İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild

    AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR
    Şiə alimlərinin və əhli-sünnə alimlərinin bəzilərinin (Zəhhak, Əta və Həsən Bəsri) bu haqda nə fikirdə olduqları ilə tanış oldunuz. Lakin əhli-sünnə alimlərinin bir çoxu bu barədə tam fərqli fikir irəli sürmüşlər.
    1. Onlardan bəziləri bu fikirdədirlər ki, ayə yalnız bütün kafirlər barədə deyil, yalnız müşriklər haqda nazil olmuşdur. Belə ki, əsirlər öldürlməməli, fidyə və ya məccani olaraq azad olunmalıdırlar. Cihad hökmünü verən Səyf ayəsi nazil olduqdan sonra isə hökm nəsx olunaraq öz qüvvəsini itirmişdir. Bu nəzəriyyənin Zəhhak, Sudəy, İbni Cərih, İbni Abbas və bir çox Kufə müfəssirləri tərəfindən irəli sürüldüyü göstərilir. Onlar deyirlər: Ayə nəsx olunduğu üçün əsir düşmüş müşriklər qətlə yetirilməlidir və onları fidyə ödəmək və ya məccani olaraq azad etməyi heç də düzgün hesab etmək olmaz.(Uyunul әxbar әr-Rza 13-cü fәsil. Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 132-ci sәh.)
    Cavab:
    Səyf ayəsi istər müşriklərə, istərsə də qeyri-müşriklərə islam və müsəlmanlarla düşmənçilik edən bütün şəxslərə şamil olunur. Nəsx nəzəriyyəsi tərəfdarları isə ayənin yalnız müşriklərə aid olduğunu hesab edirlər. Ümumi xarakter daşıyan [mütləq] hər hansı bir qanun isə sadir olunduğu zaman baxışından ümumi xarakter daşımayan qanundan istər əvvəl, istərsə də sonra verilmiş olsun, onun məhdudlaşdırılmağa və ya nəsx etməyə qadir deyildir.
    Bu səbəbdən də ümumiyyət xarakteri daşıyan Səyf ayəsinin, haqqında söhbət açdığımız ayəni nəsx etməsi qeyri-mümkündür.
    2. Bəzilərinin fikrincə ayə bütün kafirlər haqda nazil olmuş, lakin müşriklərə gəldikdə hökm əvəz olunaraq nəsx olunmuşdur. Bu nəzəriyyənin də Qətadə, Mücahid və Həkəm tərəfindən irəli sürüldüyü göstərilir. Əbu Hənifə məzhəbinin tərəfdarları da bu nəzəriyyəyə istinad etmişlər.
    Cavab:
    Bu nəzəriyyənin də əsassız olduğu göz qabağındadır. Çünki ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən sonra nazil olduğunu sübuta yetirmək lazımdır. Nəsx nəzəriyyəsi tərəfdarları isə əllərində əsaslı dəlil olmadığı üçün bunu sübuta yetirməyə qadir deyillər. İstinad etdikləri mənbə varsa, o da vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərdir. Və biz dəfələrlə qeyd etmişik ki, vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərlə Quran ayələrinin nəsx olunmasını sübuta yetirmək tamamilə əsassız və qeyri-mümkündür.
    Ayənin nəsx olunduğu vahid xəbərlə sübuta yetirilsə belə, onun Səyf ayəsi ilə nəsx olunmasına dəlalət edəcək heç bir əsaslı dəlil yoxdur. Sübuta yetiriləcək şey yalnız bundan ibarətdir ki, haqqında söhbət açdığımız ayə Səyf ayəsini məhdudlaşdıracaq xarakteri daşıyır. Çünki hər bir müsəlman ayənin istər müşriklərə, istərsə də qeyri-müşriklərə şamil olunduğunu və ümumiyyət xarakteri daşıdığını hesab edir. Bu səbəbdən də haqqında söhbət açdığımız ayə Səyf ayələrinin nəsx edici deyil, məhdudlaşdırıcı xarakter daşımasına səbəb olur. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümumiyyət [mütləq] xarakteri daşıyan hökm məhdudiyyət [müqəyyəd] xarakteri daşıyan hökmləri nəsx etməyə qadir deyildir. Qeyd etdiklərimizi nəzərə almasaq belə, bir qənaətə gəlməli olacağıq ki, hər iki ayənin verdiyi hökm qüvvədə olaraq qalır və onların arasında heç bir ziddiyyətlik yoxdur. Fərq yalnız bundan ibarətdir ki, Səyf ayəsində əsir alınmış müşriklərin qətlinə, bu ayədə isə əsirlərin ya köləliyə vadar olunmasına, ya fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dair hökm verilir. İki halda ziddiyyətsizlik hər iki ayənin məfhumuna dəlalət edir. Ziddiyyət meydana gəldikdə o ayənin hökmünə əməl olunur ki, başqa bir dəlillə onu sübuta yetirmək mümkün olsun.
    3. Əhli-sünnə alimlərinin bir qismi ayənin Səyf ayəsi ilə nəsx olunduğuna deyil, əksinə olaraq Səyf ayəsini nəsx etdiyinə istinad edirlər.
    Cavab veririk:
    Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən nazil olunduğunu sübuta yetirmək lazımdır. Bunun üçün isə onların əlində heç bir əsaslı dəlil yoxdur.
    Səyf ayəsinin bu ayədən əvvəl nazil olduğunu sübutu yetirsək belə, bunu ayənin nəsx olunmasına əsaslı dəlil hesab etmək olmaz. Belə ki, ayənin nəsx olunması daha əsaslı dəlillərlə sübuta yetirilməlidir.
    4. İrəli sürülmüş sonuncu nəzəriyyədə deyilir: Dini rəhbər istər döyüş zamanı, istərsə də döyüş başa çatdıqdan sonra əsir alınanları ya kölə kimi saxlamalı, ya qətlə yetirməli, ya fidyə alaraq və ya məccani olaraq azad etməlidir.
    Bu nəzəriyyə Əbu Təlhə və İbni Abbas tərəfindən nəql olunmuşdur. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan İbni Ömər, Həsən Bəsri, Əta və Malik ibni Ənəs, Şafei, Suri, Əvzam, Əbu Ubəyd kimi məşhur fiqh alimləri bu nəzəriyyəyə dair öz müsbət rəylərini bildirmişlər.
    Ayənin ümumi məfhumu irəli sürülmüş bu nəzəriyyə ilə ziddiyyət təşkil etmədiyi üçün hökmün nəsx olunmasına əsaslı dəlil hesab edə bilmərik. Nəhhas bu nəzəriyyəni öz kitabında qeyd edərək deyir: İstər əfv, istərsə də Səyf ayəsinin verdiyi hökm sabit olaraq qaldığı üçün bu nəzəriyyəni əsaslı hesab edə bilərik. Hökmün heç biri digərini nəsx etməyir və bu ən düzgün nəzəriyyədir. Çünki, nəsxin sübuta yetirilməsi üçün əsaslı dəlillərə istinad olunmalıdır. Əvvəla nəsx nəzəriyyəsi tərəfdarlarının istinad edəcək belə bir əsaslı dəlilləri yoxdur. Digər tərəfdən isə hər iki ayənin icra olunması mümkün olduğu təqdirdə hər-hansı bir ayənin nəsx olunması heç bir məna və məfhum kəsb etməyir.
    Nəhhas sonra deyir: Bu nəzəriyyəni mədinəlilər, Şafei və Əbu Ubeydə də nəql etmişlər.
    Cavab:
    Bu nəzəriyyəni ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün iki əsaslı səbəbə görə doğru və düzgün hesab edə bilmərik.
    1. Ayədə istifadə olunan «mənnə və fidaən – fidyə ödəmək və ya məccani olaraq» ifadəsi müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra bir-başa müşriklərin əsir alınmasına və fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dəlalət edir. Bu səbəbdən də ayənin verdiyi hökmün döyüş zamanı əsirlərin azad olunması ilə heç bir uyğunluğu yoxdur.
    2. «Zərburriqab – boyunlarını vurun». Bu ayədə müsəlmanların zəfər çalanadək ayənin məfhumuna əsasən, kafirlərin döyüş zamanı qətlə yetirilmələri məhdudlaşdırılır. Döyüş başa çatdıqdan sonra isə [əsir alınmış] kafirlərin qətlə yetirilməsi qəti olaraq qadağan olunur. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra əsirlərin qətlə yetirilməsinə dair irəli sürülmüş nəzəriyyə ayənin məna və məfhumu ilə tamamilə ziddiyyət təşkil edir.
    Onlar əsirlərin qətlə yetirilməsində Səyf ayəsinə istinad etsələr belə, düzgün nəticə əldə edə bilməyəcəklər. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi Səyf ayəsi döyüş zamanı alınan əsirlərə dəlalət edir.
    Və əgər bu barədə Peyğəmbərin (s) necə rəftar etdiyinə istinad edərlərsə, yenə də bunu onların dediklərinə əsaslı dəlil hesab etmək olmaz. Çünki, Peyğəmbərin (s) zamanında əsir alınmış şəxslər bir neçə hissəyə bölünür və onlara dair müxtəlif tədbirlər görülürdü. Belə ki, döyüş zamanı əsir alınanları qətlə yetirir, döyüş başa çatdıqdan sonra əsir alınanlar üçün isə müvafiq tədbirlər görürdü.
    Sonrakı xəlifələrin, yəni Əbu Bəkr və Ömərin əsirlərlə necə rəftar etmələrinə istinad etsələr belə, yenə də qənaətbəxş nəticə əldə edə bilməyəcəklər. Çünki, əvvəla bu tarixi cərəyanın nə dərəcədə doğru olduğu haqda çox deyilib və çox danışılmışdır.
    Digər tərəfdən də onun doğru və düzgün olduğunu fərz etsək belə, əsaslı olduğunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Quranın zahiri mənasını kənara qoyaraq onların hansı yolu tutduqlarına istinad etmək isə heç də düzgün olmazdı.
    DİLƏNÇİLƏRİN HAQLARINI BƏYAN EDƏN AYƏNİN NƏSXİ
    «Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsulun haqqı [payı] var idi. Şəriətə müvafiq olaraq var-dövlətlərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar.» (51/19).
    «O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır. Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün:» (10/24-25).
    Ayənin nəsx olunub-olunmaması haqda təfsir alimləri tərəfindən müxtəlif fərziyyələr irəli sürülmüşdür.
    Onlardan bəziləri «mallarında müəyyən bir haqq [pay] vardır» dedikdə ödənilməsi vacib olan zəkatın, bəziləri digər vacib ödənişin, bəziləri də müstəhəb olan digər ödənişlərin nəzərdə tutulduğunu qeyd etmişlər. Bu səbəbdən də birinci ehtimala əsasən deyə bilərik ki, ayə zəkat ayələrinə aiddir. Və nəsx olunmadan qüvvədə olaraq qalmaqdadır. Üçüncü ehtimala əsasən yenə də ayənin nəsx olunduğu heç bir məna və məfhum kəsb etmir. Çünki müstəhəb olan ödəniş [sədəqə, ehsan] daimi varlı təbəqəyə aid olmuş və olacaqdır. Lakin ikinci ehtimala əsasən nəzərdə tutulmuş vacib ödəniş haqqı zəkatdan fərqli olan bir ödəniş haqqıdır. Və bu hər iki ayəni nəsx etmişdir. Çünki, zəkatın vacib olması ilə digər vacib sədəqələr nəsx olunaraq ödənilməsi təxirə düşmüş olur. Hal-hazırda islamda zəkatdan savayı başqa bir ödəniş haqqı mövcud deyildir.
    Bütün bunları nəzərə alaraq alimlərin bir qismi «müəyyən haqq» deyildikdə zəkatdan başqa, digər vacib ödəniş haqqının nəzərdə tutulduğuna və buna əsasən ayənin nəsx olunduğuna istinad etmişlər.
    Cavab:
    Hər iki ayəni diqqətlə nəzərdən keçirdikdə, belə, qənaətə gəlmək olur ki, ayədə «müəyyən haqq» deyildikdə nə zəkat, nə də hər hansı bir vacib ödəniş haqqı nəzərdə tutulur. Sadəcə olaraq burada, cəmiyyətdə adət halını almış və ödənilməsi müstəhəb olan adi ödəniş haqqı nəzərdə tutulur.
    Qeyd etdiklərimizi sübuta yetirəcək iki əsaslı dəlilə istinad edirik:
    1. Şiə və sünnü mənbələrində nəql olunmuş hədis və rəvayətlərdə yalnız zəkatın vacib olduğu göstərilmişdir.
    2. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə ayədə müstəhəb ödəniş haqqının [sədəqənin] nəzərdə tutulduğu göstərilir.
    Siqətul-islam Koleyni, Əbu Bəsirə istinad edərək deyir: İmam Sadiq (ə) ilə birlikdə idik. Dövlətlilərdən bir neçəsi də bizimlə idilər. Zəkat haqda söhbət açıldıqda imam Sadiq (ə) buyurdu: «Zəkat verməklə kimsə tərif edilməməlidir. Bu vacib vergini ödəməklə insan canını və malını qorumuş olur və müsəlman adlandırılır. [İmkan daxilində] zəkat haqqını ödəməyənlərdən isə namaz belə qəbul olunmaz. Lakin zəkatdan başqa da üzərinizə digər ödəniş haqları da düşür.»
    Əbu Bəsir tərəddüd edərək dedi: Zəkatdan başqa bir vergi ödəməliyik?
    İmam Sadiq (ə), Əbu Bəsirin bundan xəbəri olmadığını görüb təəccüblə dedi: «Məgər bu ayəni eşitməmisinizmi?»
    «O kəslər ki, onların malında müəyyən haqq [pay] vardır».
    Əbu Bəsir deyir: Müəyyən haqq deyildikdə nə nəzərdə tutulur?
    İmam Sadiq (ə) buyurdu: «And olsun Allaha! Bu hər bir şəxsin günlük, həftəlik, aylıq və ya illik əlavə qazanclarının ehtiyacı olanlara ödəməli olduğu haqdır [sədəqədir].»
    Koleyni başqa bir rəvayətdə İsmail ibni Cabirə istinad edərək imam Sadiq (ə)-dan nəql edərək deyir:
    İmam Sadiq (ə)-dan zəkatdan başqa digər ödəniş haqqının olub-olmadığını soruşdum.
    İmam Sadiq (ə) buyurdu: «Bəli vardır. Varlılar qazandıqları var-dövlətdən min, iki min və ya üç min dirhəm ehtiyacı olanlar üçün ayırarlar. Bu da həmin müəyyən ödəniş haqqıdır.»(Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 136-cı sәh.)
    Biyhəqi özünün «Şəbul iman» adlı kitabında Ğəzvan ibni Əbu-hatimə istinad edərək nəql etdiyi rəvayətdə deyir: «Əbuzər, Osmanın evinin astanasında dayanıb evə daxil olmaq istəyirdi. Lakin kimsə ona icazə vermirdi. Qüreyş qəbiləsindən olan bir şəxs onu görcək soruşdu: Əbuzər nə üçün burada oturmusan?
    Əbuzər dedi: Onlar mənə evə daxil olmağa icazə vermirlər.
    O, Osmanın evinə daxil olub dedi: Əbuzərin günahı nədir ki, ona evə daxil olmağa icazə vermirsiniz? Osman, Əbuzərə evə daxil olmağa icazə verdi. O, da məclisə daxil olub onların kənarında əyləşdi.
    Osman, Kəbul Əhbarı çağıraraq dedi: Ey Əba İshaq! Əgər bir şəxs malının zəkatını ödəyərsə yenə də günahı olarmı? Kəb qətiyyətlə dedi: Xeyr! Əbuzər təəccüblənərək əsəbi halda ayağa qalxıb əlindəki əsa ilə Kəbin kürəyinə vurub dedi: Ey yəhudi övladı! Elə güman edirsən ki, zəkat ödənildikdən sonra heç bir vergi haqqı ödənilməməlidir? Bir halda ki Allah-taala Qurani-kərimdə bu haqda buyurur: (59/9), (16/8), (1/74-75).
    İbni Abbas bu rəvayətə istinad edərək deyir: Müəyyən haqq deyildikdə sədəqə deyil, hər bir şəxsin [imkan daxilində] ehtiyacı olan qohum-əqrəbasına etdiyi yardım və saxladığı qonaqların məxarici nəzərdə tutulur.(Biharul-әnvar «Bәda vә nәsx» 4-cü cild 133-cı sәh.)
    Təfsir alimlərinin bir qismi İbni Abbasın dediklərinə istinad etmişlər.
    Nəticə:
    Demək «müəyyən haqq» deyildikdə vacib deyil, müstəhəb ödəniş haqqı nəzərdə tutulur. Və ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqdadır.
    NƏCVA AYƏSİNİN NƏSXİ
    «Ey iman gətirənlər! Peyğəmbərlə [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin. Bu [əməl] sizin üçün [Allah yanında] daha xeyirli və daha pakdır. Əgər [sədəqə verməyə] bir şey tapmasanız [ürəyinizi sıxmayın]. Çünki, Allah bağışlayan və rəhm edəndir. (58/12)
    «Məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzumu? Madam ki, siz [bunu] etmədiniz [sədəqə vermədiniz] və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb, zəkat verin. Allah və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!» (58/13).
    Bir çox əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə deyilir: Ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı kimsə ona əməl etmədi. O, bir dinarı xırdalayaraq on dirhəm etdi. Peyğəmbərlə (s) görüşmək istərkən bir dirhəm sədəqə verdi. Görüşlərin və etdikləri söhbətlərin sayı ona çatdıqda «Nəcva» ayəsi nazil oldu. Misal olaraq bir neçə rəvayətə işarə edirik.
    1. İbni Babəveyh, Məhkula istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: «Peyğəmbərin (s) səhabələrindən və hədis hafizlərindən elə bir şəxs yoxdur ki, mən onunla şərik olmadan hər hansı bir fəzilətə malik olmuş olsun və mənim fəzilətim onların hamısından daha üstündür. Lakin malik olduğum yetmiş fəzilətdə səhabələrdən heç birinin payı yoxdur. Və bu fəzilətlər yalnız mənə məxsusdur.
    Məhkul deyir: Dedim, ya Əmirəl-möminin! Bizi bu fəzilətlərdən agah etməyinizi istərdik. Əli (ə) onların hamısını bir-bir sayıb 24-cüyə çatdıqda buyurdu: (İza nacəy tumur-rəsul – Peyğəmbər [hər hansı bir işə] məxfi danışmağa getməzdən...) ayəsi nazil olduqdan sonra bir dinarı, on dirhəm xırdalayaraq Peyğəmbərlə (s) hər görüşə getməzdən əvvəl bir dirhəm sədəqə verdim. And olsun Allaha! «Əəşfəqtum – məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl...» ayəsi nazil olmazdan əvvəl və sonra səhabələrdən heç biri bu işi görməmişdir.(Uyunl әxbar әr-Rza 13-cü fәsil.)
    2. İbni Cərir Təbəri, Mücahidə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: Quranda elə bir ayə vardır ki, kimsə məndən əvvəl ona əməl etməmişdir və məndən sonra da əməl etməyəcəkdir. Bir dinar pulu on dirhəmə xırdalayaraq hər dəfə Peyğəmbərin (s) görüşünə gələrkən bir dirhəm Allah yolunda sədəqə verdim. Sonra «İza nacəy tumur-rəsul» ayəsi nazil oldu və həmən ayəni nəsx etdi və bu ayəyə kimsə məndən əvvəl əməl etməmişdir.
    3. Şovkani deyir: Əbdürrəzzaq, Əbd ibni Həmid, İbni Munzər, İbni Əbi Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Ayə nəsx oluncaya qədər kimsə məndən başqa ona əməl etmədi [və onun müddəti cəmi bir saat oldu – yəni ayə nazil olduqdan bir saat sonra növbəti ayə ilə nəsx olundu.] Əli (ə) burada Nəzva ayəsini nəzərdə tutur.
    4. Səid ibni Mənsur, İbni Rahəviyyə, İbni Əbi Şəybə, Əbd ibni Həmid, İbni Munzər, İbni Əli Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Quranda elə bir ayə vardır ki, kimsə nə məndən əvvəl ona əməl etmiş, nə də məndən sonra əməl edəcəkdir. Və bu «İza nacəy tumur-rəsul» ayəsidir.
    Sonra buyurur: Ayə nazil olarkən bir dinar pulum var idi. Mən onu on dirhəm xırdalayıb Peyğəmbər (s) görüşünə getməzdən əvvəl bir dirhəmini sədəqə verərdim. «Əəşfəqtum» ayəsi nazil olanadək kimsə bu ayəyə əməl etməmişdir.
    Bu hədisi Hakim də öz kitabında nəql etmiş və səhih olduğuna işarə etmişdir.
    PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?
    Bu ayə üç mühüm mətləbə dəlalət edir:
    1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mənən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mənəvi, həm də maddi rifahının inkişafına səbəb olur.
    2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi heç də vacib deyildir. Çünki, Allah öz bəndələrinə qarşı mehriban və bağışlayandır.
    Nəcva ayəsinin verdiyi hökm bundan ibarətdir. Hökmün mahiyyətinə diqqət yetirdikdə, onun nə qədər mənfəətli və müsbət xarakter daşıdığının şahidi oluruq. Çünki bir tərəfdən yoxsul təbəqəyə maddi yardım olunur, digər tərəfdən də səhabənin Peyğəmbərə (s) qarşı olan səmimiyyətləri daha da artır. Və Peyğəmbərə (s) olan yersiz müraciətlərə məhdudiyyət qoymuş olur. Çünki hökm sadir olmaqla günlərini Peyğəmbərlə (s) keçirmək istəyən və özlərinin yersiz sualları ilə onun vaxtını alan şəxslərin müraciətləri müəyyən qədər də olsun azalır. Və Peyğəmbərlə (s) dostluğu və ünsiyyətdə olmağı puldan, var-dövlətdən üstün tutan təqva sahiblərinə onunla daha çox görüşmək və mümkün qədər çox bəhrələnmək imkanını verir.
    3. Bütün bunlarla yanaşı ayəni iman gətirmiş şəxslərin insani, əxlaqi və mənəvi dəyərlərini sınamaq üçün ən əlverişli bir vasitə hesab etmək olar. Çünki, Allah yolunda Peyğəmbərlə (s) ünsiyyətdə olmaq xatirinə yoxsullara sədəqə vermək, onların ruhi təkamülünə və imanlarının daha da güclənməsinə səbəb ola bilərdi.
    Şübhəsiz ki, hökm müəyyən zamana deyil, bütün zamanlara dəlalət edir. Ayənin sınaq xarakteri daşıması ikinci, yəni on üçüncü ayədə özünü daha da bəlli edir. Belə ki, ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı əshab pula, var-dövlətə olduqları sonsuz əlaqəyə görə Peyğəmbərlə (s) görüşmək üçün sədəqə verməkdən imtina etmişlər.
    HÖKM NƏ ÜÇÜN NƏSX OLUNMUŞDUR?
    Sədəqə mənfəət verməklə yanaşı başqa bir mənfəətin də qarşısını alırdı. Çünki müsəlmanların və səhabənin Peyğəmbərlə (s) ünsiyyətdə olmaları ümumi mənafeyə xələl gətirəcək bir çox şeylərə də səbəb olurdu. Bu səbəbdən ümumi mənafeni, şəxsi mənafedən üstün tutaraq növbəti ayə nazil olmaqla sabiq hökmü nəsx olundu. Beləliklə belə bir sədəqənin vacibliyi namaz, zəkat və Peyğəmbərə (s) tabe olmaq hökmü ilə əvəz olundu. Artıq bizə məlum olur ki, hökmün nəsx olunması zərurət üzündən olmuş və həqiqətən birinci (on ikinci) ayə növbəti (on üçüncü) ayə ilə nəsx olunmuşdur. Lakin diqqət yetirmək lazımdır ki, ayənin nəsx olunması birinci ayənin qüvvədə olma müddəti başa çatmasına dəlalət edir və bir qədər əvvəl qeyd etdik ki, ayələrin bu qayda ilə nəsx olunmaları heç də qeyri-adi hal deyildir.
    Ayənin nəsx olunması hökmün qüvvədə olma müddəti başa çatmaqla əlaqəli olsa da, bu heç də o demək deyildir ki, hökmün mənafei dövrə aid olmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, belə bir mənafe Peyğəmbərin (s) həyatının bütün dövrlərində mövcud olmuşdur. Lakin müsəlmanların pula, var-dövlətə olan meyl və əlaqələri hökmün daimi olaraq qüvvədə qalmasına mane oldu və bu da ayənin nəsx olunması ilə nəticələndi.
    SUAL VƏ CAVAB
    Elmi hər şeyi əhatə edən və hər şeyi əvvəlcədən bilən Allah təbii ki, hökmün davam gətirə bilməyəcəyini və nəticədə nəsx olunacağını da bilirdi. Belə bir halda sədəqənin vacibliyinə dair belə bir hökmün verilməsi məqsəd daşımışdır?
    Cavab: Hökmün verilməsi və sonradan nəsx olunması bir neçə faydalı nəticələr vermişdir. Verdiyi ən faydalı nəticələrdən biri də müsəlmanlara olunan xəbərdarlıq və onların oyanması olmuşdur. Belə ki, ayə nəsx olunduqdan sonra hamıya məlum oldu ki, nə səhabə nə də Peyğəmbərin (s) digər tərəfdarları pulu və var-dövləti öz peyğəmbərlərindən üstün tutmuş və Əli (ə)-dan savayı kimsə bu ayəyə əməl etməmişdir. Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan çəkinmək günah olmasa da əshabın bir çoxu pulu və var-dövləti bundan üstün tutmuşlar.
    Hökmün qüvvəyə minməsi və sonradan nəsx olunması bir çox həqiqətləri meydana çıxarır. Bunlardan ən başlıcası müsəlmanların Peyğəmbərə (s) olan diqqətsizliyini və Əli (ə)-ın iman və şəxsiyyətinin ucalığını bəyan etməsidir.
    Nəcva ayəsində sədəqə hökmünün verilməsi və sonra bu hökmün nəsx olunması həm Quranın zahiri mənasından həm də nəql olmuş bir çox hədis və rəvayətlərdən bəlli olur. Lakin əgər sədəqə İbrahim peyğəmbərin oğlu İsmaili qurban etməsi kimi, sınaq xarakterli bir hökm olsaydı, ayənin nəsxinin həqiqi və istilahi adlandıra bilməzdik. Çünki sınaq və imtahan xarakteri daşıyan bir çox hökmün nəsx olunması istilahi deyil, lüğəvi nəsxə aiddir. Fəxri Razi öz kitabında yazır: Əbu Müslüm hökmün sınaq xarakteri daşıdığına qətiyyətlə istinad edir. Onun fikrincə hökmün verilməsindən əsasən məqsəd möminlərin, münafiqlərdən fərqlənməsi olmuşdur. Bu səbəbdən də ayə həqiqi mənada nəsx olunmamışdır. Fəxri Razi, Əbu Müslümün nəzəriyyəsini qeyd etdikdən sonra deyir: Bu nəzəriyyə tamamilə düzgün və əsaslıdır.(Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.)Şeyx Şərəfüddin deyir: Məhəmməd ibni Abbas öz təfsir kitabında əhli-sünnə və şiə mənbələrindən bu məzmunda yetmiş hədis və rəvayət nəql etmişdir. Bütün bu rəvayətlər də Peyğəmbərlə (s) görüşməzdən əvvəl sədəqə verən yeganə şəxs Əli ibni Əbu Talib (ə) olduğu göstərilir. Sonra Şeyx Tusidən bu hədisi nəql edərək deyir: Termizi özünün «Sünən» adlı kitabında və Sələbi öz təfsirində Əlqəmə Ənmaridən – ravilərin bir neçəsinin adı ixtisara salınmış və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Allah-taala mənə xatir bu ümmətə güzəşt etdi. Çünki onlar Peyğəmbərlə (s) ünsiyyətdə olmaq üçün sədəqə verməklə sınağa çəkildilər. Lakin pul və var-dövlətə olan meyl və əlaqə buna imkan vermədi. Ayəyə əməl edən yegenə şəxs mən oldum. Cəmi bir dinar pulum olduğu halda mən onu on dirhəmə xırdalayıb Peyğəmbərlə (s) görüşə gəlməzdən əvvəl sədəqə verərdim. Bu səbəbdən də Allah-taala mənə xatir onları əfv edib, bağışladı. Əgər ayəyə əməl edən bir şəxs olmasaydı ilahi əmrə olmadıqları üçün bütün insanlar Allahın əzabına düçar olardı.(Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.)
    Müəllif:
    Bu rəvayət Termizinin «Sünən» adlı kitabının nə köhnə, nə də yeni çapında nəql olunmamışdır. Kitablarının bir çoxunda bu rəvayəti nəql edən Sələbi də öz təfsirində buna heç bir işarə etməmişdir.
    (Kitabı tərcümə edərkən Ayətullah üzma Nəcəfinin şəxsi kitabxasında [Qum şəhərində] 908 nömrəli Sələbinin qədim və nəfis xətlə yazılmış təfsirini tapdıq. Təfsirə müraciət etdikdən sonra bizə belə məlum oldu ki, Əlqəmə Ənmari yalnız əvvəl hissəsini Əli (ə)-dan nəql etmişdir. Hədisin digər hissələri isə Sələbinin nəql etdiyi digər rəvayətlərdən əldə olunmuşdur.
    Sələbinin nəql etdiyi bir neçə rəvayətə işarə edirik:
    1. Mücahid deyir: «Sədəqə vermədən» Peyğəmbərlə (s) görüşmək bizə qadağan olundu. Sədəqə verən yalnız Əli (ə) [Allah ondan razı olsun] oldu. O bir dinarı xırdalayıb sədəqə verdi və sonra növbəti ayə nazil olmaqla Peyğəmbərlə (s) görüşməyə bizlərə icazə verildi.
    Əli ibni Əbu Talib [Allah ondan razı olsun] deyir: Allahın kitabında [Quranda] elə bir ayə vardır ki, nə məndən əvvəl, nə də məndən sonra kimsə ona əməl etməmişdir. O — «Ey iman gətirənlər Peyğəmbərlə (s) [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin» — ayəsi idi. Belə ki, ayə əvvəl vacib sonra isə nəsx olundu.
    Abdulla ibni Hamid, Əli ibni Əlqəmə Ənmari, Əli ibni Əbu Talib (ə)-dan nəql edərək deyir: Nəcva ayəsi nazil olarkən Peyğəmbər (s) mənə dua edib sonra buyurdu:
    Əli deyir. Allah-taala ümmətə [müsəlmanlara] güzəşt etdi və nə ayə nazil olmazdan əvvəl, nə də sonra kimsə bu hökmə əməl etmədi.
    Bir sözlə hökm istər həqiqi olsun, istərsə də sınaq məqsədi ilə verildikdən çox az sonra nəsx olunaraq öz qüvvəsini itirməmişdir və Əli ibni Əbu Talibdən savayı hökm qüvvədə olduğu müddət ərzində kimsə tərəfindən əməl olunmamışdır. Bu da Əli (ə)-ın ən bariz fəzilətlərindən biri hesab olunur.
    AÇIQ-AŞKAR TƏƏSSÜB VƏ QƏRƏZLİK
    Fəxri Razi – hökmü icra etməyə fürsət olduğu bir halda – açıq-aşkar təəssüb hissi ilə səhabənin ayəyə əməl etməməkdə üzürlü hesab edərək deyir: Hökmün icrası yoxsulların qəm-qüssəsinə və varlıların kənara çəkilməsinə və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olurdu. Çünki, yoxsul təbəqə maddi çatışmamazlıqlar üzündən sədəqə verə bilmir və hökmü icra edə bilmədikləri üçün kədərlənir, varlılar da bəzilərini sədəqə verərək hökmü icra etdiklərinin və özlərinin buna əməl etmədiklərini görüb bilirdilər ki, hamının onlara olan münasibətləri soyuyacaq və onlara irad və nöqsanlar tutulacaqdır. Bu səbəbdən də onlar Peyğəmbərdən (s) uzaq düşür və aralarında olan münasibətlər soyumağa başlayırdı.
    Demək, yoxsul təbəqənin qəm-qüssəsinə və varlıların dindən uzaqlaşmasına səbəb olan hər hansı bir hökmün icra olunmamasının bir o qədər də zərəri yoxdur. Çünki, sevgi və mehribançılığa səbəb olan hər hansı bir iş müsəlmanların din və Peyğəmbərdən (s) uzaq düşmələrindən daha müsbət nəticələr verə bilər.
    Bütün bunlarla yanaşı Peyğəmbərlə (s) ünsiyyətdə olmaq nə vacib, nə də müstəhəbdir. Sadəcə olaraq şərtin qoyulmasından ən başlıca məqsəd Peyğəmbərin (s) evinə olan gediş-gəlişlərin nisbətən azalması olmuşdur və gediş-gəlişlər nə qədər az olsa, məqsədə daha tez nail olmaq olar. Sözsüz ki, bu kimi münasibətlərə son qoymaq daha məqsədə uyğun olardı və bunun üçün təqsiri münasibətləri kəsən şəxslərdə görmək lazım deyildir.
    Müəllif:
    Hörmətli oxucu! Fəxri Razinin səhabənin Quran ayələrinə əməl etməmələrinə dair gətirdiyi üzürxahlıqla tanış oldunuz. Lakin onun gətirdiyi dəlillər insanda yalnız şəkk və şübhə yaradır və bunu Quran ayələrindən azacıq məlumatı olan hər hansı bir şəxsdən eşitmək belə, insanda təəccüb doğurur.
    Çünki fərz edək ki, bu barədə heç bir rəvayət nəql olunmamış və səhabənin itaətsizliyi haqda heç bir söz açılmamışdır.
    Bəs «əəşfəqtum» yəni növbəti on üçüncü ayə necə burada pul və var-dövləti Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan və bunun nəticəsində ondan uzaqlaşanlara işarə olunaraq danlaq atəşinə tutulmayırlarmı? Lakin nə etmək olar, təəssüb hissi insanı həlak edən qorxunc bir xəstəlikdir! Daha təəccüb doğuran isə Fəxri Razinin «hökmün xeyirlərindən biri də dünyapərəst insanların, mənəvi cəhətdən pak və axirətə həqiqi mənada iman gətirmiş şəxslərdən fərqlənmələri oldu» və eyni zamanda «sədəqənin verilməsi yoxsul təbəqənin qəm-qüssəsinə, varlıların isə dindən və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olduğu üçün daha yaxşı olardı ki, hökm icra olunmasın» deməsidir.
    Əgər onun dedikləri doğru və düzgün olsaydı, bütün vacib ödənişlərə dair verilmiş hökmləri icra etməmək daha məqsədə uyğun olardı və bu kimi ilahi göstərişlər əql, adət-ənənə, varlı və yoxsul təbəqənin ümumi rifahı ilə müxalif olardı. Bütün bunları nəzərə alaraq Əli (ə)-ın fəzilətlərini inkar etmək üçün Fəxri Razinin belə bir – hətta bundan da əsassız mənaya istinad etməsi heç də təəccüb doğurmamalıdır.
    Burada Nizamuddin Nişapurinin, Fəxri Raziyə tutduğu irada işarə etmək yerinə düşərdi.
    Nişapuri deyir:
    «Quzi deyir ki, Peyğəmbərlə (s) şəxsi söhbətlərdən [görüşlərdən] əvvəl sədəqə verməyi Əli (ə)-ın fəzilətlərindən və onun digər səhabələrindən üstün olduğunu hesab etmək olmaz. Çünki ola bilsin onların hökmü icra etmələrinə fürsət olmamışdır.
    Bütün bunlarla yanaşı Fəxri Razi deyir: Hökmə icra olunmasına vaxtın olunduğunu fərz etsəkdə belə, bir hökmü icra etmək sədəqə verməyə qadir olmayan yoxsul təbəqənin kədərlənməsinə və varlıların dindən uzaqlaşmalarına səbəb olardı.
    Demək, belə bir hökmün icra olunmamasının heç bir nöqsanı yoxdur. Çünki, ümumi həmrəyliyə səbəb olan hər hansı bir iş nifaq və ayrılığa gətirib çıxaran işlərdən daha çox müsbət nəticə verə bilər. Belə ki, Peyğəmbərlə (s) şəxsi görüşlər üçün sədəqənin verilməsi nə vacib, nə də müstəhəbdir və belə bir hökmü icra etməmək, icra etməkdən daha yaxşı olardı. Çünki belə şəxsi görüşlər Peyğəmbərin (s) narahatçılığına səbəb olurdu.
    Nişapuri, Fəxri Razinin dediklərini nəql etdikdən sonra deyir: Bütün bunların nə dərəcədə təəssüb hissi ilə deyildiyi göz qabağındadır. Axı nə üçün hər zaman Əli (ə)-ın fəziləti haqda bir söz deyildiyi zaman şübhə ilə yanaşaraq hər hansı bir nöqsan axtarmalı və ya qətiyyətlə rədd etməliyik? Məgər o digər səhabələrin malik olmadıqları xüsusiyyətlərə yiyələnə bilməzdimi? Bir halda ki, Ömərin oğlundan nəql olunduğu rəvayətdə deyilir: Əgər Əlinin fəzilətlərindən biri məndə olsaydı, bu mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı.
    1. Peyğəmbərin (s) yeganə qızı Fatimə (ə) ilə evlənməsi;
    2. Xeybər döyüşündə bayraqdar olması;
    3. Nəcva ayəsinə əməl etməsi.
    Bütün bunlarla yanaşı hər bir insaflı şəxs deyə bilərmi ki, Peyğəmbərlə (s) şəxsi görüş və söhbətlərin aparılması fəzilət deyil, nöqsandır? Kamal [kamillik] yox, eyibdir. Məgər ayədə hökmün icra olunması yasaq olunurmu?! Xeyr! Əksinə, buna əməl edənlərin iki fəzilətə nail olacaqları bildirilir.
    Belə ki, həm ehtiyacı olanlara maddi yardım etmiş olur, həm də qəlbində Peyğəmbərə (s) olan məhəbbəti daha da gücləndirərək bir qədər də ona yaxınlaşır və öz çətinliklərini onun vasitəsilə aradan qaldırır və beləliklə onunla ünsiyyətdə olmağı var-dövlətdən əhəmiyyətli olduğunu sübuta yetirmiş olur.(İhticac 137-ci sәh.)
    «Allahın öz peyğəmbərinə [fəth olunmuş] məmləkətlərin əhalisindən [dinc yolla] verdiyi qənimət Allaha, Peyğəmbərə [Məhəmməd (s) yaxın olan] qohum-əqrəbaya, yetimlərə, yoxsullara və [pulu qurtarıb yolda qalan] müsafirlərə məxsusdur. Bu ona görədir ki, [həmin mal-dövlət] içərinizdəki zənginlər arasında əldən-ələ düşən bir sərvət olmasın [ondan yoxsullar da faydalansın]. Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.» (59/7).
    Qətadə ayənin nəsx olunduğunu belə izah edir. «fəy» və «qənimət» eyni məna daşıyır. Bu səbəbdən də ayədə «fəy» kəlməsindən istifadə olunaraq qənimət hökmləri bəyan olunur. İslamın zühur etdiyi ilk illərdə qənimət məhz bu ayəyə əsasən böülünür və əldə olunan qənimətlərdən yalnız ayədə işarə olunan şəxslərə verilirdi. Lakin Ənfal surəsi nazil olduqdan sonra ayə nəsx olundu və artıq qənimət əvvəlki kimi deyil, onun beşdə biri ayədə işarə olunan şəxslərə və yerdə qalan dörd hissəsi də döyüşçü, əsgər və mücahidlər arasında müəyyənləşdirildi.
    Ənfal surəsinin 41-ci ayəsində deyilir:
    «Bilin ki, ələ keçirdiyiniz hər-hansı qənimətin beşdə biri Allahındır.»
    Ayənin nəsx olunduğuna dair yalnız Qətadə fikir irəli sürmüşdür.
    Lakin alim və tədqiqatçılar onun bu fikri ilə razılaşmayaraq demişlər: Müsəlmanların döyüş zamanı ələ keçirdikləri qənimət Allahın Peyğəmbərə aid etdiyi «fəy – qənimətdən» bir qədər ayrı sözdür. Çünki «fəy» adi halda kafirlərdən ələ keçirdikləri şeylərə deyilir, «qənimət» isə yalnız döyüş zamanı əldə olunan hər-hansı bir şeydir.
    Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, ayələr arasında heç bir ziddiyyət yoxdur və belə bir halda hökmün hər ikisi qüvvədə olaraq qalacaq və biri digərini nəsx etməyəcəkdir.
    Müəllifin nəzəri:
    Tədqiqatçıların bu barədə dedikləri tamamilə doğru və düzgündür. Onların söylədiklərini dəstəkləyərək demək istəyirəm ki, ayənin nəsx olunması Peyğəmbərin (s) sünnət və adət-ənənələri ilə əsla uyğun gəlmir. Çünki, tarixi mənbələrin heç birində Peyğəmbərin (s) əldə olunan qənimətin özünə və qohum-əqrəbasına aid etdiyi və döyüş iştirakçılarına bir şey vermədiyi göstərilməyir.
    Ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyənin batil olduğuna dəlalət edəcək başqa bir dəlil bəzilərinin Ənfal surəsinin Həşr surəsindən əvvəl nazil olduğunu hesab etmələridir. Bir halda ki, bu heç də belə deyildir. Tarixə müraciət edərək deyə bilərik ki, Ənfal surəsi Həşr surəsindən sonra nazil olmuşdur.
    Demək «qənimət» ayəsi olan Ənfal surəsi Həşr surəsindəki «fəy» ayəsindən əvvəl nazil olmuşdur. Bir halda ki, nəsx edən ayə nəsx olunan ayədən əvvəl deyil, sonra nazil olmalıdır. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, «qənimət» ayəsi zaman baxımından bir qədər sonra nazil olan haqqında söhbət açdığımız ayəni nəsx etməyə əsla qadir deyildir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 669 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024