İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2038
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    Bu fəsildə o Həzrət əleyhis-salamın, (bu kitabda) mənasının dərki çətin və izah və təfsirə ehtiyacı olan seçilmiş kəlamlarının bəzilərini bəyan edəcəyik
    BİRİNCİ
    İmam Əli əleyhis-salamın (Həzrət Sahibəzzamanın–Allah onun mübarək zühurunu tezləşdirsin–əzəmət və böyüklüyündən xəbər verdiyi) hədisində deyilir:
    Onun vaxtı çatanda alicənab başçı və dinin rəhbəri (gizlin qalmadan və nigarançılıqdan çıxıb öz səltənət və xilafət məqamında) yerini tutacaq. Sonra (möminlər, dünyanın müxtəlif yerlərindən) bulud parçaları payız fəslində bir yerə toplaşıb bir-birlərinə birləşdikləri kimi o Həzrətin yanında bir yerə toplaşacaqlar. (Bu kəlam aşkar şəkildə İmami-Zaman əleyhis-salamın sağ olmasına, düşmənlərdən gizlin olmasına, yer üzünü seyr etməsinə və Allah istəyən zaman üzə çıxacağına dəlalət edir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    (Əsas mətndə işlədilmiş) «يَعْسُوبُ الدِّينِ» «yə'subuddin» kəlməsinin mənası «alicənab başçı»dır. (O Həzrətin işlətdiyi «ضَرَبَ بِذَنَبِهِ» «zərəbə bizənəbihi» kəlməsinin mənası budur ki, İmami-Zaman ni¬ga¬rançılıqdan sonra öz yerini tutacaqdır. Çünki «يَعْسُوب» «yə'sub» lüğətdə «bal arılarının şahı» mənasındadır ki, günün çox hissəsini iki qanadı ilə uçur, quyruğunu yerə qoyduqdan sonra isə hərəkət və uçuşu dayandırıb öz yerində durur.) «قَزَع» «Qəzə» (istər sulu, istər də) susuz və yağışsız (nazik) bulud parçalarıdır. (Lüğət yazan alimlər də onun mənasını deyilən kimi yazıblar. Həzrət Sahibəzzaman əleyhis-salamın əshabı ona görə payızın bulud parçalarına oxşadılıb ki, payız qışın əvvəlidir və dağınıq buludlar həmin vaxt bir-birlərinə tez birləşirlər.)
    İKİNCİ
    İmam Əli əleyhis-salamın (Əmirəl-möminin əleyhis-salamın səhabələrinin əzəmətli, xas və yaxşılarından olmuş Sə'sə’ə ibn Sauhan Əbdini təriflədiyi) hədisində deyilir:
    Bu xütbə oxuyan mahir və zirəkdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    (Əsas mətndəki «شَحْشَح» «şəhşəh» kəlməsindən) məqsəd xütbə oxumaqda mahir, zirək və usta olan və dolğun söz söyləməkdə bacarığı olan şəxsdir. Danışıq və hərəkəti iti olan hər bir şəxsə «شَحْشَح» «şəhşəh» deyirlər.
    «شَحْشَح» «şəhşəh» bundan başqa yerdə bəxşiş etməyən xəsis və simic mənasında işlədilib.(İbn Əbil Hədid burada belə yazır: Sə’sə’əyə bu iftixar və baş ucalığı bəsdir ki, Əli əleyhis-salam kimi bir şəxsiyyət, onun dilinin mahirliyi, ustalığı, fəsahəti və nitq qabiliyyətini tərifləyib. )
    ÜÇÜNCÜ
    İmam Əli əleyhis-salamın (çəkişmə və dava-dalaşın ziyanı barəsindəki) hədisində deyilir:
    Çəkişmə və dava-dalaşda çətinlik və məhv olma vardır. (Çünki əgər şəxs çalışaraq onda israrlı olsa günaha düçar olar, ona göz yumub əl çəksə isə məğlub olar və zülmə məruz qalar. Hər iki halda əziyyətə və çətinliyə düşər. Belə olan şəxs pərhizkarlıqdan qalar, necə ki, iki yüz doxsanıncı kəlamda bu nöqtəyə təkid edilib. Buna görə də gərək insan elə iş görsün ki, çəkişmə və düşmənçilik qarşıya çıxmasın. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    İmam əleyhis-salamın (əsas mətndəki) «قُحَم» «quhəm» kəlməsindən məqsədi «məhv olmaqlıqlar»dır. Çünki çəkişmə çox vaxt insanları çətinliklərə və məhvə düçar edir. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab», yəni, «ərəb çölçülərinin çətinlikləri» də ondan götürülüb. Məqsəd budur ki, onlar qəhətlik və quraqlığa düçar olurlar. Belə ki, bu, onların var-yoxlarını aradan aparır, heyvanlarından ətsiz quru sümükdən başqa bir şey qoymur və var-yox¬la¬rının məhv olmasının mənası da elə budur. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab»ın (mənası) barəsində başqa cür də deyilib və o budur ki, qəhətlik və quraqlıq onları abad şəhərlərə getməyə məcbur edir. Yəni, çöllərin quruması (və onda ot və suyun olmaması) onları möhtac edir və şəhərə gəlməyə vadar edir.
    DÖRDÜNCÜ
    İmam Əli əleyhis-salamın (qız üçün ər seçmək barəsindəki) hədisində deyilir:
    Qadınlar (qızlar) həddi buluğa çatan zaman (onların ərə getmək və öz hüquqlarını ələ almaq vaxtları çatanda) ata qohumları (onu ərə verməyə ana qohumlarından) daha layiqdirlər. (Seyyid Rəzi-rəziyəllahu ənhu-deyir:)
    (Əsas mətndə olan «نَصُّ الْحَقائِق» «nəssul-həqaiq» kəlməsinin yerinə) «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» da rəvayət edilib. «نَصّ» «nəss» hər bir şeyin son həddi və axırıdır. Məsələn, yol getməkdə «نَصّ» «nəss» heyvanın getməyə qadir olduğu hərəkətin son həddidir. Sən o vaxt «نَصَصْتُ الرَّجُلَ عَنْ الْأَمرِ» «nəsəstur-rəculə ənil-əmr», yəni, «filan şey barəsində filan kişidən sualımı sona çatdırdım» deyirsən ki, həmin şey barəsindəki suallarını onda olanları əldə edənə kimi verib sona çatdırmış olasan. Buna görə də Həzrətin «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan (bu cümlədən) məqsədi, qızların, uşaq¬lı¬ğın sonu olan və uşağın böyüklük həddinə çatdığı «həddi-buluğ»a yetişmələridir. Həzrətin (نَصُّ الْحِقاقِ «nəssul-hiqaq») kəlamı, bu mənada ən dolğun və heyrətləndirici metaforalardandır. Buyurur ki, qızlar həmin həddə (ərə getmək vaxtına) çatan zaman onu ərə vermək istəsələr qızın ata qohumları–əgər qar¬daş¬lar və əmilər kimi ona məhrəm olsalar–onu ərə ver¬mə¬yə anadan daha layiqdirlər. «حِقاقِ» «hiqaq» (kəlməsi) ananın, qızı barəsində qızın ata qohum¬ları ilə çəkişməsi mənasında olan «مُحاقَّة» «muhaqqə»dən götürülüb. «مُحاقَّة» «muhaqqə» onların hər birinin digəri ilə, qızı ərə verməyə daha layiq olması barəsində çəkişmə aparması və qalmaqalıdır. «جادَلْتُهُ جِدالاً» «cadəltuhu cidalən» kimi olan «حاقَقْتُهُ حِقاقاً» «haqəqtuhu hiqaqən», yəni, onunla çəkişdim və dava etdim, ibarəsi də ondan götürülüb. Deyiblər ki: «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» əqlin həddi buluğa, kamillik həddinə çatmasıdır. Çünki İmam əleyhis-salam (bu kəlamda) o sonun və zamanın çatmasını nəzərdə tutub ki, onda haqq və hökmlər (qıza) vacib olur. «نَصُّ الْحَقائِق» «Nəssul-həqaiq» rəvayət edən kəs, «حَقائِق» «həqaiq»i «حَقِيقَة» «həqiqə»nin cəmi hesab edib.
    Bu deyilənlər Əbu Ubəyd Qasim ibn Səlamın(Lüğət, hədis, ədəbiyyat və fiqh elmlərində, eləcə də rəvayətinin düzlüyündə və elminin çoxluğunda çox məşhur və tanınmış şəxsiyyətlərdən olmuş və 222, yaxud 223, ya da 224-cü hicri ilində Məkkədə həcc əməllərini yerinə yetirib qurtardıqdan sonra vəfat etmişdir. ) bəyan etdiyi məna idi. Mənim fikrimcə isə burada «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan məqsəd, qızın, ərə getməsi və öz hüquqlarını ələ alması rəva olan həddə çatmasıdır. Çünki o, dəvə barəsində işlədilən «حِقاق» «hiqaq»-a oxşa¬yır və o, «حِقّ» «hiqq» və «حِقَّة» «hiqqə»-nin cəmidir. Bun¬la¬rın mənası üç yaşı tamam olmuş və dörd yaşına keçmiş dəvədir və o, həmin vaxt minilmək və yaxşı sürülməsi mümkün olan həddinə çatır. «حَقائِق» «həqaiq» də «حِقَّة» «hiqqə»nin cəmidir və hər iki rəvayətin («نَصُّ الْحَقائِق» «nəssul həqaiq» və «نَصُّ الحِقاقِ» «nəssul-hiqaq»-in) mənası birdir. (Bizim dediyimiz) bu (məna), ərəbin məslək və yoluna, deyilmiş birinci mənadan daha çox oxşayır
    BEŞİNCİ
    İmam Əli əleyhis-salamın (iman barəsindəki) hədisində deyilir:
    İman qəlbdə ağ nöqtə kimi yaranır, zahir olur. İman artdıqca həmin ağ nöqtə də artır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    (Əsas mətndəki) «لُمْظَة»«lumzə», nöqtə və ya onun kimi ağ bir şeydir. Aşağı dodağında ağ xal olan ata deyilən «فَرَسٌ أَلْمَظ» «fərəsun əlməz» (ifadəsi) də bu mənadan götü¬rü¬lüb.(İbn Əbil Hədid burada belə yazır: Əbu Ubəyd deyir: İmanın azalması və çoxalmasını inkar edən və düz bilməyən şəxsin əleyhinə bu hədisdə dəlil və sübut vardır. Məgər görmürsənmi ki, bu hədisdə «iman artdıqca həmin ağ nöqtə də artır» deyilir? Amma «Məcməul-bəhreyn» kitabının müəllifi Tureyhi (rəhiməhullah) «لَمَظَ» «ləməz» kəlməsinin izahında bu hədisi nəql etdikdən sonra belə yazır: «الْإيمانُ يَبْدُو لُمْظَةً» «iman, qəlbdə ağ nöqtə kimi üzə çıxır» cümləsində, «iman» kəlməsinin təqdirində «əlamət» kəlməsi vardır və o «عَلامَةُ الاِيمانِ» şəklindədir. Yə’ni imanın əlamət və nişanəsi ilk dəfə iman gətirən şəxsin qəlbində ağ nöqtə kimi zahir olur, yaranır. Sonra, dil ilə iqrar etdikdən sonra o nöqtə artır, çoxalır. Həmçinin bədən üzvləri ilə saleh əməl və gözəl işlər görəndə həmin nöqtə daha da çoxalır. Eləcə də «məsələn dünyaya və onun malına ürək bağlamayanda da həmin nöqtə çoxalır.» Buna görə də naçar qalıb izafət tərkibinin təyin edilən tərəfi, yəni, «əlamət və nişanə» kəlməsini təqdirdə nəzər¬də tuturuq. Çünki iman bütün əmr və qadağalarda Allahı və Onun peyğəmbərini təsdiq etməkdir və bunda artma və çoxalma təsəvvür edilməzdir. )
    ALTINCI
    İmam Əli əleyhis-salamın (borcun zəkatı barəsindəki) hədisində deyilir:
    Əgər birinin alacağı varsa və həmin borcu (borcludan) alıb-almayacağını bilmirsə, onu alanda üzərindən keçmiş il üçün onun zəkatını (verilməsi layiq olan kəsə) verməsi vacibdir.(Bu kəlamın zahiri müctəhidlərin fitvalarına ziddir. Onlar deyirlər ki: borcun zəkatı, nəinki onu alıb-almayacağı barəsində gümanda olanda, hətta borcu alacağını biləndə belə borc verən kəsə vacib deyil. Bəziləri deyiblər ki: Bu o vaxt belə olur ki, borcun alınmasında olan gecikdirmə borc verən tərəfdən olmuş olsun. Yəni, o özü onu almasın və alıb-almamaqda tərəddüddə olsun ki, əgər alsa keçən ilin zəkatını vermək ona vacib olacaq. Bu nəzər məşhur nəzərə, hətta müasir alimlərin yek¬dil nəzərinə ziddir, necə ki, mərhum Şeyx Məhəmmədhəsən (rəhiməhullah) «Cəvahirul-kəlam» kitabında buyurub və mərhum Hacı Ağarza Həmədani (qüddisə sirruh) «Misbahul-fəqih» kitabında onun dediklərini təsdiqləyib.) (Seyyid Rəzi əleyhirrəhmə deyir:)
    (Əsas mətndəki) «الدَّيْنُ الظَّنُونُ» «əd-dəyn əz-zənun» borc sahibinin borcludan alıb-almayacağını bilmədiyi borcdur. Belə ki, borc yiyəsi onun barəsində zənn və gümandadır. Bəzən onun çatacağına ümid bəsləyir, bəzən də naümiddir. Bu, (məqsədə dəlalət edən) ən fəsahətli və dolğun kəlamlardandır. Həmçinin sənin axtardığın, amma tapıb-tapma¬ya¬ca¬ğını bilmədiyin hər bir şey «الظَّنُون» «əz-zənun»dur. (Cahiliyyət dövrünün məşhur şairlərindən olmuş və ərəblərin, onun şe’rlərinə mahnı qoşub oxuduğu) Ə’şanın sözü də bu mənadadır ki:
    ما يُجْعَلُ الْجُدُّ الظَّنُونُ الَّذِى جُنِّبَ صَوْبَ اللَّجِبِ الْماطِرِ
    مِثْلَ الْفُراتِىِّ إِذا ماطَما يَقْذِفُ بِالْبُوصِىِّ وَ الْماهِرِ
    «Suyunun olub-olmaması barəsində zənn və güman edilən və səs–küylü axar yağışın gəlməsindən uzaq olan quyunu, Fəratın tüğyan edən zamanda (suyun çoxluğu və dalğaların təlatümü nəticəsində) gəmi və mahir üzgüçünü diz çökdürən suyuna tay tutmaq olmaz.» (Bu cümlə simic və xəsis adamla comərd və əliaçığın bərabər olmaması barəsində bir məsələdir. Şe’rin mətnində olan) «جُدّ» «cudd» (kəlməsi) çöl və səhrada olan köhnə quyu mənasındadır. «الظَّنُون» «Əz-zə¬nun» isə suyunun olub-olmaması bilinməyən bir quyudur.
    YEDDİNCİ
    İmam Əli əleyhis-salam, müharibəyə göndərdiyi qoşunu ötürərkən (onlara öyüd-nəsihət verib belə) buyurmuşdur:
    Bacardıqca qadınlardan uzaq olun. (Seyyid Rəzi–rəhiməhullah–deyir:)
    Bu kəlamın mənası budur ki, (müharibə zamanı) qadınları yadınıza salmaqdan və onlara ürək bağlamaqdan çəkinin və özünüzü onlarla yaxınlıq etməkdən saxlayın. Çünki bu, qeyrət və kişilik gücünü süstləşdirir, qəti qərarlara xələl gətirərək onlarda boşluq yaradır, insanı düşmən müqabilində məğlub edir və müharibəyə gedərək onda səy və təlaş göstərməkdən uzaqlaşdırır. Bir şeydən çəkinən şəxs (barəsində «أَعْذَبَ عَنْهُ» «ə’zəbə ənhu», yəni,) «ondan uzaqlaşıb və özünü ondan saxlayıb» deyilir. Özünü yemək-içməkdən saxlayan kəsə «عاذِب» «azib» və «عَذُوب» «əzub» deyilir.
    SƏKKİZİNCİ
    İmam Əli əleyhis-salamın (23-cü xütbədə paxıllıq etməmək və həsəd aparmamaq barəsindəki) hədisində deyilir:
    Qələbə axtaran mahir qumarbaz kimi olsun ki, qələbəni əvvəlcə öz qumar oxlarından gözləyir.(Buna görə də dünya nemətindən bəhrəsi az olan kəs başqalarına paxıllıq edib həsəd aparmamalı, əksinə, həmişə uduş gözləyən mahir qumarbaz kimi bəxtin ona üz tutması üçün qəm-kədərə tutulmamalı və çalışmalıdır.) (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    (Əsas mətndə olan) «ياسِرُون» «yasirun», alıb kəsdikləri dəvənin üstündə qumar oxları ilə qumar oynayan kəslərdir. «فالِج» «falic», qələbə axtaran və mahir mənasındadır. (Bu barədə belə) deyirlər: «فَلَجَ عَلَيْهِمْ وَ فَلَجَهُمْ» «fələcə ələyhim və fələcəhum», yəni, dostlarına qalib gəldi və onlardan uddu. (Döyüş meydanında) hərif çağıraraq rəcəz oxuyan şəxs belə deyir: «لَمّا رَأَيْتُ فالِجاً قَدْ فَلَجا» «ləmma rəəytu falicən qəd fələca» yəni, «o zaman ki, qələbə çalanı qalib gələndə gördüm.»
    DOQQUZUNCU
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - şücaət və cəsurluğu barəsindəki və oxşarı doqquzuncu məktubda keçmiş) hədisində deyilir:
    Biz qorxu və vahimə qızaranda (döyüş çətinləşəndə) özümüzü Allahın elçisi (səlləllahu əleyhi və alih) vasitəsi ilə qoruyurduq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu sözün mənası budur ki, düşməndən qorxu artanda və müharibənin sancmaqları ağırlaşanda müsəlmanlar Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) vuruşan tərəfə qaçırdılar və Allah-təala o Həzrətin bərəkətindən onlara yardım göndərirdi. Onlar da həmin Həzrət vasitəsi ilə qorxduqları şeydən xatircəm olub rahatlanırdılar.
    Həzrətin «إِذَا احْمَرَّ الْبَأْسُ» «qorxu və vahimə qızaran zaman» ibarəsi, döyüşün ağırlığını məcazi dillə anlatmaqdır. Bu barədə bir neçə fikir deyilib. Onların ən yaxşısı budur ki, Həzrət, müharibənin qızışmasını istilik və qırmızılığı öz əməl və rəngində toplayan oda bənzədib (ki, həm yandırıcıdır həm də şöləli). Bu nəzəri Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Taif ilə Məkkə arasındakı yerin adı ilə adlandırılan) Hüneyn müharibəsində müsəlmanların qılınc çalmalarını görən zaman buyurduğu söz də təsdiqləyir. O, (Qeys qəbilələrindən olan) Həvazən döyüşü idi (ki, Həzrət onda buyurdu): «الْانَ حَمِىَ الْوَطِيسُ» «indi müharibənin təndiri qı¬zışdı». (Əsas mətndəki) «وَطِيس» «vətis» (kəlməsi) od yan¬dı¬rı¬lan yer mənasındadır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onların döyüşlərinin qızışmasını odun alışaraq şölələnməsinə bənzədib.
    Bu fəsl sona çatdı və biz özümüzün bu bölümün əvvəlindəki üsulumuza (o Həzrətin buyurduğu kəlmələrin təfsiri deyil, İmam əleyhis-salamın sözlərinin bəyan edilməsi olan məqsədimizə) qayıdırıq
    253
    Müaviyənin qoşununun (İraqın qədim şəhərlərindən olan) Ənbara hücum edərək qarətçilik və soyğunçuluq etməsi xəbəri İmam Əli əleyhis-salama çatanda, o Həzrət təkcə piyada (Kufədən) çıxaraq (Kufə yaxınlığındakı) Nuxəyləyə kimi gəldi. Camaat (onun arxasınca gəlib) xidmətinə yetişərək belə dedi: Ey Əmirəl-möminin! Sənin yerinə biz onlara bəsik. Sonra Həzrət (onların məzəmmətində belə) buyurdu:
    Allaha and olsun ki, siz mənə özünüz (sizə gələn ziyanlar) üçün bəs deyilsiniz, başqaları üçün necə bəs ola bilərsiniz? Əgər məndən əvvəlki rəiyyətlər hakimlərinin zülmündən şikayətlənirdilərsə, bu gün mən öz rəiyyətimin zülmündən şikayətlənirəm. Sanki mən tabe, onlar rəhbərdirlər, yaxud mən əmri yerinə yetirən, onlar isə əmr verəndirlər! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    İmam əleyhis-salam bu sözü – bizim, bir hissəsini xütbələr fəslində (iyirmi yeddinci xütbədə) bəyan etdiyimiz uzun bir söhbətdə –deyəndə, səhabələrindən iki nəfər qabağa çıxdı və onların biri dedi: Mənim özümdən və qar¬da¬şımdan başqa heç kəsə gücüm çatmır. Ey Əmirəl-möminin! Bizə istədiyin şeyi əmr et, yerinə yetirək. İmam əleyhis-salam buyurdu: Mənim istədiklərim sizinlə hara kimi qabağa gedər və siz iki nəfərin əlindən nə gələr?
    254
    Deyirlər ki, Haris ibn Hut (və ya Xut) İmam Əli əleyhis-salamın yanına gələrək deyib: Elə bilirsən mən Cəməl əhlinin (Təlhə, Zübeyr, Aişə və onların tərəfdarlarının) azğınlıqda olmasını güman edirəm?
    İmam Əli əleyhis-salam (onun məzəmmətində) buyurub:
    Ey Haris! Sən öz altına baxdın (onların batil və səhv sözlərini qəbul etdin), amma üstünə və yuxarı baxmadın (mənim haqq və doğru sözlərim barəsində isə düşünmədin), beləliklə, çaş-baş və avara qaldın! Sən haqqı tanımadığın üçün onun əhlini də tanımadın, batili tanımadığın üçün onun davamçılarını və arxasınca gedənlərini də tanımadın. Haris dedi: Mən Sə’d ibn Malik (Sə'd ibn Əbi Vəqqas) və Abdullah ibn Ömər (ibn Xəttab) ilə kənara çəkilib bir guşəyə gedirəm. Sonra İmam əleyhis-salam buyurdu: Sə’d ilə Abdullah ibn Ömər haqqa kömək etmədilər və batili tərk etmədilər.(Çünki onların batildən uzaqlaşmaları, ona kömək etməmək məqsədi ilə deyil, haqq barəsində şəkk və tərəddüddə olmalarına görə idi. Buna görə də sən onlara tabe olmamalısan. Şərhçi Bəhrani (rəhiməhullah) burada belə yazır: Osman öldürülən kimi Sə'd ibn Əbi Vəqqas bir neçə qoyun alaraq səhraya getdi, ölüncə həmin qoyunlarla yaşadı və Əli əleyhis-salama bey'ət etmədi. Abdullah ibn Ömər Əmirəl-mömininə bey’ət etdi və ondan sonra Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zövcəsi olmuş bacısı Həfəsəyə sığınaraq Cəməl müharibəsində iştirak etmədi və dedi: İbadət və bəndəlik mənim at minmək və müharibə etmək qüdrətimi alıb. Nə Əli ilə varam, nə də onun düşmənləri ilə. Mühəddis Hacı Şeyx Abbas Qumi (əleyhirrəhmə) «Səfinətu biharil-ənvar»kitabında nəql edir ki: Həccac Məkkəyə daxil olub İbn Zübeyri dar ağacından asanda Abdullah ibn Ömər axşam vaxtı onun yanına gəlib dedi: Əlini ver, Əbdülməlik üçün sənə bey’ət edim. Çünki Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub ki: «مَنْ ماتَ وَ لَمْ يَعْرِفْ إِمامَ زَمانِهِ ماتَ مِيْتَةً جاهِلِيَّةً» «hər kim öz zamanının imamını tanımadan ölsə, cahiliyyət dövründəki kimi ölüb.» Sonra Həccac ayağını uzadıb dedi: Ayağımı götür və bey’ət et, çünki əlim məşğuldur. İbn Ömər dedi: Məni ələ salırsan? Həccac dedi: Ey Ədiyy qəbiləsinin axmağı! Əli əleyhis-salamla bey’ət etmədin, amma bu gün bu sözləri danışırsan. Məgər Əli sənin zəmanənin imamı deyildi? Allaha and olsun ki, mənim yanıma Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu kəlama görə deyil, İbn Zübeyrin asıldığı bu ağacın qorxusundan gəlmisən. )
    255
    İmam Əli əleyhis-salam (padşahın həmsöhbəti barəsində) buyur¬muşdur:
    Padşahın həmsöhbəti şir minmiş kəs kimidir. Xalq onun məqam və yerinin arzusundadır, o isə öz yerindən daha yaxşı xəbərdardır (ki, nə qədər təhlükəlidir).
    256
    İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur:
    Başqalarının övladlarına yaxşılıq və mehribançılıq edin ki, sizin övladlarınızın hörmətini saxlasınlar.
    257
    İmam Əli əleyhis-salam (böyüklərin sözləri barəsində) bu¬yurmuşdur:
    Elm və bəsirət sahiblərinin sözü əgər düz olsa (dünya və axirət dərdləri üçün) dərman, səhv olsa isə dərddir (fitnə-fəsada səbəb olar. Buna görə də hikmət sahibi və alim çalışmalıdır ki, səhv söz deməsin. Çünki deyiblər ki: «زَلَّةُ الْعالِمِ زَلَّةُ الْعالَمِ» «alimin büdrəməsi aləmin büdrəməsidir.»)
    258
    Bir kişi İmam Əli əleyhis-salamdan imanın (mənasının) nə olmasını ona başa salmasını istədi. O Həzrət (sözün hürkəkliyi barəsində belə) buyurdu:
    Hamı eşitsin deyə sabah mənim yanıma gəl və mən sənə xəbər verim ki, əgər sən mənim sözlərimi unutsan başqası onu əzbərləsin. Çünki söz hürkək ov kimidir. Biri (öz hafizəsi ilə) onu oğurlayır, başqa birisi isə (kütbeyinliyinə görə) onu əldən çıxarır. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Biz o Həzrətin həmin kişinin cavabında buyurduqlarını bu fəslin keçən hissəsində (otuzuncu kəlamda) bəyan etmişik və o, «iman dörd dirək (sütun) üzərində möhkəmlənib» (cümləsi ilə başlayan) kəlamıdır.
    259
    İmam Əli əleyhis-salam (gəlib çatmamış şey üçün qəmlənməmək barəsində) buyurmuşdur:
    Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək. (Buna görə də yaxşı olar ki, insan özünü gəlib çatmamış günlərə görə əldən salmasın və hər gün həmin gün üçün çalışsın.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 834 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024