İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    BİRİNCİ FƏSİL
    QURANIN ƏZƏMƏTİ QARŞISINDA
    1. Quran — Quran və hədis baxımından;
    2. Quran ayələrinin fəziləti və oxunma qaydaları;
    3. Quran tilavətinin fəziləti haqqında uydurulmuş hədislər;
    4. Quran [ayələrinin] mənalarında diqqət və təfəkkür.
    QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
    Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə də bu, səmimi bir etiraf Quran barəsində nə isə deməkdən daha münasib olardı?!
    İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?
    Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi bacararmı?
    Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin olunmalarının möcüzəsi ola bilər.
    Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat təminatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
    Quranın bir çox ayələrində bu haqda deyilir:
    «Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17).
    «Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).
    «Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/9).
    Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
    «Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»
    Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
    Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
    Belə ki, Quranı bəşəriyyətə çatdıran və onları şəri hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Quranın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
    «Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
    Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Quranı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.
    Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:
    Birinci hədis:
    Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: «Siz Allahın nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.
    Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.
    Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran haqqında bu sözləri demişlər:
    «Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik».
    Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.
    Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu: «Ey Əvər, bu hədisi məndən yadigar saxla.» (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30).
    Hədisin izahı:
    Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
    «Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə çarpır:
    a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki, Quranın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu «Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir.
    b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Quranın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Quran ayələri nazil olduqdan sonra baş vermişdir.
    v) Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
    «Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».
    Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
    Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ənənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40).
    2. «Quran elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Quranın zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
    Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinul Mustəfa», 1/34).
    «Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.»
    Biz bilirik ki, bəşər Quran ayələrini öz şəxsi rəy və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mənalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.
    3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir «Allahın nazil etdiyi Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.»Bu bir daha Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.
    Bəli, əgər müsəlmanlar öz maddi və mənəvi həyatlarında Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Quranla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.
    Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.
    Amma təəssüflər olsun ki, müsəlmanlar Qurana arxa çevirib cahiliyyət dövrünün adət-ənənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə məlumdur. Qurandan uzaq düşmək, onu şəxsi rəy, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.
    İkinci hədis:
    Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf edilir: «Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qarnlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Quranın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.
    Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala Quranla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)
    Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bəzilərini şərh edirik.
    «Quran nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd, Quranın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Quranın bəzi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq, onun ümumi məfhum və mənası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi şeylərə aid olacaqdır.
    Əyaş, İmam Baqir (ə)-ın «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rəd-7) ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.»
    Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.
    Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Quran ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qurandan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu məlumatlar onlar üçün də etibarlı sayılır.
    İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:
    «Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mənəviyyat nuru olmuş və olacaqdır.»
    Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:
    «O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir]» (Rəd-21) ayəsinin mənasını imam Sadiq (ə)-dan soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Möminlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».
    Fərat Kufinin təfsirində deyilir: «Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, indi Qurandan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, yer və göylər durduqca, Quran da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».
    Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin izahını davam etdiririk.
    2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar:» Buradan məqsəd Quranın insanları haqq yola hidayət etməsidir. Hər kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki, Allah-taala Quranı bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının təmin olunması üçün nazil etmişdir. Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
    3. «Quranın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.»
    Burada iki ehtimal vermək olar:
    a). Quranın maarif və təlim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
    b). Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə və ya ixtisara yol verilməmişdir.
    4. «Quran haqq-ədalət gülüstanıdır» deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu səbəbdən də Quran ədalət ağaclarının becərildiyi «gülüstan» adlanır.
    5. «Quran imanın təməlidir». Buradan məqsəd islam dininin istər əxlaqi, istərsə də əməli hökmlərinin Quran ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
    6. «Quran geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər şey maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini yəqin etməlidir.
    7. «Quran suyu tükənmyən bir dənizdir.» Yəni, hər kim Quranın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi, Quranın da əsrarəngiz sirləri tükənmək bilmir.
    Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.
    Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin açıldığının şahidi olurlar.
    QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
    Bu barədə nəql olunmuş hədislər:
    Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.
    Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.
    Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
    İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur:«Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Quranın fəziləti).
    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).
    Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Quranın fəziləti).
    Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).
    Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.
    1. QURANIN ÜZÜNDƏN OXUNMASI
    Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»
    İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»
    Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
    1. Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran nadir nüsxələrdən birinə çevrilər.
    2. Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.
    3. Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq hiss edir.
    Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.
    2. QURANIN EVLƏRDƏ OXUNMASI
    Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət təsirinin şahidi oluruq.
    1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.
    2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.
    3. Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Quranın oxunma fəziləti).
    QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR
    Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir.
    Biz onlardan bir neçəsinə işarə edəcəyik.
    Peyğəmbər (s) buyurur: «Qurandan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.» Sonra əlavə edərək buyurur: "« Əlif, lam, mim»in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç hərfdir.”
    Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtəbini, Termizini, İbni Məsudu onlara misal çəkmək olar.
    Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir.
    Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi, Məhəmməd ibni Əkaşə Kermani və Əhməd ibni Abdullah Cuveybari Quran fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis dəccallarındandırlar.
    Hətta Əbu İsmət özü bu həqiqəti etiraf etmişdir. Ondan «Əkrəmənin müasiri olmadığın halda, onun Quranın bütün surələri haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən?» - deyə soruşduqda belə cavab vermişdi: Camaatın Qurandan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və Məhəmməd ibni İshaqın «Məğazi» adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Quran oxumağa meyl etsinlər.
    Osman ibni Səlah, Ubəy ibni Kəbin Peyğəmbər (s)-dan Quranın fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir: «Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: "Bu hədisi mən bir neçə nəfərlə həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.”
    Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol vermişlər. (Təfsir Qurtəbi, 1/18-19).
    Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi cilvələndirmişdir.
    «Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.»
    QURAN AYƏLƏRİNİN MƏNALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR
    Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.
    Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]»
    Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.
    İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»
    Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim edən Peyğəmbər səhabələrindən biri deyərdi: «Səhabələr Quranı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27).
    İbni Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9).
    Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-möminin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.
    «[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.» (Qəsəs-85).
    Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.
    Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.
    Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 1128 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024