İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    CİHAD AYƏSİNİN NƏSXİ
    «Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər». (9/39).
    İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olunmuş rəvayətdə ayənin həmən surənin 122-ci ayəsi ilə nəsx olunduğu göstərilir.
    Orada deyilir:
    «[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmalıdır.» (9/122).
    Nəsx nəzəriyyəsi tərəfdarlarının irəli sürdükləri nəzəriyyədə deyilir: Tövbə surəsinin 39-cu ayəsində bütün müsəlmanlara döyüşə getmək əmr olunur. Lakin həmən surənin 122-ci ayəsində hökm artıq ümumi xarakter daşımır.
    Cavab:
    Ayənin nəsx olunduğunu yalnız o zaman qəbul edə bilərik ki, birinci ayədə döyüşə getməyin vacibliyi bütün müsəlmanlara şamil olsun. Belə olduqda hökm ikinci ayə ilə nəsx və yalnız müəyyən şəxslərə aid ola bilər.
    Lakin əvvəlki ayələri nəzərdən keçirməklə belə qənaətə gəlmək olur ki, döyüşə getmək bütün müsəlmanlara deyil, yalnız o şəxslərə vacib olmuşdur ki, onlar özləri bunu Peyğəmbərdən (s) dəfələrlə xahiş etmişlər. Əvvəlki ayələrdə deyilir:
    «Ey iman gətirənlər! Sizə nə oldu ki: «Allah yolunda döyüşə çıxın!» – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya malı axirət yanında [axirətlə müqayisədə] yalnız cüzi bir şeydir!
    Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər [yerinizə başqa bir tayfa gətirər].
    Siz isə [döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə] heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!» (9/38-39).
    Ayənin ümumi məzmunu:
    «Cihad hökmü verilən və döyüş meydanına getməyə əmr olunan, lakin buna tabe olmayan şəxslər əzaba layiqdirlər.» Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, cihadın bütün müsəlmanlara vacib olması ilə heç bir bağlılığı yoxdur ki, başqa bir ayə ilə cihadın vacibliyini aradan götürərək onu nəsx etmiş olsun.
    AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ
    Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:
    «[Ey möminlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb] hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun.» (9/111).
    Ayənin məzmunundan belə qənaətə gəlmək olur ki, müsəlmanlar hamılıqla döyüş meydanına doğru hərəkət etməli və Allah yolunda düşmənə qarşı mübarizə aparmalıdır və bu ayə cihadın hamıya deyil, yalnız müəyyən şəxslərə vacib olduğunu bəyan edən həmən surənin 122-ci ayəsi ilə nəsx olunmuşdur.
    Cavab:
    Əvvəlki ayədə qeyd etdiyimiz kimi, ayənin məna və məfhumu nəsx olunsun deyə, ümumi xarakter daşımır və burada əmr olunan müəyyən şəxslər nəzərdə tutulur. Bütün bunlarla yanaşı bu mətləbə işarə etdik ki, ümumi bir hökmü müəyyən şəxslərə aid etmək nəsx deyil, ümumi hökm üçün bir növ istisnadır.
    O ki, qaldı 122-ci ayəyə (və ma xanəm muminunə – möminlər döyüşə birdən çıxmamışdılar) qətiyyətlə deyə bilərik ki, bu iki ayəni nəinki nəsx etməmiş, əksinə açıq-aşkar olaraq onların nəsx olunmadığına dəlalət edir. Çünki ayədə bir başa göstərilir ki, döyüş meydanına getmək əvvəldən də ümumi xarakter daşımamışdır ki, bütün müsəlmanlara aid və sonralar çarəsizlik üzündən nəsx olunmuş olsun. Döyüş meydanına getmək elə ilk günlərdən yalnız müəyyən şəxslərə xüsusilə də bunu Peyğəmbərdən (s) tələb edən və döyüş əzmində olan fədailərə aid olmuşdur.
    İZN AYƏSİNİN NƏSXİ
    «Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara [cihadda iştirak etməyə] izn verdin?
    Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər [o saat cihada çıxarlar] Allah müttəqiləri tanıyandır!
    Səndən [cihada çıxmaq üçün] izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.» (9/43-45).
    İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olmuş rəvayətdə deyilir: Bu ayə Nur surəsinin 62-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:
    «Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan özün istədiyinə [yanından getməyə] izn ver.» (24/62).
    Cavab:
    Ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Çünki, ayənin məzmunundan məlum olur ki, döyüş meydanının tərk olunması üçün icazənin verilməməsi o zaman olmuşdur ki, kimin yalan, kimin də həqiqəti söylədiyi arasında fərq qoymaq olmurdu. Ayə nazil olmaqla əmrə tabe olmaq istəməyən və müxtəlif bəhanələrlə şəhərdə qalmaq üçün Peyğəmbərdən (s) icazə istəyən və beləliklə döyüşdə iştirak etməyən şəxslərin iç üzü açılır.
    Allah-taala, Peyğəmbərə (s) kimin yalan, kimin də həqiqəti söylədiyi və kimin həqiqətən iman gətirdiyi, kimin də küfr etdiyi bəlli olmayınca kimsəyə əmrə tabe olmamağa icazə verməməyi əmr edir. Hər şey məlum olduqdan sonra Allah-taala bir tərəfdən möminlərə Peyğəmbərdən (s) icazə almaqla bəzi çətinlikləri aradan qaldırmaq üçün müvəqqəti olaraq döyüşlərdə iştirak etməməyə izn verir. Digər tərəfdən də (Fə izastəzənukə libəzi şanihim – əgər onlar bəzi işlər üçün səndən üzr istəsələr) ayəsi ilə Peyğəmbərə (s) məsləhət gördüyü şəxslərə ciddi çətinliklərini aradan qaldırmaq üçün döyüşdə iştirak etməyə icazə verməsini icazə verir. Verilən izahla hər iki ayənin müəyyən mətləbə toxunduğu və birinin digərini nəsx etmədiyi artıq bəlli olur.
    MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    «Mədinəlilərə və onların ətrafında olan bədəvilərə [döyüşdə] Allahın peyğəmbərindən geri qalmaq, ondan [ona üz verən məşəqqətlərdən] özlərini kənara çəkmək [belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq] yaraşmaz.» (9/120).
    İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir:
    Bu ayə də növbəti 122-ci ayə ilə nəsx olunmuşdur. Çünki 120-ci ayə döyüşdən boyun qaçırmağın hamıya qadağan olduğu, növbəti 122-ci ayədə isə hökmün ümumi xarakter daşıdığı nəsx olunaraq döyüşdə yalnız müəyyən şəxslər iştirak edəcəyinə toxunulur.
    Müəllif:
    Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu ayə 120-ci ayənin nəsx olunmasına deyil, hökmün nəsx olunmamadığına dəlalət edir və biz hər iki ayəyə diqqət yetirdikdə belə bir qənaətə gəlirik ki, müsəlmanlar döyüş meydanında hamılılıqla deyil, yalnız kifayət edəcək miqdarda iştirak etməlidirlər.
    Başqa sözlə desək, hər iki ayənin məzmunundan yalnız bir hökm əldə edə bilərik. O da bundan ibarətdir ki, cihad eyni deyil, kifayi zəruri olan hökmdür. Yəni birinci ayə hökmün zəruriliyini, ikinci ayə isə onun kifayi olduğunu bəyan edir. Lakin eyni zamanda bütün müsəlmanlara [eyni zərurət] zəruri olaraq hamının döyüş meydanında iştirak etməsini tələb edir və bu zərurət birinci zərurətdən bir qədər fərqlidir. Bu səbəbdən də iki növ zərurət mövcuddur.
    1. Kifayi və xarici amillər meydana gəldikdə bəzən də eyni zərurət və onların hər ikisi öz yerində dəyişilməzdir və etibarlıdır.
    SƏBR AYƏSİNİN NƏSXİ
    «Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah [zəfər] hökmünə verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.» (10/109).
    İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir: Bu ayə cihad hökmünü verən ayə ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.
    Müəllif:
    Birinci ayənin nəsx olunduğunu batil edən dəlilləri biz bu ayənin də nəsx olunmadığına dəlil gətirə bilərik.
    Təkrara yol verməyib yalnız bu mətləbə işarə etmək istəyirik ki, «Səbr» bu ayədə düşmənin inadkarlıqlarının müqabilində deyil, həyatın bütün mərhələlərinə aiddir. Başqa sözlə desək, Səbr ayədə siyasi deyil, əxlaqi məna daşıyır. Bunun da nəsx olunması qeyri-mümkündür.
    BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ
    «Sən müşriklərdən yaxşıca üz döndər və ya onları alicənablıqla bağışla.» (15/85).
    İbni Abbas, Səid və Qətadədən nəql olmuş rəvayətdə deyilir: Ayədə Peyğəmbərə (s) kafirləri bağışlamağa və əfv etməyə əmr olunur. Səyf ayəsində isə kafirə qarşı cihad hökmü verilməklə ayənin hökmü nəsx olunur.
    Müəllif:
    Əvvəlki ayələrdə olduğu kimi bu ayə haqqında da deyə bilərik ki, əfv və bağışlama burada məna daşımır. Belə ki, Peyğəmbər (s) səbr etməyə əmr olunduqda, müşriklərin inadkarlıqlarının və etdikləri pisliklərin müqabilində səbr etməsi nəzərdə tutulur. Hicr surəsinin 94 və 95-ci ayələri dediklərimizi bir daha sübuta yetirə bilər:
    «[Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbiliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərrindən] səni qorumağa biz kifayət edərik.» (15/94-95).
    Göründüyü kimi burada Peyğəmbərə (s) müşriklərin istehzalarının müqabilində səbr etməyə əmr olunur. Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, ayənin «Səyf» ayəsi ilə nəsx olunması üçün kafirlərə qarşı cihad ayəsi ilə heç bir bağlılıq yoxdur. Ayənin ümumi məzmunu bundan ibarətdir ki, Allah-taala öz Peyğəmbərini (s) islam dininin təbliğinə sövq edir və bu yolda qarşılaşacağı çətinliklərə sinə gərməyi və müşriklərin ardı-arası kəsilməyən istehzalarının müqabilində dözümlü olmağı əmr edir.
    Göründüyü kimi ayənin cihad hökmü ilə heç bir bağğlılığı yoxdur.
    Müsəlmanların belə bir mühüm işə cəlb olunmaları isə yalnız kifayət qədər qüdrətə malik olduqdan sonra baş vermişdir. Daha dəqiq desək, Peyğəmbər (s) besətin ilk illərində cihad əmrini almadığı üçün müşriklərin qeyri-insani rəftarlarına göz yummalı və onlarla yumşaq rəftar etməli idi. O, peyğəmbərliyinin həqqaniyyətini göstərdiyi möcüzələrlə sübuta yetirir və bu yolla insanları Allahın birliyinə dəvət edirdi. Çünki, o zaman nə Peyğəmbər (s), nə də ona iman gətirmiş az saylı müsəlmanlar müharibəyə lazım olan kifayət qədər qüdrətə malik deyildilər. Əgər belə bir şəraitdə müşriklərə qarşı mübarizəyə başlasaydılar təbii ki, böyük itkilər verər və məğlubiyyətə uğrayardılar. Bir neçə il sonra müsəlmanların sayı artdıqdan və müharibəyə lazım olan döyüş alətləri kifayət qədər əldə olunduqdan sonra müsəlmanlara cihad hökmü verildi. Əvvəlki fəsillərdə qeyd etdik ki, şəriət hökmləri zəmanənin tələbatını ödəmək üçün tədriclə Peyğəmbərə (s) nazil olmuşdur və 23 il müddətində təkmilləşmişdir. Cihad hökmü də besətin ilk illərində müsəlmanlara verilmədiyi üçün bütün çətinliklərin müqabilində dözümlü olmağa və səbr etməyə tövsiyə olunurdu.
    Demək hökmün nəsx ilə heç bir bağlılığı yoxdur.
    ŞƏRABIN HALALLIĞİNA DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    «Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş mövüz, bəhməz, quru xurma, və s.] düzəldirsiniz.» (16/67).
    Qətadə, Səid ibni Cubeyr, Şəbi, Mucahid, İbrahim və Əbu Zərrindən nəql olmuş rəvayətdə bu ayənin şərabın haramlığına dair nazil olmuş ayə ilə nəsx olunduğu göstərilir.
    Cavab:
    Ayənin nəsx olunması iki mühüm mətləbin sübuta yetirilməsindən ibarətdir.
    1. Ayədə (səkr) deyildikdə, məstedici şərab nəzərdə tutulsun. Lakin nəsx nəzəriyyəsi tərəfdarları bunu sübuta yetirməyə qadir deyillər. Çünki, (səkr) kəlməsinin daşıdığı lüğəvi mənalardan biri də «sirkədir». Tanınmış təfsir alimlərindən olan Əli ibni İbrahim də «Səkr» kəlməsini məhz bu mənada təfsir etmişdir. Belə bir mənaya əsasən (rizqi həsənin – ləziz yeməklər) deyildikdə, xurma və üzümdən hazırlanan şirə və müxtəlif yeyim şeyləri nəzərdə tutulur.
    2. Ayə şərabın halallığına dəlalət etmiş olsun. Bir halda ki, nəsx nəzəriyyəsi tərəfdarları bunu da sübuta yetirməyə qadir deyildir. Çünki, ayə nəyinsə halal və ya haram olmasını və camaatın adət etdiyi hər-hansısa bir şeyi deyil, müəyyən gerçəkliyi və təbii cərəyanı bəyan edir.
    Biz ayənin təbii cərəyanı bəyan etdiyini bəşəriyyətin müxtəlif sənət və istedadlara yiyələndiyini bəyan edən ayələrin arasında olması ilə sübuta yetirə bilərik:
    «Allah göydən bir yağış endirər, onunla yer özünü öldükdən [quruduqdan] sonra dirildər. [Öyüd-nəsihətə] qulaq asanlar üçün bunda bir ibrət vardır. [Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!]
    Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. [Qanı və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verər ki, o içiləndə xoş gələr].
    Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş, mövüz, bəhməz, quru xurma və s.] düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağıllı düşünənlər üçün bir ibrət vardır.
    Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik: sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat və asanlıqla get!» O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübəhsiz ki, bundan da düşünüb dərk edənlər üçün bir ibrət vardır!» (16/65-69).
    Allah-taala bu beş ayədə öz qüdrət nişanələrindən, ölmüş torpağın yenidən yağışla dirilməsindən, yaradılmışların heyrətedici xüsusiyyətlərindən, insanların dörd ayaqlı heyvanların qarınlarındakı qanla ifrazat arasında olan təmiz süddən bəhrələnmələrindən və xilqətin digər sirlərinə işarə edir.
    Burada həmçinin xurma və üzümün müsbət xüsusiyyətləri, onlardan müxtəlif çeşiddə hazırlanan şirə və yeməklərə, ilham alaraq dağlarda özünə yuva quran bal arılarının heyrətedici xüsusiyyətləri haqda söhbət açılır.
    Qeyd etdiklərimizdən belə məlum olur ki, ayələr heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq Allahın birliyinə və Onun qüdrət nişanələrinə işarə olunur. Bunun isə şərabın haram olmasına dair nazil olmuş ayənin, şərabın halal olmasını nəsx etməklə heç bir əlaqəsi yoxdur.
    «Səkr» deyildikdə məstedici içkilər nəzərdə tutulduğunu fərz etsək, belə ayə şərabın halallığına deyil, haram olduğuna dəlalət edəcəkdir. Çünki, ayədə «şərab», «rizqi həsəni – gözəl ruzi»nin müqabilində işlənmişdir. Bu da bir daha sübut edir ki, şərab pak və halal ruzi deyildir.
    Şeyx Səduq öz müəllimi Məhəmməd ibni Əsləmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan şərabın halal olub-olmaması haqda soruşuldu. İmam (ə) sualın cavabında buyurdu: «Peyğəmbər (s) buyurmuşdur: Allahın mənə haram etdiyi ilk şey bütpərəstlik və şərab olmuşdur.»
    Şeyx Səduq imam Rza (ə)-dan nəql etdiyi başqa bir rəvayətdə deyir: «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, şərabı ona haram etməmiş olsun.»
    Ecaz fəslində qeyd etdik ki, şərab Tövratda da bəşəriyyətə haram olunmuşdur. Lakin bu bir həqiqətdir ki, islam zühur etdiyi ilk illərdə şərab haram olmamış və bir müddət keçdikdən sonra şərabın haramlığına dair qəti hökm verilmişdir.
    Belə bir qanunvericilik üsulu tək şərab hökmünə deyil, digər şəriət hökmlərinə də aiddir. Belə ki, bütün hökmlər əvvəlcədən müəyyənləşdirilmiş, zaman keçdikcə tədriclə elan edilmişdir. Sonradan haramlığına dair ayə nazil olmuş şərab hökmü də əvvəlcədən də [yəni ayə nazil olmazdan əvvəl] haram olmuşdur.
    ZİNAKAR KİŞİ VƏ QADININ EVLƏNMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu [belə bir evlənmə] möminlərə haram edilmişdir.» (24/3).
    Səid ibni Musəyb və alimlərin bir çoxu belə bir fikirdə olmuşlar ki, bu ayə həmən surənin 32-ci ayəsi ilə nəsx olunmuşdur.
    Orada deyilir:
    «[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin.» (24/32).
    Deyilir:
    Birinci ayədə müşrik və zinakar istisna olmaqla, zinakar qadınlarla evlənməyin yasaq olduğu, ikinci ayədə isə nikah hökmü əməli saleh olub-olmamasından asılı olmayaraq bütün subay şəxslərə ümumilikdə şamil olunur.
    Müəllif:
    Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə «nikah» deyildikdə, evlənməyin nəzərdə tutulduğunu sübuta yetirmək lazımdır. Lakin belə mənanı sübuta yetirmək üçün heç bir dəlil yoxdur. Və əgər «nikah» deyildikdə evlənmək nəzərdə tutularsa, müsəlman zinakar kişinin, müşrik [kafir] qadınla, həmçinin müşrik kişinin zinakar müsəlman qadınla evlənməsi də qanuni olacaqdır. Çünki, ayədə zinakar kişinin yalnız zinakar və müşrik qadınla nikah edib evlənə biləcəyi göstərilir. Eyni qaydada zinakar qadın da yalnız zinakar və ya müşrik kişi ilə nikah edib evlənə bilər.
    Bir halda ki, belə bir evlənmə islam nöqteyi-nəzərindən qeyri-qanuni və müsəlmanların adət-ənənələri ilə müvafiq deyildir.
    Bu səbəbdən də deməliyik ki, ayədə «nikah» deyildikdə, istər qanuni olsun, istərsə də qeyri-qanuni, onun lüğəvi mənası, yəni «cinsi yaxınlıq» nəzərdə tutulur.
    «La yənkihu – evlənməyin», cümləsi də heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq zinanın nə qədər qəbahətli iş olduğuna və insanların ondan çəkinmələrinə işarə olunur. Belə ki, zinakar kişi yalnız zinakar və kafir qadınla və zinakar qadın yalnız zinakar və kafir kişi ilə zina edər. Çünki mömin və əməli-saleh şəxslər zinanı özlərinə haram edər və belə bir qəbahətli işə yol verməzlər.
    GÜZƏŞT AYƏSİNİN NƏSXİ
    «İman gətirən şəxslərə de ki, axirət gününə iman gətirməyənləri bağışlasınlar.» (45/111).
    Təfsir alimlərinin bəzilərinin fikrincə bu ayə «Səyf» və cihad hökmü ilə nəsx olunmuşdur. Bu haqda deyilir: Ayə Məkkədə Ömər ibni Xəttab barəsində nazil olmuşdur. Belə ki, müşriklərdən biri Öməri söyərək təhqir edir və Ömər də onu cəzalandırmaq istəyir. Ayə nazil olmaqla Ömər özünə ələ alır və sonra Tövbə surəsinin 5-ci ayəsi ilə nəsx olunur.
    «Müşrikləri harda görsəniz öldürün.» (19/5).
    Nəsx nəzəriyyəsi tərəfdarları ayənin nəsx olunmasına dair bu cərəyanla yanaşı Əli ibni Əhmədin, Məhəmməd Hişamdan, o da Asim ibni Suleymandan, o da İbni Cubeyrdən, o da Zəhhakdan və o da İbni Abbasdan nəql etdiyi rəvayətə istinad etmişlər.
    Müəllif:
    Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu rəvayət olduqca zəif və əsassızdır. Rəvayətin bütün zəif xüsusiyyətlərinə göz yumsaq da, onun Asim ibni Suleyman tərəfindən nəql olunması rəvayətin əsassız olmasına kifayət edər. Çünki, o yalan və iftiralarla dolu olan bir çox hədis və rəvayət nəql etmişdir.
    1. İbni Udey onun barəsində deyir: O yalançı və hədis iftiraçısı olmuşdur. Onun nəql etdiyi bütün hədis və rəvayətlər istər sənəd, istərsə də mətn baxımından tamamilə etibarsızdır.
    Fəlas deyir: Onun kimi hədis uyduran ikinci bir şəxs görmədim. Onun bu sahədə böyük məharəti var idi.
    Əbu Hatəm və Nəsai deyir: Asimin söylədikləri tamamilə etibarsızdır.
    Dar Qatəbi deyir: Nəql etdiyi rəvayətlər zəif və əsassızdır.
    Əbu Həbban deyir: Onun nəql etdiyi rəvayətləri yalnız hansısa bir şəxsdə təəccüb doğurmaq üçün nəql etmək olar.
    Əbu Davud Təyalisi deyir: Yalançı olmuşdur.
    Əzdi: Nəql etdiyi rəvayətlər əsassız və etibarsız olardı.(Tәfsir Burhan 2-ci cild, 1099-cu sәh.)
    Onun nəql etdiyi rəvayətləri bir neçə səbəbdən əsassız hesab edə bilərik:
    1. Məlum olduğu kimi müsəlmanlar hicrətdən əvvəl Məkkədə yaşayır və azlıq təşkil etdikləri [eyni zamanda zəif olduqları] üçün müşriklərlə sərt rəftar edə bilməzdilər.
    2. Ömər heç də döyüşlərdə şücaət göstərən qabaqcıl mücahidlərdən deyildi. İradəsi zəif olan bu şəxsin elə bir ağır şəraitdə müşriklərə qarşı sərt davranaraq onları cəzalandırması və Ömərin özünü ələ alması üçün belə bir ayənin nazil olması nə dərəcədə düzgün ola bilər.
    Bir halda ki, ayədəki «Ğufran – güzəşt etmək, bağışlamaq» kəlməsi qüdrət və intiqam almağa dəlalət edir. Lakin qeyd etdiyimiz kimi hicrətdən əvvəl Ömərin müşriklərdən intiqam alması qeyri-mümkün idi. Çünki, əgər Ömər, onu təhqir edən şəxsi cəzalandırmaq istəsəydi, o da müqavimət göstərəcək və artıq güzəşt etməyə fürsət qalmayacaqdır.
    Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin verdiyi hökm nəsx olmamışdır və o, təkcə Ömərə deyil, bütün müsəlmanlara ümumilikdə şamil olunur. Belə ki, onlar müşriklərin əzab və əziyyətinə səbr etməli və bacardıqca güzəşt etməyi bacarmalıdırlar. Casiyə surəsinin 14-15-ci ayələri dediklərimizi bir daha sübuta yetirir.
    «[Ya Peyğəmbər!] İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə – Allahın əzabından [əzab günlərindən] qorxmayanları bağışlasınlar!
    Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar.»
    Ayənin zahiri mənası bundan ibarətdir ki, günahkarlar istər kafirlərdən olsun, istərs kitab əhlindən, istərsə də müsəlmanlardan, axirət əzab və sorğu-sualına iman gətirməyəcəkləri təqdirdə Allah tərəfindən layiqincə cəzalandırılacaqlar.
    Hansı təbəqədən olursa-olsun zülmkarların zülmünün və təcavüzkarların cinayətlərini unutmayan Allah onların cəzalandırılmasını öz üzərinə götürmüşdür.
    Belə bir halda Allaha iman gətirmiş bir şəxs intiqam almaq üçün başqlarını qabaqlamağa çalışmamalıdır. Lakin diqqət yetirmək lazımdır ki, bu əxlaqi və ictimai məsələyə aid olan bir hökmdür. Və istər hökmün qanunvericiliyi Səyf ayəsi nazil olmazdan əvvəl verilmiş olsun, istərsə də sonra, islama dəvət və ya cihad hökmü ilə heç bir ziddiyyəti yoxdur.
    DÖYÜŞDƏ ƏSİR GÖTÜRÜLƏNLƏR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    «[Ey möminlər!] Kafirlərlə [döyüş meydanında] qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə [əsir alıb, qaçmasınlar deyə əl-ayaqlarını] kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya [boyunlarına minnət qoyub] məccani və ya fidyə müqabilində azad edin. (47/4).
    Müfəssirlərin bəziləri hökmün Səyf ayəsi ilə nəsx olunduğunu qeyd etmişlər. Başqaları isə əksinə olaraq, bu ayənin Səyf ayəsini nəsx etdiyini qeyd etmişlər.
    Müəllif:
    Bu bir həqiqətdir ki, nə Səyf ayəsi bu ayəni, nə də bu ayə Səyf ayəsini nəsx etmişdir.
    Bu barədə daha dəqiq nəzər irəli sürmək üçün müharibə şəraitində müsəlmanların kafirlərlə necə rəftar etmələrinə diqqət yetirməliyik.
    DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ
    Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafəri hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər.
    1. Əgər döyüşdə iştirak edən — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra — kafirlər islamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmayır.
    2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.
    Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki, ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.
    Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:
    Ya kölə kimi istifadə etməli, ya fidyə almaqla onları azad edər və ya məccani olaraq azad edə bilər.
    Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.
    Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya islamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya məccani olaraq güzəştlə azad etməlidir.
    Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüzi ixtilaflar varsa da, əsassız və heç bir etibara malik deyildir.
    Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mənası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa «şəddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya məccani azad olunmağa «mənnə və fidaə» dəlalət edir.
    Qeyd etdiklərimizdən belə məlum olur ki, «şəddul vəsaq» deyildikdə, əsirlərin məccani və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.
    Çünki «şəddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mənanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şəddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir məna daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə «fidən və məna – fidyə və azad etmək» hökmünə aid olmuş olur.
    Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.
    Bu hökmə dəlalət edəcək bir çox mötəbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Zəiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxmadan ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:
    «Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzaba mübtəla olacaqlar.» Sonra imam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»
    Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsindən nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yəni müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud məccani olaraq azad etməlidir.
    Verilən izahatlardan belə məlum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.
    Əhli sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilməyir, dini hakim ya onları kölə kimi saxlmalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.(Fәxri Razinin tәfsiri 8-ci cild 167-ci sәh.)
    Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, Səyf ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən Səyf ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.
    Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.
    Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya məccani olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.
    Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir.(Biharul-әnvar 9-cu cild 12-ci sәh.)
    Lakin bu barədə bir rəvayətdə olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə və ya məccani olaraq azad etməlidir.(Nişapurun tәfsiri, Tәbәrinin haşiyәlәrindә 28-ci cild 24-cü sәh.) Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.
    Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir.
    Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O, özünü «Muntəhi və Təzkirə» adlı kitablarında cihad fəslində bu barədə geniş söhbət açmışdır.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 753 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024