İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    QURANIN ECAZINDA ZİDDİYYƏT
    5-ci irad:
    Onlar deyirlər: Əgər insanların Quran kimi ikinci bir kitab təlif edə bilmədiklərini möcüzə hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da möcüzə adlandırmalıyıq. Yəni, təkcə müəyyən bir kitabın oxşarının yazılmaması möcüzə hesab edilərsə, onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur.
    Cavab:
    Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki, son dövrün alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir qədər əvvəl möcüzə haqda söhbət açdıqda möcüzənin şərtlərindən bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, möcüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və möcüzənin digər şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik.
    QURANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ
    6-cı irad:
    Onlar deyirlər: Ərəblərin Quran kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.
    İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Quran kimi ikinci bir kitab yazmağa cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Quranla mübarizə müsəlmanlar tərəfindən necə qarşılana bilər.
    Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin islama və Qurana olan marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Quran və islam dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.
    Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Quranın şirin məna və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və Quran qəlblərdə dərin iz qoydu və insanlarla Quran arasında qırılmaz ünsiyyət yarandı.
    Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.
    1. Peyğəbmər (s) öz müxaliflərini Quranla mübarizəyə dəvət etdiyi zaman hələ Məkkədə yaşayır və islamı gizlincə təbliğ edirdi. Məlum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şer və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və bəlağət elmlərinə yiyələnmiş ərəblər Quranın qarşısında aciz olduqlarını etiraf edir və həqiqəti dərk etdikdə onun qarşısında diz çökürdülər.
    2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Quran və islamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, islamdan əvvəl və sonra Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa məruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları toxunulmamazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən etiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.
    Bəli, belə bir azad şəraitdə Qurana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qurana qarşı öz etirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.
    3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Bəs görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün onlar gizlində də olsa, Qurana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Quran ayələrində kiçik bir ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.
    4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.
    Yazılmış şer və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.
    Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mənəvi zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.
    İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.
    Əgər Quran möcüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə verərdi. Məlum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş amma öz təravət və şirinliyini qoruyub saxlaya bilmişdir.
    Əgər Quran da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab edərdilər. Quran nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur. Quranın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük təsir göstərir. Belə bir xüsusiyyət nəinki Quranın əzəmətinə xələl gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi möcüzə olduğunu bir daha sübuta yetirir.
    5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Quranla ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər» iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da Quranın tilavətindən mənəvi zövq aldıqlarını etiraf etmiş və mənasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və ruh yüksəkliyi duymuşlar.
    QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
    7-ci irad:
    Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Quranı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Quran ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Quran həqiqətən möcüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.
    Cavab:
    Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:
    1. Quranın möcüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Quranın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yəni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.
    2. İnsanlar Quranın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyillər. Quran ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qurana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.
    3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mötəbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.
    4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Quran Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı Quran hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Quran nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.
    Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Quranı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Quran hafizlərinin bol olduğu bir şəraitdə belə bir məsuliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.
    QURANIN İFADƏ TƏRZİ İLƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
    8-ci irad:
    Onlar deyirlər:
    Quranın bəyan tərzi ilə, mahir ədib və şer ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Quranda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.
    Cavab:
    Quran, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Quran fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.
    Şübhəsiz, Quranın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Quran surələrindən hər birini mütaliə etdikdə yaradılış, məad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli məlumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şəri məsələləri ilə yaxından tanışlıq hasil olur.
    Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi məna baxımından heç bir nizamsızlıq müşahidə etmirik.
    Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Quranın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yəni kamala çatmaqdan məhrum olardı.
    Qurana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.
    Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.
    Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi çatışmamazlıqla qarşılaşardı. O da Quranda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Quran öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir məna kəsb etməzdi.
    QURANLA MÜBARİZƏ
    9-cu irad:
    «Husnul iycaz» kitabının müəllifi deyir: Quranda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Quran kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Quranın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan məlumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.
    Cavab:
    Bir qədər sonra müəllifin Quranla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhətul ecaz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.
    FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ
    Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:
    «Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»
    Dərin mənalı Quran ayələrini, heç bir məna kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik?!
    Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.
    O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr məna və heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.
    Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Quranla mübarizə aparmağa cəsarət etmirdilər.
    Onlardan bəziləri həqiqəti yəni, Quranın ilahi möcüzə olduğunu dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Quranı sehr və cadu adlandıraraq dedilər:
    «Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24).
    Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir məlumatı olmamışdırmı?
    1. Axı necə demək olar ki, «Şükr olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükr Allaha» kəlməsi ilə məna və məfhum baxımından eynidir. Bir halda ki, «Allah» kəlməsi Allah-taalanın bütün sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir.
    Demək, «Əlhəmdulillah – həmd olsun Allaha» kəlməsindəki şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması, «Şükr Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq Allahın digər sifətləri nəzərdə tutulmur.
    2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq möminlərə mərhəmətli olana»ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan edir. Bu qısa ifadə isə hər iki ayənin məna və məfhumunu bütünlüklə aradan aparır. Çünki, hər iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.
    Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mənasız bir ifadədən əldə etmək olarmı?
    Bir halda ki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mənalarını verir. Malik və başçı mənasını verən «Rəbb» kəlməsini məsdər halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, «xaliq» ifadəsindən istifadə edərək «xaliqul əkvan» – yəni «varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə gəldikdə isə, onu nə aləmlər mənasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan daimi rəhmətinə.
    3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir məna əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki, ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [möminlərə] mükafat verəcəyinə dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir məna nəzərə çarpmır. Məlum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu məna ilə də qarşılaşırıq.
    Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi mənaların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini mənaları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.
    4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.»
    Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hisslərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca məqsəd, möminlərin bu həqiqəti etiraf etmələridir ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.
    Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?
    5. «Bizi doğru yola yönəlt»
    Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə bütün insani dəyərlərlə hidayət etmiş olsun.
    Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.
    (İhdinas-siratəl iman)
    «Bizi iman yoluna hidayət et.»
    Qeyd olunan ifadədən bu mənalardan heç birini əldə etmirik.
    Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç bir işarə edilməmişdir.
    Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin məna və məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yəni «Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!»
    6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun yolçuları və ilahi nemətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mənalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə etimad etmək olarmı?
    KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ
    Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir:
    «Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz və cadugərlərin sözlərinə etina etmə.»
    Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik.
    1. Göründüyü kimi, yazıçı Qurandakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur.
    2. Qoşduğu ifadələrdən belə məlum olur ki, bu onun öz sözləri deyil, sadəcə olaraq peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir:
    «Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.»
    3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki, fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında uyğunluq və rabitənin olmasıdır. Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik.
    4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər üzündən yazıçı «cəvahir» kəlməsini müəyyənlik əlaməti olan «əlif-lam» ilə qeyd etmişdir.
    Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki, «əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına dəlalət edir – bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki, dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi qeyri-mümkündür.
    5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə «Vəla tətəmidu qovlə sahir – sehirbaz və cadugərlərin söylədiklərinə etina etməyin» cümləsi arasında nə kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? «Söylədiklərinə etina etmə» dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yəni həm «qovl» – söyləmək, həm də «sahir» – sehirkar qeyri-müəyyənlik və inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə olduqda bu mənanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə etina etməyin. Lakin biz, cümləni bu mənada qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə belə söylədiklərinə etina etməyimizə heç bir əqli dəlilimiz yoxdur.
    Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki, cadugərlərin işi sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.
    6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə oğlan uşağı nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din unudularaq aradan gedəcəkdir.
    Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:
    «Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək müsibəti [ölüb getməsini] gözləyirik!» – deyirlər.
    Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə «Kəusər» surəsi nazil oldu. (ərə) «Yəni biz sənə böyük nemət «kəusəri» bəxş etdik.»
    Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli nemət idi. Ömrünün son gününədək öhdəsinə düşən peyğəmbərlik vəzifəsinə məsuliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-ədalətə dəvət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı mübarizə aparır və bütün ömrünü islamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. Dünya durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə kovsər hovuzunun kənarına yığılıb şəfaətindən bəhrələnəcəklər.
    «Yəni bütün bu nemətlərin müqabilində Allaha şükr et! Namaz qıl və Allah yolunda qurban kəs.»
    Ayədəki «Nəhr» sözü bir neçə məna daşıyır.
    1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;
    2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə;
    3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması;
    4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.
    Lakin «nəhr» sözü haqda deyilən bütün mənaları ayəyə şamil edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s) ona bəxş olunan nemətlərə şükr etməsi kimi qəbul edə bilərik.
    Allah-taala bəxş etdiyi nemətlərə, Peyğəmbərə (s) şükr etməsini əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi: «Səni istehza edən düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-əlamət belə qalmayacaqdır!»
    Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Quranın xəbər verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı.
    Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır.
    Kovsər surəsi haqda qısa məlumat verdik.
    İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?!
    O, Musəyləmə Kəzzabın Quranla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata bilməmişdir.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 585 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024