İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On dördüncü fəsil
    Camaat namazı İslami birliyin təcəssümüdür
    İslamda mühüm məsələlərdən biri də müsəlman cəmiyyətin birliyi, müsəlmanların yekdilliyidir. Bu birliyin təmini üçün müəyyən proqramlar nəzərdə tutulur. İslami birliyin təminində mühüm addımlardan biri də camaat namazıdır. Rəvayətlərdə cəmiyyət namazının böyük əhəmiyyətə malik olduğu vurğulanır. Məsələn, buyurulur: "Bir şəxs üzürsüz səbəbdən, etinasızlıq üzündən camaat namazını, müsəlman cəmiyyətini tərk edərsə, onun üçün namaz yazılmaz.”(Surə 68, "Qələm”, ayə 4)
    Şəri hökmlər risalələrində camaat namazının əzəməti ilə bağlı bir sıra məsələlər mövcuddur:
    1. Gündəlik namazları, meyit namazını, ayat namazını camaatla qılmaq müstəhəbdir. Xüsusi ilə məscidin qonşuları, azanın səsini eşidənlər sübh, şam və xüftən namazlarını camaatla qılsalar yaxşıdır.
    2. Namazı ilkin vaxtında qılmaq müstəhəb olsa da, onu camaatla birgə qılmağa xatir bir qədər yubanmaq da müstəhəbdir.
    3. Camaatla qılınan qısa namaz fərdi qılınan uzun namazdan üstündür.
    4. Namazını əvvəl vaxtda fərdi qılmış şəxsin onu camaatla yenidən qılması müstəhəbdir. Bu namaz imam və ya məmum olmasının fərqi yoxdur.
    5. İnsan müstəhəb namaz qıldığı vaxt cəmiyyət namazı təşkil olunarsa, müstəhəb namazı bitirib həmin namazın 1-ci rəkətinə çatmaq mümkün olmadıqda, müstəhəb namazı dayandırmaq müstəhəbdir.
    Camaat namazının şərtləri
    Camaat namazının təşkili üçün müəyyən şərtlər ödənməlidir:
    1. Camaat namazının imamı ədalətli, ağıllı, on iki imamçı şiə, vacib ehtiyata əsasən büluğ həddinə çatmış, namazın sözlərində və hərəkətlərində səhvə yol verməyən şəxs olmalıdır. Əgər məmumlar, yəni camaat namazında imama iqtida edənlər kişilər və qadınlardan ibarətdirsə, imam kişi olmalıdır.
    İmamın ədaləti dedikdə, onun böyük günahlara yol verməməsi nəzərdə tutulur. Camaat namazının imamı kiçik günahları da təkrarlamamlıdır. Onun dini məsələlərə biganəlikdən çəkinməsi lazımdır.
    2. İmamla ona iqtida edənlər, eləcə də iqtida edənlərin öz arasında arakəsmə olmamalıdır. Şüşə ilə arakəsmənin də olması caiz deyil. Amma imam və kişi məmumlarla qadın məmumlar arasında pərdə ola bilər. Əgər bu pərdə qadınları toplum ayıracaq həddə deyilsə, eybi yoxdur.
    3. İmamın durduğu yer məmumun durduğu yerdən hündür olmamalıdır.
    4. Vacib ehtiyata əsasən imamın durduğu yerlə məmumun səcdəyə getdiyi yer arasında bir addımdan çox məsafə olmamalıdır. Vacib ehtiyata əsasən, məmumun səcdə yeri ilə onun qarşısında dayanıb imamla əlaqə yaradan digər məmumun dayandığı yer arasında bir addımdan artıq məsafə olmamalıdır. Əgər məmum onun sağında və solunda dayananlar vasitəsi ilə imama bağlanırsa, sağında və solundakılardan bir addımdan çox aralı olmamalıdır.
    5. Məmum imamdan öncə dayana bilməz. Vacib ehtiyata əsasən onun imamla bir xətdə dayanması da düzgün deyil. İstənilən halda məmum imamdan arxada olmalıdır. Əgər məmum təkcə bir kişidirsə, vacib ehtiyata əsasən imamın sağında dayanmalıdır. Bu halda o imamla eyni xətdə dura bilər.
    Camaat namazının qılınma qaydası
    Camaat namazı fərdi namazdan bir o qədər də fərqlənmir. Sadəcə, bu namazda həmd və surəni tək imam oxuyur. Digər zikrləri isə məmum da söyləyir. Məmum camaat namazında təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Vacib ehtiyata əsasən, imam təkbiri başa çatdırdıqdan sonra məmum təkbir söyləməlidir. İmamdan qabaq rükuya və səcdəyə getmək olmaz. Müstəhəb ehtiyata əsasən məmum imamın salamını eşidirsə, ondan öncə salam verməməlidir. Namazın digər zikrlərini imamdan öncə deməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, imam məmumun zikrlərini eşidəcəyi təqdirdə ondan qabaq demək olmaz.
    Camaat namazında müstəhəb olanlar
    1. Camaat namazının imamı cərgənin orta hissəsində dayanmalıdır. 1-ci cərgədə elm, kamal və təqva əhlinin dayanması müstəhəbdir.
    2. Camaat namazının sıraları nizamlı olmalıdır. Bir cərgədə dayanmış insanlar arasında məsafə qalmamalı, çiyinlər yanaşı dayanmalıdır.
    3. Məmunlar yalnız "qədqamətis səlat” deyildikdən sonra qalxmalıdır.
    4. İmam məmunlar arasındakı ən zəif şəxsi nəzərə almalı, onların imama çata bilməsi üçün tələsməməlidir. İmam eyni zamanda qunut, rüku və səcdələri uzatmamalıdır. Amma məmunlar zikrlərin uzunluğunu istəyərsə, qunut, rüku və səcdələri uzatmaq olar.
    5. İmam Həmd-surəni, zikrləri məmumların eşidəcəyi həddə ucadan söyləməlidir. Amma səsi həddindən artıq qaldırmaq olmaz.
    6. İmam hiss edərsə ki, camaat namazına qoşulmaq istəyən var, həmin şəxsin qoşula bilməsi üçün rükunu ikiqat uzada bilər.
    Camaat namazında məkruh olanlar
    Camaat namazında bəzi işlər məkruhdur və bu işlər namazın savabını azaldır:
    1. Sıralarda yer olduğu halda tək dayanmaq;
    2. İmamın eşidəcəyi həddə zikrləri ucadan demək;
    3. Namazını yarı qılmalı olan müsafirin günorta, ikindi və şam namazlarını müsafir olamayan imama iqtida etməsi; eyni zamanda müsafir olmayan şəxsin müsafir imama iqtidası; demək, müsafirin müsafir imama, qeyri-müsafirin qeyri-müsafir imama iqtida etməsi daha yaxşıdır.
    Sual: Hansı hallarda gündəlik namazı camaatla qılmaq vacibdir?
    Cavab: İki halda gündəlik namazları camaatla qılmaq lazımdır:
    1. Bəziləri namazı fərdi qıldıqda düzgün qılıb-qılmaması ilə bağlı vəsvəsələrə düçar olur və yalnız camaat namazında rahatlıq tapır. Belələri namazını camaatla qılmalıdır.
    2. Əgər ata-anası övlada əmr edərsə ki, namazını camaatla qılsın və övladın etirazı ata-ananı narahat edərsə, o öz namazlarını camaatla qılmalıdır.
    Sual: Müstəhəb namazları camaatla qılmaq olarmı?
    Cavab: Xeyr. Yalnız imam qeybdə olduğu dövrdə fitr və qurban bayramı namazlarını, eləcə də "istisqa namazı” adlanan yağış namazını camaatla qılmaq olar.
    Sual: Namazını bir dəfə camaatla qılmış imam və ya məmum həmin namazı 2-ci dəfə də camaatla qıla bilərmi?
    Cavab: Əgər 2-ci namazda imam dayanacaqsa, bu işin eybi yoxdur, hətta müstəhəbdir. Amma 2-ci namazda məmum kimi iştirak edəcəyi təqdirdə yalnız savab ümidi ilə qıla bilər.
    Sual: Əgər məmumun dayandığı yer imamın dayandığı yerdən hündür olsa, bunun hökmü nədir?
    Cavab: Əgər bu hündürlük adi həddə olarsa və imamla məmum eyni cəmiyyət sayılarsa, eybi yoxdur. Amma hündürlük elə bir həddə olarsa ki, məmumla imam ayrı-ayrı cəmiyyət sayılsın, belə bir namazın eybi var.
    Sual: Camaat namazında körpə uşağın ilk sırada dayanmasının hökmü nədir?
    Cavab: Bir uşaq həddində ara qalmasının camaat namazına zərəri yoxdur.
    Sual: İmamın adını bilmək vacibdirmi?
    Cavab: Əgər imamda iqtida üçün nəzərdə tutulan şərtlər varsa, onun adını bilmək lazım deyil.
    Sual: Camaat namazı qılan şəxs ortada fərdi namaza keçə bilərmi?
    Cavab: Bəli. Camaat namazı qılan şəxs fərdi namaz niyyəti edib namazını tək qıla bilər.
    Sual: Camaat namazı qılınan yerdə bir şəxs kənarə çəkilib tənha namaz qıla bilərmi?
    Cavab: Əgər onun bu işi camaat namazını hörmətdən salmazsa və ya imama qarşı şübhə yaratmaq məqsədi daşımazsa, mümkündür. Əgər namazını bir guşədə qılan şəxsin məqsədi imamı hörmətdən salmaq deyilsə, amma camaat belə düşünürsə, həmin şəxs namazını fərdi qılmamalıdır.
    Sual: Qadın qadın cəmiyyətinə imam dayana bilərmi?
    Cavab: Vacib ehtiyata əsasən qadınlar üçün də imam kişi olmalıdır.
    Sual: Yaxşını pisdən seçən, amma hələ ki, büluğ həddinə çatmamış uşaq başqa uşaqlara imam dayana bilərmi?
    Cavab: Ehtiyata əsasən, dayana bilməz.
    Sual: Əgər məmum camaat namazı başa çatdıqdan sonra bilərsə ki, imamda zəruri şərtlər olmayıb, məsələn, imam ədalətli olmayıb, namazının hökmü nədir?
    Cavab: Məmumun namazı düzgündür.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 944 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019