İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    ON YEDDİNCİ FƏSİL
    ƏLAVƏ VƏ HAŞİYƏLƏR
    1. Mütə hədisinin təhrifi;
    2. Məhəmməd Əbduhun üç dəfə təlaq vermə barəsində irəli sürdüyü nəzəriyyə;
    3. Razinin «Şiə» məzhəbinə qarşı yaxdığı iftira;
    4. Allahın, məxluqatı yaratmaq istəməsinə dair nəql olunmuş hədislər;
    5. Tale və aqibət üçün edilən duaların təsiri haqda nəql olunmuş hədislər;
    6. Bismillah... ayəsi ətrafında aparılan fikir mübadilələri;
    7. Yaradılışın başlanması haqda nəql olunmuş hədis və rəvayətlər;
    8. Bismillah... ayəsinin Quranın bir hissəsi olub-olmadığı haqda nəql olunmuş hədislər;
    9. Müaviyənin namaz qılarkən Bismillah... ayəsini deməyi unutması;
    10. Namazda Bismillah... ayəsinin oxunması;
    11. Qəbirlərin ziyarət olunması haqda nəql olunmuş hədislər;
    12. Alusinin «Şiə» məzhəbinə vurduğu töhmət;
    13. Müəllifin, Hicaz alimlərinin biri ilə apardığı elmi mübahisə;
    14. İmam Hüseyn (ə)-ın türbətinin fəziləti;
    15. Səcdə ayəsinin anlamı (izahı);
    16. İblisin, Allah-taala ilə söhbəti;
    17. İslam, iki şəhadət verməklə qəbul olunur;
    18. İbadətdən məqsəd və onun növləri;
    19. Əmrun bəynə əmreyn məsələsi;
    20. Şəfaət hədisini nəql edən mənbələr.
    MÜTƏ HƏDİSİNİN TƏHRİFİ
    Mütə hədisi Peyğəmbərdən (s), İbni Məsud tərəfindən bu məzmunda nəql olunmuşdur.
    Döyüşlərdən birində Peyğəmbərin (s) yanında idik. Qadınlarımız bizimlə olmadıqları üçün Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsuləllah! İcazə verirsinizmi özümüzü axta edək? O, bunu bizə qadağan edib ətraf məntəqələrdəki dul qadınlara mehriyyə olaraq paltar verərək müvəqqəti evlənməyimizi əmr etdi.
    Sonra Abdullah ibni Məsud müsəlmanların qərərgahına gəlib Peyğəmbərin (s) verdiyi yeni hökmü onlara elan etdi. Ey mömin qardaşlarım! Allahın sizə halal etdiyi şeyləri özünüzə haram etməyin və başqalarının namusuna təcavüz etməyin. Çünki, Allah təcavüz edənləri sevməz.
    Alim, mühəddis və müfəssirlərin bir çoxu bu hədisi Səhih Buxaridən yuxarıdakı ifadələrlə nəql etmişlər. Lakin, Səhih Buxarinin hal-hazırkı nüsxələrində bu rəvayət bir qədər fərqli ifadələrlə nəql olunmuşdur.
    1) Mütə ilə müxalif olan şəxslər ibni Məsudu Buxarinin istinad etdiyi mühəddislər sırasından ixtisara salmışlar. Çünki, onlar çox gözəl bilirlər ki, ibni Məsud mütəni qəbul etmiş və bu hökmün tərəfdarlarından biri olmuşdur. Belə ki, rəvayətin nəql olunmasında onun adının çəkilməsi, rəvayətdə nəql olunan nikahdan «müvəqqəti evlənmənin» nəzərdə tutulduğunu və bunun tamamilə qanuni olduğunu sübuta yetirir.
    2) Onlar rəvayətin sonunda istifadə olunan «ila əcəlin musəmma» ifadəsinin ixtisara salmaqla rəvayətin məzmununda dəyişiklik aparmağı belə özlərinə rəva bilmişlər. Çünki, məhz bu ifadəylə nikahın müvəqqəti olduğu oxucuya bəlli olur. Belə ki, hədisi şərh edən mühəddislər «ila əcəlin» ifadəsinin bu mənada təfsir etmişlər. Onların fikrincə döyüş zamanı Peyğəmbərin (s) müsəlmanlara nikah əmrini verdiyi zaman daimi evlənməni deyil, məhz mütəni nəzərdə tutmuşdur. Və müsəlmanların «ləysə məəna nisa – qadınlar bizimlə deyillər» demələri bir daha bu mətləbi sübuta yetirir. Çünki, «qadınlar» dedikdə onlar hər hansı bir qadını deyil, öz daimi qadınlarını nəzərdə tutmuşlar. Və əgər orada heç bir qadın olmasaydı, Peyğəmbərin (s) müsəlmanların evlənmələrinə icazə verməsi heç bir məfhum kəsb etməzdi.
    Bunu da qeyd etmək lazımdır ki, bu ifadə bəzi rəvayətlərdə «ləysə ləna nisaən» mənsubiyyət bildirən «lə» şəkilçisi ilə qeyd olunmuşdur. (Yəni qadınlarımız bizimlə deyillər).
    Apardığımız kiçik araşdırmadan belə məlum olur ki, müsəlmanlar daimi nikahla olan qadınlarını özləri ilə döyüşə aparmamış və Peyğəmbər (s) onların günaha düçar olmamaları üçün müvəqqəti evlənməni onlara əmr etmişdir.
    Mütə hökmünə dəlalət edən rəvayətlər olduqca çox və mötəbər olduğu üçün bu hökmə qarşı müxalif mövqe tutanlar belə, onu qətiyyətlə inkar edə bilməmişlər. Bu səbəbdən də başqa bir bəhanəyə əl ataraq bu hökmün sonralar nəql olunmuş digər rəvayətlərdə verilən yeni hökümlərlə nəsx olunduğunu iddia etmişlər. Lakin irəli sürüdükləri bu nəzəriyyə də onlar üçün bir o qədər də səmərəli olmamışdır. Belə ki, irəli sürülən yeni nəzəriyyə sübuta yetirilməməklə yanaşı, «mütə» hökmünə də heç bir xələl gətirə bilməmişdir.
    Bu səbəbdən də rəvayətlərin məzmununda təhrif və dəyişikliklər aparmaq onların son ümidinə çevrilmişdir. Allah-taaladan diləyimiz budur ki, onların qərəzli niyyətlərinin kökünü kəsib onları bu işdə uğur qazanmaqdan məhrum etsin.
    Lakin bəzi mühəddis və müfəssirlər «mütə» hədisini Səhih Buxaridən təhrifə yol vermədən öz kitablarında olduğu kimi nəql etmişlər.
    1. Biyhəqi – «Sünən Biyhəqi» 8-ci cild 200-ci səh. Heydərabad çapı.
    2. Süyuti – «Süyutinin təfsiri» 3-cü cild 207-ci səh. Misrin Məyməniyyə çapxansı.
    3. Zeyləi – «Nəsburrayə» 3-cü cild 180-cı səh. Darut-təlif çapxanası.
    4. İbni Teymiyyə – «Muntəqa» 2-ci cild 517-ci səh. Hicaz çapı.
    5. İbni Qəyyim – «Zadul məad» 2-ci cild 16-cı səh. Məhəmmədəli çapxanası.
    6. Qənuçi – (Rovzətul nədiyyə) 2-ci cild 16-cı səh. Muniriyyə çapxanası.
    7. Məhəmməd ibni Süleyman – «Cəmul fəvaid» 1-ci cild 589-cu səh. Darut təlif çapxanası.
    8. Əhməd ibni Hənbəl – «Musnəd» 1-ci cild 430-cu səh.
    9. Qurtəbinin təfsiri 5-ci cild 130-cu səh.
    10. İbni Kəsirin təfsiri, 2-ci cild 87-ci səh.
    11. Əhkamul-Quran 2-ci cild 184-cü səh.
    12. Hazəmi – «Əl-etibar» 179-cu səh.
    Mütə hədisi yuxarıda qeyd olunan mənbələrlə yanaşı, ibni Hatəm Bəstinin «Səhih ibni Hatəm» adlı kitabında və digər mənbələrdə də nəql olunmuşdur.
    MƏHƏMMƏD ƏBDUHUN ÜÇ DƏFƏ TƏLAQ VERİLMƏSİNƏ DAİR İRƏLİ SÜRDÜYÜ NƏZƏRİYYƏ
    Şeyx Məhəmməd Əbdi deyir: Əgər qadına bir dəfə, ya üç dəfə talaq verilərsə, daha dəqiq desək, bir dəfəyə üç dəfə talaq hökmü oxunarsa və ya talaq üç dəfə verməklə müəyyənləşdirilərsə, onların hamısı yalnız bir talaq hesab olunur. Əbduh şiə məzhəbinin istisna etdiyi bu əqidəni qəbul etməklə onu əsaslı dəlillərlə sübuta yetirməyə çalışır. O deyir: Bundan məqsəd heç də nəzər sahibi olmayan və başqalarından təqlid edən şəxslərlə mübahisə etmək və onların haqsız olduqlarını üzə çıxarmaq deyildir. Və eyni zamanda qaziləri öz fikirlərindən döndərib üç talaq hökmünə fitva vermələrini vadar etmək istəmirik. Çünki, onlar həqiqətin nədən ibarət olduğunu və hədis kitablarında bu məzmunda nəql olunmuş rəvayətlərin onların irəli sürdükləri nəzəriyyələrlə tamamilə ziddiyyət təşkil etdiyini çox gözəl dərk edirlər. Lakin bütün bunlarla yanaşı lazımı araşdırmalar aparmadan Quran və Peyğəmbərin (s) buyuruqlarına deyil, öz yazdıqları kitablara istinad etmişlər.
    Müəllif:
    Kaş Məhəmməd Əbduh müvəqqəti evlənmə barəsində də bu sözləri deyib həqiqəti bəyan edəydi. Çünki, mütə də «üç təlaq» hökmü kimi sabitdir və onun nəsx olunması tamamilə əsassızdır.
    Bir sözlə mütənin haram olduğunu iddia edən şəxslər Qurana qarşı etinasızlıq və özlərinin təlif etdikləri qərəzli kitablara istinad etməkdən savayı heç bir məqsəd güdməyirlər.
    RAZİNİN ŞİƏ MƏZHƏBİNƏ QARŞI YAXDIĞI İFTİRA
    Heç bir araşdırma aparmadan şiə məzhəbi haqda fikir irəli sürən şəxslərdən biri də Fəxri Razidir. O, «Yəmhullahə ma yəşa və yusbitu...» ayəsini təfsir edərkən yazır: Rafizilər (şiələr) «Bədanı» Allah-taala üçün mümkün hesab edirlər. Bəda isə ilahi hər şeyə əhatə olmasına, lakin bütün işlərin bunun əksinə olaraq həyata keçməsinə deyilir.
    Razinin fikrincə şiələr «Bəda» məsələsini qəbul etməklə cəhalət kimi mənfi xüsusiyyəti Allah-taalaya aid etmişlər.
    İlahi! Sən özün şahidsən ki, şiələr haqda deyilən bu əsassız sözlər iftiradan savayı bir şey deyildir!
    O, kitablarının birində Süleyman ibni Cərirdən nəql etdiyi rəvayətdə şiə məzhəbinə qarşı nalayiq ifadələrdən istifadə etmiş və heç bir əsası olmayan böhtan və iftiralara əl atmışdı. Onun şiə məzhəbinə vurduğu töhmətlər bir növ bəzi məsihilərin Peyğəmbər (s) haqda söylədikləri təhqiramiz iftiralara bənzəyir. Lakin tezliklə haqq-ədalət öz yerini tapacaq və haqqa don geydirən qərəzli mövqe tutan təəssübkeş insanlar öz layiqli cəzalarına çatacaqlar.
    ALLAHIN MƏXLUQATI YARATMAQ İSTƏMƏSİNƏ DAİR NƏQL OLUNMUŞ HƏDİSLƏR
    Mərhum Şeyx Səduq özünün «Tohid və məanil əxbar» adlı kitabında imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Və qalət yəhudu yədullahi məğlulətun – Yəhudilər dedilər: «Allahın əli bağlıdır». Yəhudilər belə bir yanlış əqidəyə malik olduqları üçün Allah-taala yaratdığı məxluqata nə bir şeyi əlavə edir, nə də ondan nə isə azaldaraq ixtisara salır.
    Allah-taala bu ayəni nazil etməklə onların söylədiklərini tamamilə alt-üst etdi.
    «Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. [Və ya bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!] Xeyr! Allahın əlləri açıqdır [O, kərim və səxavətlidir], istədiyi kimi lütf və ehsan edər». (Maidə-64).
    Məgər Allah-taalanın bu barədə buyurduğunu eşitməsisinizmi?
    «Allah [həmin kitabdan] istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. [Bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar]. Kitabın əsli [lövhi məhfuz] Onun yanındadır». (Rəd-39).
    Bu rəvayəti Əyaşi də, Yəqub ibni Şueybdən və o da Həmaddan nəql etmişdir. Əllamə Məclisi bu məzmunda nəql olunmuş bütün rəvayətləri özünün «Biharul Ənvar» adlı kitabında nəql etmişdir.
    TALE VƏ AQİBƏT ÜÇÜN EDİLƏN DUALARIN TƏSİRİ HAQQINDA NƏQL OLUNMUŞ HƏDİSLƏR
    Süleyman adlı ravilərdən biri deyir: Peyğəmbər (s) buyurur: «İlahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa, o da duadır. İnsan ömrünü də uzadan yeganə şey varsa, o da başqalarına əl tutub xeyirxahlıq etməkdir.»
    Termizi bu rəvayəti özünün «Sünən» kitabında nəql edib.
    Səuban, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «İnsan ömrünü uzadan yeganə şey varsa, başqalarına xeyirxahlaq edib əl tutmaqdır və ilahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa o da duadır. İnsanı ilahi nemətlərdən məhrum edən onun günahları və xoşagəlməz əməlləridir.»
    Bu rəvayəti İbni Macə özünün «Sünən» və Hakim «Mustədrək» və Əhməd ibni Hənbəl «Müsnəd» adlı kitablarında nəql etmişlər.
    Hakim və Zəhəbi hədisi nəql etdikdən sonra onun mötəbər olduğuna dair öz nəzərlərini bildirmişlər. Bu haqda ətraflı məlumat əldə etmək üçün təlif olunmuş digər hədis kitablarına da müraciət edə bilərsiniz.
    BİSMİLLAH AYƏSİ ƏTRAFINDA APARILAN FİKİR MÜBADİLƏLƏRİ
    Bismillah... ayəsini ədəbi baxımdan izah edərkən qeyd etdik ki, «ism» kəlməsinin «Allah» kəlməsinə əlavə olması mənəvi xarakter daşıyır. Və «Allah» kəlməsi ayədə özünün əsl mənasında işlənmişdir. Belə bir halda deməliyik ki, «ism» kəlməsi ayədə bütün ilahi adlara şamil olmaq mənasında işlənmişdir. Demək, «Bismillah» kəlməsini dedikdə, ilahi adların ümumi məfhumunu nəzərdə tutmalıyıq və belə olduqda adın xarici misdaqına da işarə etmiş oluruq. Çünki, «Allah» adı Onun adlarının ən böyük xarici misdaqıdır. Demək ümumi məfhum ilə Allahın adını daha tez və daha yaxşı tətbiq etmək olur və «ism» kəlməsini deməklə iqrar edən və onu dinləyən şəxsin zehnində Allah-taalanın digər adlarından daha tez canlanır. Beləliklə Peyğəmbərdən (s) nəql olunmuş hədisin mənası daha da açıqlanır. Hədisdə deyilir:
    «Bismillah, Allah-taalanın beyük adlarına (ismi-əəzəm) bəbəyin gözün ağına yaxın olmasından daha yaxındır.»
    Bismillahın, ismi-əzəmə olan yaxınlığı kamil və zati yaxınlıqdır. Bəbəyin gözün ağına olan yaxınlığı isə məsafə baxımından olan yaxınlıqdır. Və təbii ki, zati yaxınlıq, məsafə və məkan baxımından olan yaxınlıqlardan daha əhəmiyyətli və daha güclüdür.
    YARADILIŞIN BAŞLANMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİS VƏ RƏVAYƏTLƏR
    Peyğəmbər (s) buyurur: Allah-taala məxluqatı yaradarkən hər şeydən əvvəl mənim nurumu xəlq etdi.»(Sünәni Biyhәqi 5-ci cild 245-ci sәh.)
    Məhəmməd ibni Sənam deyir: İmam Cavad (ə)-ın yanında idik, üzünü mənə tutub dedi: «Ey Məhəmməd bil ki, Allah hər zaman tək olmuş və heç vaxt Onun şəriki [Onun kimi başqa bir varlıq] olmamışdır. Sonra O, Məhəmmədin (s), Əli və Fatimənin (ə) nurunu xəlq etdi və onlar min il beləcə (nur olaraq) qaldılar.(Sünәni Biyhәqi 5-ci cild, 74-cü sәh.)
    BISMILLAH AYƏSİNİN QURANIN BİR HİSSƏSİ OLUB-OLMAMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİSLƏR
    Biyhəqi Ummi Sələmədən nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) namaz qılarkən Bismillah... ayəsini oxuyar və onu müstəqil ayə hesab edərdi.»
    Hakim bu rəvayəti özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra yazır: Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasında nəql etmişlər.
    Biyhəqi Əbdül-xəyrdən nəql etdiyi hədisdə deyir: «Əli (ə), Peyğəmbərdən (s) «səbə məsani» haqda soruşduqda cavabında buyurur: «Səbə məsani» «Fatihə» surəsinə deyilir. Dedilər: Ya Rəsuləllah! Fatihə surəsi yeddi yox, altı ayədən ibarətdir. Peyğəmbər (s) buyurdu: Bismillah... ayəsi də onun ayələrindən biridir. Bu rəvayəti Biyhəqi, Əbu Hüreyrədən də nəql etmişdir. O, Əbu Hüreyrədən nəql etdiyi başqa bir hədisdə deyir: Peyğəmbər (s) buyurur: «Həmd» surəsi altı ayədən ibarətdir və onun ayələrindən biri də Bismillah... ayəsidir.
    Biyhəqi İbni Abbasdan nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Həmd surəsini hər zaman Bismillah ayəsi ilə başlayardı. Bu rəvayəti Termizi də özünün «Səhih» adlı hədis kitabında nəql edir.
    Biyhəqi İbni Ömərdən nəql edir ki, o hər zaman namaza başlayarkən təkbir dedikdən sonra (yəni niyyət edib Allahu Əkbər dedikdən sonra) Həmd surəsini Bismillah... ayəsi ilə başlayar və onu sona kimi oxuyardı. Həmd surəsindən sonra yenidən «Bismillah...» deyərdi. Və bunu belə izah edərdi ki, əgər «Bismillah...» demək lazım olmasaydı, Qurana yazılmazdı.
    Bu məzmunda nəql olunmuş digər hədislər Biyhəqinin «Sünən» və bir çox başqa hədis kitablarında da nəql olunmuşdur. Əlavə məlumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.
    Həmçinin «Kənzul-ummal»da Sələbi nəql etdiyi hədisdə deyir: Əli (ə) namaz qılarkən oxuduğu bütün surələri «Bismillah...» ayəsi ilə başlayardı (oxuyardı). Bu haqda soruşduqda buyurardı: «Bu ayəni bütün surələrin əvvəlində oxumayan şəxslər həmən surəni ixtisara salmış olur.»
    «Bismillah...» ayəsi «Səbə məsanini» daha da mükəmməl edir. Yəni «Bismillah...» ayəsi ilə yeddi ayədən ibarət olan Həmd surəsi daha da mükəmməl olaraq «Səbə məsani» adlanmağa başlayır.(Bәqәrә-187)
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 601 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024