İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    30
    İmam Əli əleyhis-salamdan iman haqqında soruşublar və O Həzrət (imanın və onun ziddi olan küfr və şəkkin əlamət və nişanələri barəsində) belə buyurmuşdur:
    İman dörd dirək üzərində möhkəmlənib: Səbr və dözümlülük, yəqinlik və inam, ədalət və insaf, (din yolunda) cihad və çalışqanlıq. Səbr dörd növdür: arzu, qorxu, pərhizkarlıq və intizar çəkmə. Buna görə də cənnət arzusu olan kəs nəfsi istəkləri unudar və onlara göz yumar. Oddan qorxan haram və xoşagəlməz işlərdən uzaqlaşar. Dünyada pərhizkar olan kəs qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs yaxşı və xeyirxah işlərə tələsər.
    Yəqin də dörd növdür: Zirəkcəsinə gözüaçıqlıq, həqiqətlərə çatmaq, başqalarından ibrət götürmək və keçmişlərin yolu. Zirəkcəsinə gözüaçıq olana (elm və əməldə) düz yol aşkar olar. Hikmət və düz yol aşkar olan kimsə müxtəlif hadisələrdən ibrət götürməyi öyrənər. İbrət götürməyi öyrənən kəs keçmişlərin arasında olmuş (onların vəziyyətini görmüş, işlərinin sonunu sınaqdan keçirmiş və nəticədə varlıqların başlanğıcı və sonu barəsində yəqinlik və inama malik) şəxsə bənzəyir.
    Ədalət də dörd növdür: Düzgün anlamaq üçün diqqətlilik, elmin həqiqətinə çatmaq, yaxşı hökm çıxarmaq və dözümlülüyü möhkəm saxlamaq. Buna görə də şəxs diqqət edərək düzgün başa düşsə elmin həqiqətini əldə edər. Elmin həqiqətini əldə edən kəs din qaydaları əsasında hökm çıxarar. Səbrli və dözümlü olan kəs isə öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar.
    Cihad da dörd növdür: Yaxşılıqlara əmr etmək, pislik¬lər¬dən çəkindirmək, danışıqda düzlük və pis əməl sahibləri ilə düşmənçilik. Beləliklə, hər kim yaxşı işlərə əmr etsə mömin¬lərə qoşularaq onları gücləndirib. Pis (nalayiq) işləri qa¬da¬ğan edən kəs münafiq və ikiüzlülərin burunlarını tor¬pa¬ğa sürtüb. Danışığında düz olan kəs boynunda olan şeyi ye¬ri¬nə yetirib. Kim pis əməl sahibləri ilə düşmənçilik etsə və Allaha görə qəzəblənsə, Allah da ona görə (onlara) qə¬zəb¬lənər və qiyamət günü onu şad edər (rəhmətindən bəhrələndirər).
    Küfr də dörd sütun üzərində dayanıb: (Mənşəyi əsassız şübhə və tərəddüd olan, ağıl və dərrakəndən kənar, yersiz) dərinə getmək, inadkarlıq və çəkişmə etmək (ki, o, ifrat - yəni, haqqı aşmaqdır), haqdan əl çəkmək (ki, o, təfrit - yəni, haqq barəsində başıso¬yuqluqdur), düşmənçilik və haqqa tabe olmamaq. (Yersiz) dərinə gedən kəs düz yola ayaq basmayıb. Nadanlıq üzündən çox inadkarlıq göstərib çəkişməyə düşən şəxsin haqqa qarşı kor olması həmişəlikdir. Haqdan əl götürən şəxsin yanın¬da yaxşılıq pislik, pislik isə yaxşılıq olar və o, azğınlıq sərxoşluğu ilə məst olar. Düşmənçilik edərək haqqa tabe olmayan kəsin yolları çətinləşər, işi ağırlaşar və (azğınlıq və zəlalətdən) çıxmaq yolu daralar.
    Şəkk (və tərəddüd) də dörd növdür: (Boş və nahaq yerə) söz güləşdirmək, (haqqın icrasından) qorxmaq, sərgərdanlıq və (azğınlağa) təslim olmaq (və nicat yolu istiqamətində çalışmamaq). Mübahisə və söz güləşdirməyi özünün adəti etmiş kəsin gecəsi gündüz olmaz (şəkk və tərəddüd zülmətindən yəqinlik və inam işıqlılığına çıxmaz). Qarşısındakı şeyin (cihad və haqq yolunda çalışmağın) qorxutduğu kəs arxaya qayıdar (öz işlərində bir yerə çatmaz). Kim şübhə içərisində avara və sərgərdan qalsa (və özünü yəqinlik və inamın təhlükəsiz və rahat yerinə çatdırmasa) şeytanların ayaqları onu tapdaq edərlər (şeytanlar ona hakim olaraq onu məhv edərlər). Dünya və axirəti məhv etməyə təslim olan kəs, dünya və axirətdə məhv olar. (Seyyid Rəzi-rəhiməhullah- deyir:)
    Bundan sonra da söz var idi ki, biz onu söhbətin uzun ol¬ması və bu kitabda nəzərdə tutulmuş (ixtisar) qəs¬di¬miz¬dən xaric olmaqdan qorxduğumuz üçün bəyan etmədik.
    31
    İmam Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurmuşdur:
    Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. (Çünki iş onu görəndən asılıdır. Buna görə də onu görən işin özündən üstündür.)
    32
    İmam Əli əleyhis-salam (ifrata varmaq və təfritə düçar olmaqdan çəkindirərək) buyurmuşdur:
    Bəxşiş edən ol, amma israf və yersiz həddə yox (ki, ifrat və həddi aşmaq olsun)! Mötə’dil ol və xəsis olma (ki, o, təfrit- hədd və əndəzədən aşağı haldır).
    33
    İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) bu¬yurmuşdur:
    Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (Çünki arzu insanı möhtac edir.)
    34
    İmam Əli əleyhis-salam (başqasını incitməyin ziyanı barəsində) bu¬yurmuşdur:
    Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə (düşün¬mə¬dən danışsa və ya onların meyl və istəyinə zidd bir iş görsə) onun barə¬sində bilmədikləri şeyi danışarlar. (Çünki insan birindən inciyəndə təbii olaraq onun barəsində eşitdiyini və ya yalan deməkdən çəkinmir.)
    35
    İmam Əli əleyhis-salam (uzun arzuların ziyanı barəsində) bu¬yurmuşdur:
    Arzusunu uzadan kəs əməlini pisləşdirib. (Çünki uzun arzu, axirətdən qafil olmağa və əbədi həyat səadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu və ümidvarlıq bəyəniləndir.)
    36
    İmam Əli əleyhis-salam Şama gedəndə (İraq şəhərlərindən olan) Ən¬bar şəhərinin kəndxuda və böyükləri onunla rast¬laş¬dılar və o Həzrətə təzim və ehtiram məqsədi ilə at¬la¬rın¬dan düşüb miniyinin qabağında qaçmağa başladılar. Bu zaman o Həzrət bu¬yur¬du: Bu nə iş idi ki, siz gördünüz? Dedilər: Bu bizim adəti¬miz¬dir və öz əmir və hakimlərimizə belə ehtiram göstəririk. Son¬ra o Həzrət (Allahdan başqası üçün əyilməyin məzəmmətində) bu¬yurdu:
    Allaha and olsun ki, sizin hökmdarlarınız bu işdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada əziy¬¬yətə, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. (Çünki Allah¬dan başqasının müqabilində əyilmək günahdır və əzaba səbəb olur.) Arxasınca cəza olan əziyyət (Allahdan başqası üçün əyilmək) necə də çox zi¬yanlıdır! Kənarında oddan (cəhənnəmdən) xatircəmlik olan rahatlıq (məxluqa xoş gəlmək üçün əziyyət çəkməmək) nə qədər çox xeyirlidir!
    37
    İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (öyüd verərkən) buyurmuşdur:
    Oğulcanım, məndən dörd və dörd şeyi yadında saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz.(Deyiblər ki: İmam əleyhis-salam ona görə «dörd və dörd» buyurub ki, birinci dörd şey şəxsin özünə aiddir, ikincisi isə başqaları ilə davranış barəsindədir. )(Şəxsin özünə aid olan dörd şeydən birincisi belədir:) Var-dövlətin ən üstünü ağıldır (ki, şəxs onun vasitəsi ilə dünya və axirət səadət və xoşbəxtliyini əldə edir). (İkincisi:) Ən böyük yoxsulluq ağılsızlıqdır (ki, iki dünyada da bədbəxtliyə səbəb olur). (Üçüncü:) Ən böyük qorxu xudpəsənd¬likdir (ki, belə olan şəxs heç kəslə ünsiyyətdə olmur və bu səbəbdən hamı onunla düşmən olur və o, həmişə qorxu içində olur). (Dördüncü:) Ən üstün böyüklük xoşxasiyyətlilikdir. (Çünki xoşxasiyyət olan kəs hamının yanında yüksək məqama malik olur.)
    Oğulcanım, (başqaları ilə davranış barəsində olan dörd şeydən birincisi budur:) axmaqla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir vermək istəyər, amma ziyan vurar. (Çünki axmaq xeyirlə ziyanın yerlərini bir-birindən ayıra bilmir.) (İkincisi:) Xəsis adamla dostluq etməkdən çəkin. Çünki o, (xəsislik və simicliyinə görə) çox ehtiyacın olan şeyi səndən əsirgəyər. (Üçüncüsü:) Pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o, səni lap az şeyə satar. (Çünki öz səadətini az şeyə görə əldən vermiş kəs səni, əlbəttə ki, daha az qiymətə satacaqdır.) (Dördüncüsü:) Çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o, uzağı yaxın və yaxını uzaq edən ilğım (hamar yerdə su kimi nəzərə çarpan suya bənzər görüntü) kimidir (öz nadürüst məqsədlərini həyata keçirmək üçün çətin işi asanlaşdırar, asan işi isə çətinləşdirər).
    38
    İmam Əli əleyhis-salam (vacibi əməllərə əhəmiyyət vermək barəsində) buyurmuşdur:
    Müstəhəbbi əməllər vacibata zərər yetirəndə onların vasitəsi ilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil.(Çünki vacibi əməllərin yerinə yetirilməsində səhlənkarlıq edən kəs itaətsizlik edib və buna görə, cəzalandırılacaqdır. İtaətsizlik edən kəs əslində Allaha yaxınlaşmayıb, çünki yaxınlaşmaq itaətsizliklə, bir araya sığmır. )
    39
    İmam Əli əleyhis-salam (axmağın məzəmmətində) bu¬yur¬muş¬dur:
    Ağıllı adamın dili qəlbinin arxasındadır. (Ağıllı adam əvvəl deyəcəyi şeyin yaxşı və pis cəhətlərini öz ağlı ilə ölçür və sonra deyir.) Axmağın isə qəlbi dilinin arxasındadır. (Ağılsız adam başa düşmədən istədiyini deyir və onun düz və ya səhv, xeyirli və ya ziyanlı olması barəsində sonra fikirləşir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlam gözəl və ürəyəyatan mənalardandır. Məqsəd budur ki, ağıllı adam düşüncəsi ilə məsləhətləşmə aparıb onun müsbət rəyini almadan dilini buraxmır (söz danışmır). Ağılsızın dilinin çölə ötürdükləri və düşünül¬məmiş danı¬şıqları isə, işin aqibəti barəsində fikrə və dərin düşüncəyə mü¬raciət etməyi ötür. Buna görə də sanki ağıllı adamın dili qəlbinə, ağılsız adamın isə qəlbi dilinə tabedir. Bu məna o Həzrət əleyhis-salamdan başqa sözlə də nəql edilib və həmin kəlam belədir: «Axmağın qəlbi ağzında, ağıllı adamın dili qəlbindədir.» Hər iki kəlamın mənası eynidir.
    40
    İmam Əli əleyhis-salam səhabələrindən biri xəstə olan zaman (xəstəliyin günahların bağışlanmasına səbəb olması barəsində) ona buyurmuşdur:
    Allah sənin xəstəliyini, günahlarının silinməsi (üçün səbəb) edib. Buna görə də xəstəlik üçün savab yoxdur. Amma (insanı üzgün və zəif etdiyi və o, belə bir vəziyyətdə tövbə edib Rəbbinə doğru döndüyü, günah və itaətsizliyindən peşman olaraq onları tərk etmək qərarına gəldiyi üçün) günahları aradan aparır və onları yarpaqların (ağacdan) tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda və əl və ayaqla olan əməllərdədir. (Xəstəlik nə danışmaqdır və nə də əməl.) Nöqsan sifətlərdən pak və uzaq olan Allah, bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edir.(Buna görə də kimsə xəstəlikdə dözümlü və gözəl batinə, pak qəlbə malik olsa, ola bilər ki, Allah əl və ayaqla əməl olmadan onu bağışlasın. ) (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Deyirəm: İmam əleyhis-salam xəstəlik üçün savab olmamasını düz buyurub. Çünki xəstəlik əvəzi olan şeylər qismindədir. Ona görə ki, əvəz Allah-təalanın bəndələrə verdiyi dərd, xəstəlik və bu kimi şeylər müqabilindədir. Savab isə bəndənin iş və əməli müqabilindədir. Deməli, əvəzlə savab arasında fərq var və İmam əleyhis-salam dərin elm və dolğun nəzəri ilə onu açıqlayıb.
    41
    İmam Əli əleyhis-salam Xəbbab ibn Ərətt(O, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin yaxşılarından və ilkin mühacirlərin alim simalarından olub. Bədr və ondan sonrakı müharibələrdə Həzrət Peyğəmbərlə birgə olub və 37 və ya 39-cu hicri ilində yetmiş üç yaşında Siffeyn və Nəhrəvan müharibələrində Həzrət Əmirəl-mömininlə bir yerdə iştirak etdikdən sonra Kufədə dünya evi ilə vidalaşıb. İmam əleyhis-salam ona namaz qılıb və o, Kufənin kənarında dəfn edilib. O, Kufənin kənarında dəfn edilmiş ilk şəxsdir. Ondan qabaq camaat ölülərini evlərində və ya evlərinin qabağında dəfn edirdi. Xülasə, burada o Həzrət onun xoşbəxtliyi və gözəl sifətləri barəsində buyurur. ) barəsində buyurmuşdur:
    Allah Xəbbab ibn Ərətti bağışlasın ki, o, İslamı (ikrah və məcburiyyətlə deyil) rəğbətlə qəbul etmişdi və itaətkarlıq üçün vətənindən hicrət etdi (və Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gəldi). (Dünya malından) keçinəcək miqdara qane oldu. Allahdan (Onun verdiyi rahatlıq, çətinlik, xəstəlik və sağ¬lam¬lıq¬dan) ra¬zı və məmnun idi. Mücahid yaşadı (bütün həyatı boyu Al¬lah yo¬lunda cihad etdi). (Sonra onu tərifləyərək buyurur:) Xoş o ada¬mın ha¬lına ki, məad və dönüş yerini yadına salır, (həmin gün¬də ola¬caq) hesab və sorğu üçün iş görür, gündəlik keçinəcəyi miqdar ruziyə qa¬ne olur və Allahdan (Onun verdiyindən) razı və məm¬nun¬dur.
    42
    İmam Əli əleyhis-salam (mömin və münafiq barəsində) bu¬yur¬muşdur:
    Əgər bu qılıncımla möminin burnunu kökündən vur¬sam ki, mənimlə düşmən olsun, düşmənçilik etməyəcək. Həmçinin əgər bütün dünyanı (dünya malının hamısını) mü¬na¬fi¬qin başına töksəm ki, məni (həqiqətən) sevsin, sevməyəcək. Bu ona görə belədir ki, (ilahi hökm bu cür) verilib və təhsil görməmiş Peyğəmbərin (səlləllahu əleyhi və alih) dilində belə cari olub ki: «Ya Əli! Mömin səninlə düşmən olmaz və münafiq səni sevməz.»
    43
    İmam Əli əleyhis-salam (özündən razılığın məzəmmətində) bu¬yur¬muşdur:
    Allah yanında, səni qəmləndirən pis iş (məsələn yalan danışıb sonra ondan peşman olmağın) səni məğrurluq və öyünməyə vadar edən yaxşılığından (məsələn namaz qılmaq və ya oruc tutmaqdan) daha yaxşıdır. (Çünki peşmançılıq günahı aradan aparır. Amma yaxşı iş görüb məğrur olmaq həmin yaxşılığı məhv edən günahdır.)
    44
    İmam Əli əleyhis-salam (gözəl sifətlər barəsində) bu¬yur¬muşdur:
    İnsanın qədir-qiyməti onun himməti miqdarındadır. (Buna görə də əgər himməti böyük olsa hörmətli və əziz, himməti az olsa isə xar və zəlil olar.) Düzlüyü isə comərdliyi miqdarın-dadır.(Çünki comərdlik insanın layiqli və münasib olan şeyləri yerinə yetirməsinə və çirkinliklərdən - ki, yalan da onlardan biridir - çəkinməsinə səbəb olur. Buna görə də onun doğruçuluğunun miqdarı comərdliyindən bilinir. ) Həmçinin onun şücaət və cəsurluğu şərəfinin qədərində, çirkin və nalayiq işləri ar bilməsi miqdarındadır. (Deməli, çirkin işi hər nə qədər çox ar bilsə şücaət və cəsurluğu da bir o qədər çoxdur.) Eləcə də namus və isməti qeyrəti qədərdir.(Buna görə də onun qeyrəti, yəni, ona aid olmayan şeydə başqası ilə müştərək istifadəni ar bilməsi hər nə qədər çox olsa, bir o qədər namusludur. Çünki insanı şəhvətin arxasınca düşməkdən və digər çirkin işlərdən saxlayan və onu namuslu edən onun qeyrətidir. )
    45
    İmam Əli əleyhis-salam (qələbə barəsində) buyurmuşdur:
    Qələbə uzaqgörənliklədir. Uzaqgörənlik fikri işə salmaqladır. Fikir isə sir və gizli şeyləri qorumaqladır. (Deməli, öz gizlin sirrini faş edən kəs rəy və fikrini qorumayıb və uzaqgö¬rənlikdən xaric olub və nəticədə məqsədinə çatmayacaq.)
    46
    İmam Əli əleyhis-salam (comərd və alçaq adam barəsində) buyurmuşdur:
    Səxavətli və comərd şəxsin ac (möhtac) olanda hücum etməsindən qorxun. (Çünki belə olan halda, xalqın etinasızlığı onu qıcıqlandırır və o, onlara hakim olub intiqam almaq üçün özünü təhlükəyə atır.) Həmçinin alçağın tox olandakı (varlanandakı) hücumundan çəkinin. (Çünki varlılıq onu arzusuna çatdırar və o, təbiətinə uyğun olaraq əli altında olanlara əziyyət verər, incidər onları.)
    47
    İmam Əli əleyhis-salam (könüllərin ələ alınması barəsindəki tapşırığında) buyurmuşdur:
    İnsanların qəlbləri hürkəkdir (bir-birləri ilə tanış deyildirlər). Buna görə də kim (yoldaşlıq, yaxşılıq və dostluq ilə) onları ələ alsa, ona üz tutarlar.
    48
    İmam Əli əleyhis-salam (dünya üzünə gülən şəxs barəsində) buyurmuşdur:
    Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır (dünya sənə yardır), eyibin (gözlərdən) gizlin qalar.(Buna görə də şahların və böyük adamların çirkinlik və nöqsanları onlar ölənə kimi və ya dünya onlardan üz çevirənə kimi, çox olsa da, heç deyilmir. )
    49
    İmam Əli əleyhis-salam (əfv etmək barəsində) buyurmuşdur:
    İnsanların əfv etmək və bağışlamağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlarıdır. (Çünki əfv etmək qüdrətdən asılıdır. Buna görə də zəifin əfv etməsi mənasızdır.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 851 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024