İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    İyirmi dördüncü fəsil
    İctimai rabitələr və ünsiyyət qaydaları
    İnsan ictimai bir varlıqdır, onun həyatının böyük bir hissəsini ətrafdakılarla rabitələr təşkil edir. O öz ictimai rabitələrində başqalarının elm və təcrübəsindən bəhrələnir, öz bilik və təcrübəsini başqalarına öyrədir. Bəli, insan cəmiyyətdən faydalanır, cəmiyyətə fayda verir. Bu səbəbdən də İslam dini insanın ictimailiyini onun guşənişinliyindən üstün tutur, camaat və cümə namazları, Həcc, ehtiyaclılara zəruri haqların ödənməsi, sileyi rəhm (yaxınları yoxlamaq), xəstələrin yoxlanması, möminin dəfni, dostlarla görüş kimi göstərişlər verir. Bu göstərişlərə əməl edən mömin şəxs daim ətrafla rabitədə olur, tanışlarının vəziyyətindən xəbər tutur. Digər bir tərəfdən cəmiyyət okean tək genişdir. Bu cəmiyyətdə nemət və gözəlliklərlə yanaşı, bir sıra təhlükələr var. Cəmiyyət arasına çıxan insan üçün müəyyən mənfi təsirlər gözlənilir. Bu bəlalardan qorunmaq üçün onun səbəbləri ilə mübarizə aparmaq, eyni zamanda bir qədər kənarda dayanmaq lazımdır. Məhz bu məqamda cəmiyyətin sağlamlığında mühüm rol oynayan iki göstərişə əməl etmək lazım gəlir.
    İnsanlara ehtiram və onların hüquqlarına riayət olunması
    Bir qrup insan ictimai rabitələr zamanı özünü göstərməyə çalışır, gördüyü yaxşı işləri gözə soxur. Belələri təkəbbürlü rəftarları ilə özlərini yuxarı qaldırmağa, məsxərə, təhqir, qeybət, böhtan vasitəsi ilə ətrafdakıları alçaltmağa çalışırlar. Bəziləri də başqalarının haqqını tapdayıb, zülm yolu ilə onların qazancını əllərindən alırlar. Şübhəsiz ki, bu qəbil rəftarlar əxlaqa ziddir, azğın nəfs istəklərindən, şeytani meyllərdən qaynaqlanır. İnsan öz nəfsi ilə vuruşub bu kimi əməllərdən uzaq qalmalı, insanlara hörmət göstərib onların haqlarını möhtərəm saymalıdır. Bu yönümdə hamının bildiyi hikmətli bir buyuruq var: "Özünə qıymadığını başqalarına qıyma.”
    İslamın salamlaşmaq, əl tutmaq, qucaqlaşmaq, münasibətlərdə insafı gözləmək kimi göstərişləri səmimi rabitələrin yaradılmasına, zülmün qarşısının alınmasına xidmət edir.
    Bəli, müsəlmanlar bir-birləri ilə qardaş kimi rəftar etməli, bir-birinin hüquqlarını və şəxsiyyətini qorumalıdırlar. Onların münasibətlərində əsas meyar ədalət, ehsan, sədaqət, qarşılıqlı hörmət, fədakarlıq, asayişin qorunması, sirr saxlamaq olmalıdır. Müsəlmanlar qeybət, böhtan, həsəd, təkəbbür, macəraçılıq, axtarış aparmaq, yalan, söz gəzdirmək, hiylə, məsxərə, xəyanət kimi çirkin işlərdən çəkinməlidirlər.
    Bütün müsəlmanlara vacibdir ki, ətrafdakılarla, xüsusi ilə ata-anaları ilə, tərbiyəçi və ustadlarla, qonşular və yaxınlarla, din böyükləri və alimlərlə, onlara yaxşılıq etmiş istənilən bir şəxslə İslami meyarların əsasında rəftar etsinlər, başqa müsəlmanların problemlərinin aradan qaldırılmasında fəal olsunlar. Xüsusi ilə məhrumlara, zəiflərə, qocalara, müsibət görmüş insanlara diqqətli olmaq lazımdır. İmam Sadiq (ə) buyurur: "İmanlı insanlar bir-birlərinin qardaşı, vahid bir bədən üzvləri kimidirlər. Bədənin bir hissəsi ağrıdıqda dərd o biri hissələrinə də təsir göstərir.”("Vəsailuş-şiə”, c. 27, s. 20, hədis 1) Sədi necə də gözəl demişdir:
    Bir cana şərikdir bəşər övladı,
    Bir gövhərdən insanların həyatı.
    Bədənin bir üzvü ağrıyan zaman,
    Bütün bədən ağrıyasıdır ondan.
    Şərik deyiləsənsə elin qəminə,
    Düzgün deyil insan deyilsin sənə.
    (Surə 2, "Bəqərə”, ayə 286)
    Mömin insan müsəlmanların halına yanmalı, onlara biganə qalmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs müsəlmanların işinə əhəmiyyət vermədən sübhü açsa müsəlman deyil.(Surə 2, "Bəqərə”, ayə 222)
    Maraqlıdır ki, müsəlmanlar qeyri-müsəlmanlara münasibətdə məsuliyyət daşıyırlar və İslam dinində bu münasibətlər qanunlarla tənzimlənir. Müsəlman şəxs qeyri-müsəlmanla bağladığı müqaviləni pozmamalı, vədinə xəyanət etməməli, onu aldatmamalı, ona əskik satmamalı, onun əmanətinə xəyanət etməməli, ona zülmdən çəkinməlidir. İslam nəzərindən hətta qeyri-müsəlman şəxs də insandır və onun insanlıq haqlarına hörmət göstərilməlidir. Həzrət Əli (ə) Malik Əştərə əhdnaməsində yazır: "Öz tabeçiliyində olanlarla yırtıcı sifətlər kimi rəftar etmə, çünki onlar iki qrupdurlar: Ya sənin din qardaşlarındır, ya da yaranışda sənin kimi bir varlıqdırlar.”(Biharul-ənvar”, c. 59, s. 291)
    Salam insanlar arasında dostluq üçün bir yoldur
    Söhbətimizin bu məqamında salam və onun əhəmiyyəti haqqında danışsaq yaxşı olar. Əksər insanlar görüşdükləri vaxt bir-birlərinə məhəbbətlərini bildirir, bir-birlərinə dua edib sağlamlıq arzulayırlar. Bu münasibət bəzən sözdə, bəzən əməldə özünü göstərir. İnsan qarşı tərəfə öz dili, əli ilə və ya başqa bir şəkildə məhəbbətini bildirir. Dostluq əlaqəsini bildirmək üçün müsəlmanlar arasında daha çox müraciət olunan yollardan biri salamlaşmaqdır. "Salamun ələykum” yəni Allah səni salamat etsin. Bu mübarək və pak bir salamdır. Qurani-kərimdə də salam məhəbbəti bildirmə vasitəsi kimi təqdim olunur. Saleh əməl sahibləri behiştdə bir-birlərini salamlayırlar.(Həmin mənbə, c. 75, s. 335, hədis 4) Salam təkcə müsəlmanlara xas deyil. İslamdan öncəki qövmlər arasında da salamlaşma olmuşdur. Mələklər naməlum qiyafədə həzrət İbrahimin görüşünə gəldikləri vaxt onu salamladılar və həzrət İbrahim də onların salamını aldı.("Fürui-kafi”, c. 6, s. 439, hədis 6)
    Bu mövzuda bir neçə hikmətli buyuruğu nəzərdən keçirək:
    Həzrət Peyğəmbər (s) buyurur: "Sözə salamla başlayın, salamsız sözə başlayana cavab verməyin.”("Biharul-ənvar”, c. 75, s. 93, hədis 104)
    İmam Sadiq (ə) buyurur: "Salam verməkdən çəkinən şəxs paxıldır.”("Vəsailuş-şiə”, c. 1, s. 63, hədis 1)
    Məsumlardan nəql olunmuş hədislərdə bildirilir ki, yoldan ötən şəxs yolda dayanana, ayaq üstə olan şəxs oturana, süvari piyadaya, qatıra süvar olmuş şəxs ulağa süvar olana, ata süvar olmuş şəxs qatıra süvar olana salam versin.("Mustədrəkul-vəsail”, c. 1, s. 284, hədis 4, 5) Bəli, bahalı nəqliyyatda əyləşmiş insan salam verməlidir! Aydın olur ki, bu göstərişlər bir növ təkəbbür və lovğalıqla mübarizədir. Bəziləri sərvət sahibi olduğundan ona salam verilməsini gözləyir. Təəssüf ki, dövrümüzdə salam itaəti bildirmək vasitəsi olmuşdur. Yoxsullar varlılara, zəiflər güclülərə salam verirlər. İnsanın azadlığını təcəssüm etdirəsi salam bu gün onun özündən varlı və güclülərə mütiliyini izhar vasitəsi olmuşdur.
    Həzrət Peyğəmbər (s) uşaqları salamlayardı. Həzrət buyururdu ki, onun qiyamətədək tərk etməyəcək beş işdən biri məhz budur.("Biharul-ənvar”, c. 12, s. 148, hədis 1; s. 152, hədis 7)
    Qeyd edək ki, həzrət Peyğəmbər (s) salam verməyi müstəhəb, onun cavabını almağı vacib saymışdır.("Vəsailuş-şiə”, c. 1, s. 305, hədis 2)
    Xalqın iffətinin qorunması
    İslam fərdi və ictimai qanunlar tənzimləməklə insanları kamilləşdirmək, onları dünya və axirət səadətinə çatdırmaq məqsədi izləyir. İslam baxımından, insan öz paklığını hifz etməli olduğu kimi cəmiyyətin də paklığı üçün çalışmalıdır. Nəticədə, günah, xəyanət, cinayət, fəsad, ayrıseçkilik, zülm-sitəmdən uzaq bir cəmiyyət qurulmalıdır. İslam nəzərincə, kimsə öz azadlığını əsas götürərək cəmiyyətin azadlığını, asayişini, iffətini ayaq altına ala bilməz. Bu səbəbdən də şəriət başqalarının maddi və mənəvi hüquqlarına təcavüz edənlərlə sərt şəkildə davranır. Belələri həm axirət əzabı ilə qorxudulur, həm də ağır şəkildə cəzalandırılır.
    İctimai həyatda hər bir fərdin rəftarı başqa fərdlərin xoşbəxtliyinə təsir göstərir. Aşkar şərabxorluq, qumarbazlıq, əxlaqsızlıq və bu kimi azğınlıqlar cəmiyyətin əxlaqi sütunlarını laxladır. Əxlaqsız həyat tərzi insanı insanlıq məqamından endirib heyvanlıq həddinədək alçaldır. İslam baxımından gizlində günah edən şəxslə aşkarda günah edən şəxs arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. Əgər birinci şəxs yalnız özünü məhv edirsə, ikinci şəxs öz azğınlığı ilə cəmiyyəti hədələyir. Nəzərinizə çatdıracağımız növbəti göstərişlər. İslamın ictimai mühiti qoruması ilə bağlı hökmlərinin kiçik bir hissəsidir:
    a) İslamda naməhrəm qız və oğlanın, qadın və kişinin insanların nəzərindən uzaq, xəlvət bir yerdə qalmasına icazə verilmir. Başqalarına giriş icazəsi olmayan məkanlarda naməhrəmlərin qalması caiz deyil. Həzrət Əli (ə) buyurur: "Nə vaxt bir qadınla bir kişi xəlvətə çəkilərsə orada şeytan üçüncü şəxs olur.”("Vəsailuş-şiə”, c. 1, s. 301, hədis 1)
    b) İslamda naməhrəmlərin bir-birlərinə göz gəzdirməsi, şəhvətlə baxması caiz deyil. İmam Sadiq (ə) deyir: "İnsanın baxışı şeytanın zəhərli oxlarındandır. Bir çox baxışların sonu uzun-uzadı həsrət və peşimançılıqdır.”("Vəsailuş-şiə”, c. 1, s. 367, hədis 9)
    c) Qadın İslamın nəzərdə tutduğu həddə örtünməli, öz bədənini və zinətlərini naməhrəmlərə göstərməməlidir. Həzrət Əli (ə) buyurur: "Dünyanın sonu, qiyamət vaxtı dövrlərin ən pisidir və zinətlərini başqalarına göstərən, dindən çıxıb fitnəyə daxil olan, şəhvət və ləzzətə can atan, Allahın haramlarını halal sayan çılpaq qadınlar səhnəyə gələr. Bu qəbil qadınlar əbədi olaraq cəhənnəmdə qalar.”(Surə 5, "Maidə”, ayə 6)
    ç) İslamda təhrikedici danışıqlara icazə verilmir. Naməhrəm qadınla kişi bir birləri ilə təbii, adi qaydada danışa bilər. Ehtiraslı, ədalı, fəsada çəkən zarafatlarla müşayiət olunan danışıqlar caiz deyil. Qadın öz həyəcanlı danışıqları ilə şorgöz kişidə günah fikri oyatmamalıdır. Bu göstərişlərdən aydın olur ki, İslam biganə qadın və kişilər arasında şəhvət qüvvəsini alovlandıracaq amillərin qarşısını almaq istəyir. Müqəddəs şəriətdə sağlam, istənilən bir günahdan uzaq həyat üçün fəza nəzərdə tutulur.
    Ümid etmək olar ki, bu göstərişləri öyrənib ona əməl edənlər başqalarını da buna təşviq edəcək və nəticədə sağlam, "Mədinətun-fazilə” adlanan dəyərli bir cəmiyyət qurulacaq.
    Sual: Əgər insan qeybət və böhtan vasitəsi ilə bir müsəlmanı hörmətdən salarsa, günahını necə yumalıdır?
    Cavab: Əgər mümkün olarsa, halallıq almaq lazımdır. Halallıq almaq mümkün olmasa və belə bir addım başqa başqa bir fəsada səbəb olsa, Allahdan həmin şəxs üçün bağışlanma diləmək lazımdır. Əgər qeybət və böhtan səbəbindən həmin şəxsə maddi və mənəvi ziyan dəymişsə, imkan həddində həmin ziyanlar ödənməlidir.
    Sual: Bir məclisdə möminin qeybəti olunursa, eşidənin vəzifəsi nədir?
    Cavab: İmkan olan halda mömini müdafiə etmək lazımdır. Əgər müdafiə gücü yoxsa, ən azı həmin məclisi tərk etmək zəruridir.
    Sual: Bir şəxsin özü və ailəsi ilə bağlı araşdırma aparmaq olarmı?
    Cavab: Xeyr. İnsanın həyatında onun telefon danışıqlarını dinləmək, məktublarını oxumaq və bu kimi başqa yollarla araşdırma aparmaq haramdır. Həzrət Peyğəmbər (s) buyurur: "Bir şəxsdən icazə almadan onun danışığına qulaq asan insanın qiyamət günü qulağına ərimiş qurğuşun tökülər.”("Mustədrəkul-vəsail”, c. 1, s. 358, hədis 19)
    Sual: Bir şəxsin sirrini cəmiyyətə açmağın hökmü nədir?
    Cavab: İnsanın şəxsi həyatı ilə bağlı araşdırma aparmaq haramdır. Əgər bir şəxsin sirri sizə məlumdursa, onu ifşa etməməlisiniz. Əgər bir müsəlmanın sirrini açmaqla ona maddi və ya mənəvi zərər vurmuş olsanız, həm günaha batmısınız, həm də bu ziyanı ödəməlisiniz.
    Sual: İnsanların bir-birlərinin başına və üzünə baxmasının hökmü nədir?
    Cavab: Bu iş müxtəlif formalarda baş verə bilər:
    1. Ləzzət və şəhvət məqsədi ilə kişinin kişi, qadının qadın bədəninə baxması haramdır. Əgər şəhvətsiz olarsa, eybi yoxdur. Amma ayıb yerə baxmaq istənilən bir halda haramdır.
    2. Qadının naməhrəm kişinin bədəninə baxması haramdır. Yalnız baş, üz və əl kimi üzvlər istisnadır. Kişilərin adətən açıq saxladığı bədən üzvlərinə ləzzət almaq məqsədi olmadan baxmaq mümkündür.
    3. Kişi naməhrəm qadının başına, bədəninə və tükünə hətta ləzzət məqsədi olmadan baxa bilməz.
    4. Bacı və qardaş, ata və qız, ana və oğul kimi məhrəm kişi və qadınlar ləzzət məqsədi olmadan bir-birlərinə baxa bilərlər. Amma vacib ehtiyata əsasən adətən örtünən yerlərə baxmamalıdırlar.
    Sual: Həkimin naməhrəm xəstəyə baxması, ona toxunması caizdirmi?
    Cavab: Əgər eyni cinsdən olan və ya məhrəm həkimə müraciət etmək mümkün deyilsə və həkim müalicə üçün naməhrəmin bədəninə baxmağa məcburdursa, bunun eybi yoxdur. Zəruri halda toxunmaq da caizdir. Amma yalnız ehtiyac olan həddə bu işi görmək olar.
    Sual: Qadın naməhrəm kişidən hansı həddə örtünməlidir?
    Cavab: Qadın naməhrəmlərdən bədənini, başını, saçını örtməlidir. Əgər naməhrəm kişiyə göstərmək məqsədi yoxsa, üzü və əlləri örtməyə bilər. Hər halda üz və əllər örtülsə daha yaxşıdır. Amma ayaqları örtmək vacibdir. Vacib ehtiyata əsasən bədən elə bir şəkildə örtülməlidir ki, onun hündür-alçaqlığı, qabarıq yeri bilinməsin.
    Sual: Naməhrəm qadın və kişi bir-birlərinin səsini eşidə bilərmi?
    Cavab: Əgər ləzzət almaq məqsədi yoxsa eşidə bilərlər. Əgər qadının səsi həyəcanlandırıcı olarsa və kişini təhrik edərsə, ehtiyata əsasən onu dinləməmək lazımdır.
    Sual: Qadın ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərə bilərmi?
    Cavab: Qadın müəyyən şərtlər daxilində ictimai fəaliyyətlə məşğul ola bilər. Bundan ötrü cəmiyyətin iffətini qorumaq, harama düşməmək lazımdır. İctimai fəaliyyətlər ər və övladların hüququnu pozmursa, eybi yoxdur. Bununla belə, Quran və rəvayətlərə əsasən zərurət olmayan hallarda qadının naməhrəm olan cəmiyyətdə görünməməsi daha yaxşıdır.
    Sual: Qadın elə bir peşə seçə bilərmi ki, həmin peşədə hicaba riayət etmək mümkün olmasın?
    Cavab: Hicab qadın üçün İslamın zəruri hökmlərindəndir. Qadın elə bir peşə seçməlidir ki, hicabını qoruya bilsin.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 524 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019