İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Doqquzuncu fəsil
    Namazın bəzi şərtləri və müqəddimələri
    Qeyd etdik ki, insan xüzu-xüşulu olmalı, tam şəkildə diqqətini Allaha yönəltməlidir. Eyni zamanda zahiri paklıq, bədənin təmizliyi gözlənilməli, dəstəmaz, qüsl və təyəmmüm hökmlərinə əməl olunmalıdır. Bütün bunlardan əlavə namazın müqəddimə şərtləri ödənməlidir. Namaz qılan şəxs libası, namaz qıldığı yer və qiblə ilə bağlı şərtləri yerinə yetirməlidir. Bütün bunlar insanın namazdan daha çox bəhrələnməsi ilə nəticələnir. Namazın müqəddimələri ilə bağlı bəzi şərtləri nəzərdən keçirəcəyik.
    Namaz qılan şəxsin libası
    Namaz qılan şəxsin libası ilə bağlı hökmlərdən aydın olur ki, İslam dini paklıq və başqalarının haqlarına nə dərəcədə diqqətlidir. Əgər insan bilərəkdən murdar və ya qəsb olunmuş bir libasla namaz qılarsa, onun namazı batildir. Namaz nəzərdə tutulmuş şərtlər ödənməklə qılınarsa, müsəlmanlar arasında zülmə yer qalmaz, kimsənin haqqı tapdanmaz. Həmin şərtləri nəzərdən keçirək:
    1. Namaz qılan kişinin libası elə olmalıdır ki, namaz qıldığı vaxt ayıb yeri örtülsün. Hətta onu bir şəxs görmürsə göbəkdən dizədək bədəninin örtülməsi yaxşıdır. Namaz qılan qadının libası onun bütün bədənini örtməlidir. Vacib ehtiyata əsasən ayaqlarının altı da örtülməlidir. Əslində qadının namaz əsnasında üzünün dəstəmazda yuyulan hissəsini, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Amma əminlik olsun deyə vacib həddən bir qədər artıq örtünməsi lazımdır.
    2. Namaz qılanın libası pak olmalıdır. Bilərəkdən murdar libasla qılınan namaz batildir.
    3. Namaz qılanın libası halal olmalıdır. Əgər bir şəxs əynindəki libasın haramlığını bilərəkdən bu libasla namaz qılarsa, namazını təzələməlidir. Hətta onun libasında qəsbi sap, düymə olarsa, bu libasla namaz qıla bilməz.
    4. Namaz qılanın libası atıcı qanı olan və qeyri-şəri qaydada kəsilmiş və ya leş heyvanın hissələrindən hazırlanmamalıdır. Ətinin halal və ya haramlığından asılı olmayaraq ölmüş heyvanın üzvləri olan libasla namaz qılmaq olmaz. Müstəhəb ehtiyata əsasən atıcı qanı olmayan heyvan ölüsünün hissələrindən libasla da namaz qılınmamalıdır. Balığı misal göstərmək olar. Amma əti halal heyvan leşinin tükü kimi ruhsuz hissələrdən libasla namaz qılmaq olar.
    5. Namaz qılanın libası canavar və tülkü kimi əti haram heyvanların əzalarından olmamalıdır. Namaz qılanın üstündə pişik kimi əti haram heyvanın tükü də olmamalıdır. Belə bir tükün bədən və ya libasa yapışıb qalması da caiz deyil. Vacib ehtiyata əsasən, atıcı qanı olmayan heyvanların da (məsələn, ilanın) əzaları ilə namaz qılınmamalıdır.
    6. Namaz qılan kişidirsə, onun libası ipəkdən ola bilməz. Amma qadın ipək libasla namaz qıla bilər.
    7. Namaz qılan şəxs kişidirsə, üzərində qızıl olan libasla namaz qıla bilməz.
    Sual: Əgər namaz qılan şəxs namaz əsnasında yetərincə örtünmədiyini görsə vəzifəsi nədir?
    Cavab: Dərhal zəruri həddə örtünməlidir və vacib ehtiyata əsasən namazı bitirib onu yenidən qılmalıdır.
    Sual: Əgər insan namazdan sonra lazımı həddə örtünmədiyini bilsə vəzifəsi nədir?
    Cavab: Namazı düzgündür.
    Sual: Əgər libas və ya bədənin murdar olduğu namazdan sonra bilinərsə, vəzifə nədir?
    Cavab: Qılınmış namaz düzgündür, müstəhəb ehtiyata əsasən vaxt çatarsa yenidən qılınmalıdır.
    Sual: Bir şəxs libasının və ya bədəninin murdar olduğunu bildiyi halda bunu unutmuşsa qıldığı namazın hökmü nədir?
    Cavab: Qıldığı namaz batildir. Əgər namaza vaxt qalırsa, onu yenidən qılmalıdır. Vaxt keçmişsə həmin namazın qəzasını qılmaq lazımdır.
    Sual: Bir şəxs murdarlanmış libasını suya çəkib onun paklığına əmin olur. Həmin libasla namazı qılıb qurtardıqdan sonra libasın paklanmadığı məlum olur. Bu namazın hökmü nədir?
    Cavab: Vacib ehtiyata əsasən, həmin namaz yenidən qılınmalıdır. Vaxtı keçmişsə qəzası yerinə yetirilməlidir.
    Sual: Əgər pişik kimi əti haram heyvanın ağız suyu və ya rütubəti namaz qılanın libasına dəyərsə, bu namazın hökmü nədir?
    Cavab: Əgər həmin rütubət namaz bitənədək yaş qalarsa, namaz batildir. Amma uyğun rütubət namaz zamanı quruyarsa və onun eyni, özü aradan gedərsə, namaz düzgündür.
    Sual: Namaz qılanın libasında müsəlman şəxsin tükünün, tərinin və ya ağız suyunun olması namazı batil edirmi?
    Cavab: Xeyir.
    Sual: Kişinin qızıldan zinət əşyası kimi istifadə etməsinin hökmü nədir?
    Cavab: Boyunbağı, üzük, saat kimi qızıl əşyalardan istifadə bütün hallarda kişilər üçün haramdır və bu əşyalarla qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan düzəldilmiş eynəkdən də istifadə etmək olmaz. Amma qadınlar istənilən halda qızıl əşyalardan istifadə edə bilərlər.
    Sual: Əgər bir kişinin məsələn, cibində qızıl üzük varsa, bu halda namaz qıla bilərmi?
    Cavab: Xeyir. Belə bir vəziyyətdə qılınan namazın nöqsanı var.
    Sual: Kişinin qızıl yox, platin kimi metaldan hazırlanmış zinətdən istifadə etməsinin eybi varmı?
    Cavab: Xeyir, eybi yoxdur.
    Sual: Şöhrət libaslarının hökmü nədir? Belə libaslarla namaz qılmaq olarmı?
    Cavab: Şöhrət libası dedikdə parçasına, rənginə, tikilişinə görə xalqın diqqətini cəlb edən və barmaqla göstərilən libaslar nəzərdə tutulur. Məsğərəyə səbəb olan, şəxsiyyəti alçaldan libaslar da belədir. İnsan Bu qəbil libaslardan çəkinməlidir. Amma həmin libaslarla qılınan namaz batil deyil.
    Sual: Qadın kişi libası, kişi qadın libası, geyə bilərmi? Bu qəbil geyimlə namaz qılmaq olarmı?
    Cavab: Əgər həmin libas şəxsiyyəti alçaldarsa ondan çəkinmək lazımdır. Amma bu qəbil libaslarla qılınan namaz batil deyil.
    Sual: Namazda nələrdən istifadə etmək müstəhəbdir?
    Cavab: Əba, ağ libas geymək, təmiz libaslardan istifadə etmək müstəhəbdir. Namazda ətirlənmək, barmağa əqiq üzük salmaq da müstəhəbdir.
    Sual: Hansı libaslarla namaz qılmaq məkruhdur?
    Cavab: Qara, çirkli, dar, üzərində insan və ya heyvan şəkli olan libaslarla, şərabxorun libası ilə namaz qılmaq məkruhdur. Əhli-beytə əzadarlıq üçün qara libas geyən insan bu libasla namaz qılsa məkruh deyil. Düymələri açıq vəziyyətdə, üzərində surət olan üzüklə namaz qılmaq məkruhdur.
    Namaz qılanın yeri ilə bağlı şərtlər
    Namaz qılınan yerlə bağlı şərtlər mövcuddur:
    1. Qəsbi olmasın; qəsbi yerdə qılınan namaz batildir. Qəsbi yerdə insan öz xalçasının üzərində də namaz qılmamalıdır.
    2. Namaz qılınan yer hərəkətsiz olmalıdır. Nəqliyyat vasitələrində hərəkət zamanı tərpənişlərlə qılınan namaz batildir.
    3. Namaz qılınan yerdə dayanmaq və ya oturmaq haram sayılmamalıdır. Əgər bir xalçanın üzərində Allahın adı və ya Quran ayələri yazılmışsa onun üzərində dayanmaq və ya oturmaq olmaz. Belə bir yerdə qılınan namaz təzələnməlidir.
    4. Namaz qılınan yerdə rahatlıqla qalxmaq, rükuya və səcdəyə getmək mümkün olmalıdır.
    5. Bir şəxs murdarlanmış yerdə namaz qılırsa, həmin yer namaz qılanın bədininə və ya libasına sirayət edəcək həddə rütubətli olmamlıdır.
    6. Namaz qılınan yer hamar olmalıdır. Əgər namaz qılanın alnını qoyduğu yer dizlərini və ayaqlarını qoyduğu yerdən dörd bağlı barmaqdan çox alçaq və ya hündür olarsa, orada namaz qılınmamalıdır.
    7. Məsumların qəbrindən öndə namaz qılınmamalıdır. Əgər qəbirlə namaz qılınan yer arasında divar kimi arakəsmə varsa, eybi yoxdur. Namaz qılınan yer məsumların qəbrindən yetərincə uzaqsa, uyğun vəziyyətdə namaz qılmaq olar.
    Namaz qılınan yerlə bağlı müstəhəb və məkruh hallar
    Bəzi yerlərdə namaz qılmaq müstəhəbdir və həmin yerlərdə qılınan namazın savabı çoxdur:
    1. Məscidlər; İslam dinində namazların məsciddə qılınması çox tövsiyə edilir. Məkkədəki "Məscidül-Həram” məscidində qılınan namazın savabı daha çoxdur. Mədinədə Məscidün-Nəbiyy, İraqda Kufə məscidi, Fələstində Beytül-Müqəddəs və hər şəhərin came məscidi namaz üçün daha münasibdir. Bu məscidlərdən sonra savab baxımından məhəllə məscidi üstündür.
    2. Namaz üçün imamların pak hərəmləri üstün sayılır. Bu hərəmlərdə qılınan namaz başqa məscidlərdə qılınan namazdan üstündür. Əmirəl-möminin Əli ibn Əbu-Talibin (ə) hərəmində qılınan namazın savabı 200 min namazın savabı qədərdir.
    Amma bəzi yerlərdə namaz qılmaq məkruhdur və belə yerlərdə namazın savabı azdır:
    1. Hamamda;
    2. Başqa bir insanın qarşısında;
    3. Ruhu olan bir şeyin əksi qarşısında (arada pərdə yoxsa);
    4. Canlının əksi olan otaqda;
    5. Od və çıraq qarşısında;
    6. Qəbirlərin qarşısında, qəbirlər arasında, ümumiyyətlə qəbristanlıqda;
    7. Gəliş-gediş olan küçələrdə; əgər gəliş-gedişə mane olarsa burada qılınan namaz batildir.
    Sual: Bir şəxsi məsciddə namaz qıldığı yerdən qaldırıb onun yerində namaz qılsalar, bu namazın hökmü nədir?
    Cavab: Vacib ehtiyata əsasən bu namaz düzgün deyil və həmin namazı qəsbi olmayan başqa bir yerdə qılmaq lazımdır.
    Sual: Əgər kişi ilə qadın arasında arakəsmə yoxsa, qadın kişidən öndə namaz qıla bilərmi?
    Cavab: Məhrəm və ya naməhrəm olmasından asılı olmayaraq, vacib ehtiyata əsasən qadın elə dayanmalıdır ki, ətrafdakılar onun kişidən öndə dayandığını deməsinlər. Daha yaxşı olar ki, qadının səcdə yeri kişinin durduğu yerdən bir qədər arxada olsun. Əlbəttə ki, Məscidül-Həramda namaz qılan qadınlar və kişilərin bu şərtə riayət etməsi vacib deyil.
    Sual: Naməhrəm qızla oğlan gəliş-gediş olmayan bir yerdə namaz qıla bilərlərmi?
    Cavab: Onların belə bir yerdə olması caiz deyil. Amma namaz qılarlarsa, qıldıqları namaz batil deyil.
    Sual: Haram musiqi və rəqs səsləri eşidilən yerdə namaz qılmaq düzgündürmü?
    Cavab: Həmin səslərə qulaq asmaq olmaz. Amma namaz qılmağın eybi yoxdur.
    Qiblə sıraların vəhdət amilidir
    İslam peyğəmbəri (s) peyğəmbərliyə çatdıqdan 13 il sonra, hətta hicrətdən bir neçə ay ötənədək Allahın əmri əsasında üzü Beytül-Müqəddəsə namaz qılırdı. Sonra qiblə dəyişdi, müsəlmanlara əmr olundu ki, üzü Kəbəyə namaz qılsınlar.
    Mədinədə üzü Beytül-Müqəddəsə nə vaxtadək namaz qılınması ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. Bəziləri 7 ay, bəziləri 17 ay üzü Betül-Müqəddəsə namaz qılındığını bildirirlər. Hər halda həmin müddət ərzində yəhudilər müsəlmanları məsğərəyə qoyur, deyirdilər: "Sizin müstəqilliyiniz yoxdur, bizim qibləyə doğru namaz qılırsınız. Məlum olur ki, biz haqlıyıq!”
    Yəhudilərin bu rişxəndləri İslam peyğəmbəri (s) və müsəlmanları çox narahat edirdi. Yəhudilər Allah əmrini yerinə yetirən bu insanlardan heç vəchlə əl çəkmirdilər. Həzrət Peyğəmbər (s) gecələr səmaya üz tutur, sanki vəhy gözləyirdi. Bir müddət keçəndən sonra, nəhayət, qiblənin dəyişməsi ilə bağlı vəhy nazil oldu. Həmin vaxt Peyğəmbər (s) Bəni Salim məscidində üzü Beytül-müqəddəsə namaz qılırdı. Cəbrailə əmr olundu ki, onun qolundan tutub üzünü Kəbəyə çevirsin. Müsəlmanlar bu vəziyyəti görüb dərhal üzlərini Peyğəmbərlə (s) eyni tərəfə göndərdilər. Kəbə cənubda olduğu halda Beytül-Müqəddəs təqribən şimalda idi.
    Qiblənin dəyişmə səbəblərindən biri də bu ola bilərdi ki, Kəbə evi həmin vaxtlar müşrik bütlərinin mərkəzinə çevrilmişdi. Öncə müsəlmanlara əmr edildi ki, üzü Beytül-müqəddəsə namaz qılsınlar. Beləcə müsəlmanlar müşriklərdən seçildilər.
    Biz müsəlmanlar bütün vacib və müstəhəb namazlarımızı üzü Kəbəyə qılmalıyıq. Heyvanları da kəsərkən Kəbəni qiblə götürməliyik.
    Məsələ 1. Əgər namaz qılan şəxs ayaqüstə namaz qılırsa, onun haqqında "üzüqibləyə dayanıb” deyilməsi kifayətdir. Yəni bədənin ön tərəfi, üzü və sinəsi üzüqibləyə olmalıdır. Dizlər və ayaq barmaqlarının ucu qibləyə tərəf olması zəruri deyil.
    Məsələ 2. Üzürlü səbəbdən oturaq vəziyyətdə namaz qılan şəxs dizlərini üzü qibləyə tutmaya da bilər. Onun üzü, sinəsi, eləcə də qarın nahiyəsi üzüqibləyə olmalıdır.
    Məsələ 3. Əgər bir şəxs uzanmış vəziyyətdə namaz qılmağa məcburdursa, sağ tərəfi üzərində uzanmalı və bədəninin ön tərəfi qibləyə doğru olmalıdır. Əgər bacarmırsa yenə də bədəninin ön hissəsini qibləyə doğru saxlamaqla sol tərəfi üzərində uzanmalıdır. Əgər arxası üstdə uzanmağa məcburdursa, ayaqlarının altı üzüqibləyə olmalıdır.
    Məsələ 4. Müstəhəb namazı yol gedə-gedə, süvari halda qıla bilər. Bu iki halda müstəhəb namaz qılarkən insanın üzüqibləyə olması vacib deyil. Amma sabit vəziyyətdə namaz qılırsa, ehtiyatən üzünü qibləyə tutmalıdır.
    Məsələ 5. İnsan qibləni tapmaq üçün çalışmalıdır. Əgər qiblənin hansı tərəfdə olduğuna əmin deyilsə, məscidlərin mehrabı, müsəlman qəbirləri əsasında qibləni müəyyənləşdirməlidir. Əgər yenə də qiblə müəyyənləşməsə, istədiyi tərəfə namaz qıla bilər. Amma ehtiyat budur ki, namaz dörd tərəfə qılınsın.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 551 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019