İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    HƏMD SURƏSİNİN TƏFSİRİ
    SONUNCU HİSSƏ
    «Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!». (1/6/7).
    OXUNUŞ QAYDASI
    Məşhur qarilərin bir çoxu «ğəyr» sözünün axırınıcı hərfini «i» saiti ilə qiraət etmişlər. Lakin Zəməkməri nəql edir ki, Peyğəmbər (s) və Ömər onu «a» saiti ilə qiraət edərdi.
    Lakin bu kəlmənin sonuncu hərfinin «i» saiti ilə qiraət olunması daha düzgün nəzərə çarpır. Çünki, Peyğəmbərin (s) bu kəlməni «a» saiti ilə oxuması sübuta yetirilməyib. Əgər Peyğəmbər (s) bu qayda ilə qiraət etmiş olsaydı təbii ki, bir çoxları bunu nəql edər və hamıya bəlli olardı. Mötəbər qarilərdən bir çoxu bu qiraəti Peyğəmbərin (s) özündən nəql etmişlər. Ömərin qiraətinə gəldikdə isə onu dəlil hesab edə bilmərik. Çünki, bir qədər əvvəl qeyd etdik ki, məsum olmayan bir şəxsin qiraətini yalnız o zaman etibarlı hesab etmək olar ki, həmin oxunuş qaydası məşhur qiraətlərdən biri olmuş olsun. Əks təqdirdə insanın üzərindən heç bir vəzifə götürülməyir.
    Məşhur qiraətlərdən biri də budur:
    (Siratəlləzinə ən əmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin). Bunula yanaşı Əli (ə)-la Ömərin ayəni bir qədər fərqli qiraət etmələri göstərilmişdir.
    (Siratə mən ən əmtə ələyhim ğəyril məğzubi ələhyim ğəyrizzallin). Lakin bu qiraətin Əli (ə)-a aid olmaması sübuta yetirilib. Çünki, əgər ayə bu qayda ilə qiraət olunsaydı ondan sonrakı imamlar tərəfindən də bu qayda ilə qiraət olunar və həmin oxunuş təsdiqlənərdi. Həmçinin bu qiraət üsulu onların davamçıları tərəfindən riayət olunar və mötəbər qiraət üsulu kimi tanınardı. Halbuki belə bir qiraət etimad olunası bir nəfərdən belə nəql olunduğu qeydə alınmamışdır. Və ömərin qiraəti bir qədər əvvəl qeyd etdiyimiz dəlilə əsasən əsaslı hesab oluna bilməz.
    LÜĞƏT VƏ TƏKRİB HİSSƏLƏRİ
    «Sirat» – insanı məqsədə çatdıran yola deyilir. Sirat deyildikdə mənəvi yol nəzərdə tutulur. Belə ki, el arasında deyilir: «Ehtiyac nicat yoludur», «Allaha itaət cənnət yolunun yolçusu olmaq deməkdir».
    Göründüyü kimi burada «ehtiyac» və «itaət» məcazi olaraq yol adlandırılmışdır. Bununla yanaşı daha geniş məna daşıyan «təriq» kəlməsi mənəvi yol mənasında da işlənmişdir.
    İstiqamət:
    «Siratəl müstəqim – düz yol». İnsanın doğru və düz yol boyu hərəkət etməsinə və yoldan sapınmamasına deyilir. «Siratəl müstəqim» o yola deyilir ki, o yolun yolçusu özünün son hədəfinə yəni əbədi nemətə və Allahın razılığını qazanmağa nail olmuş olsun. Yol boyu insan öz Allahına itaət edir və bir an da olsun Onun əmrindən boyun qaçırmır. Ondan başqa heç bir varlığı ibadətə layiq görmür və yalnız Ona ibadət edir.
    Allah-taala Qurani-kərimdə buyurur:
    «Sən [Quranla insanları] düz yola yönəldirsən islam dininə dəvət edib haqqa qovuşdurursan. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur». (42/52-53).
    «Bu, Rəbbinin doğru olan yoludur». (4/126).
    «Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!» (3/51).
    «Və: «Mənə ibadət edin, bu, doğru yoldur!» (36/61).
    «Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz! Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapındıracaq yollara uymayın». (6/15 2-153).
    İbadət insanın gördüyü bütün xeyirxah işlərinə və bütün saf niyyətlərinə şamil olunur. Bunun da özünəməxsus müəyyən növü vardır. Bu səbəbdən də bəzən «sirat» kəlməsi ibadətin bütün (zahiri, batini, cismi, qəlbi) növlərinə [tək halda] və bəzən də Allaha, Peyğəmbərə, axirət gününə inam, namaz, oruc, həcc və s. şəri məsələlərə ayrı-ayrılıqda şamil olunur. Belə olduqda tək halda işlənən «sirat» kəlməsinin yerinə «səbil» kəlməsinin cəm halı yəni «subul» kəlməsi işlənilir.
    Qurani-kərimdə bir neçə yerdə bu mətləbə işarə olunur.
    «Allah tərəfindən sizə bir nur və açıq-aydın bir kitab [Quran] gəldi. Allah öz lütfünə sığınanları onunla [Peyğəmbər və Quran vasitəsilə] əmin-amanlıq [sülh] yollarına yönəldər». (5/15-16).
    «Allah bizə yollarımızı [iman, nicat, səadət yollarını göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik». (14/12).
    «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza [Bizə tərəf gətirib çıxardan behişt yollarına] qovuşduracağıq». (29/69).
    «İnam» – ehsan və [birinə] bolluca nemət vermək mənasını daşıyır. Allahın tükənməz nemətlərindən bəhrənənlər o kəslərdirlər ki, nəfslərinə qalib gəlmiş və Şeytana itaət etməkdən boyun qaçırmışlar. Bu səbəbdən də onlar daimi axirət dünyası, əbədi səadət və sonsuz mənəvi nemətlərə nail olmuşlar. Hər şeydən daha önəmli olan isə onların Allahın razılığını qazana bilmləridir.
    «Allahın mömin kişilərə və qadınlara [ağacları] altında çaylar olan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur». (9/12).
    «Qəzəb» – Azəri türkcəsində olduğu kimi qəzəb hirs mənasını daşıyır və «rəhmət» onun əks mənasını verir. Ayədə «məğzubi ələyhim» deyildikdə bütünlüklə kafirlər deyil, küfrə aludə olan və inadkarlıq edərək haqdan üz çevirən şəxslər nəzərdə tutulurlar. Qurani-kərimdə bu barədə belə deyilir:
    «Lakin qəlbən küfrə razı olanlara [qəlbində könüllü surətdə küfrə yol verənlərə] Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olacaqlar». (16/106).
    «Zəlal» yolu azmaq, haqq yoldan sapınmaq mənasını verir və «hidayət» onun əks mənasını daşıyır. Yolunu azmış o kəslərdirlər ki, haqq olan hidayət yolundan uzaq düşmüş və qət etdikləri yol, onları bədbəxtliyə və əbədi əzaba sürükləmiş olsun. Lakin yolunu azmış şəxslər küfrdə qərq olaraq qəzəbə gəlmiş «məğzubi ələyhim» təbəqədən bir qədər aşağı mərhələdə yerləşirlər. Çünki, onlar süstlük göstərərək haqq yoldan sapınmalarına baxmayaraq əgər həqiqət onlara əyan olunsaydı öz inadkarlıqlarından əl çəkərdilər. Lakin «qəzəbə gəlmişlər» həqiqət günəş kimi aydın olsa belə inadkarlıq edərək ondan üz çevirərlər.
    Bəzi rəvayətlərdə «məğzubi ələyhim – qəzəbə gəlmiş» deyildikdə yəhudilərin «zallin – yolunu azmışlar» deyildikdə isə məsihilərin nəzərdə tutulduğu göstərilir.
    Biz kitabın əvvəlində qeyd etdik ki, Quran ayələri xüsusi olaraq müəyyən mətləbə dəlalət etmir və əksər hallarda hər hansı bir ayənin xüsusi məna daşıdığını söyləmək, ümumi mənanın xüsusi nümunələrə tətbiq olunmasından irəli gəlir.
    Buna «xarici nümunənin təfsiri» deyilir.
    «Məğzubi əleyhim» və «zallin» barədə nəql olunmuş rəvayətlərdə bu qəbildəndir və ayənin həqiqi təfsir deyil, misdaq və nümunə təfsiridir.
    HƏRƏKƏLƏR
    «Ğəyril məğzubi ələyhim» cümləsi «əlləzinə ənəmtə ələyhim» cümləsinin yerinə işlənmiş və ya «əlləzinə – o kəslər ki,» üçün sifət rolunu oynayır. Onun sifət olmasına bu əsasla qəbul edə bilərik ki, Allahın nemətləri hamıya şamil olduğu kimi, Onun rəhməti də eyni qaydada hamıya şamil olunur. Lakin insanlardan bəziləri Onun nemətlərinin müqabilində şükr edir, bəziləri də bu şükrü əsla yerinə yetirmirlər.
    «[Ey insanlar!] Məgər Allahın göylərdə və yerdə onları [günəşi, ayı, ulduzları və bubudları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri] sizə ram etdiyini [sizin istifadənizə verdiyini], aşkar [görmə, eşitmə, sağlamlıq] və gizli [əql, şüur, fəhm, elm, və s.] nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani [ilahi] kitaba əsaslanmadan Allah barəsində mübahisə edin». (31/20).
    Deməli ilahi nemətlər hamıya bərabər bəxş olunmuşdur. Lakin insanlardan bəziləri bu nemətlərin qədrini bilib şükr edir, bəziləri isə heç nəyin qədrini bilmədən naşükürlik edilir.
    Burada «ğəyril məğzubi ələyhim» cümləsinin vəsfinin nəticəsi bəlli olur. O da «ənəmtə ələyhim» cümləsinin bütün nemət verilmiş şəxslərə şamil olmasından ibarətdir. Lakin ikinci sifət onun hədəf və məfhumunu müəyyən edir və birinci dəstəyə yəni nemət verilmiş şəxslərə ilahi nemətlərin şükrünü yerinə yetirmələrinin müqabilində şamil edilir.
    Beləliklə ayənin ümumi məna və məfhumu bundan ibarət olacaqdır: Namaz qılan şəxs, Allahdan onu əməli-saleh insanların yoluna hidayət etməsini istəyir. Allahın əməli-saleh bəndələri iki xüsusiyyətə malikdirlər:
    1. Allah-taala onlara bol-bol nemətlər bəxş etmişdir. İkinci xüsusiyyəti isə bundan ibarətdir ki, onlar Allah tərəfindən bəxş olunmşu nemətlərdən sui istifadə etmir və azğın kəslərin yolunu seçmirlər. «Ğəyril məğzubi ələyhim vələzzallin» onlar dünya nemətlərindən bəhrələnərək, Allaha itaət edir və daim xeyirxah işlər görməyə can atırlar. Bunun nəticəsində, onlar axirət nemətlərinə də nail olurlar. Yəni həm dünya, həm də axirətdə səadət və xoşbəxtliyə nail olurlar. Bəzilərinin fikrincə «ğəyr» kəlməsi sual doğuran və mənası asanlıqla dərk olunmayan kəlmələrdəndir və başqa kəlmə ilə birləşməklə heç də müəyyənlik xüsusiyyətinə malik ola bilməz. Belə olduqda müəyyənlik olan «əlləzinə – o kəslər ki» kəlməsini də vəsf edə bilməz. Bütün bunları nəzərə alaraq deməliyik ki, bu cümlə tərkib baxımından «əlləzinə»nin sifəti deyil, bəlkə onun əvəzedici bir cümləsidir.
    Bir sözlə, cümlədə qeyd olunan hər hansı bir hadisə – istər xəbər, istərsə də inşa və qeyri-xəbər – hamıya ümumilikdə şamil olunarsa, onu başqa bir cümlə ilə həm bəyan edə bilərik, həm də kimə və ya nəyəsə aid olduğunu göstərərik.
    Məsələn deyə bilərik:
    «Caəni cəmiu əhlil bələd – Şəhərin Bütün əhalisi yanıma gəldi» və ya (Əkrim cəmiə əhlil bələdi ğəyrəl fasiqi – Fasiqlərdən başqa bütün şəhər əhalisinə hörmət et və onlara məhəbbət göstər.) Göründüyü kimi hər iki cümlədə «ğəyr» kəlməsi «əhli bələd» şəhər əhalisi haqda işlənmişdir.
    «Zallin» – kəlməsi «ğəyril məğzubi» cümləsinə aiddir. Və inkar əlaməti olan «la» «inkar və istisna olunanlar» mənasını verməsin deyə – inkarın təkid olunması üçün «ğəyr» kəlməsindən sonra gəlmişdir.
    Ayədə hər iki dəstə ayrı-ayrılıqda inkar və istisna olunur. Çünki, «ğəyr» kəlməsi də «la» kimi inkaredici xarakter daşıyır və əksər hallarda amil və ədatların inkarı kimi işlənir.
    Aşağıdakı cümlələrə diqqət yetirin:
    (Calis rəculən ğəyri fasiqin və la səyyiul xulq – Elə bir şəxs ilə ünsiyyətdə ol ki, fasiq və pis əxlaqa malik olmasın.)
    (Ubudullahə biğəyri kəsli və la mələl – Allaha yorulmadan və süstlük göstərmədən ibadət et!)
    Göründüyü kimi hər iki cümlədə «ğəyr» inkar mənasında işlənmişdir. Lakin bəzi müasir dilçilər bu kəlmənin inkar mənasında işlənməsinin qəti əleyhinə olduqlarını bildirmişlər. Bu səbəbdən də onu bir qədər fərqli olaraq mənalandırmağa məcbur olmuşlar. Özlərin böyük bir cəncələ düçar etmiş və nəticədə qənaətbəxş bir söz deyə bilməyəcəklərini gördükdə səhvlərini etiraf etmişlər.
    Təfsir:
    İnsanların iman gətirərək Allaha tabe və təslim olmaları və yalnız Ondan kömək diləmələrinə əmr olunduqdan sonra bu son iki ayədə onların Allah tərəfindən haqq yola hidayət olunmalarına işarə olunur.
    Surə Allaha şükr və səna etmək və Onun layiq olduğu adlarla vəsf olunması ilə başlayır. Son ayələrdə isə insanların Allahdan onları haqq yola hidayət etməsi haqda söhbət açılır. Və bu ayələrin arasında Allah-taala (İyyakə nəbudu və iyyakə nəstəyin – yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) ayəsini nazil edir. Bu cümlə əslində Allahı vəsf edən ilk ayələrin nəticəsi, ibadətin yalnız Allaha aid olduğunu bəyan edən əsas meyar və Allahdan kömək və yardım istəməyin müqəddiməsini təşkil edir. Çünki, ibadətə layiq olan yeganə varlıq Allahın özü və bütün üstün xüsusiyyətlərə malik olduğu üçün hər növ şükr və sənaya layiq olan Onun müqəddəs zatıdır. Allahdan başqa bütün varlıqlar isə nə ibadətə, nə də şükr və sənaya layiqdirlər. Kömək və ibadət yalnız Allaha aid olduğu üçün, insan hidayət tapmaq üçün məhz Onun dərgahına üz tutur və Ondan başqa kimsədən kömək gözləmir. Sünnü və Şiə mənbələrində nəql olmuş rəvayətlərdə göstərilir ki, Allah-taala bu surəni özü ilə insanlar arasında iki hissəyə bölmüşdür. İnsan (Əlhəmdu lillahi rəbbil aləmin – Şükr olsun aləmlərin Rəbbinə) dedikdə Allah-taala buyarar: Bəndəm mənə şükr və səna edir (İhdinəssiratəl mustəqim – bizi doğru yola yönəlt) dedikdə isə Allah-taala buyurar: Bu mənim bəndəm üçündür. Hər nə istərsə ona verəcəyəm.(Kәnzul-ummal 8-ci cild 99 vә digәr sәhifәlәr.)
    Bir qədər əvvəl bizə məlum oldu ki, insan hər hansı bir fikri və ya işi həyata keçirmək üçün bu üç yolda birini seçir.
    1. Allahın bəşəriyyətin ixtiyarına qoyduğu haqq yolu. Bu yolu Allahın hidayət etdiyi şəxslər seçilər.
    2. Yolunu azan və haqdan uzaq düşən şəxslərin yolu.
    3. Allahın qəzəbinə gələnlərin (məğzubi ələyhim) yolu.
    Birinci yol bəşəriyyəti səadətə, əbədi və xoşbəxt həyata hidayət edən haqq yoludur. Bu ayələrdə haqq yolunun yolçularının başqalarından nə kimi xüsusiyyətlərlə fərqləndikləri və onların hər birinin hansı müsbət və mənfi sifətlərə malik olduqları göstərilir.
    Ayələrdə işarə olunan, bəşəriyyətin öz həyatında seçdiyi yolların xülasəsi bundan ibarətdir. Allah-taala bu ayələri nazil etməklə bəşəriyyəti qarşısında yalnız iki yolun haqqla-batilin olmasından agah etmək istəmişdir. Belə ki, haqq yoldan uzaq düşənlər ya yolunu azar, ya da Allahın qəzəbinə gələrlər.
    Allahdan diləyimiz budur ki, bizləri haqqa hidayət edib özünün əməli-saleh bəndələrindən qərar versin.
    HİDAYƏT
    Sual: «İhdinəssiratəl mustəqim» ayəsinin təfsirində deyirlər.
    Hidayət olmasını istəyən hər bir şəxs bunu Allahdan diləmək üçün haqq yolda olmalıdır. Təkallahlı və özü hidayət olmuş bir müsəlman haqq yolda qədəm qoyduğu bir halda nə üçün namaz qılarkən (İhdinəssiratəl mustəqim) ayəsini dəfələrlə təkrar etməklə Allahdan haqqa hidayət olmasını diləməlidir? İnsanın arzu etdiyi bir şeyə malik olduğu halda onu bir daha Allahdan diləməsi nə qədər düzgündür?!
    Cavablar:
    Haqqa hidayət olmuş namaz qılan [və dinin digər göstərişlərini yerinə yetirən] hər bir şəxs Allahdan bu yolda sabit qədəm qalmasını və gələcəkdə də bu yoldan uzaq düşməməsini diləyir. Başqa sözlə desək o, Allahdan ona bəxş etdiyi bu nemətin həmişəlik olaraq ixtiyarında qalmasını və təkallahlıq haqq yolundan bir an da olsun sapınmamağa qoymamasını istəyir.
    2. Buradan məqsəd insanın gördüyü xeyirxah işlərin müqabilində qazandığı savab və mükafatlardır. Buna əsasən ayənin təfsirində deyə bilərik ki, namaz qılan şəxs Allaha müraciət edərək deyir: İlahi! Xeyirxah işlərimin müqabilində – insanları behiştə aparan yolu – mənə bəxş et.
    3. Bəlkə də buradan məqsəd hidayətin daha da artırılmasıdır. Belə ki, insan hidayət olduqdan sonra bu yolda irəliləyə də bilər, geriləyə də bilər. Bu səbəbdən də o, Allahdan hidayətinin daha da artırılmasını və daha kamil mərhələyə ucalmağını diləyir.
    4. [Müəllifin cavabı] verilən cavablarla ayənin hətta zahiri mənası arasında heç bir oxşarlıq nəzərə çarpmır. Çünki, ayənin zahiri mənası Allahdan hidayət olunmasını istəməsinə dəlalət edir. Və bu ayədə hidayətin müxtəlif mərhələlərinə dəlalət edir.
    HİDAYƏTİN MƏRHƏLƏ VƏ DƏRƏCƏLƏRİ
    Bu barədə verilən ən doğru və düzgün cavab bundan ibarətdir: Namaz qılan şəxs, ibadətdə ikən Allahdan ona nəsib olmayan hidayət yolunu bəxş etməsini diləyir.
    İzah:
    İlahi hidayət iki hissəyə bölünür: Ümumiyyətə və müəyyən şəxslərə şamil olan hidayət. Ümumiyyətə şamil olan hidayət bəzən təkvini və bəzən də təşrii olur.
    1. Ümumiyyətə şamil olan təkvini hidayət;
    Allah-taala bütün varlıqların – istər canlılar [nəbatat və heyvanlar aləmi] istərsə də cansızlar – təbiətində elə bir hiss yaratmışdır ki, onlar öz meyl və ixtiyarları ilə inkişafa, daha dəqiq desək, kamala doğru hərəkət edirlər.
    Nəbatat aləminə diqqət yetirsək görərik ki, onlar elə bir istiqamətdə inkişafa doğru hərəkət edirlər ki, qarşılarında heç bir mane olmayır. Nəbatat aləmi ilə yanaşı, heyvanat aləmi də təkvini hidayətə malikdirlər. Belə ki, onlar hətta öz düşmənlərini ayırır və onlardan qorunmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, siçan pişikdən qorxur, qoyundan isə yox. Bal arısı və qarışqalar təkvini hidayət hissi ilə ictimai həyat tərzi qurur, yuvanın qurulmasında və azuqə ehtiyatının ödənilməsində müştərək həyat tərzi sürürlər.
    Məhz təkvini hidayət hissi ilə yeni doğulmuş uşaqı süd əmmək üçün ananın döşünü axtarır.
    Taha surəsinin 50-ci ayəsində Allah-taala Musa (ə)-ın dilindən təkvini hidayətə işarə edərək buyurur:
    «Musa belə cavab verdi: «Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır». (20/50).
    2. Ümumiyyətə şamil olan təkvini hidayət.
    Təşrii hidayət Allahın bəşəriyyətə peyğəmbər və onların vasitəsilə səmavi kitabların göndərilməsinə deyilir. Peyğəmbərlər bəşəriyyəti haqq yola hidayət edir və həqiqətən Allah tərəfindən peyğəmbərliyə təyin olunduqlarını gətirdikləri kitablar və Allahın onlara bəxş etdiyi möcüzələrlə sübut etməyə çalışırdılar. Əql və şüura malik olan insan isə haqla batili ayırd etməkdə və hansı yolu seçməkdə öz ixtiyarına buraxılmışdır. Onlardan bəziləri haqq yolunu seçir, bəziləri isə peyğəmbərlərin öyüd-nəsihətlərindən üz çevirərək haqq yolundun uzaq düşürlər. Dəhr surəsinin 3-cü ayəsində bu barədə deyilir:
    «Biz ona haqq yolu göstərdik, istər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».(16/3).
    Bəzən də fitri hidayət ümumiyyətə deyil, yalnız müəyyən şəxslərə şamil olur. Allah-taala onları insaniyyətin son mərhələsi olan kamala çatmaları üçün batinən saflaşdırır və qarşılarında olan mərhələləri qət etmək üçün ilk lazımi şəraitlər yaradır. Və əgər Allah tərəfindən onlara qarşı belə bir diqqət olunmasaydı sözsüz ki, haqq yoldan uzaq düşər və böyük bədbəxtçiliklərlə üzləşərdirlər. Qurani-kərimdə bu mətləbə dəfələrlə işarə olunmuşdur.
    «Allah insanların bir qismini doğru yola yönəltdi, onlardan bir qismi isə [haqq yoldan] azmağa layiq görüldü». (7/130).
    «De ki: Tutarlı dəlil ancaq Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi». (6/149).
    «[Ya Məhəmməd!] İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. [Sənin vəzifən ancaq onları haqq yola dəvət etməkdir]. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər». (2/272).
    «Həqiqətən Allah zalim tayfanı doğru yola salmaz!) (4/144).
    Allah istədiyini düz yola yönəldər». (2/213).
    «[Ya Məhəmməd!] Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola salar». (27/56).
    «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza [Bizə tərəf gətirib çıxardan behişt yollarına] qovuşduracağıq». (29/69).
    «Allah istədiyini yolundan döndərər, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir». (14/4).
    NƏTİCƏ
    Hidayətin mənası və neçə hissədən ibarət olduğu bəlli olmaqla ayənin hansı məna daşıdığı da artıq məlum olur. Belə ki, namaz qılarkən insan ilk növbədə Allahın ona fitri və şəri hidayət nemətini bəxş etdiyinə iqrar və etiraf edir və daha sonra Allahdan, bəndələrinin çox az bir hissəsinə bəxş etdiyi xas fitri hidayəti ona bəxş etməsini diləyir.
    Demək, insanın təbiətində itaətsizlik və üsyankarlıq kimi mənfi xüsusiyyətlər olduğu üçün o, bir anda olsun özünə arxayın olmamalı və daim Allaha sığınaraq Ondan haqq yola yönəltməsini diləməlidir ki, qarşısına maneələr çıxmadan son hədəfə, yəni kamala çata bilsin.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 673 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024