İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On üçnücü fəsil
    Namazı batil edənlər
    Namazı batil edən işlər "mubtilat” adlanır:
    1. Əgər namaz arasında onun düzgünlük şərtlərindən biri, məsələn geyim şərti pozularsa;
    2. Namaz arasında dəstəmazı batil edən bir iş baş verərsə. Məsələn, insandan sidik xaric olarsa;
    3. Namazda sünnə əhli kimi əllərin sinədən aşağıda üst-üstə qoyulması; hətta Allah qarşısında ədəbə riayət üçün belə edilmişsə, vacib ehtiyata əsasən həmin namaz yenidən qılınmalıdır;
    4. Həmd surəsi başa çatdıqdan sonra sünnə əhli kimi bilərəkdən amin söyləmək;
    5. Bilərəkdən qibləyə arxa çevirmək və ya qiblədən sağa-sola dönmək; elə bir həddə qiblədən çıxmaq ki, ətrafdakılar "üzü qibləyədir” söyləməsinlər; qiblədən çıxma həddi sağa və ya sola dönmək həddində deyilsə də, uyğun hökm öz gücündə qalır;
    6. Namaz qılan şəxsin bilərəkdən namazda olmayan bir söz söyləməsi;
    7. Bilərəkdən uca səslə gülmək; bilmədən elə gülmək ki, bu gülüş namazdan çıxmaq şəklində olsun; təbəssüm isə namazı batil etmir;
    8. Bilərəkdən dünya işlərinə xatir uca səslə ağlamaq; aşağıdakı hallarda ağlamaq namazı batil etmir:
    a) Bilərəkdən də olsa səssiz ağlamaq;
    b) Namaz halından çıxmaq həddinə çatmamış bilərəkdən bərkdən gülmək;
    c) Dünya ilə bağlı şəri istəyə görə ağlamaq;
    ç) Allaha eşq, axirət əzabı qorxusu səbəbindən ağlamaq (insanın bu sayaq ağlaması onun ən üstün əməllərindəndir);
    9. İnsanın bilərəkdən və ya bilməyərəkdən namazın formasını pozacaq bir iş görməsi; məsələn, havaya atılması;
    10. Namazın şəklini pozacaq həddə yemək və içmək;
    11. Bilərəkdən və ya bilməyərəkdən vacib rüknlərin pozulması; bilərəkdən vacib olmayan rüknlərin pozulması;
    12. Namazı batil edən şəkklərə yol verilməsi; həmin şəklərdən bəzilərini nəzərdən keçirək:
    a) İki rəkətli namazın rəkətlərinin sayında şəkk; məsələn, sübh namazı, cümə namazı və ya müsafir namazının rəkətlərinin sayında şəkk;
    b) Üçrəkətli namazların rəkətlərinin sayında şəkk;
    c) İstənilən bir namazda rəkətlərinin sayının itirilməsi.
    Əlbəttə ki, bütün bu hallarda namazı dərhal dayandırmaq lazım deyil. Öncə bir qədər düşünmək, yalnız şəkk aradan qalxmadıqda namazı pozmaq lazımdır.
    Namaz qılan şəxs yuxarıda sadaladığımız şəkklərdən əlavə digər şəkklərlə də rastlaşa bilər. Bütün bu şəkklərlə tanış olmaq üçün şəri hökmlər risaləsinə müraciət edin.
    Sual: Əgər bir şəxs namaz əsnasında dişlərinin arasında qalan qidanı udsa, namazı batil olarmı?
    Cavab: Xeyir. Hətta ağıza şəkər qoyub onun suyunu tədricən udmaq namazı batil etmir.
    Sual: Əgər namaz qılan şəxs əmin olduğu halda bir tərəfə üz tutub namaz qılırsa, sonradan anlayırsa ki, qiblə sağda və ya solda imiş, namazının hökmü nədir?
    Cavab: Əgər namazın vaxtından qalarsa, onu təzələmək lazımdır. Namazın vaxtı keçdikdən sonra başa düşərsə, onun qəzasını qılmalıdır.
    Sual: Namaz vaxtı təkcə üzün qiblədən çevrilməsinin hökmü nədir?
    Cavab: İnsan üzünü bilərəkdən və ya səhvən qiblədən çevirərsə namazı batildir. Amma bilərəkdən və ya bilməyərəkdən üzün azca dönməsi namazı batil etmir.
    Sual: Asqırmaq, gəyirmək, ah çəkmək namazı batil edirmi?
    Cavab: Xeyir. Amma namazın gedişində bilərəkdən "ah”, "vay” kimi sözlər demək namazı batil edir.
    Sual: Namaz qılan şəxs gülüşünün qabağını almaq üçün özünü sıxarsa və bunun nəticəsində halı dəyişərsə, məsələn, rəngi qızararsa, namazının hökmü nədir?
    Cavab: Bütün bunlar namazın şəklini pozarsa, onu yenidən qılmaq lazımdır.
    Sual: Əgər namaz qılan şəxs namazın gedişində bir müddət sakit dayansa və danışmasa, namazı batildirmi?
    Cavab: Əgər o qədər sakit dayansa ki, ətrafdakılar onun namaz qılmadığını deyələr, namazı batildir.
    Sual: Üzü və ya gözləri az miqdarda sağa və ya sola çevirmək, tüpürmək, Həmd-surə oxuyarkən sakit dayanıb ətrafdakıların danışığını dinləmək namazı batil edirmi?
    Cavab: Sadalanan işlər, o cümlədən insanın namazda xüzu-xüşusunu, qəlbin iştirakını pozan hərəkətlər, məsələn saqqalla oynamaq məkruhdur və namazın savabını əskildir.
    Sual: Namazı dayandırmaq olarmı?
    Cavab: Vacib namazı heç bir səbəbsiz dayandırmaq vacib ehtiyata əsasən caiz deyil. Amma aşağıdakı hallarda namazı dayandırmaq olar:
    1. Əgər öz həyatınız və ya öldürülməsi caiz olmayan birinin həyatı təhlükədədirsə, qorunması zəruri olan mala təcavüz edilirsə namazı saxlamaq olar;
    2. Namaz əsnasında məlum olsa ki, məscid yol verilməyəcək şəkildə murdarlanıb və ya bu murdarın ətrafa yayılmaq qorxusu var; bu hallarda namazın vaxtı çoxsa və namazı saxlamadan murdarı təmizləmək mümkün deyilsə, namazı saxlamaq olar;
    3. Namaz halında və namazın vaxtına qalan bir vaxt borc sahibi borcunu istəsə; əgər namaz qılan şəxs namaz qıla-qıla borcu qaytara bilməsə;
    4. Rükuya əyilməmiş yada düşsə ki, namazın azan və iqaməsi deyilməyib; Həmdi oxumağa başlamamış yada düşsə ki, iqamə deyilməyib; bu hallarda namazın vaxtı çoxsa onu saxlayıb, azan və iqamə söyləmək müstəhəbdir.
    Sual: Əgər namaz gedişində namaz qılan şəxsə salam verilsə, onu salamı alması vacibdirmi?
    Cavab: Bəli, əgər salam verənin məqsədi zarafat və ya məsxərə deyilsə, dərhal cavab vermək lazımdır. Salamın cavabı yubadılarsa və elə bir vaxt cavab verilərsə ki, həmin salamın cavabı sayılmasın, cavab verilməməlidir; məsələn, namaz qılan şəxsə namazın 1-ci rəkətində salam verilmişsə, o bu salamın cavabını 2-ci rəkətdə ala bilməz.
    Sual: Namaz qılan şəxs namaz halında bir şəxsə salam verə bilərmi?
    Cavab: Xeyr, salam verə bilməz.
    Sual: Namaz qılan şəxs namaz əsnasında salama necə cavab verməlidir?
    Cavab: Vacib ehtiyata əsasən, salamın cavabı onun özünə uyğun şəkildə qaytarılmalıdır. Əgər salam verən "Salamun ələykum” söyləmişsə, namaz qılan şəxs də onu artırmadan sahibinə qaytarmalıdır. Bu halda "Salamun ələykum və rəhəmətullahi və bərəkatuh” demək olmaz. Bundan əlavə, salamın cavabında salam sözü öncə işlədilməlidir. "Ələykumus-salam” deyilməməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 616 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019