İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On beşinci fəsil
    Məscid Allaha pərəstiş ocağıdır
    İnsanın təkamülündə təsirli rola malik yaranış məqsədlərindən biri onun hikmət sahibi olan Allaha ibadət və pərəstişidir. Namaz varlıq aləminin yaradıcısına pərəstişin ən üstün nümunələrindəndir. Namazın müsəlmanların birliyində, həmrəyliyində də böyük təsiri var. Bu məqsədlər müqəddəs məkan olan məsciddə gerçəkləşir. Məscid həm Allaha ibadət, həm də müsəlmanların birliyi üçün bir mərkəzdir. Bu səbəbdən də Qurani-kərimdə məscidin tikintisi və təmiri Allaha və qiyamətə etiqadlı möminlərin şəni olaraq tanıtdırılır.(Bax: Surə 61, "Səff”, ayə 6) Amma məscidin zahirən tikintisi və təmirindən də mühümü ondakı mənəvi fəzanın yaradılmasıdır. Həqiqi mömin və din keşikçiləri bu fəzada tərbiyə olunur. Məscid insanların agahlıq və oyanışı, mühitin islahı üçün hərəkət mərkəzi olmalıdır. Cəmiyyətin ən fəal zümrəsi olan yeniyetmələr və gənclər məsciddə bir araya gəlməlidir. Məscid təkcə qocaların, təqaüdə çıxanların bir araya gəldiyi yer deyil.
    Məscid tikmək, onu abadlaşdırmaq nə qədər dəyərlidirsə, onu uçurub-dağıtmaq da bir o qədər çirkindir. Qurani-kərim nəzərincə, məscidlərdə Allahın adının çəkilməsinə mane olanlar, məscidləri viran qoymaq istəyənlər cəmiyyətdəki zalımlardan sayılır.(Hafizin divanı, qəzəllər, sayı 167)
    Məscidin dağıdılması dedikdə təkcə onun tikilisinin uçurulması nəzərdə tutulmur. Bu əzəmətli ilahi mərkəzi rövnəqdən salan, Allah zikrini insanların qəlbində həbs edən hər bir addım yetərincə böyük zülmdür.
    Məscidin hökmləri
    Məscidlə bağlı müəyyən əməllər haram sayılır:
    1. Məscidin yerini, tavanını, iç divarını, vacib ehtiyata əsasən, xalçalarını və divarının çölünü (məscid tikən şəxs məscid divarının çölünü də məsciddən saymışsa) murdarlamaq haramdır. Bu murdarlıqdan xəbər tutan şəxs dərhal onu təmizləməlidir. Əgər özü bu işi bacarmasa və məscidin murdar qalması ona hörmətsizlik sayılsa, bu işi görə biləcək şəxslərə xəbər verməlidir.
    2. Cünub şəxsin Məscidül-Hərama, Məscidün-Nəbiyyə, hətta bir qapıdan daxil olub o biri qapıdan çıxmaq məqsədi ilə daxil olması, cünub vəziyyətdə başqa məscidlərdə dayanması haramdır. Başqa məscidlərdə bir qapıdan girib o biri qapıdan çıxmaq olar. Cünub halda məscidə daxil olub bir şey qoymaq da haramdır. Hər bir müsəlmanın məscidə ehtiram olaraq aşağıdakı işləri görməsi bəyənilir:
    1. Məscidi təmizləmək, onun çıraqlarını yandırmaq (müstəhəbdir);
    2. Məscidə getmək istəyən şəxsin dəstəmaz alması, özünü ətirləməsi, pak libaslar geyməsi müstəhəbdir;
    3. Məscidə daxil olarkən sağ ayağı, çıxarkən sol ayağı atmaq müstəhəbdir;
    4. Məscidə daxil olarkən təhiyyət, məscidə ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Digər vacib və ya müstəhəb namaz qılınarsa da bəs edər;
    5. İnsanın öz namazlarını məsciddə qılması müstəhəbdir. İslam dinində tövsiyə olunur ki, məscidə getməyən insanlarla bir süfrədə əyləşməsin, qonşu olmasın, məsləhətləşməsin, onlardan qız almasın, onlara qız verməsin. Bu deyilənlər məscdin qonşusuna daha çox sifariş olunmuşdur. Məscidin qonşusunun üzürsüz səbəbdən məsciddə namaz qılmaması məkruhdur;
    6. Namaz qılınmayan məscidə getmək özü də müstəhəbdir;
    7. Ağız, burun və ya sinə suyunun məscidə atılmasından çəkinmək lazımdır;
    8. Əgər insan məcbur deyilsə, məsciddə yatmamalıdır; məsciddə dünya işləri haqqında danışmaq, itmiş şeyi tələb etmək, səsi qaldırmaq məkruhdur. Yalnız azanı uca səslə demək olar;
    9. Məsciddə toxuculuq kimi sənət işləri ilə məşğul olmaq məkruhdur;
    10. Məsciddə öyüd-nəsihət məzmunu olmayan şeylərin oxunması məkruhdur;
    11. Murdar bir əşyanın məscidə sirayət etmə qorxusu olduqda, onu məscidə aparmamaq lazımdır; murdar şeyin məscidə aparılması hörmətsizlik sayılarsa, bu işdən çəkinmək lazımdır;
    12. Məsciddə meyit namazı qılmaqdan çəkinmək lazımdır, bu iş məkruhdur;
    13. Məscidi qızılla, ruhu olan insan, heyvan, mələk və başqa canlıların təsviri ilə bəzəmək olmaz, bu işdən çəkinmək lazımdır;
    14. Qoxusu namazqılanlara əziyyət verəcək sarımsaq və soğan kimi şeylər yeyib məscidə daxil olmaq məkruhdur və bu işdən çəkinmək lazımdır.
    Sual: Namazın vaxtı çatmışsa və məscidin bir guşəsi murdardırsa, namaz qılan şəxs öncə namazı qılmalıdır, yoxsa məscidi təmizləməlidir?
    Cavab: Əgər namazın vaxtı çoxsa, əvvəlcə məscidi təmizləmək lazımdır.
    Sual: Peyğəmbər (s) və məsum imamların hərəminin murdarlanmasının hökmü nədir?
    Cavab: Bu iş haramdır. Çünki uyğun hərəmlərin murdarlanması onlara hörmətsizlik sayılır. Həmin murdarlığı təmizləmək vacibdir. Hətta oranın murdarlanması hörmətsizlik sayılmırsa, vacib ehtiyata əsasən, təmizləmək lazımdır.
    Sual: Kafirlərin məscidə daxil olmasına icazə varmı?
    Cavab: Kafirlərin hətta dini məlumatlar əldə etmək üçün məscidə daxil olmasının eybi var; bu məqsədlə məscidin kənarında yer hazırlanmalıdır.
    Sual: Məsciddə müxtəlif mərasimlər keçirmək olarmı?
    Cavab: Əgər bu mərasimlər insanın namaz və tərbiyəsinə mane olmazsa, fitnə-fəsad yaratmazsa, məscidi hörmətdən salmazsa, eybi yoxdur.
    Sual: Məscidin divarına qaranquş şəkli və bu kimi başqa şəkillər vurmaq olarmı?
    Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, onun rövnəqini pozmazsa, bu iş haram deyil. Hər halda, namaz zamanı orada təsvirin olması məkruhdur.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 443 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019