İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    İSLAMDA İTAƏT HÖKMÜ
    ALLAHA İTAƏT
    Allaha itaət olunmağın vacibliyi və itaət olunmadıqda insanın əzaba düçar olacağı hamıya bəlli olan bir məsələdir. Quranın bir çox ayələrində Allah-taala onun əmrinə tabe olan şəxsləri cənnət nemətləri ilə mükafatlandıracağına, tabe olmayanları isə böyük əzablarla cəzalandıracağına vədə vermişdir.
    ALLAHDAN QEYRİSİNƏ İTAƏT
    Bu məsələ şəri nöqteyi-nəzərdən bir neçə qismə bölünür: Bəzən vacib, bəzən haram, bəzən də mubah [icazə verilmiş] olur.
    1. Bəzən Allahdan qeyrisinə itaət etmək Allahın özü tərəfindən əmr olunur.
    «Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik». (4/64).
    Bu səbəbdən də Allah-taala insanların Ona itaət etmələrini əmr edərkən Peyğəmbərə (s) də itaət etməyin zəruriliyinə işarə edir.
    «Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə [Cənnətə] nail olar». (33/71).
    «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!». (4/59).
    2. Bəzən də insanı günaha sürükləyən Şeytan və digər şeylərə itaət etmək Allah tərəfindən yasaq olunur.
    Şübhəsiz ki, belə bir itaət şəri nöqteyi-nəzərdən haram, əqli baxımdan isə olduqca nalayiq və xoşagəlməz bir işdir. Belə ki, bir çox hallarda insanın Allahdan qeyrisinə itaət etməsi şirk və küfrə sürükləyir. Bu ona bənzəyir ki, bir şəxs başqa birisini küfr və ya şirkə əmr etmiş və həmən şəxs də öz növbəsində ondan itaət edərək dediyi hər bir sözü qəbul etmiş olur. Belə ki, Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə». (33/1).
    «Elə isə Rəbbinin hökmünə səbr et və onlardan [Məkkə müşriklərindən] günahkar və nankor olana boyun əymə!» (76/24).
    «Əgər ata-anan bilmədiyin şeyi Mənə şərik qoşmağa cəhd göstərsələr [bu işdə] onlara itaət etmə».(31/15).
    3. Bəzən də insan, Allah tərəfindən əmr və ya yasaq olunmadan Allahdan qeyrisinə itaət edir. Bu kimi itaətləri nə haram adlandırmaq olar, nə də halal. [Əskərin ordu başçısından itaət etməsini buna misal çəkmək olar]. Yox əgər insan haram işlərdə bir başqasından itaət edərsə və onun itaət etməsi ibadət və pərəstiş həddinə çatarsa, o, yuxarıda qeyd olunan itaətin ikinci növünə aid olacaqdır və bu da günah və şirkdir.
    PƏRƏSTİŞ VƏ TƏZİM ARASINDA OLAN FƏRQ
    İtaətlə yanaşı insan Allahın qarşısında öz sədaqət və təvazökarlığını da bildirməlidir. İstər əqli, istərsə də şəri cəhətdən insanın Allahın qarşısında itaət göstərməsi, öz sədaqət və təvazökarlığını bildirməsi üçün heç bir dəlil və sübuta ehtiyac yoxdur.
    İnsanın, yaradılmışlar [məxluqat] qarşısında əksilərək öz acizliyini etiraf etməsi isə itaət kimi bir neçə hissəyə bölünür.
    1. Bəzən insan Allah tərəfindən elə bir yüksək məqama təyin olmayan [özü kimi] bir varlığın qarşısında kiçilir və ona təzim edir. Övladın ata və şagirdin öz müəllimi qarşısında təzim etməsini buna misal çəkmək olar. Bəzi hallarda – məsələn, Allahdan qeyrisinin qarşısında səcdə etmək istisna olmaqla, şəriət tərəfindən belə bir rəftar yasaq olunmadıqda, insanın yuxarıda qeyd olunan şəraitlərdə təzim etməsinin təbii ki, heç bir irad və nöqsanı da olmamalıdır.
    Allah tərəfindən belə bir qadağa olmadığı bir halda onu şirk ilə əlaqələndirmək də tamamilə əsassız olardı. Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Onların hər ikisinə acıyaraq mərhəmət qanadımın altına alıb: «Pərvərdigara! Onlar mənim körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» (17/24).
    Göründüyü kimi Allah-taala «hifz cənah» ifadəsi ilə insana valideynlərinin qarşısında təzim etməyi əmr edir. Əvvəlki ayədə isə Allahdan qeyrisinə ibadət etməyi qətiyyətlə yasaq edir.
    «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı] buyurmuşdur». (17/23).
    Diqqət yetirin. Məgər əvvəlki ayədə işlənən «hifz cənah» ifadəsi valideynlərin qarşısında təzim etmək bu ayədə nəzərdə tutulan valideynlərlə gözəl davranmağa əmr olunması demək deyilmi? Məgər valideynlərə itaət etmək, Allaha itaət etmək deyilmi?
    Buradan belə bir qənaətə gəlmək olmazmı ki, Allahdan qeyrisinə olunan bütün itaətlər şirk deyildir?
    2) Bəzən də insan başqa birisini Allah tərəfindən yüksək məqama mənsub olunduğunu hesab edir. Və bu əqidəyə əsasən onun qarşısında təzim edərək müqəddəs tutur. Lakin bir çox batil din və məzhəblərdə olduğu kimi, əgər insan yalnış əqidəyə əsaslanaraq Allahın izni olmadan onların qarşısında təzim edərsə, dində bidətə yol vermiş və Allaha iftira etmiş olur. Quran sünnət, əql və icmaya əsasən bu növ təzim və ehtiram əlaməti qeyd etdiyimiz kimi bidət və haramdır. Kəhf surəsinin 15-ci ayəsində bu haqda deyilir:
    «Allaha qarşı yalan uydurub düzəldən şəxslərdən daha zalim [özünə zülm edən] kim ola bilər?!» (18/15).
    3. Bəzən də insan Allahın izni və əmri ilə başqa birisinin qarşısında təzim edir. İnsanın Peyğəmbər, onun canişinlərinin, möminlərin və ya Quran, məscid, Həcərul-əsvəd və s. kimi Allaha mənsub olan şeylərin qarşısında təzim etməsini buna misal çəkmək olar. Bu kimi təzim və ehtiram əlamətləri nəinki şirk deyil, əksinə Allah tərəfindən olduqca bəyənilən rəftarlardandır. Belə ki, Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bilsin ki] Allah [onun yerinə] elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar». (5/54).
    Bəli, insanın Allahı əmri ilə təzim etməsi sözün əsl mənasında Onun öz qarşısında təzim etməsi deməkdir. Çünki, Allahın birliyinə sidq ürəklə iman gətirən şəxs Onun hər şeyə qadir olduğunu (yaratmaq, öldürmək, ruzi vermək, bağışlayıb və ya əzab vermək və s.) və digər tərəfdən peyğəmbər və onun davamçılarının [canişinlərinin] adi bəşər, lakin onların pak və əməli-saleh və itaətkar olduqlarını qəbul edir və belə əqidəyə əsaslanır.
    Belə bir saf əqidəyə malik olan bir şəxs onları Allahın izni ilə Onun öz dərgahında şəfaətverici vasitə hesab edir. Belə olduqda o nə Allahın hökmündən çıxmış olur, nə də Ona şərik qoşmuş olur.
    Hər bir müsəlman çox yaxşı bilir ki, Peyğəmbər (s) həcc ziyarəti (və ya digər vaxtlarda) həcərül-əsvədi (qara daşı) öpər ona əl çəkər, möminlərin, şəhidlərin və əməli-saleh şəxslərin qəbrlərini ziyarət edər, qəbirlərin qarşısında duraraq onlara salam verər və Allah-taaladan onların bağışlanmasını dua edərdi. Peyğəmbərdən (s) sonra da səhabələr qəbirləri ziyarət edər, təbərrük olaraq onları öpər və sağlığında olduğu kimi, vəfat etdikdən sonra da Peyğəmbəri (s), Allahla özləri arasında şəfaətverici olaraq qərar verərdilər. Onlar bu kimi rəftarları tək Peyğəmbərə (s) deyil, özlərinin digər əməli-saleh dini rəhbərlərinə qarşı da edərdilər. İstər əshab, istərsə də din alimləri bu kimi rəftarlara qarşı müxalif mövqe tutmamışlar. Lakin İbni Teymiyyə ləqəbi ilə şöhrət tapmış Əhməd ibni Əbdül-həlim Hərani ilk dəfə qəbirlərin ziyarət olunması və bu məqsəd üçün səfərə çıxmağın haramlığına dair hökm verir. Onun fikrincə qəbirləri öpmək, əl çəkmək, qəbr sahiblərini vasitə qərar verərək onlardan şəfaət istəmək haram və şirk ilə bərabərdir. O, hətta Peyğəmbərin (s) qəbrini ziyarət edən, onu öpüb əl çəkən şəxslərlə mübarizə aparır və onların bu işlərini kiçik şirk və bəzən də böyük şirk kimi qələmə verirdi.
    Müasir islamşünas alimlər İbni Təyəmiyyənin əqidə və tərzi-təfəkkürünü diqqətlə araşdırdıqdan sonra onun islam dinində sabit olmuş məsələlərlə müxalif olduğunun, hətta onlardan bəzilərinin inkar etdiyinin şahidi olmuşlar. Bu səbəbdən də yekdilliklə onun etibar baxımından saqit və bidətçi olduğuna fitva vermişlər. Çünki, onlar çox gözəl bilirdilər ki, möminlərin və xüsusilə də Peyğəmbərin (s) qəbrinin ziyarət olunmasının savabı haqda bir çox hədis və rəvayət nəql olunmuşdur. Peyğəmbərdən (s) nəql olmuş bu rəvayətlərin birində deyilir:
    «Hər kəs məni vəfat etdikdən sonra ziyarət edərsə, sanki məni sağlığımda ziyarət etmişdir.»
    Peyğəmbərdən (s) bu məzmunda onlarla digər hədis və rəvayətlər nəql olunmuşdur.
    Bu səbəbdən də İbni Teymiyyənin həbs olunmasına və tövbə etməyincəyinədək ağır həbs şəraitində saxlanmılmasına fitva verilir.
    Əgər İbni Teymiyyənin məqsədi müsəlmanlar arasında bilərəkdən ixtilaf yaratmaq olmayıbsa da, böyük səhvə yol verərək qəbirləri ziyarət, onlardan şəfatə istəmək və s. Allahdan qeyrisinə pərəstiş və şirk hesab etmişdir. Lakin o, buna diqqət yetirməmişdir ki, qəbirləri ziyarət edən həmən bu şəxslər Allahın birliyinə, Ondan başqa ruzi verən və yaradan ikinci bir varlığın olmadığına iman gətirmişlər. Və onların təzim etməklərindən məqsəd dinin müqəddəs ayinlərinə ehtiram etməkdən başqa bir şey deyildir və sözün əsl mənasında təzim Allahın özünə olunur. Və bütün bunların şirk ilə heç bir əlaqə və oxşarlığı yoxdur. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, şirk ona deyilir ki, insan Allahdan qeyrisinə pərəstiş [ibadət] etmiş olsun. Pərəstiş isə ona deyilir ki, insan ibadət etdiyi məbudun qarşısında səcdə etmiş olsun. Lakin Peyğəmbər (s) və onun davamçılarına [canişinlərinə] təzim hara, belə bir əqidə hara!?
    Məlum məsələdir ki, heç bir müsəlman öz peyğəmbərinə itaət etməyir, o ki qaldı onun qəbrinə. Onun və canişinlərinin müqabilində təzimə gəldikdə isə, o bütün bunları hər zaman Allaha sidq ürəklə bəndəlik etdikləri və əməli-saleh işlər gördükləri üçün edir.
    Bir sözlə, qəbirlərin ziyarət olunması, onları öpmək, əl çəkmək, onların müqabilində təzim etməyi əsla şirk hesab etmək olmaz. Əgər bu kimi işləri şirk adlandırarıqsa, gərək hər bir insanın ehtiram əlaməti olaraq başqa birisinin müqabilində təzim etməsini də şirk kimi qələmə verək. Bir haldakı İbni Teymiyyə və onun tərəfdarları bunun şirk olduğunu əsla qəbul etmirlər. Bütün bunlarla yanaşı əgər qəbirlərin ziyarət olunmasını şirk adlandırsaq, gərək Peyğəmbəri (s) də (nəuzubillah) müşrik hesab edək. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi o, öz sağlığında bu kimi işlər görərdi.
    Bu kimi işləri şirk və bu əməli edən şəxsləri müşrik adlandıran bir şəxs, Peyğəmbərin (s) də şirkə yol verdiyini iddia edə bilərmi? Heç vaxt! Çünki, şirk peyğəmbərliyə aid olunmaz bir xüsusiyyətdir. Bunun üçün deməliyik: Ya bəzi şirklərin eyb və nöqsanı yoxdur və ya qəbirlərin ziyarət olunmasını və Allaha aid olan – Quran, Kəbə, Həcərül-əsvəd və s. kimi şeylərin qarşısında təzim etməyin şirk ilə heç bir əlaqəsi yoxdur. Və bunları şirk adlandırmayır. Bəzi şirklərə icazə verən birinci ehtimal [fərziyyə] tamamilə batil və əsassız olduğu üçün qəbirlərin ziyarət və onların müqabilində təzim etməyin şirk olmadığını bildirən ikinci ehtimalı qəbul etməliyik. Çünki qəbirləri ziyarət və qəbir sahiblərinə təzim etmək heç də şirk deyildir. Və bu kimi işlər Allahın izni ilə həyata keçirilərsə, sözün əsl mənasında insan Allaha itaət və təqvaya əməl edərək dinin müqəddəs ayinlərini yerinə yetirmiş olur.
    Qurani-kərimdə bu haqda buyurulur:
    «Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu [hörmət] şübhəsiz ki, qəlblərin təqvasındandır [Allahdan qorxmasındandır]». (22/32).
    Peyğəmbər (s) və əməli-saleh mömin insanların qəbirlərinin ziyarət olunması haqda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz onlardan bir neçəsinə əvvəlki fəsillərdə işarə etdik.
    ALLAHDAN QEYRİSİ ÜÇÜN EDİLƏN SƏCDƏ
    Dediklərimizdən belə məlum olur ki, Allahdan qeyrisinə təzim etmək, əgər Allah tərəfindən yasaq olunarsa şəri nöqteyi-nəzərdən haram hesab olunur. [Məzhəbindən asılı olmayaraq] müsəlman icması arasında bu barədə heç bir ixtilaf və fikir ayrılığı nəzərə çarpmayır. Və Allah-taala, Qurani-kərimdə bu haqda buyurur:
    «Günəş və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə [heç bir şərik qoşmadan ibadət edin]». (41/37).
    «Şübhəsiz ki, [bütün] məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!» (72/18).
    Ayə dediklərimizə yalnız o zaman dəlalət edə bilər ki, «məsacid» deyildikdə səcdə edərkən yerə qoyulan yeddi bədən üzvü (alın, iki əl, dizlər və baş barmaqların ucu) nəzərdə tutulmuş olsun. Buna dəlalət edəcək bir neçə hədis və rəvayət də nəql olunmuşdur.
    Belə ki, ayənin zahiri mənasından da bu nəticəyə gəlmək olur.(Biharul-әnvar 30-cu cild sәh-301.)
    İFTİRA VƏ TÖHMƏT
    Şiə məzhəbinə vurulan əsassız töhmətlərdən biri də onların imamların və digər müqəddəs hesab etdikləri şəxslərin qəbirləri qarşısında səcdə etmələridir. Lakin bu bağışlanmaz və heç bir əsası olmayan iftira və töhmətdir. Allah-taala onlara qarşı iftiralar yağdıran şəxsləri qiyamət günü məhşərə toplayacaq və özünün ədalət məhkəməsində mühakimə edəcəkdir. Çünki, O, hökm çıxaranların ən ədalətlisidir.
    Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.» İlahi Sən özün bütün bunların böhtan və batil olduğunun şahidisən. Şiə məzhəbinin hal-hazırda mövcud olan istər qədim, istərsə də müasir kitablarında insanın Allahdan qeyrisinə səcdə etməsi haram olduğu göstərilmişdir. Belə bir iftiranı [qəbr torpağına səcdə etməyi] şiə məzhəbinə yaxan şəxslərdən bu işi bilərəkdən böhtan və iftira yaxmaq üçün edir, ya da şiə məzhəbindən heç bir anlayışı yoxdur. Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər.
    Şiə məzhəbi namaz qılarkən səcdə olunası şeylərin torpaq, daş, gil, geyilən və yeyilən şeylər istisna olmaqla, yerdən çıxan hər bir şeyin üzərinə səcdə etməyi zəruri hesab edir. Lakin torpağa, xüsusilə imam Hüseyn (ə)-ın türbətindən hazırlanmış torpağa [möhür daşına] səcdə etməyi daha fəzilətli sayır.
    Şiə məzhəbinin torpağa səcdə barədə vəhy sülaləsi olan Əhli-beyt xanədanından əldə etdiyi məlumatların xülasəsi bundan ibarət idi.(Kәnzul-ummal kitabında bu barәdә 280-dan çox hәdis vә rәvayәt nәql olunmuşdur.) Bütün bunları nəzərə alaraq şiə məzhəbini şirkdə və Allahdan qeyrisinə səcdə etməkdə ittiham etmək olarmı? Məgər bütün bunlar iftira və böhtan deyilmi?(Sәhihi Buxari 1-ci cild 86-cı sәh.) Bütün bu iftiraların müqabilində onları bağışlamaq olarmı?
    İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ
    Şiə məzhəbi belə bir əqidədədir ki, imam Hüseyn (ə)-ın türbəti digər torpaqlar kimi səcdə üçün pak olsa da Peyğəmbərin (s) sevib əzizlədiyi cənnət cavanlarının ağası [imam Hüseyn (ə)] bu torpaqda dəfn olunduğu üçün öz müqəddəsliyi ilə digər torpaqlardan fərqlənir və fəzilətli hesab olunur.(Sәhihi Müslüm 1-ci cild 130-cu sәh.)
    Bu torpaq elə bir şəxsi öz qoynuna almışdır ki, o, cəddi həzrət Məhəmmədin (s) dinini qorumaq, zülm və ədalətsizliyə son qoymaq və azadlıq naminə öz qohum-əqrəbası ilə zəmanəsinin zülmkar xəlifəsinə qarşı üsyan etmiş və bu yolda şəhidlik şərbətini içməyə nail olmuşdur.
    Bu türbət bəşəriyyətə Allah yolunda fədakarlıq və rəşadət dərsi verir və insanların zehnində, tarixdə misli görünməyən təkanverici xatirələr canlandırır.
    Şiələr bu türbətə böyük ehtiramla yanaşırlar. Onlarda yaranmış bu münasibət ona sitayiş etmək üçün deyil, sözün əsl mənasında insaniyyətə, azadlığa, Allah yolunda fədakarlığa, zülm və ədalətsizliklə mübarizəyə verdikləri əhəmiyyətdən irəli gəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, istər sünnü, istərsə də şiə məzhəbinin mötəbər mənbələrində imam Hüseyn (ə)-ın türbətinin fəziləti haqda bir çox hədis və rəvayət nəql olunmuşdur.(Uyun Әxbarurrza 1317 h.ş.)
    Fərz edək Peyğəmbərdən (s) bu barədə bir rəvayət də nəql olmamışdır. Yaxşı olmazdımı ki, [səcdə edərkən] bu türbətdən digər torpaqlara qarışdırılaraq onun üzərinə səcdə olunsun? Çünki, imam Hüseyn (ə)-ın türbəti [üzərinə səcdə olunması düzgün olan] digər torpaqlarla yanaşı onu özündə gəzdirən şəxs üçün böyük həyat dərsidir. Belə ki, onun yolunu davam edən şəxslər fədakar, şücaətli olar. Züml və ədalətsizliklərə qarşı mübarizə aparar və özünün müqəddəs hədəfinə çatmaq üçün canından, malından hətta övladından belə keçməyə razı olar. Bəşəriyyətə azadlıq və dərin mənəviyyat dərsi verən belə bir müqəddəs hərəkatı şirk adlandırmaq insanda təəssüf hissi doğurmazmı?
    ADƏM (Ə)-IN SƏCDƏ ETMƏSİ BARƏDƏ İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏLƏR
    Maraq doğuran suallardan biri də budur ki, əgər Allahdan qeyrisinə səcdə etmək olmazsa, Mələklər nə üçün Adəmə səcdə etmiş və ümumiyyətlə onlar yaradılmış bu ilk insana [və eyni zamanda Peyğəmbərə] necə səcdə etmişlər? Kəlam və təfsir alimləri bu suala müxtəlif cavablar vermişlər və biz onlardan bir neçəsinə işarə edirik.
    1. Deyirlər: Mələklər Adəmə şöhrət və tutduğu mövqiyyətə görə deyil, ehtiram əlaməti olaraq təzim və səcdə etmişlər.
    Cavab: Mənim fikrimcə bunun heç bir əsası yoxdur. Çünki, səcdə ayəsində onların Adəmə səcdə etmələrinin səbəbi bəyan olunub və verilən bu fərziyyə ilə tamamilə fərqlidir. Əsaslı dəlil olmadan ayəyə belə bir təfsir vermək heç də düzgün olmazdı. Bunu da qeyd etmək lazımdır ki, nəql olmuş bir çox rəvayətlərdə Adəm övladlarının Allaha səcdə etmələri və Şeytanın bundan çox narahat olaraq və uca səslə nalə etdiyi göstərilir. Allahın, mələklərə səcdə etmələrini əmr etməsi və Şeytanın bundan boyun qaçırması səcdənin öz həqiqi mənasını çatdırır. Belə ki, Şeytan insanların Allaha səcdə etməklə Ona daha da yaxınlaşdıqlarını və eyni zamanda səcdə etməkdən boyun qaçırdığı üçün Allahın dərgahından qovulmasını xatırlayıb sarsılır və uca səslə nalə çəkməkdən savayı əlindən bir şey gəlmir.
    2. Deyirlər: Mələklər Allaha səcdə etmişlər. Lakin namazda üz qibləyə tərəf tutulduğu kimi mələklər də Allahın əmri ilə təzim əlaməti olaraq üzlərini Adəmə doğru tutmuş və Allahın qarşısında səcdə etmişlər.
    Cavab: Bu anlam da ayənin zahiri mənası və bu barədə nəql olmuş bir çox hədis və rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir. Çünki, ayənin məzmunundan məlum olur ki, Şeytan özünü Adəmdən (ə) üstün tutduğu üçün onun qarşısında səcdə etməkdən boyun qaçırmışdır. Əgər səcdə deyildikdə, yalnız Allahın qarşısında səcdə etmək və Adəm (ə)-in qiblə xarakteri daşıması nəzərdə tutulsaydı Şeytanın etiraz edərək (Ətəscudu limən xələqtə min tinin – Torpaqdan yaratdığın bir varlığın qarşısında səcdəmi edim) deməsi heç bir məna və məfhum daşımazdı. Çünki, səcdə edənin Allaha ibadət etmək üçün qərar verdiyi qiblədən daha üstün olması tamamilə mümkün və təbii bir haldır.
    3. Bəziləri deyirlər: Adəmə səcdə, Allahın hökmü olduğu üçün onu yerinə yetirmək də Allaha xatir və Onun əmrinə tabe olmaq deməkdir. Bu səbəbdən də bunu Allahdan qeyrisinə səcdə etmək kimi qəbul edə bilmərik.
    İzahat: Səcdə, insanın Allah qarşısında bildirdiyi sonsuz təzim, itaət əlamətidir. Bu səbəbdən də Allah-taala səcdəni öz zatına aid etmiş və insanları özündən qeyrisinin qarşısında hətta itaət məqsədi ilə olsa belə səcdə etməkdən çəkindirmişdir. Allahın əmri ilə Allahdan qeyrisinin qarşısında səcdə etmək də Allaha səcdə və itaət etmək deməkdir. Çünki, əsas məqsəd Allahın əmrinə tabe olmaq və Onun göstərişinə əməl etməkdir.(Biharul-әnvar 1-ci cild 33-cü sәh.)
    Bizim fikrimizcə bu irəli sürülmüş kamil və doğru nəzəriyyədir. Çünki, insan yalnız öz Allahına tabe olmalı və Onun istək və tələblərinə əməl etməlidir; bir an da olsun özündə müstəqillik hissi taparaq Onun əmrinə tabe olmaqdan boyun qaçırmamalıdır.
    O daim özünü Allahının qarşısında kiçik və aciz görməlidir. Lakin bu hiss yalnız Allahın hüzurunda olmalıdır. Çünki, insan Allahın əmrinə Onun əzəmətini dərk etdiyi üçün tabe olur.
    NƏTİCƏ
    Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, Allaha xatir görülən bütün işlərə dair Allah tərəfindən ümumi və ya xüsusi [həmən işin görülməsi üçün] icazə və icra hökmü olmalıdır. Əgər hökmün verilməsi barəsində şəkk və tərəddüd olunarsa «dörd qəti dəlilə» [Quran, sünnət, əql və icma] əsasən ona əməl etmək haram və dində bidətə yol vermək sayılır.
    Lakin qəbirlərin ziyarət olunması, onlara əl çəkmək, öpmək, ehtiram əlaməti olaraq qəbr sahiblərinin və əməli-saleh insanların qarşısında təzim etməyin həm əqli dəlillər, həm də nəql olmuş rəvayətlərlə haram olmadığı sabit olmuşdur. Əhli-beyt (ə)-dan bu məzmunda nəql olmuş rəvayətlər mətləbin açıqlanmasında bizə daha çox köməklik edir. Çünki, Peyğəmbər (s) özü onların cəmiyyət arasında Quran kimi əhəmiyyət kəsb etdiklərinə dəfələrlə işarə etmişdir. Bu rəvayətlərin birində deyilir:
    «Mən sizin aranızda iki ağır şey qoyuram; Allahın kitabını [Quranı] və Əhli-beytimi.»
    Ümumi dəlillər və Əhli-beyt tərəfindən nəql olmuş rəvayətlərlə yanaşı, əhli sünnə mənbələrində nəql olmuş rəvayətlər və müsəlmanların istər keçmişdə, istərsə də bu günlərdəki qəbirlərin ziyarətinə olan münasibətləri də bunun haram olmadığını bir daha sübuta yetirir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 674 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024