İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    MÜTƏ AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI
    Bəlkə də bəziləri mütə ayəsinin digər Quran ayələri və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə isbat olunduğunu güman edirlər. Lakin bu hökm müsəlman icma alimləri tərəfindən nəsx olunmuşdur.
    Cavab:
    Hər hansı bir məsələ ətrafında məsumun rəyini bilmədən icmanın verdiyi hökm heç bir etibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl bizə məlum oldu ki, Peyğəmbərin (s) həyatında və ondan sonra Ömərin xilafətinədək mütənin haramlığına dair heç bir hökm sadir olunmamışdır.
    Səhvə yol vermələri tamamilə təbii olan bəzilərinin verdikləri fitvaları əsas tutaraq Quran ayələrini və Peyğəmbər (s) sünnətini kənara qoymaq nə dərəcədə düzgün olardı? Əgər bu düzgün üsul olarsa, Quran və mütəvatir hədis və rəvayətlərlə sabit olunan digər şəriət hökmlərini də nəsx etmək tamamilə mümkün olacaqdır.
    Belə bir məntiqə əsaslanaraq asanlıqla deyə bilərik ki, şəriətin namaz, oruc, həcc və bu kimi vacib hökmləri alimlər icması tərəfindən nəsx olunmuşdur. Bir halda ki, heç bir müsəlman bunu qəbul etməyə hazır deyildir.
    Bunu da qeyd etmək lazımdır ki, «Mütənin» haramlığına dair icma hər hansı bir hökm sadir etməklə heç bir səlahiyyətə malik deyildir. Çünki, səhabələrdən bir çoxu, xüsusilə Əhli-beyt ilə həmrəy olanlar – o Əhli-beyt ki, Allah onları bütün eyb və nöqsanlardan, günah və çatışmamazlıqlardan uzaq etmişdir – mütənin haram olmasına dair verilmiş hökmə qarşı öz etirazlarını bildirmişlər.
    Demək, mütənin haramlığına dair Ömərin buna dair verdiyi hökmdən başqa heç bir dəlil qalmır və hamıya məlumdur ki, Quran və Peyğəmbərin (s) sünnətinə tabe olmaq, başqalarının verdiyi hökmlərə tabe olmaqdan daha əsaslı və daha məntiqidir.
    Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, Ömərin oğlu AbdullaH həcc mütəsinə icazə verdiyi zaman bəziləri ona etiraz edərək deyir: Atan bunu haram etdiyi bir halda sən onu halal edərək atana qarşımı çıxmaq istəyirsən?
    Abdullah onların cavabında deyir: Vay sizin halınıza Allahdan qorxmursunuzmu? Peyğəmbərə (s) tabe olmağınız lazımdır, yoxsa Ömərə?!(Әttaq 1-ci cild, 66-cı sәh.)
    Nəticə:
    Dediklərimizdən belə nəticəyə gəlmək olur ki, mütə hökmü nəsx olmamış və hələ də qüvvədə qalmaqdadır və Quranın bu kimi zəif və əsassız dəlillərlə nəsx olunması sadəcə qeyri-mümkündür.
    MÜTƏDƏ DAŞQALAQ
    Nəql olunmuş bir çox mötəbər rəvayətlərdə Ömərin cəza məqsədi ilə müvəqqəti evlənənlərə qarşı daşqalaq hökmünü verdiyi göstərilir. Bir qədər əvvəl biz onlardan bir neçəsinə işarə etdik. Burada da onlardan bir neçəsi haqda söhbət açmağı daha məqsədəuyğun hesab edirik.
    1) Cabir deyir: Peyğəmbərin (s) zamanında mütə edərdik. Ömər xəlifə olduqdan sonra minbərə çıxıb oxuduğu xütbələrin birində dedi: Allah istədiyi hər bir şeyi Peyğəmbər (s) halal etmişdir. Quranı da müəyyən hədəf üçün nazil etmişdir. «ümrə həccini» – Allahın təyin etdiyi qanunlar əsasında yerinə yetirin və qadınlarla daimi olaraq evlənin. Kimin mütə etdiyi haqda mənə bir xəbər verilərsə daşqalaq olunmasına əmr edəcəyəm.(«Tәcrid»in şәrhi. İmamәt fәsli.)
    2) Şafei, Malikdən o da İbni Şəhabdan və o da Urvədən nəql etdiyi rəvayətdə deyir: Həkimin qızı Xəulə, Ömər ibni Xəttabın [xəlifənin] yanına gəlib deyir: Uməyyə oğlu Rəbiə cavan bir qadınla mütə etdi və həmən qadın ondan hamilə oldu. Ömər bu sözləri eşitdikdə bərk qəzəblənərək otaqdan bayıra çıxıb dedi: Əgər belə bir evlənməni əvvəllər yasaq etmiş olsaydım, Rəbiəni daşqalaq etdirərdim.(Әhkam fi usulil еhkam, 4-cü cild, 222-ci sәh.)
    3) Nafe deyir: Abdullah ibni Əmrdən mütə barəsində soruşdum. O, qətiyyətlə bunun haram olduğunu bildirdi. Sonra əlavə edərək dedi: Bilin ki, əgər Ömər birinin mütə etdiyini eşitmiş olsaydı, həmən şəxsin daşqalaq olunmasına əmr edərdi.(Fәqinin Muntәqiyә yazdığı haşiyә, 2-ci cild 519-cu sәh.)
    Abdulla ibni Zubeyr bu barədə xəlifə Ömərin verdiyi hökmə istinad edərək mütənin haram olduğunu hesab etmişdir. İbni Abbas onun belə bir mövqe tutduğunu görüb deyir: Sən olduqca sadəlöhv və səfeh bir adamsan. Çünki, halal olan bir şeyi özünə haram etmisən. And olsun Allaha biz Peyğəmbərin (s) zamanında mütə edərdik və o Həzrət də bunu bizə qadağan etməzdi. İbni Zubeyr dedi: Əgər edə bilərsənsə indi də buna əməl et. And olsun Allaha! Əgər mütə etmiş olsan daşqalaq etdirəcəyəm.(Nasix vә Mәnsux Nuhas 101-ci sәh. Nasix vә Mәnsux Nuhas 101-ci sәh.) İbni Zubeyrin verdiyi hökm insanı heyrətə gətirir. Çünki öz əməllərində Quran və Peyğəmbər sünnəsinə əsaslanan bir müsəlmanı xəlifə ilə müxalif olduğu üçün daşqalağa məhkum etmək necə mümkün ola bilərdi.
    Fərz edək ki, həmin şəxs ictihad edərək mütə etmiş, lakin öz ictihadında səhvə yol vermişdir. Belə olduqda da daşqalaq hökmü düzgün olmayacaqdır. Çünki, təyin olunmuş hədd və cəzalar şübhə ilə götürülər. (Yəni bilmədən belə bir iş tutubsa, onun haqqında həmin cəza növünü tətbiq etmək düzgün deyildir.)
    Biz burada ictihadı fərz etsək də buna heç bir ehtiyac yoxdur. Çünki, mütə şübhə doğurmayan qəti məsələlərdən biridir və qeyd etdiyimiz kimi nəsx olunmasına dair heç bir dəlil və sübut yoxdur.
    Əgər diqqət yetirsək görəcəyik ki, mütəyə dair Ömərin və Əbu Hənifənin verdikləri fitvalar arasında böyük fərq vardır. Belə ki, o [Əbu Hənifə] bir çox hallarda hökmün qüvvədən düşdüyünü bildirmiş və icra olunmasını təxirə salmışdır.
    Məsələn, o deyir: Əgər bir şəxs ona məhrəm olan qadınlarla və ya başqa bir qadınla qeyri-qanuni olaraq evlənib və onunla yaxınlıq edərsə və ya hər hansı bir iş üçün əcrini verilərək işlətdiyi qadınla yaxınlıq edərsə, bütün bu hallarda cəza hökmü onun üzərindən götürülmüş olur.
    Əbu Hənifə bu kimi şəraitlərdə cəza hökmünün götürüldüyünü hesab edir və verdiyi hökmə belə istinad edir. Məhrəm və ya başqa birisi ilə evlənməyə gəldikdə, evlənmə qeyri-qanuni və batil olsa da müşahidə olunur və evli olduqları bir halda onlara qaşı heç bir cəza tədbiri görülməməlidir. Haqqı ödənilən qadın barədə də bunu demək kifayətdir ki, verilən məbləğ əslində onun mehriyyəsi hesab olunur. Belə ki, Allah-taala Qurani-kərimdə mehriyyəni ücrət (əcr) adlandırır.(Әhkamul Quran Cәsas 2-ci cild, 175-ci sәh.)
    MÜTƏ BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR
    Mütə hökmünün heç bir Quran ayəsi, rəvayət, Peyğəmbərin (s) sünnəsi və icma tərəfindən nəsx olmadığı və hökmün hal hazırda qüvvədə qaldığı sübuta yetirilir.
    Bu səbəbdən də bəzi qərəzli şəxslər müxtəlif vasitələrə əl ataraq Ömərin Quran ayələrinin və Peyğəmbər (s) sünnəsi ilə ziddiyyət təşkil edən verdiyi hökmü mənalandıraraq bəraət qazandırmağa cəhd göstərmişlər.
    Biz burada nəsx mövzusunu dəyişərək tutulan əsassız mövzular haqda söhbət açmaq istəyirik. «Təfsirul-minarın» müəllifi öz kitabında yazır: «Mütə – qadın isməti və [daimi] evlənmə ilə ziddiyyət təşkil edir [xələl gətirir]. Çünki, bu kimi evlənmədə kişinin cinsi ehtiyacını [şəhvətini] ödəməkdən və zinadan savayı başqa heç bir məqsədi [hədəfi] olmayır. Və beləliklə sözün əsl mənasında qadının iffət və həyasına xələl gəlir. Çünki, ücrət [pul] alaraq hər gün özünü yad kişilərin ixtiyarında qoyan qadın təbii ki, iffət və şəxsiyyəti sual altına düşmüş olur. Belə bir qadın [şair təxəyyülünün] nümunəsinə çevrilir.
    (Kurrətun huzifət bisəvaliğəti fətələqqəfəha riclun min riclin – O [qadın] qovqanda atılan topa bənzər və birindən başqa birisinin əlinə düşər).
    O, həmçinin belə güman etmişdir ki, müvəqqəti evlənmə Muminun surəsinin 5-7-ci ayələri ilə ziddiyyət təşkil edir.
    «Vəlləzinə lifurucihim hafizun illa əla əzvacihim əvma mələkət əymanukum fə innəhum ğəyru məlumin fəmənibətəğa vəraə zalikə fəulaikə humul addun – o kəslər ki, ayıb yerlərini [zinadan] qoruyub saxlayarlar.
    Ancaq [zövcələri və cariyələri istisna olmaqla onlar zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü] qınanmazlar.
    Bundan artığını istəyənlər [halaldan harama adlayaraq] həddi aşanlardır. [Allahın əmrini pozanlardır].»
    Müəllif sonra yazır: Ömərin mütəni haram etməsi heç də onun öz şəxsi rəyi olmamışdır. Əgər o belə bir qərara gəlmişsə bu barədə hökmən Peyğəmbərdən (s) hədis və rəvayət eşitmişdir. Və əgər o mütəni öz şəxsi rəyi əsasında yasaq etmişsə, onun bundan əsas məqsədi hökmü əvvəlcədən qanuniləşdirmək deyil, birinci qadağanı elan etmək və ya onu icra etmək olmuşdur.
    Müəllif bunu deməklə kitabının əvvəlində dediklərini ya unutmuş, ya da qulaq ardına vurmuşdur. Çünki, o kitabının ilk fəsillərində Ömərin ictihad edərək müətənin haram olmasına dair hökm verməsinə və səhabənin onun çıxardığı hökmlə həmrəy olduqlarına işarə edir.(Musnәd Әhmәd ibni Hәnbәl 2-ci cild 351-ci sәh.)
    Müəllif:
    Bu yalnış təsəvvürün cavabında deyirik:
    1. Müvəqqəti evlənmənin qadın ismətinə xələl gətirməsinə gəldikdə deməliyik ki, müəllif müvəqqəti həyat yoldaşının qeyri-qanuni olduğunu təsəvvür etmişdir. Bu səbəbdən də mütəni zina adlandırmışdır. Bir qədər əvvəl bu fərziyyənin əsassız olduğuna işarə edərkən qeyd etdik ki, müvəqqəti evlənmə də tamamilə qanuni və əsaslıdır. Lakin bağlanılan əhd-peyman hər şeydə olduğu kimi burada da [evlənmədə də] bəzən daimi olur, bəzən də ehtiyacların ödənilməsi və günahlardan çəkinmək üçün müvəqqəti.
    2. Müəllifin «Müvəqqəti evlənmənin [daimi olmayan] həyat yoldaşlarının ismət və ayıb yerlərini qorumaq tamamilə ziddiyyət təşkil edir» deməsi ilə iddiasının əsassız olduğu bir daha bəlli olur. Çünki, müvəqqəti həyat yoldaşlarının da, daimi həyat yoldaşı kimi qanuni olduğu sübuta yetirildikdən sonra artıq belə bir iradın tutulması tamamilə əsassızdır.
    3. Müəllifin mütə olunmuş qadını icarə olunmuş qadına və çovqan topuna bənzətməsinə gəldikdə isə, deməliyik ki, əgər belə bir irad əsaslı olarsa Peyğəmbərin (s) zamanına da şamil olmalıdır. Çünki, hamıya məlumdur ki, Peyğəmbərin (s) zamanında mütə hökmü qüvvədə olmuş və müsəlmanlar tərəfindən buna əməl olunmuşdur. Belə ki, əgər hər hansı bir iş nalayiq və xoşagəlməz olarsa bu müəyyən dövrə deyil, bütün zamanlara şamil olmalıdır.
    Təəccüb doğuran budur ki, müəllifin yalnız həqiqəti bəyan etməsi və məsələyə məzhəb təəssübü hissi ilə yanaşılmamasını iddia etməsidir.
    Lakin bu bir həqiqətdir ki, onu buna vadar edən məhz məzhəbi təəssüb hissi olmuşdur. Belə ki, o Quranın, Peyğəmbərin (s) sünnəsini və icmanın verdiyi qəti hökmü rədd edərək buna tənqid gözü ilə baxır.
    Bunu da əlavə etmək lazımdır ki, müəllif qadının müvəqqəti evlənmədə bir kişidən başqa birisinə getməsinə təhqir gözü ilə baxaraq bunu yol verilməz hesab edir. Və belə bir məntiqə əsasən qadının təlaq verərək başqa birisi ilə əqd bağlamasını və kənizlərin alqı-satqısına da gərək təhqir gözü ilə baxaraq, bunu da yol verilməz hesab edək. Bir halda ki, müsəlman bu kimi məsələlərə heç bir irad tutmamışdır. Lakin görünür «Təfsirul-minarın» müəllifi bu kimi iradların tutulmasında başqalarından istisna olmuşdur. Çünki o mütəni halal hesab etmədiyi kimi, köləliyə də [kölə saxlamağa] mənfi gözlə baxır. Onun fikrincə kölə saxlamağın [cəmiyyətə] bir sıra mənfi təsiri vardır və islam alimləri bu məsələyə göz yumaraq onun mənfi təsirlərini bəyan etməmişlər. Müəllifin bütün islam alimlərinin nəzəri ilə müxalif olan iddialarından biri də budur ki, əgər daimi evlənmədə əvvəlcədən təlaq nəzərdə tutularsa, belə bir nikah qeyri-şəri və batildir.
    4. Daha da təəccüb doğuran burasıdır ki, Ömər mütənin yasaq olunmasını öz şəxsi rəyi olduğunu etiraf etdiyi bir halda, müəllif bunu müxtəlif yollarla yozmağa cəhd göstərir və hökmün xəlifənin şəxsi rəyi olmadığını sübuta yetirməyə cəhd edir. Bir halda ki, belə bir yozumun heç bir əsası yoxdur. Çünki xəlifənin bu ictihadı Peyğəmbərin (s) buyuruq və ya buyuruqlarındakı ictihadla tam ziddiyyət təşkil etmişdir. Yəni öz şəxsi ictihadı ilə Peyğəmbərin (s) buyuruqlarından yasaq hökmünü çıxarmış və onu elan etmiş, ya da [kimlər tərəfindənsə] mütənin yasaq olunmasına dair hədis və rəvayət nəql olunmuşdur. Hər halda bu üç [və eyni zaman batil] haldan xaric deyildir. Yasaq hökmünə dair Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə gəldikdə isə, biz bunu iki səbəbdən batil etməliyik.
    Bir tərəfdən ona görə ki, Ömərin yasaq hökmünün öz şəxsi rəyi olduğunu bəyan edən bir çox rəvayətlərin zahiri mənası ilə uyğun gəlmir.
    Digər tərəfdən isə «mütə hökmü Ömərin xilafətinin son illərinədək qüvvədə olmuş, lakin sonralar xəlifə tərəfindən yasaq olunmuşdur» və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir.
    Doğrusu Ömər, Əbu Bəkrin xilafət dövründə harda idi ki, Peyğəmbərdən (s) mütənin yasaqlığı haqda nəql olunmuş bu rəvayəti ortaya çıxarmadı?! Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, Ömərin nəql etdiyi rəvayət «vahid xəbər» halında nəql olmuşdur və bildiyimiz kimi Quranın nəsx olunması vahid xəbərlə sübuta yetirilmir. Ömərin ictihadı, Peyğəmbərin (s) yasaq hökmündən qaynaqlandığının iddia olunmasını da bir neçə səbəbdən əsassız hesab edirik.
    1. Əvvəla ona görə ki, bu iddia əshabın bir çoxunun mütə hökmünün Peyğəmbərin (s) həyatının sonunadək qüvvədə olduğunu təsdiq etməsi ilə ziddiyyət təşkil edir.
    2. Bütün bunlarla yanaşı hər iki ehtimal xəlifənin «Peyğəmbərin zamanında halal olan hər iki mütəni mən sizlərə yasaq edirəm, kim buna əməl edərsə bundan belə cəzalandırılacaqdır!» deməsi ilə də tamamilə ziddiyyət təşkil edir. Buradan belə bir qənaətə gəlmək olur ki, mütənin yasaq olunmasının Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayət və onun buyuruqlarından çıxarılan nəticə [ictihad] ilə heç bir bağlılığı yoxdur.
    Demək xəlifənin verdiyi yasaq hökmünü Quran və Peyğəmbərin (s) sünnəsi ilə müxalif olan şəxsi ictihaddan savayı bir şey adlandırmaq olmaz. Belə bir ictihad isə batil və istinad olunmazdır.
    Bu səbəbdən də əhli sünnə həcc mütəsinin və müvəqqəti evlənmənin yasaq olunmasında xəlifə Ömərin ictihadına göz yumaraq verdiyi hökmə tabe olmuşlar. Bir halda ki, müsəlmanlar Peyğəmbərin (s) buyuruqlarına tabe olmalı, o Həzrətin sünnəsinə və verdiyi hər bir hökmə müxalif olan ictihad və şəxsi rəyləri kənara qoymalıdırlar.
    Əhzab surəsinin 36-cı ayəsində bu haqda buyurulur:
    «Və ma kanə limuminin vəla muminətin iza qəzəllahu və rəsuluhu əmrən ən yəkunə ləhumul xiyərətu min əmrihim – Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək [ayrı cür hərəkət etmək yaraşmaz].»
    Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur: «Mən Allahın halal etdiyi şeylərdən savayı nə bir şeyi halal etdim, nə də Onun haram etdiklərindən savayı bir şeyi haram etdim.» (Təbəqat (İbni Səd) 4-cü cild, 12-ci səh.)
    Başqa bir yerdə buyurur: «And olsun Allaha! Mənim ağzımdan haqdan savayı bir şey xaric olmayır.» (Әl-Muntәqi 2-ci cild 745-ci sәh.)
    Bu bir həqiqətdir ki, Peyğəmbərin (s) Allah tərəfindən buyurduğu hər bir kəlam haqdan savayı bir şey deyildir. Lakin Fazil Qumi bu həqiqətə göz yumaraq xəlifəni üzürlü hesab edərək deyir: Belə bir müxalifəti Ömər üçün irad tutmaq olmaz. Çünki, ictihad məsələsində müctəhidin başqa bir müctəhid ilə müxalif olması tam adi bir haldır.(Fәthul Qәdir 4-cü cild 86-cı sәh.)Amədi deyir: Bizim alimlər Peyğəmbərin (s) haqqında açıq-aşkar ayə olmayan məsələlər haqda ictihad edib-etməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Əhməd ibni Hənbəl və Qazi Əbu Yusifin fikrincə Peyğəmbər bu kimi hallarda öz ictihadına əməl edərdi. Şafei də öz kitabında bu barədə qəti fikir irəli sürmədən bu fərziyyəni təstiq edir. Şafeinin, Qazi Əbdül Cabbar və Əbdül Həsən Bəsrinin tərəfdarlarının bəziləri də bu fikirdə olmuşlar. Amədi sonra əlavə edərək deyir: Mənim fikrimcə bu nəzəriyyə tamamilə düzgündür. Çünki, Peyğəmbərin (s) ictihad etməsinin də əqli baxımdan heç bir nöqsanı yoxdur. Bizə gəlib çatan rəvayətlərdə də ictihadın bu növü sabit olunmuşdur. Peyğəmbərin (s) ictihadını qəbul edən şəxslər onun ictihadda səhvə yol verib-verməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Onlardan bəziləri Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verməsini qeyri-mümkün hesab edirlər. Lakin onların əksəriyyəti, yəni Hədis, Hənbəli, Cəbai və Mötəzilə məzhəbinin tərəfdarları Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verdiyinin mümkün olduğunu hesab etmişlər. Bu şərtlə ki, o yol verdiyi səhvləri təkrar etməmişdir. Amədi axırda deyir: Mənim fikrimcə haqq onlarladır.(Vәsailuş-şiә 3-cü cild 406-cu sәh.)
    NƏTİCƏ
    Dediklərimizdən belə qənaətə gəlmək olur ki, mütə ayəsi (daha dəqiq desək, mütə hökmü) nəsx olunmadan öz qüvvəsində qalmaqdadır. Və bəzilərinin etiraf etdikləri kimi, xəlifə Ömər və onun tərəfdarlarının verdikləri yasaq hökmü, Quran ayələrinin müqabilində ictihad və əldə olunan nəticədir. Lakin nə etməli, onlar xəlifələrinin verdikləri hökmə tabe olmağı Peyğəmbərin (s) sünnəsinə tabe olmaq kimi lazım və zəruri hesab edirlər.(Tәfsir Burhan 1-ci cild 293-cü sәh.)
    Və bu barədə ən gözəl sözləri Ömərin oğlu Abdullah və Təfsirul minarın müəllifi şeyx Məhəmməd Əbduh demişlər.
    Abdullah ibni Ömər deyir: Peyğəmbərin (s) buyuruqlarına tabe olmalı, ya Ömərin dediklərinə?!
    Şeyx Məhəmməd Əbduh isə öz təfsirində bu barədə (Əttəlaqu mərrətan [Rici] təlaq vermə [boşama] ayəsinə istinad edir.
    İRS AYƏSİNİN NƏSXİ
    Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını da evlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir.) (Nisa-33).
    Ayənin məna və məfhumu haqda müxtəlif nəzərlər verilmişdir.
    Müfəssirlərin bəziləri (Vəlləzinə əqədət əymanukum) cümləsini ayədən hesab edərək demişlər: Bu cümlə ayənin əvvəli ilə əlaqəli deyildir və bu səbəbdən də onun haqda ayrılıqda söhbət açmaq lazımdır. Digər tərəfdən isə ayənin sonundakı (nəsib) kəlməsini yardım, kömək, nəsihət və xeyirxahlıq kimi mənalandırmışlar. Beləliklə [hər iki mətləbi nəzərə alaraq] ayə belə bir məna daşıyacaqdır: «Əhd-peyman bağladığınız şəxslərə nəsihət, xeyirxahlıq və yardım edin».
    Bu səbəbdən də ayə nəsx olunmaz sabit bir hökmü əhatə edir.
    Digər təfsir alimləri (Vəlləzinə əqidət) cümləsinin ayənin əvvəli ilə əlaqəli olduğunu bildirmişlər və (nəsib) kəlməsini də «irs» [vərəsə] mənasında təfsir etmişlər. Lakin onların özləri ayədəki (əqdəmin) ifadəsi haqda müxtəlif nəzərlər vermişlər. Bəziləri buradan cahiliyyət dövründə bağlanılan qardaşlıq və ya digər əhd-peymanların nəzərdə tutulduğuna işarə etmişlər. Belə ki, əhd-peyman bağlayan şəxslər bir-birlərindən irs aparmaq hüququna malik olmuşlar. İslam dini zühur etməklə bu ayədə həmən [vərəsəlik] qanunu rəsmi olaraq təsdiq etmişdir.
    Ənfal surəsinin 75-ci ayəsi nazil olduqdan sonra vərəsəlik qanunu nəsx olundu. Ayədə deyilir:
    Qohumlar Allahın kitabında [lövhi məhfuzda və ya Quranda] irs [varislik] baxımından bir-birlərinə daha yaxındırlar.)
    Göründüyü kimi bu ayədə varisliyin qohumlara məxsus edildiyi göstərilir və haqqında söhbət açdığımız ayədə varisliyə səbəb olan qardaşlıq və digər əhd-peymanlar bu ayə vasitəsilə varislik qanunundan çıxarılaraq nəsx olunur. Təfsir alimlərinin bəziləri də (əqdyəmin) deyildikdə, yalnız bağlanınlan əhd-peymanın [əhd-peyman iştirakçılarının] istər xeyrində, istərsə də zərərində bir-birləri ilə şərik olmaları nəzərdə tutulur. Bu da fiqhi termin olaraq (zamin ğərifə) adlanır. Belə bir təfsirə əsasən əgər əhli sünnə alimlərinin bir çoxunun ğərirə zəmanətinin varislik üçün əsas amil hesab etmədiklərini qəbul edəriksə deməliyik ki, haqqında söhbət açdığımız ayə, «irs» ayəsi ilə nəxs olunmuşdur.(İbni Kәsirin tәfsiri.) Lakin əgər Əbu Hənifə və onun davamçılarının nəzərlərini qəbul edəriksə – onlar ğərirə zəmanətini varislik üçün əsas səbəb və amil hesab edirlər – ayənin nəsx olunmadığını və hələ də qüvvədə qaldığını hesab etməliyik. Əbu Hənifə və onun davamçıları (əqdi yəmin – and içmə əhd-peymanını) ifadəsini bu ayədə (zamin ğərirə) kimi təfsir və onu varisliyin amili olduğunu hesab etmişlər və nəticədə onlar ayənin nəsx olunmadığına belə istinad edirlər: İrs ayəsi isə haqqında söhbət açdığımız (zamin ğərirə) üçün irsin bəhrəsi təyin olunur. Və belə olduqda ayə ilə nə ziddiyyət təşkil edəcək, nə də nəsx olunmasına səbəb olacaqdır. Çünki, irs ayəsi yalnız qohumları varislik hüququna malik olmaqda başqalarından üstün tutur və bu heç də o demək deyildir ki, qohum olmayanlar varislikdən məhrum və ayənin özü də nəsx olunmuş olsun.(Musnәd Әhmәd ibni Hәnbәl 6-cı cild 458-ci sәh.)
    Müəllif:
    Qeyd etdiyimiz kimi ayənin məna və məfhumu və onun nəsx olunması haqda bir neçə nəzəriyyə irəli sürülmüşdür və biz onlardan dördü haqda qısa izah verdik. Lakin bizim nəzərimizcə ayənin zahiri məna və məfhumu bundan ibarətdir ki, [bağlanılan] əhd-peyman «irsə» [varisliyə] səbəb olur. Demək ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqda və eyni zamanda əməl olunmaqdadır.
    İzah:
    1. Ayənin ümumi məzmunundan belə bir nəticəyə gəlmək olur ki, «nəsib» kəlməsi ayədə «irs» mənasını daşıyır və onu «kömək», «yardım» kimi mənalandırmaq ayənin zahiri mənası ilə tam ziddiyyət təşkil edir.
    2. Diqqət yetirmək lazımdır ki, ayədə üç qrupun (ata-ana, qohumlar, həmpeymanlar) adlarının çəkilməsi heç də onların varislik hüququna malik olmalarına dəlalət etmir. Məsələn, övladlar öz ata-analarından irs aparırlar və vəfat etmiş şəxsin övladları olduğu bir halda onun digər qohumları varislik hüququna malik olmurlar. Və biz ayənin məzmunundan belə bir qənaətə gəlirik ki, yalnız bu üç qrup varislik hüququna malik olmağa qadirdirlər. Lakin bu ayələrin heç birində varislərin birinin, digərindən üstün və əvvəl və ya əksinə, bir qədər az əhəmiyyət kəsb etmələri haqda heç bir nəticəyə gəlmək olmur. Bu hökmləri isə biz digər ayə və rəvayətlərdən əldə edirik.
    Haqqında söhbət açdığımız ayədə varislər və onların bir-birindən [övladların, ata-analarından, qohum və əhd-peyman bağlayanların bir-birlərindən] irs aparmaları haqda ümumi məlumat verilmişdir. Lakin onların eyni səviyyədə və ya bir-birlərindən fərqli olaraq irs aparmaları haqda söhbət getmir və bu barədə ətraflı məlumat əldə etmək üçün digər ayə və rəvayətlərə müraciət etməliyik.
    İzah:
    Bəzi vaxtlarda varislik məsələsi və irs qanunları qohumluq əlaqələri əsasında olur. Ata-ana, övladlar və digər qohum-əqrəbaları buna misal çəkmək olar. Bu qanunlar bəzən dörd yolla yaranan əhd-peymanlar əsasında olur ki, burada da varislik və irs aparmalar həmin şəraitlərin yaranması ilə həyata keçirilir.
    1. Evlənmə – ailə qurulduqdan sonra ərlə-arvad bir-birlərindən irs aparma hüququna malik olurlar;
    2. Beyət – Belə bir əhd-peymana «Vilayət əhd-peymanı və ya Vəlai İmamət» də deyilir. Peyğəmbər (s) və imamların vilayətini [rəhbərliyini] buna misal çəkmək olar. Belə bir əhd-peymana əsasən, onlar öz davamçılarından irs aparırlar. Dinindən fərqi olmayaraq hər bir müsəlman belə bir əhd-peymana tabe olduğuna etiraf edir. Əhli sünnə mənbələrində Peyğəmbərdən (s) bu məzmunda nəql olmuş rəvayətlərdən birində deyilir:
    (Ən varisun mən la varisə ləh – Mən o şəxsin varisiyəm ki, onun varisi yoxdur.)
    Belə bir əhd-peymanın xəlifə və vəsilərə (Peyğəmbərin (s) əməli-saleh davamçılarına) aid olunmasına da şübhə ilə yanaşmaq lazım deyildir. Çünki, əldə etdiyimiz qəti və inandırıcı dəlillərlə deyə bilərik ki, Peyğəmbərin (s) canişinləri hər cəhətdən onun malik olduğu xüsusiyyətlərə yiyələnmiş, söylədikləri hər bir söz və gördükləri bütün işlər onun təki etibar kəsb etmişdir. Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlər və İmamiyyə alimlərinin verdikləri nəzəriyyələr bunu bir daha sübuta yetirir.
    3. Bəzən biri başqa birisini azad etməklə onların arasında varisliyə səbəb olacaq əhd-peyman yaranır.
    Məsələn, əgər birisi öz köləsini azad edərsə onların arasında əhd-peyman yaranır və bu əhd-peymana «azadlıq əhd-peymanı» deyilir. Belə ki, kölə sahibi [azad edən şəxs], azad etdiyi kölədən irs aparma huququna malik olur. Şiə alimləri arasında bu barədə heç bir ixtilaf nəzərə çarpmır və əhli sünnə alimlərinin bir qismi varisliyə səbəb olacaq belə bir əhd-peymanı etibarlı hesab edirlər.
    4. Zəmanət əhd-peymanı. Belə bir əhd-peymana əsasən hər hansı bir [iqtisadi] məsələdə bir-birləri ilə şərik olan şəxslər ziyana uğradıqları zaman bir-birlərinin xəsarətini ödəyəcəklərinə, iqtisadi böhrandan çıxaracaqlarına əhd-peyman bağlayırlar. Bir sözlə onlar xəsarətə uğradıqda bir-birləri ilə zamin olacaqları barədə əhd-peyman bağlayırlar. Əbu Hənifə və onun davamçıları bu məsələyə dair müsbət fikirdə olmuşlar. Bir sözlə haqqında söhbət açdığımız ayənin nəxs olunması iki mühüm mətləbdən asılıdır.
    a) Ayənin son hissəsi məna baxımından ayrı və müstəqildir. Çünki belə olduqda «nəsib» ayədə yardım, xeyirxahlıq mənasını daşıyacaqdır və belə bir məna bir qədər əvvəl qeyd etdiyimiz kimi nəsx olunası deyildir.
    b) «Əqd yəmin» deyildikdə, yalnız «zimani cərirə», yəni xəsarətdəki əhd-peyman nəzərdə tutulur. Bu şərtlə ki, belə bir əhd-peymanı hələlik irs üçün səbəb hesab etməyək və ya burada qardaşlıq və digər əhd-peymanları nəzərdə tutaq. Belə ki, bütün müsəlman alimlərinin fikrincə, irs belə bir əhd-peymanla sabit olunmur. Bütün bu hallarda biz irs ayəsini bu ayənin nəsx etməsini hesab edə bilmərik. Çünki haqqında söhbət açdığımız ayə bu kimi əhd-peymanlar üçün irs qanunu sübuta yetirir. Bir halda ki, onlardan heç biri irs ayəsinə əsasən, irsə səbəb olmayır. Bu səbəbdən də deməliyik ki, ayənin hökmü, irs ayəsi ilə nəsx olmamışdır.
    Demək ayənin nəsx olunması üçün bir neçə əsas şərt lazımdır. Bir halda ki, onların hər biri tamamilə batil və əsassızdır.
    Birinci şərt:
    Ayənin sonu müstəqil məna daşısın. Bu isə heç də düzgün deyildir. Çünki, bir qədər əvvəl işarə etdiyimiz kimi ayənin sonu, əvvəli ilə tam əlaqəlidir.
    İkinci şərt:
    «Əqd yəmin – əhd-peyman» deyildikdə yalnız «ziman ğərirə» – [xəsarətlə qaşılaşdıqda hər iki tərəf ziyanın aradan qaldırılmasında zamin şərik olmuş olsun]. Bunun da təsəvvür olunması qeyri-mümkündür.
    Əvvəla ona görə ki, əhd-peyman deyildikdə yalnız «ziman ğərirə» deyil, bir qədər əvvəl işarə etdiyimiz digər əhd-peyman növləri də nəzərdə tutulur. Digər tərəfdən əhd-peyman deyildikdə, yalnız «ziman ğərirə» nəzərdə tutulduğunu fərz etsək də belə, əhd-peymanın bu növü nəsx olmamış və hal hazırda öz qüvvəsində qalmaqdadır. Bizim fikrimizcə bu, irsin əsas amil və səbəblərindən birini təşkil edir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 703 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024