İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    ŞİRK NƏYƏ DEYİLİR
    Əgər fitr və qurban namazı, qadınların heyz halında namaz qılması, həcc mərasimini digər aylarda yerinə yetirmək və s. şəri nöqteyi-nəzərdən haram olsaydı onları [bilərəkdən] yerinə yetirməklə insan günaha batmış olardı. Lakin bütün bunları yerinə yetirməklə insan nə kafir olur, nə də müşrik. Demək insanın hər günah iş görməsi onun heç də küfr və şirkə yol verməsinə səbəb olmur. Çünki, bir qədər əvvəl qeyd etdik ki, şirk, insanın başqa birisinin və ya ayrı bir varlığın qarşısında özünü aciz və kiçik sayması, eyni zamanda Allah sanaraq onun qarşısında təzim etməsidir. Lakin insan özünü Allah bəndəsi və təzim etdiyi varlığın da «Allah» olduğunu bilsə, bunu əsla şirklə əlaqələndirmək olmaz.
    Demək insan itaət məqsədi olmadan Allahdan qeyrisinə səcdə edərsə, bu iş haram olsa belə, heç vaxt onun küfr etməsinə və dindən çıxmasına səbəb olmur. Çünki, islam dinində əsas meyar Allahın birliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməkdir. Şəri nöqteyi-nəzərdən insan şəhadət verməklə özünün can və malını bütün təcavüzlərdən qorumuş olur. Bu bir həqiqətdir ki, sünnü və şiə məzhəbində nəql olmuş mütəvatir rəvayətlərdə öz əksini taparaq sübuta yetirilmişdir.
    Bütün bunları nəzərə alaraq, şəhadət verən şəxsləri Allaha yaxınlaşmaq məqsədi ilə Peyğəmbər (s) və əməli-saleh insanların qəbirlərini ziyarət etmələrinə görə küfr və şirkdə ittiham etmək olarmı?!
    Halbuki Quranda bu haqda belə buyurulur:
    «Sizə salam verən bir şəxsə, dünya həyatının puç mənfəətinə tamahsılanaraq «sən mömin deyilsən!» – deməyin». (4/97).
    Bəli! Budur təkallahlılığın həqiqi mahiyyəti. Amma qoy iftira yaxan və əməli-saleh insanları küfr və şirkdə ittiham edən şəxslər öz qərəzli niyyətlərini davam etdirsinlər. Gün gələr Allahın haqq dərgahında mühakimə olunar və özlərinin layiqli cəzalarına çatarlar. Odur hər şeyi bilən və ədalətli hökm çıxaran.
    İBADƏT NƏDİR?
    İbadət ixtiyari və insanın istək və iradəsi ilə həyata keçən bir iş olduğu üçün insanın daxilində onu bu işə sövq və vadar edən müəyyən məqsəd və hədəfi olmalıdır. O, özü-özlüyündə bir neçə qismə bölünür:
    1. Cəmin iş bəzən insanın daxildə hiss etdiyi Allah məhəbbətindən və xeyirxah işlərin müqabilində Allahın verdiyi cənnət vədəsindən irəli gəlir.
    «Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacları atlından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər». (4/13).
    «Allaha iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir».(Maidə-9).
    2) Bəzən isə insanı ibadətə vardar edən amil, onun daxilində olan ilahi xof və cəhənnəm əzabından qorxu hissi olur.
    «Əgər Rəbbimə asi olsam, [müsibəti] böyük günün [qiyamət gününün] əzabından qorxuram». (10/15).
    «Həqiqətən, biz Rəbbimizdən, çox sərt, müdhiş və çətin gündən [üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən] qorxuruq!» (79/10).
    Bəzi ayələrdə də hər iki məqsədə işarə olunub.
    «Onlar ibadət üçün yataqlarından qalxar [gecələr az yatar], qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən [ehtiyacı olanlara] sərf edərlər». (32/16).
    «Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır». (7/56).
    «Onların tapındıqları tanrıların özlərindən hər hansı biri [Allah dərgahına] daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur».
    3) Bəzən də insan, Allahın bütün kamil sifət və xüsusiyyətlərə malik olduğunu görüb Onu özünə tanrı bilib, Ona iman gətirib ibadət və xeyirxah işləri ilə Onun razılığını qazanmaq istəyir.
    Bu ibadətin ən yüksək mərhələsidir. Bu mərhələyə yalnız o kəslər nail ola bilər ki, Allahı hər şeydə görmüş və özləri Onun müqəddəs zatında məhv və fani olmuş olsunlar. Onlar artıq özlərini Allahın qarşısında bir varlıq hesab etmirlər. Bütün vücudları ilə hər şeydən ayrılaraq Onun rəhmətinə göz dikirlər.
    Yalnız bu mərhələyə nail olanlar sidq ürəklə və xalisanə ibadət edə bilərlər. Peyğəmbər (s) və Məsum imamlardan başqa hələ ki, bu mərhələyə nail olan ikinci bir şəxs olmamışdır. İxlasa yalnız onlar nail olmuşlar və şeytanın nüfuz edə bilmədiyi və sözün həqiqi mənasında ayənin real nümunəsi onlar olmuşlar.
    «İblis dedi: «Ey Rəbbim! Məni azdırmağına [rəhmətindən kənar etməyinə and içirəm ki, mən də insanlara [pis əməllərini, günahlarını] yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!» (15/39-40).
    Əmirəl-möminin Əli (ə) bu barədə belə buyurur: «İlahi Sənə cənnət nemətlərinin ümidi və ya cəhənnəm əzabının qorxusundan ibadət etmirəm. Səni ibadətə layiq bilib bunun üçün Sənə ibadət edirəm.» (Üsuli-Kafi 1-ci cild, 239-cu sәh. Vafi 2-ci cild 155-ci sәh.)
    Bu mərhələyə yalnız Əli (ə) və onun simasında olan qəlbləri imanla dolu əməli-saleh şəxslər nail ola bilərlər. Çünki, onlar Allah dərgahında qərq olmuş və ondan başqa ayrı bir varlıq görməyən və Allahı, Onun özünə xatir ibadət edən şəxslərdirlər. Sair insanların ibadəti isə birinci iki qismə aiddir. Belə ki, onlar bu ilahi məqama çatmadan ya Allahdan olan qorxu üzündən və ya cənnət nemətlərinə nail olmaq üçün Ona ibadət edirlər.
    Beləliklə bir çoxlarının irəli sürdükləri nəzəriyyələrin batil və əsassız olduğu bəlli olur. Onlar deyirlər: «İnsanın qorxu üzündən və cənnət nemətlərinə xatir ibadət etməsini, həqiqi ibadət hesab etmək olmaz. Həqiqi ibadət odur ki, insan Allaha, Ona xatir ibadət etmiş olsun.»
    Bu nəzəriyyə ona görə batil hesab olunur ki, məsum imamlar istisna olmaqla ümumi kütlənin etdiyi ibadət məhz belə bir xüsusiyyətə malikdir. Onlar Allaha yalnız bu həddə ibadət etməyə qadir olduqları üçün məsum imamların nail olduqları məqama çatmaları sadəcə olaraq imkan daxilindən xaricdir.
    Bütün bunlarla yanaşı belə bir qənaətə gəlmək olur ki, insanın qorxu üzündən və cənnət nemətlərinə xatir etdiyi ibadətlər tamamilə düzgün və məqbuldur. Belə ki, yuxarıda qeyd olunan ayələrdə bu növ ibadətlər Allah tərəfindən bəyənildiyi və ibadət edən şəxslərin gözəl ibadətlərlə vəsf olunduğu göstərilir. Bütün bunlar isə ibadətlərin məqbul olduğuna dəlalət edir. Bunu da qeyd edək ki, imamlardan nəql olunmuş onlarla hədis və rəvayətlərdə bu kimi ibadətlərin məqbul olduğuna işarə olunmuşdur.
    Bir qədər əvvəl qeyd etdik ki, Həmd surəsinin ilk ayələri Allah-taalanın rəhmət, mütləq malikiyyət, qüdrət və s. xüsusiyyətlərə malik və axirət gününün sahibi olduğu üçün həmd və şükrün məhz Ona aid olduğuna dəlalət edir. Bu səbəbdən də həmən ayəlrədə ibadətin müxtəlif səbəb və mənalarına işarə olunmuşdur.
    Nəticə:
    Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, ibadət ya heç bir təmənna olmadan, yalnız Allaha xatir olmalıdır– bu əməli-saleh və mömin insanların ibadətidir – ya mənfəət əldə etməyə can atan tacirlər kimi, Allahın cənnət nemətlərindən bəhrələnmək üçün olmalıdır, ya da ağasından qorxan qullar tək, Allaha cəhənnəm əzabından qorxduğu üçün ibadət edən şəxslərin ibadəti.
    ŞƏFAƏT VƏ KÖMƏK DİLƏMƏK
    Həmd surəsinin 4-cü ayəsinin — «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» — anlamında qeyd etdik ki, ayədə iki mühüm mətləbə (ibadət və kömək diləməyə) işarə olunmuşdur. Bir qədər əvvəl «ibadət» haqda ətraflı söhbət açdıq. İndi isə «kömək diləməyin» nədən ibarət olduğu və onun mahiyyəti haqda söhbət açmaq istəyirik.
    İnsan gündəlik həyatında gördüyü müxtəlif işlərdə həmçinin qarşısına qoyduğu məqsədə çatmaq üçün Allahdan qeyrisinin köməyindən istifadə edir və bir çox hallarda özü onlara kömək əlini uzadır və onlardan yardım istəyir. İstər əql, istərsə də şəriət bunun üçün heç bir yasaq və qadağa təyin etməmişdir.
    Allah-taala Qurani-kərimdə bu haqda belə buyurur:
    «Səbr etmək və namaz qılmaqla kömək diləyin». (2/45).
    «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun». (5/12).
    «Zülqərneyin dedi: Rəbbimin mənə verdiyi [qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən] daha yaxşıdır». (18/95).
    Yuxarıda qeyd olunan ayələrdən belə bir nəticəyə gəlmək olur ki, insan tək Allahdan deyil, başqalarından yardım və kömək ala bilər. Demək (İyyakə nəstəin) ayəsində – Yalnız Səndən kömək diləyirik – deyildikdə bütün köməklər deyil, yalnız insanın Allahdan ixlas və daha layiqli ibadət etməsi üçün kömək diləməsi nəzərdə tutulur.
    İnsanın bütün işlərinin onun iradə və ixtiyarı ilə yerinə yetirildiyini göstərmək üçün belə bir yardım yalnız Allaha aid edilmişdir. Bu səbəbdən də «iyyakə nəbudu» cümləsində ibadətin yerinə yetirilməsi, yalnız insanın özünə, lakin Allahın kömək və yardımından asılı olduğu göstərilir. Belə ki, Allah, belə bir köməyi insana etmədikdə o öhdəsinə düşən dini məsuliyyəti (ibadəti) sona çatdıra biləcəkdir.
    Bu, insanın gördüyü bütün işlərə şahid olan ən kamil cəbr və ixtiyar nəzəriyyəsidir. Allaha olan ixlas da (saf iman da) məhz bunu tələb edir. Belə ki, cəbr (icbar) nəzəriyyəsinə əsasən Allah-taala insanlara məcburi olaraq gördükləri işlərə görə əzab və işgəncə verməlidir. Halbuki qeyri-ixtiyari işlərin müqabilində Allahın insanlara əzab verməsi ədalətə ziddir. Allah isə belə bir təsəvvürdən uzaq və münəzzəhdir.
    «Allah onların dediklərindən çox uca və yüksəkdir». (İsra-43).
    İxtiyar nəzəriyyəsi isə Allahdan başqa digər bir varlığın mövcud olmasını qəbul etməyimizi tələb edir. Çünki, belə bir əqidəyə əsasən insan bütün işlərin müstəqil səbəbkarı və (heç bir kənar amil müəssir olmadan) onun icrasıdır. Bu isə şirk ilə nəticələnən, olduqca yalnış təfəkkürdür.
    Bunun üçün də deməliyik ki, həm cəbr, həm də ixtiyar nəzəriyyəsinin hər ikisi batil və əsassız nəzəriyyələrdir. Lakin onların arasında münasib olan üçüncü nəzəriyyə vardır. O da bundan ibarətdir ki, insan gördüyü bütün işləri ixtiyari olaraq həyata keçirir və o bunun müqabilində Allah tərəfindən ya cəzalandırılır, ya da mükafatlandırılır. Lakin eyni zamanda Allah-taala ona bu işləri görmək qüdrəti verdiyi və lazımı şərait yaratdığı üçün həyata keçirdikləri bütün işlərdə dəxalət edir.
    Demək insan tam mənada muxtar (ixtiyarı öz əlində olan) bir varlıq deyildir. Cəbr və ixtiyar məsələsi haqda «Ecaz» (möcüzə) fəslində ətraflı söhbət açıdığımız üçün bir daha bu mövzuya qayıtmaq istəmirik.
    Ayədən əldə olunan məna, yəni köməyin Allahın müqəddəs zatına aid olmasının səbəbləri bundan ibarətdir.
    Demək Allah insanların ixtiyarına qüdrət, düşüncə və lazımı şərait qoymadıqda onların hər hansı bir iş görməsi sadəcə olaraq qeyri-mümkündür. Onlara bu işdə bütün varlıqlar, hətta cinlər belə köməklik etsələr heç bir nəticə verməyəcəkdir. Çünki, hər bir mümkün (yaradılışında başqa birisindən asılı olan) varlıq mövcud olmasında başqa birisinə möhtac olduğu kimi, gördüyü işlərdə də heç bir müstəqilliyə malik olmayacaqdır.
    Belə bir anlamdan (izahdan) sonra (iyyakə nəstəin – yalnız Səndən kömək diləyirik) cümləsinin nə üçün (iyyakə nəbudu – yalnız Sənə ibadət edirik) cümləsindən sonra gəldiyi artıq bəlli olur.
    Belə ki, ilk növbədə ibadətin yalnız Allaha aid olduğu və daha sonra möminlərə ibadətlərinin Allahın istək və iradəsi, onların ixtiyarına qoyduğu qüdrət və lazımı şəraitin Allah tərəfindən olduğu göstərilir. Demək insan, Allah iradəsindən asılı olan bir varlıqdır. Gördüyü xeyirxah işlərə onun özündən daha yaxın və daha müəssərdir. Çünki, onu bu işləri görməyə qadir edən və lazımı şərait yaradan məhz Allahın özüdür. Gördüyü günah və xoşagəlməz işlərdə isə o buna daha yaxın və daha layiqdir. Çünki o bu işləri öz ixtiyarı ilə görür.
    ŞƏFAƏT
    Quranın bəzi ayələrində Allahın insanların gördüyü işlərə nəzarət etdiyi, onların qüdrət, istək və iradələrinin Allahın ixtiyarında olduğu göstərilir. Allah, insanları kamala çatmaq üçün haqq yola istiqamətləndirir. O insanlara özlərindən daha yaxındır; istəklərini eşidir, bütün əməllərini görür, arzu və diləklərini həyata keçirir.
    «Məgər Allah öz bəndəsinə kifayət deyilmi?» (39/34).
    «[Ya Məhəmməd!] Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər». (2/186).
    Belə bir Allahı olan insan nə üçün özü kimi bir insandan kömək və şəfaət istəməlidir. O beləliklə yaradanla [Allah], yaradılmış (özü) arasında vasitə qərar vermiş və qarşısına qoyduğu məqsədin yolunu özü öz əli ilə uzatmış olur. Günahkar bir şəxs özü kimi bir insandan şəfaət istəməklə nəyə nail ola bilər? Onun şəfat istəyəcək yeganə ümid qapısı Allahın rəhmət dərgahıdır. O Allah ki, hər şeyə qadir və hakimdir.
    Bəli, insan Allahın izni olmadan başqa birisindən şəfaət istəyə bilməz. Lakin ona bu izn verilərsə, həmən şəxsdən şəfaət istəsə də, bu, Allahın rəhmət dərgahına üz tutub Onun özündən şəfaət istəmək sayılır.
    Quranın bəzi ayələrində Allahın belə bir icazəsinin yalnız bəzi insanlara verildiyi göstərilir. Bunu da qeyd etmək lazımdır ki, izn verilmiş şəxslər ümumi şəkildə deyil, müəyyən şəxslər olduğu göstərilir.
    Qurani-kərimdə bu haqda deyilir:
    «Allahdan əhd edilmiş kəslər müstəsna olmaqla, qalanları [kafirlər] şəfaət etməyə qadir olmazlar. [Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Allahın izni ilə şəfaət etməyə layiqdirlər]». (19/87).
    «O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (20/109)
    «Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz». (34/23).
    «Biz hər bir peyğəmbəri, ancaq ona Allahın izni ilə itaət olsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər». (4/64).
    Bu barədə bir neçə mütəvatir rəvayət də nəql olunmuşdur.
    ŞİƏ MƏNBƏLƏRİNDƏ NƏQL OLUNMUŞ ŞƏFAƏT RƏVAYƏTLƏRİ
    Şəfaətin «imamiyyə» (şiə) məzhəbində özünün xüsusi yeri vardır. Bu barədə kifayət qədər hədis və rəvayət nəql olunduğu üçün artıq heç bir şəkk-şübhəyə yer qalmır və biz onlardan bir neçəsini nəql etməklə kifayətlənirik:
    Bərqi özünün «Məhasin» kitabında Müaviyə ibni Vəhəbbə istinad edərək nəql etdiyi rəvayətdə belə deyir: «İmam Sadiq (ə)-dan — «Rəhmanın izni verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğru deyəcək!» — ayəsinin təfsirini soruşdum.
    İmam (ə) buyurdu: «Allaha and olsun ki, biz həmin icazə verilmiş və haqqı söyləyən kəslərik.»
    Müaviyə dedi: Danışacağınız vaxt nə deyəcəksiniz?
    İmam (ə) buyurdu: «Allaha şükr və səna edəcək, Peyğəmbərə (s) salam və salavat göndərəcək və öz şilərimizə (tərəfdarlarımıza) şəfaət edəcəyik. Allah da bizim dediklərimizi rədd etməyəcəkdir.»
    Kuleyni də «Üsuli-kafi»də Məhəmməd ibni Fəzildən və o da imam Musa Cəfərdən (ə) bu məzmunda rəvayət nəql etmişdir.(Kәnzul-ummal 2-ci cild, 190-cı sәh)
    ƏHLİ SÜNNƏ MƏNBƏLƏRİNDƏ ŞƏFAƏT HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
    Əhli-sünnə mənbələrində də mütəvatir olaraq bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olmuşdur.(Sünәni Biyhәqi 2-ci cild, 49-cu sәh.)
    Misal olaraq onlardan bir neçəsinə işarə edirik:
    1. Yəzid ibni Fəqirin, Cabir Əbdullahdan nəql etdiyi hədisdə belə deyilir: Peyğəmbər (s) buyurur: «Mənə kimsəyə verilməyən beş böyük nemət verilmişdir: Qəlblərində mənə qarşı qorxu olan düşmənlərimlə dostluq əlaqələri qurdum, yer mənim üçün səcdəgah və pakedici oldu... Məndən əvvəlki peyğəmbərələrə halal olmayan döyüş qənimətləri mənə halal edildi və mənə şəfaət məqamı bəxş olundu.»(İbni Tеymiyyә bu bеş rәvayәtin hamısını özünün «Әl-müntәqa» adlı kitabında nәql еtmişdir 2-ci cild, 116-cı sәh.)
    2. Ənəs Malik, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Mən, cənnətdə ilk şəfaət edən şəxs olacağam.(Kәnzul-ummal 8-ci cild 99 vә digәr sәhifәlәr.)
    3. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə belə deyir: Hər bir peyğəmbərin özünün duası vardır. Mən də öz duamı Allahın izni ilə ümmətimin şəfaəti üçün axirət günü üçün saxladım.
    4. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi digər bir rəvayətdə deyir: Qiyamət günü mən Adəm övladlarının ağası olacağam. Hamıdan əvvəl [Məhşərə qalxmaq üçün] mənim qəbrim açılacaq və orada ilk şəfaət edən şəxs mən olacağam və mənim şəfaətim başqalarının şəfaətindən tez qəbul olunar.
    5. Yenə də Əbu Hüreyrədən nəql olmuş rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Bu beş şey insana şəfaət edər: Quran, qohum-əqrəba ilə yaxşı ünsiyyətdə olmaq, əmanəti öz sahibinə qaytarmaq, sizin peyğəmbəriniz və onun əhli-beyti.
    6. Abdulla ibni Əbi Cəda, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: «Bəni Təmim qəbiləsinin bir çoxu, həmin qəbilədən olan bir nəfər şəxsin şəfaət etməsi ilə cənnətə daxil olacaq.» Bu hədisi Tirmizi və Hakim də öz kitablarında nəql etmişdir.
    Nəql olmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Peyğəmbər (s) və onun Əhli-beytindən şəfaət etmək nəinki şirk deyil, bəlkə olduqca bəyənilən və şəri nöqteyi-nəzərdən savabı olan dini əməllərdən biridir. Lakin şəfaətin şirk, şəfaət istəyənlərin isə müşrik olmasını iddia edən bəzi «müsəlman» qardaşların iddiaları insanda sual və təəccüb doğurur. Görəsən əldə kifayət qədər sənəd və dəlil olmasına baxmayaraq onları belə bir qənaətə gəlməyə vadar edən nə olmuşdur. Allahdan diləyimiz budur ki, bizə dinimizdə sabitqədəm olmaqda və haqq yoldan sapınmamaqda kömək olsun.
    Bura qədər «Həmd» surəsinin ayələrinin bir neçəsinin anlamı ilə yaxından tanış oldunuz. Növbəti fəsildə Allahın köməyi ilə son iki ayə haqda söhbət açacağıq.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 712 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024