İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5

    10
    İmam Əli əleyhis-salam (düşməni bağışlayaraq onun günah¬la¬rından keçmək barəsində) buyurmuşdur:
    Düşmənini ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin (bu nemətin) şükrü et.(Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət edilib ki: Qiyamət günü bir carçı uca səslə car çəkəcək ki, kimin Allahın öhdəsində savab və mükafatı varsa ayağa dursun. Həmin vaxt başqasının təqsirindən keçənlərdən başqa heç kəs ayağa durmayacaq. Məgər Allah-təalanın (Şura surəsinin 40-cı ayəsindəki) «فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ» «bununla belə hər kəs düşməninə güzəşt edib onunla öz arasını düzəltsə, onun mükafatı Allahın öhdəsinədir» buyuruğunu eşitməmisiniz? )
    11
    İmam Əli əleyhis-salam (dostu olmamaq və dostu itirməyin məzəm¬mətində) bu¬yurmuşdur:
    İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. (Çünki dost tapmaq onu qoruyub saxlamaqdan daha asandır.)
    12
    İmam Əli əleyhis-salam onunla birlikdə (düşmənə qarşı) vu¬ruş¬maqdan kənara çəkilmiş şəxslər(Abdullah ibn Ömər ibn Xəttab, Sə'd ibn Əbu Vəqqas, Səid ibn Əmr ibn Nəfil, Usamə ibn Zeyd, Məhəmməd ibn Muslimə, Ənəs ibn Malik, Əbu Musa Əş'əri, Əxnəf ibn Qeys və onlar kimilər (nəzərdə tutulur). )barəsində bu¬yur¬muşdur:
    Haqq ilə (İmam əleyhis-salamla) yoldaşlıq etmədilər və batilə (Müaviyəyə) kömək göstərmədilər.(Məqsəd budur ki, batilə yardım edənlərin bəhanələri var, amma bitərəf qalanların heç bir üzr və bəhanələri yoxdur. Yaxud məqsəd budur ki, haqdan bir nişanə və batildən bir əlamətləri olmayanların vücudları tamamilə boş və əbəsdir. Yaxud da məqsəd budur ki, onlar bədbəxtlik və azğınlıqda batilə yardımçı olan Əmr ibn Asa və digərlərinə çatmamışdılar.)
    13
    İmam Əli əleyhis-salam (Allahın nemətlərinə şükr etməyə həvəs¬ləndirərək) buyurmuşdur:
    Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın.(Az nemətə çatanda şükr edin ki, onun daha çoxuna çatasınız. Allah-təala Qur'ani-Kərimin İbrahim surəsinin 7-ci ayəsində belə buyurur: «لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ» «Əgər (Mənə) şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz Mənim əzabım, həqiqətən şiddətlidir (və ona düçar olacaqsınız)!» )
    14
    İmam Əli əleyhis-salam (Allahın köməksizlərə yardım etməsi barəsində) buyurmuşdur:
    (Qardaş, əmi, dayı kimi) çox yaxın qohumların tərk etdikləri şəxsə (onun köməyinə) çox uzaq olan yad çatar. (Allah adamlar göndərər ki, onu tək qoymasınlar.)
    15
    İmam Əli əleyhis-salam (fitnə və bəlaya düçar olmuş kəslər barəsində) buyurmuşdur:
    Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz.(Çünki ola bilər ki, insan məcburiyyət və naçarlıq üzündən onlara düçar olub. Buna görə də o, məzəmmət edilməməlidir, çünki bunun heç bir xeyri yoxdur. Əksinə, ona kömək edilməli, yardım göstərilməlidir, yaxud barəsində dua edilməlidir ki, düşdüyü vəziyyətdən çıxa bilsin. )
    16
    İmam Əli əleyhis-salam (tədbir tökməyə və uzaqgörənliyə arxa¬lan¬mamaq barəsində) buyurmuşdur:
    İşlər qəzavü-qədərin hökmlərinə elə ram və tabedir ki, (bəzən) ölüm tədbir tökmək və uzaqgörənlikdə olur.(İnsan qəzavü-qədərin xeyir-ziyanlarından və sirlərindən xəbərdar olmadığı üçün öz tədbir və düşüncəsinə ürək qızdırmamalıdır. Çünki tədbir tökmək və düşüncənin özü ölümə səbəb ola bilər. )
    17
    İmam Əli əleyhis-salamdan (xilafəti zamanında saqqalını rəngləməməsinin səbəbini bu yolla) soruşdular ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) «qocalığı də¬yiş¬dirin (saqqalınızı rəngləyin) və özünüzü yəhudilərə oxşatmayın» buyuruğunun mənası nədir? O Həzrət buyurdu:
    Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü din (əhli) az olan zaman buyurub. Buna görə də (müsəlmanlara əmr etdi ki, saqqallarını rəngləsinlər və yəhudilər kimi olmasınlar. Çünki yəhudilər saqqallarına rəng qoymurdular. Amma) indiki zamanda ki, dinin qayışı genişlənib (İslam hər yerə yayılıb) və öz sinəsini yerə qo¬yub (qərar tutaraq möhkəmlənib) hər bir kişi öz ixtiyarındadır.(İstəyir saqqalını rəngləsin, istəyir rəngləməsin. Xülasə, bu, mübah, yəni, izn verilmiş bir işdir və vacib və ya müstəhəbb deyil. Bəli, saqqalı rəngləmək bir növ zinət və bəzəkdir, necə ki, İmam əleyhis-salam gələcək 465-ci kəlamında bu nöqtəyə toxunub.)
    18
    İmam Əli əleyhis-salam (uzun arzuların məzəmmətində) bu¬yur¬muşdur:
    Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa ölüm onun ayağını sürüşdürər (arzusuna çatmadan ölər. Buna görə də uzun-uzadı arzuların dalınca getməyin və ölümdən qafil olmayın).
    19
    İmam Əli əleyhis-salam (comərdlər barəsində) buyur¬muşdur:
    Comərdlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın (mərhəmət) əli onun əlində olur və onu (həmin sürüşkənlikdən) qaldırır.(Allah onu həmin səhv və pisliklərdən qayıtmağa nail edir. Xülasə, Allah yaxşı əməl sahiblərinə öz səhvlərini düzəltmək istiqamətində çalışmaq üçün kömək əta edir. )
    20
    İmam Əli əleyhis-salam (qorxu, yersiz utancaqlıq və fürsəti əldən ver¬məyin məzəmmətində) buyurmuşdur:
    Qorxu ziyanla yoldaşdır və utancaqlıq ümidsizliyə birləşikdir.(Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: «الْحَياءُ حَياءَانِ حَياءُ عَقْلٍ وَ حَياءُ حُمْقٍ فَحَياءُ الْعَقْلِ هُوَ الْعِلْمُ وَ حَياءُ الْحُمْقِ هُوَ الْجَهْلُ» «Həya iki növdür: əqldən olan həya və axmaqlıqdan olan həya. Əqldən olan həya elm, axmaqlıqdan olan həya isə nadanlıqdır.» Mərhum Məclisi «Biharul-Ənvar» kitabının on beşinci cildində «Kafi» kitabından bu rəvayəti nəql etdikdən sonra belə yazır: Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu buyuruğu həyanın iki növ olmasına dəlalət edir. Onlardan biri bəyənilən həyadır ki, əql və ağıllılıqdan yaranır. Belə ki, şəxs sağlam əqlin və ya şəriətin çirkin olmasına hökm etdiyi şeydən, məsələn, günahlar və nalayiq əməllərdən xəcalət çəksin. Digəri isə xoşagəlməz həyadır və o, axmaqlıq və ağılsızlıqdan yaranır. Buna misal olaraq insanın avam insanların pis hesab etdikləri, əslində isə çirkin olmayan və sağlam əqlin və şəriətin onun düzgün olmasına hökm etdiyi işdən, məsələn, elmi məsələlər barəsində sual soruşmaq və ya şər'i ibadətləri yerinə yetirməkdən xəcalət çəkməyi göstərmək olar. ) Fürsət (münasib vaxt) ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın.
    21
    İmam Əli əleyhis-salam (xilafətinin qəsb edilməsi barəsində) bu¬yurmuşdur:
    Bizim bir haqqımız (xilafətimiz) vardır (ki, onu Həzrət Peyğəmbər müəyyənləşdirib). Buna görə də əgər onu bizə versələr, alacağıq və əgər verməsələr, bu seyr və gecə səfəri uzun olsa da, dəvələrin tərkinə minəcəyik. (Uzun çəksə də, çətinliyi özümüzə asanlaşdıraraq dözümlülüyü əldən verməyəcəyik. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    İmamın bu buyuruğu, diqqət və fikrə dalmaqla başa düşülən dolğun kəlamlardandır və onun mənası budur ki, əgər bizim haqqımızı verməsələr çətinlikdə və xar olacağıq. Səbəb budur ki, arxa tərəfə minən kəs qul, əsir və ya onların dərəcəsində olan adam olur və dəvənin tərkinə belələri minir.(Xülasə, İmam əleyhis-salamın «əgər bizim haqqımızı verməsələr dəvələrin tərkinə minəcəyik» cümləsindən məqsəd budur ki, həmin qeyd edilən kəslər kimi çətinlik və əziyyət içərisində qalacağıq. Əlbəttə, İmam əleyhis-salamın buyuruğunu Seyyid Rəzi əleyhir-rəhmənin bəyanından daha dəqiq və ya dolğun olan bu şəkildə də tərcümə etmək olar ki: Xilafət bizim payımızdır. Əgər onu bizə versələr, alacağıq. Verməsələr isə çox uzansa da dəvələrin tərkinə minəcəyik və əl çəkməyib dəvənin cilovunu bir dəfəlik olaraq qəsb edənlərə tapşırmayacağıq. Ola bilər ki, İmam əleyhis-salam bu sözü Səqifə günü və ya həmin günlərdə buyurub. )
    22
    İmam Əli əleyhis-salam (gözəl əməllərə təşviq edərək) bu¬yur¬muşdur:
    Əməlinin ağırlaşdırdığı (ibadət və bəndəlik etməyərək yaxşı işlər görməyən tənbəl) kəsi məqam və dərəcəsi qoçaqlaşdırmaz.(Zahiri ad-san və böyüklük ona dünya və axirət məqamı verməz. Çünki məqam və dərəcə sonradan əmələ gələn bir şeydir. Gözəl əməlin təsiri isə zatidır və heç vaxt yox olmur. )
    23
    İmam Əli əleyhis-salam (zülmə məruz qalanları və qəmgin insan¬ları tapşırıb belə) buyurmuşdur:
    Zülmə məruz qalanın dadına çatmaq və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir. (Böyük günahların bağışlanmasına səbəb olan amillərdəndir. Çünki günahkar günah etməklə fikirləri qəmləndirib. Buna görə də gərək qəmli qəlbləri sevindirsin ki, Allah onun günahlarından keçsin.)
    24
    İmam Əli əleyhis-salam (naşükürlər barəsində) buyur¬muş¬dur:
    Ey Adəm övladı! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Rəbbinin ardıcıl olaraq sənə nemətlər əta etməsini, eyni zamanda sənin isə Ona qarşı günah və itaətsizlik etdiyini görən zaman Ondan (əzabından) çəkin. (Çünki nankorluq və naşükürlük intiqam alınmasına və cəzalandırmaya səbəb olur.)
    25
    İmam Əli əleyhis-salam (sirrin gizlin qalmaması barəsində) buyurmuşdur:
    Kim qəlbində bir şey gizlətsə bu mütləq, özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində biruzə verəcəkdir. (Məsələn, üzün rənginin saralması qorxu əlaməti, qızarması isə xəcalət çəkməyin nişanəsidir.)
    26
    İmam Əli əleyhis-salam (xəstəliklərə dözmək barəsində) buyur¬muşdur:
    Nə qədər ki, ağrın səni yola verir (əldən salmayıb), sən də onu yola ver. (Yəni, yüngül xəstəliyə görə yatağa düşmə.)
    27
    İmam Əli əleyhis-salam (zahidlik barəsində) buyurmuşdur: Zahidliyin ən gözəli onu gizləməkdir.(Çünki aşkar zahidlik riya və özünü göstərməkdən ayrı deyil. İbn Meysəm əleyhir-rəhmə burada Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir hədis nəql edib: «إِنَّ اللهَ لا يَنْظُرُ إِلى صُوَرِكُمْ وَ لا إِلى أَعْمالِكُمْ وَ لكِنْ يَنْظُرُ إِلى قُلُوبِكُمْ» «Allah sizin üz və əməllərinizə deyil, qəlblərinizə baxır.» )
    28
    İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) bu¬yurmuşdur:
    Sən (dünyaya) arxa çevirəndə və ölüm (sənə) üz tutanda (səninlə ölüm arasında) görüş və qovuşma necə də tez baş verəcək.
    29
    İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa təşviq edib) buyurmuşdur:
    (İtaətsizlikdən) uzaq olun, uzaq olun. Allaha and olsun, O, (günahları elə) gizlədib ki, sanki (onları) bağışlayıb.(Buna görə də indi ki, möhlət verib və günahların üstünü örtüb Onun qəzəbindən qorxub çəkinmək vacibdir. Gərək günah etməyib keçənlərə görə peşman olaraq tövbə edəsiniz. Çünki Onun həlimlik və səbri çox olduğu kimi cəzalandırma və əzabı da ağırdır. )
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 848 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024