İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI
    «Səqəleyn» hədisi və Quranın təhrifi:
    Quranın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl onlardan ikisi haqda ətraflı məlumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil, Peyğəmbərdən (s) nəql olunmuş «Səqəleyn» hədisidir. Hədisdə deyilir:
    «Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı(Quran) və digəri isə mənim Əhli-beytimdir.»
    Hədisin məzmunundan belə məlum olur ki, Peyğəmbər (s) özündən sonra Quranı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin təyin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.
    Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan biz Quranın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.
    1. «Təhrif nəzəriyyəsi»ni qəbul edən müsəlmanlar Qurana istinad etməməklə yanaşı, onun hökmlərinə də əməl edə bilməzdilər. Çünki, təhrifə yol verdikdə ayələrdən bəziləri ya dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Bir halda ki, bu müqəddəs kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, «təhrif nəzəriyyəsi» tamamilə batil və əsassızdır.
    İzah: «Səqəleyn» hədisi Quranla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına dəlalət edir.
    Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Quran, həm də Əhli-beyt (ə) üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.
    Məlum məsələdir ki, əgər insanlar Quran və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların getdikləri hidayət yolunun yolçularına çevrilərlər.
    İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki, birbaşa ünsiyyət onlar sağ ikən də hamıya müyəssər olmurdu. O ki qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.
    Qurana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mənəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə qovuşduran və xoşbəxt həyatlarını təmin edən də məhz Quran olmuşdur.
    «Quranın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki, belə bir halda müsəlmanların istədikləri vaxt Qurana müraciət etmələri heç də asan olmazdı. Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Quran, daim müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.
    «Səqəleyn» hədisinin Quranın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.
    Lakin bu dəlillərə irad tutaraq deyirlər: «Səqəleyn» hədisi Quranın təhrif olunmamasına dəlalət etsə də, burada bütün Quran deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmamazlığı nəzərdə tutulur. Çünki, müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qurana deyil, yalnız fiqhi ayələrə istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Quranın təhrif olunmamasına dəlalət edə bilməz.
    Cavab: Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Quranın müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir. İnsanların xoşbəxt həyatını təmin edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət, hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Quranın fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bəzi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən müsəlmanlar Qurana iman gətirərək onun bütün ayələrinə istinad etmişlər.
    «Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri də digər ayələr kimi hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.
    Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Quran tədricən öz etibarını itirəcək və nəticədə dəlil olaraq kimsə tərəfindən mötəbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Quran barəsində verdikləri nəzəriyyəyə, yəni bu ilahi kitabın təhrif olunmamasına etiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mənaya əsasən Əhli-beyt (ə), Qurandan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mötəbər mənbədir. Belə bir halda, Quranın təhrif olunduğuna ehtimal verib sonra bu nəzəriyyənin əsassız olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!
    «Təhrif nəticəsində Quran öz etibarını itirir» dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində məna, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.
    Nəticə: Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Quranın öz etibarını itirməsi və ayələrin zahiri mənalarına istinad olunmasıdır. Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki, Quranın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bəzi ayələrin zahiri mənalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Quran öz etibarını itirir. Çünki, əgər Quranın zahiri mənasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək istəsək, cavabında gərək deyək:
    Əvvəla, Quranda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mənasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Quranın zahiri mənalarına istinad olunmasında heç bir təsirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman təsirli ola bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə təyin etmək səlahiyyəti olmayacaq. Belə olduqda isə icmali elm, Quran ayələrinin zahiri mənalarının şəriət məsələlərini bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.
    Təhrif nəzəriyyəsinin tərəfdarları bəzən belə güman edirlər ki, Quranın dəlil olması onların istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yəni onlar həm Quranın dəlil olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Quran ayələrinin zahiri mənalarına da istinad edə bilərik. Çünki, ayələrin zahiri mənalarının dəlil olması təhrif nəzəriyyəsinin etibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Quranların mötəbərliyini, həmçinin öz səhabələrinin Quranın zahiri mənalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Quranın zahiri mənalarının imamlar tərəfindən təsdiq olunduğuna etiqad bəsləmək istəmişlər.
    Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların öz davamçılarını haqqa hidayət etmələri və onların Quran ayələrinin zahiri mənalarına istinad etdiklərini təsdiq etmələri, heç də Quranın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Quran nazil olduğu ilk gündən onun zahiri mənalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yəni, onların mövcud Quranların mötəbərliyini təsdiq etmələri, onun zahiri etibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.
    QURAN SURƏLƏRİNİN NAMAZDA OXUNMASI
    Quranın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci rəkətlərdə «Həmd» surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.
    Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər, gündəlik namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən məsuliyyəti götürməz.
    İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə məruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam oxunması heç də vacib deyildir.
    Cavab: Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Quranın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.
    Başqa bir irad:
    Məsum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması düzgün olmazdı.
    Cavab: İmamların, Quran surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və onların fəziləti haqda dəyərli məlumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan edərdilər.
    Nəticə: Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən verilmişdir.
    Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə məruz qaldıqda isə, elə bir surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha Quranın təhrif olunmadığını sübuta yetirir.
    Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil olur.
    QURAN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR
    Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Quran ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə məruz qalmışdır.
    Quranın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:
    Bunun həyata keçməsi üç haldan xaric deyildir:
    1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;
    2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;
    3. Digər ayələrin bilərəkdən təhrif olunması.
    1. Bilərəkdən yaranmış təhriflər;
    Deyirlər: Quran, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bəzi ayələr unudularaq aradan getmişdir.
    Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:
    1. Peyğəmbərin (s) və onun səhabələrinin Qurana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Quran hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şer misralarını əzbərləmiş şəxslərin Quranın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!
    O Quran ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Quranın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.
    2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki, «Səqəleyn» hədisinin Quranın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Quranın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə məlum olur ki, Quranın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.
    Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Quran hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: «Mən sizin üçün [özünüzdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın kitabını və Əhli-beytimi.» Demək, Quranı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.
    3. Digər tərəfdən isə müsəlmanlar islamı qəbul etdikləri ilk gündən Qurana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qurana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!
    Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qurana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Quran hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.
    2. Siyasi məna daşımayan ayələrin təhrifi;
    İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rəylərinə əsasən bilərəkdən təhrif etmişlər.
    Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.
    Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və məlum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.
    Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, islam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Quranla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qurana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Səd ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmayırdılar. Əgər xilafət başçıları Quranda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən etirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir məlumat verməyir.
    Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şəqşəqiyyə» kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.
    «Quran təhrif olunmuşdur lakin, kimsə buna etiraz etməmişdir» kimi iddia edənlər isə, böyük bir səhvə yol vermiş olurlar. Çünki, tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və müsəlmanların müqəddəratına böyük təsir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.
    3. Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
    Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Quranın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz etirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mötəbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz etirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.
    Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı alınardı.
    QURANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI
    Osmanın xilafəti dövründə Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.
    1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Quranı təhrif etməyə cürət edə bilməzdi.
    2. Osmanın, Quranın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə təyin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.
    3. Əgər Osman həqiqətən də Quranı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.
    4. Əgər Quran xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə təyin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun müxalifləri belə etiraz etməmişlər.
    Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir: «And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir.» (Nəhcül-bəlağə).
    Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Quranda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.
    QURANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI
    Quranın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. Lakin artıq bizə məlumdur ki, kimsə tərəfindən belə bir iddia və ya nəzəriyyə irəli sürülməmişdir.
    İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən sonra, Quranda Bəni-üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bəzi əlavələr edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə saxlanılmayır. Sonralar oxunan və tədris olunan Quranlar, məhz bu Quranlardan köçürülürdü. (Mənahicul irfan 257-ci səh).
    Cavab: Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Quranda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Quran nüsxələrini yığdırıb oraya bəzi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Quran sədası altında yaşayan yüz minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz etirazlarını bildirmirdilərmi?!
    Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Quran mütəxəssislərinin təlif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!
    Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.
    Həccac bütün Quran nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə Quran hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!
    Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Quranda Bəni-üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara qarşı öz etirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə qarşı öz etirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.
    Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Quran və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 667 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024