İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    190
    İmam Əli əleyhis-salam fitnəkar adamlar barəsində buyurmuşdur:
    Onlar bir yerə toplaşanda irəliləyir, dağılışanda isə tanınmırlar (ki, fitnə-fəsadlarına görə cəzalandırılsınlar. Seyyid Rəzi-rəhiməhullah-deyir:) Deyirlər ki, İmam əleyhis-salam elə de¬yil belə buyurmuşdur: Onlar bir yerə toplaşanda zərərlidir¬lər (çünki həmin zaman işlər dayanır) və dağılışanda xeyirlidirlər. Sonra dedilər: Bir yerə toplaşmalarının ziyanını bildik, bəs dağılışmalarının xeyiri nədir? Buyurdu: Sənət və peşəsi olanlar öz iş-sənətinə qayıdırlar və xalq onlardan faydalanır, bənnanın öz tikintisinə, toxucunun öz iş yerinə və çörəkçinin öz çörəkxanasına qayıtması kimi.
    191
    İmam Əli əleyhis-salamın yanına bir cinayətkar gətirdilər və onunla birlikdə fitnəkar adamlar da var idi. O Həzrət (onların məzəmmətində belə) buyurdu:
    Ancaq çirkin və rüçvayçı işlərin yanında görünən üzlər heç açıq və şad olmasın!
    192
    İmam Əli əleyhis-salam (əcəl çatmayınca ömrün sona çatmaması barəsində) buyurmuşdur:
    Hər bir kəsin yanında onu qoruyan iki mələk var. (İlahi) təqdir gələndə (onun əcəli çatanda) həmin iki mələk onunla təqdirin arasını boşaldır. Ömür müddəti (ölüm müqabilində) möhkəm qalxandır. (Buna görə də ömür sona çatmayınca şəxs ölmür.)
    193
    İmam Əli əleyhis-salam Təlhə və Zübeyr (Osman öldürüldükdən sonra) o Həzrətə «biz sənə bu işdə (xilafətdə) şərik olmaq şərti ilə bey’ət edir, əhd-peyman bağlayırıq» deyəndə (onların istəklərinin rədd edilməsi barəsində) buyurmuşdur:
    Xeyr! (Birdən artıq imam və rəhbər olmaz.) Amma siz kömək və yardım etməkdə şərik olun (yardıma ehtiyac olanda kömək edin) və acizlik və çətinlikdə kömək olun. (Əgər hansısa bir işdə aciz qalınması və çətinlik çəkilməsini görsəniz onun aradan qaldırılması və düzəldilməsinə kömək edin.)
    194
    İmam Əli əleyhis-salam (pərhizkarlığa təşviq edərək) bu¬yurmuşdur:
    Ey insanlar! Danışdığınızı eşidən və gizlətdiyinizi bilən Allahdan qorxun. Sizi qaçsanız da haqlayacaq, dayansanız belə tutacaq və əgər yadınızdan çıxarsanız belə (ömrün keçməsi, zəiflik, acizlik, dərdlər və xəstəliklərlə) yad edəcək ölümü (ibadət və bəndəliklə) qabaqlayın (özünüzü onun vəhşət və qorxusundan qurtarın).
    195
    İmam Əli əleyhis-salam (yaxşılıq etməyə təşviq edərək) buyur¬muşdur:
    Sənin yaxşılığının müqabilində təşəkkür etməyən kəs, sə¬ni yaxşılıq etmək həvəsindən salmasın. Çünki sənə hə¬min yaxşılığına görə o kəs (Allah) təşəkkür edəcək ki, hə¬min yax¬şılıqdan bəhrələnməyib. Və sən həmin təşəkkür edənin təşəkküründən (Allahın sənə verəcəyi mükafatdan), o nankorun zay etdiyindən çox şey əldə edəcəksən. Allah yaxşılıq edənləri sevir.
    196
    İmam Əli əleyhis-salam (elmin mədhində) buyurmuşdur:
    Elm və bilik qabından (sinə və qəlbdən) başqa hər bir qab içinə qoyulan şeylə daralır (dolur). O isə (ona elm doldurulduqca) genişlənir (və digər bir elmi qəbul etmək üçün tutuma malik olur).
    197
    İmam Əli əleyhis-salam (səbrliliyin xeyri barəsində) buyur¬muşdur:
    Səbrli şəxsin səbrliliyindən (qazandığı) ilk xeyir və əvəz budur ki, xalq (vuruşma və dava zamanı) nadan və səbrsizin müqabilində onun yardımçısı olur.
    198
    İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyur¬muşdur:
    Əgər səbrli deyilsənsə də, özünü səbrliliyə vadar et. Çün¬ki az olur ki, insan özünü bir dəstəyə bənzətsin və on¬lardan olmasın. (Ona görə ki, insan özünü təbiəti olmayan xislətə vadar edəndə həmin xislət onun üçün adətə çevrilir və adət, ikinci - təbiətdir. İmam əleyhis-salamın bu kəlamı əxlaq və sifətlərin dəyişilməsinin mümkünlüyünə dəlalət edir.)
    199
    İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyur¬muşdur:
    Öz hesabını aparan kəs qazanıb. Ondan qafil olmuş kəs isə ziyana düşüb. (Allahdan) qorxan (qiyamət gününün əzab və cəzasından) amanda olar. Hər kim (dünyadan) ibrət götürsə (axirət işində) gözüaçıq olar. Gözüaçıq olan kəs (pis ilə yaxşını) başa düşər, dərk edər. Başa düşən kəs isə (Allahı tanımaqda) alim olar.
    200
    İmam Əli əleyhis-salam (Məhəmməd Əhli-Beyti əleyhimus-salamın haqq dövlətinin zühuru barəsində) buyurmuşdur:
    Dünya pisxasiyyətli və dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi bizə (Məhəmməd Əhli-Beytinə) qayıdaraq mehribanlıq edəcək. (O Həzrət) bunun arxasınca bunu (Qəsəs surəsinin 5-ci ayəsini) oxudu: «وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ» «Yer üzündə zəif hesab olunanlara minnət qoyub (onlara qüdrət və əzəmət verib) onları imam və varislər (din və dünya başçıları) etmək istəyirik.»
    201
    İmam Əli əleyhis-salam (pərhizkarlığın necəliyi barəsində) bu¬yurmuşdur:
    Allahdan o kəsin qorxmağı kimi qorxun ki, (işlərdə) kəmərini möhkəm bağlayaraq (hazır dayanaraq) özünü (hər hansı bir şeyə bağlılıqdan) təcrid edib, səy və təlaş göstərərək özünü çevikləşdirib, ömrünün verdiyi möhlətdə (yaxşı işlər görməyə) tələsib, qorxudan (fürsəti əldən vermək qorxusundan) əliitilik edib və qərar tutacağı və sonda gedəcəyi yer (ya cənnət səadəti və xoşbəxtliyi, ya da cəhənnəm bədbəxtliyi) barəsində fikirləşib.
    202
    İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyur¬muş¬dur:
    Bəxşiş abırların qoruyucusudur. (Xalq bəxşiş edən kəsdən razı olaraq onun abrını qoruyur.) Səbrlilik nadan və səbrsizin ağızına vurulan qıfıldır. (Səbrlilik nadanı boş-boş danışmaqdan saxlayar və pisliyi qaytarar.) (Günahdan keçib) güzəşt etmək zəfər və qələbənin zəkatıdır. (Hər bir kəsin düşmənə qalib gəlməsinin zəkatı ona güzəşt etməsidir.) Vəfasızlıq etmiş kəsdən uzaqlaşmaq sənin (ondan) çıxdığın əvəzdir. (Vəfasız dostdan qəlbini qıraraq uzaqlaş ki, onun vəfasızlığının əvəzini çıxmış olasan.) Məsləhətləşmək (və düz yolu axtarmaq) elə, hidayət və yolu tapmaqdır. Öz nəzər və fikri ilə kifayətlənən (və başqalarından məsləhət almayan) kəs özünü təhlükə və həlakətə atıb. Səbrlilik dövranın çətinliklərini uzaqlaşdırır. Dözüm¬süz¬lük zəmanənin yardımçılarındandır. (Çünki zəmanə qocalt¬ma¬ğa və yox etməyə hazırdır və dözümsüzlük də həmin işi görür.) Ən böyük sərvət və varlılıq, arzuya malik olmamaqdır. Nə çox ağıl ki, ona hakim olan nəfsi istəklərə əsirdir. (Nəfsi istəklər insanların çoxlarının ağıllarına hakimdir.) Təcrübəni qorumaq bir növ müvəffəqiyyət və yaxşı işə nail olmaqdır. (İnsanlarla) dostluq, bəhrələnilən qohumluqdur. (Səndən) qəlbi sınmış və incimiş kəsdən xatircəm olma (öz sirrini ona demə və onun əhd-peymanına ürək qızdırma).
    203
    İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) bu¬yurmuşdur:
    İnsanın özünü bəyənməsi onun ağlının paxıllarından biridir. (Çünki ağıl gözəl xislətləri çoxaltmağı tələb edir. Özünü bəyənmək və xüdpəsəndlik isə onun qarşısını alır. Buna görə də sanki o, ağla paxıllıq edərək fəzilətli və gözəl sifətlərin çoxalmasına mane olur.)
    204
    İmam Əli əleyhis-salam (dünya çətinliklərinə etinasızlıq barə¬sində) buyurmuşdur:
    Tikanlara (çətinliklərə) göz yum (etinasız ol), yoxsa heç vaxt şad olmayacaqsan (çətinliklər səni əldən salacaq).
    205
    İmam Əli əleyhis-salam (gözəl əxlaqın xeyri barəsində) buyur¬muşdur:
    Ağacının çubuğu yumşaq olanın (əxlaq və xasiyyəti gözəl olanın) budaqları (dostları) çox olar.
    206
    İmam Əli əleyhis-salam (müxalifət etməyin ziyanı barəsində) bu¬yur¬muşdur:
    (Yersiz) müxalifət və dava (düzgün) nəzər və fikri viran edir (işə salmır. Yəni, uyuşmayan və müvafiq olmayan kəsin fikri zidd olar və düz gəlməz).
    207
    İmam Əli əleyhis-salam (məğrurluq barəsində) buyurmuş¬dur:
    Kim bir nailiyyət qazandısa məğrurluq etdi (gözəl əxlaqa malik olub Allahı nəzərə alaraq təvazökarlıq edəndən başqa)!
    208
    İmam Əli əleyhis-salam (halların dəyişilməsi barəsində) bu¬yurmuşdur:
    İnsanların gövhərləri (onların eyb və hünərləri) halların dəyişməsində (ucalıq və alçaqlıqda, varlılıq və yoxsulluqda, xəstəlik və sağlamlıqda) bilinir, başa düşülür.
    209
    İmam Əli əleyhis-salam (paxıllıq barəsində) buyurmuşdur:
    Dostun paxıllığı dostluğun xəstəliyindəndir. (Ona görədir ki, o, dostluğunda düz deyil. Çünki həqiqi dost o kəsdir ki, dostu üçün özü üçün istədiyi şeyi istəyir. Bu sifət paxıllıq etməklə ziddiyyət təşkil edir.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 650 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024