İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Altıncı fəsil
    Qüsl cisim və ruhun paklığıdır
    "Qüsl” dedikdə insanın xüsusi vaxtlarda Allaha yaxınlaşmaq məqsədi ilə bütün bədənini yuması nəzərdə tutulur. Qüsl insanın cismini və ruhunu paklayır, onun bəndəliyini, Allaha yaxınlaşmasını göstərir. Qüslün əxlaqi təsirləri inkar edilməzdir. Allaha yaxınlaşmaq məqsədi olmadan yerinə yetirilən qüsl batildir. Bundan əlavə, qüsl insanın ömür boyu öz paklığını qoruması üçün təyin olunmuş dini vəzifələrdəndir. Bir çoxları öz təmizliyinə diqqət yetirmir. Bu İslami hökm onları ardıcıl şəkildə bədənlərini yumağa və paklığa sövq edir.
    Qüslün yerinə yetirilmə qaydaları
    Qüsl də dəstəmaz kimi iki yolla yerinə yetirilir:
    1. İrtimasi qüsl: irtimasi qüsl verən insan qüsl niyyəti ilə bütün bədənini birdəfəyə islatmaqla suya girir.
    2. Tərtibi qüsl: Tərtibi qüsl verən insan əvvəlcə başını və boynunu, sonra vacib ehtiyata əsasən bədəninin sağ tərəfini, daha sonra sol tərəfini yuyur. İnsan əmin olmalıdır ki, qeyd olunan üç hissəni tam şəkildə yumuşdur. Bir hissə yuyularkən ona yaxın ətraf da yuyulur. Tərtibi qüsldə göbək və ayıb yerin yarısı sağ, yarısı sol tərəflə yuyulur. Daha yaxşı olar ki, bütün göbək və ayıb yer hər iki tərəf yuyularkən tam şəkildə yuyulsun.
    Qüslün növləri
    Qüsl də dəstəmaz kimi bəzən vacib, bəzən müstəhəb olur. Müstəhəb qüsllər çoxdur. Bu qüsllərlə tanışlıq üçün şəri hökmlərin bəyan olunduğu risalələrə müraciət etmək lazımdır. İndi isə vacib qüsllərlə tanış olaq.
    1. Cənabət qüslü: İnsanın cənabət halına gəlməsinin səbəbləri var: kişi və ya qadından oyaq vaxtı və ya yuxuda ikən məni (sperma) xaric olması. Vacib namazlar və bu kimi işlər üçün cənabət qüslü vermək vacibdir.
    2. Meyit qüslü: İnsan öldükdən sonra onun bədəni təmizlənir, sonra ona üç qüsl verilir. Qüsllərdən biri sidr qatılmış su ilə, digəri kafur qatılmış su ilə, üçüncüsü saf su ilə verilir.
    3. Meyitə toxunmaq qüslü (qüsle məsse meyyit): Əgər insan meyit qüslü verilməmiş və bədəni soyumuş insana toxunarsa, meyitə toxunmaq qüslü verməlidir.
    4. İnsana nəzr, and və ya əhd vasitəsi ilə vacib olan qüsllər: İnsan bəzən çətinlikdən qurtarmaq, pis işləri tərk etmək və ya yaxşı işlər görmək üçün əhd edir ki, qüsl versin.
    5. Qadınlara aid qüsllər: heyz qüslü, nifas qüslü, istihazə qüslü.
    Cünub (cənabət qüslü verməli olan) şəxsə haram sayılan işlər
    Cünub olmuş və hələ ki cənabət qüslü verməmiş insana beş iş haramdır.
    1. Bədənini Quran yazısına, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbər və imamların, eləcə də xanım Zəhranın (s. ə.) adına toxundurmaq.
    2. Məkkədə məscidül-həram, Mədinədə məscidün-nəbiyyə getmək. Hətta bir qapıdan girib o birindən çıxmaq istəsə də, bu iş olmaz.
    3. Digər məscidlərdə dayanmaq. Vacib ehtiyata əsasən imamların hərəmində də dayanmaq olmaz. Amma qapılardan birindən girib o birindən çıxsa eybi yoxdur.
    4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq.
    5. Vacib səcdəsi olan dörd surədən bir hissəsini və ya tam mətnini oxumaq. On beşinci fəsildə Quran haqqında danışarkən bu məsələyə bir daha qayıdacağıq.
    Cünub şəxsə məkruh olan işlər
    Cünub şəxsin bəzi işləri görməsi məkruhdur, yəni bəyənilmir:
    1. Yemək, içmək, yatmaq. Amma dəstəmaz aldıqdan və ya yeyib-içmək üçün əlləri yuduqdan sonra məkruh olmur.
    2. Vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.
    3. Bədənin hansısa bir yerini Quranın cildinə, haşiyəsinə və ya xətləri arasına toxundurmaq. Cünub halda Quran gəzdirmək də məkruhdur. Cünub halda başa həna və ya rəng yaxmaq, bədənə yağ çəkmək.
    Sual: İnsan tərtibi qüsl verdikdən sonra başa düşsə ki, bədənindən və başından bir hissəsini yumayıb, onun vəzifəsi nədir?
    Cavab: Əgər başından bir hissəsini yumamışsa, həmin hissəni yuyub, sonra bədənin sağ, eləcə də sol hissələrini ikinci dəfə yumalıdır. Əgər bədəninin sağ tərəfindən bir hissəsini yumamışsa, həmin yeri yuduqdan sonra vacib ehtiyata əsasən bədəninin sol tərəfini də ikinci dəfə yumalıdır. Əgər bədənin sol tərəfində yuyulmamış yer qalmışsa, təkcə həmin yeri yuduqdan sonra qüsl düzgün olur.
    Sual: İrtimasi qüsldən sonra məlum olsa ki, su bədənin bir hissəsini əhatə etməyib, vəzifə nədir?
    Cavab: Yenidən qüsl verilməlidir. Hətta bədəninin hansı hissəsinin islanmadığını bilsə də qüslü təzələməlidir.
    Sual: Burunun və qulağın içi kimi görünməyən yerləri qüsl zamanı yumaq vacibdirmi?
    Cavab: Xeyir. Əgər sırğa yeri onun içi görünəcək həddə genişdirsə, onu yumaq lazımdır.
    Sual: Qüsl zamanı baş və üz tüklərinin dibi islanmalıdırmı?
    Cavab: Bəli. Bədəndən sayılan qısa tüklər də yuyulmalıdır. Vacib ehtiyata əsasən, uzun saçları da yumaq lazımdır.
    Sual: Dəstəmazın düzgünlüyü üçün nəzardə tutulan şərtlər qüslə münasibətdə də öz gücündə qalırmı?
    Cavab: Bəli. Amma tərtibi qüsldə bu işi fasiləsiz görmək vacib deyil. İnsan öncə başını və boynunu yuyub bir neçə saatdan sonra sağ və sol tərəfini yuya bilər. Qüsldə bədən üzvlərini yuxarıdan aşağıya yumaq da vacib deyil. İnsan məsələn bədəninin sağ tərəfini aşağıdan yuxarıya yuya bilər.
    Sual: Əgər insan qüsl verib-vermədiyinə şəkk edərsə, onun vəzifəsi nədir?
    Cavab: Qüsl verməlidir.
    Sual: Əgər qüslünü düzgün yerinə yetirib-yetirmədiyini bilməsə vəzifəsi nədir?
    Cavab: Yenidən qüsl verməsi vacib deyil.
    Sual: İnsan şəkk etsə ki, ona qüsl vacib olub yoxsa yox (məsələn, şəkk edir ki, möhtəlim olub, yəni yuxuda ondan məni xaric olub, ya da bədəni ölünün bədəninə toxunub) qüsl vermək ona vacibdirmi?
    Cavab: Xeyir, qüsl verməsi vacib deyil.
    Sual: Əgər bir şəxsə cənabət qüslü, meyitə toxunma qüslü kimi bir neçə qüsl vacib olarsa, eyni zamanda cümə qüslü kimi bir neçə qüsl vermək istəyərsə, bu işi necə görsün?
    Cavab: Həmin qüslləri iki şəkildə yerinə yetirə bilər:
    1. Hər bir niyyət üçün ayrıca qüsl verə bilər;
    2. Bütün qüslləri nəzərdə tutaraq bir qüsl verə bilər.
    Qeyd etməliyik ki, insana bir neçə qüsl vacib olsa və onları yerinə yetirməmiş cünub olsa, hətta həmin qüsllərə diqqət yetirmədən təkcə cənabət qüslü versə, digər qüsllərə ehtiyac qalmaz.
    Sual: Qüsl verdiyi vaxt insan dəstəmazı pozan bir iş görsə, məsələn, sidiyə getsə, qüslə yenidənmi başlamalıdır?
    Cavab: Xeyir. Amma cənabət qüslü verərkən dəstəmazı pozan bir iş görərsə, qüsldən sonra dəstəmaz lazım olan namaz kimi işlər üçün yenidən dəstəmaz almalıdır.
    Sual: Əgər insan bir neçə dəfə cünub olarsa və ya bir neçə dəfə ölünün bədəninə toxunarsa hər dəfə üçün ayrıca qüsl verməlidirmi?
    Cavab: Xeyir. Bütün qüslləri niyyət edərək bir qüsl vermək yetər.
    Sual: Qüsllərdən hansı biri dəstəmazı da əvəz edir və həmin qüsldən sonra namaz qılmaq üçün dəstəmaz almağa ehtiyac qalmır?
    Cavab: Yalnız cənabət qüslü belədir. Vacib ehtiyata əsasən digər vacib qüsllərdən, eləcə də müstəhəb qüsllərdən sonra namaz üçün dəstəmaz almaq lazımdır.
    Sual: Əgər meyitə toxunmuş insan meyitə toxunmaq qüslü verməyibsə, cünub insana haram olan işlər haramdırmı?
    Cavab: Xeyir. Yalnız namaz qılmaq və dəstəmaz tələb edən işlər görmək üçün meyitə toxunma qüslü verməlidir. Amma belə bir vəziyyətdə məscidə daxil olmaq, orada dayanmaq, vacib səcdəsi olan surələr oxumaq olar.
    Sual: Şəhidin bədəninə də toxunduqdan sonra meyitə toxunma qüslü verilməlidirmi?
    Cavab: Bəli, vacib ehtiyata əsasən şəhidin meyitinə toxunduqdan sonra qüsl vermək lazımdır.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 930 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024