoymuruq, (hamısına imanlıyıq). Dedilər: Biz (haqqın nidasını) eşitdik və itaət etdik. Pərvərdigara! Sənin bağışlamağını (diləyirik) və qayıdışımız sənə doğrudur.”
    Nöqtələr
    Bu ayədə üsulidin - tövhid, nübüvvət və məad - bəyan olunmuşdur. Sonrakı ayədə insanın ilahi vəzifələri yerinə yetirmək üçün hazırlığı, Allahdan rəhmət və bağışlanma istəyi bəyan olunur. Ona görə də hədisdə bildirilir ki, bu və sonrakı ayənin xüsusi dəyəri var və onların tilavəti xəzinə kimidir.
    Peyğəmbərə ehtiram lazımdır. Allah rəsulunun hesabı başqalarından ayrıdır. Ona görə də bu ayədə əvvəlcə İslam peyğəmbərinin adı və ona iman, sonra isə möminlərin adı və əqidələri zikr olunur.
    Bildirişlər
    1. Məktəb onun rəhbərinin simasında aydınlaşır.
    2. Din təbliğatçıları öz dəvətlərinə inanmalıdırlar.
    3. Səmavi kitabların nazil olmasında məqsəd insanların tərbiyəsidir.
    4. Bütün peyğəmbərlər eyni məqsədə malik olduğundan onların hamısı üçün iman zəruridir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
    5. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
    6. İman və əməllə yanaşı Allahın mərhəmətinə ümid də lazımdır. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
    7. Bəxşiş rübubiyyət şənindəndir və tərbiyə zəminəsidir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir. 


    286. لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ 


    "Allah hər kəsi yalnız gücü qədərində vəzifəli edir. Hər kəs gördüyü hər bir işi öz faydası üçün edir. Etdiyi pis işlər isə öz zərərinə kəsb edilmişdir. (Möminlər deyirlər:) Pərvərdigara! Əgər (vəzifələrimizi) yaddan çıxarıb xəta etdiksə, bizi cəzalandırma. Pərvərdigara! Bizim üçün ağır vəzifə qərar vermə. Necə ki, (günahlarına görə) bizdən qabaqkılar üçün (ağır vəzifə) qərar verdin. Pərvərdigara! Bizim üçün taqətimiz çatmayacaq cəzalar müəyyənləşdirmə. Bizi bağışla və Öz mərhəmətində qərar ver. Sən bizim mövlamızsan, bizi kafir qövmə qalib et.”
    Nöqtələr
    Bəzən unutqanlığın səbəbi insanın öz səhlənkarlığı olur. Belə olduqda insan cəzalandırılır. Necə ki, Allah-təala buyurur: Bizim ayələrimiz sənə gəldikdə, sən onları unutdun. Necə ki, bu gün də unudulmuşlardan olmusan.”  Ona görə də bu ayədə xətakarlıqla yanaşı, unutqanlığın da bağışlanması istənilir. Tüğyan və fəsad səbəbindən əvvəlki ümmətlərə verilmiş cəzalar xatırlanmaqla bağışlanma rica olunur.
    Bu ayədə insan Allahın bütün lütf mərhələlərini istəyir: Birinci mərhələ əfvdir və bu mərhələdə bütün günah və xətalarının əsərləri aradan götürülür. İkinci mərhələ bağışlanma və ruhun günah tozundan təmizlənməsi mərhələsidir. Üçüncü mərhələ Allahın mərhəmətindən bəhrələnmə və kafirlərə qaliblik mərhələsidir.
    Bir neçə ayədə güc həddində vəzifələr təyini haqqında danışılır: Hazırkı ayə; "Həcc” 78; "Bəqərə”, 185. İslam peyğəmbəri buyurmuşdur: "Mən asan və yüngül dinlə məbus olmuşam.” 

    Bildirişlər

    1. İlahi vəzifələr insanın gücündən yuxarı deyil.
    2. Əməllərimizin bir vaxt özümüzə qayıdası əsərləri var.
    3. İnsan azad və ixtiyar sahibidir.
    4. İlahi göstərişlərin yerinə yetirilməsi və ya tərk olunması insanın özü üçün xeyirli və ya zərərlidir.
    5. Başdan-ayağa ədalətli və müttəqi olanlar da öz xəta və nöqsanlarına görə narahatdırlar və dua edirlər.
    6. Keçmişdəkilərin tarixinə və onların başına gələn acı hadisələrə nəzər salın ki, ibrət dərsi götürəsiniz və Allaha pənah aparasınız.
    7. Əvvəlcə insanın öz zəifliyini etiraf etməsi dua qaydalarındandır. Sonra Allahın əzəmətinə şəhadət verilir, daha sonra insan öz istəyini bəyan edir.
    8. İslamın küfrə qələbəsi möminlərin daimi istəyidir.
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-19)
    Views: 1050 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024