İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    ON DÖRDÜNCÜ FƏSİL
    QURANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QANUNLAR
    1. Təfsirin mənası;
    2. Quranın təfsiri üçün mötəbər olan sənədlər;
    3. Quranın vahid xəbərlə təfsiri;
    4. Quranın vahid xəbərlə müəyyən və xüsusi hal tapması;
    5. Sual və cavablar.
    TƏFSİRİN MƏNASI
    Ayələrin məna və məfhumunun və Allahın nazil etdiyi ayələrdə nəyin nəzərdə tutduğunun açıqlanmasına təfsir deyilir. Bu səbəbdən də ayələri təfsir edərkən əql və şəriət baxımından etibar kəsb edən əsaslı dəlillərə istinad etmək lazımdır. Çünki, əvvəla qeyri-mötəbər sənəd və mənbəələrə istinad etmək şəri nöqteyi-nəzərdən haram, digər tərəfdən də Allahın izni olmadan hər hansı bir mətləbi Ona aid etmək haram və bağışlanmaz bir günahdır. Qurani-kərimdə bu haqda deyilir:
    «De ki: [Bunu deməyə] Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?».
    «[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə.] (17/36).
    Quranın əsaslı dəlillərlə təfsir olunmasına dair kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Bütün bunlarla yanaşı nəql olunmuş rəvayətlərdə Quranın şəxsi rəy və nəzərlə təfsir olunmasının qətiyyətlə qadağan olunduğu da göstərilir.
    Buradan belə bir qənaətə gəlmək olur ki, Quranın təfsir olunmasında şəxsi rəy və nəzərlərə istinad etməklə yetkin nəticəyə gəlmək olmur. Belə bir təfsir üsulunda əldə olunan şey varsa həqiqət və gerçəklik deyil, zənn və gümandır.
    «Zənn isə əsla həqiqət deyildir».
    QURANIN TƏFSİRİ ÜÇÜN MÖTƏBƏR SAYILAN SƏNƏDLƏR
    Bir qədər əvvəl qeyd etdik ki, Quran zənn və gümanla deyil, əql və şəriət nöqteyi-nəzərindən etibar kəsb edən əsaslı dəlillərə istinad olunaraq təfsir olunmalıdır. Müfəssir Quranı təfsir edərkən yalnız əqli, elmi və şəri dəlillərə istinad etməli və ilk növbədə aşağıda qeyd olunanları nəzərə almalıdır.
    1. Quranda işlənilən kəlmələrin zahiri mənasını təfsir üçün mötəbər sənədlərdən biri hesab olunur;
    2. Sağlam və fitri əql şəxsi zövq və təfəkkürdən təsirlənərək ondan ayələrin təfsirində mötəbər mənbə kimi istifadə etmək olar. Çünki Peyğəmbər (s) xarici hidayətçi olduğu kimi, əql də mötəbər daxili və batini hidayətçidir.
    3. Məsum imamların buyuruqları və onlardan bu məzmunda nəql olunmuş hədis və rəvayətlər Quranın təfsirində tam mötəbər hesab olunur. Çünki onlar dini məsələlərdə ən etibarlı mənbə hesab olunurlar. Dini məsələlərdə onlara istinad etmək haqqında və bunun zərurililiyi barədə Peyğəmbərdən (s) onlarla hədis və rəvayət nəql olunmuşdur. Bu rəvayətlərin birində deyilir: «Mən sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan möhkəm yapışsanız heç vaxt haqq yoldan azmayacaqsınız.»
    4. Quran təfsirində mötəbər zənn doğuran rəvayətlər də etibarlı hesab olunur.
    İzah:
    Məsum imamlardan nəql olunmuş mötəbər rəvayətlər şübhəsiz ki, Quranın təfsirində etibarlı hesab olunur və əsaslı olaraq onlara istinad edilir. O ki, qaldı zəif rəvayətlərə, təbii ki, onlara istinad olunmur. Görəsən Quranın təfsirində qəti olmayan, lakin mötəbər hesab olunan rəvayətlərə, yəni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etmək olarmı? Təfsir və hədis alimləri arasında bu barədə fikir ayrılığı vardır. Lakin biz belə bir fikirdəyik ki, bu kimi rəvayətlər etibar kəsb etdikləri üçün təfsir alimləri Quran ayələrini təfsir edərkən onlara istinad edə bilər.
    QURANIN VAHİD XƏBƏRLƏ TƏFSİRİ
    Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş rəvayətlərə – mötəbər olduğu üçün – Quran ayələrinin təfsirində istinad etmək olar. Lakin alimlərin bəziləri bu məsələyə irad tutaraq deyirlər: Vahid xəbər halında nəql olunmuş rəvayətlər və zənn doğuran dəlillərin mötəbər hesab olunması bundan irəli gəlir ki, insan həqiqətdən agah olmadığı təqdirdə həqiqəti qəbul etdiyi kimi, vahid xəbər halında nəql olunmuş rəvayətlərə və ya zənn doğuran dəlillərə istinad etməlidir. Zənn doğuran rəvayətləri yalnız o zaman etibarlı hesab etmək olar ki, onun məna və məfhumu hər hansı bir şəriət hökmünə dəlalət etmiş olsun. Çünki, insan şəriət hökmlərini bilmədikdə bir təqlidçi kimi üzərinə şəri vəzifə düşür və yəqinlik gətirən dəlil tapa bilmədiyi təqdirdə zənn doğuran dəlillərə istinad etməlidir!
    Rəvayətin məna və məfhumunun etibar qazanmağının əsas şərt və mənası bundan ibarətdir. Lakin bu kimi şərtlər məsum imamlardan ayənin təfsiri haqda nəql olunmuş rəvayətlərdə mövcud olmur. Çünki təfsir xarakterli rəvayətlər adətən şəri hökmlərə aid olmur (yəni bu rəvayətlərdə şəriət hökmləri açıqlanmır). Qisas və keçmiş ümmətlər haqda nazil olmuş ayələri buna misal çəkmək olar. Demək, vahid xəbər halında nəql olunmuş rəvayətləri təfsir xarakteri daşıyan bütün hədis və rəvayətlərə şamil etmək olmaz və eyni zamanda onların hamısının mötəbər olduğunu sübut etməyə də qadir olmayacaqdır.
    Lakin bu kimi iradlar tamamilə zəif və əsassızdır. Çünki üsul elmində sübuta yetirilib ki, gerçəkliyi zənni və ehtimali olaraq bizə mötəbər göstərən dəlillər şəri nöqteyi-nəzərdən və şəriət sahibinin nəzərinə uyğun olaraq elmi və qəti dəlillərin yerində işlədilir.
    Demək, elmi dəlillərdən istifadə olunan bütün hallarda şəri nöqteyi-nəzərdən mötəbər hesab olunan bu kimi zənni dəlil və əlamətlərə istinad etmək olar. Mötəbər hesab olunan vahid xəbər halında nəql olunmuş rəvayətlər də mötəbər zənni dəlillərdən biridir. Və bütün hallarda yalnız bir elmi dəlilin yerinə ondan istifadə etmək olar. Alimlərin hal-hazırki və daimi istifadə etdikləri üsul, dediklərimizə əsaslı dəlil ola bilər. Çünki alimlər mötəbər elmi dəlillərdən istifadə edib onlara tabe olduqları kimi, «əmarat» adlanan mötəbər zənni əlamətlərdən də istifadə edib onlara tabe olurlar. Müqayisə etdikdə də elmi və zənni dəlillər arasında elə bir böyük fərqin olmadığına əsaslanırlar.
    Məsələn, bir şəxsin nəyəsə malik olmasına dini terminalogiyada «yəd» deyilir. Bu da şəxsin malikiyyət əlamətlərindən biri hesab olunur. Və camaat həmən əlamətlər əsasında hər hansı bir şəxsi malik olduğu şeyin həqiqi sahibi hesab edir. O ki, qaldı şəriət sahibinə, adət halını almış belə bir qayda-qanunu onlara yasaq edərək mənfi xüsusiyyət kimi qələmə verməmişdir.
    Bəli, vahid xəbər və digər zənni yollarla nəql olunmuş rəvayətlər barədə başlıca şərt bundan ibarətdir ki, tək bu rəvayətlərə istinad olunmamalı və əldə olan sənədin mötəbərliyinə dəlalət edəcək bütün xüsusiyyətlərə malik olmalıdır. Və bu xüsusiyyətlərdən biri də sənəddə (rəvayətdə) yalana yol verilməməsidir. Yalan verilən rəvayəti isə vahid xəbər kimi qəbul edə bilmərik.
    Bu səbəbdən də icma, sünnə, Peyğəmbərdən (s) nəql olmuş mötəbər hədis, Quran və ya mötəbər əqli hökmlə müxalif olan hər hansı bir hədis və rəvayət etibarlılığına dəlalət edəcək digər xüsusiyyətlərə malik olsa da, heç bir etibar kəsb etməyəcəkdir. Və belə olduqda həmən zənni dəlilin istər şəriət hökmlərinə, istərsə də digər məsələlərə aid olması arasında heç bir fərq olmur.
    Vahid xəbər halında nəql olunmuş rəvayətlərin bu xüsusiyyətlərə malik olmasının zəruriliyinin əsas səbəbi bunun üçündür ki, rəvayəti nəql edən şəxs hər-hansı bir baxımdan etibara malik olsa da, nəql etdiyi rəvayətdə ziddiyyətliyə ehtimal verilmiş olsun. Çünki heç olmasa hədisin səhv olmasına ehtimal belə vermək olar. Belə bir ehtimalın verildiyi bir halda mötəbərliyini sübuta yetirəcək dəlillər əldə etməyənədək vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etməməliyik. Belə bir dəlillərə [etibarlılığına dəlalət edəcək xüsusiyyətlərə] malik olmaqla vahid xəbər halında nəql olunmuş rəvayətlərdə ehtimal verilən səhvlərə bir o qədər də ciddi yanaşmaya bilərik. Bu isə yalnız o zaman ola bilər ki, vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərdə yalana yol verilməmiş olsun. Yox əgər nəql olunmuş rəvayətin mətnində yalana yol verildiyini müşahidə edəriksə, əsaslı dəlilləri kənara qoyaraq vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edə bilmərik.
    Vahid xəbər halında nəql olunmuş rəvayətlərin yalan və əsassız olduğu sübuta yetirilikdə də zənni dəlillər heç bir müsbət nəticə vermir. Ümumiyyətlə bu kimi dəlillər yalnız elə bir hallarda etibar kəsb edir ki, rəvayətin nəql olunmasında əsla yalana yol verilməmiş olsun.
    Bununla bir çox həqiqətləri sübuta yetirmək və bir çox suallara cavab tapmaq olar. Bunun üçün də oxucu bütün deyilənləri heç vaxt nəzərdən qaçırmamalıdır.
    QURAN AYƏLƏRİNİN VAHİD XƏBƏRLƏ MÜƏYYƏN VƏ XÜSUSİ HAL TAPMASI
    Quranın verdiyi ümumi hökmlər vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapa bilərmi? Yəni Quranın hər-hansı ayəsində ümumi hökm verildikdən sonra həmən hökm vahid xəbər halında nəql olunmuş rəvayətlə müəyyənləşə bilərmi? Məsələn, həcc mərasiminin vacibliyi haqda ümumi hökm verilir, lakin növbəti ayədə həccin imkan daxilində yerinə yetirilməsi qeyd olunur. Daha dəqiq desək, bəzi istisnalar edilməklə hökm ümumi haldan xaric olub, müəyyən hal daşımağa başlayır.
    Alimlərin bir çoxu bu suala müsbət cavab vermişlər. Onların fikrincə Quran ayələrinin (hökmlərinin) vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapması tamamilə düzgün və adi bir haldır. Lakin əhli-sünnə alimlərinin bəziləri bu barədə müxalif mövqe tutmuşlar. Onlardan bəziləri vahid xəbər halında nəql olunmuş rəvayətlərlə Quranın müəyyən və xüsusi hal tapmasını qətiyyətlə rədd edirlər. İsa ibni Əbban isə bu barədə deyir: Əgər ümumi hal daşıyan hər hansı bir ayə əvvəllər başqa bir qəti dəlil ilə müəyyənləşərsə, onu vahid xəbər halında nəql olunmuş rəvayətlərdə müəyyənləşdirərək ayrıca xüsusi bir hökm kim bəyan etmək olar. Əks təqdirdə, ayənin müəyyən hal tapması heç bir etibar kəsb etməyəcəkdir. Mərhum Kərəki deyir: Əgər Quranın ümumi xarakter daşıyan hər hansı bir hökmü əvvəllər ayrı bir qeyri-Qurani hökmlə müəyyən və xüsusi hal taparsa, vahid xəbər halında nəql olunmuş rəvayətlərdə onu müəyyən və xüsusi hökm olaraq qəbul etmək olar. Qazi Əbu Bəkr isə bu barədə heç bir fikir irəli sürməmişdir.
    MÜƏLLİFİN NƏZƏRİ
    Vahid xəbər halında nəql olunmuş rəvayətlər öz etibarını sübuta yetirəcək dəlillərə malik olduğu üçün Quranın verdiyi ümumi hökmləri də müəyyənləşdirə bilər. (Yəni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edərək deyə bilərik ki, ümumi hökm verildikdən sonra həmən hökmün xırdalıqları bəyan olunmuş və ya müəyyən istisnalar edilmişdir.)
    Çünki hər hansı bir mətləb (dəlil) kifayət qədər mötəbər və əsaslı olarsa, maneə olmadığı təqdirdə istinad olunmalı və əməli olaraq həyata keçirilməlidir.
    SUAL VƏ CAVABLAR
    Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş mötəbər rəvayətlərlə Quranın ümumi xarakter daşıyan ayələrinə əlavə olaraq müəyyən izahlar verilmişdir. Lakin alimlərin bəziləri bu nəzəriyyə ilə müxalif olaraq bunun mümkün olmadığına dair bir neçə dəlilə istinad etmişlər. Lakin bu dəlillər olduqca zəif və əsassızdır.
    1. Deyirlər: Bu bir həqiqətdir ki, Quran Allah kəlamıdır və onun ayələri bütünlüklə Allah tərəfindən nazil olmuşdur. Lakin vahid xəbər halında nəql olunmuş rəvayətlərin qəti olaraq nə məzmunun həqiqətlə uyğun olması və nə də onun məsum imamlar tərəfindən nəql olunduğu bəllidir. Çünki həm rəvayəti nəql edən şəxsin səhvə yol verdiyinə ehtimal vermək olar, həm də bir qədər dərindən düşündükdə belə bir qənaətə gəlmək olur ki, səhvə yol verilməsinə ehtimal verilən və ya hər hansı bir zənn doğuran dəlilə istinad edərək əsaslı və daha yaxın olan sənədi kənara qoymamalıyıq.
    Cavab:
    Quranın Allah tərəfindən nazil olması kimsədə şəkk-şübhə doğurmayır. Lakin Quranın ümumi xarakter daşıyan bəzi ayələrinin ümumi məfhumu bir o qədər də bəlli olmur. Quranın ümumi hökmlərinə əməl etmək isə vacib və zəruridir. Bunun üçün də ümumi xarakter daşıyan bəzi ayələrin zahiri mənasından istifadə olunur. Ayələrin zahiri mənaları etibar kəsb etdiyi üçün də bu, alimlərin və ümumi kütlənin istifadə etdiyi üsullardan biri olmuşdur. O ki, qaldı Peyğəmbər (s) və ondan sonrakı məsum imamlara, bunu onlara qadağan etməmişdir. Başqa sözlə desək, Quranın Allah tərəfindən nazil olduğu qəti olsa da, onun bəzi mətləblərə dəlalət etməsi zənnidir. Bunun da əqli baxımdan mötəbərliyi sabit olan zənn doğuran başqa bir əsaslı dəlil və məfhuma görə hər hansı bir zənn doğuran dəlil və məfhumdan əl çəkməyə heç bir maneçiliyi yoxdur.
    2. Deyirlər: Məsum imamlardan nəql olunmuş mötəbər rəvayətlərə əsasən nəql olunmuş bütün rəvayətlər Quranla müqayisə olunmalı və onların doğru olub-olmadıqları aşkara çıxarılmalıdır. Quranla müxalif olan rəvayətlər kənara qoyularaq onlara istinad olunmamalıdır. Çünki, məsum imamlardan Quran ayələri ilə ziddiyyət təşkil edən və müxalif olan bir hədis və rəvayət də olsun nəql olunmamışdır.
    Cavab:
    Düzdür, Quranla müxalif olan bütün hədis və rəvayətlər kənara qoyulmalıdır. Lakin hər şeydən əvvəl müxalif deyildikdə nəyin nəzərdə tutulduğu və müxalifətin məna və məfhumunun nədən ibarət olduğunu dərk etmək lazımdır. Əgər hər hansı bir məsələdə ürfi (adət-ənənə) əlamətlər Quranın bəzi ayələrinin zahiri mənası ilə müxalif olarsa, mətləbin bu yolla bəyan olunması ürfi və əqli nöqteyi-nəzərdən müxalifət və ziddiyyət kimi qəbul olunmur. Bu səbəbdən də əgər vahid xəbər halında nəql olunmuş hər hansı bir mötəbər rəvayət Quranın ümumi zahiri mənası ilə müxalif olarsa, bu kimi rəvayətlər əksinə olaraq ayələrin təfsir və anlamını verməklə yanaşı, zahiri mənanın nəzərdə tutulmadığını da bildirir.
    Demək, rəvayət və ayələrin zahiri mənası arasında mövcud olan belə bir fərqi ziddiyyət adlandırmamalıyıq. Ziddiyyət yalnız o zaman ola bilər ki, onların hər ikisi, yəni həm nəql olunmuş ayələr eyni şəxs tərəfindən sadir olunsun və həm də xitab olunan şəxslər çətinlik çəkmiş olsunlar. Lakin vahid xəbər halında nəql olmuş rəvayətin «xüsusi» və ayənin «ümumi» məfhumu arasında ziddiyyət deyil, birinin digərinəi açıqlaması müşahidə olunur.
    Digər tərəfdən də məsum imamlardan Quranın ümumi ayələrini xüsusiləşdirəcək bir çox hədis və rəvayət nəql olunmuşdur.
    Demək, əgər Quran vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal taparsa, imamlardan nəql olunmuş «Deyilən hər bir söz Quranla müxalif olarsa bilin ki, bizim tərəfimizdən deyilməmişdir» rəvayəti ilə ziddiyyət təşkil edəcəkdir. Bir halda ki, Əhli-beytdən (ə) bu məzmunda bir çox rəvayətlər nəql olunmuşdur və bu rəvayətlərin Quranla heç bir ziddiyyət yoxdur.
    İstinad edəcəyimiz başqa bir dəlil bundan ibarətdir ki, İmamlar, bir-biri ilə ziddiyyət təşkil edən iki rəvayətdən birinin Quranla müvafiq olduğunu və bu rəvayətlərdən üstün tutulmasına dair öz müsbət rəylərini bildirmişlər. Bu da bir daha bunu sübuta yetirir ki, ayənin ümumi zahiri mənası ilə ziddiyyət təşkil edən rəvayət özü-özlüyündə mötəbər və əsaslı olmuşdur. Lakin Quranla müvafiq olan başqa bir daha əsaslı və ziddiyyətli rəvayət olduğu üçün zahirdə müxalif olan rəvayət kənara qoyulmuşdur. Və əgər heç bir etibara malik olmasaydı, artıq burada ziddiyyət və birinin digərinə üstün tutulmasına fürsət olmazdı.
    3 Sonuncu dəlil:
    Quranın vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyənləşməsi və xüsusi hal tapmasını təkzib edən şəxslər gətirdikləri sonuncu dəlildə bu nöqtəyə işarə edirlər. «Əgər Quranın vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması doğru olarsa, ayələrin vahid xəbərlə nəsx olunmasını doğru və əsaslı hesab etməliyik. Bir halda ki, Quranın vahid xəbərlə nəsx olunması heç bir etibar kəsb etmir. Demək, ayələrin vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması da heç bir etibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl qeyd etdik ki, nəsx deyildikdə yenə də ayələrin müəyyənləşib xüsusi hal tapması nəzərdə tutulur. Belə ki, nəsx hər hansı bir hökmün müəyyən dövrdə qüvvədə olmasına və qüvvədə olacağı müddət başa çatdıqdan sonra yeni [daha mükəmməl] hökm verilməklə birinci hökm nəsx olunaraq öz qüvvəsini itirməsinə deyilir. Başqa sözlə desək, hökmün qüvvədə olacağı vaxtın başa çatması, daha dəqiq desək hökmə zaman baxımından müəyyən əlavələrin olunması deməkdir. Demək nəsx, qüvvədə olan hökmə, zaman baxımından əlavə olduğu kimi, ayənin müəyyən və xüsusi hal tapması da hökmən cəmiyyət baxımından olunan əlavə rolunu ifadə edir. Bir sözlə həm ayənin nəsx, həm də müəyyən və xüsusi hal tapması istisna halı daşıyır. Belə bir halda vahid xəbərlə nəsx etibar kəsb etdiyi kimi, ayənin müəyyən və xüsusi hal tapması da əsaslı və mötəbər hesab olunacaq.
    Lakin kimsə bunun əsaslı hesab etmir.
    Cavab:
    Bunların hər ikisi eyni xüsusiyyətə malik olsa da, zaman və misdaq baxımından aralarında olan fərq onları bir-birindən ayırmağa kömək edir. İcma Quranın, vahid xəbərlə nəsx olunmasını rədd edir. Lakin ayələrin vahid xəbərlə müəyyən və xüsusi hal tapmasına gəldikdə, icma tərəfindən heç bir qəti hökm verilməmişdir və əgər ayələrin vahid xəbərlə nəsx olunmasına dair icma öz rəyini bildirməsəydi, bu da ayələrin müəyyən və xüsusi hal tapması kimi tamamilə əsaslı və məntiqi olardı. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Quran sənəd baxımından olsa da, məfhum və dəlalət baxımından qəti deyildir (yəni Quranın Allah tərəfindən nazil olduğu heç bir şəkk və şübhə doğurmayır, lakin bəzi ayələrin məna və məfhumu açıqlanmadan oxucuyua nəyin nəzərdə tutulduğu bir qədər bəlli olmayır. Bu səbəbdən də mötəbərliyi əsaslı dəlillərlə sübuta yetirilən vahid xəbər halında nəql olmuş rəvayətlərlə, zənn doğuran məna və məfhumun kənara qoyulmasının heç bir nöqsanı yoxdur. Demək, istər nəsx, istərsə də ayənin xüsusi hal tapması ilə cümlənin zahiri mənasının kənara qoyulmasında elə bir əsaslı fərq yoxdur.
    Nəzərə çarpan yeganə fərq bundan ibarətdir ki, Quranın vahid xəbərlə nəsx olunmasına icazə verilmədikdə, icma öz qüvvəsində qalır və bu kimi hallarda etibarı sübuta yetirilməyinə baxmayaraq, ayənin vahid xəbər halında nəql olunmuş rəvayətlərlə nəsx olunmasının qarşısını alır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, icmanın əsasını əqli dəlillər təşkil edir. Çünki, bəzi məsələlər elə bir şəraitdə və həyata keçir ki, xaricdə baş vermiş olarsa, mütəvatir olaraq və bir çoxlarının nəql etməsi ilə camaat arasında yayılıb hamının bundan agah olmasına səbəb olur. Yox əgər belə bir əhəmiyyət kəsb edən məsələni müəyyən şəxslər nəql edərsə, yalan və səhv olduğuna dəlalət edəcəkdir. Vahid xəbər halında nəql olunmuş rəvayətlər isə nəql olunan bu kimi xəbər və rəvayətlərə şamil olub, onların mötəbərliyini sübuta yetirmir (yəni az saylı müəyyən şəxslər tərəfindən nəql olunmuş rəvayətlər – vahid xəbər halında nəql olunmuş rəvayətlər kimi bir o qədər də mötəbər hesab olunmayır və vahid xəbər deyildikdə biz bu rəvayətləri nəzərdə tutu bilmərik). Bütün bunları nəzər alaraq əvvəllər dəfələrlə bu mətələb işarə etdik ki, Quran və onun nəsx olunması vahid xəbər halında nəql olmuş rəvayətlərlə deyil, mütəvatir olaraq sübuta yetirilmişdir. Çünki, əgər Quranın hər hansı bir ayəsi həqiqətən nəsx olunmuş olsaydı, müəyyən şəxslər tərəfindən vahid xəbər halında deyil, müsəlmanların bir çoxu nəql edərək bizlərə mütəvatir olaraq gəlib çatar və beləliklə şübhə birdəfəlik aradan qaldırılmış olardı.
    Beləliklə «nəsx» və «ayələrin müəyyən və xüsusi hal tapması» arasında mövcud olan fərq bəlli olur. Quran ayələrinin vahid xəbərlə müəyyən və xüsusi hal tapması bir daha sübuta yetirilir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 575 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024