İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    210
    İmam Əli əleyhis-salam (hərisliyin və tamahın ziyanı barəsində) buyurmuşdur:
    Ağılların torpağa düşdüyü (büdrədiyi) yerlərin çoxu tamah və hərisliyin şüaları altındadır. (Tamah insanı ağıl və şərafət zirvəsindən endirib alçaqlıq və xarlıq quyusuna salar.)
    211
    İmam Əli əleyhis-salam (pis gümanda olmaq barəsində) bu¬yurmuşdur:
    İnanılmış şəxs barəsində pis güman və zənn ilə hökm etmək ədalət və insafdan deyil.(Çünki belə bir şəxsə qarşı pis gümanda olmaq günahdır. Qur'ani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ» «Ey iman gətirənlər! (Bir-biriniz barəsində) pis gümanların çoxundan çəkinin ki, pis gümanların bəziləri günahdır.» )
    212
    İmam Əli əleyhis-salam (zülmün məzəmmətində) bu¬yur¬muş¬dur:
    Bəndələrə zülm etmək qiyamət günü üçün pis azuqədir.
    213
    İmam Əli əleyhis-salam (göz yummağa həvəsləndirərək) bu¬yurmuşudr:
    Alicənab və möhtərəm şəxsin ən yaxşı işlərindən biri onun bildiyi şeylərə (başqalarının çirkinliklərinə) göz yum¬ma¬sıdır (özünü onlardan xəbərsiz kimi göstərməsidir. Çünki alicənab adam heç kəsin abır-həyasını tökməz və özünü çirkinliklərin çoxundan xəbərsiz kimi göstərər).
    214
    İmam Əli əleyhis-salam (həyalılığın faydası barəsində) bu¬yurmuşdur:
    Həya hər kimə öz libasını geyindirsə (hər kim həyalı olsa), xalq onun eybini görməz. (Onun eybi olmaz ki, camaat onu görsün. Yaxud əgər eybi olsa da həya nəticəsində xalqın gözündən gizlin qalar.)
    215
    İmam Əli əleyhis-salam (Bəzi gözəl sifətlərə təşviq edərək) bu¬yurmuşdur:
    Çox susmaqla vüqar və əzəmət yaranır. (Çünki susmaq ağıl və dərrakənin əlamətidir.) İnsaflılıq nəticəsində (insana) birləşənlər və dostlar çoxalarlar. (Hər kim insaflı olsa camaat ona birləşər və onunla birgə olar.) Yaxşılıq etməklə məqamlar böyüyər. (Çünki hər bir kəs, yaxşılıq edənə hörmət gözü ilə baxır.) Təvazökarlıqla nemət təkmilləşər. (Allah hər kimə nemət versə və o, xalqa qarşı təvazökarlıq etsə, nemətin şükrünü yerinə yetirmiş olur və buna görə də daha artıq nemətə layiq olur. Yaxud əgər insan birinə nemət versə və onunla təvazökarlıq etsə, neməti tamamlamış olur.) Əziyyət və çətinliklərə (xalqın əziyyət və çətinliklərinə) dözməklə böyüklük vacib olur.(Çünki əgər insan çətinlik və əziyyətlərdən təngə gəlməsə böyüklük və yüksək məqam qazanar və başçılığa layiq olar. )Yaxşı və bəyənilən rəftarla düşmən məğlub olar.(Çünki xalq ona üz tutaraq düşməni tək qoyar. Yaxud düşmən bəyənilən rəftarla məğlub olar.)Səfeh və ağlı az olan adamla münasibətdə həlim və səbrli olanın yardımçıları çoxalar.(Çünki xalq həlimlik və səbrliliyinə görə ona kömək edər. Bu məna 197-ci kəlamda da deyilmişdi. )
    216
    İmam Əli əleyhis-salam (sağlamlığın əhəmiyyəti barəsində) bu¬yurmuşdur:
    Paxılların, bədənlərin (xalqın cisimlərinin) sağlamlığından¬ qafil qalmaları təəccüblüdür. (Yəni, təəccüblüdür ki, paxıllar başqalarının mal və məqamına paxıllıq edirlər, amma onların ən böyük nemətlərdən olan sağlamlıqlarına paxıllıq etmirlər.)
    217
    İmam Əli əleyhis-salam (hərisliyin ziyanı barəsində) bu¬yurmuşdur:
    Həris (əsir kimi) zillət və xarlıq zəncirindədir. (Çünki hamı onu kiçik və xar sayır və ona əhəmiyyət vermir.)
    218
    İmam Əli əleyhis-salamdan imanın mənasını soruş¬dular və o Həzrət (imanın həqiqi mənasının açıqlamasında belə) buyurdu:
    İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir.
    219
    İmam Əli əleyhis-salam (bəzi nalayiq sifətlərin ziyanı barəsində) buyurmuşdur:
    Dünya (malı əldə edə bilmədiyi) üçün kədərlənən kəs, Allahın qəzavü-qədərinə qəzəblənib. (Çünki insanın dünyadan olan pay və qismətinə razı olmaması, onun üçün təqdir edilmiş şeyə razı olmaması deməkdir.) Ona üz tutmuş müsibətdən (başqasının yanında) gileylənən kəs, Rəbbindən şikayətlənib. (Bu, imanın zəif və süst olmasının nişanəsidir. Çünki o, səbr və dözümlülüyü əldən verib.) Kim varlı şəxsin yanına gedib sərvətinə görə ona təvazökarlıq göstərsə, dininin üçdə ikisi əlindən gedib.(Çünki mal və sərvətə əhəmiyyət vermək Allaha yəqinlikdə və inamda zəiflik və süstlükdür. Həmçinin Allahdan başqası üçün əməli şəkildə əyilməkdir. Deməli, imanın dil ilə iqrardan başqa bir cəhəti qalmır. ) Qur’an oxuyub ölümündən sonra oda düşən kəs, Allahın ayələrinə istehza edənlərdəndir(Çünki əgər Qur'anı etiqad və inamla oxuyursa gərək onun mənalarına əməl də etsin. Qur'ana əməl etmək isə cənnətə getməyi tələb edir. Buna görə də əgər Qur'an oxuyan kəs cəhənnəmə getsə, bu onun, oxuduğu mənalara etiqadının olmamasına dəlildir. ). Qəlbi dünya məhəbbətinə məftun olan kəs dünyadan üç şeyə bağlı olar: ondan ayrılmayan qəm-qəssəyə (çünki tapmayanda bir kədərlənər, tapanda isə onu artıraraq qorumaq üçün qəm-qüssə yeyər); ondan əl çəkməyən (və həmişə onun qəlbini qorxulu çəkişmədə saxlayan) hərisliyə; çatmayacağı ümid və arzuya.
    220
    İmam Əli əleyhis-salam (qənaət və gözəl xasiyyətə təşviq edərək) buyurmuşdur:
    Qənaətlə şahlıq etmək olar, xoşxasiyyətliliklə naz-nemət içində olmaq.
    221
    İmam Əli əleyhis-salamdan Allah-təalanın (Nəhl surəsinin 97-ci ayəsində olan) «فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً» «Yaxşı işlər görən saleh əməlli bəndəyə gözəl həyat nəsib edəcəyik» kəlamının mənasını soruşdular və o Həzrət (onun təfsirində belə) buyurdu:
    Həmin gözəl həyat qane olmaqdır. (Qaneçilik hakim olan həyat xoş və gözəldir. Hərisin həyatı isə, onun çox sərvətə malik olmasına baxmayaraq, acı və usandırıcıdır.)
    222
    İmam Əli əleyhis-salam (şərik olmağın xeyri barəsində) bu¬yurmuşdur:
    (Alverdə) ruzisi bol olanla şərik olun. Çünki onunla şəriklik varlılığa daha münasib və qazanca üz tutulmasına daha layiqdir. (Çünki ruzisi az olan insan ruzisi bol olanla şərik olmaq nəticəsində mənfəət əldə edir.)
    223
    İmam Əli əleyhis-salam Allah-təalanın (Nəhl surəsinin 90-cı ayəsindəki) «إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْاِحْسَانِ» «Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir» kəlamı (ayədəki ədalət və yaxşılığın mənası) barəsində buyurmuşdur:
    Ədalət və insaf zülm etməməkdir. Yaxşılıq etmək isə comərdlik və bəxşişdir. (Bu kəlam, həmin kəlmələrin daha aydın ibarələrlə hərfi tərifidir.)
    224
    İmam Əli əleyhis-salam (başqalarına əl tutmağın xeyri barəsində) buyurmuşdur:
    Qısa əl ilə (öz mal və sərvətindən hətta az olsa da Allah yolunda) bağışlayan kəs (Allah tərəfindən) uzun əl ilə bəxşiş tapar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlamın mənası budur ki, Allah-təala öz mal və sərvətindən hətta az olsa belə, xeyir yollarda xərcləyən şəx¬sin mükafat və əvəzini böyük və çox edir.(Necə ki, Qur'ani-Kərimin Bəqərə surəsinin 261-ci ayəsində buyurulur: «مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ» «Mallarını Allah yolunda (fəqir və yoxsullara) verənlərin halı yeddi sün¬bül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır (bir dən yeddi yüz dən olacaq). Allah (bu miqdarı) istədiyi şəxs üçün qat-qat artırır. Allahın lütfü genişdir. O, hər şeyi biləndir!» )Burada iki əl¬dən məqsəd iki nemətdir (biri bəndənin verdiyi, digəri isə Allahın bağ¬ışladığı nemət). Beləliklə, İmam əleyhis-salam bəndənin neməti ilə Allahın nemətini «qısa» və «uzun»luqla bir-birin¬dən ayırıb; bəndənin nemətini qısa, Allahın nemətini isə uzun adlandırıb. Çünki Allahın nemətləri həmişə məx¬lu¬qun nemət¬lərindən daha çox və artıqdır. Ona görə ki, Al¬la¬hın nemətləri bütün nemətlərin özəl və təməlidir və hər bir nemət onlara qayıdır, onlardan yaranır və mey¬dana çı¬xır.
    225
    İmam Əli əleyhis-salam oğlu İmam Həsən əleyhis-salama (düşmənlə vuruşmaq barəsində) buyurmuşdur:
    Gərək (heç kəsi) mübarizəyə (sıradan qabağa çıxmağa) çağır¬mayasan. Amma səni ona çağırsalar (müdafiə məqsədi ilə) qəbul et və qarşıya çıx. Çünki çağıran zülmkardır. (Çünki o, həddini aşaraq inadkarlıq göstərib, ədalət və düzlükdən əl götürüb və bu iş zülmkarlıq və düşmənçilikdir.) Zülmkar isə torpağ¬a sərilmişdir.(Onun elə dünyadaca öz zülmkarlığının cəzasına çataraq torpağa sərilib öldürüləcəyi güman edilir. İbn Əbil Hədid burada belə yazır: Heç vaxt İmam əleyhis-salamın kimisə mübarizəyə çağırmasını eşitməmişəm, əksinə, ya o Həzrətin özünü çağırıblar, ya da bir mübariz tələb ediblər və o Həzrət düşmənə tərəf gedərək onu məhv edib.  )
    226
    İmam Əli əleyhis-salam (qadının bəzi gözəl xasiyyətləri barə¬sində) buyurmuşdur:
    Qadınların ən yaxşı xasiyyətləri kişilərin ən pis xasiyyətləridir: təkəbbürlülük, qorxaqlıq və xəsislik. Beləliklə, əgər qadın təkəbbürlü olsa (ərindən başqa heç kəsə) baş əy¬məz; xəsis və simic olsa özünün və ərinin malını qo¬ru¬yar; əgər qorxaq olsa qarşısına çıxan (və adının pisliyi və ərinin qəzəbinə səbəb olan) hər bir şeydən qorxar (və ondan uzaqlaşar).
    227
    İmam Əli əleyhis-salama dedilər ki, ağıllı adamı bizə vəsf et. O Həzrət (ağıllı adamın nişanəsi barəsində belə) buyurdu:
    Ağıllı, hər bir şeyi öz yerinə qoyan kəsdir. (Münasib olan sözü deyir və layiq olan işi yerinə yetirir.) Dedilər ki, nadanı da bizim üçün vəsf et. Buyurdu: Anlatdım. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Yəni, nadan heç bir şeyi öz yerinə qoymayan kəsdir. Deməli, (İmam əleyhis-salamın) onun sifətini bəyan etməməsi onun üçün sifətdir. Çünki onun sifəti ağıllının sifətlərinin əksidir.
    228
    İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyur¬muşdur:
    Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir.(Cüzam insanın ət və üzvlərinin tökülməsinə səbəb olan bir xəstəlikdir və o, xəstəliklərin ən pisidir. Bu kəlam o Həzrətin dünyaya ən son dərəcədə nifrət etməsinə bir dəlildir. Kim o Həzrətin – Həzrət Peyğəmbərlə olduğu vaxtlardakı, guşənişinlik etdiyi zamanlardakı və zahirdə xilafətə çatdığı dövrdəki – hallarına nəzər salıb düşünsə, bu sözün sirrini dərk edər.)
    229
    İmam Əli əleyhis-salam (ibadətin növləri barəsində) buyur¬muşdur:
    Bir dəstə adam Allaha (savab və mükafata) rəğbət üçün ibadət edir. Bu, (alverin xeyir-ziyanını nəzərdə saxlayan) tacirlərin ibadətidir. Bir dəstə isə Allaha qorxudan ibadət edir. Bu da qul və kölələrin ibadətidir (ki, onlar ağalarının göstərişlərini qorxudan yerinə yetirirlər). Digər bir dəstə isə Allaha şükr etmək üçün ibadət edir və bu, azad insanların ibadətidir (ki, onlar agahlıq və niyyət paklığı ilə Allaha ibadət edirlər və Onu ibadət və bəndəlik etməyə layiq bilməkdən başqa, digər bir məqsədləri yoxdur).
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 652 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024