İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    İyirmi ikinci fəsil
    Halal və haram qazanclar
    İş və zəhmətin əhəmiyyəti
    İslam təlimlərində dolanışıq ehtiyaclarının təmini üçün halal iş və qazancın müstəsna əhəmiyyətə malik olduğu bildirilir. İş və zəhmət insanı süstlük və halsızlıqdan qurtarmaqla yanaşı fiziki və mənəvi sağlamlıq üçün faydalıdır. İş və zəhmətdən qaçan bir çox millətlər yoxsulluğa düçar olur, öz ehtiyaclarının təminində biganələrdən asılı vəziyyətə düşür. Bu qəbil millətlər heç vaxt müstəqillik və əzəmət tamını dada bilmir.
    Bir çox rəvayətlərdə belə bir nöqtə vurğulanır ki, Allah-taala işsiz, çox yatan insanı düşmən sayır.(Vəsailuş-şiə”, c. 12, s. 302, hədis 1) İlahi peyğəmbərlər, o cümlədən İslam peyğəmbəri (s) və onun məsum canişinləri əkinçilik, heyvandarlıq, dərzilik, zireh toxumaq kimi işlərlə məşğul olmuş, öz zəhmətləri ilə həyat ehtiyaclarını təmin etmişlər. Hədisdə bildirilir: "Allah-taala həzrət Davuda vəhy etdi: "Ey Davud! Sən yaxşı bəndəsən. Amma eyibin budur ki, dolanışıq ehtiyaclarını beytül-maldan (dini büdcədən) təmin edir, öz əlinin zəhmətindən faydalanmırsan.” Bu hadisədən sonra həzrət Davud 40 gün sübh çağı Allah dərgahına üz tutub ağladı. Allah-taala vəhy edib dəmiri Davud üçün yumşaltdı. Həzrət Davud hər gün dəmirdən zireh hazırlayır, onu satıb dolanışıq ehtiyaclarını təmin edirdi.”("Gülüstan” 8-ci baba, söhbət qaydaları, s. 260, 261, say 12)
    Həzrət Əlinin (ə) haqqında bildirilir ki, o əlində bel əkin sahəsində, xurma bağında çalışırdı. Həzrət öz əlinin zəhməti ilə min qul alıb Allah yolunda azad etmişdi.("Vəsailuş-şiə”, c. 12, s. 276, hədis 4)
    Var-dövlətə əsir olmaq bəyənilmir
    İslam baxımından, halal yolla əldə olunmuş var-dövlət və qazanc insanın kamilliyə çatması üçün faydalıdır. İmam Baqir (ə) buyurur: "Axirət yolunda istifadə olunan dünya insan üçün ən üstün yardımçıdır.(Mirzə Hüseyn Nuri, "Mustədrəkul-vəsail”, c. 9, s. 109, hədis 4) İmam Sadiq (ə) buyurur: "Səni başqalarının haqqına təcavüzdən saxlayan var-dövlət, səni günaha sövq edən yoxsulluqdan üstündür.”("Vəsailuş-şiə”, c. 16, s. 32, hədis 2)
    Yer üzündə fəsada səbəb olmayan, insana ilahi dəyərləri unutdurmayan, onu ağılsız dünya müsabiqəsinə qatmayan, başqalarının təhqiri ilə nəticələnməyən, eyni zamanda, məhrumlara yardım üçün istifadə edilən var-dövlət nəinki məzəmmət olunmur, hətta bəyənilmişdir. Tarix boyu bir çox ictimai fəsadların səbəbkarı Allahsız varlılar olmuşlar. Naz-nemət içində yaşayan, daim öz var-dövlətini artırmaq barədə düşünən, bu yolda heç bir cinayətdən çəkinməyən dinsiz varlılar bəşəriyyət üçün daim təhlükədir. İbn Abbasdan mənalı bir hədis nəql olunur: "İlk dirhəm və dinar sikkələri hazırlanan vaxt İblis onlara baxıb əlinə aldı, gözlərinin üstünə qoydu. Şadlıqdan başını itirmiş vəziyyətdə fəryad çəkdi. Yenidən onları sinəsinin üzərinə qoydu və dedi: "Siz mənim gözümün nuru, qəlbimin meyvəsisiniz. İnsanlar sizi sevdiyi bir vaxtda onların bütpərəst olub-olmamasının mənim üçün əhəmiyyəti yoxdur. Onların sizi sevməsi mənə bəs edir!”(Bax: Surə 2, "Bəqərə”, ayə 83; surə 4, "Nisa”, ayə 36; surə 6, "Ən`am”, ayə 151; surə 17, "İsra”, ayələr 23, 24)
    Deyilənlərdən aydın olur ki, zöhd və paklıq halal qazanc və halal var-dövlətlə zidd deyil. İnsanın öz ehtiyacları və ətrafındakıların ehtiyaclarını ödəmək üçün sərvət əldə etməsi pis iş deyil. Pis odur ki, insan var-dövlətə əsir olsun, ona çatmaq üçün bütün çirkin, qeyri-əxlaqi işlərə əl atsın, başqalarının haqqını tapdasın.
    Tənbəllik və süstlük istənilən bir halda məzəmmət olunur. İslam dini iş və zəhmətə böyük əhəmiyyət verir, insanları halal qazanca təşviq edir. Hədisdə oxuyuruq: "Tabeçiliyində olanların ehtiyacını ödəmək üçün əziyyət çəkən insan Allah yolunda cihad edən kəs kimidir.”(Surə 31, "Loğman”, ayə 15)
    Qeyd etmək lazımdır ki, iş və zəhmət dedikdə təkcə əkinçilik, heyvandarlıq və sənətkarlıq nəzərdə tutulmur. İnsanın bəşəriyyət üçün faydalı bütün xidmətləri, o cümlədən elmi, mədəni fəaliyyətlər zəruri fəaliyyət sahələrindəndir.
    Ticarət, alış-veriş
    Halal qazanc əldə etmək üçün yollardan biri də ticarət, alış-verişdir. Dolanışıq ehtiyaclarının təminində ticarətin mühüm rolu var. İnsan ictimai varlıqdır və onun təkbaşına çalışıb öz ehtiyaclarını ödəyə bilməməsi təbii bir işdir. Demək, insan öz ehtiyaclarının təmini üçün başqaları ilə həmkarlığa məcburdur. O bu yolla öz ruhi və fiziki ehtiyaclarını təmin edir. Alış-veriş və müamilə insanların qarşılıqlı rabitələrinin bariz nümunəsidir. İnsan ticarət yolu ilə ehtiyac duyduğunu əldə edir, ehtiyac duymadığını ehtiyac duyan başqa bir insanın ixtiyarına verir. İslam dini nəinki ticarətlə müxalif deyil, hətta insanları bu işə təşviq edir. Hətta bəzi rəvayətlərdə bu sahə halal qazanc üçün başqa sahələrdən üstün tutulur. Rəvayətdə bildirilir ki, ruzinin onda doqquzu ticarətdə, qalan onda biri isə digər sahələrdədir.("Vəsailuş-şiə”, c. 15, s. 20, 21, hədis 2)
    Şübhəsiz ki, İslam cəmiyyətin ehtiyaclarını aradan qaldıran ticarətə təşviq edir. İslam cəmiyyət üçün zərərli, haqq-ədalətdən uzaq, zülmlə müşayiət olunan müamilələri rədd edir. Bu səbəbdən də ticarətlə məşğul olmaq qərarına gələn insan İslam dininin ticarətlə bağlı hökmlərindən xəbərdar olmalıdır.
    Əsbəğ ibn Nəbatə deyir: Həzrət Əli (ə) minbərdən belə buyurdu: "Ey tacirlər, öncə dini məsələlərinizi öyrənin, sonra alış-verişə məşğul olun.”("Biharul-ənvar”, c. 71, s. 80, hədis 80)
    Digər bir hədisdə imam Baqirdən belə nəql olunur: "Əmirəl-möminin Kufə bazarlarında sübh vaxtı gəzib uca səslə buyururdu: "Ey tacirlər, Allahdan qorxun.” Həmin vaxt hamı işini saxlayıb həzrəti dinləyərdi. Həzrət buyurardı: "Allahdan xeyir istəyin. İşi asanlaşdırıb xalqda bərəkət axtarın. Alıcılara yaxınlaşıb elm və səbri işinizə zinət qərar verin. And içməkdən çəkinin, yalan danışmayın. Zülm etməyin, məzlumların haqqını tələb edin. Sələmdən uzaq olun, əskik satmayın, xalqın malını kəsməyin, yer üzündə fəsad törətməyin.” Həzrət Kufə bazarlarını gəzib bu sayağı xəbərdarlıq edər, sonra xalqın müşküllərinin həlli üçün iş yerinə qayıdardı.(Həmin mənbə, s. 61, 62, hədis 27)
    Satıcı və alıcı ilə bağlı şərtlər
    Satıcı və alıcı büluğ həddinə çatmış, ağıllı adam olmalı, müamiləyə məcbur edilməməlidir. Hər iki tərəf səfeh olmamalı, yəni olanını boş yerə sərf etməməlidir. Satıcı və alıcı xalqın nəzərində ağıllı şəxs kimi tanınmalı, müamilədə ciddi olmalıdır. Bir şəxsin zarafatla "filan malı satdım” deməsi müamilə üçün kifayət etmir.
    Batil müamilə
    Bir neçə halda müamilə batildir. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Şəriət baxımından murdar bir şeyin satışı və alışı; murdar şeydən haram məqsədlə istifadə üçün alınarsa bu müamilə batildir; qan kimi murdar şeydən xəstənin müamiləsi üçün almaq olar; Məsələn, ov üçün əslində murdar olan ov itinin alış-verişi caizdir.
    2. Murdara toxunmaqla murdarlanmış yeməli və içməli məmulatların müamiləsi; əgər həmin murdar şeyi aldıqdan sonra paklamaq mümkündürsə, bunun eybi yoxdur.
    3. Qeyri-şəri yolla, məsələn, oğurluqla əldə edilmiş bir şeyin müamiləsi.
    4. Milçək, ağcaqanad kimi dəyəri olmayan şeyin müamiləsi.
    5. Qumar alətləri kimi yalnız haram yolda istifadə edilən şeylərin müamiləsi.
    6. Narkotik maddələr kimi cəmiyyət üçün zərərli şeylərin müamiləsi; saxta dərmanlar, vaxtı keçmiş qidalar, sağlamlıq üçün zərərli məhsullar da bu qəbildəndir.
    7. Sələmlə müşayiət olunan müamilələr; Məsələn, 5 kiloqram düyü verib 6 kiloqram düyü almaq. Belə müamilələrdə iki şey arasında keyfiyyət fərqi olsa belə, artıq alınan miqdar haram sayılır.
    8. Qatqılı malın müamiləsi; Məsələn, pis mal yaxşı mala qatılır və yaxşı mal adı ilə satılır; bitki yağını kərə yağına qatıb kərə yağı adı ilə satmaq bu qəbildəndir;
    Sual: Alış verişdə and içməyin hökmü nədir?
    Cavab: Düzgün and məkruh, yalan and haramdır.
    Sual: Böyrək kimi bədən üzvlərinin müamiləsinin hökmü nədir?
    Cavab: Əgər satan şəxs üçün əhəmiyyətli zərəri olmazsa, eybi yoxdur.
    Sual: Haram işlərdə istifadə edilə biləsi videomaqnitafon DVD, boşqab anten kimi qurğuların hökmü nədir?
    Cavab: Bu qurğular da sair audio-video qurğuların hökmündədir. Əgər haram işdə istifadə edilərsə, onların müamiləsi də caiz olmur. Əgər halal işdə istifadə edilərsə uyğun müamilənin eybi yoxdur.
    Sual: Əgər bir şəxs müamiləyə məcbur edilərsə bu müamilənin hökmü nədir?
    Cavab: Əgər müamilə başa çatdıqdan sonra tərəflər razı qalarsa, bu müamilə düzgündür. Əks təqdirdə müamilə batildir.
    Sual: Əgər bir şəxs sahibindən icazə almadan bir malı satarsa, bunun hökmü nədir?
    Cavab: Əgər müamilədən sonra mal sahibi razılaşarsa, müamilə düzgündür, razılaşmazsa müamilə batildir.
    Qeyri-şəri qazanclar haqqında
    İslam dini cəmiyyətin iqtisadi strukturlarının islahı üçün müsəlmanları sağlam iqtisadi fəaliyyətlərə həvəsləndirməklə yanaşı, onları haram qazanclardan çəkindirir. Haram qazancın təhlükə aqibəti ilə bağlı ciddi xəbərdarlıq olunur. Bəzi dəyərli buyuruqları nəzərdən keçirək:
    1. İmam Sadiq (ə) buyurur: "Haram qazanc insanın nəslində özünü göstərir”("Gülüstan”, 6-cı bab, zəiflik və qocalıq haqqında, s. 224, 225, hekayət 6); "Haram yolla möminin malını qəsb edən şəxs mənə dost deyil.”("Vəsailuş-şiə”, c. 21, s. 501, hədis 5)
    2. İmam Hadi (ə) buyurur: "Haram malın artımı yoxdur. Bu artsa belə bərəkətsizdir. Haram maldan Allah yolunda sərf olunsa, bunun savabı olmaz. Haram maldan nə qalarsa Cəhənnəm odu üçün azuqədir.”(Həmin mənbə, s. 502, hədis 8)
    3. İmam Həsən Əskəri (ə) buyurur: "Əsli haramdan əldə olunan şeyin xeyri yoxdur və onu xərcləmək halal deyil.”(”Məsnəviye-mə`nəvi”, 1-ci dəftər)
    İslam müamilə ilə bağlı yuxarıdakı şərtləri sadalamaqla yanaşı bəzi haram qazancları qeyd edir:
    1. Oğurluq; Həzrət Peyğəmbər (s) buyurur: "Dörd iş evə daxil olan kimi onu xaraba qoyur, bərəkətini aradan qaldırır: xəyanət, oğurluq, şərabxorluq və zina.”(Gülüstan”, 6-cı bab, zəiflik və qocalıq, s. 222, 223, hekayət 3)
    Oğurluq üçün İslamda konkret cəzalar nəzərdə tutulur. Birinci oğurluqda müəyyən şərtlər daxilində sağ əlin dörd barmağı kəsilir, ikinci oğurluqda sol ayaq pəncəsi ortadan kəsilir, üçüncü oğurluqda şəxs əbədi həbsə məhkum olunur, dördüncü oğurluq baş verərsə, oğru edam edilir.
    2. Quldurluq; Silahlı şəkildə insanların mülkünə hücum edən şəxs Allah və Peyğəmbərlə (s) müharibəyə qalxmış sayılır. Belə bir şəxs üçün dörd cəzadan biri təyin olunur: ölüm, dara çəkilmə, sağ əl və sol ayağın kəsilməsi, yaşadığı şəhərdən sürgün.("Vəsailuş-şiə”, c. 21, s. 491, hədis 1)
    3. Möhtəkirlik; Xalqın ciddi ehtiyac duyduğu malın qiymətini qaldırmaq məqsədi ilə onu bir yerə yığıb satışa buraxmamaq. Bu əməl məsumlardan nəql olunmuş rəvayətlərdə ciddi məzəmmət edilir. Möhtəkir məlun, xətakar, xain, qatil kimi tanınır.("Biharul-ənvar”, c. 1, s. 205, hədis 27)
    4. Əskik satmaq; Allah-taala Qurani-kərimdə buyurur: "Vay olsun əskik satanlara! O kəslər ki, xalq üçün əskik, özləri üçün artıq götürərlər. Əskik satanlar düşünmürmü ki, ölümdən sonra böyük sorğu günü üçün ayağa qaldırılacaqlar? Elə bir gün ki, insanlar aləmlər Rəbbinin əmri ilə ayağa qalxar!”("Vəsailuş-şiə”, c. 15, s. 276, hədis 1)
    5. Qumar; Qurani-kərim baxımından qumar çirkin və şeytani bir işdir. Şeytan qumar vasitəsi ilə insanlar arasında düşmənçilik yaradır.("Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 147, s. 388)
    6. Rüşvətxorluq; rüşvət dedikdə bir şəxsin müəyyən məbləğdə pul alıb onun xeyrinə və başqa birinin ziyanına qanunsuz iş görməsi nəzərdə tutulur. Bəzi rəvayətlərdə bu əməl Allaha qarşı küfr sayılır. Rüşvət kimi alınmış pul çirkin pul kimi tanıtdırılır.(Həmin mənbə, xütbələr bölməsi, xütbə 189, s. 206)
    Qeyd etmək lazımdır ki, rüşvət verən şəxs də haram iş görmüş olur və cəzalandırılmalıdır. Amma bir şəxsin haqqını almaqdan ötrü rüşvət verməkdən başqa yol qalmazsa, rüşvət verə bilər.
    7. Sələmçilik; Əgər bir şəxs borc verib bir müddət sonra verdiyi məbləğdən artıq alarsa sələmçilik etmişdir. Müəyyən miqdarda buğdanı (bu kimi başqa bir şeyi) daha artıq miqdarda buğdaya satmaq düzgün sayılmır. Çünki bu qəbil işlər insanları halal və faydalı işlərdən uzaqlaşdırır.("Gülüstan”, 1-ci bab, padşahların xarakteri, s. 98, hekayət 41) Sələm ödəyən də rüşvət edən şəxs kimi haram iş görmüş olur.
    Ümid edirik ki, əziz yeniyetmələrimiz Allahın lütfü sayəsində haram qazanclardan çəkinib halal qazanc ardınca gedəcəklər.
    Sual: İmtahan və ya hər hansı konkursda saxtakarlığın hökmü nədir?
    Cavab: Buna icazə verilmir.
    Sual: Azdırıcı kitab və jurnallar çap edib satmağın hökmü nədir?
    Cavab: Azdırıcı, batil, yalan, böhtan məzmunlu, dini müqəddəslikləri təhqir edən kitab və jurnalların müamiləsi caiz deyil. Yalnız azdırıcı sualların nəhy əz munkər məqsədi ilə mütəfəkkir insanlar tərəfindən cavablandırıldığı əsərlər müamilə oluna bilər. Amma əmin olmaq lazımdır ki, bu kitabların mütaliəsi insanları azdırmayacaq.
    Sual: Hər hansı bir idarə və ya təşkilatda şəri bir vəzifəni öhdəsinə götürmüş şəxs öz işində səhlənkarlıq göstərərsə, aldığı, maaşa cavabdehdirmi?
    Cavab: Bəli. Bu şəxs günaha yol vermişdir və aldığı maaşa zamindir. Çünki o əmanət qəbul etmiş və öz məsuliyyətini düzgün yerinə yetirməmişdir.
    Sual: Pul almadan müraciət edənlərə xidmət göstərməli olan işçilər qarşı tərəfdən pul alarlarsa bunun hökmü nədir?
    Cavab: Qanunda nəzərdə tutulmamış pulu almaq haramdır. Əgər rüşvət müqabilində qanunsuz iş görülərsə və ya başqalarının haqları tapdanarsa yenə də harama yol verilmişdir.
    Sual: Bankların və müxtəlif müəssisələrin öz müştərilərini həvəsləndirmək üçün hədiyyə verməsi, püşk keçirməsi caizdirmi?
    Cavab: Bu qəbil hədiyyələri almağın eybi yoxdur.
    Sual: Zalım üsul-idarədə işləməyin hökmü nədir?
    Cavab: Əgər bu iş zalımların himayəsinə səbəb olarsa, caiz deyil. Amma xüsusi şəraitlərdə İslami dəyərlər və insanların hüquqlarını müdafiə etmək üçün şəri hakimin icazəsi ilə bu işi görmək olar. Fəsad əhli və sitəmkarlarla istənilən bir həmkarlıq, günah işlərdə onların himayəsi başqalarının hüquqlarına təcavüzdür və haramdır.
    Sual: Xüsusi faydası və ümumi mənfəəti haram olan əşyaların düzəldilməsi və satışı caizdirmi?
    Cavab: Caiz deyil.
    Sual: İnsan və heyvan mücəssəməsi düzəldib satmaq olarmı?
    Cavab: Əgər həmin mücəssəmə büt halında olarsa və pərəstiş üçün düzəldilərsə caiz deyil.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 552 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019