İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    ÜÇÜNCÜ FƏSİL
    QURANIN ECAZI HAQDA İRƏLİ SÜRÜLƏN MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI
    1. Quranda ədəbi səhvlər;
    2. Quranın ecazı hamı tərəfindən dərk olunurmu?;
    3. Quranla mübarizə mümkündürmü?;
    4. Quran əvvəlki səmavi kitablarla müxalifdirmi?;
    5. Qurandakı ziddiyyətsizlik;
    6. Quranın ecazı rədd olunasıdırmı?;
    7. [Quranla] mübarizə aparmaqdan çəkinməyin dəlilləri;
    8. Quranın tərtib olunması ilə onun ecazı arasında olan mütənasiblik;
    9. Quranın bəyan üsulu ilə şair və yazıçıların üsulları arasındakı fərqlər;
    10. Quranla mübarizə.
    QURANDA ƏDƏBİ SƏHVLƏR
    Quran öz müxaliflərini daim mübarizə meydanına çağırmış və onlardan iddialarını sübuta yetirmək üçün öz ayələrinə bənzər heç olmasa kiçik bir nümunə gətirmələrini tələb etmişdir. Lakin, onlar həmişə olduğu kimi, buna qadir olmadıqlarını görüb bu işin qarşısında aciz olduqlarını etiraf etmişlər.
    Rüsvayedici məğlubiyyətə uğrayan müxaliflər yeni-yeni mübarizə yollarına əl atır və bu ağır məğlubiyyət ilə heç cür razılaşa bilmirdilər. Onların növbəti iradı, guya Quranda ədəbi səhvlərin mövcud olması idi.
    Təəssübkeş və inadkar insanların Qurana tutduqları və heç bir məntiqə əsaslanmayan ədəbi səhvlər haqqında:
    1-ci səhv;
    Onlar deyirlər ki, Quranda istifadə olunan bəzi cümlələr ərəb dilinin leksika, orfoqrafiya, fəsahət və bəlağət elmləri ilə tamamilə ziddiyyət təşkil edir. Onların irəli sürdükləri belə bir əsassız iddianı biz iki yolla batil edə bilərik.
    1. Quran, fəsahət və bəlağət incəliklərinin sirlərinə yiyələnmiş şair və ədiblərin yaşadıqları zaman və məkanda [Məkkədə] nazil olmuşdur. Əgər belə bir şeyə yol verilsəydi, dövrün söz ustaları tərəfindən diqqətlə araşdırılar və ən əlverişli mübarizə üsullarından birinə çevrilərdi. Beləliklə onlar qarşılaşdıqları maneəni birdəfəlik dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu tarixi kitablarda və ya heç olmasa müxaliflər tərəfindən nəql olunmuş «rəvayətlərdə» görərdik. Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir cərəyanın baş verdiyini müşahidə etmirik.
    2. Quran nazil olarkən hələ ərəb dilinin qarammatikası bir elm kimi formalaşmamışdı və o dövrün məşhur ədib və şairləri tərəfindən qarammatik təhlillər aparılmırdı. Bu sahədə yalnız Quran nazil olub qurtardıqdan sonra araşdırma və təhqiqatlar aparmağa ehtiyac duyuldu. Beləliklə, ərəb dilinin qarammatik qanunları tərtib olundu və burada Quran ən başlıca meyar götürüldü.
    Demək, Quranla tətbiq olunmayan qarammatik qanunlar nöqsanlı və etibarsız hesab olunur.
    Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Quranda istifadə olunan «ziddiyyətli ifadələri» yalnız o zaman fərz etmək olardı ki, o, bütün Quran qariləri tərəfindən təsdiq olunmuş olsun. Yox əgər ixtilaf onlardan birinin qiraətində müşahidə olunarsa, bunu ümumilikdə deyil, yalnız onun özünün batil qiraətə yiyələndiyini deyə bilərik. Və kimlərinsə yanlış qiraəti Quranın böyüklüyünə heç bir xələl gətirə bilməz. Çünki bütün mötəbər qiraətlərə, Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdə işarə olunmuşdur.
    QURANIN ECAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR
    2-ci səhv:
    Onlar deyirlər ki, insanlar Quran kimi ikinci bir kitab gətirə bilməsələr də biz, heç bir fəsahətli kəlamı möcüzə adlandıra bilmərik. Çünki, fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya deyil, yalnız bu sahədə istedad və bacarığı olan şəxslərə müyəssər olur. Bir halda ki, möcüzə göstərən şəxsləri təsdiq etmək, daha dəqiq desək, onlara iman gətirmək üçün, möcüzəni hamı dərk edib başa düşməlidir.
    Cavab:
    İrəli sürülən bu iddia da birinci iddia kimi olduqca zəif və əsassızdır. Çünki, onların təsəvvür etdikləri kimi möcüzəni tanımaq üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən dərk olunması deyildir. Əgər biz belə bir şərti qəbul edəriksə, onda peyğəmbərlər tərəfindən göstərilən möcüzələri möcüzə hesab etməməliyik. Çünki, möcüzələrdən hər biri bir və ya bir neçə baxımdan hamı üçün dərk olunası olmamışdır.
    Möcüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş və sonralar başqalarına da onlar tərəfindən mütəvatir və ardıcıllıqla nəql və sübut olunmuşdur. Quran isə, bir qədər əvvəl dediyimiz kimi, ilahi peyğəmbərlərin möcüzələrindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, peyğəmbərlər ehtiyac duyularkən xüsusi şəraitlərdə möcüzələr göstərmiş və zaman keçdikcə ya unudulmuş, ya da öz təsirini itirmişdir. Nə vaxta qədər ki, müsəlman ümməti və ərəb dilinin incəliklərinə yiyələnən şəxslər var, Quran əbədi möcüzə olaraq yaşayacaqdır.
    QURANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ?
    3-cü səhv:
    Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Quranda istifadə olunan və ya onlara oxşar ifadələrdən istifadə etməklə Qurana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər.
    Cavab:
    Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki, bir şəxsin Quranda istifadə olunan ifadələrdən istifadə etməsi heç də o demək deyildir ki, o, Quran kimi ikinci bir kitabı tərtib etməyə qadir və bacarıqlıdır.
    İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər bir şəxs uca və gözəl saraylar tikə bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar və dinləyiciləri heyran qoyardılar.
    Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» nəzəriyyəsini irəli sürməklə irad tutmaq istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Quran kimi ikinci bir kitab yazmaq qeyri-mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, Allah-taalanın bu yolda çalışanları hədəflərinə çatmaqda nakam qoymasıdır. Amma bütün bunlar Quranın möcüzə olmasına əsla dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı səbəbə görə qəbul etmək qeyri-mümkündür.
    1. Əgər «Sərfə» dedikdə, Allah-taalanın bütün insanlara Quran kimi ikinci bir kitab yazmaq bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. Lakin belə olduqda «Sərfə» nəzəriyyəsi təkcə Qurana deyil, peyğəmbərlərin bütün möcüzələrinə şamil olardı.
    Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Quran kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Quranla mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün səy və cəhdlərindən istifadə etmiş, lakin son mərhələdə Quranın fəsahət və bəlağətinin qarşısında aciz olduqlarını etiraf etmişlər.
    2. Əgər Quranın ecazı «Sərfə» ilə bağlı olsaydı, yəni Allah-taala Quranı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən məhrum etsəydi, onda heç olmasa Quran nazil olmazdan əvvəl yaşamış söz ustalarının əsərlərində Quranda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Quran müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün məlum olur ki, Quranın ecazı yalnız onun özünə aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün qeyri-mümkün bir işdir.
    QURAN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRMİ?
    4-cü səhv:
    Deyirlər ki, Quranın möcüzə olduğunu qəbul etməyi, onu gətirən şəxsin doğruluğuna dəlil hesab edə bilmərik. Çünki, Quranda nəql olunmuş əhvalatlar Tövrat və İncildə nəql olunmuş əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Bir halda ki, Tövrat və İncil də Allah-taala tərəfindən göndərilmiş səmavi kitablardır.
    Cavab:
    Quran, Tövrat və İncildə nəql olunmuş qondarma dastanlarla müxalif olmaqla yanaşı, onları tənqid atəşinə tutaraq qətiyyətlə rədd edir və beləliklə qəlblərdəki şəkk-şübhələri aradan aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir.
    Çünki Quran, batil və xurafi əqidələrlə mübarizə aparan, Allah və Onun peyğəmbərlərinin müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır.
    Buna əsasən deyə bilərik ki, Quranın Əhdeyn kitabları ilə müxalif olması, onun həqiqi səmavi kitab olmasına tutarlı bir dəlildir.
    Ötən fəsillərdə Tövrat və İncildə nəql olunmuş xurafi dastan və əhvalatlar haqda ümumi məlumat verib, onlardan bəzilərinə işarə etdik. Orada sübuta yetirildi ki, hal-hazırda mövcud olan Tövrat və İncil Musaya və İsaya (ə) nazil olmuş həqiqi ilahi vəhylər toplusu deyildir. Quranın Allah tərəfindən nazil olmuş Tövrat və İncilə qarşı münasibətinə gəldikdə isə, qeyd etməliyik ki, Quran nəinki onlarla müxalifətçilik etmir, hətta onları tamamilə təsdiq edən ən mötəbər bir sənəd də sayılır.
    QURANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR
    1- ci irad:
    Deyirlər ki, Quranda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi kitab olduğuna dair şəkk və şübhə yaradır.
    Cavab:
    Ərəb dilində «yovm» kəlməsi gün (gün çıxandan gün batana qədər olan zaman) mənasında işlənilir. «Ləyl» isə (axşam) gündüzün müqabilində istifadə olunan ifadədir.
    69-cu surənin 7-ci ayəsində deyilir:
    «Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.»
    Göründüyü kimi burada «yovm» kəlməsi gündüz, «ləyl» isə gecə mənasında işlədilmişdir. Bəzən də «yovm» kəlməsinin gecə və gündüz mənasında işlədilməsinin şahidi oluruq.
    «[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin.» (Hud-65).
    Belə ki, «ləyl» kəlməsi bəzən gecəyə, bəzən də günəşin üfüqdə gizlənməsinə deyilir.
    «And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» (Şəms-1).
    «Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7).
    Bəzən də «ləyl» gündüzlə gecəyə deyilir.
    «[Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik vədə vermişdik.» (Bəqərə-51).
    Göründüyü kimi, birinci ayədə «yovm» gecə ilə gündüz, ikinci ayədə isə «ləyl» gecə-gündüz, yəni bir gün mənasında işlənmişdir.
    Bu iki ifadə - «yovm və ləyl» Qurani-kərimin digər ayələrində də gecə-gündüz mənalarında işlənmişdir.
    Buradan belə məlum olur ki, ayədə istifadə olunan bu ifadələrin hər biri eyni məna daşıyır. Demək, ayədə ziddiyyət deyil, əksinə uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və təfsir edir.
    Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə yalnız gündüz mənasını daşımış olsun. Bir halda ki, «ləyl», həm də «yovm» gecə və gündüz mənalarını verir və belə olduqda heç bir ziddiyyətdən söhbət açmaq olmaz.
    Bu, inkarolunmaz bir həqiqət olsa da, bəzi inadkar və təəssübkeş insanlar Quranın əzəmətinə xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində də müşahidə edirik.
    Orada deyilir: «Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən sonra cəsədinin yerdə yalnız üç gün dəfn olunacağı haqda xəbər verdi.» (12-ci fəsl).
    Lakin həmən kitabın digər fəsillərində və digər incillərdə bu haqda deyilir: «Məsih çox qısa bir müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi günləri yerdə dəfn olundu.
    Bu incilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy adlandıran şəxslərdən soruşun: Dediyiniz üç gecə-gündüz ilə incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?!
    Təəccüb doğuran burasıdır ki, qərb alimləri xurafat və mövhumatlarla dolu olan incil və tövrata iman gətirib, haqq-ədalət meyarı olan Qurandan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk etmək istəmirlər.
    Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur.
    2-ci irad:
    Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması əlaməti üç gün göstərilir.
    «[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə [əl, baş və gözlə] danışmaq olacaqdır.»
    Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib.
    «[Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışa bilməyəcəksən.» (Məryəm-10).
    Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir.
    4-cü irad:
    Onlar deyirlər: Quranda nəzərə çarpan ikinci ziddiyyətli məsələ bundan ibarətdir ki, bəzən insanların öhdəsinə düşən vəzifə yalnız onların özlərinə aid edilir «Kim istəyir inansın, kim də istəyir inanmasın [kafir olsun]» (Kəhf-29), bəzən də bütün işlərin Allahın ixtiyarında olduğu bəyan edilir.
    «Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (insan)-30).
    Ümumilikdə götürsək, Quranın bəzi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bəzi ayələrdə də onların heç bir ixtiyara malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə həyata keçməsi bildirilir.
    Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək olmaz.
    Cavab: Quran insanların öhdəsinə düşən vəzifələri bəzən onların özlərindən, bəzən də Allahın istək və iradəsindən asılı olduğunu bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır.
    1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bəzi işləri öz ixtiyarı ilə görməyə qadir olduğu kimi, onu tərk də edə bilər.
    Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri saleh əməl və xeyirxah işlərə görə daim tərifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə aid olan işlərdə azad olsa da, görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun ixtiyarından xaricdir.
    Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə məlum olar ki, insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə, həmin işlərin müqəddiməsini isə Allah-taalanın istək və iradəsi ilə əlaqələndirmək olar.
    2. Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə, qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam etdirməkdə də qırılmaz şəkildə Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.
    Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şerə də bənzədə bilərik. Belə ki, həmin şer üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.
    Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.
    Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi, aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır.
    Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir.
    Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari (azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və istedadlardan istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bəzi səbəblərə görə Allahdan asılıdır.
    Quran da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır. Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun beynə əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq «cəbr» (yəni, insan bütün işləri ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yəni, insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal çəkməyi daha məqsədə uyğun görürük.
    Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun qolunu hərəkətə gətirməklə bəzi işləri görməkdə ona köməklik edir. O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynə əmreyn» prinsipi əsasında qəbul edəcəyik. Çünki, xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.
    Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və nə də təfviz adlandırırlar. Onların fikrincə insan görmək istədiyi işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də buna təsir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb olunur. Quranda rast gəldiyimiz bir çox ayələr bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə yanaşı, Allahın da istək və iradəsinin təsirli olması açıq-aşkar bəyan olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar.
    Hədislərdən birində deyilir:
    «İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz bəndələrini xoşagəlməz işlərə vadar edirmi?
    Buyurdu: Xeyr.
    Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı?
    Buyurdu: Xeyr.
    Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin.
    İmam (ə) buyurdu: Allah-taala öz lütf və mərhəmətini öz bəndələrinin üzərindən bir an olsun belə, kəsmir və insanlar gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət edirlər.» (Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli).
    İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bu nə cəbrdir nə də təfviz, (ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir.» (Həmin mənbə).
    Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, Quran ayələri zahirdə cəbr və ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni məna və eyni məqsəd daşıyırlar. Bu ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və təfsir edir. Belə ki, ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm də Allahın istək və iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynə əmreyn» yoludur.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 794 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024