İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    50
    İmam Əli əleyhis-salam (səxavətin mənası barəsində) buyur¬muşdur:
    Səxavət və (layiq olan kimsəyə bir şey) bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən (istəyən şəxsin və ya xalqın töhmətindən) qurtulmaqdır.
    51
    İmam Əli əleyhis-salam (bəzi sifətlər barəsində) buyur¬muşdur:
    Ağıl kimi sərvət yoxdur. (Çünki ağıl dünya və axirət səadəti və xoşbəxtliyini qazanmaq yolunu göstərir.) Nadanlıq kimi yoxsulluq yoxdur. (Çünki nadan hər bir şeyin əldə edilməsi üçün başqasından soruşmağa möhtacdır. İnsanı nalayiq və xoşagəlməz işlərdən saxlayan) ədəb kimi miras yoxdur.(Çünki ölən şəxsdən məşəqqət və əzab-əziyyətsiz çatan şey əldən çıxandır. Amma ədəb həmişə insanla birlikdədir) Məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur. (Çünki düzgün fikir məsləhətləşmə ilə əldə edilir.)
    52
    İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:
    Səbr iki cürdür: (Biri) bəyənmədiyin şeyə səbr etmək (ki, bu növ səbr şücaət və cəsurluqdur) və (digəri) sevdiyin şeyə səbr etmək (ki, bu cür səbr namus və ismətdəndir).
    53
    İmam Əli əleyhis-salam (varlılıq və yoxsulluq barəsində) buyur¬muşdur:
    Varlılıq (insan üçün) qürbətdə vətəndir. (Çünki ona görə hamı adamla dostluq və tanışlıq edir.) Yoxsulluq isə vətəndə də qürbətdir. (Çünki onun nəticəsində hamı adamdan uzaqlaşır.)
    54
    İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyur¬muşdur:
    Qənaət tükənməz sərvətdir. (Çünki qənaət etmək, eləcə də əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rə¬hi¬mə¬hul¬lah-deyir:)
    Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir
    55
    İmam Əli əleyhis-salam (sərvətin ziyanı barəsində) buyur¬muşdur:
    Sərvət şəhvət və nəfsi istəklərin özəl və təməlidir. (Çün¬ki sərvət nəfsi istəklərə çatmağa imkan yaradır.)
    56
    İmam Əli əleyhis-salam (öyüd verən kəs barəsində) buyur¬muşdur:
    Səni (pisliklərdən qorxudaraq) çəkindirən kəs, səni (xeyir və yaxşılığa) müjdələyən şəxs kimidir. (Çünki şər’i dəf etmək xey-irdir.)
    57
    İmam Əli əleyhis-salam (düşünmədən danışmağın ziyanı ba¬rə¬sində) buyurmuşdur:
    Dil yırtıcıdır (yırtıcı heyvan kimidir) ki, əgər özbaşına buraxılsa (düşünmədən və ağlın rəhbərliyi olmadan istədiyini desə, sahibini) parçalayar (məhvinə səbəb olar).
    58
    İmam Əli əleyhis-salam (arvadın məzəmmətində) buyur¬muş¬dur:
    Arvad əqrəbdir (onun kimi əziyyətedicidir) ki, sancmağı (onunla əlaqədə olmaq) şirindir.
    59
    İmam Əli əleyhis-salam (yaxşı işə əvəz vermək barəsində) buyurmuşdur:
    Biri sənə salam verəndə sən (onun cavabında) ondan yaxşı salam ver. Sənə ehsan və yaxşılıq ediləndə sən ona ondan artıq əvəz və mükafat ver, (yaxşılığın əvəzini daha artıq yaxşılıqla çıx) hərçənd ki, fəzilət və üstünlük yaxşılığı ilk edənə məxsusdur.(Bu kəlam «Nəhcül-Bəlağə»nin bütün nüsxələrində yoxdur. Amma bizim qəsdimiz onun kamil bir nüsxəsini hazırlamaq olduğu üçün onu İbn Əbil Hədidin nüsxəsindən və digər qədimi bir əlyazma nüsxədən nəql etdik.  )
    60
    İmam Əli əleyhis-salam (vasitəçiliyin xeyri barəsində) buyur¬muşdur:
    Vasitəçi və ağız açan, (başqasından bir şey) istəyənin qanadıdır (onun üçün quşun, vasitəsi ilə öz istədiyinə nail olduğu qanadı kimidir).
    61
    İmam Əli əleyhis-salam (qəflət barəsində) buyurmuşdur:
    Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir (və xəbərsizdir ki, birdən məsafə qət olunar və həmişə olacaqları yerə çatarlar və carçı car çəkər ki: düşün və yüklərinizi açın).
    62
    İmam Əli əleyhis-salam (tənhalığın ziyanı barəsində) buyur¬muşdur:
    Dostları əldən vermək qürbətdir. (Çünki bu, vətəndən uzaq düşmək kimidir.)
    63
    İmam Əli əleyhis-salam (nalayiq insanlardan minnət götürməmək barəsində) buyurmuşdur:
    Ehtiyacın təmin edilməməsi onu ləyaqətsiz adamdan istəməkdən daha asandır. (Çünki onun təmin edilməməsi qəm-qüssəyə səbəb olur. Amma onu ləyaqətsiz adamdan istəmək təmin edilib-edilməməsindən asılı olmayaraq xəcalətliliyə səbəb olur.)
    64
    İmam Əli əleyhis-salam (bəxşiş barəsində) buyurmuşdur:
    Azı bağışlamaqdan utanma. Çünki ümidsiz qoymaq ondan da azdır (və utanmağa daha layiqdir).
    65
    İmam Əli əleyhis-salam (iffətlilik və şükr etmək barəsində) buyurmuşdur:
    İffət yoxsul və kasıbın zinət və bəzəyi, (Allahın nemətlərinə) şükr etmək isə varlının yaraşığıdır.
    66
    İmam Əli əleyhis-salam (arzular barəsində) buyurmuşdur:
    İstədiyinə çatmayanda hər nə cür olsan qəmlənmə. (Çünki çatılmayan şeyə görə qəmlənmək ağılsızlıqdır.)
    67
    İmam Əli əleyhis-salam (nadanın məzəmmətində) buyur¬muşdur:
    Nadanların hamısı ya ifratçıdırlar (öz hədd və əndazələrini aşırlar), ya da çox süst və səhlənkar (ki, öz hədd və əndazələrinə çatmırlar).
    68
    İmam Əli əleyhis-salam (ağılın nişanəsi barəsində) buyur¬muşdur:
    Ağıl kamilləşən zaman (kamal həddinə çatanda) danışıq azalar. (Çünki ağlın kamilliyi bədən qüvvələrinin qorunub saxlanmasına hakim olmağı tələb edir. Buna görə də o, heç vaxt yersiz danışmır.)
    69
    İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:
    Dünya bədənləri köhnəldir (qocaldır), (rahatlığın azlığı ilə) arzuları yeniləşdirir, (öz gərdişi ilə) ölümü yaxınlaşdırır və (ölümün yaxınlaşması ilə) arzuları uzaqlaşdırır. Dünyaya qalib gələn (onun malını əldə edən, onları qoruyaraq artırmaq üçün) əziyyətə düşdü, onu tapmayan isə (malik olmadığı üçün) çətinliyə düçar oldu. (Xülasə, dünya həm kamına çatan, həm də çatmayan üçün əzab-əziyyət diyarıdır. Buna görə də ağıllı adam ona ürək bağlamaz və aldanmaz.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 760 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024