İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    MÜAVİYƏNİN NAMAZ QILARKƏN BISMILLAH AYƏSİNİ UNUTMASI
    Biyhəqi, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: «Müaviyə Mədinədə namaz qılarkən Həmd surəsini «Bismillah...» ayəsi ilə oxudu, sonrakı surələrdə «Bismillah...» ayəsini qiraət etmədi. Surəni oxuduqdan sonra təkbir deməyib səcdə etdi və beləliklə namazı başa vurdu. Namaz sona çatdıqdan sonra onun arxasında namaz qılan onlarla mühacir Müaviyəyə etiraz edərək dedilər: «Bismillah...» deməyi unutdun, yoxsa namazı ixtisara saldın?! Müsəlmanların bu etirazından sonra Müaviyə sonrakı namazlarda oxuduğu hər surədən əvvəl «Bismillah...» ayəsini oxuyur və səcdəyə gedərkən təkbir (Allahu Əkbər) deyirdi.(İbni Ruzbәhanın tәfsiri 21-ci Hind çapı.)
    Bu rəvayəti Biyhəqi başqa bir yerdə bir qədər fərqli olaraq nəql edir. Rəvayətdə deyilir: «Müaviyə nə Həmd, nə də sonrakı surələri «Bismillah...» ayəsi ilə oxudu. Mühacirlərlə yanaşı namazda iştirak edən Ənsar da Müaviyəyə etiraz etdi». Bu rəvayəti Hakim də öz kitabında nəql edir və sonra deyir: «Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasına daxil etmişlər».
    BISMILLAH AYƏSİNİN NAMAZDA OXUNMASI
    Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdən belə məlum olur ki, Peyğəmbər (s) «Bismillah...» ayəsini Quranın bütün surələrindən əvvəl oxumuş və buna böyük əhəmiyyət vermişdir. Biz bu rəvayətlərdən bir neçəsinə bir qədər əvvəl işarə etdik. Qətadə, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Həmd surəsini mədd ilə (bir qədər uzadaraq) «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlayardı. O, həm «Bismillah» həm «Rəhman» həm də «Rəhim» kəlmələrini bir qədər uzadaraq (məddə ilə) oxuyardı.
    Şərik, Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) «Bismillah...» ayəsini ucadan oxyardı.
    Hakim bu rəvayəti nəql etdikdən sonra deyir: Bu hədisi nəql edən ravilər tamamilə etimad olunası kəslərdir.
    Əsqəlani deyir: Muəmmər ibni Süleymanın arxasında sübh və məğrib namazlarını qılardım. O, Həmd surəsindən əvvəl və sonra «Bismillah...» ayəsini ucadan oxuyar və deyərdi: Namaz qılarkən hər zaman atama iqtida edərdim. Atam da deyərdi ki, əksər hallarda Ənəsin camaat namazlarında iştirak edərdim. Və o da daim Peyğəmbərin (s) camaat namazlarında iştirak etdiyini deyərdi. Onlar hamılıqla namaz qılarkən bütün surələrdən əvvəl «Bismillah...» ayəsini oxuyardılar.
    Hakim deyir: Bu hədisi nəql edən ravilər tamamilə etimad olunası kəslərdilər.
    Əbu Nəamə, Ənəsdən nəql etdiyi hədisdə deyir: İstər Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər «Bismillah...» ayəsini ucadan oxumazdılar.
    Müəllif:
    Nəql olunmuş rəvayətlərdən belə məlum olur ki, Peyğəmbər (s) qıldığı bütün gündəlik namazlarında «Bismillah...» ayəsini oxumuş və bu məsələyə xüsusi diqqət yetirmişdir. Lakin Ənəsin «Peyğəmbər (s) namaz qılarkən «Bismillah...» ayəsini oxumazdı» nəql etdiyi rəvayətdən başqa bir məna əldə etməliyik. Bəlkə də o bunu deməkdə Peyğəmbərin (s) «Bismillah...» ayəsini ucadan oxumamasını nəzərdə tutmuşdur.
    Belə ki, nəql olunmuş sonuncu rəvayəti bunun üçün dəlil hesab edə bilərik. O deyir: Peyğəmbər (s), «Bismillah...» ayəsini ucadan oxumazdı...
    Ənəsin nəql etdiyi rəvayətdə «Peyğəmbər (s) Bismillah... ayəsini oxumazdı yox, Peyğəmbər (s), Bismillah... ayəsini ucadan oxumazdı» deməsini bu məsələyə dair ikinci bir dəlil hesab edə bilərik.
    Onun özündən nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Peyğəmbər (s) bizimlə namaz qılarkən onun Bismillah... deməsini eşitməzdik.»
    Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ənəsin nəql etdiyi rəvayətlər arasında heç bir ziddiyyət mövcud deyildir.
    Müslimin nəql etdiyi: İstər «Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər namaz qılarkən Həmd surəsinin nə əvvəlində və nə də sonunda Bismillah... ayəsini oxumazdı» rəvayətinə gəldikdə isə, qeyd etməliyik ki, rəvayət Vəlid ibni Müslim Təriş tərəfindən nəql olunmuşdur. Və onun kimliyi və etimad olunub-olunmaması mühəddislər arasında sual doğuran məsələlərdən birinə çevrilmişdir. Belə ki, «Təhzibut-təhzibdə» deyilir: Alimlərin bəzilərinin fikrincə Vəlid ibni Müslim səhvə çox yol verər və hədis nəql edərkən hədisin kimlər tərəfindən olduğunu qeyd etməzdi.
    Qeyd olunan rəvayətlə ziddiyyət təşkil edən üçüncü rəvayət, Qətadənin Ənəsdən nəql etdiyi rəvayətdir. Orada deyilir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı «Əlhəmdu lillahi rəbbil aləmin» ayəsi ilə başlayırdılar.
    Bəlkə də bu rəvayət başqa bir məna daşıyır. Deyə bilərik ki, «Əlhəmdu lillahi rəbbil aləmin» deyildikdə, ayənin özü deyil, ümumilikdə Həmd surəsi nəzərdə tutulur. Çünki, Həmd surəsi bəzən «Fatihətul-kitab» da adlandırılmışdır.
    Belə bir anlama əsasən deyə bilərik ki, Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı Bismillahsız deyil, «Fatihətul-kitab» surəsi ilə başlamışlar.
    Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur və Şafei onların məhz belə bir məna daşıdığını qeyd etmişdir.
    Apardığımız araşdırmalardan belə məlum olur ki, nəql olunmuş rəvayətlər bir-biri ilə heç bir ziddiyyət təşkil etməyir və Peyğəmbərin (s) namaz qılarkən oxuduğu surələrdən əvvəl «Bismillah...» ayəsini oxuması tamamilə düzgündür.
    QƏBİRLƏRİN ZİYARƏT OLUNMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİSLƏR
    Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Biz isə yalnız İbni Teymiyyə adı ilə məşhur olan Əhməd ibni Əbdül-həkimin babası Əbdüssəlam ibni Abdullahdan nəql olunmuş hədislərə işarə etmək istəyirik. İlk növbədə onun «Əl-muntəqa» adlı kitabında nəql etdiyi hədislər haqda söhbət açacaq və sonra başqalarından nəql olunmuş digər hədislərə də işarə edəcəyik.
    Əbdüssəlam ibni Abdullah ibni Əbdül-həkim ibni Teymiyyə, Bəridədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Mən sizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Lakin Allah-taala ananın qəbrini ziyarət etməyi Məhəmmədə icazə verdi. Siz də qəbirləri ziyarət edin və bilin ki, onların ziyarət etməklə axirət gününü xatırlatmış olursunuz.
    2. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı. Əshab da onun ağladığını görüb ağladı. Sonra üzünü onlara tutub buyurdu: Allah-taaladan anamın bağışlanması üçün dua etməyimi istədim. Lakin o mənə buna icazə vermədi. Sonra Ondan anamın qəbrini ziyarət etməyə iaczə istədim. O, mənim bu istəyimi qəbul etdi və anamın qəbrini ziyarət etməyə icazə verdi. Sizlər də qəbirləri ziyarət edin. Çünki, qəbirləri ziyarət etmək insana ölümü xatırladır.
    3. Abdullah ibni Əbi Məleykədən nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ayişə qəbristanlıq tərəfdən gəlirdi. Onu görcək dedim: Ey möminlərin anası! Haradan gəlirsən?
    Dedi: Qardaşım Əbdürrəhmanın qəbrinin ziyarətindən.
    Dedim: Məgər Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etməmişdirmi?
    Dedi: Bəli, bir vaxtlar Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etmişdi, lakin sonra bu qadağanı aradan götürüb qəbirləri ziyarət etməyi tövsiyə edərdi.
    İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti Əsrəm də özünün «Sünən» adlı kitabında nəql etmişdir.
    Müəllif:
    Bu rəvayəti təkcə İbni Teymiyyə və Əsrəm deyil, Şeyx Məhəmməd Hamid Fəqinin «Muntəq»aya yazdığı haşiyədə dediyi kimi, İbni Macə, Hakim və Bəğəvi tərəfindən də «Şərhul sünəndə» də nəql olunmuşdur.
    4. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) qəbristanlığa gəlib üzünü qəbirlərə tutub buyurdu: «Salam olsun sizlərə ey möminlər! Biz də sizlərə qovuşacağıq». İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti, Əhməd ibni Hənbəl, Müslüm və Nəsai də nəql etmişdir. Lakin Əhməd ibni Hənbəlin Aişədən nəql etdiyi bu sözlər əlavə olunmuşdur. Peyğəmbər (s) sonra buyurdu: İlahi! Bizləri onların savabından məhrum etmə və onlardan sonra bizləri sınağa çəkmə (ki, biz bunun öhdəsindən gələ bilmərik).
    5. Bəridədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) əshaba etdiyi tövsiyələrin birində buyurdu: Qəbirləri ziyarət edərkən sizlərdən biriniz desin: Salam olsun sizlərə ey ölülər, salam olsun sizlərə ey dünyasını dəyişmiş mömin və müsəlmanlar! Biz də Allahın istək və iradəsi ilə sizlərə qovuşacağıq. Allah-taaladan bizlərin və sizlərin bağışlanmasını diləyirik.
    İbni Teymiyyə hədisi nəql etdikdən sonra deyir: Əhməd ibni Hənbəl, Müslüm, İbni Macə də bu rəvayəti öz kitablarında nəql etmişlər.(Nәhcül-bәlağә 229-cu hikmәt. )
    6. İbni Ömər, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim Allahın evini ziyarət etdikdən sonra mənim qəbrimin ziyarətinə gələrsə, sanki mənim sağlığımda ziyarət etmiş olur.» Bu rəvayəti Təbərani özünün «Əvasit» və Biyhəqi «Sünən» adlı kitablarında nəql etmişlər.
    7. Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) buyurmuşdur: «Kim mənim qəbrimi ziyarət etsə, ona hökmən şəfaət edərəm.»
    Bu rəvayəti İbni Udən özünün «Kamil» və Biyhəqi «Sünən» adlı kitabında nəql etmişlər.
    8. Ənəs Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim məni vəfat etdikdən sonra Mədinədə ziyarət edərsə, mən də qiyamət günü ona şəfaət edəcək və gördüyü işlərə şəhadət verəcəyəm. 
    9. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Qohum-əqrəbasının qəbrini ziyarət edən, mərhuma salam verən şəxs oradan qalxmazdan əvvəl, ziyarətinə gəldiyi şəxsin salamını alar və onunla ünsiyyətdə olar. Bu rəvayəti Əbu Şeyx və Deyləmi də öz kitablarında nəql etmişlər.
    10. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi başqa bir hədisdə deyir: «Tanış qəbrin kənarından keçib ona salam verən şəxslər dərhal salamının cavabını alarlar.»
    Bu rəvayəti Xətib Bağdadi, İbni Əsakir, İbni Nəccar və başqaları da nəql etmişlər. «Kənzul-ummalda» rəvayət nəql olunduqdan sonra müəllif deyir: Hədis sənəd və nəql edən şəxslər baxımından mötəbər və etibarlıdır.
    Müəllif «Kənzul-ummalda» qəbirləri ziyarət etmək və onları öpmək barədə səksənə yaxın hədis və rəvayət nəql etmişdir. Maraqlananlar bu kitaba müraciət edə bilərlər. 
    11. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Mənə salam göndərən hər bir kəsin salamını Allah-taala mənə çatdırır və mən də cavab olaraq ona öz salamımı göndərirəm. 
    12. İbni Ömər Kəbə evindəki «qara daşı» (həcərül-əsvəd) təbərrük məqsədi ilə öpüb əl çəkmək barəsində deyir: «Peyğəmbər (s) qara daşı öpər və ona əl çəkərdi. Biri onun sözünü kəsib soruşdu. Ehtimal vermirsənmi ki, ziyarət zamanı izdiham olduğu üçün bu iş bizim üçün çətin və ya qeyri-mümkün olsun?! Cavabında dedi: Ehtimalını, belə ola bilsinləri kənar qoy! Çünki, mən Peyğəmbərin (s) Həcərül-əsvədi öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm.»
    Bu rəvayəti Buxari də öz kitabında Əhməd ibni Hənbəlin «Müsnəd» kitabında nəql etmişdir.
    13. İbni Abbas deyir: Ömərin qara daşı öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm. Bu işi Peyğəmbərdən (s) də görərdik. Bu rəvayəti Təyalisi və başqaları da nəql etmişlər.
    14. Əbu Cəfər deyir: İbni Abbas Kəbə evinin divarını öpüb alnını oraya qoydu və bu işi üç dəfə təkrar etdi.
    15. Əkrəmə İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: «Peyğəmbərin (s) alnını «qara daşın» üzərinə qoyduğunu dəfələrlə öz gözlərimlə gördüm. 
    16. Davud ibni Saleh deyir: Günlərin bir günündə Mərvan üzünü Peyğəmbərin (s) qəbrinə qoyan bir şəxsi görüb bərk qəzəbləndi. Boynundan yapışıb möhkəm sıxaraq ondan soruşdu: «Heç bilirsənmi nə edirsən?!» Çətinliklə də olsa deyir: «Bəli, bilirəm nə edirəm». Mərvan onun üzünə diqqətlə baxdıqda görür ki, o Əbu Əyyub Ənsaridir. Əyyub ona deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanında idim. Bir qədər söhbət etdikdən sonra buyurdu: Layiq və əməli-saleh insanlar sizə dini rəhbər olduqları zaman din üçün ağlayıb, qəm-qüssə çəkməyin. Din üçün o zaman ağlayıb kədərlənin ki, dininiz naşı və nalayiq insanların əlinə düşmüş olsun».
    Bu rəvayəti Hakim də özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra onun mötəbər olduğunu təsdiq edir.
    «Qara daşı» öpmək, əl çəkmək, onun üzərinə üz qoymağa dair nəql olunmuş rəvayətləri İbni Teymiyyə də özünün «Əl-muntəqa» adlı kitabında nəql etmişdir.
    17. İbni Əsakir nəql etdiyi rəvayətdə deyir: «Bir çöl ərəbi Peyğəmbərin (s) qəbri üzərinə gəlib bir ovuc torpaq götürüb üz-gözünə sürtüb dedi: Ya Rəsuləllah! Quranda deyilir ki, «Onlar [möminlər] bir-birlərinə qarşı durduqları zaman sənə pənah gətirsinlər». Mən də özümə zülm edib [günaha düçar] olub sənə pənah gətirmişəm. Mənim Allah-taaladan bağışlanmağımı istə.»
    Qəbirdən belə bir səs eşidildi: «Ey insan! Sən artıq bağışlandın.» İbni Əsakir deyir: Bu əhvalat Əli (ə)-ın hüzurunda baş vermişdir.
    20. İbni Əsakir nəql etdiyi sonuncu rəvayətdə deyir: «Bilal, Peyğəmbərin (s) qəbri üzərinə gəlib üzünü qəbrin üzərinə qoyub həzin-həzin ağladı. Həsən və Hüseyn də onun yanına gəlib həsrətlə qəbrə baxdılar. Bilal onları görcək ayağa qalxdı və onlara məhəbbət göstərərək üz-gözlərindən öpərək şirin dillə söhbətə tutdu.
    ALUSİNİN ŞİƏ MƏZHƏBİNƏ VURDUĞU TÖHMƏT
    Bir qədər əvvəl Razinin şiə məzhəbi haqda irəli sürdüyü təhqiramiz nəzəriyyə ilə tanış oldunuz. Təəssüflər olsun ki, belə bir xəstəliyə Alusi də mübtəla olmuşdur.
    «Ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için»  ayəsini təfsir edərkən deyir: Şiələr gün çıxdığı zaman oruc tutmağa başlayırlar. Onların əqidəsinə əsasən oruc tutan hər bir şəxs gün çıxana qədər yeyib-içməkdə tamamilə azaddır.
    Qəribədir görəsən Alusi bu məlumatları hansı mənbədən əldə edib və hansı dəlil və sübutlara əsasən belə bir nəticəyə gələ bilmişdir?! O, şiələrin hələ qədimdən məskun olduğu və əhalinin əksəriyyətini təşkil etdiyi Bağdad şəhərində yaşamış və ilk təhsilini orada almışdır. Belə bir şəraitdə o əhalinin hətta yaşayış tərzinə nəzər salıb düzgün nəticəyə gələ bilərdi.
    Bütün bunlarla yanaşı o, şiə alimlərinin təlif etdikləri mötəbər şəriət kitablarından da xəbərsiz deyildir. Lakin təəccüb doğuran budur ki, görəsən belə bir şəraitdə onu bu nəticəyə gəlməyə və heç bir əsası olmayan və eyni zamanda müsəlman məzhəbləri arasında ixtilafa səbəb olacaq belə bir nəzəriyyə irəli sürməyə vadar edən nə olmuşdur.
    Bəli, müsəlmanlar arasında ixtilafların yaranmasına və fikir ayrılıqlarının meydana gəlməsinə səbəb olan məhz bu kimi qərəzli nəzəriyyə və şəri fitvalar olmuşdur. Kim bilir, bəlkə də bütün bunlara səbəb olan gözə görünməyən, lakin pərdə arxasında fəaliyyət edən başqa mənfi ünsürlər vardır? Bəlkə də ədavət toxumunu səpməklə müsəlmanlar özləri balta sapına çevrilir və bir-birlərinin qatı düşməni olurlar?!
    MÜƏLLİFİN HİCAZ ALİMLƏRİNİN BİRİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ
    Hicri-qəməri 1353-cü (Miladi 1932-ci) ildə Kəbə evini ziyarətə getdik. Peyğəmbər (s) məscidində Zeynulabidin adılı olduqca savadlı bir qoca məscidə nəzarət edir, möhürlə namaz qılan şəxslərdən möhürlərini alır və onları möhürlə namaz qılmağa qoymurdu.
    Ona yaxınlaşıb dedim: Peyğəmbərin (s) hərəmində müsəlmanların icazəsi olmadan onların şəxsi əşyalarına toxunmaq və ona sahib olmaq olarmı?
    Dedi: Xeyr.
    Dedim: Belə isə hansı haqla müsəlmanların mallarını qarət edirsən? Bir halda ki, onlar Allahın birliyinə və həzrəti Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərildiyinə şəhadət verirlər.
    Dedi: Onlar müsəlman deyil, müşrikdirlər. Möhürü özləri üçün büt edib onlara səcdə edirlər.
    Dedim: İstəyirsənmi bu barədə bir qədər ətraflı söhbət edək?
    Dedi: Bu lap yerinə düşərdi!
    Onunla saatlarla söhbət etdim, nəhayət tutduğu işdən peşiman olub üzr istəməli oldu. Allah-taaladan bağışlanmasını istəyib dedi: Mən təəssübkeş və inadkar insan deyiləm. Bu günə qədər həqiqət bəlli olmadığı üçün səhvə yol vermişəm.
    Sonra o məndən başqa mövzular ətrafında da müzakirə etməyimizi xahiş etdi. Biz gecələr Peyğəmbər (s) məscidinə gəlir, orada müxtəlif mövzular ətrafında bəhs edir və fikir mübadilələri aparırdıq. Oraya müxtəlif məzhəblərdən olan şəxslər gəlir və bizim məclislərimizdə iştirak edirdilər. Mədinədə olduğum on gün ərzində hər gün Peyğəmbər məscidinə gəlir və oraya toplaşanları maraqlandıran suallara cavab verirdik. Nəticədə həmən şəxs şiə məzhəbinə qarşı tutduğu qərəzli mövqedən əl çəkib bu məzhəbə ehtiramla yanaşmağa başladı.
    Şeyx Zeynulabidin müzakirələrimizin nəticəsini «Ummul Qura» жurnalında çap etdirəcəyinə söz verdi. Onun fikrincə söhbətlərimiz haqsevər və təəssübsüz insanlar üçün olduqca xeyirli ola bilərdi. Bu səbəbdən də söhbətlərimizin məqalələr şəklində çap olunmasına böyük əhəmiyyət verirdi. Hətta жurnalın bir nüsxəsini mənə göndərəcəyinə söz verdi. Lakin verdiyi sözə əməl etmədi. Bəlkə də mövcud şəraiti nəzərə alıb fikrindən dönmüş və ya qarşısına çıxan maneələr onu verdiyi sözə əməl etməməyə vadar etmişdir.
    İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİNİN FƏZİLƏTİ
    Əbu Yəla öz kitabında və İbni Əbi Şəybə və Səid, Mənsurun «Musnəd» adlı kitabında Əmirəl-möminin Əli ibni Əbu Talib (ə)-dan nəql etdiyi hədisdə deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanına getdim. Onun gözlərini yaşlı görüb təəccüb etdim. Soruşdum: Ya Rəsuləllah! Sizi narahat edən bir kəsmi vardır? Ağlamağınızın səbəbi nədir?
    Buyurdu: Ya Əli, bir qədər əvvəl Cəbrail mənim yanımda idi. O deyir ki, Hüseyn Fərat çayının yaxınlığındakı səhrada amansızcasına qətlə yetiriləcəkdir.
    Onu türbətinin ətrini duymaq istəyirsənmi? Dedim: Bəli, ya Rəsuləllah. Əlində tutduğu torpağı ovucuma töküb dedi: Al iylə. Torpağa bir qədər baxdıqdan sonra ixtiyarsız olaraq ağladım.»
    Təbərani özünün «Böyük tarix» adlı kitabında Ümmi Sələmədən nəql edərək deyir: Gecə yarısı Peyğəmbər (s) yuxudan ayılıb ibadətlə məşğul idi. Yuxudan ayılıb onun olduqca qəmgin və məyus olduğunu gördüm. O, həsrətlə əlindəki qırmızıya çalan torpağa baxır və sanki nəyinsə həsrətini çəkirdi.
    Soruşdum: Ya Rəsuləllah! Bu nə torpaqdır belə?
    Buyurdu: Cəbrail deyir ki, Hüseyn İraq torpağında qətlə yetiriləcəkdir. Mən ondan Hüseynin qətlə yetiriləcək torpaqdan bir qədər gətirməsini istədim. Əlimdə gördüyün torpaq oranın torpağındandır.
    İbni Əbi Şəybə, İbni Macə Təyalisi və Əbu Nəim bu rəvayəti Ümmi Sələmədən və Malik ibni Ənəsdən nəql etmişlər.
    SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
    Həsən ibni Mənsur deyir: İblis, Adəm (ə)-a səcdə etməyə əmr olunduqda dedi: İlahi! Adəmə yalnız o zaman səcdə edərəm ki, səcdənin əzəmət və şəfaətini ondan götürmüş olasan. Və mənim sənə səcdə etməyim yalnız sənin böyüklüyünə bir nişanə olsun. Bir tərəfdən mənə Adəmə səcdə etməyimi əmr edirsən, digər tərəfdən isə özündən savayı başqa bir varlığa səcdə etməyi qadağan edirsən. Allah-taala buyurur: Əgər Adəmə səcdə etməsən səni əbədi əzaba düçar edəcəyəm.
    İblis dedi: İlahi! Məni əzab və işgəncə içindəmi görmək istəyirsənmi?
    Allah-taala buyurur: Bəli!
    İblis dedi: Nəzər salaraq məni əzab və işgəncə içində görməyin mənim üçün hər şeydən şirin və əzizdir. Elə bu da məni əbədi olaraq əzab içində qalmağıma vadar edir. Nə istəyirsən onu da et! 
    Müəllif:
    Daim yenilik axtaran Ruzbəha və onun tərəfdarlarının gözləri aydın olsun ki, o, öz təfsirində əql, məntiq, Quran və dini əsaslara müvafiq olmayan belə bir ixtiraya nail ola bilmişdir. (İstehza və təəssüf hissi ilə deyilir. Red.)
    ALLAH-TAALA İLƏ İBLİSİN SÖHBƏTİ
    İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: İblis, Allah-taalaya deyir: Əgər məni Adəmə səcdə etməkdən azad etsən, Sənə elə ibadət edərəm ki, nə yaxın olan mələklərin, nə də göndərdiyin peyğəmbərlər buna qadir olmuş olsunlar.
    Allah-taala buyurdu: Mənim sənin ibadətinə heç bir ehtiyacım yoxdur. Sən Mənə öz istədiyin kimi yox, Mənim istək və əmrimə əsasən ibadət etməlisən.
    Başqa bir rəvayətdə deyilir: Dindən çıxmış bir şəxs imam Sadiq (ə)-dan soruşur: Allah-taala mələklərə Adəmə səcdə etməyi əmr etmişdir?
    İmam Sadiq (ə) sualın cavabında buyurur: Hər kəs Allahın əmrilə səcdə edərsə, Allaha səcdə etmiş olur. Demək mələklər Adəmə səcdə etsələr də, Allahın əmri ilə səcdə etdikləri üçün Allaha səcdə etmiş olurlar.
    İSLAM İKİ ŞƏHADƏT VERMƏKLƏ QƏBUL OLUNUR
    Səmai, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: İslam, Allahın birliyinə şəhadət verməkdən ibarətdir.
    «Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah».
    Bu iki şəhadəti verməklə insanların can və malları toxunulmaz qalır, vərəsəlik, nikah qanunları və digər şeylər qüvvəyə minir və icra olunur.
    Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: Biz bu camaatla Allahın vəhdaniyyətinə, mənim nübüvvətimə və mənə nazil olanlara şəhadət verib iman gətirmələri üçün mübarizə aparıram. Əgər onlar bu iki şeyə iman gətirib onları qəbul etsələr amanda olarlar və xalqın hüquq və işlərinə dəxalət etməyincə heç kəsin onların can və malına təcavüz etmək haqqı olmaz.
    Bu hədisi Cabir və Əbdullah ibni Ömər azacıq fərqlə nəql etmiş və onu əhli-sünnə mühəddisləri öz mötəbər kitablarında gətirmişlər: Səhihi Buxari 1/39, Səhihi Termizi 1/68, Sünəni Nəsai 2/224 və 161, Əhməd ibni Hənbəl 2/528 və 346 (Əbu Hüreyrədən 3/24 və 199, Ənəsdən 5/246, Məaz ibni Cəbəldən 5/433,).
    Yenə də Əbu Hüreyrə həzrət Rəsuli-əkrəmdən (s) nəql edərək deyir: Mən camaatla «la ilahə illəllah» kəlməsinə görə mübarizə aparıram. Hər kəs bu sözü qəbul edib desə, xalqın hüququna təcavüz etməyincə canı və malı amandadır, əməllərinin hesabı da Allahın öz öhdəsinədir.
    Bu rəvayəti Müslüm, Əbu Davud, İbni Macə, Termezi, Nəsai, Əhməd, Təyalisi və Buxari də nəql etmişlər.
    Ovs ibni Səqəfi deyir: Biz Mədinə məscidində idik. Bu zaman həzrət Rəsuli-əkrəm (s) oraya varid oldu, bir kişi ona yaxınlaşıb nə isə bir söz dedi və Peyğəmbərdə (s) onun cavabında buyurdu: Get de onu öldürsünlər! O kişi gedib yenidən qayıtdı. Həzrət Peyğəmbər (s) onu yanına çağırıb buyurdu: Bəlkə o, Allahın birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət verir?
    Dedi: Bəli!
    Peyğəmbər buyurdu: İndi ki belədi, get onlara de ki, onu öldürməyib azad etsinlər. Çünki, mən Allah tərəfindən insanların Onun birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət vermələrinə əmr olunmuşam. Bu iki həqiqətə etiraf etdikləri zaman can və malları amanda qalacaq və gördükləri bütün işlərin müqabilində ilahi qanunlara müvafiq olaraq cəzalandırılıb-mükafatlandırılacaqlar.
    Bu rəvayəti Əbu Davud, Təyalisi, Əhməd Darmi və Təhavi də nəql etmişlər.
    İBADƏTDƏN MƏQSƏD VƏ ONUN NÖVLƏRİ
    Koleyni imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: İbadət üç qismə bölünür: Bəziləri Allahdan qorxduqları üçün Ona ibadət edərlər. Bu qul və kölələrin ibadətinə bənzəyir. Bəziləri Allaha savab və qazanmaq üçün muzdurlar kimi nə isə əldə etmək məqsədi ilə ibadət edərlər. Bəziləri də Allaha saf niyyətlə, eşq və məhəbbətlə ibadət edərlər. Bu isə azad insanların ibadətidir.
    Bu mətləbi bir qədər fərqli bəyanla imam Əli (ə) belə buyurmuşdur: «Bəziləri Allaha tacirlər kimi nəyinsə müqabilində (maddi maraq olmaqla), bəziləri kölələr kimi qorxu üzündən, bəziləri də azad insanlar təki onlara nəsib olan nemətlərin şükrünü yerinə yetirmək üçün ibadət edərlər. 
    ƏMRUN BƏYNƏ ƏMREYN MƏSƏLƏSİ
    Həsən və Şami deyir: İmam Rza (ə)-dan soruşdum: Allah-taala bütün işləri insanların öz öhdələrinə buraxmışdır? Buyurdu: Xeyr. O, təsəvvür olunandan daha uca və daha tədbirlidir və bütün işləri heç də insanların öz öhdələrinə buraxmamışdır.
    Dedim: Demək Allah-taala insanların bütün işlərinə dəxalət edərək onları günah etməyə məcbur edir.
    İmam Rza (ə) cavab verdi: Xeyr. Allah-taala bütün bu yanlış təsəvvürdən uca və münəzzəhdir. Sonra bu ayəyə istinad edərək sözlərinə davam etdi. «Ey Adəm övladları, Mən sənin xeyirxah işlərinə, sənin özündən daha yaxınam (agaham). Çünki, gördüyün bütün işləri ixtiyarına qoyduğum güc və qüvvə və bacarıqla həyata keçirir və tutduğun günah işlərə Məndən daha çox agahsan. Çünki insan bütün günah işləri edəcək yeganə dəlil Allahın ona bəxş etdiyi güc və bacarıqdır.»
    ŞƏFAƏT HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
    Şəfaət haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Biz nümunə olaraq onlardan bir neçəsinə işarə etdik. Bu məzmunda nəql olunmuş rəvayətlərdən biri də Peyğəmbər (s) buyurduğu — «Hər bir peyğəmbərin [ümmətin şəfatə olunması üçün] dua etmə haqqı olmuş və etdikləri dualar Allah-taalanın dərgahında qəbul olunmuşdur. Lakin mən ümmətimin şəfaət olunmasında edəcəyim duanı qiyamət gününə saxladım».— hədisidir
    Bu hədis aşağıdakı mənbələrdə nəql olunmuşdur:
    Səhih Buxari (dua fəsli) 1-ci cild 145-ci səh. Səhih Müslüm 1-ci cild 130-cu səh. (Cabir və Ənəsə istinad olunmadan).
    Malik ibni Ənəs «Muvətta» 1-ci cild 166-cı səh (Əbu Hüreyrədən). Əhməd ibni Hənbəlin «Müsnəd» kitabı 2-ci cild 215-313-181-396 109,426,486-cı səh.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 703 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024