İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Onuncu fəsil
    Nəzmullah - azan və iqamə şüarları
    Bütün dövrlərdə bütün millətlərin fərdləri ayağa qaldırmaq, onlarda fərdi və ictimai məsuliyyətlər yaratmaq üçün xüsusi şüarlar olmuşdur. Məsələn, məsihilər insanları kilsəyə dəvət etmək üçün kilsə zəngləri çalmışlar. Amma müsəlmanların namaza çağırışı olan azan daha yetərli və daha təsirlidir. Allah adı ilə başlayan bir şüardan uca şüar nə ola bilər?! Azanda Allahın yeganəliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verilir, insanlar namaza, qurtuluşa dəvət edilir. Azanın bütün cümlələri məzmunlu və tərbiyəvidir.
    Dini rəvayətlərdə azan deyilməsi təkidlə vurğulanır. Azan deyənlər üçün uca axirət məqamı, böyük savab nəzərdə tutulur. Həqiqətən də, azanın məqamını ucaldan onun Allaha doğru, ibadətə çağırış olmasıdır. Namaz vaxtı ardıcıl şəkildə hər gün minarələrdən ucalan azan səsi azadlıq nidası, həyatverici bir nəsimdir. Azan bədxahları narahat edir, onları sıxıntıya salır. Tanınmış ingilis siyasətçilərindən olan Qladistonun azanla bağlı söylədikləri deyilənləri bir daha təsdiqləyir. O deyir: "Nə qədər ki Məhəmmədin adı minarələrdən ucalır, Kəbə yerindədir, Quran müsəlmanlara yol göstərir, İslam məmləkətlərində bizim siyasətimizin möhkəmlənməsi mümkünsüzdür.”("Biharul-ənvar”, c. 16, s. 148-153, hədis 4)
    Amma dərin məzmuna malik olan azanı onun batini gözəlliyinə müvafiq olaraq gözəl səslə söyləmək lazımdır. Azan deyənin səsinin pisliyinə xatir bu ilahi şüarı təsirdən salmaq olmaz. Sədi Şirazi qısa bir hekayətdə uyğun nöqtəni işıqlandırır:
    "Xoşagəlmaz səsi olan bir şəxs ucadan Quran oxuyurdu. Bir hal əhli ona yaxınlaşıb dedi: "Sənin aylıq haqqın nə qədərdir?” Həmin şəxs dedi: "Heç nə qədər.” Hal əhli söylədi: "Bu zəhmətini neçəyə satırsan?” Quran oxuyan dedi: "Mən onun əvəzini Allahdan istəyirəm.” Hal əhli söylədi: "Allahdan istəməyinə dəyməz!”
    Pis səsinlə Quran oxuyaraq sən
    İslama gələni salma həvəsdən.
    ("Biharul-ənvar”, c. 16, s. 210; Beyhəqi, "Əssunənul-kubra”, c. 10, s. 192)
    Əlbəttə ki, azan və iqamə işrət məclislərindəki avazla oxunmamalıdır.
    Bəli, vacib namazlardan öncə, istər vətəndə, istərsə səfərdə, istər əda namazında, istərsə də qəza namazında azan və iqamə söyləmək həm qadınlar, həm də kişilər üçün müstəhəbdir.
    Azanın mətni
    Azan 18 cümlədən ibarətdir:
    1. Dörd dəfə "Əllahu Əkbər”, yəni Allah vəsfə gələn hər şeydən böyükdür;
    2. İki dəfə "Əşhədu ənla ilahə illəllah”, yəni şəhadət verirəm ki, yeganə Allahdan savayı məbud yoxdur;
    3. İki dəfə "Əşhədu ənnə Muhəmmədən rəsulullah”, yəni şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur;
    4. İki dəfə "Həyyə ələs səllat”, yəni tələs namaza doğru;
    5. İki dəfə "Həyyə ələl fəlah”, yəni tələs qurtuluşa doğru;
    6. İki dəfə "Həyyə əla xəyril-əməl”, yəni tələs ən yaxşı əmələ;
    7. İki dəfə "Əllahu əkbər”;
    8. Sonda iki dəfə "La ilahə illəllah”, yəni yeganə Allahdan başqa məbud yoxdur.
    İqamənin mətni
    İqamə 17 cümlədən ibarətdir. Əgər azanın əvvəlində "Əllahu Əkbər” dörd dəfə deyilirsə, iqamənin əvvəlində iki dəfə deyilir. Azandakından fərqli olaraq iqamədə "Həyyə əla xəyril əməl” cümləsindən sonra iki dəfə "qədqamətis səlat” söylənilir. Azanın sonunda "La ilahə illəllah” iki dəfə deyilirsə, iqamənin sonunda bir dəfə deyilir.
    Məsələ 1. "Əşhədu ənnə əliyyən vəliyyullah” cümləsi azan və iqamənin mətnindən deyil. Amma "Əşhədu ənnə Muhəmmədun rəsulullah” dedikdən sonra Allaha yaxınlıq məqsədi ilə həmin cümləni demək yaxşıdır.
    Məsələ 2. Azan və ya iqamənin cümlələri arasında adi sayılmayacaq fasilə verilməməlidir. Əks təqdirdə ona yenidən başlamaq lazımdır.
    Məsələ 3. Azan və iqamə arasında fasilə çox olmamalıdır. Əgər fasilə çox olarsa, onları böyük fasiləsiz yenidən demək müstəhəbdir.
    Məsələ 4. Azan iqamədən öncə deyilməlidir. İqamədən sonra azan demək düzgün sayılmır.
    Məsələ 5. Azan deyən şəxsin azan deyərkən üzüqibləyə dayanması, dəstəmaz və qüsllü olması, əllərini qulaqlarına qoyması, uca səslə söyləməsi, səsini uzatması, cümlələr arasında fasilə verməsi müstəhəbdir.
    Məsələ 6. İqamə gedişində insan ayaq üstə dayanmalı, dəstəmazlı olmalıdır. Azan deyənin öz bədənini aram saxlaması müstəhəbdir.
    Məsələ 7. İqaməni azandan asta səslə demək müstəhəbdir. Onun cümlələrini bir-birinə yapışdırmamaq yaxşıdır. Amma iqamənin cümlələri arasında azanın cümlələri arasındakı qədər fasilə verilməməlidir.
    Məsələ 8. İnsan savab qazanmaq ümidi ilə azandan sonra və iqamədən öncə addım atıb bir qədər otura bilər, səcdəyə gedə bilər, zikr və dua oxuya bilər, bir qədər sakit dayana bilər.
    Məsələ 9. Azan üçün seçilən adamın ədalətli, vaxt tanıyan, uca səsli olması, eləcə də azanı hündür bir yerdən verməsi müstəhəbdir.
    Məsələ 10. Camaat namazında azan və iqaməni kişi deməlidir. Amma əgər qadın camaat namazı qılanlara məhrəm olarsa, onun dediyi azan həmin insanlar üçün bəs edər. Amma müstəhəb ehtiyata əsasən, həmin azanla kifayətlənmək olmaz.
    Məsələ 11. Əgər camaat namazı üçün azan və iqamə söylənilərsə, həmin cəmiyyətlə namaz qılmaq istəyən şəxs özü üçün ayrıca azan və iqamə söyləməməlidir.
    Məsələ 12. Cəmiyyət namazı üçün məscidə gedən şəxs cəmiyyət namazının başa çatdığını görərsə, nə qədər ki, cəmiyyət namazının sıraları dağılmayıb vacib ehtiyata əsasən öz namazı üçün azan və iqamə deməməlidir.
    Məsələ 13. Əgər günorta və ikindi, eləcə də şam və xüftən namazları ardıcıl və ya az fasilə ilə qılınarsa, ikindi və xüftən namazları üçün azan deməmək olar. Amma iqamə söylənilməlidir. Əlbəttə ki, namazdan sonra dua oxunması, nafilə qılınması fasilə sayılmır.
    Məsələ 14. Uşağın dünyaya gəldiyi ilk gün və ya göbək bəndi düşdükdən sonra onun sağ qulağına azan, sol qulağına iqamə demək müstəhəbdir.
    On birinci fəsil: Namazda vacib olanlar
    Namazın müxtəlif hissələri var, onlardan bəziləri rüku kimi vacib, bəziləri qunut kimi müstəhəbdir.
    Namazda vacib olan əməllər də iki hissəyə bölünür. Onlardan bəziləri rükndür, bəziləri rükn deyil.
    Namazın rüknləri
    Rükn namazda vacib olanlardandır, onun bilərəkdən və ya səhvən artırılması və ya tərk olunması namazı batil edir. Rüknlərlə tanış olaq.
    1. Niyyət
    Niyyət dedikdə insanın bir iş üçün qərara gəlməsi nəzərdə tutulur. Niyyəti dilə gətirmək vacib deyil. Sadəcə, insan nə iş gördüyünü bilməlidir.
    Namaz qılan şəxs namaza Allaha yaxınlaşmaq, Onun əmrinə itaət məqsədi ilə başlamalıdır. Bir şəxs özünü camaata göstərmək üçün namaz qılarsa, onun namazı batildir. Hətta namazın bir hissəsi Allahdan qeyrisinə xatir qılınarsa, namaz batil olar.
    Sual: Niyyət edərkən namazının rəkətlərinin sayını müəyyənləşdirmək lazımdırmı? Məsələn, "Allaha yaxınlaşmaq üçün iki rəkət sübh namazı qılıram” söyləmək vacibdirmi?
    Cavab: Rəkətlərin sayını müəyyənləşdirmək vacib deyil. Amma namaz qılan bilməlidir ki, hansı namazı qılır. Onun vacib və ya müstəhəb namaz qıldığını bilməsi də zəruridir.
    2. Qiyam
    Qiyam dedikdə farağat, düz dayanış, əyilməmək nəzərdə tutulur. Təkbirətul-ehram deyərkən qiyam halı, eləcə də rükudan öncəki, rükuya bitişik qiyam namazın rüknlərindən sayılır. Amma həmd-surə oxuyarkən, eləcə də rükudan qalxdıqdan sonra qiyam vacib olsa da, rükn sayılmır. Bu qiyamlar bilməyərəkdən yaddan çıxarsa, namaz düzgündür.
    Məsələ 1. Namaz qılan şəxsin bədəni qiyam zamanı aram dayanmalı, vacib ehtiyata əsasən divar və ya əsa kimi bir şeyə söykənməməlidir. Çıxılmaz hallar istisnadır.
    Məsələ 2. Qiyam vəziyyətində hər iki ayağın yerə toxunması vacib ehtiyat sayılır. Amma bədənin ağırlığını hər iki ayağa salmaq vacib deyil.
    Məsələ 3. Qiyam zamanı fəqərə sütununu, boyunu düz saxlamaq, çiyinləri salmaq, əl ovuclarını budların üzərinə qoymaq, barmaqları bir-birinə yapışdırmaq, səcdə yerinə baxmaq, namazı xüzu və xüşu ilə qılmaq, ayaqların birini qabağa, birini geriyə qoymamaq, ayaqlar arasında üç barmaqdan bir qarışadək ara saxlamaq müstəhəbdir. Qiyam zamanı əlləri və barmaqları hərəkət etdirməmək müstəhəb ehtiyat sayılır.
    Məsələ 4. Namaz qılan şəxs namaz vaxtı azca irəliyə və geriyə getmək istəsə, bədənini azca sağa və ya sola hərəkət etdirsə, hərəkət zamanı bir şey danışmamalıdır. Yalnız bədən aramlaşdıqdan sonra namazı davam etdirmək olar.
    Məsələ 5. Əgər namazqılan namaz arasında ayaq üstə qala bilməsə oturmalıdır. Əgər oturmaq da mümkün deyilsə, IX fəsildə deyildiyi qaydada uzanmalıdır. Amma nə qədər ki bədən aramlaşmayıb namazdan nə isə oxumaq olmaz.
    Məsələ 6. Müstəhəb namazları oturaq halda qılmaq olar. Amma yaxşı olar ki, iki rəkət oturaq namaz bir rəkət ayaqüstü namaz sayılsın.
    3. Təkbirətul-ehram
    Hər bir namazın başlanğıcında "Əllahu Əkbər” deyilməsi təkbirətul-ehram adlanır. Allah və Əkbər sözləri, eləcə də onların hərifləri ardıcıl şəkildə deyilməlidir. Təkbirətul-ehram və ya digər təkbirləri deyərkən əlləri qulaqlar və ya üz bərabərində qaldırmaq müstəhəbdir.
    4. Rüku
    Namaz qılan şəxs 1-ci rəkətdə həmd-surədən, 2-ci rəkətdə qunutdan, 3-cü və 4-cü rəkətlərdə təsbihati-ərbəədən sonra rüku niyyəti ilə qabağa doğru, əllərinin içi dizlərinə çatanadək qabağa əyilməlidir. Ehtiyata əsasən əllər dizlərə qoyulmalıdır.
    Rükuda aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
    1. Rükuda dizləri arxaya çəkmək, beli düz saxlamaq, boyunu uzatmaq, bel ilə bərabər saxlamaq;
    2. İki ayaq arasında yerə baxmaq;
    3. Rükunun zikrindən öncə və ya sonra salavat göndərmək.
    Sual: Əgər bir şəxsin qolları və dizləri başqalarından fərqlənərsə, məsələn, qolları qısa olarsa, rükuda nə qədər əyilməlidir?
    Cavab: Adi insanlar rükuda necə əyilirsə, o qədər əyilsin.
    Sual: Əgər namaz qılan şəxs rükunu unudub səcdəyə çatmamışdan qabaq xatırlasa, vəzifəsi nədir?
    Cavab: Qalxıb düz dayanmalı, sonra rükuya getməlidir. Əgər yerə əyilmiş vəziyyətdən rüku vəziyyətinə gəlsə rükuya bitişik qiyamı yerinə yetirmədiyi üçün batildir. Namazı batildir.
    5. Səcdələr
    Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirməlidir. Səcdədə alın, əllərin içi, iki diz, ayaqların baş barmaqları yerə və ya səcdə ediləsi şeylərə toxunmalıdır.
    Yerə, ağac və yarpaq kimi yerdən cücərən və yeməli, geyməli olmayan şeylərə, mərmər və qaradaş kimi mədən daşlarına səcdə etmək olar. Səcdə üçün ən üstün şey imam Hüseynin (ə) türbəti, ondan sonra torpaq, daş və otdur.
    Səcdə edilən şeylə bağlı müəyyən şərtlər var:
    1. Səcdə edilən şey pak olmalıdır. Amma murdarlanmış xalçanın üzərinə qoyulmuş möhürə, bir üzü murdarlanmış möhürün pak üzünə səcdə etməyin eybi yoxdur.
    2. Vacib ehtiyata əsasən səcdə edilən şey heç olmaya bir dirhəm boyda olmalıdır.
    3. Neft məhsullarına, geyim əşyalarına, buğda və arpa kimi yeyilən şeylərə, qızıl və gümüş kimi mədəndən çıxarılan şeylərə səcdə etmək olmaz.
    4. Bir şeyin üzərində alın aram dayanmırsa, ona səcdə etmək olmaz. Amma əgər döşək üzərindəki möhürə alını qoyduqdan sonra bir qədər hərəkət edib dayanırsa, ona səcdə etmək olar.
    5. Alınla səcdə edilən şey arasında maneə olmamalıdır. Möhür üzərindəki çirk alının möhürə toxunmasına mane olursa ona edilən səcdə batildir. Amma təkcə rəngi dəyişmiş möhürə səcdə etmək olar.
    Səcdədə bəzi əməllər müstəhəbdir:
    1. Səcdəyə gedən kişi öncə əllərini, qadın isə öncə dizlərini yerə qoysa yaxşıdır.
    2. Alından əlavə burunun da səcdə edilən şeyə qoyulması yaxşıdır.
    3. Səcdə halında əl barmaqları bir-birinə birləşmiş halda üz bərabərində qoyulur. Belə ki barmaqların ucu üzü qibləyə qalır.
    4. Səcdəni uzatmaq, səcdədə salavat göndərmək müstəhəbdir.
    5. Səcdədə dua edib Allahdan nə isə istəmək müstəhəbdir. Amma səcdə halında Quran oxumaq məkruhdur.
    Sual: Allahdan qeyrisi üçün səcdə etməyin hökmü nədir?
    Cavab: Belə bir səcdə haramdır. Peyğəmbər (s) və imamların qəbri kənarında onlar üçün alını səcdəyə qoymaq olmaz. Amma bu səcdə Allaha şükr üçündürsə, eybi yoxdur. Bununla belə bu işdən çəkinmək yaxşıdır.
    Sual: Əgər səcdə zamanı ixtiyarsız olaraq alın səcdədən qalxarsa nə etmək lazımdır.
    Cavab: Bu halda yenidən alını səcdə yerinə qoymamaq laımdır. Səcdə zikrinin deyilib-deyilməməsinin bu hökmə təsiri yoxdur. Əgər ixtiyarsız olaraq alın səcdə yerinə qoyulsa onun səcdə yeri ilə təmasları üst-üstə bir səcdə sayılır. Belə bir halda səcdənin zikri deyilməmişsə, onu demək lazımdır.
    Sual: Səcdənin zikri deyilərkən bədənin yerə toxunmalı olan yeddi üzvündən biri qalxarsa nə etməli?
    Cavab: Əgər bilərəkdən səcdə zikri deyilərkən yeddi üzvdən biri yerdən qalxarsa ehtiyata əsasən namazı bitirib, onu yenidən qılmaq lazımdır. Əgər səcdə zikrinə başlanılmayıbsa, alından savayı o biri üzvlər yerdən qaldırılır və yenidən yerə qoyulur. Səcdənin zikri bitməmiş səhvən alın səcdə yerindən qaldırılarsa və yenidən səcdə yerinə qoyularsa bunu bir səcdə saymaq lazımdır. Amma digər üzvlər səhvən yerdən qaldırılarsa vacib ehtiyata əsasən onları yenidən yerə qoyub zikr demək lazımdır.
    Sual: Əgər bir şəxs səcdənin zikrini səcdəyə çatmamış və ya səcdədən qalxan halda deyərsə, onun vəzifəsi nədir?
    Cavab: Əgər alın səcdə yerinə çatmamış və bədən aramlaşmamış bilərəkdən səcdə zikri deyilərsə, namaz batildir. Səcdə zikri qurtarmamış vəziyyətdə də bilərəkdən səcdədən qalxmaq namazı batil edir. Amma bilməyərəkdən səcdəyə çatmamış zikrə başlayarsa, səcdəyə çatdıqdan və bədən aramlaşdıqdan sonra zikri yenidən deməlidir. Əgər bilmədən zikr başa çatmamış səcdədən qalxarsa, eybi yoxdur.
    Sual: Namaz qılan şəxs 1-ci səcdədən qalxdıqdan sonra dərhal 2-ci səcdəyə gedə bilərmi?
    Cavab: Xeyir. 1-ci səcdədən qalxdıqdan sonra bədənin aramlaşması üçün bir qədər oturmaq lazımdır. Yalnız bundan sonra 2-ci səcdəyə getmək olar.
    Sual: Kağıza səcdə etmək olarmı?
    Cavab: Əgər kağız ağac və saman kimi şeylərdən düzəldilmişsə onlara səcdə etmək olar. Amma səcdə üçün yararsız sayılan şeylərdən düzəlmiş kağıza səcdə etməyin eybi var.
    Sual: Əgər bir şəxsin səcdə üçün nəzərdə tutulan şeylərə əli çatmasa və ya hər hansı səbəbdən onlardan istfadə edə bilməsə, necə səcdə etməlidir?
    Cavab: Əgər vaxt çoxdursa, namazı dayandırmalı və səcdə ediləsi şey tapdıqdan sonra namazı yenidən qılmalıdır. Əgər vaxt azdırsa öz libasına səcdə edə bilər. Əgər libası da yoxdursa, əlinin arxasına səcdə etsin.
    Sual: Əgər birinci səcdədə möhür alına yapışarsa həmin vəziyyətdə bilərəkdən 2-ci səcdəyə getmək olarmı?
    Cavab: Xeyir. Möhürü alından ayırmaq lazımdır.
    Namazın rükn olmayan vacib əməlləri
    Namazın bilərəkdən artırılıb-əskildildikdə onu batil edən, bilməyərəkdən artırılıb əskildildikdə onu batil etməyən əməlləri rükn olmayan vaciblər adlanır. Rükn olmayan vacib əməllərlə tanış olaq:
    1. Gün uzunu qılınan namazlarda təkbirətul-ehramdan sonra 1-ci və 2-ci rəkətlərdə öncə həmd, sonra vacib ehtiyata əsasən səcdəsi olmayan surələrdən biri tam oxunmalıdır. 3-cü və 4-cü rəkətlərdə isə bir dəfə təsbihate-ərbəə demək kifayətdir. Müstəhəb ehtiyata əsasən təsbihate-ərbəəni 3 dəfə demək lazımdır. Təsbihate-ərbəənin yerinə təkcə həmd də oxumaq olar. İnsanın 3-cü və 4-cü rəkətdə həmd oxuması və ya təsbihate-ərbəə deməsi onun öz ixtiyarındadır.
    Sual: Namaz qılan şəxs həmddən sonra "Qüreyş” və ya "İnşirah” surəsini oxuya bilərmi?
    Cavab: Xeyr, oxuya bilməz. Çünki "Fil” və "Qüreyş” surələri namaz zamanı bir surə sayılır. Bu səbəbdən də namaz qılan şəxs onlardan birini oxusa kifayət etməz. Həmddən sonra "Fil” surəsi oxunmuşsa, "Qüreyş” surəsi də oxunmalıdır. Eyni qaydada, "Zuha” və "İnşirah” surələri birlikdə oxunmalıdır.
    Sual: Həmd və surə hansı namazlarda ucadan, hansı namazlarda astadan oxunmalıdır?
    Cavab: Qadın və kişi üçün vacibdir ki, günorta və ikindi namazlarında həmd və surəni astadan oxusunlar. Əgər bilərəkdən həmin surələri ucadan oxusalar, namaz vacibdir. Kişiyə vacibdir ki, sübh, şam və xüftən namazlarında həmd və surəni ucadan oxusun. Amma qadın uyğun namazlarda həmin surələri həm ucadan, həm də astadan oxuya bilər. Naməhrəm bir şəxs namaz qılan qadının səsini eşidirsə, vacib ehtiyata əsasən qadın həmd və surəni astadan oxumalıdır.
    Sual: Əgər insan səhvən həmd və surəni uca oxumalı yerdə astadan, asta oxumalı yerdə ucadan oxusa, namazının hökmü nədir?
    Cavab: Namazı düzgündür. Əgər Həmd və surəni oxuyarkən vəzifəsinə əməl etmədiyini bilsə, oxuduğu hissəni təkrarlamasına ehtiyac yoxdur.
    Sual: Həmd və surənin ucadan oxunma ölçüsü nədir? Namazqılan şəxs səsini hansı həddə qaldıra bilər?
    Cavab: Əgər bir şəxs ucadan oxumalı olduğu Həmd və surəni qiraət etdiyi vaxt insanlar bunu kifayət sayarsa, bəs edər. Əlbəttə ki, namaz qılan şəxs səsini adi həddən yuxarı qaldırmamalıdır. Əgər bir şəxs Həmd və surəni fəryad çəkərək oxuyursa, namazı batildir.
    Sual: Vacib ehtiyata əsasən qadın və kişilər təsbihati-ərbəəni astadan oxumalıdır. Əgər 3-cü və 4-cü rəkətdə Həmd oxuyurlarsa, vacib ehtiyata əsasən, onun "Bismillahir-Rəhmanir-Rəhim” hissəsini də astadan deməlidir.
    Sual: Əgər bir şəxs bilmədən namazın 1-ci və 2-ci rəkətlərində təsbihati-ərbəə söyləsə, onun vəzifəsi nədir?
    Cavab: Əgər rükuya getdikdən sonra səhvə yol verdiyini anlayarsa, namazı düzgündür. Amma rükuya getməmiş səhvini başa düşərsə, vəzifəsini yerinə yetirməli, yəni Həmd və surə oxumalıdır.
    2. Təşəhhüd
    Namaz qılan şəxs bütün namazların 2-ci rəkətində, eləcə də şam namazının 3-cü, dördrəkətli namazların 4-cü rəkətində 2-ci səcdədən sonra bədəni aram vəziyyətdə ikən təşəhhüd oxumalıdır. Qeyd etmişdik ki, gecə namazında bir rəkətli vitr namazı var. Bu bir rəkətdən sonra da təşəhhüd oxunmalıdır.
    3. Salam
    Son rəkətdəki təşəhhüddən sonra salam deyilməlidir. Əgər namaz qılan şəxs bilərəkdən salam söyləməsə namazı batildir.
    4. Zikr
    Namaz qılan şəxs namazı 3-cü və 4-cü rəkətlərində, eləcə də rüku və səcdələrdə zikr söyləməlidir.
    Sual: Namaz qılan şəxs namazın vacib və müstəhəb zikrlərini, təkbirətül-ehramı, rüku və səcdələrdəki zikrləri astadan deməlidirmi?
    Cavab: Bu məsələ insanın öz ixtiyarına verilir. O zikrləri həm ucadan, həm də astadan deyə bilər.
    5. Tərtib
    Tərtib dedikdə namazın vacib hissələrini deyildiyi kimi, ardıcıl qaydada yerinə yetirməsi nəzərdə tutulur. Əgər bir şəxs bilərəkdən bu tərtibi pozarsa, məsələn, Həmdi surədən sonra oxuyarsa, rükudan qabaq səcdəyə gedərsə, namazı batildir.
    6. Movalat
    Movalat dedikdə namazın ayrı-ayrı hissələri arasında fasilə buraxmamaq nəzərdə tutulur. Əgər bir şəxs namazın zikrləri, rüku və səcdələri arasında namaz həddindən çıxacaq həddə fasilə buraxarsa, namazı batildir. Amma rüku və səcdələri uzatmaq, uzun surələri oxumaq namazın movalatını pozmur.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 594 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019