İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    İKİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB
    Birinci rəvayətin zəif və əsassız olduğuna dair dediklərimiz nəql olunmuş ikinci rəvayətə də şamildir. Və bunun üçün də bütün bunları bir daha təkrar etməyə ehtiyac duymuruq.
    Lakin bunu qeyd etmək lazımdır ki, bu rəvayət islam və müsəlmanların ilk gündən zəruri hesab etdikləri bir məsələ ilə ziddiyyət təşkil edir.
    «Bismillah» ayəsinin Həmd və digər surələrdən əvvəl tilavəti daha da canlandırmaq məqsədilə oxunması və bunun müstəhəb olduğu bir halda Yəzid ibni Məğfəlin bunu bidət adlandırması insanda təəccüb doğurur. Məgər hər hansı bir işi Allahın adı ilə başlamaq bu qədər xoşagəlməz bir iş və dində bidət hesab etmək olarmı?
    MÜSƏLMANLAR
    Elə ilk gündən müsəlmanlar «Bəraət» surəsi istisna olmaqla Quranın bütün surələrini «Bismillah» ayəsi ilə oxumuşlar. Və nəql olunmuş bir çox mütəvatir hədislərdən belə bir qənaətə gəlmək olur ki, Peyğəmbərin (s) özü bütün surələrin əvvəlində «Bismillah» ayəsini tilvət etmişdir. Əgər bu ayənin oxunması zəruri olmasaydı bir peyğəmbər kimi bunu hamıya çatdırmalı və düzgün oxunuş tərzini müsəlmanlara təlim etməli idi. Və əgər O həzrət bəyan etdiklərinin hansının Quran ayəsi, hansının da adi kəlam olduğunu bəyan etməsəydi, öhdəsinə düşən peyğəmbərlik vəzifəsini layiqincə yerinə yetirməmiş olardı. Bu isə Peyğəmbərə (s) – xüsusilə vəhy məsələsində – xas olmayan bir xüsusiyyətdir. O, digər insanlarda müşahidə olunan bütün eyb və nöqsanlardan uzaq və pakdır.
    Demək, «Bismillah» ayəsinin oxunması zəruri olmasaydı, Peyğəmbər (s) bunu bəyan edər və o da mütəvatir olaraq bizlərə gəlib çatardı. Bir halda ki, bu kimi rəvayətlər vahid xəbər halında da nəql olmamışdır.
    BİSMİLLAH AYƏSİ BÜTÜN NÜSXƏLƏRDƏ YAZILMIŞDIR
    Şübhə doğurmayan məsələlərdən biri də budur ki, Osmanın yığdığı Quran nüsxəsindən əvvəl, səhabə və tabeinlərin əlində olan Quran nüsxələrində «Bismillah» ayəsi Bəraət surəsi istisna olmaqla, qalan surələrin birinci ayəsi olaraq yazılır və müsəlmanlar Quran surələrini bu ayə ilə oxumağa başlayırdılar. Əgər «Bismillah», Quran surələrinin bir hissəsini təşkil etməsəydi, səhabə və tabeinlər onu öz nüsxələrində yazmazdılar. Çünki, onlar Quranın yazılışına xüsusi diqqət yetirər və hər bir məsələyə böyük əhəmiyyət verərdilər. Belə ki, onlardan bəziləri hətta hərflərin üzərinə nöqtə və müxtəlif əlamətlər qoymaqdan qətiyyətlə imtina edərdilər.
    Demək, «Bismillah» ayəsi hətta səhabə və onların davamçılarının, yəni tabeinlərin nüsxələrində yazılmış və Quran surələrinin ayrılmaz bir hissəsi hesab olunmuşdur.
    Buradan belə məlum olur ki, «Bismillah» ayəsi surələr arasında fasilə məqsədilə deyil, onların bir hissəsi kimi yazılmışdır.
    Bu nəzəriyyənin batil və əsassız olduğuna dair gətirilən başqa bir dəlildə deyilir: Əgər «Bismillah» ayəsi surələrin əvvəlində yalnız fasilə məqsədilə yazılsaydı, bu ayə Həmd surəsinin əvvəlində deyil, əksinə Bəraət surəsinin əvvəlində yazılmalıydı. Çünki, Həmd Quranın ilk, Bəraət surəsi isə doqquzuncu surəsidir. Demək, «Bismillah» ayəsinin yazılmasında ən başlıca şərt heç də surələri bir-birindən aıyrmaq deyildir. Çünki, özündən əvvəl heç bir surə olmayan Həmd surəsi «Bismillah» ayəsi ilə, özündən əvvəl və sonra surələr olan Bəraət surəsi isə «Bismillah»sız başlanır.
    MÜXTƏLİF DƏLİLLƏR
    «Bismillah» ayəsinin Quran surələrinin bir hissəsi olmadığını hesab edənlər bir neçə başqa dəlilə istinad edirlər.
    1) Deyirlər:
    Quranın sabit oxunmasının yeganə yolu onun mütəvatir olmasıdır. İxtilafa səbəb olan hər hansı bir şeyi isə Quran hesab etmək olmaz. «Bismillah» ayəsinin Quran ayəsi olub-olmadığı haqda da müxtəlif və bir-biri ilə ziddiyyətli hədis və rəvayətlər nəql olunmuşdur. Bu səbəbdən də biz onu Quran ayələrindən hesab edə bilmərik.
    Cavab:
    1. «Bismillah» ayəsinin Quran surələrinin bir hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər mütəvatir hədis və rəvayət nəql olunmuşdur. Və bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən nəql olunmuş hədis və rəvayətlər özünün etibar baxımından Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərlə eyni səviyyədədir.
    2. Səhabənin «Bismillah» ayəsinin Quran surələrinin bir hissəsi olduğuna dair verdiklərini şəhadət və onlar tərəfindən bu məzmunda nəql olunmuş onlarla mütəvatir hədis və rəvayət bu həqiqəti bir daha sübuta yetirə bilər. Və kimlərinsə müxalif nəzər irəli sürməsi bu rəvayətlərin mütəvatir olmasına heç bir xələl gətirə bilməz.
    3. Mütəvatir olaraq nəql olunmuşdur ki, Peyğəmbər (s) Quran surələrini «Bismillah» ayəsi ilə başlamış və bir dəfə də olsun səhabələrə Quran ayələrini təlim edərkən «oxuduğumuz bu ayə [yəni «Bismillah» ayəsi] surənin bir hissəsini təşkil etmir» söyləməmişdir. Tək bu dəlilə istinad edərək qətiyyətlə deyə bilərik ki, «Bismillah» ayəsi Quran surələrinin ayrılmaz bir hissəsini təşkil edir.
    Bunu demək kifayətdir ki, Peyğəmbərin (s) «Bismillah» ayəsini surələrin əvvəlində oxuması onun cüzi bir şey olması deyil, Quran olmasını sübuta yetirə bilər. Cüzi məsələlərin sübutunda isə sünni və şiə mənbələrində nəql olunmuş bir çox rəvayətlərlə yanaşı bir qədər əvvəl işarə olunan rəvayətə istinad etmək və «Bismillah» ayəsinin cüzi olmamasını sübuta yetirmək olar. Çünki, hər hansı bir cümlənin Quran ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir və inandırıcı sənədlərin olması lazımdır. Lakin hər hansı bir surənin bir hissəsini Quran ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir olması bir o qədər də zəruri deyildir və bunun üçün vahid xəbərlə də kifayətlənmək olar.
    2) Deyirlər:
    Müslim, Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisi öz kitabında belə nəql edir: Allah-taala buyurur: Mən namazı özümlə bəndələrim arasında iki hissəyə böldüm. Hər nə istərlərsə onlara əta edəcəyəm. Bunun üçün də insan namaz qılarkən «Əlhəmdu lillahi rəbbil aləmin» –dediyi zaman Allah-taala buyurar: Bəndəm Mənə şükr etdi «Ərrəhmanir-rəhim» –dediyi zaman Allah-taala buyurar: Bəndəm şənimə səna etdi [şənimə təriflər dedi]. «Maliki yəvmiddin – dedikdə Allah-taala buyurar: Bəndəm Məni mədh edib şənimə təriflər dedi. «İyyakə nəbudu və iyyakə nəstəin» – dediyi zaman Allah-taala buyurar: Bu Mənimlə, bəndəm arasında qalacaqdır. Hər nə istərsə ona əta edəcəyəm. «İhdinəs-siratəl mustəqim» – dediyi zaman Allah-taala buyarar: Bəndəm hidayət olacaqdır və Mən ona istədiyini bəxş edəcəyəm.(Kitabın 17-ci fәslinin 15-ci bölümünә müraciәt еdin.)
    Hədisin zahiri mənasından belə bir nəticəyə gəlmək olur ki, Həmd surəsi iki hissəyə bölünmüşdür. Dördüncü ayənin yarısına qədər Allaha, yarısından sonunadək isə namaz qılan şəxsə aiddir. Bu iki hissədə həm ayələrin sayı eyni, həm də «tənsif» rəvayəti təsdiq olunur. Lakin əgər «Bismillah» ayəsinin Həmd surəsinin bir hissəsini təşkil etdiyini hesab edəriksə, hədisdən əldə etdiyimiz məna bir o qədər də düzgün olmayacaqdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, Həmd surəsi belə olduqda yeddi ayədən ibarət olacaqdır. Və əgər «Bismillah» ayəsi Həmd surəsinin bir hissəsini təşkil edərsə, «Siratəlləzinə» kəlməsindən surənin sonunadək olanı bir ayə hesab edək.
    Nəticədə birinci hissə dörd, ikinci hissə isə iki və yarım ayədən ibarət olacaqdır. Beləliklə hədisdə surənin iki bərabər hissəyə bölündüyü düzgün olmayacaqdır.
    Cavab:
    1. Bu rəvayət «Əla» tərəfindən nəql oluqmuşdur. Və rical alimləri onun mötəbər şəxs olub-olmadığı haqda müxtəlif fikirlər irəli sürmüşlər. Belə olduğu bir halda onun nəql etdiyi rəvayətlərə də istinad etmək bir o qədər də düzgün olmazdı.
    2. Bu rəvayət heç də istifadə olunan kəlmələr baxımından iki bərabər hissədən ibarət olmasına dəlalət etməyir. Əksinə, əldə etdiyimiz zahiri mənaya əsasən, onun məna baxımından iki hissədən ibarət olduğu nəzərə çarpır. Yəni namazın bir hissəsi Allaha, digər hissəsi isə Onun yer üzündəki bəndələrinə aiddir. Bu səbəbdən də Həmd surəsini kəlmə baxımından iki bərabər hissəyə bölməyin heç bir zərurəti yoxdur.
    3. Surənin məna yox, kəlmə baxımından iki hissəyə bölündüyünü fərz etsək də belə, necə bilə bilərik ki, bu bölgü ayələr əsasında aparılmışdır. Ayələr bərabər olmasa da, bölgü yalnız bu surədə istifadə olunan kəlmələr əsasında aparılmışdır. Çünki, «İyyakə nəbudu» cümləsindən əvvəlki və sonrakı kəlmələrin miqdarı eynidir. Belə ki, ayələrin sayı eyni olmasa da «Bismillah» ayəsini nəzərə almaqla hər iki hissə on kəlmədən ibarətdir.
    3) Deyirlər:
    «Bismillah» ayəsinin Quran surələrinin bir hissəsi olmadığına dair Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə deyilir: Kövsər surəsi üç, Mülk surəsi isə otuz ayədən ibarətdir.(Miratul uqul 2-ci cild 101-ci sәh.)
    Əgər «Bismillah» ayəsi surələrin bir hissəsini təşkil etsəydi bu surələrin ayələrinin sayı Əbu Hüreyrənin dediklərindən çox olardı.
    Cavab:
    Əbu Hüreyrənin nəql etdiyi bu rəvayət düz olsa belə, bir qədər əvvəl qeyd etdiyimiz Ənəs ibni Malikdən nəql olunmuş rəvayətlə tamamilə ziddiyyət təşkil edir.
    Ənəsin nəql etdiyi rəvayət isə, mötəbər bir rəvayət kimi «Muta»dan başqa bir çox «Səhih» kitablarında nəql olunmuşdur.
    Bu səbəbdən də Əbu Hüreyrənin nəql etdiyi rəvayəti ya kənara qoymalı, ya da belə mənalandırmalıyıq ki, rəvayətdə surənin bütün ayələri deyil, yalnız ayələrin sayı göstərilir və «Bismillah» Quranın bütün surələrinə aid olan, müştərək bir ayədir. Bunun üçün də Quran ayələrinin sayında hesaba alınmayır.
    Burada biz iki fəsildən ibarət olan «Bəsmələ» ayəsinin təfsirini başa vurub «Həmd» surəsinin təfsirinə başlayırıq.
    HƏMD SURƏSİNİN BİRİNCİ HİSSƏSİNİN TƏFSİRİ
    «Həmd» surəsi üç hissədən ibarətdir:
    1. Allaha şükr və səna və Onun kamal sifətlərinin vəsf olunması;
    2. İnsanın Allaha tabe olması və Ondan kömək diləməsi;
    3. Dua, istək və arzular.
    Həmd surəsinin birinci hissəsi:
    «Şükr olsun aləmlərin Rəbbinə – Bağışlayan və rəhm edəndir – Din gününün sahibidir». (1-2/4).
    OXUNUŞ QAYDASI
    Qiraət alimlərinin bir çoxu «Əlhəmd» kəlməsindəki «dal» hərfini «zəmmə» yəni «u» saiti, «Allah» kəlməsindəki «lam» hərfini isə «kəsrə» yəni «i» saiti ilə tələffüz edirlər. Lakin bəziləri isə «Əlhəmd» kəlməsinin erab və hərəkələrini özündən sonra gələn «Allah» kəlməsinə tabe edərək onu da kəsrə ilə tələffüz edirlər. Bəziləri də tam əksinə olaraq «Allah» kəlməsinin özündən əvvəlki «Əlhəmd» kəlməsinə tabe edərək «Allah» kəlməsindəki «lam» hərfini «zəmmə» yəni «u» saiti ilə tələffüz edirlər. Lakin bu son iki qiraət olduqca zəif və bir o qədər də mötəbər deyildir.
    2. «Malik» kəlməsi də müxtəlif üsullarla tələffüz olunur. Bəziləri onu «lam» hərfinin üzərinə sükun qoymaqla «fuls» vəznində «mulk», bəziləri də keçmiş zaman halında «fəəl» vəznində tələffüz etmişlər. Lakin bu qiraətlərin heç biri mötəbər deyildir. Və bir çox qiraət alimləri bu kəlməni ya «fail» – «malik» və ya «kətif» vəznində «məlik» kimi tələffüz etmişlər və bu ən mötəbər qiraət üsuludur.
    BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR?
    Bir qədər əvvəl qeyd etdik ki, «Malik» kəlməsi müxtəlif üsullarla tələffüz olunur və onların ən düzgünü bir çoxlarının qiraət etdiyi «Məlik» və «Malik» «fəil və ya fail» vəznində tələffüz olunmasıdır. Lakin onların da hansı birinin daha düzgün olduğu haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
    Bəzən deyirlər: Daha ümumi məna daşıdığı üçün «malik» şəklində tələffüz etmək daha düzgündür. Məsələn, «filan şəxs hər hansı bir qövmün, qəbilənin malikidir» deyilərsə, bu o deməkdir ki, həmən şəxs mülkiyyətlə yanaşı, o qövmün üzərinə hakim və rəhbərdir. «Filan şəxs hər hansı bir qəbilənin məlikidir» deyildikdə isə, geniş malikiyyət deyil, yalnız onun həmən qəbilənin üzərindəki hakimiyyəti nəzərdə tutulur. Başqa sözlə desək, «malik» dedikdə mülkiyyətə də şamil olunur, «məlik» deyildikdə həmin məna başa düşülmür.
    İrəli sürülmüş başqa bir nəzəriyyədə deyilir:
    Daha yaxşı olar ki, «malik» əvəzinə «məlik» oxunsun. Çünki, zaman göstəricisi ilə əksər hallarda «malik» deyil, «məlik» kəlməsi istifadə olunur. Məsələn, «Məlikil əsri» yəni, əsrin, zəmanənin maliki, «mulkul əsaril mutəqəddimə» yəni, keçmiş zəmanələrin mülkədarları. Bu səbəbdən də Quran bu ayədə kəlmənin oxunuşunu «məlik» olaraq «yəvmiddin» cümləsinə əlavə etmiş və belə bir oxunuşa daha üstünlük vermişdir.
    İrəli sürülmüş iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim fikrimizcə bu bir o qədər də əhəmiyyət kəsb edən mətləb deyildir. Ümumiyyətlə mötəbər hesab olunan qiraətlə birini digərindən daha üstün hesab etmək qeyri-mümkündür. Çünki, əgər bu qiraət üsulları Peyğəmbərdən (s) bizlərə mütəvatir olaraq gəlib çatmışsa, aralarında fərq qoymadan onların hamısını Quran ayələri olaraq qəbul etməliyik. Və əgər bu qiraət üsullarının mütəvatir olması bizim üçün sabit olmazsa, onların bir-biri ilə müqayisə, hansının mötəbər olduğu haqda araşdırma aparmaq və bunun nəticəsində şəraitlərin hasının batil və hansının mötəbər olduğunu təyin etməyin heç bir mənası yoxdur. Lakin iş burasındadır ki, qiraətləri bir-birindən üstün hesab etməklə onlardan hansı birinin batil olduğunu sabit etmək olmur. Və əgər aparılan araşdırmalar, qiraətlərin birini digərindən üstün hesab etməkdə və qiraətlərin hansının batil olduğunu üzə çıxarmaq da heç bir nəticə verməzsə – necə ki, əksər hallarda belə olur – bu barədə söhbət açmaq belə əbəsdir.
    Bəli, qiraətin birini digərindən üstün hesab etmək haqda bəhs etmək olduqca əbəs bir işdir. Xüsusilə də «məlik» və «malik» kəlmələrinə gəldikdə. Çünki, bu iki kəlmə arasında yalnız o zaman fərq ola bilər ki, «Məlik» kəlməsi qurma [müvəqqəti] səltənət mənasında işlənmiş olsun. Belə olduqda səltənətin dərəcə və mərhələləri istifadə olunduğu yer baxımından bir-birilə fərqli olacaqdır. Və belə bir səltənət [hakimiyyət] bəzən malikiyyət, bəzən də onsuz olacaqdır. Lakin əgər hakimiyyəti bəzən hakimiyyəti daimi və həqiqi olan Allah üçün istifadə olunarsa, dərəcə və mərhələləri olmadan daimi malikiyyətlə birlikdə olacaqdır. Nəticədə məna və məfhum baxımından «malik» kəlməsi ilə eyni və ondan üstün də olmayacaqdır. Buradan belə məlum olur ki, «malik» kəlməsinin Allahdan qeyrisi üçün zaman göstəricisi ilə işlənilməsi düzgün deyilsə, Allah üçün istifadə olunmasının düzgün olmamasına da heç bir lüzumu olmayacaqdır. Çünki, Allah bütün varlıqların maliki (sahibi) olduğu kimi, zamanın da sahibidir. Demək, Allaha aid olduqda «malik» kəlməsinin zaman göstəricisi ilə işlənməsi «məlik» kəlməsi ilə heç də fərqlənməyəcək. Və bu səbəbdən də «məlik» kəlməsinin «malik» kəlməsindən heç bir üstünlüyü ola bilməz.
    Bəzən də deyirlər: «Malik» kəlməsinin «yəvmiddin» cümləsinə birləşməsi ilə qeyri-müəyyənlik halında qaldığı üçün qənaətbəxş məna əldə etmək olmur. Qeyri-müəyyən cümlə ilə isə – müəyyən olan – Allah kəlməsi vəsf olunmur. Demək, «məlik» oxunmalıdır, çünki, bu kəlməsi «Soltan» və «Hakim» mənasını daşıyır. Və belə bir məna daşımaqla bu kəlmə camid, yəni başqa sözdən götürülməyən kəlmələr sırasına daxil olmalıdır. Beləliklə cümlə müəyyənedici xarakter daşıyacaq və «qeyri-müəyyənliyin» «müəyyənlik» cümləsini mənalandırma nöqsanı aradan qalxacaqdır.
    DIGƏRLƏRİNİN VERDİYİ CAVAB
    Təfsir Kəşşaf və digər təfsir kitablarında tutulan bu irada belə cavab verilir: Failin cümləyə birləşməsi o zaman məcazi xarakter daşıya bilər ki, onun indiki və gələcək zamanda işləndiyini müəyyən edə bilməmiş olsun. Amma keçmiş zaman və davamedici məna daşıyarsa, failin birləşməsi cümlənin həqiqi məna daşımasına səbəb olacaq.
    «Göyləri və yeri yoxdan yaradan, mələkləri [peyğəmbərlərə] elçi edən Allaha həmd olsun!» (35/1).
    Göründüyü kimi birinci ayədə «fatir» və «cail» keçmiş zaman, ikinci ayədəki «ğafiruzzənəb» və «qabiluttəub» davam edici halda işlənmişdir. Və bu dörd kəlmənin hər biri [başqa kəlmələrlə] birləşməklə müəyyənlik halına çevrilmiş və «Allah» kəlməsinin vəsfində işlənmişdir. «Malik» kəlməsinin başqa kəlmələrlə birləşməsinə də bu qayda üzrə əməl olunur. Çünki, «malik» –Allahın [qiyamət gününədək] daimi malikiyyət mənasını daşıyır. Demək, belə bir birləşmə həqiqi məna daşıyar, cümlədə müəyyənlik rolunu ifa edir və müəyyənlik halında işləndiyi üçün Allahın vəsf olunması üçün də istifadə oluna bilər.
    BİZİM CAVAB
    Verilən cavabın ən böyük nöqsanı bundan ibarətdir ki, birləşmə həqiqi və ya məcazi məna daşıyıb-daşımamasından asılı olmayaraq cümlədə müəyyənlik rolunu ifa edə bilməz. Birləşmənin ən başlıca rolu cümlədə istifadə olunan kəlmənin xarici misdaqını, məna və məfhumunu məhdudlaşdırmaqdır. Lakin cümlənin müəyyənlik halına düşməsi üçün birləşmədən deyil, digər üsullardan istifadə etmək lazımdır.
    Mətləbi bir qədər işıqlandıraq.
    Bu cümləyə diqqət yetirin:
    Ğulamu lizəydi – Zeydin qulu, köləsi. Qulamu Zəydin – Zeydin qulu, köləsi.
    Göründüyü kimi bu iki cümlə arasında heç bir fərq yoxdur. Birinci cümlədə «lam» hərfi «Zeyd» kəlməsindən əvvəl gələrək qulun məhz Zeydə aid olduğunu bildirir və müəyyənlik əlaməti olan «lam» hərfinin cümlədə bundan başqa heç bir rolu yoxdur. Çünki Zeydin başqa kölələri də ola bilər və həqiqi birləşmədə də ikinci cümlədə olduğu kimi yalnız kölənin Zeydə aid olduğu bəlli olur. Məcazi birləşmədə də onun kimlərəsə aid olduğu bəlli olur. Lakin fərq burasındadır ki, kəlmənin hər hansı bir mətləbə aid olması tək birləşmə yolu ilə əldə olmur. Və birləşmənin cümlədə [kəlmələrin] məna və məfhumunu məhdudlaşdırmaqdan savayı heç bir rolu yoxdur.
    Bəli, birləşmə istər həqiqi, istərsə də məcazi müəyyənlik üçün deyil, kəlmənin [və ya cümlənin] verdiyi mənanı məhdudlaşdırmaq üçün xeyirli ola bilər. Lakin bu heç də o demək deyildir ki, cümləyə birləşən kəlmə burada müəyyənlik rolunu ifa edə bilməmiş olsun.
    Bu səbəbdən də həqiqi və məcazi birləşmələr arasında heç bir fərq yoxdur və əgər bu barədə hər hansı bir fərziyyə irəli sürülərsə tamamilə yanlış və əsassızdır.
    Kəşşafın öz təfsirində «malik» kəlməsini «yəvmiddin» cümləsində davamedici və həmişəlik malikiyyət kimi mənalandırmasının batil və əsassız olduğu isə göz qabağındadır. Çünki, Allahın bütün varlıqlar üzərində olan malikiyyəti həmişəlik olsa da, «malik» kəlməsi bu ayədə «yəvmiddin» [qiyamət gününün sahibi] cümləsi ilə işlənmişdir. Demək Allah «malikiyyəti» həm həmişəlik [əbədi] olmalıdı, həm də davamedici.
    Lakin alimlərdən bəziləri «muzafın – izafətin» faili haqda bir nəzər irəli sürmüşlər. Onların fikrincə əgər fail keçmişə dəlalət edərsə, müəyyənedici xarakter daşımayacaqdır və eyni zamanda müəyyənlik üçün sifət rolunu da ifa edə bilər. Və əgər indiki və gələcək zamanda işlənərsə müəyyənlik üçün artıq sifət rolunu ifa edə bilməyəcəkdir. Və bunların ikisinin fərqi barədə demişlər: Əgər fail keçmiş zamanda işlənərsə hökmən həyata keçmişdir. Həyata keçən və baş verən hər bir şey isə hamıya bəlli olur. Bəlli və müəyyən olduqda isə sifət rolunu da ifa edə bilər. İndiki və gələcək zamanda işlənilən fail isə bu kimi xüsusiyyətlərə malik deyildir.
    Lakin bizim fikrimizcə bu kimi fərqlərin də heç bir əsası yoxdur. Çünki bir şeyin həyata keçməsi və yaranması üçün müəyyənlik halını tapsın deyə, heç bir [əlavə] məlumata ehtiyac duyulmayır. Və bəzən də heç bir məlumat və müəyyənlik hasil olmadan keçmiş zaman, indiki və gələcək zamanla eyni məna daşıyır.
    Bir sözlə: Bütün bu qarammatik təhlil və izahatlar puç və olduqca əsassızdır. Yeganə çıxış yolu fəsahətli ərəblərin danışığına diqqət yetirmək və onların istifadə etdikləri kəlmə və qurduqları cümlələrə istinad olunmalıdır. Beləliklə qrammatik qanunları onların danışıqlarından əldə etmək olar.
    AYƏDƏ İŞLƏNƏN SÖZLƏR
    «Əlhəmd» – şükr mənasını daşıyır və adətən könüllü olaraq görülən işlərin müqabilində işlənmişdir. İstər bu iş şükr edənin xeyrinə olsun, istərsə də başqalarının «Şükr» sözü isə «küfr» sözünün əks mənasını daşıyır və insana başqa birisindən xeyir dəydikdə istifadə olunur. Və «tənqidin-zəmm» əks mənasını daşıyan «mədh-tərif» istifadə olunduğu yer baxımından ümumiyyət xarakteri daşıyır və bu kəlmə bir şəxsin etdiyi hər hansı bir xeyirxah işin müqabilində istifadə olunur.
    İstər bu yaxşılıq tərif olunandan tərif edənə edilmiş olsun, istərsə də yox. Və istər edilən yaxşılıq insani fəzilətlər kimi ixtiyari olsun, istərsə də günəşin və dürrün parıltısı kimi qeyri-ixtiyari.
    «Əlhəmd» kəlməsindəki «əlif və lam» müəyyənlik xarakteri daşıyır.
    2-3-4. «Allah» «Rəhman» və «Rəhim» – Bu üç kəlmə haqda əvvəlki fəsildə söhbət açdığımız üçün bir daha təkrara yol vermək istəmirik.
    5. Rəbb – «Rəbəbə» kəlməsindən götürülmüşdür. Malik, islahatçı və başçı mənalarını daşıyır.
    «Rəbibə» kəlməsi də həmən kökdən götürülmüşdür.
    «Rəbb» başqa kəlmələrlə işlənmədikdə ayrı-ayrılıqda Allahdan qeyrisi üçün istifadə olunmayır.
    Məsələn, «rəbbissəfinə» – gəminin kapitanına, «Rəbbuddar» – ev sahibinə deyilir.
    6. «Aləmin – aləm» və qövm kəlmələri kimi tək halı olmadığı üçün daim cəm halda istifadə olunur.
    Bitkilər aləmi, cansızlar aləmi və s. Bəzən də zaman və məkan baxımından bir-biri ilə əlaqəsi olan məcmuəyə deyilir. «Axirət aləmi», «uşaqlıq aləmi» və s. bəzən də bir-birindən fərqi olan varlıqlar məcmuəsinə deyilir.
    Bu kəlmənin cəm halı bəzən «vav və nun» (aləmun) bəzən də «fəvail» vəznində olur (əvalim).
    Ərəb dilində «fail» vəznində «əynul fel»in, yəni orta hərfin fəthə, «vav və nun» ilə bu vəznin cəm hala düşməsi istisna olaraq, yalnız «aləm» kəlməsində işlənilir.
    7. «Məlik», əhatə və hakimiyyət mənalarını daşıyır. Belə bir əhatə bəzən Allahın bütün varlıqların üzərində olan hakimiyyəti kimi həqiqi, bəzən də insanların ixtiyarlarında olan əşyalara olan məhdud və müvəqqəti malikiyyətləri kimi olur.
    Allahın varlıqlar üzərində olan hakimiyyət və əhatəsi ona görə mütləq və həqiqidir ki, mövcud olan hər bir varlıq özünün vücuda gəlməsində və mövcud olduğu müddətdə tam mənada Allahdan asılı və Ona möhtacdır. Belə ki, bir an da olsun özlərini müstəqil və Allahdan ehtiyacsız hesab etmirlər. Bu ehtiyac hissi varlıqlarda daim olmuş və olacaqdır da.
    «Allah zəngin, siz isə yoxsulsunuz. [Allah] sizə möhtac deyildir, siz Ona möhtacsınız». (47/38).
    8. «Din» – cəza və hesab [mühakimə] mənalarını daşıyır. «Maliki yəumiddin» ayəsində hər iki mənanı əldə etmək olar. Belə ki, qiyamət günü insanların cəzalandırılıb və ya mükafatlandırılması onların sorğu sual və mühakimə olunması ilə başlanacaqdır.
    HƏMD ŞÜKR ALLAHA MƏXSUSDUR
    «Əlhəmdu lillahi rəhbbil aləmin» ayəsini nazil etməklə, Allah-taala bir daha insanlara həmd və şükrün yalnız Ona aid [məxsus] olduğunu xatırladır.
    Bu həqiqətə dəlalət edəcək kifayət qədər dəlil və sübutlar vardır və biz onlardan bir neçəsinə işarə edəcəyik.
    1. Ən gözəl işlər, gözəl xüsusiyyətə malik olan şəxslər tərəfindən görülür. Bütün eyb və nöqsanlardan uzaq olan və ən gözəl xüsusiyyətlərə malik olan Allah gördüyü bütün işlərdən eyb və nöqsandan uzaq və tərifə layiqdir.
    Bu haqda Qurani-kərimdə buyurulur:
    «De ki: Hərə öz qabiliyyətinə [xislətinə] görə iş görər». (17/84).
    Digər varlıqlar isə müəyyən nöqsanlara malik olduqları üçün təbii olaraq gördüyü işlər də adətən nöqsansız olmur. Demək heç bir eyb və nöqsanı olmayan işlər yalnız Allaha aiddir və başqalarının bu xüsusiyyətə malik olması sadəcə qeyri-mümkündür.
    Bu səbəbdən də yalnız Onun müqəddəs zatı şükr və tərifə layiqdir və Ondan qeyrisi üçün həmd və şükr etmək mahal və qeyri-mümkündür. «Əlhəmdulillah» cümləsi də məhz bu mətləbə dəlalət edir. Çünki, bir qədər əvvəl işarə etdik ki, «Allah» tanrıya xas olan adlardandır və bütün kamal xüsusiyyətlərə malik olan Onun müqəddəs zatıdır. «Allah» kəlməsinin əvvəlindəki «lam» hərfi də həmd və şükrün Allaha aidliyinə dəlalət edir.
    İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: Atam imam Baqir (ə)-ın qatırı itmişdi, [bir qədər aradıqdan sonra] dedi: Əgər Allah qatırı mənə qaytarsa, Ona özünün bəyəndiyi kimi həmd və şükr edəcəyəm. Çox keçmədi yəhər və yüyəni ilə birlikdə onu atamın yanına gətirdilər. Atam paltarını yığıb qatıra minib dedi: «Əlhəmdu lillah – Şükr Allaha» və artıq heç bir şey demədi. Sonra dedi: Allaha şükr etməkdə heç nəyə əsirgəmədim, bütün həmd və şükrü Ona aid etdim. Və bu kəlmə bütün tərif və şükürlərə şamildir.
    İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala bütün böyük və kiçik nemətləri öz bəndəsinə yalnız Ona şükr etməklə bəxş edir və insan «Əlhəmdullillah» deməklə bütün şükrləri yerinə yetirmiş olur.
    İkinci dəlil:
    Həmd və şükrün yalnız Allaha aid olduğuna dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, hər bir varlığın – istər əqlin, istər ruh və cismin və istərsə də xaricdə mövcud olan digər varlıqların ilkin kamala çatması Allah tərəfindən müəyyənləşdirilir. Çünki onları yaradan da Allahın özüdür.
    Növbəti ikinci kamal mərhələsi isə varlıqların malik olduqları üstün xüsusiyyətlərdən irəli gəlir. Və bu üstün xüsusiyyətlər bəzən ixtiyari olur, bəzən də qeyri-ixtiyari. Demək məxluqatın ixtiyarından xaric olan hər bir şeyi Allaha aid etməliyik. Bitkilər aləminin inkişafını, heyvanların onlara nəyin xeyirli və nəyin zərərli olduğunu dərk etmələrini, insanın natiqlik [danışıq] qabiliyyətinə malik olmasını buna misal çəkə bilərik.
    İnsanın ixtiyari olaraq ələ gətirdiyi üstün xüsusiyyətləri də [o, öz ixtiyarı ilə buna nail olsa da] son mərhələdə Allahın müqəddəs zatı ilə əlaqələndirməliyik. Çünki, onları hidayət edən və bütün bu istedad və bacarıqları onların ixtiyarına qoyan hər şeyə qadir, elm və qüdrəti əhatə edən Allahdır.
    Və bu həqiqətə surənin ikinci ayəsində «Rəbbil aləmin» cümləsi ilə işarə olunur.
    3. Allahın gördüyü bütün xeyrili işlər Onun özünə aid deyildir. Çünki, mütləq kamala yiyələnən bir varlıq üçün təkamülə səbəb olacaq işlərin həyata keçirilməsi heç bir məfhum kəsb etməyir. Demək Allahın gördüyü bütün işlər məxluqatın xeyrinə və onların təkamülü üçündür.
    Lakin insanların gördükləri xeyirxah işlər başqaları üçün xeyirli olsa da, onun savabı ilk növbədə onların özlərinə çatır. Çünki, o öz təkamülünü xeyirxah işlərdə görür və belə bir düşüncə onu bu işləri yerinə yetirməyə sövq edir.
    Qurani-kərimdə bu haqda deyilir:
    «Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz». (17/7).
    Demək, xeyri yalnız başqalarına dəyən xeyir işlər yalnız Allaha aiddir. Bu səbəbdən də həmd və tərifə layiq olan yeganə varlıq Allahın özüdür və bu mətləbə surədə «Ərrəhmanir-rəhim» cümləsi ilə işarə olunur.
    Bunu da əlavə etmək lazımdır ki, bəzən həmd və şükr edən şəxs ona olunan ehsan və yaxşılıqların əzəmətini və ehsan edənin yüksək xüsusiyyətlərini dərk edir və arada heç bir qorxu hissi olmadan ona [layiqincə] şükr və səna edir. Bəzən həmd və səna nemət sahibinin bəxş etdiyi şeylərə əhəmiyyət vermək və diqqət yetirmək nəticəsində olur. Bəzən qorxu, bəzən də bəxş olunan nemətlərə hərislik üzündən şükr və səna olunur. Göründüyü kimi həmd və səna müxtəlif amillər üzündən olunur və onların hər birinin Allahın müqəddəs zatına aid olduğu bu surədə işarə olunur.
    İzah:
    «Əlhəmdulillah» cümləsində həmd və sənanın Allahın müqəddəs zatına aid olduğu, Onun bütün eyb və nöqsanlardan uzaq və kamal sifətlərinə [ən yüksək xüsusiyyətlərə malik] olduğuna işarə olunur.
    «Ərrəhmanir-rəhim» cümləsində həmd-sənaya səbəb olacaq ikinci və üçüncü amil bəyan olunur. Çünki, Allah, rəhmət və mərhəmət mənbəyidir. İnsan da Allahın rəhmət və mərhəmətinə ümidvar olmalıdır və bu tükənməz yaxşılıqlara ümidvarlıq səbəbi ilə Allahın böyüklüyünə, tükənməz rəhmətinə həmd və səna etməlidir. Qeyd olunan məsələləri nəzərə almaqla qeyd etməliyik ki, Həmd surəsində «Ərrəhmanir-rəhim» cümləsini iki dəfə işlənməsi heç də təkrar məqsədi daşımır. Birincisi, yəni «Bismillah» ayəsində təbərrük məqsədi ilə, ikincidə isə məqsəd, bütün həmd və sənaların Allaha aid olduğunu bəyan etməkdir.
    «Maliki yəvmiddin» – Bu cümlə ilə həmd və sənaya səbəb olan dördüncü əsas amilə işarə olunur. Belə ki, bütün insanlar qiyamət günü Allahın hüzuruna [Məhşərə] qaytarılacaq və orada öz əməllərinin müqabilində ya cəzalandırılacaq, ya da mükafatlandırılacaqlar. Belə isə Ondan qorxmalı, bir an da olsun itaətsizliyə yol vermədən şəninə şükr və səna deməliyik.
    «Maliki yəvmiddin» cümləsini başqa ifadələrlə təfsir etmək istəsək deməliyik ki, qiyamət günü haqq-ədalət, Allahın öz bəndələrini bağışlayıb rəhmət və mərhəmət qanadı altına aldığı gündür. Belə isə insanlar o gün bu iki böyük nemət ilə bəhrələndikləri üçün layiqincə Onun şəninə şükr və səna etməlidirlər.
    Həmd surəsinin birinci hissəsinin təfsirini burada bitirib Allahın köməyi ilə növbəti fəsildə ikinci hissəyə başlayırıq.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 637 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024