İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    ON BİRİNCİ FƏSİL
    Haşiyə və qeydlər.
    1. Səqələyn hədisini nəql edən mənbələr;
    2. Haris Həmədaninin şərhi-halı;
    3. «Lətərkəbunnə sunənun min qəblikum» hədisini nəql edən mənbələr;
    4. Müəllifin, yəhudi alimlərinin biri ilə apardığı elmi mübahisə;
    5. Quranın tərcüməsi və tərcüməyə lazım olan şərait;
    6. Qüreyşin Peyğəmbərə (s) qarşı mücadilə və çəkişmələri.
    SƏQƏLƏYN HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
    1. Səqələyn hədisini Əhməd ibni Hənbəl özünün «Musnəd» adlı kitabında (1-ci cild, 14-17-26 və 29-cu səh) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh) Zeyd ibni Ərqəmdən (5-ci cildin 182-ci səh) və Zeyd ibni Sabitdən nəql etmişdir.
    2. «Fəzailul Quran» (müəllif Dərəli) 2-ci cild 431-ci səh.
    3. «Camil Səğir» (müəllif Cəmaləddin Süyuti, Təbəranidən və o da Zeyd ibni Sabitdən nəql edərək, rəvayətin mötəbərliyini öz imzası ilə təsdiqləyir).
    4. «Əllamə Mənavi» şərhinin (3-cü cild 15-ci səh-də) nəql edir, Heysəmi hədisi nəql edən ravilərin şərh-halını bəyan etdikdən sonra onların mötəbər olduqlarını təsdiq edir.
    5. Hədisi nəql edən və mötəbərliyinə istinad olunan şəxslərdən biri də Əbu Yəla olmuşdur.
    6. Hafiz ibni Əbdüləziz Əxzəri hədisi nəql etdikdən sonra deyir: Peyğəmbər (s) bu hədisi həccətül vidada bəyan etmişdir. Hər kim İbni Cozi kimi bu hədisi qondarma hesab edirsə böyük səhvə yol vermiş olur.
    7. Səmhudi deyir: (Müəllif Hakim Nişapuri 3-cü cild 109-cu səh) hədis Zeyd ibni Ərqəmə tərəfindən nəql və mötəbərliyi təsdiq olunmuşdur. Daim müxalif mövqe tutan və nəql olunmuş rəvayətlərə haşiyə yazan Zəhəbi belə, bu rəvayətə irad tutmamışdır.
    Səqələyn hədisini nəql edən mənbələrin istifadə etdikləri kəlmə və ifadələrdə müəyyən fərqlər nəzərə çarpsa da, məna və məfhum baxımından tamamilə eynidir.
    HARİS İBNİ HƏMDANİNİN ŞƏRHİ-HALI
    İmamiyyə alimləri hamılıqla belə bir fikirdədirlər ki, Haris ibni Abdulla Həmdani, Əli (ə)-ın yaxın silahdaşlarından biri olmuşdur. O, böyük nüfuza malik olmuş və Əli (ə)-la ünsiyyətdə olduğu illərdə böyük, əhəmiyyət kəsb edən xidmətlər göstərmişdir.
    İmamiyyə alimləri onu daim təqva və pəhrizkarlığı ilə xatırlayar və haqqında yalnız tərifəli sözlər deyərlər. Rical alimləri və bir çox təhqiqatçılar onun nəql etdiyi rəvayətləri mötəbər hesab edir və bir çox hallarda onlara istinad etmişlər.
    Əhli sünnə alimlərinin bir çoxu Harisin şərh-halını yazarkən onu xoş ifadələrlə yad etmişlər.
    İbni Həcər Əsqəlani özünün «Təhzibut-təhzib» adlı kitabında Harisin şərh-halını Davəridən nəql edərək İbni Muinin bu sözlərinə işarə edir. Mən onun şərh-halını İbni Məsuddan eşitdim. O, Harisi etimad olunası bir şəxs kimi qələmə verirdi.
    Osman Darəmi, İbni Muindən nəql edərək deyir: O, hamının etimadını qazanmış bir şəxs idi.
    Əşəs ibni Səvar, İbni Seyreyndən nəql edərək deyir: Kufə camaatı beş nəfər şəxsə daha çox ehtiram edərdi. Lakin onlardan ikisinə, yəni Haris və Ubeydəyə daha artıq ehtiram edər və onlar haqda daim tərifli sözlər deyərdilər. Ubeydə barəsində söz düşərkən Haris yad olunur, Haris barəsində bir söz deyildikdə, həmçinin Ubeydə xoş sözlərlə yad olunardı.
    İbni Əbi Davud deyir: Haris zəmanəsinin ən bilikli fiqh alimi idi. O, olduqca hörmətli və şərəfli bir nəslə mənsub idi. «İrs» məsələsini Əli (ə)-dan öyrənmiş və onun incəliklərinə hamıdan daha çox yiyələnmişdi.
    Əbu Cəfər Təbəri «Zilul Muzəyyil» adlı kitabında, Hicrətin 161-ci ilində vəfat etmiş şəxslər barəsində məlumat verərkən deyir: Haris ibni Abdulla Əur, Əli (ə)-ın qabaqcıl səhabələrindən biri idi. O, zəmanəsinin «fiqh»,* «hesab*», «fəraiz*» elmlərinə yiyələnmiş ən bilikli alimlərindən sayılırdı.
    Zəhəbi, Harisin şərh-halında yazır ki, Harisin nəql etdiyi rəvayətlər Əhli sünnənin istinad etdikləri dörd mötəbər mənbələrdə də nəql olunmuşdur. Nəsai, ravilərin mötəbərliyinə və onların şəcərənaməsinə (əsliyyətinə) hamıdan daha çox diqqət yetirsə də, Harisin nəql etdiyi rəvayətlərə istinad edirdi. Çünki o, özünün elm və şöhrəti ilə hamının nüfuzunu qazanmış və cəmiyyətdə özünəməxsus məqama nail olmuşdur.
    Mərrət ibni Xalid deyir: Məhəmməd ibni Seyreyn günlərin bir günündə mənə dedi: İbni Məsuda yaxın olan beş nəfər şəxsdən hədis nəql olardı. Mən onlardan dördü ilə görüşə bilsəm də, Haris ilə görüşməyə nail olmadım. Əlbəttə o, digərlərindən daha nüfuzlu və daha bilikli idi.
    Yazıçı: Şiə və sünni alimlərinin Harisin biliyi və şəxsiyyəti barəsində söylədikləri təriflərə baxmayaraq, Şəbi onu qətiyyətlə təkzib edir və onun barəsində bu sözləri deyir: Haris Əur, mənim üçün hədis nəql edərdi, lakin o, yalançının biri idi. Sonralar bəziləri Şəbənin dediklərini qəbul edib, Harisi yalançı kimi qələmə verməyə başlamışdılar. Lakin bizə belə gəlir ki, bu kimi iftiralar təəssüb və inadkarlıqdan savayı başqa bir şeydən irəli gəlməyir. Çünki, bir qədər əvvəl qeyd etdik ki, rical alimlərinin və təhqiqatçılarının bir çoxu Harisi mötəbər bir şəxs kimi qələmə vermiş və ondan yalan hədis və rəvayət nəql olunmadığını etiraf etmişlər. Bu səbəbdən də alimlərin bir qismi, Şəbinin Haris barəsində söylədiklərinin yalnız quru təəssüb üzündən meydana gəldiyinə işarə etmişlər.
    Əbu Abdulla Qurtəbi deyir: Şəbi, Harisi yalançılıqda ittiham etsə də, onun sözlərini qəbul etmək olmaz. Çünki, kimsə Harisin nə vaxtsa yalan bir söz dediyini eşitməmişdir. Bəlkə də Şəbi, Əli (ə)-ın Harisə olan yaxın münasibətini və onu başqalarından üstün tutduğu üçün ona qarşı qərəzli mövqe tutmuş və haqqında xoşagəlməz sözlər söyləmişdir. Bu səbəbdən də Şəbi, Əbu Bəkri hamıdan daha çox üstün tutar və onun barəsində deyərdi: O, islamı qəbul etmiş ilk şəxs olmuşdur. (Təfsir Qurtəbi 1-ci cild 5-ci səh).
    İbni Həcər, Harisin şərh-halında yazır: İbni Əbdülbərr özünün «Elm» adlı kitabında, Şəbənin hansı səbəblər üzündən Haris barəsində bu sözləri deməsini belə izah edir: Şəbi, Harisi Əli (ə) ilə yaxın və səmimi ünsiyyətdə olduğu üçün daim tənqid və təkzib edərdi. Və mənim fikrimcə o, özünün belə bir xoşagəlməz işinin cəzasını çəkdi. O da bundan ibarətdir ki, kimsənin Harisdən yalan bir rəvayət eşitmədiyi bir halda onu yalançılıqda ittiham etmiş və irəli sürdüyü belə bir əsassız iddia, kimsə tərəfindən qəbul olunmayaraq öz yalanını sabit etmişdir.
    İbni Şahin deyir: Əhməd ibni Saleh deyərdi: Haris Əur etimad olunası şəxslərdən idi. Əli (ə)-dan nəql olunmuş rəvayətdə onun tərif və mədh olunması çox gözəl ifadələrlə bəyan edilir!!
    Ona, Şəbinin Harisi təkzib etməsini dedikdə buyurur: Harisin nəql etdiyi rəvayətlərin heç biri yalan deyildir. Sadəcə olaraq o, Əli (ə) ilə yaxın ünsiyyətdə olduğu üçün Şəbi tərəfindən təkzib edilmişdir.
    Yazıçı: Üzümü nəzər sahiblərinə və təhqiqatçılara tutub onlardan soruşmaq istəyirəm: Sizi and verirəm Allaha! Deyin görək günahsız bir müsəlmanı, Allahın əməli-saleh bəndəsini, möminlərin əmiri Əli (ə) kimi bir şəxsiyyət ilə səmimi ünsiyyətdə olduğu üçün, onu yalan və qondarma rəvayətlər nəql etməkdə ittiham etmək olarmı? Yiyələndiyimiz elm və məlumatlar, apardığımız təhqiqatlar, əqidə və etiqadımız bizə belə bir yanlış işin görülməsinə icazə verirmi?! Məgər Peyğəmbərin (s) özü Əli (ə)-ın fəzilətinin hamıdan üstün olduğunu bəyan edərək onun barəsində dəfələrlə bu sözləri deməzdimi?! «Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən də mənə bir o qədər yaxın və əzizsən.»
    Ümumiyyətlə hədis tarixinə nəzər saldıqda bunun şahidi oluruq ki, Peyğəmbər (s), Əli (ə) barəsində söylədiyi tərifli sözləri, digər səhabələrin heç biri barəsində bəyan etməmişdir.
    Dost və düşmən, Əli (ə)-ın fəzilətini Peyğəmbərin (s) dilindən dəfələrlə eşitmiş və özləri bunu etiraf etmişlər. Elə bir fəzilətlər ki, başqa birisi barəsində nə deyilməmiş, nə də işlədilməmişdir.
    Belə ki, Hakim Nişapuri deyir: Günlərin bir günündə Müaviyə, Səd ibni Vəqqası Əli (ə)-ı söyməyə və onun barəsində nalayiq sözlər deməyə vadar etmək istəyirdi. Səd, bundan imtina edərək Müaviyəyə deyir: Ey Müaviyə! (Allah özü səninlə hesab çəkər! İnşaalah!) Peyğəmbər (s), bu böyük şəxsiyyət barəsində dəfələrlə tərifli sözlərini və həmçinin tükənməz fəzilətini bəyan etdiyi bir halda, mən onun ünvanına necə xoşagəlməz sözlər deyə bilərəm?! Əgər bu rəvayətlərdən heç olmasa biri mənim barəmdə nəql olunsaydı, bu şərəf mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı. Sonra Kəsa, Mənzələt, Bidəq hədislərini və Xəndək əhvalatını Müaviyəyə nəql etdi. (Mustədrak (Hakim Nişapuri) 3-cü cild 108-ci səh).
    Peyğəmbər (s) bununla kifayətlənməyib, Əli (ə)-ın fəzilətlərini bəyan etdiyi hədislərdə onun elm və əxlaqına, ictimai-siyasi mövqeyinə də dəfələrlə işarə etmişdir.
    Hakim nəql etdiyi rəvayətlərdən birində deyir: Peyğəmbər (s), Əli (ə)-a buyurur: Ey Əli! Hər kim mənə itaət etmiş olarsa, Allaha itaət etmiş olur və hər kim səndən itaət etmiş olarsa, mənə itaət etmiş olur. Hər kim səninlə müxalif olub düşmənçilik edərsə, mənimlə düşmənçilik etmiş olur. (Həmən bənbə).
    Bu hədis, Peyğəmbərdən (s) Əli (ə)-ın fəzilətləri barəsində nəql olunmuş rəvayətlərin kiçik bir hissəsidir. Bu məzmunda nəql olunmuş rəvayətlər isə, qeyd olunanlardan olduqca çoxdur.
    Lakin Şəbinin, Harisi yalançılıqda ittiham etməsi heç də təəccüblü deyildir. Çünki, o, Əməvilərin yaxın havadarlarından biri idi, dəfələrlə onların təşkil etdiyi rəngarəng ziyafətlərdə iştirak edər və bu əlverişli şəraitdən səmərəli istifadə edərdi. Bu səbəbdən də onların rəğbətini qazanmaq üçün istək və niyyətlərinə müvafiq sözlər deyir, lazım gəldikdə isə qondarma hədislər belə nəql etməkdən çəkinmirdi.
    Tarixə nəzər salsaq, bu kimi təəssüf doğuran əhvalatlarla dəfələrlə qarşılaşmış olarıq. Məsələn, Təbəri, kitabının 5-ci cildinin 310-cu səhifəsində yazır: Abdul Məlik ibni Mərvan, Şəbini Misir camaatından, oğlu Vəlid ibni Əbdülməlik üçün beyət almağa oraya göndərir. Sonra isə Əbdülməlik tərəfindən Kufəyə vali təyin olunmuş Bəşər ibni Mərvanın nəzarət etdiyi məntəqələrdən birinə, maliyə işlərini idarə etməyə təyin olunur. Və daha sonra Ömər ibni Əbdüləziz tərəfindən Kufə şəhərinin qəzavət işlərinin rəhbərliyini öz üzərinə götürür.
    Bəli, Şəbi, Mərvanın yaxın havadarlarından biri olmuşdur. Onun və Əməvi sülaləsinin digər nümayəndələrinin razılığını qazanmaq üçün nə yalan danışmaqdan çəkinər, nə də başqalarına iftira qoşmaqdan. Əbül Fərəc, Həsən ibni Ömər Fəqihdən nəql edərək deyir: Günlərin bir günündə Şəbinin evinə getdim. Həyətə daxil olduqda evdən cəlbedici qəribə səs eşitdim. Ondan bu səsin qonşu evdən gəldiyini soruşduqda, əlimdən tutub şəxsi otağına gətirdi. Birdən, gözüm gözəl və yaraşıqlı bir cavana düşdü. O, şəhvətedici təranələr oxuyur və məclis əhlini əyləndirirdi. Şəbi üzünü mənə tutub dedi: Onu tanıyırsanmı? Dedim: yox. Dedi: Bu həmən kəsdir ki, hələ uşaq ikən bir çox elm və məharətlərə yiyələnmişdir. Onun adı İbni Səricdir.
    Başqa bir yerdə deyir: Xəlifə Ömər ibni Ubəydən bu sözlərin deyildiyi nəql olunmuşdur. Şəbi, atamla birlikdə evin ikinci mərtəbəsində idilər. Evin alt mərtəbələrindən xanəndələrin gözəl səsləri eşidilirdi. Atam Şəbəyə dedi: Eşidirsənmi? Dedi: Xeyr!! Aşağı nəzər saldıqda gözəl və yaraşıqlı bir cavan gördük. O, öz gözəl təranələri ilə hamını valeh edirdi. Bu cavan və məşhur xanəndə İbni Ayişə idi. Şəbi heyrətə gəlib barmaqlarını dişləri ilə sıxıb dedi: Allah, elm və məharəti istədiyi şəxsə bəxş edir.
    Əbül Fərəc nəql etdiyi başqa bir rəvayətdə deyir: Məsəb ibni Zubeyr Kufəyə vali olduğu dövrdə, günlərin bir günündə Şəbini evinə gətirir. Onlar birlikdə Məsəbin zövcəsi olan Ayişənin otağına girirlər. Ayişə bu zaman yatağında tam üryan halda istirahət edirdi. Məsəb dedi: Şəbi! Ayişə barəsində nə deyə bilərsən? Şəbi, Ayişəni Məsəbin ürəyincə tərifləyib, gözəl ifadələrlə vəsf etdi. Məsəb bu təriflərindən razı qalıb, ona on min dirhəm pul və otuz dəst paltar hədiyyə verdi.
    Belə ki, Qurtəbi öz kitabında yazır: Şəbi and içərdi ki, Əli (ə) Qurandan bir ayə də olsun belə, əzbərləməmiş dünyasını dəyişdi.
    Sahibi deyir: Əli (ə) barəsində deyilən bu sözlər olduqca nalayiq və tamamilə əsassızdır. Elə bir şəxs barəsində ki, dəfələrlə ümumi kütlə arasında uca səslə bu sözləri deyərdi. Məni itirməmişdən əvvəl, elmi və dini suallarınızı məndən soruşun, mən də sizə cavab verim. Çünki, mən Quranda nazil olmuş bütün ayələrin xüsusiyyətlərinə hamıdan çox agaham. Hətta onların gecə, gündüz, dağda və səhrada nazil olduqlarını belə bilirəm.
    Sudey, Əbdü Xəyrdən nəql edərək deyir: Əli (ə), Peyğəmbər (s) vəfat etdiyi gün, camaatın Qurana qarşı diqqətsizliyini görüb, Quranı bir yerə yığmayınca əbasını geyinməyəcəyinə (yəni evdən bayıra çıxmayacağına) and içdi. O gündən etibarən evində oturub Quranın pərakəndə nüsxələrini bir yerə yığıb onu kitab halına saldı. Əli (ə)-ın yığdığı bu nüsxə, ilk Quran nüsxəsi oldu. Oradakı bütün ayələri öz hafizəsindən kağız üzərinə köçürdü və bu nüsxə sonralar imam Sadiq (ə)-ın övladlarında idi.
    Ey qürurlu müsəlman! Görün bu şəxs dilinə Allah və Onun peyğəmbəri barəsində necə nalayiq və xoşagəlməz sözlər gətirir?!
    Bəli! Möminlərin Əmiri olan həzrət Əli (ə), nəql olunmuş bir çox rəvayətlərdə elm, hikmət və xilqətin (yaradılışın) sirlər şəhəri adlandırılmışdır. Əli (ə) hər zaman Quranla, Quran da onunladır. Bu iki qiymətli bəşər və kitab qiyamət gününədək bir-birlərindən ayrılmayacaqdır və o gün kovsər hovuzunun kənarında Peyğəmbərin (s) yanında olacaqlar.
    Budur Əli (ə)-ın həqiqəti. Günəş tək nurlu olan, şiələrin qolunun gücü və düşünən beyni, Allahın yer üzündə canişini sayılan bir şəxsiyyətin danılmaz həqiqətini görməyə qadir olmayan Şəbi kimilər isə, öz yalan və iftiraları ilə özlərini belə bir böyük günaha düçar edərək layiqili cəzalarını çəkəcəklər. (İnşaallah).
    «LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
    Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mötəbər mənbələrdə də nəql olunmuşdur.
    O cümlədən:
    1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql edir.
    2. «Etisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh. Hədisi belə nəql edir: (ərə)
    3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-ənənələrini davam etmək» fəsli, 8-ci cild 51-ci səh).
    4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.
    MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ
    Mən, yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada qaldığı və hal-hazırda heç bir möcüzəyə malik olmadığı haqda» fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət (din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi möcüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini sabit edəcək möcüzələrdən heç bir əsər-əlamət qalmamışdır.
    Əgər «Bu möcüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik: Əvvəla möcüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı camaat tərəfindən mötəbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa (ə)-ın möcüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə bilməzsiniz.
    Digər tərəfdən isə, əgər yalnız möcüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-ın möcüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın möcüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın möcüzələrini, müsəlmanlar da öz peyğəmbərlərinin möcüzələrini nəql edəcəklər. Möcüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin möcüzələri haqda nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın möcüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi möcüzələr onun həqqaniyyətini sübuta yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?
    Cavabında dedi: Yəhudilərin, Musa (ə)-ın möcüzələri haqda nəql etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mötəbərliyini etiraf edirlər. Lakin, digər peyğəmbərlərin möcüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.
    Cavabında dedim:
    Düzdür, Musa (ə)-ın möcüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin mötəbər mənbələrindən deyil, öz peyğəmbərlərinin möcüzələr haqda verdikləri məlumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın möcüzələrini öz peyğəmbərlərinin ilahi möcüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi möcüzələri də heç cür təsdiq edə bilməyəcəklər.
    Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi möcüzəyə malik olan din varsa, o da müqəddəs islam dinidir. Onun möcüzəsi bütün dövr və millətlərə şamil olunur, qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.
    Biz bu əbədi möcüzə [Quranla] ilə islamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, Quran və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Quran əbədi möcüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir.
    QURANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏR
    Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə təyin etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın üzərində qalib etmişdir. Demək, Quran insanı əbədi səadətə qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən insanlara bəxş olunan bu böyük nemət müəyyən millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Quranın peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə, bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Quranı qəbul etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.
    Quranın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər, bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.
    Lakin, Quranı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin, həm də tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir. Çünki, Quran başqa dillərə nə qədər səlis tərcümə olunsa da, ecazkarlıq və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində olduğu kimi özünü biruzə verə bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim, ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mənasını hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:
    1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mənaları ilə tanışlıq;
    2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;
    3. Quranın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir.
    Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl mənasına yol tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə çox sadə ifadələrlə bəyan etməlidir.
    Lakin, mötəbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə tərcümə zamanı istinad etməməlidir. Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç bir çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə hər bir qövm və millət, öz dilinə tərcümə olunmuş Quranı asanlıqla başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və zəruridir. Çünki, Quran ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.
    QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
    Qüreyşin və digər qəbilələrin inadkarlıq üzündən Peyğəmbərdən (s) möcüzə tələb etdikləri haqda nazil olmuş rəvayətlərə dəlalət edən hədislər, kitabın əvvəlki fəsillərində işarə etdiyimiz ayələrin təfsirini bir daha təsdiq edir. Belə ki, «Təfsire Burhan»da deyilir: «Günlərin bir günündə Peyğəmbər (s) Kəbənin kənarında oturarkən Qüreyş qəbiləsindən bir neçə nəfər ona tərəf yaxınlaşır. Vəlid ibni Muğeyrə Məxzumi, Əbu Bəxtəri ibni Hişam, Əbu Cəhl ibni Hişam, Asim ibni Vail Səhmi, Abdulla ibni Bəni Uməyyə Məxzumi və həmən qəbilənin digər şəxsləri də onların arasında idi. Peyğəmbər (s), səhabələrinin biri ilə onlara Quran oxuyur və Allahın hökmlərini bəyan edirdi. Onlar Peyğəmbərdən (s) bir qədər uzaqlaşıb bir-birlərinə dedilər: Məhəmmədin dini ətrafa yayılıb, dediyi sözlər daha cəzzabiyyət və əzəmət tapmışdır. Gəlin bir tədbir görüb onun nüfuzunun artmasının qarşısını alaq. Harada görsək danlaq və tənqid atəşinə tutaq. Belə olduqda tutduğu mövqeyi zəifləyəcək və dediyi sözlərin heç bir təsiri olmayacaqdır. Getdikcə nüfuzu, ona yaxın olan şəxslərin yanında azalıb, etdiyi müraciət və çıxışları öz dəyərini itirəcəkdir. Nəhayət o, bu işindən əl çəkib insanları yoldan çıxarmayacaqdır. Buna nail olmadığımız təqdirdə daha sərt tədbirlərə əl atmalı olacağıq və onda bizimlə onun arasında qılınc hökm edəcək. Ona həmlə edib məhv edəcəyik.
    Söz bu yerə çatdıqda Əbu Cəhl dedi: Bəs Məhəmmədlə danışığa girib onunla mücadiləni kim edəcəkdir?
    Abdulla ibni Əbi Uməyyə dedi: Bu işi mən öz üzərimə götürürəm. Mənim nə qədər şücaətli və hazırcavab olduğumu özünüz yaxşı bilirsiniz. Əgər məni bu işə təyin etsəniz, elə bu saat Məhəmmədin yanına gedərəm. Əbu Cəhl dedi: Heç bir etirazımız yoxdur. Başda sən olmaqla onun yanına gedin və hamının adından özün danış. Birlikdə Peyğəmbərin (s) yanına gəlirlər və Abdulla sözə başlayaraq deyir:
    Ey Məhəmməd! Düzünü desək böyük məqam iddiası edirsən!! Dediyin sözlər çox böyük və qəribədir!! Deyirsən guya aləmlərin Rəbbinin peyğəmbəri və yer üzərindəki nümayəndəsisən. Aləmlərin Rəbbinə sənin kimisini peyğəmbərliyə təyin etmək əsla yaraşmaz. Çünki, sən də bizim kimi bir insansan, bizdən fərqlənəsi heç bir xüsusiyyətin yoxdur. Bizim kimi yeyir, bizim kimi içir və bizim kimi küçə və bazarda yol gedirsən.
    İran və Rum padşahlarının nümayəndələri olduqca dövlətli və böyük nüfuza malikdirlər. Onlar böyük imarətlərdə yaşayır, yüzlərlə kəniz və qulluqçu onlara xidmət edir.
    Aləmlərin Rəbbi isə həmin padşah və onların nümayəndələrindən daha uca və daha əzəmətlidir. Və onlar Allahın bəndələridirlər. Onların nümayəndələri Allahın nümayəndələrindən üstün olmamalıdırmı!? Əgər Allah bizlərə peyğəmbər göndərmək istəsə, bu məqama hamıdan yoxsulunu deyil, varlı birisini təyin etməlidir. Belə isə əgər Quran həqiqətən Allah tərəfindən göndərilmişsə, nə üçün Məkkə və ya Mədinənin ən varlı və tanınmış şəxsiyyətlərindən birinə nazil olmamışdır?! Nə üçün Quran Məkkədə Vəlid ibni Muğəyrəyə və ya Taifdə Urvət ibni Məsud Səqəfiyə nazil olmamışıdır. Onlar ki, bu şəhərlərin ən varlı və ən tanınmış sakinlərindəndirlər?!
    Abdulla sözlərini burada bitirdikdə Peyğəmbər (s) buyurdu: Ey Allah bəndəsi! Yenə deyəcəyin bir şey varmı?
    Abdulla: Xeyr. Deyəcək bir sözüm yoxdur. Lakin bunu da demək istəyirəm ki, quraqlıqdan torpaqları cadar-cadar olan Məkkədə çeşmələr çıxarmayınca, dərələrdə dağlar yaratmayınca, özünün və bizim istifadə edə biləcəyimiz xurma və üzüm bağları və orada axar çaylar yaratmayınca, sənə iman gətirməyəcəyik. Və ya özün dediyin kimi, «əgər asiman onların başları üzərinə parça-parça düşərsə, yenə də deyərlər: bu parçalanmış buludlardan savayı bir şey deyildir.» Göylərdən yağış yağdırıb bizləri razı salasan. Bundan sonra bəlkə biz də bu sözləri deyək.
    Abdulla sözlərinə davam edərək dedi: Əgər bütün bunları yerinə yetirsən belə, mələkləri bizim hüzurumuza gətirməyincə və biz onları yaxından görməyincə, özün üçün qızıldan qəsr yaradıb ondan bizlərə də tüğyan etməyimiz üçün ehtiyacımızı ödəyəcək qədər bəxş etməyincə, hətta göylərə qalxıb oradan bizim üçün bu məzmunda «bu kitab Allah tərəfindən, Abdulla ibni Ubey və onun tərəfdarlarına göndərilir ki, Məhəmməd ibni Abdullaha iman gətirsinlər. O, həqiqətən Mənim peyğəmbərimdir. Onun dedikləri təsdiq olunmalıdır. Çünki, onun dedikləri Mənim sözlərimdir.» bir şey gətirməyincə sənə iman gətirmərik.
    Ey Məhəmməd! Bütün bunları yerinə yetirsən belə, bilmirəm sənə iman gətirəcəyəm ya yox. Çünki, əgər bizi özünlə göylərə qaldırıb oranın qapılarını bizim üzümüzə açsan, bəlkə də gözlərimizi bağlayıb bizi sehr etdiyini deyəcəyəm.
    Peyğəmbər (s): İlahi! Sən hər şeyi eşidən və bilənsən. Bəndələrinin dediklərinə də hamıdan agahsan. Sonra üzünü Abdullaha tutub dedi: Rum və İran padşahları barəsində dediklərin və onların nümayəndələrinin, valilərin varlı və nüfuzlu şəxslər olduğu tamamilə doğrudur. Lakin Allahın qanun və hökmləri öz tədbir və müqəddəsliyi ilə onların hakimiyyət üsulundan və adət-ənənələrindən tamamilə fərqlidir. O, istədiyi hökmü verir və istədiyi şəxsi peyğəmbərliyə təyin edir. Əgər peyğəmbərlərini camaatdan fərqli olaraq ixtiyarlarında yüzlərlə kəniz və qulluqçu, cah-calallı qəsrlərdə yaşasaydılar, qürurlanaraq peyğəmbərlik məqamına xələl gətirməzdilərmi?! Belə olduqda bəşəriyyətin hidayəti süstləşərək uçruma yönəlməzdimi?!
    «Əgər həqiqətən peyğəmbər olsaydın, sənin həqqaniyyətinə şəhadət verəcək bir mələk gətirərdin. Və biz də onu öz gözlərimizlə görüb şəhadət verərdik» deməyin isə çox qəribədir. Çünki, əvvəla mələklər gözlə görüləsi bir məxluq deyillər. Mələk havaya bənzər zahiri bir varlıqdır.
    Mələkləri mənəvi gözlərinizlə görmənizi fərz etsək də, onları gördükdə deyəcəksiniz: Bunlar mələk deyillər, bəşərdirlər. Çünki, əgər mələk sizə görünməli olarsa, ünsiyyətdə olduğunuz şəxs kimi zahir olar. Və beləliklə siz onunla sərbəst danışa bilər və peyğəmbərin həqqaniyyətinə dair verdiyi şəhadəti dərk edə bilərsiniz. Belə olduqda isə deyəcəksiniz ki, «o adi bir insandır və sənin xeyrinə mələyin adından şəhadət verir».
    Sonra məni sehrkarlıqda ittiham edərək deyərsən. Sən sehirlənmişsən. Sənin bu sözün olduqca yersiz və əsassızdır. Əql və dərrakəmin sizdən üstün olduğunu çox yaxşı bilirsiniz, amma buna baxmayaraq yenə də məni sehrlənmiş adlandırırsınız. Məni tanıdığınız gündən qırx yaşı arxada qoyduğum bu günə qədər məndən səhv və yersiz bir iş görmüsünüzmü? Yalan və nalayiq sözlər danışdığımı, əqlə zidd olan bir hərəkət etdiyimi görmüsünüzmü? Bu müddət ərzində həyatın şirinli-acılı günlərini görən, həyatın bütün çətinliklərinə sinə gərən, amma bütün bunlara baxmayaraq bir dəfə də olsun günaha düçar olmayan bir şəxs, ilahi və mənəvi qüvvədən başqa ayrı bir şeyə arxalana bilərmi?
    «Quranın Məkkə və ya Mədinənin varlı və nüfuzlu sakinlərindən birinə nazil olmadığı» haqda verdiyin sualın cavabı isə bəllidir. Çünki, Allah-taala, insaniyyətin kamal və əzəmətini siz düşündüyünüz kimi var-dövlətlə qiymətləndirmir. Dünyadakı var-dövlət onun üçün heç bir əhəmiyyət kəsb etmir. Siz iqtidarda olan bəzi varlı şəxslərdən qorxduğunuz üçün onları hər bir məqama, hətta peyğəmbərliyə belə layiq bilirsiniz.
    «Yerdən çeşmələr çıxarmayınca sənə iman gətirməyəcəyəm» deməyin də irəli sürdüyün digər şərtlər kimi məntiqsiz və tamamilə əsassızdır. Çünki, siz bununla yanaşı elə bir möcüzələr göstərməyimi tələb edirsiniz ki, onların həyata keçməsi sadəcə olaraq qeyri-mümkündür. Onlardan bəziləri həyata keçsə də, peyğəmbərliyi sübuta yetirəcək dəlil hesab etmək olmaz. (Məsələn çaylar axan xurma və üzüm bağlarına malik olmaq və s.) Məhəmməd bir Allah peyğəmbəridir. Camaatın cəhl və nadanlığından sui-istifadə etmək və peyğəmbərliyin həqqaniyyətini və dəlalət etməyən dəlillərə istinad etmək isə onun şənindən uzaq və təsəvvür olunmazdır.
    Tələb etdiyin möcüzələrin bəziləri əgər həyata keçərsə, sizin həlak olmağınıza səbəb ola bilər. Bir halda ki, peyğəmbər öz həqqaniyyətini sübuta yetirmək üçün insanları həlak deyil, məntiqə əsaslanan möcüzələr göstərir. Sən bu kimi möcüzələri tələb etməklə öz həlakətini istəmiş olursan. Allah-taala öz bəndələrinə qarşı olduqca mehriban və diqqətlidir. O, insanların nəyə ehtiyac duyduqlarını onların özlərindən daha yaxşı bilir. Allahı və mələklərin görünməsinin, Allahdan məktub gətirilməsini tələb etməyin isə sadəcə olaraq qeyri-mümkündür.
    İrəli sürdüyün tələblərdən belə məlum olur ki, məqsədin həqiqəti dərk etmək deyil, inadkarlıq üzündən müxtəlif bəhanələrə əl ataraq Allahı və Onun peyğəmbərini istehza etməkdir. Lakin Allah və Onun peyğəmbəri bu cür böhtan və istehzalardan uzaq və münəzzəhdir. Sözün qısası, gətirdiyin bəhanələr icra olunmayacaq və onlara müsbət cavab verilməyəcəkdir.
    İndi isə ayrı-ayrılıqda verdiyim mənfi cavablara təmkinlə qulaq as.
    1. «Quraqlıq səhrada çeşmələr çıxarıb orada çaylar axan xurma və üzüm bağları yaradılması» barəsində irəli sürdüyün birinci tələbin cavabında deyə bilərəm ki, sənin irəli sürdüyün bu tələb cəhalət və nadanlığından irəli gəlir. Onu da deyim ki, ilhai möcüzələrdən heç bir məlumatı olmayan bir insansan.
    Əgər tələblərinin hər birini yerinə yetirərəmsə və dediyin hər bir şeyə malik olaramsa, onda həqiqətən peyğəmbərmi olacağam?!
    İrəli sürdüyün bütün bu tələb buna bənzəyir ki, sanki demiş olursan durub qarşımda bir qədər yol getsən peyğəmbərliyini qəbul edəcəyəm!! Məgər sənin havadarlarının Taifədə çay altından çaylar axan xurma və üzüm bağlarınız yoxdurmu? Məgər siz onlara malik olmaqla peyğəmbər olmusunuzmu ki, mən də bu bağlara yiyələnməklə peyğəmbər olum.
    2. Göylər parça-parça olub başlarınız üzərinə töküldükdə məgər həlak olmayacaqsınızmı?! Belə bir tələbi irəli sürməklə Allah peyğəmbərinin sizi həlak etməyinimi istəyirsiniz? Lakin o, sizin təsəvvür etdiyinizdən daha mehriban və sizə qarşı daha səmimidir. O, sizi həlak deyil, əksinə olaraq ilahi dəlillər gətirməklə haqqa hidayət edəcək. Lakin daha bir mühüm məsələyə diqqət yetirməlisiniz ki, Allah-taala gətirdiyi dəlilləri insanların istək və iradəsi ilə deyil, öz hikmət və tədbiri əsasında həyata keçirir. Çünki, insanlar bəzən bu kimi məsələlərdə nəyin onun xeyirinə və nəyin onun zərərinə olduğunu ayırd edə bilməyib, tələb edərək özünü fəlakətə düçar etmiş olar. Ey Abdulla, məgər bu vaxta qədər görmüsənmi ki, həkim xəstənin istəyilə onu müalicə və qazi şikayətçinin istədiyi dəlilə istinad etmiş olsun?!
    3. «Qızıl qəsrə malik olmağıma» gəldikdə isə deməliyəm ki, bunu heç də peyğəmbərliyimə dəlalət edəcək dəlil hesab etmək olmaz. Misir padşahlarının qızıl qəsrlərə malik olduqlarını eşitmisənmi?
    Abdulla: Bəli.
    Peyğəmbər (s): Onlar bu qəsrlərə malik olmaqla peyğəmbərlik məqamına çata bilmişlərmi?
    Abdulla: Xeyr.
    Peyğəmbər (s): Belə isə Məhəmməd də qızıl qəsrələrə malik olmaqla peyğəmbərlik məqamına nail ola bilməz. Bil ki, Məhəmməd sənin savadsızlığından (cəhalətindən) istifadə edib öz peyğəmbərliyini sabit etmək istəmir.
    Bütün bunlarla yanaşı «göylərə qalxıb oradan Allah-taala tərəfindən məktub gətirməyimi» tələb və yalnız belə olduqda iman gətirəcəyini bildirirsən. Bu da əsassız bəhanədən savayı bir şey deyildir. Çünki, göylərə qalxmaq, oradan enməkdən daha çətindir. Özün etiraf edirsən ki, «göylərə qalxmağın iman gətirməyinə səbəb olmayacaqdır». Belə olduğu bir halda oradan məktub gətirməmi necə təsdiq edəcəksən. Lakin bütün bunlara baxmayaraq axırda bir daha tərəddüdlə iman gətirib-gətirməyəcəyini etiraf edirsən!! Demək sən Allah-taalanın dəlilləri qarşısında inadkarlıq edirsən. Sən və sənin havadarların bəhanə axtaran və haqqa göz yuman inadkar insanlarsınız.
    Allah-taala kitabında sizlərə cvavab olaraq buyurur:
    «De ki Ey Məhəmməd! Allah [Onun barəsində düşündüklərinizdən] pak və münəzzəhdir. Mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşərəm. Onun adından nə hökm verir, nə də istədiyim möcüzələri ondan tələb edirəm.»
    İZAHAT
    Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
    Nasix – O ayələrə (şəri hökmə) deyilir ki, zaman keçdikcə yeni hökm sadir olmaqla əvvəlki hökmləri əvəz etmiş olur.
    Mənsux – Zaman keçdikcə əvəz olunmuş şəri hökmlər.
    Mina – Məkkədə yerləşən dağlardan birinin adı?
    Məsani surələr – Miəyn surələrindən sonra gələn surələr.
    Miəyn surələr – tival surəsindən sonra ayələrinin sayı yüzdən bir qədər çox və ya bir qədər az olan surələr. Buraya yeddi surə daxildir. Bəni-israil, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc, Muminun.
    Tival surələr – Quranın yeddi böyük surələri tivani adlanır. Bəqərə, Ali-İmran, Nisa, Maidə, Ənam, Əraf, Ənfal (Tövratla birlikdə).
    Mütəvatir – o rəvayətlərə deyilir ki, onların mötəbərliyi hamı tərəfindən qəbul olunmuş olsun.
    Fiqh – Xüms, zəkat, namaz, oruc, həcc kimi şəriət hökmləri haqda söhbət açan elm.
    Fəraiz – Üsuli əqaid kimi vacib olan elmlər.
    Hesab – Riyaziyyat, heyət, astranomiya və s. elmlər.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 694 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024