İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    90
    İmam Əli əleyhis-salam (fitnədən Allaha pənah aparmaq barəsində) buyurmuşdur:
    Heç biriniz «Allahım! Fitnə və imtahandan Sənə pənah aparıram» deməməlidir. Çünki fitnəyə düçar olmayan şəxs yoxdur. Lakin pənah aparan kəs gərək (haqq yoldan) azdıran fitnələrdən pənah aparsın. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Ənfal surəsinin 28-ci ayəsində) buyurur: «وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلادُكُمْ فِتْنَةٌ» «Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər.» Bunun mənası budur ki: Nöqsan sifətlərdən pak və uzaq olan Allah onları var-dövlət və övladları ilə imtahana çəkir ki, ruzisinə qəzəblənən və öz qismətinə razı olan bəlli olsun, hərçənd ki, eyb və nöqsanlardan pak olan Allah onlardan, onların özündən də çox xəbərdardır. Amma imtahan ona görədir ki, savab və cəzaya layiq əməllər (onların özləri vasitəsi ilə) aşkar olsun. Çünki onların bəziləri oğlan uşağını çox istəyir, qızdan isə xoşları gəlmir, bəziləri var-dövləti çoxaltmağı sevir və onun azalmasından narahat olurlar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlam o Həzrətdən təfsirdə (və bu mübarək ayənin bəyanında) eşidilmiş heyranedici sözlərdəndir.
    91
    İmam Əli əleyhis-salamdan xeyir və yaxşılığın nə olmasını soruşdular. O Həzrət (onun təfsirində belə) buyurdu:
    Xeyir və yaxşılıq var-dövlət və övladının çox olması deyil. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbrliliyin böyüsün və Rəbbinə itaət və bəndəlik etməyin nəticəsində xalq arasında başuca olasan. Beləliklə, yaxşılıq edəndə Allaha şükr edəsən və pis iş görəndə Allahdan bağışlanmaq istəyəsən. Dünyada iki şəxsdən - etdiyi günahların əvəzini tövbə etməklə çıxan və (az olsa da) Allahın bəyəndiyi işləri yerinə yetirməyə tələsən kəsdən - başqa heç kəs üçün xeyir və yaxşılıq yoxdur. Təqva və pərhizkarlıqla yerinə yetirilən iş az deyil. Qəbul edilən əməl necə az ola bilər?
    92
    İmam Əli əleyhis-salam (itaət və bəndəliyin fəziləti barəsində) buyurmuşdur:
    İnsanların peyğəmbərlərə ən layiqli və yaxını onların (Allah-təala tərəfindən) gətirdiklərinə daha çox alim olanlarıdır.(Çünki peyğəmbərlərə layiqlilik və yaxınlıq itaət və bəndəliklə olur. İtaət və bəndəlik isə onların Allah tərəfindən gətirdikləri hökmləri bilməklə mümkündür. ) Sonra İmam əleyhis-salam (Ali İmran surəsinin 68-ci ayəsi olan bu ayəni) oxudu: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ» «İnsanların İbrahimə ən yaxını onun, bu Peyğəmbərin (Həzrət Mustafaya - səlləllahu əleyhi və alih-) və (o Həzrətə) iman gətirənlərin ardınca gedənlərdir.» Sonra buyurdu: Məhəmmədin dostu Allaha itaət edən kəsdir, hətta onun (o Həzrətlə) qohumluğu uzaq olsa belə (məsələn Salman, Əbuzər və Miqdad kimi)! Həmçinin Məhəmmədin düşməni Allaha itaət etməyən və tabe olmayan kəsdir, hətta onun yaxın qohumu olsa belə (məsələn, Əbu Ləhəb və Əbu Cəhl kimi).
    93
    İmam Əli əleyhis-salam Həruriyyədə olanlardan (Əmirəl-mömininlə müxalifət məqsədi ilə Kufə yaxınlığındakı Hərura səhrasında toplaşmış Nəhrəvan Xəvaricinin) birinin gecə namazı qılıb Qur’an oxuduğunu eşidəndən sonra (zəmanə imamını tanımadan ibadətin faydasız olması barəsində) buyurmuşdur:
    (Zəmanə imamı və haqq xəlifəyə) yəqinlik və inamla olan yuxu şəkk və tərəddüdlə namaz qılmaqdan daha yaxşıdır.(Çünki ibadətin şəkil və keyfiyyəti barəsindəki təlimin mənbəyi və başlanğıcı, eləcə də dinin özül dirəklərindən biri zəmanə imamıdır. Buna görə də onun barəsində tərəddüddə olan şəxsin qıldığı namaz və oxuduğu Qur'an düz deyil. )
    94
    İmam Əli əleyhis-salam (hədislərdə düşünmək barəsində) buyur¬muşdur:
    Hədisi eşitdiyiniz zaman onu, kəlmələrini nəql etməklə deyil barəsində dərindən düşünməklə dərk edin. Çünki elmi nəql edənlər çox, onda düşünənlər isə azdırlar.
    95
    İmam Əli əleyhis-salam bir kişinin «إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ» «biz Allahın əmri ilə gəlmişik və Ona tərəf qa¬yı¬da¬cağıq» deməsini eşidib (onun təfsirində belə) buyurdu:
    «إِنّا لِلّه» «Biz Allahın əmri ilə gəlmişik» deməyimiz Allahın padşahlığını (və bizim Onun bəndəsi olmağımızı) etiraf etməyimiz, «وَ إِنّا إِلَيْهِ راجِعُون» «Ona tərəf qayıdacağıq» deməyimiz isə həlak olacağımızı (və ölərək qiyamətdə hazır olacağımızı) iqrar etməyimizdir.
    96
    Bir dəstə İmam Əli əleyhis-salamı üzünə təriflədi. O Həzrət (təvazökarlıq yol və üsulu barəsində belə) buyurdu:
    Allahım, Sən məni mənim özümdən yaxşı tanıyırsan və mən özümdən onlardan çox xəbərdaram. İlahi bizi onların güman etdiklərindən (təriflədiklərindən) yaxşı et və bizdən bilmədikləri (və Sənin bildiyin) şeyləri (pislikləri) bağışla.(Mə’sumlar əleyhimus-salamın istiğfar edərək bağışlanma istəmələri yetmiş yeddinci kəlamın şərhində deyildiyi kimi, ya onun yol və necəliyini xalqa öyrətmək üçündür, ya da yerinə yetirilməsi daha yaxşı olan şeyi tərk etdikləri üçün. Və bilmək lazımdır ki, bu, mə’sum şəxsin uzaq olmalı olduğu günah deyil. Şərhçi Bəhrani-rəhiməhullah -də öz şərhinin bu yerində həmin mətləbi buyurub.)
    97
    İmam Əli əleyhis-salam (ehtiyacları təmin etmək barəsində) bu¬yurmuşdur:
    Ehtiyacları üç şeydən başqa cür təmin etmək münasib deyil: (Birincisi) onu (Allahın yanında) böyüməsi üçün kiçik saymaq; (ikincisi) onu (savab zamanı) aşkar olması üçün gizli saxlamaq; (üçüncüsü, ehtiyac sahibinə) nuş və ləzzətli olması üçün yerinə yetirilməsində tələsmək.
    98
    İmam Əli əleyhis-salam (qarşıya çıxacaq bəzi hadisələr ba¬rə¬sində) buyurmuşdur:
    İnsanlar üçün elə bir dövran gələcək ki, onda şaha söz gəzdirəndən başqa heç kəs yaxın olmayacaq, pis əməlli yalançıdan başqa heç kəs zirək adlandırılmayacaq və əməli düz olan insaflıdan başqa heç kəs zəif və aciz sayılmayacaq. O zaman Allah yolunda sədəqə vermək və mal sərf etməyi cərimə (məcburi verilən mal) sayarlar, qohumlarla get-gəl edərək əlaqə saxlamağa minnət qoyarlar (məsələn, deyərlər ki, «filan-bəhmən edən mənəm») və Allaha bəndəlik etməyi xalqdan üstünlük amili hesab edərlər! (Bu pis əməllərin nəticəsində) həmin dövrdə padşahlıq (hökmranlıq) kənizlərin (səfil və avara qadınların) məsləhət və məşvərəti, uşaqların (təcrübəsiz şəhvətpərəst gənclərin) hökmdarlığı, xədimlərin (nalayiq və alçaq kişilərin) tədbiri ilə olacaq. (İbn Əbil Hədid öz şərhinin bu yerində belə yazır: İmam əleyhis-salamın bu buyuruğu qeyb xəbərlərindən və o Həzrətə məxsus möcüzələrdən biridir.)
    99
    İmam Əlinin (əleyhis-salam) əynində köhnə və yamaqlı paltar gördülər. Sonra bu barədə o Həzrətlə söhbət oldu. (Ondan bu cür paltar geyinməsinin səbəbini soruşdular.) O Həzrət (köhnə paltar barəsində belə) buyurdu:
    Qəlb onunla təvazökar, nəfsi-əmmarə (-pis işlərə əmr edən nəfs) isə ram olur və möminlər onun arxasınca gedirlər (köhnə paltar geyinməklə təvazökarlıq yolu ilə gedir və nəfsin istəklərinə etinasız yanaşırlar. Bunun müqabilində təzə və gözəl paltar insanı məğrurlaşdırır və o, haqdan qafil olaraq günaha düşür).
    100
    İmam Əli əleyhis-salam (dünya və axirət barəsində) buyur¬muşdur:
    Dünya ilə axirət bir-birinə zidd iki düşmən və bir-birindən ayrı iki yoldurlar (cənnət və cəhənnəm yollarıdırlar). Buna görə də dünyanı sevən və ona ürək bağlayan kəs axirətə düşmən olaraq onunla düşmənçilik edib (ona göz yumub). Bu iki şey şərqlə qərb kimidirlər ki, onların ikisinin arasında yol gedən şəxs birinə nə qədər yaxınlaşsa digərindən uzaqlaşar. (Dünyaya ürək bağlayan ona nə qədər çox bağlansa axirətdən bir o qədər qafil qalar. Eləcə də axirətə ürək bağlamış kəs dünyaya rəğbətsiz olar.) Onlar bu ixtilaflarından sonra bir əri olan iki arvada oxşayarlar (ki, heç vaxt bir-birləri ilə düz gəlməzlər. Çünki onların hər birinə yaxınlaşaraq dostluq etmək digərindən uzaqlaşmaq və onunla düşmən olmağa səbəb olur.)
    101
    (İmam Əli əleyhis-salamın səhabələrinin seçilmişlərindən olan) Nauf (ibn Fəzalə) Bikalidən nəql edilib ki: Bir gecə gördüm ki, Əmirəl-möminin əleyhis-salam öz yatağından qalxıb çölə çıxdı və ulduzlara baxaraq belə buyurdu: Ey Nauf, yatmısan, yoxsa oyaqsan? Dedim: Oyağam, ey Əmirəl-möminin.
    Buyurdu: Ey Nauf, dünyada zahid olub axirətə ürək bağlayanların xoş halına! Onlar yeri xalça, onun torpağını yataq və suyunu dadlı şərbət ediblər (məişət ləvazimatlarına etinasızdırlar) və (həmçinin) Qur'anı köynək (qəlbin zinət və bəzəyi) və duanı üst paltarı (hadisələrin qarşısını alan) ediblər. Beləliklə, (dünyaya rəğbəti olmayan Həzrət İsa) Məsih kimi dünyanı özlə¬rindən ayırıblar.
    Ey Nauf, Davud əleyhis-salam gecənin bu saatında (səhərə yaxın Allah-təala ilə razü-niyaz üçün) qalxaraq dedi: Bu elə bir saatdır ki, onda dəhyek toplayandan (bac alan və yolkəsəndən), xalqı zalımlara tanıtdıran və sirlərini onların yanında faş edəndən, gecə qarovulçusundan və darğanın həmkarlarından və saz, nağara və təbil çalandan başqa dua edən hər bir kəsin duası qəbul olar. (Çünki onların günahları istəklərinin rəva olmasına mane olur. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) «عَرْطَبَة» «ərtəbə» «طُنْبُور» «tunbur» (saz), «كُوبَة» «kubə» isə «طَبْل» «təbl» (təbil və nağara) məna¬sın¬da¬dır. Bəziləri isə deyiblər ki, «عَرْطَبَة» «ərtəbə» «طَبْل» «təbl», «كُوبَة» «kubə» isə «طُنْبُور» «tunbur» mənasındadır.
    102
    İmam Əli əleyhis-salam (Allahın hökmlərinə tabe olmaq barəsində) buyurmuşdur:
    Allah sizə (namaz, oruc, xums, zəkat, həcc və bu kimi) vacibatı əmr edib. Belə isə onları zay etməyin (onların yerinə ye¬ti¬ril¬mə¬sin¬də səhlənkarlıq etməyin ki, cəzalandırılarsınız). Həm¬çi¬nin sizin üçün (alver, nigah, boşanma və irs hökmləri kimi) həddlər müəyyənləş¬dirib, onları aşmayın (öz zövqünüzə uyğun hərəkət etməyin ki, biçarə olarsınız). Sizləri (zina, livat, qumar, şərab və sələm kimi) bəzi şeylərdən çəkindirib, onların hörmət pərdəsini yırtmayın (onları yerinə yetirməyin ki, dünyada ziyan görər, axirətdə isə əbədi əzaba düçar olarsınız). (Axirətə xeyri olmayan elmin öyrənilməsi kimi) Bəzi şeylərdə isə sizin üçün sükut edib. O, onları unudaraq tərk etməyib (çünki Allah unutmaq xislətindən pak və uzaqdır). Buna görə də özünüzü onları əldə et¬mək üçün çətinliyə salmayın.
    103
    İmam Əli əleyhis-salam (dinə etinasızlıq barəsində) bu¬yur¬muşdur:
    İnsanlar dünya mənfəəti əldə etmək üçün din işlərini tərk etsələr, Allah mütləq onların qarşısına ziyanı həmin xeyirdən çox olan şey çıxarar. (Çünki din işlərinə etinasızlıq Allah-təalanın rəhmindən uzaq düşməyə səbəb olur.)
    104
    İmam Əli əleyhis-salam (dini hökmlərdən xəbərsizliyin ziyanı barə¬sində) buyurmuşdur:
    Nə çox alim (sehr, hesab, nücum, astronomiya, nəsəb və bu kimi elm alimləri) ki, (onlarla məşğul olmaq nəticəsində din elminin kəs¬bindən uzaq düşüb və məsum imamlar əleyhimus-salamdan nəql edil¬miş din elminə olan) cahillik və nadanlığı onu öldürür (əbə¬di səadətdən məhrum edir) və onunla olan elm ona fayda ver¬mir.
    105
    İmam Əli əleyhis-salam (qəlb barəsində) buyurmuşudur:
    Bu insanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. O, qəlbdir. Onun xoşagələn sifətləri və onlara zidd xoşagəlməz keyfiyyətləri var: ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda (xoşagəlməz işlərdən) çəkinməyi unudar; qorxu qəflətən onu bürüyəndə (işdən) uzaq¬laşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəf¬¬lət onu oğurlayar; müsibət və kədər üz verəndə dö¬züm¬süzlük onu rüsvay edər; mal tapanda varlılıq onu itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik onu əldən salar; toxluğu çoxalıb həddini aşanda qarnının doluluğu onu zəhmətə salar. Beləliklə, hədd və normadan aşağı olan hər bir səh¬lənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıq¬lıq onu məhv edər. (Buna görə də mötədəllik və orta vəziyyəti əldən verməyib hikmət əsasında davranan hər bir qəlb həm dünya, həm də axirət mənfəəti və xeyrini əldə edər.)
    106
    İmam Əli əleyhis-salam (on iki imam barəsində) buyur¬muşdur:
    Biz (Əhli-Beyt), ortada olan söykənəcəyik.(Onun kimiyik ki, iki tərəfdən ona söykənərlər. Yəni, biz mötə’dil olan düz yoluq və xalq dünya və axirət işlərini bizdən öyrənməlidir. ) Geridə qal¬mış (bizi tanımaqda səhlənkarlıq etmiş) kəs özünü həmin söy¬kə¬nəcəyə çatdırmalıdır (ki, rahatlıq və səadət əldə etsin). Həm¬çinin həddi aşıb qabağa düşmüş (bizim barəmizdə ifrata vararaq bizi bəşər həddindən çıxaran) kəs də həmin söykənə¬cə¬yə tərəf qayıt¬malıdır (ki, azğınlıqdan nicat tapsın).
    107
    İmam Əli əleyhis-salam (hökm icra edən şəxs barəsində) buyurmuşdur:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmünü (barəsində ilahi hökm icra edilən şəxsə qarşı) mülayimlik və yumşaqlıq etməyən (yaxud ondan rüşvət tələb etməyən), (ona) təvazökarlıq göstərməyən və tamah və arzuların arxasınca getməyən kəsdən başqa heç kəs icra etməmə¬li¬dir.
    108
    İmam Əli əleyhis-salam digərlərindən çox istədiyi Səhl ibn Hüneyf Ənsari o Həzrətlə Siffeyndən (müharibədən) qayıtdıqdan sonra Kufədə vəfat edən zaman (öz dostlarının çətinlikləri barəsində) buyurmuşdur:
    Əgər məni dağ sevsə, parça-parça olub tökülər. (Seyyid Rəzi-əleyhirrəhmə deyir:)
    Bu kəlamın mənası budur ki, imtahan çətinliklərlə və imkansızlıqla onu sıxar və qəm-qüssə sürətlə ona üz tutar. Bu ancaq yaxşı əməl sahibi olan pərhizkarlar və böyük məqama malik seçilmiş insanlar barəsində olur. Bu kəlam o Həzrət əleyhis-salamın bu buyuruğu kimidir ki: «Biz - Əhli-Beyti sevən kəs gərək yoxsulluq və kədər köynəyini geyinməyə (onlara səbr etməyə) hazırlaşsın. (Yoxsulluğa səbr etməyi ona görə köynəyə oxşadıb ki, köynək bədəni örtdüyü kimi səbrlilik də yoxsulluğu gizlədir.) O Həzrətin («əgər məni dağ sevsə parça-parça olub tökülər» və ya yoxsulluq barəsindəki digər) kəlamı (kasıblıq və imkansızlıq mənasında olan zahiri mənadan) ayrı bir mənaya yozulub ki, bura onu açıqlamaq yeri deyil.(Bəlkə də, Seyyid Rəzi əleyhirrəhmənin yoxsulluq üçün demədiyi digər mənadan məqsəd, dünyaya etinasızlıq və həyatda qənaətcil və qane olmaqdır. Belə olan halda, onun mənası belə olur: «Bizi sevən kəs gərək dünya üçün çalışmasın və qənaəti öz peşəsi etsin.» Bəlkə də məqsəd qiyamət günündəki möhtaclıqdır ki, onda onun mənası belə olur: «Kim bizi sevsə gərək qiyamət gününün möhtaclığına və pərişanlığına hazır olsun», yəni, itaət və bəndəlik azuqəsi götürsün. )
    109
    İmam Əli əleyhis-salam (bəyənilən sifətlərə yiyələnməyə həvəslən¬di¬rərək məğrurluğun məzəmmətində) buyurmuşdur:
    Ağıldan faydalı heç bir var-dövlət yoxdur. (Çünki dünya və axirət səadəti ağıl vasitəsi ilə əldə edilir.) Məğrurluqdan qorxulu tənhalıq yoxdur.(Ona görə ki, məğrur şəxs xalqı özündən aşağı sayır. Xalq da ondan uzaqlaşar və nəticədə o, tək qalar. ) Tədbir tökmək və düşünmək kimi ağıl yoxdur.(Çünki düşüncə insanın hərəkət yolunu müəyyənləşdirir və möhkəmləndirir.) Pərhizkarlıq kimi comərdlik yoxdur. (Çünki pərhizkar həm Xaliqin, həm də xalqın yanında əziz və möhtərəmdir.) Gözəl xasiyyət kimi yoldaş yoxdur. (Çünki gözəl xasiyyət qəlbləri ələ alır.) Ədəb kimi miras yoxdur. (Çünki ədəb insanı sevimli edir.) Müvəffəqiyyət və bir işə nail olmaq kimi rəhbər yoxdur. (Ona görə ki, müvəffəqiyyət insanı düz və Allahın bəyəndiyi yola çəkir.) Gözəl əməl kimi ticarət və alver yoxdur. (Çünki o, əbədi səadətə səbəb olur.) (İlahi) savab kimi mənfəət yoxdur. (Çünki o, əbədi mənfəətdir.) Şübhə (naməlum şey) müqabilində özünü saxlamaq kimi pərhizkarlıq yoxdur. (Çünki şübhəli işlərə girişmək insanı haram işlərə çəkir.) Harama rəğbətsizlik kimi zahidlik yoxdur. (Çünki harama meyl göstərməmək gözəllik və paklığa səbəb olur.) Təfəkkür və uzaqgörənlik kimi elm yoxdur. (Çünki insan onun vasitəsi ilə yaradılışın başlanğıcı və sonunu dərk edir və azğınlıqdan qurtulur.) Vacibatı yerinə yetirmək kimi ibadət yoxdur. (Çünki onun savabı müstəhəbbi əməllərdən çoxdur və onu tərk etməkdə əzab və cəza var.) Həya və səbr kimi iman yoxdur. (Çünki iman bu iki şeylə kamilləşir.) Təvazökarlıq kimi yüksəklik və baş ucalığı yoxdur. (Çünki təvazökar şəxsi hamı ürəkdən sevir.) Elm kimi şərəf və böyüklük yoxdur. (Ona görə ki, elm insanın bələdçisidir.) Dözümlülük kimi izzət yoxdur. (Çünki dözümlülük baş ucalığına səbəb olur.) Məşvərət kimi möhkəm arxa yoxdur. (Çünki məşvərət işin sonunu və onun xeyir-ziyanını dərk etməyə səbəb olur.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 880 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024