İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Zəkatın sərf olunması
    Zəkat aşağıdakı ünvanlara xərclənir:
    1. Yoxsullar; özünün və himayəsində olanların illik xərcini və ya illik xərcinin bir hissəsini ödəyə bilməyən şəxs yoxsul sayılır;
    2. Miskinlər: maddi durumu yoxsuldan da aşağı olanlar miskin sayılır;
    3. Zəkat veriləcəyi təqdirdə İslama meyl göstərəcək, savaşlarda müsəlmanlara yardım edəcək kafirlər;
    4. Qul alıb azad etmək; hazırkı dövrümüzdə bu işi görmək mümkün deyil;
    5. Borcunu verə bilməyənin borcunu ödəmək; bir şərtlə ki, həmin pul günaha xərclənməsin;
    6. Cəmiyyətin ümumi mənafeyinə faydalı işlərə, İslamın güclənməsinə, Allah yolunda xərcləmək; məsələn, məscid və mədrəsə, hamam və kitabxana tikmək, yol düzəltmək;
    7. Yolda qalmış, vətəninə qayıtmaq üçün pulu olmayan müsafirə kömək etmək; bu qəbil insanlar "ibn Səbil” adlanır;
    8. İmam və ya onun naibi tərəfindən zəkat yığmağa vəzifəli şəxslərə xərcləmək.
    Fitriyyə
    Vacib zəkatlardan biri də fitriyyə adlanan fitrə zəkatıdır. Müəyyən səciyyələrə malik hər bir yetkin insan ildə bir dəfə bu zəkatı ödəməlidir. Zəkatı Allaha yaxınlaşmaq məqsədi ilə vermək lazımdır. İmam Sadiq (ə) buyurur: "Həzrət Peyğəmbərə göndərilən salavat namazı kamilləşdirdiyi kimi fitriyyə də mübarək ramazan ayının orucunu kamilləşdirir. Oruc tutub fitriyyə verməyən şəxsin orucu qəbul olmaz. Necə ki, təşəhhüdündə Peyğəmbərə (s) salam göndərilməyən namaz qəbul deyil.("Biharul-ənvar”, c. 5, s. 69; "Əssunənul-kubra”, c. 9, s. 40; "Kənzul-ummal”, c. 11, s. 599, say 32881 )
    İstənilən bir halda fitr bayramı axşamı günəş qürub edən vaxt həddi-büluğ, aqil, huşlu insana öz tərəfindən və himayəsində olanlar tərəfindən fitriyyə vermək vacibdir. Əlbəttə ki, həmin şəxs özü yoxsul deyilsə. Ailədə yaşından və dinindən asılı olmayaraq hər bir şəxs üçün fitriyyə verilməlidir.
    Fitriyyənin miqdarı
    İnsan özü və himayəsində olan fərdlər tərəfindən fitriyyə verməlidir. Hər nəfərə görə bir sa, təqribən 3 kiloqram qida verilir. Bu qida həmin şəhərdə və məntəqədə daha çox istifadə edilən qidalardan olmalıdır. Buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi şeylərdən fitrə vermək olar. Əlbəttə ki, bu şeylərin əvəzinə onların qiymətini hesablayıb vermək olar.
    Fitriyyənin xərclənmə ünvanları
    Kimə zəkat düşürsə, fitrə zəkatı da düşür. Amma müstəhəb ehtiyat budur ki, fitrə zəkatı həmin pulu günaha xərcləməyəcək yoxsul şiələrə verilsin. Vacib ehtiyata əsasən, şərabxora, aşkara böyük günah edənə fitrə verilməməlidir. Fitriyyə verərkən öncə yoxsul qohumları nəzərə almaq lazımdır. Sonra yoxsul qonşular, daha sonra yoxsul elm əhli gəlir.
    Fitriyyə ödənməsinin vaxtı
    Fitr bayramı namazı qılmayan şəxs fitriyyəni bayram günü günortayadək, bayram namazı qılacaqsa vacib ehtiyata əsasən, fitriyyəni namazdan öncə verməlidir. Əgər həmin vaxtadək bir yoxsul tapmasa, fitriyyəni öz malından ayırıb saxlamalıdır.
    Müstəhəb sədəqə və Allah yolunda infaq
    Bəşəriyyəti narahat edən ictimai problemlərdən biri də təbəqələr arasındakı fərqdir. Dövrümüz texnoloji tərəqqi dövrü olsa da, bu ayrıseçkilik aradan qalxmamışdır, yoxsullar və varlılar təbəqəsi bir-birindən seçilməkdədir. Bəziləri o qədər sərvət toplamışlar ki, öz kapitallarının hesabını bilmirlər. Bəziləri isə bir qarın çörəyə möhtacdır və aclıqdan əziyyət çəkir. Onlar üçün sadə məskən, sadə libas və sadə qidalar əlçatmazdır. Şübhəsiz ki, belə bir cəmiyyət heç vaxt həqiqi səadətin ləzzətini dada bilməz. Bu böyük problemlə mübarizə yollarından biri yoxsullara və ehtiyaclılara yardım göstərilməsi, ehsan edilməsidir. İslamda sədəqə və ehsan təkidlə vurğulanan bir məsələdir. Rəvayətlərdə bildirilir ki, insanın verdiyi sədəqə yoxsulun əlinə çatmamış Allahın hüzuruna təqdim olunur.(Biharul-ənvar”, c. 18, s. 191, 192, hədis 27; İbn Əbül Hədid, "Şərhi-Nəhcül bəlağə”, c. 13, s. 210, 211; "Kənzul-ummal”, c. 13, s. 131-133, say 36419) Bu səbəbdən də imam Səccad (ə) sədəqə verən vaxt əlini öpərmiş.("Vəsailuş-şiə”, c. 47, s. 33, 34, hədis 9; "Kənzul-ummal”, c. 1, s. 185-187) İmam Baqir (ə) birinə sədəqə verəndə onu geri alıb qoxulayar, öpər, sonra yenidən qaytararmış.("Biharul-ənvar”, c. 43, s. 23, hədis 17; "Kənzul-ummal”, c. 12, s. 107-112)
    Hədislərdə bildirilir ki, insan sədəqə vermək istədiyi vaxt 70 şeytan ona vəsvəsə edir. Onlar hər yolla sədəqəyə mane olmağa çalışırlar. Sədəqə verən şəxs əslində onu şeytanların cəngindən alıb, Allahın hüzuruna təqdim edir.("Biharul-ənvar”, c. 43, s. 19, hədis 2-4; "Kənzul-ummal”, c. 12, s. 111)
    Sədəqənin onu verən şəxsə ictimai faydalardan əlavə də xeyirləri var:
    1. Sədəqə verənin sərvəti artar; imam Sadiq (ə) buyurur: "Öz ruzini sədəqə verməklə tələb et.”(Surə 2, "Bəqərə”, ayə 129)
    2. Ağrılı bəlalar, insanın qəlbini sıxan ölümlər sədəqə vasitəsi ilə aradan qalxar; həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə şər qapılarından 70-ni bağlayar.”("Biharul-ənvar”, c. 16, s. 210; "Əssunənul-Kubra”, c. 10, s. 192)
    Nəql olunur ki, bir gün həzrət İsa öz yaxınları ilə əyləşmişdi. O yanlarından ötən bir şəxsi göstərib buyurdu: "Bu şəxs tezliklə öləcək.” Amma bir müddət sonra həmin şəxsin dalında çırpı gəldiyini görənlər dedilər: "Ey Ruhullah! Sən deyirdin bu kişi öləcək, bəs nə oldu?” Həzrət həmin kişini çağırıb dedi: "Dalındakı çırpını yerə qoy.” Kişi dalındakı şələni yerə qoydu. Şələnin içindən daş udmuş bir ilan çıxdı. Həzrət İsa həmin şəxsdən soruşdu: "Bu gün nə yaxşı iş görmüsən?” Kişi dedi: "İki parça çörəyim vardı. Onun birini yoxsula verdim.”(Surə 68: "Qələm”, ayə 4)
    3. Yoxsulluğun aradan qalxması; Həzrət Əli (ə) buyurur: "Çıxılmaz vəziyyətə düşdükdə Allahla öz sədəqəniz vasitəsi ilə müamilə aparın.”("Vəsailuş-şiə”, c. 12, s. 152, hədis 18)
    4. Sədəqə cəhənnəm odu qarşısında sipərdir.(Həmin mənbə, s. 153, hədis 26)
    5. Xəstələrin sağalması; Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə verməklə xəstələrinizə çarə qılın.”(Həmin mənbə, s. 149, hədis 6)
    Qeyd etmək lazımdır ki, sədəqə verən bu işi Allaha xatir görməlidir. Sədəqə verilmiş insandan nə isə ummaq olmaz.
    Zülmün aradan qaldırılması ("Rədde-məzalim”)
    Əgər insan bilmədən və ya diqqətsizlikdən bir şəxsin mülkünə zərər vurursa və ya onun malını qəsb edərsə, öz günahını yumalıdır. Əgər maddi zərər vurulmuş şəxslərdən xəbər yoxsa və ya heç vəchlə onları tapmaq mümkün deyilsə, insan öz günahını yumaq üçün zəruri şərtlərə malik müctehiddən icazə almaqla və ya özü qəsb olunmuş mal əldədirsə, həmin malı, əldə deyilsə onun dəyərini mal sahibi tərəfindən fəqirlərə sədəqə verməlidir. Bu iş "rədde-məzalim” adlanır.
    Kəffarələr
    Kəffarə sözü örtmək mənasını bildirən küfr sözündəndir. Allaha imanı olmayan şəxs həqiqəti ört-basdır etdiyindən kafir adlanır. Kəffarə insanın bilərəkdən və ya diqqətsizlikdən gördüyü pis işi örtdüyü üçün belə adlandırılmışdır.
    Kəffarə həm insanı günahdan çəkindirir, həm də tərbiyəvi təsirə malikdir. Kəffarə iman sütunlarını möhkəmləndirir, insanın dini göstərişlərə münasibətini ciddiləşdirir.
    Kəffarə olaraq acların doydurulması, onlara libas verilməsi, heyvan kəsib onun ətini yoxsullar arasında paylamaq ola bilər. Bir çox günahlara görə kəffarə ödənməlidir. Oruc halda, Həcc və ümrə ehramında baş vermiş günahlar, bu kimi başqa xoşagəlməz işlər müqabilində kəffarə verilir. Kəffarə həm də cəmiyyətdəki yoxsulluğun aradan qaldırılmasında rol oynayır.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 864 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024