İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    110
    İmam Əli əleyhis-salam (bədbinlik və nikbinlik barəsində) bu¬yurmuşdur:
    Yaxşılıq zəmanə və onun insanlarını bürüyən zaman rüsvayçılığı aşkar olmayan(Bəzi nüsxələrdə «لَمْ تَظْهَرْ مِنْهُ حَوْبَةٌ» «günahı aşkar olmayan» yazılıb. ) birinə qarşı bədbin olan kəs, ona zülm edib. Fitnə-fəsad və pozğunluq zəmanə və onun insanlarına hakim olan zaman başqasına nikbin olan şəxs isə özünü təhlükə və həlakətə atıb. (Çünki fitnə-fəsad hakim olan zəmanədə tərbiyə olunmuş və pozğun insanlarla əlaqə və ünsiyyətdə olmuş adamdan yaxşılıq gözləmək olmaz.)
    111
    İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, özünü necə hiss edirsən? O Həzrət (dünyanın çətinlikləri barəsində) buyurdu:
    Öz varlığı ilə yox olan (varlığı yoxluğa doğru çəkən), sağlamlığı ilə xəstələnən (sağlamlığı qocalıq xəstəliyinə doğru aparan) və ölümün, sığınacağında (dünyada) yaxaladığı şəxsin halı necə olar?
    112
    İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barə¬sində) buyurmuşdur:
    Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşı¬lıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər nə qədər çirkin iş görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb.(Çünki məğrurluq onu Allahın nemətlərinə və həmin nemətlərdən biri olan xalqın onun barəsində xoş sözlər danışmasına görə şükr etməkdən saxlayır və o, əzab və çətinliyə düçar olur. ) Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat və yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir.)
    113
    İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur:
    Mənim yolumda iki nəfər həlak oldu. (Biri məni sevməkdə) ifrata varan (məni vilayət məqamından daha yüksək bilən) dost və (digəri) düşmənçiliyində həddini aşan (mənim məqam və dərəcəmi inkar edən) düşmən.
    114
    İmam Əli əleyhis-salam (fürsəti əldən vermək barəsində) bu¬yurmuşdur:
    Fürsəti əldən vermək (işə münasib vaxtında başlamamaq) qəm-qüssədir (qəm və kədərə səbəb olar).
    115
    İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:
    Dünyanın misalı əl vuranda yumşaq, qarnında isə öldürücü zəhər olan ilan kimidir. Aldanmış nadan ona tərəf gedir, uzaqgörən ağıllı isə ondan uzaqlaşır.
    116
    İmam Əli əleyhis-salamdan Qureyşin (sifətləri) barəsində soruşdular (və o Həzrət belə) buyurdu: (Qureyş tayfaların¬dan olan) Bəni-Məxzum Qureyşin xoş ətirli gülüdür. (Çün¬ki kişiləri zirək və qadınları gözəldirlər.) Kişilərinin sözlərini (şirindil olduqlarına görə) və qadınları ilə evlənməyi (gözəllik¬lərinə görə) sevərsən. (Qureyşin digər bir tayfası olan) Bəni-Əbd Şəms nəzər və düşüncə baxımından Qureyşin ən uzaq¬görəni, arxalarında olan şeyin qarşısını ən yaxşı alan¬larıdır. (Hadisələrdə təkdirlər, bərabərləri yoxdur.) Amma (Qureyşin digər bir tayfası olan) biz (Bəni Haşim) əlimizdə olanları (var-dövləti) bağışlamaqda ən səxavətli və ölüm zamanı can verməkdə ən comərdik (döyüş meydanında ölməkdən qorxumuz yoxdur). Onlar (Bəni Üməyyənin də mənsub olduğu Bəni Əbd Şəms isə say baxımından) daha çox, (münasibətlərdə) daha hiyləgər və çirkinsifətdirlər. Biz (danışıqda) daha fəsahətli (dolğun və yetərli danışan), daha xeyirxah və (ünsiyyətdə olarkən) daha gülərüzük.
    117
    İmam Əli əleyhis-salam (bəndəliyə təşviq edərək) buyur¬muşdur:
    İki əməl - ləzzəti keçib gedən və ziyanı (cəzası) qalan əməl (itaətsizlik) ilə zəhməti ötüb gedən və savab və mükafatı qalan əməl (itaət və bəndəlik) arasında nə qədər də uzaq fasilə var!
    118
    İmam Əli əleyhis-salam (qəbristanlığa aparılan) bir cənazənin arxasınca gedirdi və bir nəfərin gülüş səsini eşitdi. Sonra (bəyənilən xislətlərə yiyələnməyə həvəsləndirərək) buyurdu:
    Sanki ölmək dünyada bizdən başqası üçün yazılıb. Sanki haqq (ölüm) dünyada bizdən ayrı biri üçün vacib olub. Sanki (hər gün getdiklərini) gördüyümüz ölülər, tezliklə bizə tərəf qayıdacaq müsafirlərdir! Onları qəbrlərinə qoyur və var-dövlətlərini yeyirik. Biz onlardan sonra əbədi qalacağıq kimi öyüd verənləri (ölən kişi və qadınları) unutmuşuq və hər cür bəla və ziyana düçar olmuşuq. Xoş o adamın halına ki, nəfsi ram olub (təvazökralığı özünə peşə edib), əməl və hərəkətləri pak və layiqli, niyyəti (etiqadı) bəyənilən və xasiyyəti gözəl olub; mal və var-döv¬lə¬ti¬nin artığını (Allah yolunda ehtiyacı olanlara) bağışlayıb, dilini çox danışmaqdan saxlayıb (yersiz danışmayıb), pisliyini ca¬maat¬¬dan uzaqlaşdırıb (onları incitməyib), sünnə (Həzrət Peyğəmbərin davranış üsulu) ona ağır gəlməyib və bid’ətə nis¬bət verilməyib. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Deyirəm: Bəziləri bu kəlamı, eləcə də bundan qabaqkı kəlamı Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət veriblər.
    119
    İmam Əli əleyhis-salam (qeyrət barəsində) buyurmuşdur:
    Qadının (kişiyə) qeyrəti küfrdür. (Çünki onun belə bir qeyrətə malik olması kişinin iki və ya daha artıq arvad almasını haram bilməyə səbəb olur, halbuki Allah onu halal edib.) Kişinin (qadına) qeyrəti isə imandır. (Çünki bu, iki kişinin bir arvadda şərik olmalarını haram bilməyə səbəb olur və bunu Allah da haram edib.)
    120
    İmam Əli əleyhis-salam (həqiqi İslam barəsində) buyur¬muşdur:
    İslamı elə vəsf edim ki, məndən qabaq heç kəs (elə) vəsf etməmiş olsun: İslam (Allah və Peyğəmbərin göstərişlərinə) təslim olmaqdır. Təslim olmaq (onlara) inanmaqdır. İnan¬maq (onları) qəbul etməkdir. Qəbul etmək (onları) eti¬raf və təsdiq etməkdir. Etiraf və təsdiq etmək (onları) ye¬rinə yetirməyə hazır olmaqdır. Yerinə yetirmək (onlara) əməl etməkdir. (Deməli, əslində İslam Allah və Peyğəmbərin gös¬tərişlərinə əməl etməkdir.)
    121
    İmam Əli əleyhis-salam (çirkin xasiyyət və nalayiq əməllərin məzəmmətində) buyurmuşdur:
    Xəsis və simic şəxsə təəccüb edirəm ki, qaçdığı yoxsulluq və kasıblığa doğru tələsir (çünki əlində olandan bəhrələnmir. Buna görə də yoxsullarla birdir), axtardığı varlılığı əldən çıxarır (ona görə ki, mal və sərvətindən istifadə etmir). Beləliklə, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla varlılar kimi hesab çəkəcəklər. (Çünki yığılanların hesabını vermək lazımdır.) Dünən nütfə olmuş, sabah isə leş olacaq (və əgər cəsədinin üstündən torpağı götürsələr üfunətindən hamı qaçan) təkəbbürlü adama təəccüb edirəm. Allahın yaratdıqlarını görməsinə baxmayaraq, Allah barəsində şəkk və tərəddüddə olan kəsə təəccüb edirəm. (Axı yaradansız yaranmış necə ola bilər?!) Təəccüb edirəm o kəsə ki, ölənləri görə-görə ölümü unudur. Nütfədən yaranmanı görməsinə baxmayaraq, məadın olması və qiyamətdə təkrar qayıdış olacağını inkar edən şəxsə təəccüb edirəm. Yoxluq evini abadlaşdıran (dünya üçün çalışan), varlıq evini (axirəti) isə buraxan (onun üçün azuqə tədarük görmək fikrində olmayan) kəsə təəccüb edirəm.
    122
    İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq etməyin ziyanı barə¬sində) buyurmuşdur:
    Əməl və işində (Allaha bəndəlik etməkdə) səhlənkarlıq edən (və öz vaxtını dünyasını abadlaşdırmağa sərf edən) kəs (onu əl¬də etmək, eləcə də səylərinin nəticəsiz qalması üçün) qəm və kədərə düçar olar. Mal və canında Allahın payı olmayan kəsin Allaha yolu yoxdur. (Öz malından Allah yolunda verməyən və Allahın dininin yayılması istiqamətində çalışmayan kəs Onun rəhm və mərhəmətini gözləməməlidir.)
    123
    İmam Əli əleyhis-salam (bədənin qorunması barəsində) buy-ur¬muşdur:
    Soyuğun əvvəlində (payızda) qorunun (özünüzü yaxşı bü¬rü¬yün, çünki bədən istiyə öyrəşdiyi üçün narahat olar). Onun sonunda (ba¬harda) isə onun pişvazına gedin (özünüzü çox bürüməyin, çün¬ki bədən soyuğa öyrəşdiyi üçün heç bir ziyan görməz). Çünki soyuq, bədənlərə ağaclara etdiyini edir: onun əvvəli yandırır (ağacların yarpaqlarını tökür), axırı isə (yarpaqları) bitirir.
    124
    İmam Əli əleyhis-salam (Allahın böyüklüyü barəsində) buyurmuşdur:
    Yaradanın böyüklüyünü başa düşməyin, yaranmışları sənin gözündə kiçildər (və nəticədə yaranmışa etina etməz, həmişə öz Yaradanına üz tutar və dünya və axirət səadətini əldə edərsən).
    125
    İmam Əli əleyhis-salam Siffeyndən (Siffeyn müharibəsindən) qayıdan zaman Kufənin kənarındakı qəbristanlığa çatan¬da (pərhizkarlıq barəsində belə) buyurmuşdur:
    Ey qorxulu diyarların, kimsəsiz və otsuz-susuz yer¬lərin və qaranlıq qəbirlərin sakinləri! Ey torpaq sakin¬ləri, ey vətəndən uzaq qalanlar, ey kimsəsizlər, ey qorxulular! Siz bizim irəli getmiş qabaqcıllarımızsınız və biz sizin arxanızca gələnlərik və sizə çatacağıq. Evlərə (evlərinizə) gəldikdə, (bilin ki,) onlarda sakin oldular, arvad¬ları (arvadlarınızı) aldılar, var-dövlətləri (sizin sərvətlərinizi) bö¬lüş¬dürdülər. Bu bizim yanımızda olan şeylər barəsindəki xəbərlərdir. Bəs sizin yanınızda olan şeylərdən nə xəbər?
    Sonra üzünü yoldaşlarına tutub buyurdu: Bilin! Əgər onlara danışmaq icazəsi və əmri verilsəydi sizə xəbər verərdilər ki, (bu yolda) ən yaxşı azuqə təqva və pərhizkarlıqdır.
    126
    İmam Əli əleyhis-salam bir kişinin dünyanı məzəmmət etməsini eşidəndə (dünyanın tərifində belə) buyurmuşdur:
    Ey dünyanı məzəmmət edən ki, onun hiylələrinə al¬dan¬mısan və puçluqlarına məftunsan! Dünyaya aldanmısan və onu məzəmmət edirsən?! Sən ona günah yük¬lə¬yir¬sən, yoxsa dünya sənə günah yükləyir? Dünya səni harada və nə vaxt avara qoydu, yaxud nə vaxt aldatdı? Atalarının torpağa düşüb çürüdükləri yerlərlə, yoxsa ana¬larının torpaq altındakı yataqları ilə? Öz əllərinlə (təkcə, yaxın xəstələrinin dərdlərinin sağalması üçün) nə qədər kö¬mək etdin və (xəstələrə) öz əllərinlə nə qədər qulluq göstərdin? Onların sağalmalarını istədin, (dərdi müəyyənləşdirib xəstəliyin nə olduğunu bildikdən sonra) təbiblərdən dərmanın xeyrini soruşdun. Səhər sənin dərmanın onların ehtiyacını aradan qaldırmırdı (onları sağaltmırdı) və sənin göz yaşların (çəkdiyin əziyyətlər) onlara xeyir vermirdi. Sənin qorxun onların heç birinə fayda ver¬mədi, onun barəsində öz istəyinə çatmadın (o şəfa tapma¬dı) və öz gücünlə (xəstəliyi və ölümü) ondan uzaqlaşdıra bil¬mədin! Dünya (çox çalışmağına baxmayaraq, ölümün çəngindən çıxara bilmədiyin) həmin şəxsi sənə örnək, onun ölü¬mü¬nü sənin ölümün etdi (ki, ona etdiyini sənə də edəcəyini biləsən). Həqiqətən dünya ona (onun sözlərinə) inanan üçün düzlük di¬yarıdır; başa düşən və onun xəbər verdiklərini dərk edən üçün (ilahi əzabdan) aman və xatircəmlik evidir; on¬dan azuqə götürən (Allah və Peyğəmbərə tabe olan) kəs üçün var¬lılıq diyarıdır; ondan nəticə çıxaranlar üçün öyüd ye¬ri¬dir. Allah dostlarının (pərhizkarların) ibadət və bəndəlik ye¬ri, Allahın mələklərinin namazgahı (yaxud salam gön¬dər¬mək və bağışlanma istəmə yerləri), ilahi vəhyin (tapşırığın) nazil olma məkanı və Allahın dostlarının ticarət yeridir ki, onda rəhmət və mərhəməti (Onun mərhəmətini) əldə edərlər və qazancları cənnət olar. Dünya (camaatı onlardan) uzaq¬laşacağından xəbərdar etdiyi, ayrılacağı barədə haray saldığı və özünün və əhlinin (insanların) fani və yox ola¬ca¬ğından agah etdiyi halda, onu kim məzəmmət edə bilər, halbuki o, öz çətinliyi ilə onlara çətinliyi (axirət çətinliyini) göstərib və öz şadlığı ilə onları şadlıq və sevincə (axi¬rət şadlıqlarına) həvəsləndirib?! İnsanı (itaət və axirət işinə) həvəsləndirmək və şirnikləndirmək, eləcə də (günah və itaətsizlikdən) qorxutmaq və çəkindirmək üçün sağ-salamat axşamlayır (və insan onun nəticəsində asayiş və rahatlıqda olur) və çətinlik və kədərlə səhəri açır. Buna görə də peşmançılıq səhərində (əməllərin aşkar olacağı qiyamətdə) insanların bir dəstəsi (pis əməl sahibləri) onu məzəmmət edərlər (ondan incik və qəmgin olarlar). Digərləri (yaxşı əməl sahibləri) isə qiyamət günü onu tərifləyərlər (ondan razı olarlar) ki, dünya (axirəti) onların yadlarına saldı və onlar da (onu) yada saldılar, onlara xəbər verdi və onlar da təsdiq etdilər, onlara öyüd-nəsihət verdi və onlar da qəbul etdilər (və əbədi səadətə qovuşdular).
    127
    İmam Əli əleyhis-salam (dünyanın sonu barəsində) buyur¬muşdur:
    Allahın bir mələyi var ki, hər gün belə fəryad qoparır: doğun ölmək üçün, toplayın yox və məhv olmaq üçün və tikin viran olmaq üçün!
    128
    İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:
    Dünya qalmaq yeri deyil keçid diyarıdır. İnsanlar onda iki dəstədirlər: bir dəstə onda özünü (nəfsi istəklərə) satar və beləliklə də, özünü (onların cəzası olaraq) həlak edər. Digər bir dəstə isə özünü (itaət və bəndəliklə) alar və beləliklə də, özünü (qiyamət əzabından) azad edər.
    129
    İmam Əli əleyhis-salam (dostluğun şərtləri barəsində) buyur¬muşdur:
    Dost öz qardaşına (dostuna) üç vaxtda qayğı gös¬tər¬mə¬yincə (həqiqi) dost deyil: onun çətinlik və narahatlıqlarında (can və malı ilə onun yanında olmalıdır), o özü olmayanda (barəsində xoşagəlməz sözlər deyilməsi və eşidilməsinə mane olmalıdır) və vəfat edərək həyatla vidalaşanda (dua və istiğfar etməklə onu yad etməlidir).

    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 910 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024