İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    280
    İmam Əli əleyhis-salam (itaətsizliyin ziyanı barəsində) buyurmuşdur: Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər.(Onu səadət və xoşbəxtliyə səbəb olan dini elm və ilahi hökmlərdən bəhrələnməyə müvəffəq etməz. Bu kəlam nadanlığın ən pis bədbəxtçilik olmasına dəlildir. )
    281
    İmam Əli əleyhis-salam (gözəl xasiyyətlərə həvəsləndirərək) buyurmuşdur:
    Keçmiş zamanlarda mənim Allah yolunda (Əbuzər Qəffari və ya Osman ibn Məz’un adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi (danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə və öyüd-nəshətlə) yatırdardı. (Allaha itaət və bəndəlik, xalqla səbrlilik nəticəsində) zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir və ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi. Vaxtından qabaq) qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər və düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi (və bu üsul, ədalət və insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük və doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. (Yersiz danışıq və söhbətlərdə sakit idi.) Danışmaqdansa qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən (düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. (Buna görə heç olmasa həmin xüsusiyyətlərin bəzilərinə də olsa yiyələnin.)
    282
    İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) bu¬yur¬muşdur:
    Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm də əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə də itaət və şükrün zərurət və tələblərindən olan günahın tərk edilməsi də vacib olacaqdır.)
    283
    İmam Əli əleyhis-salam (öz səhabə və yoldaşlarının münafiq simalarından olmuş) Əş’əs ibn Qeysə övladının ölümünə görə baş sağlığı verib onu səbr və dözümlülüyə təşviq edərkən (dözümsüzlük etməmək barəsində) buyurmuşdur:
    Ey Əş’əs! Əgər oğluna (onun ölümünə) görə kədərlənsən, (onunla) bağlılığına görə qəmlənməyə haqlısan (sənin övladının ölümünə görə kədərlənməyin yersiz deyil). Amma səbr etsən Allah yanında hər bir müsibət və kədərin canişini (əvəz və mükafatı) vardır. Ey Əş’əs! Əgər səbr etsən sənin barəndə qəza-qədər cari olacaq və sən savab və mükafat alacaqsan, amma dözümsüzlük etsən sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Ey Əş’əs! Oğlun (dünyaya gələn zaman) səni şad etdi, halbuki o, (sənin üçün) bəla və çətinlik idi və (ölümü ilə) səni kədərləndirdi, halbuki (sənin üçün) mükafat və mərhəmət vardır. (Buna görə də onun müsibətində səbrli olmağın daha münasibdir.)
    284
    İmam Əli əleyhis-salam Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) dəfn edən zaman o Həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur:
    Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox!(Çünki o Həzrət dinin əsası və onun rəhbəri idi. Buna görə də onun müsibətində dözümsüzlük etmək pis deyil. Ona görə ki, bu dözümsüzlük həmişə o Həzrətin sifət və davranışlarının yada salınmasına səbəb olur. Bu müsibətdə səbrli olmaq yaxşı deyil. Çünki bu, ondan qafil olmağa və onu yaddan çıxarmağa səbəb olur. ) Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən Həzrətin qəminə nisbətdə) asan və kiçikdir.
    285
    İmam Əli əleyhis-salam (axmaqla yoldaşlıq etməyin ziyanı barəsində) buyurmuşdur:
    Axmaqla yoldaşlıq etmə. Çünki o (öz ağılsızlığı ucbatından) işini sənin nəzərində bəzəyib gözəlləşdirir və sənin də onun kimi olmağını (onun axmaqlıqlarına tabe olmağını) istəyir.
    286
    İmam Əli əleyhis-salamdan şərqlə qərb arasındakı məsafənin nə qədər olmasını soruşdular. O Həzrət (onların arasındakı məsafənin müəyyənləşdirilməsi barəsində belə) buyurdu:
    Günəşin bir günlük hərəkət və fırlanması miqdarında!(Bu cür cavaba qane edici cavab deyirlər. Yəni, cavab, sual soruşanı məmnun edir. Bu ona görədir ki, soruşanın anlama qabiliyyəti soruşulan məsələnin həqiqətini dərk etmək səviyyəsinə çatmır. )
    287
    İmam Əli əleyhis-salam (dost və düşmən barəsində) buyurmuşdur:
    Dostların da üçdür, düşmənlərin də: dostların sənin öz dostun, dostunun dostu və düşməninin düşmənidir. Düş¬mənlərin isə sənin öz düşmənin, dostunun düşməni və düşməninin dostudur.
    288
    İmam Əli əleyhis-salam gördü ki, bir kişi düşməninə ziyan vurmaq üçün elə bir işdə səy və təlaş edir ki, özünə ziyan vurur. (Ziyan vurmağın məzəmmətində) buyurdu:
    Sən tərkinə minmiş şəxsi öldürmək üçün özünə nizə batıran kəs kimisən(Həmin kəs öz sinəsinə nizə sancır ki, nizə arxadan çıxıb tərkinə minmiş şəxsin sinəsinə çatsın və onu öldürsün. Başqası üçün ziyanı ilk növbədə özünə dəyən pislik planlaşdıran kəs, ya çox xəbis və nanəcibdir, ya da ağılsız və nadan. ).
    289
    İmam Əli əleyhis-salam (öyüd-nəsihət qəbul etməmək barəsində) buyurmuşdur:
    (Ruzigar və öyüd verənlərdən götürülməli) ibrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul etmək isə nə qədər də az!
    290
    İmam Əli əleyhis-salam (dava-dalaşın məzəmmətində) bu¬yur¬muşdur:
    Çəkişmə və dava-dalaş istiqamətində çalışaraq israrlı olan kəs günah edib. Onda səhlənkarlıq və təmkinlilik göstərən isə zülmə məruz qalar. (Başqası ilə) dava-dalaş edən kəs (dava-dalaş əsnasında günahdan uzaq olub) pərhizkar ola bilməz. (Çünki dava-dalaşda təqva və pərhizkarlığın zərurətlərindən olan ədalətlilik və həddi aşmamaq çətindir.)
    291
    İmam Əli əleyhis-salam (tövbə etməyə həvəsləndirərək) buyurmuşdur:
    O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdım (qəflətən ölmədim), məni kədərləndirmədi.(Çünki insan günah etdikdən sonra pak, düz və doğru niyyətlə Allahın bağışlamasına ümidvar olsa, əməlindən peşman olub onu bir daha etməmək qərarına gəlsə və günahın kəffarəsi olan namaza durub Allahdan bağışlanmasını istəsə, həmin günaha görə cəzalandırılmaz. Buna görə də həmin günah onu kədərləndirməz. Qeyd etmək lazımdır ki, İmam əleyhis-salamın bu kəlamı başqasına öyrətmək, namazın günahın kəffarəsi olmasını, insanın günahdan uzaq olmasının zəruriliyini və tövbədən qabaq baş verə bilən qəfil ölümdən qorxmasını başa salmaq üçündür, yoxsa o Həzrətin özü hər bir günahdan pak və uzaqdır.)
    292
    İmam Əli əleyhis-salamdan soruşurlar ki: Allah bu qədər çox məxluqla (qiyamət günü) necə hesab aparacaq və sorğu-sual edəcəkdir? O Həzrət (Allahın hər şeyə qadir olması barəsində belə) buyurdu:
    Bu qədər çoxluqla onlara ruzi verdiyi kimi! Soruşdular: Onlar Onu görməyə-görməyə onlarla necə sorğu-sual aparacaq? Buyurdu: Onlar Onu görməyə-görməyə onlara ruzi verdiyi kimi!(Buna görə də təəccüblənməyə yer yoxdur. Çünki Allahın, bəndələrin Onu görməmələrinə baxmayaraq, onların hamısına ruzi verməsini gördüyün kimi, onlardan sorğu-sual etməyə də qadirdir. )
    293
    İmam Əli əleyhis-salam (xəbər göndərmək barəsində) buyurmuşdur:
    Sənin qasidin (başqası üçün) sənin ağlını bəyan edir. (Buna görə də gərək zirək və bilikli olsun ki, sənin məqsədini şirin kəlmə və dolğun sözlərlə tərəf müqabilə başa sala bilsin.) Həmçinin sənin məktubun sənin tərəfindən danışan ən yetərli şeydir. (O, sənin dilin kimidir. Artıq-əskik danışaraq çətinliklərə düçar olmaq və məhvə gətirib çıxarmaq ehtimalı olan elçi kimi deyil.)
    294
    İmam Əli əleyhis-salam (dua etməyə həvəsləndirərək) bu¬yurmuşdur:
    Dərd-qəmin çətinliyə salmış olduğu giriftar kəs, duaya bəla və dərddən amanda olmayan sağlam şəxsdən daha möhtac deyil. (Əksinə, onların hər ikisi Allaha dua edib Ondan kömək istəməyə möhtacdırlar. Biri sağalmasını, digəri isə sağ¬lam¬lığının davamlı olmasını istəməyə möhtacdır.)
    295
    İmam Əli əleyhis-salam (dünyapərəstlərin məzəmmətində) buyurmuşdur:
    İnsanlar dünyanın oğullarıdır və kişini anasını sevməyə görə məzəmmət etməzlər. (Bu o sözə oxşayır ki: «pis əməl və çirkin işlər filankəsin təbiətinə çevrildiyi üçün onu məzəmmət etməzlər.»)
    296
    İmam Əli əleyhis-salam (ehtiyaclılara əl tutmaq barəsində) buyurmuşdur:
    Yoxsul və fəqir Allahın elçisidir. (Çünki Allahın onu ruzidən az bəhrələndirməsi buna oxşayır ki, varlı və imkanlı bəndəsini öz elçisi ilə sınamaq üçün yoxsulu onun yanına göndərib.) Buna görə də onu (yoxsulu) məhrum edən (ona kömək etməyən) Allahı məhrum edib (Onun, varlıların yoxsullara kömək etmələrinin zəruriliyi göstərişinə əməl etməyib.) Ona (yoxsula) bir şey verən isə Allaha verib (Onun göstərişinə əməl edib).
    297
    İmam Əli əleyhis-salam (zina barəsində) buyurmuşdur:
    Qeyrətli şəxs heç vaxt zina etməz. (O, kiminsə onun yaxınları ilə zina etməsini qəbul etmədiyi kimi, qeyrəti, onun özünün də ona haram olan qadınla yaxınlıq etməsinə icazə vermir.)
    298
    İmam Əli əleyhis-salam (ömrün başa çatması barəsində) buyurmuşdur:
    (İnsanı hər bir hadisədən) qorumaq üçün əcəl (ömrün sona çatma müddəti) kifayətdir. (Əcəl çatmayınca heç kəsin ölməməsi buna bənzəyir ki, əcəl onun qoruyucusudur.)
    299
    İmam Əli əleyhis-salam (mal və sərvətə bağlılıq barəsində) buyurmuşdur:
    İnsan övlad ölümündə yatar (səbr edər), mal və sərvətinin oğurlanmasında isə yatmaz (dözümsüzlük edərək çalışar)! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlamın mənası budur ki, insan övladlarının öldürülməsinə səbr edir, sərvətinin oğurlanmasına isə səbr etmir. (Çünki ölümdən sonra övladın qayıtması mümkün deyil, var-dövlətin qayıtması isə mümkündür.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 659 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024