İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On doqquzuncu fəsil
    Həcc böyük İslam konfransıdır
    Həcc dedikdə Məkkədə Allah evinin ziyarəti, xüsusi bir proqramın icrası nəzərdə tutulur. Həcc ibadətinin də digər ibadətlər kimi böyük bərəkətləri var. Həcc həm fərd, həm də cəmiyyət üçün xeyirlidir. Müsəlmanlar bu proqramı düzgün yerinə yetirərlərsə, Həccdən əyləncə və səyahət məqsədi ilə istifadə etməzlərsə, hər il bu böyük mərasimdən sonra İslam dünyasında böyük dəyişikliklər müşahidə olunar.
    Həccin təsirləri və yönümləri
    Həcc mərasiminin bir sıra dəyərli təsirləri və yönümləri var:
    1. Ruhi dəyişiklik, özünütərbiyə
    Həccin ən mühüm fəlsəfəsi onun əxlaqi yönümüdür. Həcc əməlini yerinə yetirmək qərarına gəlmiş dünya bər-bəzəyini bir kənara qoyub ehram libası geyir, bir sıra halal ləzzətlərə göz yumub özünütərbiyə proqramını yerinə yetirməyə başlayır. Həcc proqramının hər bəndini yerinə yetirən insanın Allaha bağlılığı güclənir. Öz qaranlıq keçmişindən uzaqlaşmış hacı işıqlı gələcəyə addım atır. Onun həyat kitabında nurlu bir səhifə açılır. Bu səbəbdən də rəvayətlərdə deyilir: Bülöv daşı dəmirin pasını apardığı kimi Həcc və ümrə insanın yoxsulluq və günahını aradan qaldırır.”("Vəsailuş-şiə”, c. 12, s. 244, hədis 3) Başqa bir hədisdə oxuyuruq: "Təkəbbürə yol vermədən Həcc və ümrə üçün Kəbəyə üz tutan insan günahlardan təmizlənib, anadan doğulduğu vaxtdakı kimi pak olur.”(Həmin mənbə, s. 162, hədis 2)
    Bəli, Həcc müsəlmanın dünyaya yenidən gəlişidir. Bu ibadət sağlam bir həyata atılan addımdır. Həcc ibadətini yerinə yetirən insanın qarşısında həzrət İbrahim, İsmail, Hacər, İslam peyğəmbəri (s) və onun yaxınlarının xatirələri və mücahidələri canlanır.
    Necə də gözəl olardı ki, əziz gənclərimiz xəlvətdə Allahla raz-niyazları zamanı ondan sağlam və güclü olduqları bir vaxtda Həcc tövfiqi istəyəydilər. Belə bir vəziyyətdə insan Həcc ibadətindən daha böyük feyz alır.
    2. İslam ümmətinin birliyi
    Həccin mühüm yönümlərindən biri onun siyasi yönümüdür. Bu əzəmətli mərasim müsəlmanların birliyində təsirli amildir. Onun vasitəsi ilə İslam dünyası ilə bağlı məlumatlar dünyaya yayılır, əsarət zəncirləri qırılır. Həcc mərasimində ibadət ruhu siyasi gerçəkliklə bir araya gəlir.
    Bəzi rəvayətlərdə Həcc zəif insanların cihadı kimi təqdim edilir.(Həmin mənbə, c. 19, s. 68, hədis 3) Bu cihadda hətta qoca kişilər və qadınlar səhnəyə çıxır, İslam ümmətinin əzəməti tam mənasında özünü göstərir. Allah evi ətrafında sıx şəkildə cərgələnmiş ümmət öz vəhdət şüarları ilə İslam düşmənlərini qorxuya salır. Bəli, müsəlmanlar Həcc mərasimlərində ixtilafdan, firqəçilikdən çəkinməli, qarşılıqlı anlaşmaya gəlib düşmən üzərində qələbə yolunu araşdırmalıdırlar.
    3. İslam maarifinin yayılması
    Həcc mərasiminin digər bir faydası onun mədəni və elmi yönümüdür. Həcc günlərində müxtəlif firqələrdən, zümrələrdən olan müsəlmanların rabitəyə qatılması İslam maarifinin dünyaya yayılmasında güclü amil ola bilər. Hələ Bəni-Üməyyə və Bəni-Abbas hökumətləri dövründə müsəlmanlar sıxıntıya salınmış İslam hökmlərinin yayılması üçün Həcc mərasimindən faydalanır, məsum imamlar, böyük alimlərlə rabitəyə qatılaraq öz problemlərini həll edirdilər. Həcc mərasimi İslam mütəfəkkirlərinin böyük konfransı ola bilər. Alimlər bu mərasimdə bir araya gəlib İslam maarifinin təbliği üçün yol axtara bilərlər.
    4. İqtisadi dayaqların möhkəmləndirilməsi
    Həccin digər bir yönümü iqtisadi yönümdür. Həcc mərasimindən faydalanmaqla İslam məmləkətləri öz iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Bu iş nəinki Həcc amallarına zidd deyil, hətta bu mərasimin fəlsəfələrindən biridir. İmam Sadiq (ə) Hişam ibn Həkəmin Həccin fəlsəfəsi ilə bağlı sualına cavab verərkən bildirir ki, bu ilahi vəzifənin faydalarından biri sərmayələrin bir şəhərdən o birinə hərəkətidir.(Surə 113, "Fələq”, ayə 1-5) Çox yaxşı olardı ki, müsəlmanlar bu mərasimdə İslam iqtisadi birliyinin bünövrəsini qoyaydılar. Əgər bu iş görülərsə, müsəlman məmləkətlərinin qazancı İslam düşmənlərinin cibinə axmaz, müsəlmanlar iqtisadi asılılıqdan qurtularlar.
    Deyilənləri nəzərə aldıqda görürük ki, müsəlmanlar bu müstəsna fürsətdən faydalanıb bir sıra problemlərini həll edə bilərlər. Bəli, Həcc ibadətinin siyasi ideoloji, mədəni, iqtisadi faydaları var. Olsun ki, elə bu səbəbdən imam Sadiq (ə) buyurur: "Nə qədər ki, Kəbə evi yerindədir, İslam da yerində möhkəm dayanmışdır.”("Biharul-ənvar”, c. 70, s. 250, hədis 7)
    Amma çox əfsus ki, bütün bu faydalara göz yumur, Həcc səfərini əyləncə və səyahətə çeviririk. Bəziləri bu səfərdən özününümayiş məqsədi ilə istifadə edir. Peyğəmbər (s) buyurur: "Elə bir dövr gələr ki, həmin dövrdə padşahlar əyləncə, varlılar, qazanc, yoxsullar dilənmək üçün Həccə gedər.”(Gülüstan”, bab 8, söhbət qaydaları, s. 264, say 21)
    Sual: Həcc kimlərə vacibdir?
    Cavab: Aşağıda sadalanacaq şərtlərə malik insanlara ömründə bir dəfə Həccə getmək vacibdir: büluğ həddində, aqil olsun; Həccə getmək qüdrəti olsun; Həccə getməsi onun haram işə yol verməsinə, vacib bir işdən çəkinməsinə səbəb olmasın (haramı tərk etmək, vacibi yerinə yetirmək Həccdən mühümdür)
    Sual: Həcc qüdrəti (istitaət) dedikdə nə nəzərdə tutulur?
    Cavab: İnsanın istitaətli (qüdrətli) sayılması üçün altı şərt ödənməlidir:
    1. Sağlamlıq, Həcc əməllərini yerinə yetirmə gücü;
    2. Səfər xərcini ödəyəcək imkan;
    3. Həccə gedən şəxsin himayəsində olanların hami Həccdən qayıdanadək xərclərinin ödənməsi;
    4. Yolun maneəsiz olması, yolda insanın canı, şəxsiyyəti və malı üçün təhlükələrin olmaması;
    5. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olması;
    6. Həccə getmək istəyən şəxsin elə bir işi və qazancı olmalıdır ki, Həccdən qayıtdıqdan sonra öz ehtiyaclarını və himayəsində olanların ehtiyacını ödəyə bilsin.
    Sual: Əgər bir şəxs Həcc qüdrətinə sahib olub Həccə getməsə, sonradan yoxsullaşsa, Həcc ona vacib olaraq qalırmı?
    Cavab: Bəli. Həcc ona vacib olmuşdur və zəhmətə düşərsə də Həcci yerinə yetirməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 626 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024