İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    150
    İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyur¬muş¬dur:
    Öz qardaşını (dostunu) yaxşılıqla məzəmmət et. (Onu məzəmmət etmək əvəzinə ona yaxşılıq et ki, utansın. Çünki xəcalətin təsiri bütün məzəmmətlərdən çoxdur.) Onun pisliyini ona bəxşiş et¬məklə dəf et.(Çünki bəxşiş dostluğa, pislik müqabilində pislik etmək isə düşmənçiliyin artmasına səbəb olur. Qur’ani-Kərimin Mu’minun surəsinin 96-cı ayəsində buyurulur: «ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ» «(Ümmətin) əziyyət və pisliyi(ni) yaxşılıqla dəf et!» )
    151
    İmam Əli əleyhis-salam (töhmətə səbəb olan yerlərdən çəkinmək barəsində) buyurmuşdur:
    Töhmət və pis gümanlara səbəb olan yerlərə gedən kəs, onun barəsində pis zənnə düşəni qınamamalıdır. (Çünki o özü barəsində pis güman edilməsinə səbəb olub.)
    152
    İmam Əli əleyhis-salam (məsləhət barəsində) buyur¬muş¬dur:
    (Bir şeyi) ələ keçirən kəs özbaşınalaşar (başqalarının nəzər və fikirlərinə etinasızlaşar). Özbaşınalıq edən (işlərdə məsləhət¬ləş¬məyən) həlak oldu. (Təcrübəli) insanlarla məsləhətləşən kəs onların ağıllarına şərik olub. (Məlumdur ki, hər hansı bir işdə bir neçə ağlın hökm verməsi bir ağlın hökm verməsindən daha xeyirli və münasibdir.)
    153
    İmam Əli əleyhis-salam (sirri faş etməmək barəsində) buyurmuşdur:
    Xeyir və yaxşılıq öz sirrini gizli saxlayan kəsin öz əlindədir (sirrini faş edən şəxsin əksinə olaraq onun xeyir və mənfəəti öz əlindədir).
    154
    İmam Əli əleyhis-salam (yoxsulluğun məzəmmətində) buyur¬muşdur:
    Yoxsulluq və kasıblıq çox böyük ölümdür. (Çünki ölümün çətinliyi bir dəfə olur. Yoxsulluğun çətinliyi isə hər an müşahidə ol-unur.)
    155
    İmam Əli əleyhis-salam (layiq olmayan şəxsə yaxşılıq etmək barə¬sində) buyurmuşdur:
    Hər kim haqqını əda etməyən kəsin haqqını yerinə yetirsə (ona hörmət etməyən şəxsə ehtiram göstərsə) ona bəndəlik edib.(Çünki bəndəlik, əvəz istəmədən əzəmət və böyüklüyü etiraf edilən birinin müqabilində özünü kiçiltməkdir. Buna görə də xeyir və ziyanı olmayan şəxsə hörmət göstərmək ona ibadət və bəndəlik etmək kimidir. Bəzi yerlərdə isə hörmət göstərmək mədh edilib. Deməli, İmam əleyhis-salamın bu kəlamdan məqsədi budur ki, insan ehtiram göstərməkdə həddi aşmamalıdır və ya ləyaqəti olmayan şəxsi böyük bilməməlidir; necə ki, özünün imam Həsən əleyhis-salama vəsiyyətində buyurub: «احْمِلْ نَفْسَكَ مِنْ أَخِيكَ عِنْدَ صَرْمِهِ عَلَى الصِّلَةِ » «Özünü, (din) qardaşın (dostun) ayrılan zaman (onunla əlaqələri bərpa edərək) ona birləşməyə vadar et...... وَ إِيّاكَ أَنْ تَضَعَ ذالِك فِى غَيْرِ مَوْضِعِهِ أَوْ أَنْ تَفْعَلَهُ بِغَيْرِ أَهْلِهِ deyilənləri öz yerindən başqa yerlərdə işlətməkdən çəkin. Yaxud onları nalayiq şəxslər barəsində etmə.» Bunların geniş izah və şərhi üçün beşinci cilddə otuz birinci məktubun axırına müraciət edin. İbn Əbil Hədidin nüsxəsində «عَبَدَهُ» «ona bəndəlik edib» əvəzinə «عَبَّدَهُ» «onu öz bəndəsi və qulu edib» yazılıb. Çünki onun haqqını əda etmək üçün əvəz və mükafat nəzərdə tutmayıb, bəlkə ona yaxşılıq və xeyirxahlıq etmək istəyib.)
    156
    İmam Əli əleyhis-salam (məxluqa itaət və tabeçilik barəsində) buyurmuşdur:
    Allaha itaətsizlik olan məsələdə məxluqa tabe olmaq rə¬¬va deyil (Yaxud günaha səbəb olan yerdə ibadət və bəndəlik düz deyil, mə¬¬sələn, qəsb edilmiş torpaqda və ya zülm ilə alınmış yerdə namaz qılmaq olmaz).
    157
    İmam Əli əleyhis-salam (başqasının haqqına toxunmaq barə¬sində) buyurmuşdur:
    Öz haqqı barəsində səhlənkarlıq edən kəs məzəmmət edilməz. Məzəmmət və qınaq o kəs üçündür ki, başqasının haqqına toxunub. (Çünki başqasının haqqına əl uzadan kəs zülm edib və zülm çirkinliklərin ən pisidir və zalım məzəmmətə layiqdir.)
    158
    İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) bu¬yur¬muşdur:
    Xudpəsəndlik (insanı) daha artıq əldə etməkdən saxlayır. (Çünki xudpəsənd bütün məqamların son dərəcəsini əldə etdiyini zənn edir və onun bu gümanı onu daha yüksək məqam qazanmaqdan sax-layır.)
    159
    İmam Əli əleyhis-salam (dünyaya və onun əhlinə ürək bağ¬la¬mamaq barəsində) buyurmuşdur:
    İş (ölümlə başlayan axirət) yaxındır (azuqə tədarükü üçün çalış) və (dünyada olan) birgəlik azdır (tezliklə ayrılacaqsınız. Buna görə də ona ürək bağlamağa dəyməz).
    160
    İmam Əli əleyhis-salam (gözüaçıqların və bəsirət sahiblərinin tərifində) buyurmuşdur:
    Həqiqətən iki gözü olan üçün səhər açılıb. (Bəsirət sahibi olan ağıllı üçün haqq din və düz yol aydındır və o, qəlbləri kor olan kəslər kimi şəkk və tərəddüddə deyil.)
    161
    İmam Əli əleyhis-salam (itaətsizlik etməmək barəsində) bu¬yurmuşdur:
    Günah etməmək tövbə(nin qəbul edilməsini) istəməkdən daha asandır.(Çünki günah etməməkdə çətinlik və əziyyət yoxdur. Amma tövbə, bəndənin qəlbinin haqqa yaxınlaşması və tövbənin qəbul olunmasına layiq olmağı tələb edir. )
    162
    İmam Əli əleyhis-salam (özünü cilovlamaq barəsində) bu¬yur¬muşdur:
    Nə çox bir dəfə yemək ki, dəfələrlə yeməyə mane olur.(Çox vaxt insan zərərli bir şey yeyir və ya yeməkdə ifrata varır və nəticədə xəstələnir və uzun müddət bir çox yeməklərdən qalır. Bu kəlam o adam barəsində məsəldir ki, az mənfəətin arxasınca gedir və çox xeyirdən məhrum olur, halbuki əgər özünü saxlasaydı daha çox mənfəət əldə edərdi.)
    163
    İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) bu¬yur¬¬muşdur:
    İnsanlar bilmədikləri şeyin düşmənidirlər.(Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qur’ani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər.» )
    164
    İmam Əli əleyhis-salam (məsləhətləşmə və məşvərət etmək barə¬sində) buyurmuşdur:
    Fikir yollarına üz tutan (ağıllı insanlardan nəzəri kömək istəyən) kəs xəta və səhv yerləri tanıyar (və zərər-ziyanı olan şeydən uzaq olar).
    165
    İmam Əli əleyhis-salam (Allaha görə iş görməyin xeyri barə¬sində) buyurmuşdur:
    (Öz) qəzəb nizəsini Allaha (Onun razılığını əldə etməyə) görə itiləyən (başqalarını pis işlərdən çəkindirən) kəs, ən çətin və ağır batil və nahaqları öldürməyə və məhv etməyə qadir olar (Allah ona, batil və nahaq qüdrətli olsa belə, onları məğlub etməkdə kömək edər).
    166
    İmam Əli əleyhis-salam (işə girişmək barəsində) buyur¬muşdur:
    Bir işdən qorxduğun zaman özünü onun içinə at. Çünki çəkinib ehtiyatlanmağın çətinliyi qorxduğun şeyin özündən daha böyükdür.(Bəla və çətinliyin içində olmaq onun qorxusu içində qalmaqdan daha yaxşıdır. Bu kəlam dünya işləri barəsindədir ki, onları eşitmək görməkdən daha mühümdür. Amma Qur'an ayələrindən, hədislərdən və İmam əleyhis-salamın bu kitabda olan kəlamlarından məlum olduğu kimi axirət işləri, onun əksinədir və onları görmək eşitməkdən daha mühümdür. )
    167
    İmam Əli əleyhis-salam (başçılıq barəsində) buyur¬muş¬dur:
    Başçılıq və rəisliyin aləti könül genişliyidir (çətinliklərə tab gətirmək, işlərdə səbr etmək, dada çatmaq və bu kimi şeylərdir).
    168
    İmam Əli əleyhis-salam (pis əməllərin qarşısını al¬maq ba¬rə¬sində) buyurmuşdur:
    Pis əməl sahibini yaxşı əməl sahibini mükafat¬lan¬dır¬maqla (onu əziz tutub ona yaxşılıq və bəxşiş etməklə) incit. (Çün¬ki pis əməl sahiblərinə, yaxşı əməlliləri əziz tutub onlara yaxşılıq et¬məkdən ağır əziyyət yoxdur.)
    169
    İmam Əli əleyhis-salam (bədxah olmamaq barəsində) bu¬yurmuşdur:
    Pisliyi (kin-küdurəti) başqasının qəlbindən, onu öz qəl¬bindən qopartmaqla (kənar etməklə) biç (uzaqlaşdır). (Çünki hər kim başqaları barəsində pis fikirləşsə, onun barəsində də pis fikirləşərlər; hər kəs qəlbində başqalarına qarşı kin saxlasa, başqaları da qəlblərində ona qarşı kin saxlayarlar.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 716 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024