İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    260
    İmam Əli əleyhis-salam (dostluq və düşmənçilik barəsində) buyurmuşdur:
    Dostunu sev, amma həddi aşmaq miqdarında yox (onu bütün sirlərdən xəbərdar etmə). Ola bilər ki, o, bir gün sənin düşmənin olsun (və peşman olasan). Həmçinin düşməninlə orta səviyyədə düşmənçilik et (aradakı pərdələri tam götürmə). Ola bilər ki, günlərin bir günü o, sənin dostun olsun (və onda sən xəcalətli və başıaşağı olarsan).
    261
    İmam Əli əleyhis-salam (dünya və axirət üçün çalışmaq barə¬sində) buyurmuşdur:
    İnsanlar dünyada iki dəstədirlər: Biri dünyada dünya üçün işləyir və dünya onu özünə məşğul edərək axirətindən (axirət işlərindən) saxlayıb. O, varislərinin yoxsulluğa düçar olmalarından qorxur (onlar üçün mal və sərvət toplayır ki, birinə möhtac olmasınlar), öz yoxsulluğu barəsində isə xatircəmdir.(Qiyamət gününün çətinliyindən qurtulmaq üçün bir iş görmür və həmin günün yoxsulluğunun fikrində deyil. Yaxud məna belədir ki: Övladları üçün mal və sərvət toplamaq istiqamətində özünün sıxıntılara düçar olmasından qorxusu yoxdur. ) Beləliklə, öz həyatını başqasının xeyrinə sona çatdırır. Digəri isə dünyada axirət üçün işləyir, dünyadan onun üçün olan (təqdir edilmiş) şey işləmədən ona çatır. Beləliklə, o, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edib. Həmçinin Allahın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istəyi rəva olar. (Çünki onun Allah yanında hörmətli olması istəklərinin rəva olmasına səbəb olur.)
    262
    Nəql edilib ki, Ömər ibn Xəttabın xilafəti zamanında onun yanında (Allahın əzəmətli Məkkə şəhərindəki evi) Kə’bənin zi¬nə¬ti və bu zinətin çoxluğu barəsində söhbət düşür və bir dəs¬tə belə deyir: Əgər onları götürüb müsəlmanların qo¬şu¬nuna xərcləsən savab və mükafatı çox olar, Kə’bə zinəti nə edir? Ömər də onları götürmək qərarına gəlir. Bu barədə Əmirəl-möminin Əli əleyhis-salamdan sual so¬ruşur. O Həzrət (Kə’bənin zinətlərinə toxunmamaq barəsində belə) bu¬yurur:
    Qur’an Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil oldu və mallar dörd qisim idi: (Birincisi:) Müsəlmanların (öləndən sonrakı) malları ki, onları hesab əsasında varislər arasında böldü və payladı. (İkincisi:) Qənimət (qələbə nəticəsində düşməndən əldə edilən şey) ki, onu, ona layiq olan kimsələr arasında böldü. (Üçüncüsü:) Xums (qazanc və alverin beşdə biri) ki, Allah onu müəyyənləşdirdiyi yerdə yerləşdirdi (və onun kimlərə çatmalı olmasını buyurdu). (Dördüncüsü:) Sədəqələr (zəkat və bəxşişlər) ki, Allah onu (da) öz yerinə qoydu (ondan kimlərin istifadə etməsini müəyyənləşdirdi). Kə’bənin zinəti həmin vaxt da onda idi və Allah onu öz vəziyyətində saxladı (onları xərcləmək və sərf etmək barəsində bir göstəriş vermədi). (Allah) onu unutqanlıq səbəbindən tərk etmədi və onun yeri Allaha gizli və qaranlıq deyildi. Buna görə də (bütün mallar barəsində hökm verdiyi, Kə’bənin zinəti barəsində isə heç nə buyurmadığı üçün sən də) onu Allah və Peyğəmbər qoyduğu kimi öz yerinə qoy. Ömər dedi: Əgər sən olmasaydın, biz (Allahın hökmünü bilmədiyimiz üçün) rüsvay olardıq. O, zinətləri öz yerinə qoydu (onları heç yerə sərf etmədi).
    263
    Rəvayət edilib ki, İmam Əli əleyhis-salamın yanına Allahın malından (beytülmaldan) oğurluq etmiş iki kişini gətirirlər. Onlardan biri qul və kölə və beytülmalın əmlakı, digəri isə camaatdan birinin qulu idi. Buna görə də o Həzrət (beytul-maldan oğurluq etmiş hansı şəxsin əlinin kəsilməsi barəsində) buyurdu:
    Beytülmala məxsus olan bu qula gəldikdə, ona (şər'i) hədd və cəza icra edilmir (onun əlini kəsmək lazım deyil, çünki) beytülmalın bir hissəsi digər hissəsini yeyib.(Mühəqqiq Hillinin «Şəraiul-İslam» kitabında dediyi kimi, əgər onun əli kəsilsə ziyan, ziyan üstündən olar. ) Amma o biri barəsində (şər'i) hədd icra edilir. (İmam) sonra onun əlini kəsdi.(İbn Meysəm (əleyhirrəhmə) burada belə yazır: İmam onun əlini ona görə kəsib ki, o, qapısı bağlı olan beytulmaldan oğurluq edib və oğurluğu müəyyən edilmiş miqdarda, yəni, qızıl dirhəmin dörddə biri qədər olub. Belə olan halda, əlin kəsilməsi vacib olur. Onun beytulmaldan payı da olmayıb. Amma əgər beytulmaldan payı olsa, oğurladığının ağırlığı payına düşən miqdardan çox olmuş olsa və həmin artıqlıq əlin kəsilməsi üçün müəyyən edilmiş miqdara çatsa, oğrunun əli kəsilir. Lakin əgər oğurluğu payından çox olmasa əli kəsilmir. )
    264
    İmam Əli əleyhis-salam (öz çətinlikləri barəsində) buyur¬muşdur:
    Əgər ayaqlarım bu sürüşkənliklərdə möhkəm qalsa (xilafətim sabitləşsə və daxili müharibələrdən qurtulsam) bir sıra şeyləri dəyişdirəcəyəm (müxaliflərin bid'ətlərini aradan apararaq hökmləri, Allahın Peyğəmbərinin – səlləllahu əleyhi və alih – göstərişlərinə uyğun şəkildə həyata keçirəcəyəm).
    265
    İmam Əli əleyhis-salam (təqdir edilmiş şeylərlə razılaşmağın gərəkliyi barəsində) buyurmuşdur:
    Tam yəqinlik və inamla bilin ki, Allah bəndəyə, o nə qə¬dər çox zirək, çox çalışqan və hiylə-kələkdə çox bacarıq¬lı olsa da, ilahi elmdə onun üçün təqdir edilib müəy¬yən¬ləşdirilmiş şeydən artıq nəsib etməyib. Həmçinin bən¬dənin zəif və aciz olmasına görə, onunla, ilahi elmdə onun üçün təqdir edilmiş şeyin ona çatması arasında fa¬si¬lə və ayrılıq salmayıb. Bu sirdən agah olan və onu hə¬ya¬ta keçirən kəs (dünya və axirətdə) qazanc əldə etmək ra¬hat¬lığı baxımından insanların ən üstünüdür. Ona göz yumaraq onda şəkk edən ziyana düçar olmaq baxımından insanların ən giriftarıdır. Nə çox nemətə çatan ki, nemətə görə yavaş-yavaş əzab və cəzaya yaxınlaşıb. Nə çox çətinliyə düçar olan ki, giriftarçılığına görə ona ehsan və yaxşılıq edilib. Buna görə də ey (bu sözləri) eşidən kəs! Çox şükr et və az tələs, ruzindən sənə çatanla kifayətlən və razı ol (ki, insana, çatması labüd olan miqdardan artıq verilmir).(Bu məsələ və deyilən mətləb dua etməyə və ruzi əldə etmək üçün səy və təlaş göstərilməsinə əmr etməklə ziddiyyət təşkil etmir. Çünki ruzinin əldə edilməsi üçün olan dua və səy, bəzən ruzinin təqdir edilmiş miqdarından çox olmasına səbəb olur.)
    266
    İmam Əli əleyhis-salam (ibadətə təşviq edərək) buyur¬muşdur:
    (Dünyanın yox olacağına dair) elminizi (axirətə göz yumub dünyaya ürək bağlamaq üçün) nadanlıq (la əvəz) etməyin, (ölüm barəsindəki) yəqinliyinizi şəkkə çevirməyin. (Buna görə də) əgər (dünyanın yox olacağını) bilirsinizsə (axirət üçün) iş görün, (ölümə) yəqin edəndə (azuqə götürərək) irəli durun.
    267
    İmam Əli əleyhis-salam (tamah və arzudan uzaq olmaq barə¬sində) buyurmuşdur:
    Tamah (insanı) suyun üstünə apararaq geri qay¬tarmayandır (insanı suyun yanına aparar və onu sudan doydurmadan geri qaytarar. Kim ona düçar olsa məhv olar və ondan qurtula bilməz) və o, (öz əhd-peymanına) vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış çeçiyir. (Nə çox tamahkar və həris ki, mətləbini əldə etmək yolunda ona çatmamış və bəhrələnməmiş məhv olur.) Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kor edir. (Təqdir edilmiş) pay və qismət, ona tərəf getməyən şəxsə tərəf gəlir. (İnsan onu əldə etmək üçün çalışmasa və onu arzulamasa da təqdir edilmiş pay və qismət ona çatacaqdır.)
    268
    İmam Əli əleyhis-salam (zahirin yaxşı, batinin isə pis olması barəsində) buyurmuşdur:
    Allahım, zahirimin gözlərin müqabilində (xalqın gözlərinin qarşısında) yaxşı, batinimin isə gizlətdiklərim şeylərdə Sənin yanında çirkin olmasından, özümü camaatın yanın¬da Sənin məndən də (yaxşı) xəbərdar olduğun şeylərlə riyakarcasına qorumağımdan, beləliklə, xalqa zahirdə yaxşı görünüb pis əməllərimi Sənə tərəf gətirməyimdən və nəticədə bəndələrinə yaxınlaşaraq Sənin razılıqlarından (və mərhəmətindən) uzaqlaşmağımdan Sənə pənah gətirirəm
    269
    İmam Əli əleyhis-salam (Həzrət Sahibəzzamanın zühurunu xəbər verərək) buyurmuşdur:
    Əlbəttə! Aydın gündüzdən yaranan qaranlıq gecənin qalan hissəsində (qüdrəti ilə) gecələdiyimiz Allaha and olsun ki, filan-bəhmən olmayıb.(Belə deyil ki, Allah insanların həmişə zülmət, zəlalət və müxaliflərin azğınlıqlarında qalmalarını istəsin. Əksinə, haqq dövlətin zamanında və İmami-Zamanın (əccələllahu fərəcəh) zuhurunda xalq, İslam həqiqətləri ilə tanış olaraq zülmətlərdən qurtulacaqdır. Bu gecənin səhəri var və bu səhərin açılması yaxındır. )
    270
    İmam Əli əleyhis-salam (əzmkarlıq göstərərək çalışmağın məd¬hində) buyurmuşdur:
    Davam etdirdiyin az iş (onun xeyir verməsi), bezib yorulduğun (və nəticədə tərk edilən) çox işdən ümidvericidir.
    271
    İmam Əli əleyhis-salam (vacibi əməllərə təşviq edərək) buyurmuşdur:
    Müstəhəbbi əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) həmin müstəhəbbiləri tərk edin.(Bunun dəlili 38-ci və 109-cu kəlamın şərhində deyilib. )
    272
    İmam Əli əleyhis-salam (itaətə rəğbət göstərmək barəsində) bu¬yurmuşdur:
    Səfərin (axirət səfərinin) uzaqlığı yadında olan kəs hazırlıq görər (təqva və pərhizkarlığı öz şüarı edər).
    273
    İmam Əli əleyhis-salam (ağla tabe olmaq barəsində) buyurmuşdur:
    Görmək (qəlbin xəbərdar və agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir).(Həqiqətləri dərk etmək üçün hisslərə deyil, ağla arxalanmaq lazımdır. Çünki nə çox hiss edilən və aşkar şey ki, naməlumdur. Amma çox əqli və nəzəri şeylər var ki, nurlu qəlblərdə bütün aşkar şeylərdən də aydındır. Buna görə də filosoflar deyiblər ki: Barəsində yəqinlik olan şeylər hiss olunanlar deyil, ağıl ilə dərk edilənlərdir. Çünki hissin hökmü səhv və xəta etmək ehtimalına məhkumdur və hisslər çox yalan deyir və bizləri səhv inanclara sövq edir, necə ki, böyüyü kiçik və kiçiyi böyük, hərəkətdə olanı dayanmış və dayananı hərəkətdə olan sanırıq. Amma ağıl hər nəyə yol tapsa və həmin şey onun yanında tam aşkar və aydın olsa, onda səhv və xəta ehtimalı yoxdur. Buna görə də nadanların dedikləri «hissdən və göz ilə görməkdən böyük dəlil yoxdur» cümləsi batil və səhvdir. )
    274
    İmam Əli əleyhis-salam (öyüd-nəsihətə qulaq asıb tabe olmaq barə¬sində) buyurmuşdur:
    Sizinlə moizə və nəsihət (onlara qulaq asıb tabe olmaq) arasında qəflət və xəbərsizlik pərdəsi vardır.(Əgər şəhvətə tabe olmamaqla həmin pərdəni yırtıb işin sonu barəsində fikirləşsəniz öyüd-nəsihətdən nəticə çıxarar, faydalanarsınız. )
    275
    İmam Əli əleyhis-salam (ifrat və səhlənkarlıq barəsində) bu¬yurmuşdur:
    Nadanınız (işi nadanlıq ucbatından) çox edir, aliminiz isə (işi öz vaxtından) təxirə salır.(Bu kəlam «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində «جاهِلُكُمْ مُزْدادٌ مُسَوِّفٌ» şəklində, «عالِمُكُمْ» «aliminiz» kəlməsi olmadan nəql edilib ki, onda onun mənası belə olur: «Nadanınız (günahını bağışlayacaqlar fikri ilə günah etməkdə) ifrata varır və (tövbə edərək Allaha tərəf qayıtmağı) təxirə salır.» )
    276
    İmam Əli əleyhis-salam (elmin bəhanə yollarını bağlaması barəsində) buyurmuşdur: Elm və (dinin hökmlərini) bilmək («Allah kərimdir, rəhimlidir, bizim əziyyət çəkməyimizə və bəndəlik etməyimizə ehtiyacı yoxdur» deyən) bəhanə axtaranların yolunu bağlayır. (Buna görə də din, kitab və Peyğəmbərlə tanış olan şəxsin bəhanəsi qəbul deyil.)
    277
    İmam Əli əleyhis-salam (işi vaxtında yerinə yetirməyən şəxsin məzəmmətində) buyurmuşdur:
    Kimi tələsdirirlərsə (ölümü tez çatırsa) möhlət istəyir (ki, ibadət və bəndəlik etsin), kimə möhlət verirlərsə və tələs¬dir¬mir¬lərsə (ömrü uzundursa, ölümün) təxirə düşməsi ilə («vaxtım var və gələcəkdə yerinə yetirərəm», deyib) bəhanə axtarır (bu gü¬nün işini sabaha saxlayır).
    278
    İmam Əli əleyhis-salam (şadlığa ürək bağlamamaq barəsində) bu¬yurmuşdur:
    Ruzigar xalqın «xoş halına» dediyi hər bir şey üçün bir pis gün gizlədib. (Zəmanə insanda gördüyü nemətə paxıllıq edər və onu, onun əlindən alar. Buna görə də ağıllı adam dünyanın şadlıqlarına ürək bağlamaz və rahat oturmaz.)
    279
    İmam Əli əleyhis-salamdan qəzavü-qədər (onun necəliyi) ba¬rəsində sual soruşdular. O Həzrət (onun barəsində düşünməkdən çəkindirərək belə) buyurdu:
    O, qaranlıq bir yoldur, onunla getməyin (ki, şübhələr nə¬ti¬cəsində onların həllində aciz və sərgərdan qalar, yolunuzu azarsınız); dərin bir dənizdir, ona daxil olmayın (ki, müxtəlif düşüncələrdə qərq olarsınız); Allahın sirridir, özünüzü onda (onu aydınlaşdırmaq üçün) əziyyətə salmayın (ki, xeyir görməz və bir yerə çatmazsınız).
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 637 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024