İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    HƏMZƏ KUFİ
    Həmzə ibni Həbib ibni Əmmarət ibni İsmail, Kufənin Bəni-təmim qəbiləsinə mənsub olmuş və Əbu Əmmarə ləqəbi ilə tanınmışdır.
    Qiraət dərslərini başa vurduqdan sonra qiraətini Süleyman ibni Əməş və Həmran ibni Ueynə təqdim edir.
    «Kifayətul-kubra» kitabında deyilir: «Həmzə, qiraəti Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyla və Təlhə ibni Musrifdən öyrənmişdir. «Əttəysir» kitabında isə deyilir: «Həmzə, Muğeyrət ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət dərslərində iştirak etmiş və ilk təhsilini onlardan almışdır. «Əttəysir» və «Mustəkir» kitablarının müəllifi yazır: «Həmzə qiraəti imam Sadiqdən (ə) öyrənmişdir.»
    Bunlar deyir: «Həmzə ilk qiraət təhsilini Həmrandan almış və sonralar Əməşə, Əbu İshaqa və Əbi Leylaya təqdim etmişdir. Asim və Əməşdən sonra qiraət tədrisinin rəhbərliyi ona həvalə olunmuşdur.
    Həmzə etibarlı və misilsiz bir şəxsiyyət olmşudur.»
    Abdulla Əcli deyir: «Əbu Hənifə, Həmzəyə deyir: "Qurana və şəriətin vacib hökmlərinə bizdən daha bilikli olduğun üçün bu barədə səninlə bəhs etmək istəmirəm.”»
    Süfyan Suri deyir: «Həmzə Quran və şəriətin vacib hökmlərində hamıdan bilikli idi.» Abdulla ibni Musa deyir: « Əməş şagirdi Həmzəni hər dəfə gördükdə deyərdi: «Həmzə Quran elmlərinə yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı ilində doğulmuş, 156-cı ilində isə vəfat etmişdir.(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)
    İbni Muin deyir: «Həmzənin doğru və mötəbərliyi hamı tərəfindən qəbul olunurdu.»
    Nəsai deyir: «Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.»
    Əcli deyir: «O, əməli-saleh və etibarlı bir şəxs idi.»
    İbni Səd deyir: «Qiraət elmində özünəməxsus üsluba malik idi. Öz etibarı ilə hamıdan fərqlənirdi və hamının ehtiramını qazanmışdı.» Saci deyir: «Həmzə düz danışan, amma hafizəsiz bir şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də mötəbər hesab etmək olmaz. Hədisi əsas meyar götürən bəzi şəxslər onun qiraətinə irad tutmuşlar. Bəziləri isə onun qiraət üsulu ilə qılınan namazları batil hesab etmişlər.»
    Yenə də Saci və Əzdi deyir: «Alimlər Həmzə haqda müxtəlif nəzəriyyələr irəli sürmüş və bəzən onu məzəmmət etməyə çalışmışlar.»
    Əsləmət ibni Şəbib deyərdi: «Əhməd ibni Hənbəli namazda Həmzənin qiraətindən istifadə edən şəxsin arxasında namaz qılmazdı.»
    Acəri, Əhməd ibni Sənandan nəql edərək deyir: «Yəzid ibni Harun, Həmzənin qiraətindən əsla razı deyildi.» Əhməd ibni Sənan deyir: «İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri şallaqla cəzalandırardım.» Əbu Bəkr Əyyaş, Həmzənin qiraətini bir növ bidət hesab edirdi. İbni Dərid deyərdi: «Çox istərdim ki, Həmzənin qiraəti unudularaq Kufədə bir dəfəlik aradan getsin. (Təhzibut-təhzib, 3-cü cild, səh.27.)
    HƏMZƏNİN RAVİLƏRİ
    Həmzənin vasitəsi ilə onun qiraətini nəql edən şəxslər Xələf ibni Hişam və Xəlad ibni Xalid olmuşlar.
    1. Əbu Məhəmməd künyəsi ilə tanınmış və Bəni-əsəd qəbiləsinə mənsub olmuş Xələf, Bağdadlı Hişam ibni Sələt Bəzadın oğlu olmuşdur.
    İbni Cəzri deyir: «Xələf on məşhur qarilərdən və Səlimin vasitəsilə Həmzənin qiraətini nəql edən ravilərdən biridir. On yaşında ikən Quranı əzbərləmiş, on üç yaşına çatdıqda isə qiraət elminə yiyələnməyə başlamışdır. Ümumi şəkildə götürsək Xələf, Həmzənin qiraət üsulundan istifadə etmiş, lakin yüz iyirmi yerdə onunla müxalif olmuşdur. Xələf Hicrətin 150-ci ilində doğulmuş, 229-cu ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.272.)
    Ləlkai deyir: «Abbas Dovridən, Əhməd ibni Hənbəlin Xələf ibni Hişam haqda nəql etdiyi əhvalat barəsində soruşduqda deyir: Bu əhvalatı mən özüm Əhməd ibni Hənbəldən eşitmişəm. Lakin belə nəql edirlər ki, günlərin bir günündə Əhməd ibni Hənbələ, Xələf barəsində xoşagəlməz məlumat verirlər. Belə ki, hətta onu şərabxorluqda belə ittiham edirlər. Əhməd onların dediklərini təsdiq edir və sonra deyir: Onun barəsində nə deyirlər desinlər. Hər halda o, bizim nəzərimizdə ən etibarlı şəxslərdəndir.»
    Nəsai deyir: «Xələf Bağdadi mötəbər şəxslərdəndir.» Dar Qütni isə onun haqda bu sözləri deyir: «Xələf abid və fəzilət sahibidir. Sözünü davam edərək deyir: Qıldığım qırx illik namazları Kufi məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.»
    Xətib Bağdadi öz kitabında Məhəmməd ibni Hatəm Kəndidən nəql edərək yazır: «Yəhya ibni Muindən Xələf haqda soruşdum. Cavabında dedi: Xələf sadəcə olaraq hədisin nə olduğunu bilmir.» (Təhzibut-təhzib, 3-cü cild, səh.156.)
    Müəllif: Xələfin barəsində rəvayət nəql edən şəxslərin kimliyi haqda bir qədər sonra söhbət açacağıq.
    2. Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış şəxsiyyətlərindən olmuşdur.
    İbni Cəzri onun barəsində deyir: «Xəlad qiraət elminə mükəmməl yiyələnmiş təhqiqatçı alim olmuşdur. Qiraəti Səlimdən öyrənmiş və onun özünə təqdim etmişdir. Öz yaşıdları arasında hamıdan etibarlı və hafizəli sayılırdı. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 220-ci ilinə təsadüf etmişdir.
    Müəllif: Digər ravilər kimi Xələf barəsində rəvayət nəql edən şəxslərin kimliyi naməlum qalmışdır.
    NAFE MƏDƏNİ
    Nafe ibni Əbdürrəhman ibni Əbi Nəim.
    İbni Cəzri onun barəsində deyir: «Nafe tanınmış yeddi qaridən biri hesab olunur. O, əməli-saleh və mötəbər bir şəxs olmuşdur. Əsli İranın İsfahan şəhərindən olmuş, lakin təhsilini Mədinə tabeinlərindən* almışdır.»
    Səid ibni Mənsur deyir: «Malik ibni Ənəs deyərdi: Mədinə camaatı qiraəti Peyğəmbərdən (s) əxz etmişlər. Ondan - Mədinə camaatının qiraəti dedikdə, Nafenin qiraətini nəzərdə tutursunuz?-deyə soruşduqda, «Bəli!» – deyə, cavab vermişdi.»
    Abdulla ibni Əhməd ibni Hənbəl deyir: «Atamdan qiraətlərdən hansı birini daha çox sevdiyini soruşdum. Dedi: Mədinə camaatının qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa necə? Dedi: Asimin qiraətinə üstünlük verərəm.»
    Nafenin doğum tarixi haqda dəqiq məlumat göstərilmir. Vəfatı isə Hicrətin 169-cu ilinə aid olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh-330.)
    Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Camaat, Quranı Nafedən öyrənsələr də, nəql etdiyi hədislərə əsla etina etmirdilər.»
    Dovri, İbni Muindən nəql edərək onun etimad olunası şəxs olmadığına işarə etmişdir. Nəsai deyir: «Nafenin heç bir nöqsanı olmamışdır.» İbni Həyyan da onun mötəbərliyinə işarə etmişdir. Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rəylər vermişlər. Belə ki, Əhməd ibni Hənbəl onun nəql etdiyi hədisləri bütünlüklə yalan, Yəhya isə mötəbər hesab edir.
    NAFENİN RAVİLƏRİ
    Nafenin qiraətini Qalun və Vərəş arada heç bir vasitə olmadan nəql etmişlər.
    1. Qalun: İsa ibni Mina ibni Vərdan, Əbu Musa ləqəbi ilə tanınmış və Bəni-zəhrə qəbiləsi tərəfindən köləlikdən azad edilmişdir.
    Deyir: İsa Rəbib fitri istedada və qeyri-adi hafizəyə malik olduğuna görə, Nafe ona Qalun ləqəbini vermişdir. Qalun isə Rum dilində zirək və gözəl mənasını verir.
    Abdulla ibni Əli deyir: «Ona Qalun ləqəbinin verilməsinin əsas səbəbi əsliyyətcə rumlu və babası Abdullahın Rum əsirlərindən olmasıdır.»
    Qalun, qiraəti Nafedən öyrənmiş və onun özünə təqdim etmişdir.
    İbni Əbi Hatəm deyir: «Qalun lal olduğu üçün Quranı dodaqlarını tərpətməklə oxuyur, hətta başqaları qiraətdə səhvə yol verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun Hicrətin 120-ci ilində doğulmuş və 220-ci ildə 100 yaşında vəfat etmişdir.» (Təbəqatul-qurra, 1-ci cild, səh.615.)
    İbni Həcər deyir: «Qalun qiraət elmində hamıdan bilikli və etibarlı olsa da, nəql etdiyi hədislər bir o qədər də mötəbər deyildi. Əhməd ibni Saleh, Misirdən Qalunun nəql etdiyi hədislər barəsində soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql etmək olar?!»
    Müəllif: Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi naməlum qalmışlar.
    2. Vərəş: Osman ibni Səid.
    İbni Cəzri onun barəsində deyir: «Vərəş Misirdə olduğu illər ərzində qiraət tədrisi ona həvalə olunmuşdu. Onun özünəməxsus qiraət üsulu var idi. Qiraətdə Nafe ilə müxalif olmasına baxmayaraq, zəmanəsinin ən mötəbər şəxsiyyətlərindən biri hesab olunurdu.»
    Vərəş Hicrətin 110-cu ilində Misirdə doğulmuş, 197-ci ildə elə oradaca vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh-502.)
    KƏSAİ KUFİ
    Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni Firuz, Kəsai ləqəbi ilə məşhur olmuşdur. Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.
    İbni Cəzri onun barəsində deyir: «Həmzə Zəyyatdan sonra qiraət elminin tədris olunması Kəsaiyə həvalə edildi. O, qiraəti Həmzədən öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.»
    Əbu Ubeyd isə özünün «Əl-qiraət» adlı kitabında yazır: «Kəsainin özünəməxsus qiraət üsulu var idi. Bəzən o, Həmzənin qiraətindən də istifadə edərdi. Vəfat tarixi haqqında müxtəlif məlumatlar söylənmişdir, lakin daha dəqiq nəzərə çarpan tarix Hicrətin 189-cu ilidir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 535.)
    Kəsai qiraəti Həmzə Zəyyatdan, Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyladan və İsa ibni Əmr Əməşdən müzakirə yolu ilə və şifahi olaraq öyrənmişdir. Onun qiraətini Süleyman ibni Ərqəm, imam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o, qiraəti Rəşidə və oğlu Əminə də tədris etmişdir. (Təhzibut-təhzib, 8-ci cild, səh. 313.)
    Mərzbani İbni Ərabidən nəql edərək deyir: «Kəsai şərab içərək bilərəkdən bəzi günahlara mürtəkib olsa da, Quran elmlərinə mükəmməl yiyələnmiş və güclü hafizəyə malik olmuşdur.» (Möcəmül-üdəba, 5-ci cild, səh. 185.)
    KƏSAİNİN RAVİLƏRİ
    Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə olmadan nəql etmişlər.
    1. Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının adı isə Xalid Bağdadi olmuşdur.
    İbni Cəzri onun barəsində deyir: «O, qiraəti Kəsaidən öyrənmiş, öz elmi gücü və hafizəsi ilə hamıdan fərqlənirdi. Doğum tarixi dəqiq məlum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid edilir.» (Təbəqatul-qurra, 2-ci cild, səh. 34.)
    2. Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı məlumat verdik.
    * * *
    Yeddi məşhur qari və onların raviləri haqda ətraflı məlumat əldə etdik. Onlardan əlavə, Xələf ibni Hişam, Yəqub ibni İshaq və Yəzid ibni Qəqadan ibarət olan başqa bir üçlük də vardır. İndi isə onlar barəsində:
    XƏLƏF İBNİ HİŞAM
    Həmzənin şərh-halını verərkən Xələf barəsində də kifayət qədər məlumat əldə etdik. Xələfin qiraətini nəql edənlər də iki nəfər olmuşdur.
    1. İshaq: İbni Cəzri onun barəsində deyir: «Adı İshaq, atasının adı İbrahim ibni Osman ibni Abdullah, künyəsi isə Əbu Yəqub olmuşdur. Əsli Mərv vilayətindən olsa da, Bağdadda yaşamışdır. Xələfin hədislərini köçürür və onları nəql edirdi. İshaqın düzlüyü və mötəbərliyi hamıya bəlli idi. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə Hicrətin 286-cı ilinə təsadüf edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 155.)
    Müəllif: Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də kimliyi məlum deyildir.
    2. İdris: İbni Cəzri onun barəsində deyir: «Adı İdris, atasının adı Əbdülkərim Həddad, künyəsi isə Əbül Həsəndir; Bağdadda sakin olmuşdur. Güclü hafizəyə malik olduğu üçün şəriət elminin dərinliklərinə yiyələnə bilmişdir. Nəql etdiyi hər bir şey hamı tərəfindən rəğbətlə qarşılanardı. Qiraəti ona Xələf tədris etmişdir.
    Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: «İdris inanılmış və etibarlı bir şəxsdir. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 154.)
    Müəllif: Digər ravilər kimi İdrisin də qiraətini nəql edən şəxslərin kimliyi naməlumdur.
    YƏQUB İBNİ İSHAQ
    Adı Yəqub, atasının adı isə İshaq olmuşdur. Bəsrənin Bəni-həzrəm qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Əbu Məhəmməd künyəsi ilə tanınmışdır.
    Əbu Cəzri onun barəsində deyir: «Yəqub on məşhur qarilərdən biri hesab olunurdu. Öz dediyinə görə, qiraəti ilk dəfə Səlam adlı şəxsin yanında öyrənmiş və beş gün müddətində Şəhab Şərnəfə Məcaşeyinin qarşısında tilavət etmişdir. Şəhab özü isə doqquz gün müddətində öz qiraətini Muslimət ibni Məharib, Müslim isə Əbul Əsvəd Duəliyə və nəhayət Əbul Əsvəd Duəli də qiraəti ilk dəfə Əlidən (ə) öyrənmişdir. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə 88 yaşında ikən Hicrətin 205-ci ilinə təsadüf edilir.
    Əhməd, Əbu Hatəm və İbni Həyyan onun doğruluğuna və mötəbərliyinə istinad etmişlər. İbni Səd isə onun rical alimləri tərəfindən bir o qədər də rəğbətlə qarşılanmadığını söyləmişdir.
    Yəqubun qiraətini Ruvəys və Ruh adlı şəxslər nəql etmişlər.
    1. Ruvəys: Adı Məhəmməd, atası isə Bəsrə sakini və Luluyi ləqəbi ilə məşhur olan bir şəxs olmuşdur.
    İbni Cəzri deyir: «Ruvəys güclü hafizəyə malik idi. Quran elmlərində özünəməxsus istedad və məharətə yiyələndiyi üçün qiraəti tədris edirdi. Özü isə bu sahədə Yəqub Həzrəminin şagirdi olmuş və elə ona da təqdim etmişdir.»
    Dani deyir: «Ruvəys, Yəqubun ən fəal və istedadlı şagirdlərindən biri idi. Məhəmməd ibni Harun Təmmar və Əbu Abdulla Zubeyr ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab olunurlar.»
    Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 338-ci ilinə təsadüf olunur.” (Təbəqatul-qurra, 2-ci cild, səh.233.)
    2. Ruh: Əbdül Həsən künyəsi ilə məşhur olmuşdur. Atası Əbdülmumin Bəni-hüzəl qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur.
    İbni Cəzr onun barəsində deyir: «O, Bəsrənin ən mötəbər şəxsiyyətlərindən biri hesab olunurdu. Alimliklə yanaşı hərbi işlərlə də məşğul olurdu. Qiraəti Yəqubdan öyrənmiş və onun ən istedadlı şagirdlərindən biri kimi tanınmışdı. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur.» (Təbəqatul-qurra, 1-ci cild, səh.285.)
    Digər ravilər kimi onun da raviləri hələ də naməlum qalmışdır.
    YƏZİD İBNİ QƏQA
    İbni Cəzri deyir: «Yəzid ibni Qəqa bir rəhbər kimi tanınmışdı. Mədinənin Bəni-məxzum qəbiləsinə mənsub olmuş və Əbu Cəfər künyəsi ilə şöhrət tapmışdı.
    O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla ibni Əyyaş ibni Əbi Rəbiədən, Abdullah ibni Abbasdan və Əbu Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.»
    Yəhya ibni Muin deyir: «İbni Qəqa Quran elmlərinə mükəmməl yiyələndiyi üçün Mədinəyə baş qari təyin olunmuşdu. Bu səbəbdən də hamı onu Qari adlandırırdı. O bir alim kimi hamı tərəfindən sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az rəvayət nəql edərdi.»
    İbni Əbi Hatəm deyir: «Atamdan İbni Qəqanın necə şəxsiyyət olduğunu soruşduqda, onun mötəbər şəxs olduğunu etiraf etdi. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 130-cu ilinə təsadüf olunur.»
    Yəzid ibni Qəqanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər olmuşdur.
    1. İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan İsa ibni Vərdan.
    İbni Cəzri deyir: «İsa qiraət və hədis elmlərinə mükəmməl yiyələnmiş, nəql etdiyi hədislər isə hamı tərəfindən rəğbətlə qarşılanmış mötəbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş və Quran elmlərində bir çox təhqiqat işləri aparmışdır. Qiraəti ilk dəfə Əbu Cəfər Şeybdən və sonralar Nafedən öyrənmişdir.»
    Dani deyir: «İsa, Nafenin ilk şagirdlərindən biri olmuşdur. Bəzən hədislərin nəql olunmasında və mənbələrin araşdırılmasında Nafeyə dəyərli məsləhətlər verərdi. Mənə belə gəlir ki, İsa Hicrətin 160-cı ilində vəfat etmişdir.»
    2. İbni Cəmmaz: Adı Süleyman, atasının adı Müslim ibni Cəmmaz, künyəsi isə Əbdürrəb olmuşdur. Bəni-zəhra qəbiləsi tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır.
    İbni Cəzri deyir: «O, güclü hafizəyə malik idi. Qiraət elmini tədris etməklə yanaşı, hərbi işlərlə də məşğul olurdu. «Əl-Kamil» və «Əl-Mustənir» kitablarının yazdıqlarına görə, İbni Cəmmad qiraəti ilk dəfə Əbu Cəfər Şeybədən və sonralar Nafedən öyrənmişdir. Deyilənlərə görə İbni Cəmmaz Hicrətin 170-ci ilində vəfat etmişdir.»
    Yuxarıda adları çəkilən şəxslər Quran elmlərinə mükəmməl yiyələnmiş on məşhur qari hesab olunurlar. Onların kimliyi və nəql etdikləri rəvayətlərin mötəbər olub-olmaması haqda rical alimləri arasında fikir aydınlığı olsa da, biz kimsəyə irad tutmaq fikrində deyilik.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 587 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024