İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    QULUN İNTİQAMININ ALINMASI ÜÇÜN AZAD BİR ŞƏXSİN ÖLDÜRÜLMƏSİ
    Haqqında söhbət açdığımız ayə azad bir şəxsin qulun intiqamı müqabilində öldürülməsini qeyri-qanuni bildirir. Belə ki, azad insan başqa bir azad şəxsin, kölə isə qulun müqabilində qisas olunmalıdır. Bir qədər ayənin digər ayələr, nəql olunmuş rəvayətlərlə nəsx olunmadığı haqda ətraflı söhbət açdıq.
    Bütün bunlarla yanaşı biz Əli (ə), Peyğəmbərdən (s) nəql etdiyi rəvayəti də ayəni nəsx edəsi hökm kimi qəbul edə bilmərik. Rəvayətdə deyilir: «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir.» Bu rəvayəti mötəbər qəbul etsək də belə, yenə də bizə ayənin nəsx olunduğunu istinad etmək imkanı vermir. Çünki, rəvayətin məzmunu ümumi xarakter daşıyır və biz buradan heç bir nəticə əldə edə bilmirik. Ayədə isə intiqam olunması şəxslərin xüsusiyyəti (azad və ya qul olması) cinsi və s. açıq-aşkar göstərilir və şübhə doğurası heç bir sual qoymur.
    Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi «qulunu qətlə yetirən hər bir şəxsi [intiqam olaraq] öldürürük» rəvayətə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu zəif və istinad olunmayan rəvayətlər silsiləsinə daxildir. Əbu Bəkr ibni Ərəbidən həmin rəvayət haqda bu sözləri deyir: «Bəziləri araşdırma aparmadan Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad edərək azad bir şəxsi öz qulunun qisası olaraq öldürülməsini qanuni hesab edir. Bir halda ki, bu hədis zəifdir və heç bir etibarı yoxdur.
    Müəllif: Səmrədən nəql olunmuş hədis mötəbər olmamaqla yanaşı, məzmunu digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Əmr ibni Şueyb atasından və o da öz atasından nəql etdiyi hədisdə deyir: «Bir şəxs bilərəkdən öz qulunu qətlə yetirir. Peyğəmbər (s) ondan qisas almayıb cəza məqsədi ilə bir neçə şallaq zərbəsi, bir illik sürgün və beytul-maldan payına düşən şeylərdən məhrum olunmasını əmr edir.» Başqa bir yerdə İbni Abbas Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülməlidir.»
    Bu rəvayəti Cabir, Əmrdən və o da Əli (ə)-dan nəql edir: Yenə də Əmr ibni Şueyb atasından və o da öz atasından nəql edir ki, «Əbu Bəkr və Ömər köləlikdə olan qulun qisası olaraq azad bir şəxsi öldürməzlər».
    Bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən bu məzmunda onlarla hədis və rəvayət nəql olunmuşdur. Və onların Peyğəmbərdən (s) sonra ən mötəbər mənbə olduqlarını nəzərə alaraq deyə bilərik ki, azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülə bilməz. Beləliklə ayənin nəsx olunduğu və azad bir şəxsin, qulun qisası olaraq öldürülməsinə dair mövcud olan əsassız fərziyyələrə son qoymuş oluruq.
    KİŞİNİN QADININ QİSASI OLARAQ ÖLDÜRÜLMƏSİ (QADIN ÖLDÜRMÜŞ KİŞİNİN QİSASI)
    Ayədə qətlə yetirilmiş qadının qisası olaraq kişinin öldürülməsinin qadağan olunduğunu heç də nəsx kimi qəbul etmək olmaz. Hökm qüvvədə qalır və öz əhəmiyyətini itirmir. İstər sünni, istərsə də şiə alimləri belə bir əqidəyə əsaslanırlar. Hətta Həsən Bəsri və Əta bu əqidə ilə müvafiq olduqlarını bildirmişlər. Lakin əhli sünnə alimlərinin böyük bir hissəsi bu ayənin nəsx olunduğuna istinad edirlər.
    İzah: Qisas ayəsinin «[Qəsdən] öldürülən şəxsdən ötrü sizin qisas almaq hökmü qərara alındı [vacib oldu]. Bəqərə-178). Zahiri mənasından hökmün icrasının vacib olduğu bəlli olur. Eyni zamanda «əfv» ayəsində «qətlə yetirilmiş şəxsə yaxın olanlar» (ata-ana, bacı-qardaş və digər qohumlar) qatili əfv etməyə sövq olunurlar. Demək, qisas hökmünün icrası yalnız o zaman vacib ola bilər ki, qətlə yetirilmiş şəxsin yaxın adamları bunu tələb etmiş olsunlar. Buradan belə bir nəticəyə gəlirik ki, əgər qətlə yetirilmiş şəxsin yaxın adamları qatilin qisas olunmasını tələb edərlərsə, qatil hökmə tabe olaraq özünü qanun qarşısında təslim etməlidir. Lakin qatilin təslim olmağı yalnız o zaman vacib ola bilər ki, kişi kişini, ya qadın kişini və ya qadını qətlə yetirmiş olsun. Amma əgər kişi qadını qətlə yetirərsə, ona qisas tələb edən şəxslərə dərhal təslim olmağı heç də vacib deyildir. O gördüyü işdən boyun qaçıraraq diyəsinin yarısını ala bilər. (Yəni əgər qətlə yetirilmiş qadının yaxınları qatilin qisas olunmasını [öldürülməsini] istərlərsə, diyəsinin yarısını ödəməlidirlər.) Yalnız belə bir halda qazi qisas hökmünü verə bilər. Bu hökmün nəsx olması üçün heç də ayənin məzmunu ilə ziddiyyət təşkil etmir. Çünki, ayədə qadın müqabilində kişi deyil, məhz qadının qisas olunduğu göstərilir və bir qədər əvvəl qeyd etdik ki, əgər kişi qətlə yetirdiyi qadının müqabilində qisas olunarsa hökm icra olunmazdan əvvəl diyəsinin yarısını qadının yaxın adamlarından almalıdır. Və belə olan bir halda kişi tək qadının qətlinin müqabilində deyil, onun qan bahasının və öz diyəsinin yarısının ödənilməsi ilə mühakimə olunur. Bunu isə ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün heç də nəsxə səbəb olduğunu hesab etmək olmaz.
    Bəli, ayəni yalnız o zaman nəsx olunmuş hesab etmək olar ki, əhli sünnə alimlərinin nəzərlərinə əsasən, qadını qətlə yetirmiş kişini, diyəsinin yarısını ödəmədən qisas olunmuş olsun. Belə ki, bir hökm ayənin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Və belə bir nəzəriyyəyə əsaslanan hər bir şəxsin ayənin nəsx olunmasını qəbul etməsi də tam adi haldır.
    Lakin bu nəzəriyyənin sübutu əsaslı dəlillərə istinad olunmadığı üçün olduqca çətindir. Çünki, nəzəriyyə tərəfdarları bəzən qisas hökmünə dəlalət edən, lakin kişi və qadın haqda heç bir söhbət açmayan ümumi xarakter daşıyan ikinci ayəyə və bəzən də Peyğəmbərdən (s) nəql olunmuş, «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir» hədisinə istinad edirlər. Və bir qədər əvvəl qeyd etdik ki, bütün bunları ayənin nəsx olunduğuna dəlalət edəcək dəlil hesab edə bilmərik. Bəzən bu məzmunda nəql olunmuş digər rəvayətlərə də istinad olunur.
    Qətadə, Səid ibni Musəyyibdən nəql etdiyi rəvayətdə deyir: «Səna əhalisindən bir neçə nəfər şəxs bir qadını qətlə yetirməkdə ittiham olunaraq xəlifə Ömərin verdiyi fərmana əsasən hamılıqla edam olunur.»
    Ləys, Həkəmdən nəql edir ki, Əli və Abdulladan qisas barəsində soruşduqda deyərdilər: Bilərəkdən qadını qətlə yetirmiş şəxs (kişi) qisas olunmalıdır.
    Zəhra, Əbu Bəkr ibni Məhəmməddən o da atası Əmr ibni Həzmdən nəql edərək deyir: Peyğəmbər (s), qətlə yetirilmiş qadının qisası olaraq qətlə yetirən şəxs edam olunmalıdır.
    Lakin bütün bu rəvayətləri bir neçə səbəbə görə əsassız hesab etmək olar.
    1) Quranla müxalif olan nəql olunmuş hər bir hədis və rəvayət mötəbər olsa belə, öz etibarını itirir.
    2) Rəvayətlər vahid xəbər halında nəql olunmuşdur və məlum olduğu kimi Quran vahid xəbərlə sübuta yetirilmir.
    3) Bu rəvayətlər Ətanın, Şəbənin və Həsən Bəsrinin Əli (ə)-dan nəql etdikləri, həmçinin məsum imamlardan bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir: Əli (ə), qadını qətlə yetirmiş şəxsi mühakimə edərkən buyurur: Qadının yaxın adamları əgər kişinin edam olunmasını istərlərsə diyəsinin yarısını ona verməlidirlər, yox əgər onu əfv etmək istərlərsə diyəsinin yarısını ondan almaqla kifayətlənməlidirlər.
    4) Əvvəla birinci rəvayət mursəl olaraq və ravilərin kim olunduğu göstərilmədən nəql olunmuşdur. Çünki, İbni Museyb Ömərin xilafət dövründən iki yüz il sonra dünyaya gəlir. Və belə bir halda onu görmədən hədisi arada heç bir vasitə olmadan nəql edə bilməzdi.
    Digər tərəfdən isə Ömərin verdiyi hökmü bəyan etməklə heç də dəlil hesab etmək olmaz. Nəql olunmuş ikinci rəvayət də mursəl olaraq bizlərə gəlib çatmışdır. Üçüncü rəvayət isə mötəbər hədislər sırasına daxildir.
    Nəticə: «Ey iman gətirənlər! [Qəsdən] öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı [vacib olundu]...» ayəsinin nəsx olunmadığı artıq bizə sabit olundu. Ayənin nəsx olunduğuna dair irəli sürülən fərziyyələr yalnız bəzi fiqh alimlərinin yetkin nəticəyə gəlmədən verdikləri fitvalardan müşahidə etmək olar. Və onlarla kifayətlənərək ilahi qanunlara göz yummaq heç də məntiqi olmazdı. Təəccüb doğuran burasıdır ki, vahid xəbərlə nəsxin etibarsız olduğunu qəbul edən şəxslər bu kimi hallarda fitva verməkdən çəkinmirlər.
    4. VƏSİYYƏT AYƏSİNİN NƏSXİ
    «Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir. Bu, müttəqilərə vacibdir.» (Bəqərə-180).
    Yuxarıda qeyd olunan ayənin nəsx olunmasına dair iki müxtəlif nəzəriyyə irəli sürülmüşdür:
    1. İrs (vərəsəlik) ayəsi ilə nəsx olunması;
    Bəzilərinin fikrincə Bəqərə surəsinin 180-cı ayəsi İrs ayəsi ilə nəsx olunmuşdur. Çünki, islamın zühur etdiyi ilk illərdə irs qanunları bir qədər fərqli xarakter daşıyırdı. Bu qanunlara əsasən valideynin bütün var-dövləti övlada çatmalı və valideyn bir başqasına nə isə vermək istədikdə bunu vəsiyyət edərək həyata keçirə bilərdi. Və bu ayə həmən vəsiyyət hökmünə aiddir. Lakin sonralar İrs ayələri nazil olmaqla vərəsəlik kimi istifadə olunan ilk vəsiyyət qanunları nəsx olundu.
    Cavab: Bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.
    a) Rəvayət Səhih Buxaridə nəql olunsa da vahid xəbər formasında nəql olunmuşdur. Vahid xəbərlə isə Quranın heç bir hökmü nəsx olunmayır.
    b) (ərə)
    Buradan belə məlum olur ki, irs ayəsi bu ayədən sonra nazil olmuşdur.
    Lakin nəsx nəzəriyyəsinin tərəfdarları belə bir fərziyyəni sübuta yetirə bilmirlər. Lakin ilk növbədə bu məsələni qətiyyətlə iddia edən Hənəfi məzhəbinin davamçıları sübuta yetirməlidirlər.
    v) Vəsiyyət ayəsindən belə bir nəticəyə gəlmək olur ki, hər bir şəxs vəfat etməzdən əvvəl öz qohum-əqrəbasına vəsiyyət edə bilər. Və qətiyyətlə demək olar ki, bu hökm əsla nəsx olunmamışdır. Çünki, mərhumun övladı olduğu təqdirdə, onlar (qohum-əqrəba) vərəsəlik hüququndan məhrum olurlar. Və əgər onlar barəsində də vəsiyyət olunarsa, vəsiyyətdə göstərilən miqdarı özlərinə götürməlidirlər. Demək, hökm nəsx olmayıb və yenə də qüvvədə qalır. Ata-anaya olunan vəsiyyətlərdə nəsx olunmadan bu hökmə əsasən tamamilə qanuni və əsaslıdır.
    ğ) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, vərəsələr paylarına düşən şeyləri yalnız vəsiyyət icra olunandan sonra əldə edə bilərlər. Yəni əgər mərhumun borcu olarsa, ilk növbədə onun borcları ödənilməli və yalnız bundan sonra yerdə qalan var-dövlət vərəsələr arasında bölünməlidir. Ayənin özündə bu haqda deyilir: «İrs, vəsiyyət icra olunduqdan sonra bölünür.» Belə bir nəticəyə gəlirik ki, irs ayəsi vəsiyyət hökmünü nəsx etmir, əksinə onun icrasını təkid və təsdiq edir.
    PEYĞƏMBƏRİN (S) BUYURDUQLARI İLƏ ŞƏRİ HÖKMLƏRİN NƏSX OLMA HALLARI
    Bəziləri Peyğəmbərdən (s) nəql olumuş hədisə istinad edərək vəsiyyət hökmünün nəsx olunduğunu iddia edirlər. Hədisdə deyilir: «Varislərə heç bir vəsiyyət olunmayır.»
    Lakin bu hədisi də bir neçə səbəblər üzündən qeyri-mötəbər hesab edirik.
    1. Hədisin mötəbərliyi sübuta yetirilməmişdir. Belə ki, Buxari və Müslüm kimi görkəmli ravilər bu hədisi öz kitablarında nəql etməmişlər. Həmçinin «Əl-minar» adlı təfsirin müəllifi də hədisin mötəbər olmasına şübhə ilə yanaşmışdır.
    2. Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyətlik təşkil edir. Çünki, bu rəvayətlərdə vəsiyyətin vərəsə üçün qanuni olduğu bildirilmir. Belə ki, Məhəmməd ibni Müslüm, imam Baqir (ə)-dan varislərə vəsiyyət olunmasının nə dərəcədə düzgün olub-olmaması haqda soruşduqda, bunun Quran ayəsi ilə tamamilə müvafiq olduğunu bildirir və sonra bu ayəni tilavət edir:
    «Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir.» (Bəqərə-180).
    Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur.
    3. Rəvayət vahid xəbər halında nəql olunmuşdur. Bu kimi rəvayətlər isə müsəlman icması dairəsində heç bir etibara malik deyildir.
    4. Rəvayətin vahid xəbər halında nəql olunduğunu və digər rəvayətlərlə ziddiyyət təşkil etdiyini nəzərə almasaq da belə, ayənin nəsx olunduğuna dair heç bir fərziyyə irəli sürə bilmərik. Çünki, rəvayətin dəlalət etdiyi mətləb və məfhumla ilə ayənin məzmunu arasında heç bir ixtilaf nəzərə çarpmır.
    Lakin bu rəvayət ayənin ümumi məfhumunu qeyd halına salaraq oraya bir çox istisnalar əlavə edə bilər. Ata-anaya olunan vəsiyyətləri elə bir tərzdə bəyan edə bilərik ki, onlar vərəsəlik hüququndan məhrum olsunlar və eyni qaydada öz vəsiyyətini [qohum-əqrəbalarından] o kəslərə edə bilər ki, vərəsəlik hüququna malik olmamış olsunlar.
    Nəticə:
    Deyilənlərdən belə məlum olur ki, əvvəlki ayələr nəsx olunmadığı kimi, vəsiyyət ayəsi də nəsx olunmamışdır. Bir sözlə, digər ayələrə şamil olunan hökm və dəlillər bu ayəyə də şamil olunur. Bir də diqqət yetirmək lazımdır ki, ayədə «kitabət» deyildikdə, sözün lüğəvi mənasını (yazmaq) deyil, istilahi (zərurət, vacib) mənasını nəzərdə tutmaq lazımdır. Məsələn, Ənam surəsinin 12-ci ayəsində deyilir:
    «O, özünə [bəndələrinə qarşı] mehriban olmağı vacib etmişdir.»
    Demək vəsiyyət ayəsindən məqsəd vəsiyyətin ata-anaya və qohum-əqrəbaya olunmasının zəruriliyini bəyan etməkdir. Lakin imamlar tərəfindən nəql olunmuş rəvayətlər, fiqh alimlərinin icması tərəfindən verilən fitvalar və müsəlman ümmətinin hal-hazırkı adət və ənənələri bu hökmün vacib olmadığını sübuta yetirir.
    Belə bir şəraiti (vəsiyyət olunmamasını) nəzərə alaraq, ayənin məzmunundan belə məlum olur ki, yaxşı olar ki, insan hələ sağ ikən ata-anasına, qohum-əqrəbasına vəsiyyət etsin. Bir daha qeyd edirik ki, ayədə «kitabət» deyildikdə zərurət və icbar deyil, mütləq qanunvericilik nəzərdə tutulur.
    5. ORUCLUQ AYƏSİNİN NƏSXİ
    «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz.» (Bəqərə-183).
    Nəsx nəzəriyyəsinin tərəfdarları bu ayənin nəsx olunduğunu belə izah edirlər: Bu ayəyə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutmuş və onların orucuna aid olan şəri hökmlərinə əməl etmişlər. Və onların orucluğa aid olan qanun və adət-ənənələri bundan ibarət idi ki, əgər bir şəxs iftar açmazdan əvvəl (axşam yeməyini yeməzdən) əvvəl yatsaydı, oyandıqdan sonra artıq bir şey yeyə bilməzdi. Və əgər bir şəxs günortadan sonra yatsaydı yeyib-içmək, qadınla yaxınlıq etmək ona haram olmalı idi. Bəqərə surəsinin 187-ci ayəsi nazil olduqdan sonra bu hökm nəsx olundu.
    «Oruc gecəsi qadınlarınızla yaxınlaşmaq sizə halal edildi...Allahın sizə halal etdiyini onlardan istəyin: sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın.» (Bəqərə-187).
    Əhli-sünnə alimləri ayənin nəsx olunmasına dair yetkin nəzəriyyəyə istinad edirlər. Lakin onun hansı ayə tərəfindən nəsx olunması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bəziləri onun məhz bu ayə ilə nəsx olunduğuna işarə etmiş və müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutduqlarını, lakin sonralar bu ayə nazil olmaqla orucluq hökmü nəsx olunduğunu demişlər.
    Əbu Aliyə və Əta həmin nəzəriyyəni qəbul etmişlər. Əbu Cəfər Nəhas, bu nəzəriyyənin Səriyə tərəfindən irəli sürüldüyünü bildirmişdir.
    Müəllif:
    Ayə heç də nəsx olunmamışdır. Belə ki, ayənin nəsx olunması üçün iki mühüm mətləb sübuta yetirilməlidir.
    1. Nəsxin şərtlərindən biri budur ki, ilk ayə ikinci ayədən əvvəl nəql olsun. Lakin nəsx nəzəriyyəsinin tərəfdarları bu mətləbi sübuta yetirə bilməyirlər.
    2. Müsəlmanların tutduqları orucluq, keçmiş ümmətlərin tutduqları orucluqlarla tamamilə eyni qaydada müqayisə və bir-birinə oxşadılmış olsun. Lakin ayədən məqsəd orucluğun necəliyini deyil, onun zəruriliyini bəyan etməkdir. Yəni, keçmiş orucluq keçmiş ümmətlərə vacib olduğu kimi, sizlərə də vacib olundu.
    Demək ayə, keçmiş ümmətlərin tutduqları orucların müsəlmanların tutduqları orucluqla tamamilə oxşar olduğuna əsla dəlalət etmir.
    Əgər hər iki orucluq hökmünün oxşarlığı haqqında söhbət açdığımız ayə ilə deyil, digər dəlillər ilə əldə olunduğunu fərz etsək, ikinci ayə ilk ayəni (orucluq hökmünü) deyil, Qurandan əldə olunmayan hökmü nəsx edəcəkdir. Bu isə nəzərdə tutduğumuz mətləbdən xaric və nəsx ilə heç bir əlaqəsi yoxdur.
    6. FİDYƏ AYƏSİNİN NƏSXİ
    «Oruc tutmağa taqəti olmayanlar isə [hər günün əvəzində] bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə [həm oruc tutub, həm fidyə verərsə] bu onun üçün daha yaxşı olar.» (Bəqərə-184).
    Ayənin növbəti ayə ilə nəsx olunduğunu bildirirlər.
    «Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar.» (Bəqərə-186).
    Müəllif:
    Əgər birinci ayədəki «taqət» kəlməsini «imkan» və «qüdrət», «qadir» kimi mənalandırırıqsa ayənin nəsx olunduğu göz qabağında olacaqdır. Belə olduqda biz ayədən belə bir məna əldə edəcəyik. «İnsan oruc tutmağa qadir olarsa, yenə də oruc tutmaya bilər» və bunun əvəzinə o, yoxsullara fidyə verməlidir.
    Birinci ayədə belə bir mənanı nəzərə almaqla verdiyi hökm ikinci ayə ilə nəsx olunur. Belə ki, orada (Ramazan ayına yetişən şəxslər bu ayə oruc tutmalıdır). Belə bir halda yoxsullara verilən fidyə Ramazan ayının orucluq hökmünü əvəz edə bilməz.
    Lakin göründüyü kimi, ayədəki «taqət» kəlməsi özünün tam «qüdrət» «imkan» və «qadir» mənalarında işlənilməmişdir. Buradan məqsəd «sonsuz məşəqqət» və «çətinlikdir». «Lisanul ərəb»də deyilir: «Taqət» sonsuz məşəqqət və son həddə qədər olunan səy və çalışqanlıq mənasını daşıyır. Yəni insanın bütün çətinlik və məşəqqətlərə sinə gərərək hər hansı bir işin öhdəsindən gəlməsinə «tuq» deyilir.
    İbni Əsir və Rağib belə bir məna ilə müvafiq olduqlarını bildirmişlər.
    «Taqət» kəlməsinin «imkan» «qüdrət» mənalarını daşıdığını fərz etsək, ondan götürülən «itaqə» və «yətiqunə» kəlmələri (genişləndirmək) və (vüsət halını) tapmaq mənalarını verəcəkdir.
    Demək, mövzu olduqca məhdud və icra dairəsi olduqca az olmuş və sonradan başqa birisi tərəfindən genişləndirilmiş və vüsət halını tapmışdır. Və bunun sonsuz səy və məşəqqət olmadan həyata keçməsi qeyri-mümkündür.
    Seyid Məhəmməd Rəşid Rza öz müəllimindən nəql edərək deyir: «itaquş-şiəy» ifadəsindən yalnız o zaman istifadə olunur ki, insan hər hansı bir işi yerinə yetirməyə taqəti olmasın və bu işin başa çatması üçün sonsuz çətinlik və məşəqqətlərə sinə gəlmiş olsun.
    Nəticə:
    Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, Allah-taala Ramazan ayının orucunu hamıya ümumi şəkildə vacib etmiş, sonra xəstə və səfərdə olanları ümumiyyət xarakteri daşıyan bu hökmdən istisna edərək xəstəlik və səfərləri sona çatdıqdan sonra [qəza olaraq] oruclarını tutmalarına əmr olunmuşlar. Daha sonra ayədə başqa bir istisnaya işarə olunduğunun şahidi oluruq. O da xəstə və səfərdə olanlar deyil, oruc tutmaq onlar üçün olduqca çətin və məşəqqətli olan kəslərə olunan istisnadır. Susuzluğa taqəti olmayan qoca kişi və qadınları, xəstəliyi daimi və gələn orucluğa qədər sağalmayan xəstələri buna misal çəkmək olar. Bu ayə nazil olmaqla sonradan tutulan qəza orucları onların üzərindən götürülüb və (müəyyən miqdarda) fidyə vermələri təyin olunur.
    Ramazan ayında möminlərə orucun vacib olduğunu, xəstə və səfərdə olan şəxslərə qəzasını sonradan tutmalarını əmr edən ayədən belə məlum olur ki, fidyənin verilməsi yalnız o kəslərə vacibdir ki, oruc tutmaq onlar üçün çətin, dözülməz və məşəqqətlidir.
    Ayəyə verilən belə bir izahla yenə də iddia etmək olarmı ki, (Və ələlləzinə yutiqunə – oruc tutmağa taqəti olmayanlar...) ayəsindən məqsəd insanın ixtiyarı olaraq oruc tutmasını və fidyə verməsini seçməkdir?
    Təfsirini verdiyimiz ayə barəsində Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və bu rəvayətlərdə ayənin həmən mənada təfsir olunduğu təsdiq olunur.
    Demək, ayə nəsx olunmamış və verdiyi hökm qüvvədə olaraq qalmaqdadır. Diqqət yetirmək lazımdır ki, ayənin verdiyi hökm, Ramazan ayının orucu və qəzası vacib olan şəxslərə verdiyi hökmlərlə tamamilə fərqlidir.
    Yəni ayənin hökmü o kəslərə dəlalət edir ki, Ramazan ayında oruc tutmaq onlara vacib deyildir. Oruc ayəsi isə digər iki qrupa (Ramazan ayının və ya qəzasının orucunu) vacib olduğunu bəyan edir. Demək bu iki ayə verdiyi hökm və mövzu baxımından bir-biri ilə tamamilə fərqlidir və belə olduğu bir halda ayənin birinin digəri ilə nəsx olunduğu haqda söhbət açmağa belə dəyməz.
    Bütün bu dediklərimiz məşhur qiraət üsullarına əsaslanırdı. Amma İbni Abbas, Aişə, Əkrəmə İbni Musəyyib öz qiraətlərində «yətiqunə» kəlməsini təfil babının məchul formasında «yutəvvəqun» kimi oxumuşlar və bu məsələdə heç bir ixtilaf nəzərə çarpmır.
    Malik və Rəbiənin verdikləri fitvalara əsasən, əgər qoca kişi və qadın oruclarını yeyərlərsə onlara heç bir şey vacib olmayır. Belə bir nəticəyə gəlirik ki, ayə nəsx olmuşdur. Lakin biz ayənin verdiyi hökmü əldə əsas tutaraq müxtəlif şəxslərin verdikləri fitvalara və irəli sürdükləri nəzəriyyələrə istinad etməməliyik.
    7. CİHAD AYƏSİNİN NƏSXİ
    «Onlar sizinlə Məscidul-haram yanında vuruşmayınca, siz də onlarla vuruşmayın! Əgər [orada] sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!» (Bəqərə-191).
    Əbu Cəfər Nəhas və nəsx nəzəriyyəsinin bir çox tərəfdarları bu ayənin nəsx olunduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Çünki ayə Məscidul-haramın yaxınlığında müşriklərlə müharibə etməyin haram olduğunu bildirir. Bir halda ki, onlarla harada olursa olsun, hətta Məscidul-haramın içində belə vuruşmağın heç bir haramlığı yoxdur. Deyilənlərə görə Qətadə də ayənin nəsx olunduğuna əmin olmuşdur.
    Müəllif:
    Bu ayə də digər ayələr kimi nəsx olunmamış və verdiyi hökm hələ də qüvvədədir. Əgər nəsx olunsaydı hökmən bu ayəyə də dəlalət edərdi.
    «Müşrikləri harada görsəniz, öldürün.» (Tövbə-5).
    Lakin bu ayə heç də cihad hökmünü bəyan edən (Bəqərə surəsinin 191-ci) ayəsinin nəsx olunmasına dəlalət edə bilməz. Çünki, bu ayə qan tökülməsinin yalnız müəyyən bir yerdə, yəni Məscidül-haramda haram olduğunu bildirir və göründüyü kimi istina xarakteri daşıyır. İkinci ayədə isə, «ümumiyyət xarakteri» daşıyan bir hökmün verildiyini müşahidə edirik. Necə ki, ayədə deyilir (Müşrikləri harada görsəniz öldürün). Və məlum olduğu kimi ümumiyyət xarakteri daşıyan bir hökm, hər hansı bir müəyyən məsələyə dəlalət edən hökmü nəsx etməyə qadir deyildir. Bəlkə əksinə olaraq müəyyən hökmlər ümumiyyət xarakteri daşıyan hökmləri təfsir və izah edir.
    Hər iki ayənin ümumi məfhumunu nəzərdən keçirərək belə bir məna əldə edirik. (Müşriklər harada olurlarsa olsunlar, onlarla vuruşun və harada görsəniz öldürün. Məscidul-haramın isə əzəmət və ehtiramını qoruyub saxlayın. Sizinlə orada vuruşmayınca, vuruşmayın. Yox əgər həddi aşaraq onun yaxınlığında belə sizlərə həmlə edərlərsə, özünüzü müdafiə edin və onlarla mübarizə aparın).
    Verilən izahları nəzərə alaraq deyə bilərik ki, cihad hökmünü verən ayənin nəsx olunması qeyri-məntiqi və əsassızdır. Çünki, hər iki ayənin məfhum və məzmununda ziddiyyət nəzərə çarpmır.
    Bəzən ayənin nəsx olunmasına dair bu məzmunda nəql olunmuş rəvayətə istinad olunur. Rəvayətdə deyilir: «Peyğəmbər (s), Kəbənin pərdəsindən asılmış ağır cinayət törədən İbni Xətlin qətlinə fərman verdi.»
    Lakin bu rəvayətlə ayənin nəsx olunduğu sübuta yetməyir. Əvvəla ona görə ki, rəvayət vahid xəbər halında nəql olunmuşdur. Vahid xəbərlə isə ayənin nəsx olunduğu sübuta yetirilmir. Digər tərəfdən isə rəvayət ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki əhli sünnə alimləri Peyğəmbərdən (s) nəql edirlər ki, «Məscidul-haramda bir şəxsin qətlə yetirilməsi məndən əvvəl kimsəyə icazə verilmirdi. Mənim özümə də yalnız Fəth (Məkkənin fəthi) günü bir saat ərzində bu şəxsin qətlə yetirilməsinə icazə verildi.
    Rəvayətdən belə məlum olur ki, bu yalnız Peyğəmbərə (s) xas bir hərəkət olmuş və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə bir əsassız məntiqə isə yalnız bəzi fəqihlərin şəxsi rəyləri əsasında verdikləri fitvalarla əsaslanmaq olar. Bir halda ki, bizim istinad edəcəyimiz yeganə mənbə müxtəlif şəxslərin verdikləri fitvalar deyil, həqiqəti bəyan edən Quran ayələridir.
    8. HARAM [MÜQƏDDƏS] AYLARDA MÜHARİBƏNİN HARAM OLDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
    «[Ya Məhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: O ayda vuruşmaq böyük günahdır...» (Bəqərə-217).
    Əbu Cəfər Nəhas deyir: Əta istisna olmaqla, əhli-sünnə alimlərinin bir çoxu belə bir fikirdədirlər ki, ayə nəsx olunmuş və haram aylarda müşriklərlə müharibə etmək halal və mubahdır (yəni icazə verilir). Ətanın fikrincə ayə nəsx olunmamışdır və möhkəm ayələr icrasına daxildir. Və haram aylarda müşriklərlə müharibə etmək ayənin verdiyi hökmə əsasən haram və yol verilməzdir.
    Amma şiə alimlərinin fikrincə ayə nəsx olunmamış və nəql olunmuş rəvayətlərə, verilən fitvalara əsasən ayənin verdiyi hökm qüvvədə qalmaqdadır. Belə ki, «Təfsir tibyan» və «Cəvahirul kəlam» kitablarında bu nəzəriyyə haqda ətraflı məlumatlar verilmişdir.
    Müəllif:
    Bizim fikrimizcə haqq şiə alimləri tərəfindədir və ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyələr bir neçə səbəbdən zəif və əsassızdır.
    1. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Nəhas dediyi kimi bu ayəyə (Müşrikləri harada görsəniz öldürün.)(Еhkamul Quran Cәssas 2-cild, 147-ci sәh.)istinad etsəydilər təəccüb doğurar və bir o qədər inandırıcı olmazdı. Çünki, ayə müşriklərlə müharibənin haram ayları başa çatdıqdan sonra elan olunduğunu qətiyyətlə bəyan edir. Həmən ayədə bu haqda buyurulur:
    «Haram aylar [onlara möhlət verilmiş, Zilhiccə, Məhərrəm, Səfər və Rəbiuləvvəl ayları] çıxınca müşrikləri harda görsəniz öldürün.» (Tövbə-5).
    Belə bir qəti hökm verildiyi bir halda haram aylarda müşriklərə qarşı müharibə etməyi və ayənin nəsx olunduğunu qəbul etmək nə dərəcədə düzgün olardı?!
    2. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Səyf ayəsinin nəzərdə tutulduğuna istinad edirlərsə («Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun.) (Musnәd Әhmәd ibni Hәnbәl 2-ci cild, 95-ci sәh.), bilmədikləri ayə «mütləq» xarakter daşıyır və məlum olduğu kimi «mütləq» xarakteri daşıyan ayələr məzmun baxımından qeyri-müəyyən və qeydli ayələri nəsx etmir. Xüsusilə elə bir şəraitdə ki, qeydli ayələrdə verilən hökmlər zaman baxımından mütləq ayələrdən bir qədər sonra verilmiş olsun.
    3. Və əgər İbni Abbasdan və Qətadən nəql olunan hədisə istinad edərək bu ayənin Səyf ayəsi ilə nəsx olunduğunu iddia edərlərsə bilmədidirlər ki, əldə etdikləri nəticə bir neçə səbəb üzündən batil və əsassızdır.
    1. Nəsx vahid xəbərlə sabit olunmur (sübuta yetirilməyir);
    2. Rəvayət, məsum tərəfindən nəql olunmuşdur və bəlkə də İbni Abbasın və Qətadənin şəxsi ictihadları olmuş və əməli olaraq həyata keçirilmişdir;
    3. Bu rəvayət İbrahim ibni Şərikdən nəql olunmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir. O deyir: «Əhməd ibni Abdulla ibni Yusif, Əbi Əzhərdən, o da Cabirdən Peyğəmbərdən (s) bu hədisi nəql edir. «Haram aylar düşmən müharibəyə başlamayınca onlarla vuruşmamalıyıq.»
    4. Əgər Peyğəmbərin (s) haram aylarda (Şəvval, Ziqədə və Zilhiccə) Hunəyndə, Bəni-həvazən və Taifdə Bəni-səqiflə müharibə etməsinə istinad edərlərsə bilməlidirlər ki, onların istinad etdikləri bu dəlil bəzi səbəblər üzündən əsassızdır.
    1. Quranın nəsxi vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sabit olunmayır;
    2. Müharibənin hansı şəraitdə baş verdiyi bizlərə bir qədər məlum deyildir. Bəlkə də Peyğəmbər (s) zərurət üzündən verilən ümumi hökmdən istifadə edərək müsəlmanlara cihad hökmünü vermişdir. Və belə bir halda rəvayətin, ayəni nəsx edəcəyinə heç də istinad etmək olmaz.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 830 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024