İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    ƏDƏBİ İZAH
    Təfsir alimlərindən bəzilərinin fikrincə, «Bismillah» kəlməsinin «car və məcrur», yəni yiyəlik halında olması «əqulu» ya «qul» ya «əqrəu» və ya «iqra» əmr felinə aiddir. Bəzilərinin fikrincə isə, «Bismillah» kəlməsinin «car və məcrur» olması «əstinu» və ya «istəin» əmr felinə aid olub onunla əlaqəlidir. Bu barədə başqa fikir irəli sürən digər təfsir alimləri isə «Bismillah» kəlməsinin «ibtədi» əmr felindən asılı olduğunu qeyd etmişlər. Lakin bizim fikrimizcə ilk iki nəzəriyyəni bu səbəbdən əsassız hesab etmək olar ki, «qiraət» və «qovl» fellərinə aid olan tamamlıq məna daşıyan bir cümlə olmalıdır. Belə bir halda bu kəlmələrin özləri ilə yanaşı «qiraət» və «qovul» fellərinin tamamlığı olacaq başqa bir cümlə də nəzərdə tutmalıyıq. Burada da «Rəhman» və «Rəhim» kəlmələri özünün ümumi mənasında işlənmişdir. Demək, məna baxımından onların arasında heç bir fərq yoxdur.
    Bəlkə də «Rəhim» kəlməsinin xüsusi məna daşıdığına işarə edən rəvayətlərdən məqsəd, onun yalnız axirət dünyasına aid olmasıdır. Belə bir halda əgər ilahi rəhmət bu dünyada sona çataraq axirətədək davam etməzsə, onun olub-olmaması arasında heç bir fərq qoymaq olmaz. Çünki, belə bir rəhmətdən sonra əzab və bədbəxtçiliyin insana nə bir xeyiri ola bilər, nə də bəhrəsi. Belə bir qənaətə gəlmək olar ki, rəhmət (bağışlanma) deyildikdə, onun həqiqi mənada yalnız və yalnız möminlərə şamil olunduğunu nəzərdə tutmalıyıq, lakin bu heç də o demək deyildir ki, başqaları Allahın rəhmət və mərhəmətindən məhrum olacaqlar.
    İkinci nəzəriyyənin əsassız olduğuna gəldikdə isə, bunu deyə bilərik ki, Allahın özünün kömək və yardım istəməsi mahal və qeyri-mümkün bir işdir. Çünki, O hətta özünün uca adlarından kömək istəməkdə belə ehtiyacsızdır. İnsanlara gəldikdə isə, onlar da Allahın adlarından deyil, Onun özündən kömək diləməlidirlər.
    «İyyakə nəbudu və iyyakə nəstəin» ayəsi dediklərimizi bir daha sübuta yetirə bilər.
    Demək, bu barədə irəli sürülmüş düzgün nəzəriyyə «Bismillah» kəlməsinin «ibtədi» əmr felinin nəzərdə tutulması ilə mümkündür. Bunu da qeyd etmək lazımdır ki, «ism» kəlməsinin «Allah» kəlməsinə birləşməsi «Allah» və «Ərrəhmanir-rəhim» kəlmələrinin məfhumunu ayrı-ayrılıqda bəyan etmək deyildir. Çünki, əvvəla belə bir ehtimalın verilməsi olduqca zəifdir, digər tərəfdən isə əgər «ism» deyildikdə bu üç kəlmə (Allah, Rəhman və Rəhim) nəzərdə tutulsaydı – birlikdə Allahın adını təşkil etməz – və əgər onlardan biri nəzərdə tutulsaydı, onların arasında «və» bağlayıcısı qoyulardı. Belə olduqda ayəni «Bismillahi vərrəhmani vərrəhim» oxumalıyıq. Demək, «ism»in «Allah» kəlməsinə birləşməsi məna xarakteri daşıyır və «Allah» burada ayrıca kəlmə kimi deyil, eyni məfhum daşıdığına dəlalət edir.
    SURƏLƏRİN BİSMİLLAH AYƏSİ İLƏ BAŞLANMASI
    Quran, insanları cahiliyyətin zülmət və qaranlıqlarından çıxararaq onları xoşbəxt həyata və səadətə qovuşduracaq bir kitab olduğu üçün onun Allahın adı ilə başlanması daha məqsədə uyğun olardı. Çünki, Onun adı müqəddəs zatından xəbər verir və bəşəriyyətin kamala çatması üçün Allahın müqəddəs zatını onlara tanıtdırmaq Quranın nazil olmasına səbəb olan başqa dəlil olmuşdur. «Tövbə» surəsi istisna olmaqla Quranın bütün surələri «Bismillah» ayəsi ilə başlanır və həmin surənin Bismillah ayəsi ilə başlanmamasına səbəb bu surənin müşriklərin bəraət olunmaması və Allahın onlara qəzəb etməsi ilə başlanmasıdır.
    Xülasə:
    Allah-taala məxluqatın mənəvi yaradılışını [özünün ən kamil adlarından biri olan] Peyğəmbərin (s) nuru ilə başladığı kimi, nazil etdiyi sonuncu səmavi kitabı da öz müqəddəs adı ilə başlamışdır.
    Ad deyildikdə bir şeyin həqiqi mahiyyəti və onun zatı nəzərdə tutulur.
    Belə bir mənanı əsas tutaraq deyə bilərik ki, Allahın adları ya Onun müqəddəs zatına və kamal sifətlərinə dəlalət edəcək sözlərdən, yaxud da xaricdə mövcud olan yaratdığı varlıqlardan ibarətdir. Belə ki, bu varlıqlar Allahın əzəmət və birliyinə şəhadət verir və Onun şəninə şükr və səna edirlər. Qurani-kərimdə bu haqda deyilir:
    «Yoxsa onlar heç bir şeydən [xaliqsiz] yarandılar? Yaxud onlar öz-özlərini yaradanlardır?!». (52/35).
    «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi onların ikisi də [müvazinətdən çıxıb] pozulardı».(21/22).
    Yuxarıda qeyd olunan ayələrdən belə qənaətə gəlmək olur ki, mövcud varlıqlar sözün həqiqi mənasında Allahın xaliqiyyət adlarının xaricdəki təcəllisidir. Lakin diqqət yetirmək lazımdır ki, Allahın bəzi adları Onun zatına, bəziləri isə Onun müəyyən kamal sifətlərinə dəlalət edir. Və hər bir ad özünün məfhum əhatəsi ilə Allahın kamal və əzəmətini çatdırır. Allahın xaliqiyyət adları da Onun birliyi, elm və qüdrəti və s. kamal sifətləri ilə müştərək olsa da, Allahın kamal və əzəmətinə fərqli olaraq dəlalət edir. Belə ki, onların ən kamili Peyğəmbərin (s) və İmamların vücudunda təcəlli etmişdir və məxluqat onların nurunun yaradılması ilə yaranmağa başlamışdır.
    Yaradılmış varlıq nə qədər kamil və yüksək xüsusiyyətlərə malik olarsa, Allahın vücud və əzəmətinə bir o qədər çox dəlalət etmiş olar. Bu səbəbdən də İmamlara «Əsma hüsna» – ən gözəl adlar ləqəbi verilmişdir.
    Demək, Allah nazil etdiyi sonuncu və ən kamil kitabı [Quranı] ən gözəl və Ona ən yaxın olan adlarla başlamışdır.
    Allah, Quranı yaradılmışın təməlini təşkil edən belə bir gözəl ifadələrlə başlamaqla, insanlara bir daha xatırlatmaq istəmişdir ki, özü hikmətlə dolu olan Quranı ən gözəl adlarla başladığı kimi, onlar görmək istədikləri bütün işlərini Onun adı ilə başlasınlar.
    Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
    «Əhəmiyyət kəsb edən hər bir iş Allahın adı ilə başlanmazsa, sonsuz və nəticəsiz qalacaqdır.» (Üsuli-kafi 3-cü cild 312-ci sәh.)
    Əli (ə) Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə buyurur: «Əhəmiyyət kəsb edən hər bir iş Allahın adı ilə başlanmasa, sonsuz və nəticəsiz qalacaqdır.» (Mustәdrak 1-ci cild 551-ci sәh.)
    «Bəsmələ» ayəsinin müxtəsər təfsiri ilə tanış oldunuz. Bu haqda gələcək fəsillərdə ətraflı məlumat verəcəyik.
    BƏSMƏLƏ AYƏSİ HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR
    QURAN, RƏHMƏT VƏ BAĞIŞLANMA KİTABIDIR
    Hər şeydən uca və hər şeyə qadir olan Allah «Rəhman» və «Rəhim» [bağışlayan və mərhəmətli] sifətlərini seçərək nazil etdiyi hikmət, öyüd-nəsihətlə dolu olan sonuncu səmavi kitabı məhz onlarla başlayır.
    Məhz bunu nəticəsində Allah [bəşəriyyətin haqqa hidayət olması üçün] yüzlərlə peyğəmbər göndərmiş və onlara səmavi kitablar nazil etmişdir.
    Bəli, Quran rəhmət kitabı və Onu gətirən də [Həzrət Məhəmməd (s)] rəhmət peyğəmbəri olmuşdur. Qurani-kərimdə bu mətləbə işarə olunan bir çox ayələrə rast gəlmək olur.
    «Bu [Quran] Rəbbiniz tərəfindən [göndərilmiş] aşkar dəlillərdir, həm də iman gətirən tayfa üçün hidayət və mərhəmətdir». (7/203).
    «[Ey insanlar!] Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana [cəhalətə, şəkk-şübhəyə, nifaqa] bir şəfa, möminlərə hidayət və mərhəmət [Quran] gəlmişdir». (10/57).
    «Biz Quranı sənə hər şeyi izah etmək üçün müsəlmanlara [və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara] da bir hidayət, mərhəmət və müжdə olaraq nazil etdik». (16/89).
    «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik». (17/82).
    «Səni də [Ya Məhəmməd!] aləmlərə [bütün insanlara və cinlərə] ancaq bir rəhmət olaraq göndərdik». (21/107).
    «Və, şübhəsiz ki, o, möminlərə bir hidayət [doğru yolu göstərən rəhbər] və mərhəmətdir». (27/77).
    RƏHİM KƏLMƏSİNİN RƏHMANDAN SONRA GƏLMƏSİNİN SƏBƏBİ
    Bir qədər əvvəl qeyd etdik ki,«fəil» vəznində işlənilən hər bir kəlmə hər hansı bir sifətin kimə [və ya nəyəsə] daimi olaraq aid olduğuna dəlalət edir. Belə bir izahla «fəil» vəznində işlənilən «Rəhim» kəlməsinin «Rəhman» kəlməsindən sonra gəlməsi bəlli olur. Çünki, «Rəhman» sifəti ümumi xarakter daşısa da, bu sifətin zati olmasına dəlalət etmir. Belə ki, bir çox kəlmələr qısa olmaqla yanaşı, böyük məna və məfhum daşıyır və ya əksinə, həcmi böyük olan bir çox kəlmələr qısa və məhdud mənalar daşıyır.
    Məsələn «fəil» vəznində olan «həzir» kəlməsi mübaliğə halında işlənərək çox qorxaq şəxsə deyilir. Lakin [bir hərf çox olan] həmən bu kəlmə «fail» vəznində «hazir» mənasını daşıyır.
    Ziyan etmək mənasını daşıyan «zərrə və əzərrə» kəlməsini də dediklərimizə misal çəkmək olar.
    «Rəhim» kəlməsinin «Rəhman»dan sonra gəlməsi haqda dediklərimiz yalnız o zaman ola bilər ki, «Rəhman» sözü öz lüğəvi mənasında işlənmiş olsun. Lakin Allaha xas olan müqəddəs ləqəb mənasında işlənilərsə, dediklərimizi bir qədər əvəz etməli olacağıq. «Rəhim» kəlməsinin «Rəhman»dan sonra gəlməsinin əsas səbəbi bundan ibarətdir ki, «Rəhman» deyildikdə Allaha xas olan müqəddəs ləqəb özünün lüğəvi mənasında bəlli olmalıdır. Və bu da hamıya şamil olan sonsuz rəhmət və mərhəmət [bağışlanmaq] mənasını daşıyır.
    BİSMİLLAH AYƏSİ QURANIN BİR HİSSƏSİNİ TƏŞKİL EDİRMİ?
    Şiələr belə bir əqidədədirlər ki, «Bismillah» ayəsi hər bir surənin [Tövbə surəsi istisna olmaqla] bir hissəsini təşkil edir və bu surələr nazil olarkən onlarla birlikdə nazil olmuşdur.
    İbni Abbas və İbni Mübarək, Məkkədən İbni Kəsir, Kufədən [Həmzə istisna olmaqla] Asim, Kəsai və başqaları bu fikirdə olmuşlar.
    Şafei məzhəbinin bir çox tərəfdarları da məhz bu əqidə də olmuşlar.(İtqan 1-ci cild 136-cı sәh.)
    Məkkə və Kufə qariləri də «Bismillah» ayəsini hər bir surənin ayrılmaz hissəsi hesab etmişlər.(Mustәdrak Hakim 1-ci cild Quranın fәzilәtlәr fәsli 550-ci sәh.)
    Bu nəzəriyyə Abdullah ibni Əmr ibni Zubeyr, Əbu Hüreyrə, Əta, Tavus, Səid ibni Cubur, Məhkul, Zəhra, Əhməd ibni Hənbəl – İshaq ibni Rahəviyyə və Əbu Ubəyd Qasim ibni Səlama istinad edərək nəql etmişlər.(Sәhihi Müslüm 2-ci cild 6-cı sәh.)
    Biyhəqi isə bu nəzəriyyəni, Suri və Məhəmməd ibni Kəbdən nəql etmişdir.(Müәllif: Mәn hәdis kitablarında bеlә bir hәdislә qarşılaşmamışam.)
    Bu nəzəriyyəni Fəxri Razi də öz təfsir kitabında qeyd etmişdir və o, bu nəzəriyyəni Kufə və Məkkə qarilərinə və Mübarək Səuri kimi Hicaz alimlərinə aid etmişdir. Cəlaləddin Süyuti də bu nəzəriyyəyə işarə etmiş və bu məzmunda nəql olunmuş rəvayətlərin mütəvatir olduğunu əlavə etmişdir.(Vәsail 3-cü cild 448-ci sәh.)
    Lakin Həmzə və Şafei məzhəbinin bəzi alimləri «Bismillah» ayəsini yalnız «Həmd» surəsinin bir hissəsi olduğunu hesab etmişlər.
    Bu nəzəriyyə Əhməd ibni Hənbəl tərəfindən də irəli sürüldüyünə işarə olunmuşdur.
    Bu barədə üçüncü başqa bir nəzəriyyə də irəli sürülmüşdür. Məsələn, Malik, Əbu Əmr və Yəqub belə bir fikirdə olmuşlar ki, «Bismillah» ayəsi, müstəqil bir ayə kimi Quran surələrinin, hətta «Həmd» surəsinin bir hissəsini təşkil etmir.
    Bu ayə hər bir surənin əvvəlinə qoyulmaqla həm onu zinətləndirir, həm də surələr arasında fasilə yaradır. Və bu ayə hər hansı bir surəyə aid olmadan ayrıca nazil olmuşdur.
    Bu nəzəriyyə Hənəfi məzhəbinin tərəfdarları arasında rəğbətlə qarşılanmışdır. Lakin onların bir çoxu namaz qılarkən «Həmd» surəsini «Bismillah» ayəsi ilə başlamağı vacib hesab edirlər. Belə ki, Zahidi Muqtəbadan nəql edərək deyir: «Nəql olunmuş mötəbər rəvayətə əsasən, Əbu Hənifə «Bismillah» ayəsinin namazın bütün rəkətlərində oxumağı vacib hesab etmişdir.
    Malikin fikrincə «Bismillah» ayəsinin namazda oxunması özü-özlüyündə bəyənilməyən və məkruh işlərdəndir. Lakin müsəlmanlar arasında birliyin bərqərar olması və fikir ayrılığına səbəb olmasın deyə, bu ayənin oxunması daha yaxşı olar.
    DÜZGÜN NƏZƏRİYYƏ VƏ BUNU SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR
    Bu barədə heç bir əsası olmayan digər nəzəriyyələr də irəli sürülmüşdür. Və biz onların hər biri haqda söhbət açmağa heç bir ehtiyac duymuruq. Ən düzgün nəzəriyyə isə «Bismillah» ayəsinin Quran ayələrinin hər birinin [Tövbə surəsi istisna olmaqla] ayrılmaz hissəsi olduğuna dair irəli sürülmüş nəzəriyyədir.
    Şiə alimləri tərəfindən yekdilliklə qəbul olunan bu nəzəriyyəni isbat edən kifayət qədər dəlil və sübutlar vardır. Və biz onlardan bir neçəsinə işarə edirik.
    ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ
    «Bismillah» ayəsinin Quran ayələrinin ayrılmaz hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Əhli-beytin (ə) cəmiyyətdə tutduğu mövqe və Peyğəmbərin (s) müsəlmanlara bütün dini məsələlərdə onlara müraciət etmələri haqda etdiyi tövsiyələr bizə nəql olunmuş bu rəvayətlərlə kifayətlənmək və əsaslı mənbə kimi onlara istinad etmək imkanını verir.
    1. Müaviyə ibni Əmmardan nəql olunmuş rəvayətdə deyilir: İmam Sadiq (ə)-dan soruşdum: Namazda Həmd surəsini tilavət etdiyimiz zaman «Bismillah» ayəsini də oxuyaqmı?
    Buyurdu: Bəli.
    Yenidən soruşdum: Həmd surəsindən sonra oxunan surələrdə də «Bismillah» ayəsini oxuyaq?
    Buyurdu: Bəli.(Vәsail-şiә, 1-ci cild, 323-326-cı sәh.)
    2. Yəhya ibni Əmran Həmdani deyir: İmam Baqirə (ə) yazdığım məktubda ondan məni maraqlandıran suallara cavab verməsini xahiş etdim. Suallardan biri budur:
    Namazda Həmd surəsinin «Bismillah», sonrakı surəsinin isə «Bismillah»sız olması barədə nə deyə bilərsiniz? Bunu da deyim ki, Abbasi bunun heç bir nöqsanı olmadığını deyir.
    İmam (ə) yazdığı cavab məktubunda «Yenidən qılınmalıdır» deyə buyurur. İmam (ə) Abbasinin söylədiklərini nəzərə alaraq bu kəlməni iki dəfə yazmışdır.
    3. İbni Əzinə özünün Səhihə adlı kitabında yazır: Peyğəmbər (s) təkbir (Allahu əkbər) deyib namaza başlarkən vəhy nazil oldu: Ya Məhəmməd! Məni adımla yad et! Bundan sonra «Bismillah» ayəsi hər bir surənin əvvəlində oxunmağa başladı. Sonra Allah-taala Peyğəmbərin (s) ona şükr etməsini əmr etdi. Peyğəmbər (s) «Əlhəmdu lillahi rəbbil aləmin – Həmd olsun aləmlərin Rəbbinə — ayəsini təkrar etdikdən sonra qəlbən bir daha Allaha şükr etdi. Yenidən belə bir vəhy nazil oldu. İndiki mənim şükrümü yerinə yetirdin – bir daha Məni öz adımla yad et! Bu səbəbdən də Həmd surəsində «Ərrəhmanir-rəhim – Bağışlayan və mərhəmətlidir» Həmd ayəsi iki dəfə oxunur. Surənin sonuna çatdıqda Allaha şükr edərək dedi: «Əlhəmdu lillahi rəbbil aləmin» – Şükr olsun aləmlərin Rəbbinə — vəhyi nazil oldu: Adımı çəkərkən onu tam demədin, bir daha Mənim adımı yad et! Peyğəmbər (s) yenidən «Bismillah» ayəsini təkrar etdi. Bu səbəbdən də Həmd surəsindən əvvəl «Bismillah» ayəsi oxunur. Sonra Allah-taala, Peyğəmbərə (s) İxlas surəsini nazil etdi.
    «[Ya Peyğəmbər!] Allahın zatı və sifətləri haqqında səndən soruşduqda müşriklərə de ki, [mənim Rəbbim olan] o Allah birdir. [Heç bir şəriki yoxdur – Allah [heç kəsə, heç nəyə] möhtac deyildir. [Hamı ona möhtacdır: O əzəli və əbədidir – O, nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir övlad götürməmişdir!] Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur».
    ƏHLİ SÜNNƏ RƏVAYƏTLƏRİ
    «Bismillah» ayəsinin Quran surələrinin ayrılmaz hissəsi olduğuna dair əhli sünnə mənbələrində də kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.
    1. Ənəs ibni Malik nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) birlikdə oturmuşduq. Bir qədər mürgü vurduqdan sonra gülümsəyərək üzünü bizə tutdu. Ondan gülümsədiyini soruşduqda buyurdu: Elə bu an bu surə mənə nazil oldu:
    «İnna ətəynakəl kovsər...»
    2. Dar Qutni mötəbər mənbələrin birində nəql etdiyi rəvayətdə deyir: Əli (ə)-dan «Səbə Məsani» barədə soruşduqda buyurdu: Səbə məsani Həmd surəsidir. Deyirlər Həmd surəsi altı ayədən ibarətdir. Buyurdu: «Bismillah» ayəsi də onun bir hissəsini təşkil edir.
    3. Dar Qutni Əbu Hüreyrədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurur: Həmd surəsini oxuduğunuz zaman «Bismillah» ayəsini də oxuyun. Çünki bu surə Səbə məsani və «Ümmul kitabdır – Quranın anasıdır.» «Bismillah» ayəsi «Həmd» surəsinin ayələrindən birini təşkil edir.(Kitabın 17-ci fәslinin 13-cü bölümünә nәzәr salın.)
    4) İbni Xəzimə və Biyhəqi mötəbər mənbəyə istinad edərək İbni Abbasdan nəql etdikləri rəvayətdə deyir: Səbə məsani «Həmd» surəsidir. Bəs yeddinci ayə hansıdır soruşduqda dedi: «Bismillah» ayəsi.(Sünәni Bihәqi 1-ci cild 212-213-cü sәh.)
    5) Yenə də İbni Xəzimə və Biyhəqi «Əlmərifət» adlı kitabda mötəbər mənbəyə istinad edərək Səid ibni Cubeyrədən və o da İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Şeytanın insanlardan oğurladığı ən böyük ayə «Bismillah» ayəsidir.
    6) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Müsəlmanlar «Bismillah» ayəsi nazil olanadək surənin harada sona çatdığını bilməyirdilər. Bu ayə nazil olduqdan sonra onlar asanlıqla surənin harada sona çatdığını müəyyən edə bilirdilər.
    7) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi başqa bir rəvayətdə deyir: Cəbrail nazil etdiyi vəhyi «Bismillah» ayəsi ilə başlarkən Peyğəmbər (s) başa düşürdü ki, ona nazil olan təzə surədir.
    8) İbni Cərir deyir: Atam, Səid ibni Cubeyrdən nəql etdiyi rəvayətdə deyir:
    «[Ya Məhəmməd!] Biz sənə hər namazda oxunub təkrarlanan yeddi ayəni və böyük əzmətli Quranı verdik» ayəsindəki Səbə məsani deyildikdə «Həmd» surəsi nəzərdə tutulur. Və bu surəyə Ümmül Quran da deyilir.
    İbni Cərir deyir: Atam deyərdi: Səid ibni Cubeyr «Bismillah» ayəsini mənim üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdi və sonra dedi: «Bismillah» ayəsini mən sənin üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdiyim kimi, İbni Abbas da onu mənim üçün tilavət edər və deyərdi: Allah-taala siz müsəlmanlara nazil etdiyi bu surəni sizdən əvvəlki ümmətlərin heç biri üçün nazil etməmişdir.(Vәsail 1-ci cild 326-cı sәh.)
    ZİDDİYYƏTLİ RƏVAYƏTLƏR
    «Bismillah» ayəsini Quran surələrinin bir hissəsi olduğuna dair nəql olunmuş rəvayətlərin müqabilində bu nəzəriyyəni rədd edən – yalnız iki rəvayət nəql olunmuşdur.
    1. Qətadə Ənəs İbni Malikdən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlikdə namaz qılardım. Lakin onların heç birindən «Bismillah» ayəsini oxuduqlarını eşitməzdim.
    2. Yəzid ibni Abdulla İbni Məğfəl nəql etdiyi rəvayətdə deyir: Namazı «Bismillah» ayəsi ilə oxuyardım. Lakin günlərin bir günündə atam mənə dedi: Oğlum namazı «Bismillah» ayəsin oxumadan başla. Əshabın bundan böyük bidətə yol verdiklərini görmədim. Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlkidə namaz qılardıq, lakin onların heç biri «Bismillah» ayəsini tilavət etməzdi. Sən də namazı (Əlhəmdu lillahi rəbbil aləmin – Şükr olsun aləmlərin Rəbbinə) ayəsi ilə başla.
    BİRİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB
    Bu rəvayət Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi kimi, bir neçə səbəbdən də tamamilə əsassızdır.
    1. Bu rəvayət əhli sünnə mənbələrində nəql olunmuş bir çox mütəvatir, xüsusilə İbni Abbas, Əbu Hüreyrə, Ümmi Sələmənin, Peyğəmbərin (s) namazda «Bismillah» ayəsini oxuduğuna və onu Quran surələrinin bir hissəsi olduğunu hesab etməsinə dair nəql etdikləri rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir.
    İbni Ömər deyir: Əgər «Bismillah» ayəsi oxunmalı olmasaydı, onu Quran nüsxələrində yazmağın mənası nə olardı? Həzrət Əli (ə) dəfələrlə bu mətləbə toxunar və buyurardı: ««Bismillah» ayəsini oxumayan kəs Quran ayələrini ixtisara salmış olur.» Bu ayə «Səbə məsani» (Həmd) surəsini təkmil edəcək bir ayədir.
    Peyğəmbər (s) və digər böyük səhabələrin buyuruqlarını kənara qoyaraq kimlər tərəfindənsə nəql olunmuş bu rəvayətə istinad etmək olarmı?
    2. Bu rəvayət müsəlmanlar arasında adi hal almış [və eyni zamanda zərurətə çevrilmiş] şəri əməl ilə ziddiyyət təşkil edir. Belə ki, «Bismillah» ayəsini müsəlmanlar elə ilk gündən oxumuş və bir dəfə olsun namazlarını bu ayəni oxumadan başlamamışlar. Hətta Müaviyə camaat namazında «Bismillah» ayəsini oxumadıqda müsəlmanlar ona öz etirazlarını bildirərmişlər. Bismillahı oğurladın, ya deməyi unutdun?
    Bütün bu dəlilləri nəzərə alaraq Peyğəmbərin (s) və ondan sonrakı xəlifələrin namazda «Bismillah» ayəsini oxumadıqlarına necə inanmaq olar.
    3. Bu rəvayət Ənəs ibni Malikin özündən nəql olmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir.
    Belə bir qənaətə gəlmək olur ki, son iki rəvayət heç bir əsası olmayan yalan və uydurmadan savayı bir şey deyildir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 416 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019