İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    Feyzul-İslamın VI hissəyə yazdığı müqəddimə:
    بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
    أَلْحَمْدُ لِلّهِ الْأَوَّلِ بِلا أَوَّلٍ كانَ قَبْلَهُ وَ الْاخِرِ بِلا اخِرٍ يَكُونُ بَعْدَهُ الَّذِي قَصُرَتْ عَنْ رُؤْيَتِهِ أَبْصارُ النّاظِرِينَ وَ عَجَزَتْ عَنْ نَعْتِهِ أَوْهامُ الْواصِفِينَ وَ الصَّلاةُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَوَّلِينِ وَ الْاخِرِينَ الصّادِقِ الْأَمِينَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ الْهُداةِ الْمَهْدِيِّينَ
    اللّهُمَّ إِنِّي أَسْئَلُكَ بِحُرْمَةِ وَجْهِكَ الْكَرِيمِ وَ بِحُرْمَةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَواتُكَ عَلَيْهِ وَ الِهِ وَ بِحُرْمَةِ أَهْلِ بَيْتِ رَسُولِكَ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِىٍّ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِىٍّ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسى وَ عَلِىٍّ وَ مُحَمَّدٍ وَ عَلِىٍّ وَ الْحَسَنِ وَ الْخَلَفَ الْباقِى صَلَواتُكَ وَ بَرَكاتُكَ عَلَيْهِمْ أَنْ تُصَلِّىَ عَلَيْهِمْ أَجْمَعِينَ وَ تُعَجِّلَ فَرَجَ قائِمِهِمْ بِأَمْرِكَ وَ تَنْصُرَهُ وَ تَنْتَصِرَ بِهِ لِدِينِكَ وَ تَجْعَلَنِي فِى جُمْلَةِ النّاجِينَ بِهِ وَ الْمُخْلِصِينَ فِى طاعَتِهِ بِرَحْمَتِكَ يا أَرْحَمَ الرّاحِمِينَ
    «Nəhcül-Bəlağə» elə bir kitabdır ki, əgər dünyanın ağıllıları, alimləri və natiqləri insanların səadət, xoş¬bəxt¬lik və asayişi barəsində bir söz demək və ya yazmaq istəsə¬lər, onun kimi deyə və yaza bilməzlər. Çünki o elə bir şəx¬sin dil və qələmindən çıxıb ki, elmlər və ilahi maarifin nü¬munəsidir və peyğəmbərlərin sonuncusundan (səlləl¬la¬hu əleyhi və alih) sonra bütün bəşəriyyətdən üs¬tün¬dür. Bü kitab möcüzədir. Çünki bəşəriyyət onun kimisini gə¬tir¬məyə qadir deyildir. Əlbəttə, ola bilər ki, bəziləri bu nöqtəni dərk etməyib mənim sözlərimi puç sansınlar. Am¬ma mən uzun illər dini elm və maariflə məşğul olub onu dərk etdikdən sonra bu mübarək kitab və onun ərəb və fars dillərində olan şərhlərini mütaliə etdiyim və onun barəsində yüzlərlə təfsir, fiqh, hədis, fəlsəfə, kəlam, tarix, lüğət, rical və digər elmlərin kitablarını diqqətlə oxuyub araş¬dır¬dığım üçün bu sözü tam əminliklə bütün bəşəriy¬yə¬tə xa¬tırladıram. Həmçinin Allaha şükr edir və «elm şəhərinin qapısı» Həzrət Əmirəl-mömininin hüsn-rəğbə¬tin¬dən baş ucalığı duyu¬ram ki, məni bu kitabın beş his¬sə¬sinə tərcümə və şərh yazmağa nail edib və mənə ancaq məhdud bir təbəqənin istifadə etdiyi (və hər bir kəsin öz dərki miq¬darında ondan dünya və axirət mənfəəti qazanması üçün onu ümu¬mi kütlənin istifadəsinə çatdırmaq yolunu bilmədikləri) bir kitabı dünyanın hər yerində yaymaq və həm seçilmiş təbəqə həm də avam təbəqəni onun məziyyət və xüsusiyyətləri ilə tanış etmək bacarığı verib. İndi (bu kitabın son hissəsi olan) altıncı hissəni yazmağa başlayıram və ümidvaram ki, Allahın istəyi ilə tezliklə oxucularaın ixtiyarına veril¬ə¬cək¬dir.
    اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِهِ وَ وَفِّقْنا فِى يَوْمِنا هذا وَ لَيْلَتِنا هذِهِ وَ فِى جَمِيعِ أَيّامِنا لِاسْتِعْمالِ الْخَيْرِ وَ هِجْرانِ الشَّرِّ وَ شُكْرِ النِّعَمِ وَ اتِّباعِ السُّنَنِ مُجانِبَةِ الْبِدَعِ وَ الْأَمْرِ بِالْمَعْرُوفِ وَ النَّهْىِ عَنِ الْمُنْكَرِ وَ حِياطَةِ الْإِسْلامِ وَانْتِقاصِ الْباطِلِ وَ إِذْلالِهِ وَ نُصْرَةِ الْحَقِّ وَ إِعْزازِهِ وَ إِرْشادِ الضّآلِّ وَ مُعاوَنَةِ الضَّعِيفِ وَ إِدْراكِ اللَّهِيفِ امِينَ يا رَبَّ الْعالَمِينَ
    Fani bəndə: Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.
    Fəsil
    Bu fəsildə (hissədə) Əmirəl-möminin Əli əley¬his-salamın hikmətli söz və nəsihətləri toplanıb və ona, o Həzrətdən soruşulmuş bəzi sualların ca¬vabları və nəzərdə tutduğu şeylər barəsində bəyan etdiyi qısa kəlamları əlavə edilib.
    1
    İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar ba¬rə¬sin¬də) bu¬yurmuşdur:
    Fitnə-fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan son¬ra doğduğu balasına süd verən) erkək dəvə balası kimi ol.(Fitnə-fəsad zamanı elə hərəkət et ki, fitnə törətmək istəyənlər sənin can və malına tamah salmasınlar. Əlbəttə, bilmək lazımdır ki, bu, müharibə və döyüş Əbdülməliklə İbn Zübeyrin və ya Həccac ibn Əş'əsin fitnələri kimi iki azğın və azdırıcı başçı arasında olan zaman üçündür. Cəməl və Siffeyn müharibələri kimi onlardan biri haqq, digəri batil olanda isə mövcud qarşıdurma fitnə sayılmır və haqq tərəfə birləşərək onun yolunda mal və canı qurban vermək vacibdir. )
    2
    İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyur¬muşdur:
    Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş kəs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünü əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.(Çünki həmin şey çox vaxt onun məhvinə və həlakına səbəb ola bilər. Belə adam özünə heç bir məqam və dərəcə nəzərdə tutmayıb. )
    3
    İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq və acizliyin məzəmməti və səbrlilik, zahidlik və günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:
    Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam və dərəcəyə çatmaq şücaət və cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq və nadanı natiqləşdirir). Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir). Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya və onun malına möhtac deyil.) Günah¬lardan uzaqlıq (ilahi əzab mü¬qabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pərhizkarlıq da onu dünya və axirət çətinliklərindən xilas edir.)
    4
    İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm, gözəl xasiyyət və təfəkkürün mədhində) buyurmuşdur:
    İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah və əmin-amanlıqda saxladığı kimi, Allahın istədiyi şeyə razı olan şəxs də rifah və əmin-amanlıqda olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edib). Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir və ziyanının görür).
    5
    İmam Əli əleyhis-salam (sir saxlamaq, gülərüzlülük və çətin¬liklərə qatlaşmağın mədhində) bu¬yurmuşdur:
    Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. (Ağıllı şəxs yadı öz sirrindən xəbərdar etməz.) Gülərüzlülük və yaxşı xa¬siyyətlilik dostluq tələsidir. (Gözəl xasiyyət və gülər¬üz¬lü¬lük¬lə xalqın ürəyini ələ almaq mümkündür.) Çətinliklərə dözüb səbr et¬mək pisliklərin örtüyüdür.(Çünki əgər şəxs çətinliklər müqabilində səbrli olsa, xalq ondan razı qalaraq onun eyb və pisliklərinə göz yumar. Yaxud onun təmkinliliyi ilə eybləri aşkar, nadanlıqları faş olmaz. ) (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Nəql edilib ki, o Həzrət əleyhis-salam bu mətləbin yozumunda həmçinin belə buyurmuşdur: Sülh və barışıq eybləri örtməkdir.(Əgər iki nəfər arasında vuruşma yerinə sülh və barışıq bərqərar edilsə xalq onların pisliklərindən xəbərdar olmaz. «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində həmin kəlam «الْمُسالَمَةُ خِباءُ الْعُيُوبِ» şəklində, yəni, «sülh və barışıq eyblərin örtüyüdür» yazılıb.Çünki vuruşan tərəflər döyüş zamanı bir-birlərinin eyblərinin üstünü açırlar və əgər sülh və barışıq etsələr bir-birlərinin eybləri barəsində də danışmazlar. )
    6
    İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək və bəxşiş etməyin faydaları və hər kəsin öz əməlinin savab və cəzasına çatacağı barəsində) buyurmuşdur:
    Özündənrazı kimsəyə qəzəb edən çox olar. (Çünki özündən razı olan kimsə xalqı xar sayar və buna görə də hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır.[(Çünki sədəqə insanın qəlbini onu verənə yönəldir və o, Allahın dərdi ondan uzaqlaşdırmasına səbəb olur. Buna görə də Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «داوُوا مَرْضاكُمْ بِالصَّدَقَةِ» «Xəstələrinizi sədəqə verməklə müalicə və dərman edin.» ) Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq.(Çünki axirət hər bir gizlin şeyin aşkar olunaraq göründüyü müşahidə diyarıdır, necə ki, Allah-təala Qur’ani-Kərimin Ali-İmran surəsinin 30-cu ayəsində buyurmuşdur: «يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا» «O gün hər kəs etdiyi yaxşı və pis əməlləri, qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır (ki, ey kaş onları etməmiş olaydı).»)
    7
    İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:
    Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb) ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!
    8
    İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyur¬muşdur:
    Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara (nisbət) verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. (Biri imkanlı olanda və bir məqama çatanda dünyapərəstlər onun üçün yaxşılıqlar uydurarlar. Yoxsul və imkansız olanda isə onun öz kamilliklərini də yaddan çıxararlar.)
    9
    İmam Əli əleyhis-salam (xalqla mehriban davranmağın faydası barəsində) buyurmuşdur:
    İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 763 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024