İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    170
    İmam Əli əleyhis-salam (tərslik və inadkarlığın məzəm¬mətində) bu¬yurmuşdur:
    Tərslik (sağlam) fikri uzaqlaşdırır (insanı doğru yoldan sax¬layır və o, fikir və düşüncənin xeyirini əldən çıxarır).
    171
    İmam Əli əleyhis-salam (tamahın məzəmmətində) buyur¬muşdur:
    Tamahkarlıq əbədi köləlikdir. (Tamahkar həmişə qul və əsirdir və tamahına göz yummayınca azad olaraq qurtulmaz.)
    172
    İmam Əli əleyhis-salam (uzaqgörənlik barəsində) buyur¬muş¬dur:
    (Hər hansı bir işdə) səhlənkarlıq etməyin nəticəsi peşman¬¬çılıq, ehtiyat və uzaqgörənliyin bəhrəsi isə salamatlıqdır (zərər-ziyandan qurtulmaqdır).
    173
    İmam Əli əleyhis-salam (yersiz susmağın və yersiz danış¬mağın məzəmmətində) buyurmuşdur:
    Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.
    174
    İmam Əli əleyhis-salam (düz və doğru yolun bir olması barə¬sində) buyurmuşdur:
    (İki nəfərin) bir yola bir-birinə zidd iki çağırışının biri mütləq azğınlıqdır.(Çünki əgər onların hər ikisi haqq və düz olsaydı, onda iki cür olmazdı. Qur'ani-Kərimin Yunus surəsinin 32-ci ayəsində buyurur: «فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ» «Haqq və düzlük aşkar olandan sonra azğınlıqdan başqa nə var?!» )
    175
    İmam Əli əleyhis-salam (özünün haqq yolda sabitqədəm olması barəsində) buyurmuşdur:
    Haqq (müqəddəs İslam dininin kök və şaxələri mənə) göstəriləndən (onları biləndən) bəri onun barəsində şəkk və tərəddüdə düşməmişəm.
    176
    İmam Əli əleyhis-salam (özünün Bəzi sifətləri barəsində) buyur¬muşdur:
    (Heç vaxt) yalan deməmişəm və mənə yalan deyilməyib(Həzrət Peyğəmbərdən yalan eşitməmişəm. Çünki həm Peyğəmbər, həm də imam yalandan uzaq və pakdırlar.) yolumu azmamışam və heç kəs mənim vasitəmlə yolunu azmayıb.
    177
    İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) buyur¬muşdur:
    Zalım sabah (qiyamət günü qəm-kədərinin çoxluğundan) əlini çeynəyəcək.(Necə ki, Qur’ani-Kərimin Furqan surəsinin 27-ci ayəsində buyurur: «وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ» «O gün zalım əllərini çeynəyəcək.»)
    178
    İmam Əli əleyhis-salam (ölüm barəsində) buyurmuşdur:
    Köç etmək (dünyadan getmək) yaxındır. (Buna görə də ağıllı o adamdır ki, azuqə götürüb ölüm çatan zaman hazır olsun.)
    179
    İmam Əli əleyhis-salam (haqq yolunun çətinlikləri barəsində) buyurmuşdur:
    Üzünü haqqa göstərən (ona kömək və yardım edən) kəs xalqın nadanları yanında məhv olar.(Nadanların əlindən çox əziyyət çəkər. «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində «عِنْدَ جَهَلَةِ النّاس» «xalqın nadanları yanında» ibarəsi yoxdur. Belə olan halda, İmam əleyhis-salamın kəlamının mənası belə olur: «Haqdan üz döndərən və uzaqlaşan kəs həlak və məhv olar.» Çünki birindən uzaqlaşan üzünü ondan döndərər. )
    180
    İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyur¬muşdur:
    Səbrliliyin nicat vermədiyi kəsi dözümsüzlük məhv edər. (Çünki o, səbrliliyin savabını əldən verərək dözümsüzlüyün cəzasına düçar olar.)
    181
    İmam Əli əleyhis-salam (xəlifələrdən şikayətlənərək) buyur¬muşdur:
    Əcəba, xilafət (Həzrət Peyğəmbərlə) yoldaşlıq və birgəliklə çatır (ki, Əbu Bəkr Ömərə «əlini ver sənə bey’ət edim» deyəndə, Ömər Əbu Bəkrə «sən çətinlik və rahatlıqlarda Allahın Peyğəmbəri ilə yoldaş və birgə olmusan, əlini ver mən sənə bey’ət edim» demişdi), amma (o Həzrətlə) yoldaş və qohumluğa görə çatmır?! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu barədə o Həzrətdən belə bir şe’r də nəql olunub ki:
    فَإِنْ كُنْتَ بِالشُورى مَلَكْتَ أُمُورَهُمْ فَكَيْفَ بِهذا وَ الْمُشِيرُونَ غُيَّبُ
    وَ إِنْ كُنْتَ بِالْقُرْبى حَجَجْتَ خَصِيمَهُمْ فَغَيْرُكَ أَوْلى بِالنَّبِىِّ وَ أَقْرَبُ
    Yəni: «Əgər sən (Əbu Bəkr) şura və ümmətin ümumi nəzəri ilə xalqın işlərinin idarəçiliyini ələ almısansa, bəs nəzər və düşüncə sahibləri (Bəni-Haşim, xüsusilə İmam əleyhis-salam həmin şura və icmada) iştirak etməyə-etməyə ona necə nail olmusan? Yox əgər (Peyğəmbərə) qohumluğa əsaslanıb onların (xilafət barəsində) mübahisə edənlərinə dəlil gətirib onlara qalib gəlmisənsə (Əbu Bəkr Səqifədə Ənsarla mübahisə edərək dəlil gətirib ki, biz Peyğəmbərin qohum və yaxınlarıyıq), onda başqası (İmam əleyhis-salam) Peyğəmbərə daha yaxın və bu işə daha layiqdir. (Çünki əgər Peyğəmbər sənin qızını alıbsa, İmam əleyhis-salam onun kürəkəni və əmisi oğludur.)»
    182
    İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyur¬muş¬dur:
    İnsan dünyada ölümlərin (ölüm amillərinin) ox atdığı hədəf, bəla və dərdlərin ona tərəf tələsdikləri qarət edilmiş qənimətdir. Hər içməyində boğaz tutulması, hər loxmasında kədərlər var (hər bir ləzzət və kefi qəm-qüssə ilədir). Bəndə bir nemətə ancaq digər bir nemətdən ayrılmaqla çatar; həyatının (yeni) bir gününə ancaq (onun üçün təqdir edilmiş) öz (ömür) müddətinin digər bir günündən ayrılmaqla üz tutar. Buna görə də biz ölümün yardımçılarıyıq (ki, hər gün ona yaxınlaşırıq və çəkdiyimiz hər bir nəfəslə ona tərəf bir addım atmış oluruq) və canlarımız məhv olmaq və ölümlərə hədəfdir. Belə isə əbədiliyə necə ümidvar ola bilərik, halbuki gecə ilə gündüz nəyə şərafət və böyüklük veribsə tez ona tərəf dönərək qurduqlarını viran, topladıqlarını isə darmadağın edib?!(Bəli, bu həyata ürək bağlamağa dəyməz. Çünki hər gecə və gündüz bir dəstənin ölməsinin, məqam və böyüklüklərinin əldən çıxmasının və sərvət və var-dövlətlərinin dağılmasının şahidiyik. )
    183
    İmam Əli əleyhis-salam (mal toplamaq üçün çalışmaq barəsində) bu¬yur¬muşdur:
    Ey Adəm övladı! Öz azuqə və ruzindən artıq qa¬zan¬dı¬ğın şeydə (var-dövlətdə) başqası (varislər və ya digərləri) üçün xəzinədarsan (ki,onu onlara verəcəksən və onun sənə heç bir xeyri olmayacaq).
    184
    İmam Əli əleyhis-salam (bir işə məcbur etməyin ziyanı barəsində) buyurmuşdur:
    Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də (meylsizlik və istək olmayan yol ilə deyil) istək və üz tutmaq yolu ilə onlara tərəf gəlin (onları həmin hallarda olanda işə vadar edin). Çünki qəlb (bir işi görməyə) məcbur ediləndə korlaşır (yorğunlaşıb acizləşərək onu düz yerinə yetirmir).
    185
    İmam Əli əleyhis-salam (qəzəbi udmağa həvəsləndirərək) buyu¬muşdur:
    Qəzəblənib üzümü turşudan zaman qəzəbimi nə vaxt boğum? İntiqam almaq və cəzalandırmağa gücüm çatmayanda və «mənə, (əgər güclənənə kimi) səbr etsəydin (yax¬şı olardı)» deyiləndə, yoxsa intiqam almaq qüdrətim olanda və mənə «əgər bağışlasaydın (yaxşı olardı)» de¬yiləndə? (Hər halda, insanın qüdrətli və zəif olmasından asılı olmayaraq öz qəzəbini boğması təqdirəlayiqdir.)
    186
    İmam Əli əleyhis-salam zibillikdə olan murdarın yanından keçən zaman (dünya malına ürək bağlamamaq barəsində) buyurmuşdur:
    Budur xəsislərin xəsislik etdikləri şeyin nəticəsi! (Seyyid Rəzi deyir:) Digər bir rəvayətdə o Həzrətin belə bu¬yur¬duğu deyilir: Bu, sizin dünən onun üçün çalışaraq rəğ¬bət göstərdiyiniz şeydir.
    187
    İmam Əli əleyhis-salam (əldən çıxmış şey barəsində) bu¬yurmuşdur:
    Malının sənə öyüd verəni əlindən çıxmayıb. (Əlindən çıxmış şeyin ziyanının qəmini çəkmə. Çünki o sənə təcrübə öyrədir və təcrübə həmişə işinə yarayacaq.)
    188
    İmam Əli əleyhis-salam (elm və bilikdən təngə gəlməmək, yo¬rul¬mamaq barəsində) buyurmuşdur:
    Bədən və cisimlər (bir növ yemək yeməkdən və bir cür iş görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tərkib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulur. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları və alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi və elm əldə edilməsində çalışasınız və yorulmayasınız).
    189
    İmam Əli əleyhis-salam Xəvaricin «hökm ancaq Allaha məxsusdur» sözlərini eşidəndə (onların bu sözdən məqsədlərinin səhv olması barəsində) buyurmuşdur:
    O, haqq və düz sözdür ki, onlar ondan batil və səhv nəticə alırlar. (Bu cümlənin şərhi xütbələr fəslində qırxıncı kəlamda keçdi.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 697 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024