İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR
    Qeyd etdiyimiz kimi əhli-sünnə alimlərinin bir qismi ayənin nəsx olunmasına dair müxtəlif fikirlər irəli sürmüşlər və bu barədə bir neçə dəlilə istinad etmişlər. Biz onlardan bir neçəsinə işarə edirik.
    1. Deyilir: Allah-taalanın, şəhadət verən şəxslər üçün təyin etdiyi əsas şərt onların adil olmaları və müsəlmanların etimadını qazanmalıdır.
    Qurani-kərimdə bu haqda yazılır:
    «Razı olduğunuz şahidlərdən» (2/282).
    2. «İçərinizdən iki ədalətli şahid tutun» (63/2).
    Etimad və ədalətin kafirlərdə olmadığını nəzərə alaraq deyə bilərik ki, onların verdikləri şəhadət etibarsız və qeyri-məqbuldur. Belə olduqda onların vəsiyyət üçün verdikləri şəhadət də etibarsız hesab olunmalıdır. Demək, haqqında söhbət açdığımız ayə də yeni verilən hökm ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.
    Cavab:
    Gətirilən bu dəlili bir neçə səbəbdən əsassız hesab edə bilərik. Əvvəla ona görə ki, birinci ayənin şahidlik verməyə dəlalət etdiyini fərz etsək də belə, ikinci ayəyə diqqət yetirməklə onun şəhadətə deyil, təlaq hökmünə aid olunduğunun şahidi olarıq. Demək, onların heç biri vəsiyyət üçün verilən şahidlikdə ədalətin əsas şərt olmasına dəlalət etmir. Digər tərəfdən isə hər iki ayənin təlaq hökmünə aid olması və onun bütün hallara şamil olunduğunu fərz etsək, haqqında söhbət açdığımız ayəni talaq hökmünə şamil olan bu iki ayə üçün bir növ əlavə hesab etməli olacağıq. Çünki ümumi xarakter daşıyan bir hökm, başqa bir məhdud hökmü nəsx etməyə qadir deyildir. Belə olduqda adətən məhdud hökm, mütləq və ümumiyyət xarakteri daşıyan hökmlərə əlavə olunur.
    2. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri ikinci əsaslı dəlil icmanın irəli sürdüyü nəzəriyyədir. İcma belə bir fikirdədir ki, əməli-saleh olmayan fasiq şəxslərin verdikləri şahidlik [şəhadət] etibarsız sayılır. Kafirlər də fasiq [günahkar] olduqları üçün onların verdikləri şəhadət etibarsız sayılmalıdır.
    Alimlərin əksəriyyəti kitab əhlinin verdikləri şəhadəti etibarlı hesab etdikləri üçün icmanın irəli sürdüyü bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Belə ki, alimlərin bir çoxu kitab əhlinin fasiq müsəlmanın vəsiyyət üçün verdiyi şəhadəti etibarlı hesab edir. Demək, fasiq müsəlmanın şəhadət verməsinin etibarsız hesab olunması, öz din və məzhəbində etimad qazanmış qeyri-müsəlman adil bir şəxsin verdiyi şəhadətin etibarsız olmasına dəlalət etmir. Çünki, əqli baxımdan bu iki ayə arasında heç bir əlaqə yoxdur.
    3. Deyilir: Kafirlərin verdiyi şəhadət yalnız vəsiyyət üçün qəbul oluna bilər. Lakin bu barədə də bəzi ixtilaflar nəzərə çarpır. İxtilaf doğuran məsələlərdə icmaya və şübhə meydana gəldikdə isə qəti və əsaslı hökmə müraciət etmək lazımdır.
    Cavab:
    Bir o qədər də məntiqli olmayan və insanda təəccüb doğuran belə bir dəlilin əvəzinə yaxşı olardı ki, bunun tam əksinə istinad olunub deyiləydi. Peyğəmbərin (s) zamanında kafirlərin vəsiyyət üçün verdikləri şəhadət hamı tərəfindən qəbul olunardı. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra bu barədə ixtilaf meydana gəldi. İxtilaf doğuran hər bir məsələdə isə icmaya müraciət etmək lazımdır.
    Nəticə:
    Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr tamamilə batil və əsassızdır və bu nəzəriyyəyə istinad edən varsa, o da son dövrün bəzi fiqh alimləridir.
    Məgər Quranın verdiyi qəti bir hökmü kimlərinsə verdikləri fitvalarla əvəz etmək olarmı?
    Daha da təəccüb doğuran Həsən Zəhranın irəli sürdüyü nəzəriyyədir. O deyir: «Ov axərani min ğəyrikum» – özünüzdən olmayan iki nəfər şəxsi — cümləsindən məqsəd, heç də kafir və kitab əhlinin şəhadət vermələri deyildir. Buradan məqsəd «öz qövm və qəbilənizdən olmayan» şəxslərdir. Çünki ayədə birbaşa olaraq kitab əhlinin adı çəkilmədiyi üçün biz verilən şəhadətin onlara dəlalət etdiyi haqda bir söz deyə bilmərik. Bu nəzəriyyə ayənin təfsiri haqda nəql olmuş rəvayətlə yanaşı ayənin zahiri mənası ilə də tam ziddiyyət təşkil edir. Çünki, ayədə kitab [müraciət] olunan yalnız möminlərdən və «ğəyrəkum» – özünüzdən olmayan — deyildikdə mömin olmayanlar, yəni kafirlər nəzərdə tutulmalıdır.
    Diqqət yetirmək lazımdır ki, ayə heç bir şərt olmadan şəhadətin verilməsinə dəlalət edir və verilən şəhadət istər kitab əhlindən olan kafirlər tərəfindən verilsin, istərsə də kitab əhlindən olmayan kafirlər və həmçinin istər möminlərin özləri tərəfindən mümkün olsun, istərsə də qeyri-mümkün.
    Lakin bu məzmunda nəql olmuş bir çox rəvayətlərdə şəhadətin möminlər tərəfindən verilməsi mümkün olmadıqda, kitab əhlindən olan kafirlər tərəfindən verilməsinə dəlalət etdiyi göstərilir və bu hökm istisna aradan qaldırılaraq Quranın ümumi xarakter daşıyan hökmünün, Peyğəmbərin (s) buyurduqları ilə sabit olunan hökmlərə daxildir.
    ZƏKAT AYƏSİNİN NƏSXİ
    Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı [bostanları və bağları] dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. [Onların hər biri] bar verdiyi zaman barından yeyin, yığım günü haqqını [zəkatını, sədəqəsini] ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz.)
    Əhli-sünnə alimlərinin bir çox ayənin nəsx olunduğuna istinad edirlər. Onlar buna dair müxtəlif nəzəriyyələr irəli sürmüşlər.
    1. Ayə zəkat barəsində nazil olmuşdur. Lakin verilən hökm arpa, buğda, xurma və s. bu kimi istisna olmaqla ayədə adları çəkilən meyvələr ilə nəsx olunmuşdur. Çünki, Peyğəmbərin (s) bir çox səhabələri və onların davamçıları olan tabeinlər bütün bitkilərə zəkat verməyi vacib hesab etmişlər. Lakin Əbu Hənifə istisna olaraq «odun», «qamış» və «samandan» başqa bütün becərilən bitkilərə zəkat verməyi vacib hesab etmişdir.
    2. Deyirlər:
    Ayə Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlə nəsx olunmuşdur. Belə ki, zəkat olduğu vəziyyətdən 10-da bir və 20-də birə qədər müəyyənləşdirilmişdir. Sudey və Ənəs ibni Malik ayənin nəsx olunmasına dair bu nəzəriyyəni irəli sürmüşlər. Bəzən İbni Abbasın və Məhəmməd ibni Hənəfinin də bu fikirdə olduqlarına istinad etmişlər.
    3. Nəsx nəzəriyyəsi tərəfdarları bəzən deyirlər. Ayənin zəkat hökmü ilə heç bir əlaqəsi yoxdur. Haqq və ödəniş deyildikdə zəkat deyil, bu ayə ilə veriləsi vacib olan başqa bir ödəniliş nəzərdə tutulur.
    Zəkat hökmü verildikdən sonra isə ayə nəsx olunmuşdur.
    Bizim nəzərimiz: Bizim fikrimizcə ayənin nəxs olunmasına dair irəli sürülmüş hər üç nəzəriyyə tamamilə batil və əsassızdır. Dediklərimizi sübuta yetirəcək bir neçə dəlilə işarə etmək istəyirik.
    1. Əhli-beyt tərəfindən nəql olmuş bir neçə rəvayətdə «haqq və ödəniş» zəkat kimi təfsir olunmamışdır. Belə ki, Koleyni nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Müaviyə ibni Həccaca deyir: Əkinçilikdə iki ödəniş vardır. Onlardan biri səndən alınır, digərini isə sən özün ödəyirsən. Müaviyə deyir: İmam Sadiq (ə)-dan onlardan hansının alındığını və hansının ödənildiyini soruşdum.
    İmam Sadiq (ə) buyurdu: Əkdikləriniz şeylərdən 10-da biri və 20-də bir qismi zəkat halında sizlərdən alınır. Öznüzün ödədiyiniz isə Allah buyurduğu «Və atu həqqəhu yovmə həsadihi» – yığım günü haqqını ödəyin - ayəsidir.(Qurtәbinin tәfsiri 29-cu cild 50-ci sәh.)
    İbni Mərdəviyyə, Əbu Səiddən və o da Peyğəmbərdən (s) ayənin təfsirinə dair nəql etdiyi rəvayətdə deyir: Burada yığım zamanı yerə tökülmüş sünbüllər nəzərdə tutulur.
    2. Bildiyimiz kimi Ənam surəsi Məkkədə bir dəfəyə [eyni zamanda] nazil olmuşdur. Zəkat ayəsi isə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Demək ayənin birinin digərini nəsx etməsi sadəcə olaraq qeyri-mümkündür.
    Ənam surəsinin Məkkədə nazil olmasına dair kifayət qədər hədis və rəvayət nəql olmuşdur. Bu rəvayətlərdən birini Koleyni öz kitabında Həsən ibni Həmzədən nəql edir.
    İmam Sadiq (ə) buyurur: Ənam surəsi bir dəfəyə nazil olmuşdur. Surədə Allahın adı yetmiş dəfə çəkildiyi üçün onu yetmiş min mələk Peyğəmbərə (s) təzimlə nazil etmişlər. Əgər camaat onun oxunmasının nə qədər fəzilətli olduğunu bilsəydilər, daim onu qiraət etməyə can atardılar.
    İbni Abbasdan nəql olunmuş rəvayətdə deyilir: Ənam surəsi gecə ikən bir dəfəyə Məkkədə nazil olmuşdur. Surə nazil olarkən yetmiş min mələk onu müşahidə edərək Allaha şükr və səna edirdi.
    Bu və bu məzmunda nəql olunmuş digər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, haqqında söhbət açdığımız ayə zəkat hökmü verilməzdən əvvəl nazil olmuşdur.
    Zucac deyir: Bəzilərinin fikrincə ayə Mədinədə nazil olmuşdur. Lakin bu nəzəriyyə əsassız olmaqla yanaşı nəql olunmuş rəvayətlərlə də ziddiyyət təşkil edir.
    3. Ayənin nəsx olunmadığını sübuta yetirəcək sonuncu dəlil məhsulun biçim zamanı ödənilməsidir. Demək bu zəkatdan fərqli olan başqa bir vergi haqqıdır. Çünki zəkat yığım zamanı deyil, məhsul yığılıb dəyirmanda döyüldükdən və bölündükdən sonra ödənilir.
    Əhli-beytin məhsulun axşam yığılmasına dair qoyduğu qadağa və bu məzmunda onlar tərəfindən nəql olunmuş onlarla hədis və rəvayət dediklərimizi bir daha sübuta yetirir. Rəvayətlərdən belə bir məna əldə etmək olur ki, məhsul gecə ikən yığıldıqda yoxsul və imkansız təbəqə bundan xəbərsiz qalır və paylarına düşən ödənişdən məhrum olurlar.
    Cəfər ibni Məhəmməd ibni İbrahim imam Sadiq (ə)-a istinad edərək atası imam Baqir (ə) və o da atası imam Səccad (ə)-dan nəql edir ki, Peyğəmbər (s), xurma və digər əkin məhsullarının gecə ikən yığılmasını yasaq etdirdi. Cəfər rəvayəti nəql etdikdən sonra deyir: Yasaq hökmü bəlkə də yoxsul və imkansızların yığımdan xəbərsiz qaldıqları üçün verilmişdir.
    Cavab:
    Bəzilərinin fikrincə «haqqını ödəyin» deyildikdə zəkat, və «yovmə həsadihim» – yığım günü cümləsindən ödəniş vaxtı deyil, ödənişin vaxtının vacib olması nəzərdə tutulur. Çünki ödəniş məhsul yığılıb, üyüdülüb və bölündükdən sonra həyata keçirilir. Demək «yovmə həsadihim» – yığım günü cümləsi ödəniş haqqı [verginin] deyildikdə hökmən zəkatın nəzərdə tutulduğuna dəlalət edə bilməz.
    Cavab:
    Nəql olmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, «yovmə həsadihim» – yığım günü deyildikdə ödəniş vacibliyi deyil, ödəniş vaxtı nəzərdə tutulur.
    1. Zaman şəkilçisi hökm halında deyil, fel mənasında işlənilir. Məsələn «Zeydə cümə günü hörmət və ehtiram et» deyildikdə, cümə günü burada hörmət və ehtiramın vacibliyi üçün deyil, Zeydə olunacaq ehtiramın nə zaman olunacağına dəlalət edir.
    2. Haqqında söhbət açdığımız ayə ilə tətbiq olunmayınca, zəkat verilməsi biçim zamanı vacib olunmur. Zəkat haqqı [vergisi] yalnız o zaman təyin oluna bilər ki, buğda və ya arpa dən halına düşüb istifadəyə yararlı olsun. Bu səbəbdən də ayədə «yığım gününə» xüsusi diqqət yetirilməsi, verilməsi vacib olan zəkat vergisindən fərqli olan başqa bir ödəniş nəzərdə tutulur.
    3. Ayənin zəkat hökmünə dəlalət etmədiyinə dəlalət edən başqa bir dəlil Allahın, israfa yol verilməməsinə dair verdiyi hökm və zəkatın müəyyən həddə ödənilməsidir.
    Beləliklə ayədə ödəniş deyildikdə, zəkatın nəzərdə tutulmadığı bəlli oldu və zəkat hökmünü verən ayənin bu ayə ilə heç bir bağlılığı yoxdur və təbii ki, belə olduğu bir halda onu nəsx etməsi də qeyri-mümkündür.
    Nəticə:
    Qeyd etdiklərimizdən belə məlum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə əkin məhsullarına aid olan zəkat kimi vacib olan başqa bir verginin ödənilməsinin vacibliyi ilə sübuta yetirilir. Və bu hökm zəkat ayəsi ilə əvəz olunaraq nəsx olunur. Lakin nəsx nəzəriyyəsi tərəfdarları zəkat vergisindən əvvəl belə bir verginin vacibliyini sübuta yetirəcək əsaslı dəlil gətirməyə qadir deyillər. Çünki, əgər «Ayədə verilən hökm onun vacibliyinə dəlalət edir və bu səbəbdən də nəsx olunan vergi [ödəniş], vacibdir» deyərlərsə, cavabında deyilməlidir:
    Hökmün icrası vacib olmaqla yanaşı, davamiyyətli olması da zərurtə doğurur və onların hər ikisi haqqında söhbət açdığımız ayədə özünü büruzə verməyir. Çünki, əgər davamiyyəti nəzərə alarıqsa, vaciblik istər-istəməz öz əhəmiyyətini itirmiş olur. Vacibliyi nəzərə aldıqda da eyni qaydada davamiyyət öz əhəmiyyətini itirmiş olacaq və bilirik ki, zəkatdan savayı başqa bir verginin ödənişi vacib deyildir.
    Bu səbəbdən də ya gərək hökmün vacib olmasından əl çəkib onun davamiyyətinə əsaslanmalı, ya da davamiyyətdən əl çəkməli və vacibliyinə əsaslanaraq hökmün nəsx olunduğunu qəbul olmalıdır. Lakin verilən ikinci ehtimal bəzi üstünlüklərə malikdir.
    Əvvəla ona görə ki, ödəniş davamiyyət və daimi olduğuna dair imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz növbəti fəsillərdə bu rəvayətlər haqda danışacağıq.
    Digər tərəfdən də əgər belə bir vacib vergi haqqı olsaydı Peyğəmbərin (s) əshabı və sonrakı dövrlərdə yaşayan müsəlmanlar tərəfindən ödənilər və yalnız Əkrəmə və Zəhhan kimilərin nəql etdiyi rəvayətlərdə məhdudlaşmazdı.
    Demək, ayədə vergi deyildikdə ödənişi müstəhəb olan başqa bir vergi haqqı nəzərdə tutulur. Vergi meyvələr yığıldıqdan və dənli bitkilər biçilərək döyüldükdən sonra yoxsul və ehtiyacı olanlara verilir ki, onlar bu yolla ailə üzvlərini qismən də olsa təmin edərək özlərini hər şeydən məhrum hiss etməsinlər. Bir sözlə haqqında söhbət açdığımız ayə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.
    ƏTİ HARAM OLAN HEYVANLARIN YEYİLMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    «[Ya Rəsulum!] De ki: «Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsib yediyin yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər [bunlardan yesə, Allah ona cəza verməz]» Çünki, sənin Rəbbin, həqiqətən bağışlayan və rəhm edəndir!» (6/145).
    Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayə nazil olmaqla bəzi heyvanların ətinin yeyilməsi haram, başqalarının yeyilməsi isə halal edilmişdir. Lakin sonralar Peyğəmbərin (s) buyuruqları ilə digər yeyim şeyləri də haram edilərək ayə nəsx olunmuşdur.
    Cavab:
    Digər ayələr kimi, bu ayənin də verdiyi hökm sabit və nəsx olunmamışdır. Çünki ayə qanunvericilik xarakteri daşımır və belə bir halda təbii ki, onun nəsx olunması da tamamilə əsassız olardı. Ayədə sadəcə olaraq islam dinində əvvəllər haram olmayan (meyit, qan, donuz əti və kəsilərkən Allahın adı çəkilməyən heyvanlar) şeylər haqda xəbər verilir və bunun sonralar digər yemək şeylərin haram olmasına dair verilən yeni hökm ilə heç bir ziddiyyət yoxdur. Çünki, hər hansı bir mətləb barədə məlumat verən xəbər cümləsində nəsx heç bir məna kəsb etmir.
    Ayədə haram olan şeylərin bir-bir adlarının çəkilməsi isə bir növ əlavə xarakteri daşıyır. Belə ki, müşriklər islam dini zühur etməzdən, islamın haram etmədiyi bəzi şeyləri özlərinə haram etmişdilər. Ayə nazil olmaqla onların əqidə və adət-ənənlərini inkar və ləğv edir. Əvvəlki ayəyə diqqət yetirsək görəcəyik ki, qoyulan məhdudiyyət, həqiqi məhdudiyyətdir, yəni ayə nazil olarkən yeyilməsi haram olan ətlər məhz ayədə göstərilən miqdarda müəyyənləşdirilmişdir və belə bir mənanın dərk olunması daha asandır. Çünki, ayə islamın zühur etdiyi ilk illərdə nazil olmuşdur və təbii ki, sonralar həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə tədriclə yeni ayələr nazil olmuş və yeni-yeni qanun və qadağalar təyin olunmuşdur. Yasaq hökmü verildikdən sonra, başqa bir yasaq və qadağanın təyin olunması hər hansı bir hökmün nəsx olunmasına əsla dəlalət etmir. Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, əvvəla haqqında söhbət açdığımız ayə qanunverici deyil, xəbər xarakterini daşıyır və yeyilməsi haram olan ətlərin müəyyənləşdirilməsi ya həqiqidir və ya nisbi və hər iki halda ayənin nəsx olunması heç bir məna və məfhum kəsb etmir.
    DÖYÜŞDƏN FƏRARİLİK AYƏSİNİN NƏSXİ
    «Ey iman gətirənlər! Kafirlər bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
    [Düşməni aldatmaq məqsədilə yoldan özünü qaçan kimi göstərib] təkrar döyüş üçün bir tərəfə çəkilən və ya [kömək məqsədilə müsəlmanlardan ibarət] başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olur. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!» (8/15-16).
    Bəzi müfəssirlərin fikrincə bu ayə həmən surənin 66-cı ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:
    «[Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbr edənlərlədir!» (8/66).
    Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayədən belə bir qənaətə gəlmək olur ki, əgər müsəlmanların sayı kafirlərin yarısından az olarsa, döyüş meydanını tərk edə bilərlər. Göründüyü kimi birinci ayədə döyüş meydanında qaçmaq qətiyyətlə qadağan olunur, növbəti (66-cı) ayə nazil olmaqla hökm nəsx olunur və müsəlmanlara bir növ güzəştə gedilərək döyüş meydanını tərk etməyə icazə verilir.
    Əta və İbni Reyhan ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəyə istinad etmişlər.
    Cavab:
    Gətirilən dəlil tamamilə əsassızdır və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, döyüş meydanını tərk etmək yalnız o zaman haram ola bilər ki, müsəlmanların sayı, kafirlərin yarısından az olmasın. Onların sayı kafirlərin yarısından az olduqda isə, döyüş meydanını tərk etmələrinin qətiyyətlə haram olduğunu deyə bilmərik.
    Bu səbəbdən də ayələrin birinin digərini nəsx etməsi üçün heç bir ziddiyyət yoxdur. Diqqət yetirsək görərik ki, bu iki ayə arasında sıx bağlılıq vardır və bu bağlılıq müharibə üçün böyük əhəmiyyət kəsb edən təbii qanunun əsasını qoyur. O da bundan ibarətdir ki, müsəlmanlar qələbəyə yaxın olduqlarını gördükdə son damla qanlarınadək mübarizə aparmalı və döyüş meydanını tərk etməməlidirlər. Kifayət qədər qüdrətə malik olmadıqda və məğlubiyyətin qəti olduğunu gördükdə isə, döyüş meydanını tərk etməyə bilərlər.
    Lakin Əmr ibni Ömər, Əbu Hüreyrə, Əbu Səid, Əbu Nəzrə, Nafe Mövla ibni Ömər, Həsən Bəsri, Əkrəmə, Qətadə, Zeyd ibni Əbi Həbib və Zəhhakdan nəql olmuş rəvayətdə döyüş meydanının tərk olunmasına dair verilmiş yasaq hökmünün hamıya [və bütün dövrlərə] şamil olmadığı göstərilir. Onların fikrincə bu verilən yasaq hökmü «Bədr» döyüşündə iştirak edən döyüşçülərə aid olmuş və onlar ayə nazil olmaqla döyüşə sövq edilmişlər.
    Əhli-sünnənin məşhur alimlərindən olan Əbu Hənifə də ayənin nəsx olunmasına dair irəli sürülmüş bu ayəyə istinad etmişdir.
    Müəllif:
    İrəli sürülmüş bu nəzəriyyə də digər ayələrin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr kimi bir neçə səbəbdən batil və tamamilə əsassızdır.
    1. Ayə Bədr döyüşündən sonra nazil olmuşdur. Demək bu hökmü Bədr döyüşçülərinə aid etmək tamamilə əsassız olardı.
    2. Hər hansı bir məsələyə dair verilən hökm müəyyən şəxslərə deyil, ümumi olaraq hamıya şamil olunur. Bu səbəbdən də fərariliyə dair verilən yasaq hökmü tək Bədr döyüşünə deyil, bütün dövrlərə şamildir.
    Demək haqqında söhbət açdığımız ayədən üç nəzəriyyə əldə etmək olar:
    1. Nəsx nəzəriyyəsi;
    2. Ayənin Bədr döyüşünə aid olması;
    3. Hər iki nəzəriyyənin batil və əsassız olduğunu.
    Sonuncu nəzəriyyə bizim tərəfimizdən irəli sürülmüşdür. Bir qədər əvvəl qeyd etdik ki, ayənin məzmunu qəti məğlubiyyət istisna olmaqla, bütün döyüş meydanlarını tərk etməyə şamil olunur. Hökm indinin özündə də sabit və nəsx olunmamışdır. O ki qaldı ikinci ayəyə, döyüş meydanını yalnız çıxılmaz vəziyyətdə və məğlubiyyət qəti olduqda tərk etməyə icazə verir.
    Şiə və əhli-sünnə alimlərinin bir çoxu ayənin nəsx olunmadığı haqda məhz bu fikirdədirlər və hər iki mənbələrdə nəql olmuş rəvayətlərdə bu nəzəriyyə bir daha sübuta yetirilir.
    Belə ki, Koleyni, imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Böyük günahlar yeddi qismə bölünür: Mömin bir şəxsi bilərəkdən öldürmək, ismətli qadını zinakarlıqda ittiham etmək, döyüş meydanını tərk etmək, yetimin malını yemək [mənimsəmək], hicrət etdikdən sonra ərəblərin öz adət-ənənələrindən uzaq düşmələri və Allahın Quranda əzaba vədə verdiyi [yasaq etdiyi] hər bir şeylərə əməl etmək.
    Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Sizi fəlakətə sürükləyəcək yeddi günahdan uzaq olun. Peyğəmbərdən (s) onların hansı günahlar olduğunu soruşduqda buyurdu: Allaha şərik qoşmaq, sehr [cadugərlik] etmək, haqsız olaraq qan tökmək, yetimin malını yemək [mənimsəmək], döyüş meydanını tərk etmək və qadını zinakarlıqda ittiham etmək.
    SÜLH AYƏSİNİN NƏSXİ
    «Əgər onlar sülhə [barışığa] meyl etsələr, sən də sülhə meyl et.» (8/61).
    Müfəssirlərin bəziləri, o cümlədən İbni Abbas, Mucahid, Zeyd ibni Əsləm, Əta, Əkrəmə, Həsən Bəsri və Qətadə ayə barədə öz fikirlərini belə bəyan edirlər: ...Ayə «Səyf» ayəsi ilə nəsx olunmuşdur. Çünki yuxarıda qeyd olunan ayə müsəlmanları sülh və sazişə dəvət edir. Sərf ayəsində isə heç bir güzəşt olunmadan müşriklərə qarşı cihad hökmü verilir.
    Cavab:
    Ayənin nəsx olunmadığına dair iki əsaslı dəlilə istinad edə bilərik.
    1. Cihad hökmünü verən Səyf ayəsi yalnız müşriklərə şamil olunur. Belə ki, Peyğəmbər (s) hicrətin 10-cu ilində kitab əhlindən olan Nəcran müşrikləri ilə sülh sazişini imzalamışdır. Həmən surədə olan Səyf ayəsi isə Nəcran müşrikləri ilə imzalanan sülh sazişindən bir il əvvəl, yəni hicrətin 9-cu ilində nazil olmuşdur və təbii ki, əgər Səyf ayəsi kitab əhlindən olan Nəcran məsihilərinə də şamil olsaydı Peyğəmbər (s) onlarla sülh sazişini imzalamazdı. Demək sülh ayəsi hamıya cihad hökmünü verən Səyf ayəsi ilə müşriklərə şamil olunur. Bir sözlə, «Səyf» ayəsi bir növ istisna xarakteri daşıyır. Hökmün istisna xarakteri daşıması isə ayənin nəsx olunmasına əsla dəlalət etmir.
    2. Müşriklərlə müharibənin vacibliyi və sülh sazişinin bağlanılmasının ən başlıca şərti müsəlmanların kifayət qədər qüdrətə malik olması və onların qələbəyə yaxınlaşmasıdır. Əks təqdirdə kafirlərlə sülh sazişinin bağlanılmasının heç bir nöqsanı yoxdur. Belə ki, Peyğəmbər (s) Hüdeybiyyə döyüşündə bu qanundan istifadə edərək Qureyş qəbiləsi ilə sülh sazişini imzalayır.
    Qeyd etdiklərimizdən belə məlum olur ki, «sülh ayəsi», «Səyf» ayəsi ilə nəsx olunmamışdır. Lakin sülh sazişi müsəlmanlar kifayət qədər qüdrətə malik olmadıqda, imzalanmalı, döyüş isə onların düşməndən üstün olduqları vaxt aparılmalıdır.
    Məhəmməd surəsinin 35-ci ayəsində bu haqda deyilir:
    «Buna görə də [cihadda] zəiflik göstərməyin və [kafirlərə] üstün [qalib] gəldiyiniz zaman [onları] sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş [mükafatsız] qoymaz! (41/35).
    Göründüyü kimi ayədə müsəlmanların üstünlüyünə və kifayət qədər qüdrətə malik olduqda sülh sazişinə razı olmamalarına işarə olunur.
    DÖYÜŞ ZAMANİ [DÜŞMƏNƏ QARŞI] MÜQAVİMƏT GÖSTƏRMƏK AYƏSİNİN NƏSXİ
    «[Ya Peyğəmbər!] Möminləri döyüşə həvəsləndir [təşviq et]. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır.
    [Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa iki min nəfərə Allahın izni ilə qaləbə çalar. Allah səbr edənlərlədir.» (8/65-66).
    Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər:
    Birinci (65-cı) ayə, növbəti (66-cı) ayə ilə nəsx olunmuşdur. Belə ki, islam zühur etdiyi ilk illərdə kafirlərin sayı müsəlmanlardan on dəfə çox olsa da, müsəlmanlara [vacib olaraq] cihad hökmü verilmişdir. Sonralar isə müsəlmanlara güzəşt olunaraq müharibə zəruri olduğu şəraitdə və sayca iki dəfə az olduqda cihad əmri verilir. Göründüyü kimi yuxarıda qeyd olunan ayədə yüz nəfərin, iki yüz və min nəfərin iki min nəfərə qarşı döyüşərək zəfər çalacaqları haqda xəbər verilir.
    Cavab:
    Deyə bilərik ki, bu ayə də digər ayələr kimi nəsx olunmadan hökmü sabit olaraq qalmaqdadır. Çünki ayənin nəsx olunması üçün iki əsas şərt lazımdır:
    1. Ayələrin fasilə ilə nazil olunmasını sübuta yetirmək;
    2. İkinci ayənin, birinci ayəyə əməl olunduqdan sonra nazil olduğunu sübuta yetirmək. Çünki hökm icra olunmazdan əvvəl nəsx olunarsa birinci verilən hökm ləğv və öz qüvvəsini itirmiş olur.
    Lakin nəsx nəzəriyyəsi tərəfdarları yalnız vahid xəbərə istinad edərək bu iki şərti sübuta yetirə bilmirlər. Və biz vahid xəbərlə Quran ayəsinin nəsx olunmadığını sübuta yetirilmədiyini dəfələrlə qeyd etmişik. Bunu da qeyd etməliyik ki, hər iki ayənin məzmunu fasiləsiz olaraq eyni zamanda nazil olduğuna dəlalət edir. Bu səbəbdən də hər iki ayənin hökmü sabit və dəyişilməzdir. İkinci ayənin verdiyi hökm, yəni yüz nəfər müsəlmanın iki yüz nəfərlik düşmən ordusu müqabilində mübarizə aparması qələbəyə ehtimal verildikdə vacib və təxirə salınmazdır. Lakin birinci ayənin verdiyi hökm isə, yəni məsələn iyirmi nəfər müsəlmanın [on dəfə çox olan] iki yüz nəfərlik düşmən ordusuna qarşı mübarizə aparması vacib deyil, müstəhəb hökmdür.
    Belə bir halda müstəhəb hökmün başqa bir vacib hökm ilə nəsx olunmasına dair yeni nəzər irəli sürmək nə dərəcədə düzgün ola bilər?
    Nəsx nəzəriyyəsi tərəfdarları irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün deyirlər: İslam zühur etdiyi ilk illərdə islam mücahidləri sonrakı dövrlərdən daha dözümlü və daha cəsur olmuşlar.
    Müsəlmanların sonrakı dövrlərdə döyüş meydanlarında göstərdikləri heyrətedici fədakarlıqları nəzərə alaraq deyə bilərik ki, irəli sürülmüş belə bir fərziyyə məntiqdən uzaq və tamamilə əsassızdır. Bütün bunları nəzərə alaraq müsəlmanların kifayət qədər qüdrətə nail olduqdan sonra düşmənin qarşısında süstlük göstərməsini əsaslı hesab etmək olarmı?!
    Ayənin zahiri mənasından belə qənaətə gəlmək olur ki, müşriklərin sayı müsəlmanlardan on dəfə çox olmasına baxmayaraq, Allah-taala onlara mübarizə aparmağa dəvət edir və nəticədə qələbə çalacaqlarını vədə verir.
    Lakin Allah-taala müsəlmanların zəif və özlərindən sayca on dəfə çox olan düşmənin müqabilində müqavimət göstərə bilməyəcəklərindən agah olduğu üçün belə bir hökmü onlara vermir. Onlara mübarizə aparmağa və müqavimət göstərməyə icazə verir və eyni zamanda düşmən sayca onlardan on dəfə çox olduqda mübarizəni dayandırmağa da izn verir.
    Allah-taala, müsəlmanlara düşmən sayca on dəfə onlardan çox olsa belə, layiqincə müqavimət göstərəcəkləri təqdirdə zəfər çalacaqlarını vədə verir. Lakin eyni zamanda onlara güzəşt də edir. Belə ki, düşmənə qarşı müqavimət göstərməyin vacib deyil, olduqca xeyirxah iş olduğu bildirilmiş və onlara müqavimətin yalnız düşmən onlardan iki dəfə çox olduqda zəruri olduğunu agah etmişdir. Belə olduqda müsəlmanlar qələbəyə nail olacaqlar. Çünki, kafirlərin nə yaradılışa, nə də axirət dünyasına etiqadları vardır. Onlar çətinliklərə müqavimət göstərməyə qadir olmaz, həyatın ağrıl-acısına sinə gərə bilməzlər. Bütün çətinliklərin həlli yolunu tapan və ümidini bir an da olsun qırmayan, yalnız Allaha sidq ürəklə iman gətirən möminlər olarlar. Qəlblərindəki iman nuru onları küfrə qarşı qiyam edərək haqq sözünü bəyan etməyə vadar edir. Çünki onlar istər zəfər çalsınlar, istərsə də zahirdə məğlub olsunlar, özlərini qalib hesab edirlər.
    Nisa surəsinin 104-cü ayəsində bu haqda deyilir:
    «[Ey müsəlmanlar!] Kafirləri təqib etməkdə zəiflik göstərməyin! Əgər siz [yaralarınızdan və səfərin çətinliklərindən] əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbu ki, siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi bilən və hikmət sahibidir!»
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 662 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024