İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On yeddinci fəsil
    Orucu batil edənlər
    Bəzi işlər orucu batil edir. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Yemək və içmək
    Əgər oruc tutan şəxs bilərəkdən bir şey yesə və ya içsə həmin şeyin az-çoxluğundan asılı olmayaraq oruc batildir. İnsanın yeməli və ya yeməli olmayan torpaq kimi bir şey yeməsinin fərqi yoxdur. Amma oruc olduğunu unutmuş insan bir şey yeyərsə, orucu batil olmaz. Bu oruc həm vacib, həm də müstəhəb oruc ola bilər.
    Sual: Oruc halda iynə vurdurmağın hökmü nədir?
    Cavab: Ağrıkəsici və peyvənd iynələrinin vurulmasının eybi yoxdur. Amma vacib ehtiyata əsasən, gücləndirici iynələrdən və dərmanlardan çəkinmək lazımdır.
    Sual: Boğazın və ya sinənin bəlğəmini udmaq orucu batil edirmi?
    Cavab: Əgər bəlğəm ağıza çatmamışsa onu udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olmuş bəlğəmi udmaq olmaz.
    Sual: Oruc halda ağız suyunu udmaq olarmı?
    Cavab: Bunun eybi yoxdur. Hətta dadlı şeylər görən insanın ağzı sulanarsa ağız suyunu uda bilər.
    2. İstimna
    Əgər oruc tutan şəxs ondan məni (sperma) çıxaracaq bir iş görərsə orucu batildir və bu iş haram işdir. Amma yuxuda möhtəlim olan, orqanizmindən sperma xaric olan insanın orucu düzgündür və bu halda oyanıb məninin qarşısını alması lazım deyil.
    3. Allah və məsumların adından yalan söyləmək
    Oruc tutan şəxs danışıq, yazı və işarələrlə Allah və məsumların adından bilərəkdən yalan danışarsa, vacib ehtiyata əsasən orucu batildir. Əgər dərhal yalan dediyini bildirərsə və tövbə qılarsa, bu işi zarafat məqsədi ilə görərsə, pis iş görmüşsə də orucu batil olmaz.
    Sual: Əgər oruc tutan şəxs məsumların adından bir söz demək istəsə və həmin sözün düzgünlüyünü bilməsə, nə etməlidir?
    Cavab: Ehtiyata əsasən, dediyi sözün mənbəsini göstərməli, kimdən eşitdiyini və ya haradan oxuduğunu bildirməlidir. Həmin sözləri qəti şəkildə Allaha və məsumlara aid etməməlidir.
    4. Qatı tozun boğaza çatması
    Bilərəkdən qatı tozun boğaza çatması vacib ehtiyata əsasən orucu batil edir. Bu tozun halal və ya haram şeyin tozunun olmasının fərqi yoxdur. Vacib ehtiyata əsasən, oruc tutan şəxsin boğazına qatı buxar və siqaret tütüsü kimi tüstülər də yetişməməlidir.
    5. Başı tam şəkildə suya salmaq
    Oruc tutan şəxs bilərəkdən başını tamamilə suya və ya gülab kimi qatışıq bir mayeyə batırarsa bədəni bayırda qalsa belə, vacib ehtiyata əsasən həmin orucun qəzasını tutmalıdır. Amma bütün bədən suda olduğu halda başın bir miqdarı bayırda qalarsa oruc batil olmaz. Müstəhəb ehtiyata əsasən oruc tutan qadın suya oturmamalıdır.
    Sual: Başın bir hissəsi bir dəfə, o biri hissəsi növbəti dəfə suya batırılarsa oruc batil olarmı?
    Cavab: Xeyr. Baş bir dəfəyə bütünlüklə suya batırıldıqda oruc batil olur. Əgər baş tükündən bir miqdarı sudan bayırda qalarsa vacib ehtiyata əsasən həmin orucu başa vurub sonradan qəzasını yerinə yetirmək lazımdır.
    Sual: Əgər bir şəxs ixtiyarsız olaraq suya düşsə və başı bütünlüklə suya batsa, orucu batildirimi? Bilmədən başını suya batıran adamın hökmü nədir?
    Cavab: Bu adamların orucu batil deyil. Amma unutduğundan başını suya batıran şəxs bunu xatırladığı vaxt dərhal sudan çıxmalıdır.
    Sual: İrtimasi qüsldə bədən bütünlüklə suya batırılır. Oruc halda belə bir qüsl vermək olarmı?
    Cavab: Əgər bir şəxs oruc olduğunu unudub irtimasi qüsl verərsə orucu və qüslü düzgündür. Amma oruc olduğunu bildiyi halda (mübarək ramazan ayının orucu) bir şəxs irtimasi qüsl verərsə, vacib ehtiyata əsasən həm qüslü, həm də orucu batildir. Əgər tutduğu orucu müstəhəb və ya vaxtı geniş bir orucdursa, qüslü düzgündür, vacib ehtiyata əsasən orucu batildir.
    Sual: Oruc tutan şəxs başını şəlalə və ya böyük borudan axan suyun qabağına tuta bilərmi?
    Cavab: Əgər su bütün başı əhatə edəcək həddə olarsa, bu işin eybi var.
    Sual: Oruc tutan şəxs üzgücü papağı ilə suya bata bilərmi?
    Cavab: Xeyr.
    6. Sübh azanınadək cənabət, heyz və ya nifas halında qalmaq
    Mübarək ramazan ayının orucu və ya onların qəzasını tutarkən, vacib ehtiyata əsasən hər bir vacib orucda insanın sübh azanınadək cünub, heyz və ya nifas halında qalması orucu batil edir. Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm edərsə orucu batil olmaz. Amma müstəhəb oruc tutan insanın sübh azanınadək cənabət halında qalması orucu batil etmir.
    Sual: Əgər bir şəxs mübarək ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə (məni xaric olduğunu) orucu düzgündürmü?
    Cavab: Bəli, düzgündür.
    Sual: Əgər oruc tutan şəxs gündüz vaxtı yatıb möhtəlim olarsa, dərhal qüsl verməsi vacibdirmi?
    Cavab: Xeyr, vacib deyil.
    7. Qusmaq
    Əgər oruc tutan şəxs bilərəkdən qusarsa orucu batil olar. Əgər bilmədən, özündən ixtiyarsız qusarsa orucu batil olmaz. Qusan insan ağzına gələn şeyi çölə tökməli və udmamalıdır.
    Sual: Oruc halda gəyirməyin hökmü nədir?
    Cavab: Gəyirmək orucu batil etmir. Amma oruc tutan şəxs bilsə ki, gəyirsə boğazından bir şey xaric olacaq, bilərəkdən gəyirməməlidir.
    Orucun kəffarəsi
    Əgər bir şəxs bilərəkdən, heç bir üzrü olmadan ramazan ayının orucunu tutmasa, ya da oruc tutub günün axrınadək orucunu pozsa, həm qəza orucu tutmalıdır, həm də oruc kəffarələrindən birini yerinə yetirməlidir. Orucun kəffarələri:
    a) 60 gün (31 günü ardıcıl) oruc tutmaq;
    b) 60 fəqiri doyurmaq və ya onların hər birinə 750 qram-1mud çöək təam vermək. İnsan kəffarə olaraq 60 fəqirin payını 60-dan az fəqirə bölə bilməz.
    c) Allah yolunda qul azad etmək. Əlbəttə ki, bu gün belə bir kəffarə vermək mümkün deyil.
    Diqqət: Əgər oruc tutan şəxs şərab, istimna, Allah və məsumların adından yalan kimi haram işlə orucunu pozarsa, vacib ehtiyata əsasən həm qəza orucu tutmalıdır, həm də üç kəffarə ödəməlidir.
    Müsafirin orucu
    Dördrəkətli namazı iki rəkət qılmalı olan müsafir səfərdə oruc tuta bilməz. Amma səfərdə namazını tam qılan müsafir (peşəsi səfər olan şəxs və ya haram səfərə çıxan şəxs) orucunu tutmalıdır. Səfərdə on gün bir yerdə qalmaq qərarına gəlmiş müsafir də orucunu tutur.
    Sual: Ramazan ayında səfərə çıxmaq olarmı?
    Cavab: Bunun eybi yoxdur. Amma səfərə çıxmaqda məqsəd orucdan qaçmaqdırsa, bu iş məkruhdur.
    Sual: Səfərdə müstəhəb oruc tutmaq olarmı?
    Cavab: Xeyr. Yalnız Mədinə şəhərində hər hansı istəyin həyata keçməsi üçün üç gün müstəhəb oruc tutmaq olar. Vacib ehtiyata əsasən həmin oruclar çaharşənbə, cümə axşamı və cümə günləri tutulmalıdır.
    Sual: Bir şəxs mübarək ramazan ayında səfərdən öz şəhərinə qayıdarsa və ya səfərdə on gün bir yerdə qalmaq qərarına gələrsə, həmin günün orucunu tutmaq vacib olurmu?
    Cavab: Əgər günorta azanından qabaq öz şəhərinə çatarsa, həmin vaxtadək orucu pozan bir iş görməzsə, oruc niyyət etməlidir və həmin günü oruc tutmalıdır. Əgər günortadan sonra çatarsa və ya on gün qalmaq qərarına gəldiyi yerə yetişərsə, həmin günün orucu düzgün deyil. Həmin vaxtadək orucu pozan bir iş görməsə də oruc tuta bilməz.
    Kimlərə oruc tutmaq vacib deyil?
    Müsafirdən əlavə bir neçə şəxsə ramazan ayının orucu vacib deyil:
    1. Oruc tutmaq gücü olmayan və ya orucdan əziyyət çəkən yaşlı insanlar;
    2. Özünə və körpəsinə orucdan ziyan olacaq hamilə qadınlar, amma sonradan orucunun qəzasını tutmalıdır;
    3. Əgər övladına süd verən qadına və onun körpəsinə oruc zərər olarsa, oruc tutmamalıdır. Amma sonradan oruclarının qəzasını yerinə yetirməlidir;
    4. Büluğ həddinə çatmış, amma oruc tutmağa fiziki gücü olmayan, orucdan çox əziyyət çəkən uşaqlar; amma qüdrətləri çatan vaxt həmin orucun qəzasını tutmalıdırlar.
    Sual: Orucun zərərli olduğunu bilən şəxs oruc tuta bilərmi?
    Cavab: Xeyr. Əgər oruc tutarsa, orucu batildir. Üzrü aradan qalxdıqdan sonra orucunun qəzasını tutmalıdır.
    Sual: Əgər bir şəxs orucun ona zərər olmadığını düşünüb oruc tutarsa və qürubdan sonra orucun zərərli olduğu bilinərsə, tutduğu oruc düzgündürmü?
    Cavab: Xeyr. Həmin orucun qəzasını tutmalıdır.
    Sual: Müstəhəb orucu sona çatdırmaq vacibdirmi?
    Cavab: Xeyr. Müstəhəb oruc tutan şəxs günün istənilən bir vaxtı orucunu aça bilər. Əgər mömin bir şəxs ona yeməli bir şey təklif edərsə, bu təklifi qəbul etməyi müstəhəbdir.
    Sual: Oruc halda diş çəkdirmək olarmı?
    Cavab: Bu iş məkruhdur. Oruc halda qan vermək, zəifliyə səbəb olacaq istənilən bir iş görmək məkruhdur.
    Sual: Övlad ata-anasının icazəsi olmadan müstəhəb oruc tuta bilərmi?
    Cavab: Əgər övladın orucu ata-anaya əziyyət olarsa, bu işə icazə verilmir.
    Sual: Əgər bir şəxs oruc halda cənazəyə toxunsa, orucu batil olarmı?
    Cavab: Xeyr. Əgər meyitə toxunma qüslü verərsə də, orucu batil olmaz. Amma namaz üçün meyitə toxunma qüslü verməlidir.
    Sual: Mübarək ramazan ayında qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
    Cavab: Xeyr. Vacib ehtiyata əsasən öhdəsində istənilən bir vacib orucun qəzası olan şəxs müstəhəb oruc tuta bilməz.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 903 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024