İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    300
    İmam Əli əleyhis-salam (dostluq barəsində) buyurmuşdur:
    Ataların dostluğu (dostluqlarının əsəri) oğullar arasında qohumluqdur (qohumluq kimidir. Çünki oğullar ataları arasında olan dostluq və düşmənçiliyi irs aparırlar və onların bir-birlərinə kömək etmələrinin kökü dostluqdur və qohumluq onun amillərindəndir). Və (buna görə də) qohumluq dostluğa, dostluğun qohumluğa ehtiyaclı olmasından daha möhtacdır. (İbn Əbil Hədid burada belə yazır: Birindən soruşurlar ki: «Qardaşını çox istəyirsən, yoxsa dostunu? Deyir: Əgər dost olsa qardaşımı.»)
    301
    İmam Əli əleyhis-salam (möminin zirəkliyi barəsində) buyurmuşdur:
    Möminlərin gümanlarından çəkinin (ona əhəmiyyət verin). Çünki Allah haqq və düzlüyü onların dillərində qoyub.(Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «إِتَّقُوا فِراسَةَ الْمُؤْمِنِ فَإِنَّهُ يَنْظُرُ بِنُورِ اللهِ» «Möminin zirəkliyindən və onun zahirdən batini dərk etməsindən çəkinin və onun dediklərini doğru sanın. Çünki o, Allahın nuru ilə baxır və Onun dilinə cari etdiyi şeylə danışır. )
    302
    İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək barəsində) buyurmuşdur:
    Bəndənin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (qüdrət) əlində olan şeyə arxayınçılıq və inamı öz əlində olan şeyə inamından çox olmayınca, onun imanı doğru deyil.(Bəndənin, öz ruzisində və qismətində Allahın əta və bəxşişlərinə olan etimadı, əlində olan mal və sərvətə arxalanmasından çox olmalıdır. Çünki əlində olan əldən çıxa, yox ola bilər, Allahın yanında olanlar isə həmişə qalan və bərqərardır. )
    303
    İmam Əli əleyhis-salam Bəsrəyə gələndə (Həzrət Pey¬ğəm¬bərin səhabələrindən olmuş və rical alimlərinin məzəmmət etdikləri) Ənəs ibn Maliki Təlhə və Zübeyrin yanına göndərdi ki, (o Həzrətin yanında) Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) onların barəsində eşitdiyi sözü («Siz Təlhə və Zübeyr Əli ilə müharibə edəcəksiniz və ona qarşı zalımsınız» hədisini) onların yadına salsın. Ənəs isə bu barədə şəhadət verməkdən boyun qaçırdı və o Həzrətin yanına gələndə dedi: Peyğəmbərin o sözü mənim yadımdan çıxıb. Həzrət (ona qarğış edərək) buyurdu:
    Əgər yalan deyirsənsə, Allah sənə elə bir parlaq ağlıq vursun ki, əmmamə və çalma onu örtməsin (sənin üzünə elə ağ ləkələr salsın ki, əmmamə onu xalqın gözündən gizlədə bilməsin. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Həmin ağlıqdan məqsəd qoturluqdur ki, ondan sonra Ənəsin hər iki üzündə zahir oldu və o, (xəcalətindən el aras-ında) ancaq rübənd ilə görünürdü.
    304
    İmam Əli əleyhis-salam (vacibata əhəmiyyət vermək barəsində) buyurmuşdur:
    Qəlblərin üz tutma və üz döndərmələri (hazırlıq və əzginlikləri) vardır. Buna görə də üz tutma zamanı onları (vacibatdan əlavə) müstəhəbbiləri də yerinə yetirməyə vadar edin. Üz döndərəndə isə vacibatın yerinə yetirilməsi ilə kifayətlənin. (Çünki vacibatı heç bir halda, hətta insanın qəlbi özünü Allah dərgahında lazımı səviyyədə hiss etməsə belə tərk etmək olmaz.)
    305
    İmam Əli əleyhis-salam (Qur'anı oxumağa və dərk etməyə təşviq edərək) buyurmuşdur:
    Sizdən qabaq olanların xəbəri (keçmişlərin əhvalatları), sizdən sonra olacaq şeylərin (qəbr, Bərzəx və qiyamətin necəliyi) xəbəri və sizin aranızda olanların (vacib, haram müstəhəb, məkruh və mübah şeylərin) hökmü Qur’andadır
    306
    İmam Əli əleyhis-salam (şərin geri qaytarılması barəsində) buyurmuşdur: Daşı gəldiyi yerə qaytarın. (Pisliyi, həddi aşmamaq və dinin hökmlərinə zidd olmaması şərti ilə öz misli ilə cəzalandırın, əvəz çıxın.) Çünki şər və pisliyi şərdən başqa bir şey aradan aparmaz.(Bu o yerdədir ki, güzəşt etmək və dözümlülük göstərmək xeyir vermək əvəzinə ziyanı daha da artırsın. Bundan başqa yerdə isə mütləq səbrli olmaq lazımdır, necə ki, İmam əleyhis-salam bir çox yerlərdə ona əmr və təşviq edib. )
    307
    İmam Əli əleyhis-salam (səhabələrinin xaslarından, şiələrinin ləyaqətlilərindən və o Həzrətə tabe olanlardan olmuş) katibi Ubey¬dullah ibn Əbu Rafeyə (xəttin gözəlliyi barəsində) buyurmuş-dur:
    Mürəkkəbqabını (onda olan rəngi toz-torpaq və çirkdən) təmizlə, qələminin ucunu uzun et (ki, mürəkkəb ondan kağız üzərinə yaxşı axsın), sətirlərin arasını geniş götür və hərfləri bir-birinə yaxın yaz ki, bu üsul xəttin gözəlliyi üçün daha uyğun və münasibdir.
    308
    İmam Əli əleyhis-salam (öz məqamı barəsində) buyurmuşdur:
    Mən möminlərin başçısı və rəhbəriyəm, mal və sərvət isə pis əməllilərin rəhbəridir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlamın mənası budur ki, bal arısı öz başçısına tabe olduğu kimi möminlər də mənə tabedirlər, pis əməllilər isə var-dövlətə.
    309
    Yəhudilərdən biri İmam Əli əleyhis-salama dedi: Siz (müsəlmanlar) peyğəmbərinizi torpağa tapşırmamış onun barəsində ixtilaf və ziddiyyətə düşdünüz. Həzrət (yəhudilərin məzəmmətində) ona belə buyurdu:
    Biz onun barəsində deyil, ondan olan şey barəsində (onun ümmətində canişinlik məsələsinə görə) ixtilafa düşdük. (Onun peyğəmbərliyi, Allahın birliyi və buyurduqları barəsində fikir ayrılığımız yox idi.) Amma sizin ayağınızın dəniz suyundan olan yaşlığı qurumamış (Allah siz yəhudiləri fironçulardan nicat verərək dənizi sizin üçün yaranda və siz oradan keçəndə, fironçuları isə suda batıranda, bütün bu tovhid nişanələrini görməyinizə baxmayaraq, dənizin sahilinə çatıb orada bütlərə pərəstiş edən bir dəstəni görən kimi nadanlıq və itaətsizlik səbəbindən) öz peyğəmbərinizə (Həzrət Musa əleyhis-salama) dediniz: «اجْعَل لَّنَا إِلَـهًا كَمَا لَهُمْ آلِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ» (Ə’raf-138) «Bizim üçün onlarınkı kimi (görünən) bir tanrı düzəlt. Musa dedi: Siz doğrudan da çox nadan bir tayfasınız (və azğınlığa qərq olubsunuz ki, bu qədər tovhid nişanə və əlaməti görməyinizə baxmayaraq, yenə də bu cür yaramaz sözlər danışırsınız.).»
    310
    İmam Əli əleyhis-salama dedilər ki: (Döyüşlərdə) igidlərə nə ilə qalib gəldin (onları necə xar etdin və ya öldürdün)? O Həzrət (öz heybəti və camaatın ondan qorxması barəsində belə) buyurdu:
    (Döyüşdə) qarşılaşdığım hər bir kəs mənə öz ziyanına (onu öldürməyimə) kömək edirdi. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Həzrət bu sözü ilə özünün heybət və qorxusunun qəlblərdə yer almasına (ki, igidlər ona görə özlərini itirərək məğlub olurdular) işarə edib.
    311
    İmam Əli əleyhis-salam oğlu Məhəmməd ibn Hənə¬fiyyəyə (fəqirlik və yoxsulluğun məzəmmətində) buyurmuşdur:
    Ey oğlum! Sənin üçün yoxsulluqdan qorxuram (ki, məbada yoxsulluq ucbatından camaata tamah əli açaraq Allahın verdiyinə razı olmayasan). Buna görə də ondan (onun şərindən) Allaha pənah apar ki, yoxsulluq dində məğlubiyyət və nöqsan yeridir. (Çünki yoxsulluq insanı xəyanətə, yalan danışmağa, alçaqlığa və haqqa kömək göstərməməyə vadar edə bilər və bunlar dində nöqsandır.) Həmçinin ağlın sərgərdanlıq yeridir (çünki səbrsiz yoxsul düz yolu itirər və görəcəyi iş barəsində ağlı çaş-baş, düşüncəsi sərgərdan qalar). O həm də düşmənçiliyə səbəb olar.(Çünki xalq belə yoxsulla düşmənçilik edir və ondan uzaqlaşır. Yaxud xəyanət və yalançılıq kimi xoşagəlməz əməllərinə görə Allah onunla düşmən olur, yəni, rəhm və mərhəmətindən məhrum edir. Yaxud da həsəd və paxıllıq səbəbindən o, xalqın düşməni olur və dost və ya yad olmasından asılı olmayaraq hamıya qəzəblənir. Hədislərdə yoxsulluq və varlılıq həm təriflənib, həm də pislənib və onların heç biri digəri ilə ziddiyyət təşkil etmir. Çünki onların yerləri müxtəlifdir. )
    312
    İmam Əli əleyhis-salam (sınaq və imtahan etmək məqsədi ilə) o Həzrətdən çətin və ağır bir sual soruşmuş şəxsə (bilən şəxsdən sual soruşmaq üsulu barəsində) buyurmuşdur:
    Çətinliyə salmaq üçün deyil, başa düşmək və öyrənmək üçün soruş. Çünki elm öyrənən nadan, alimə oxşayır (çünki elm əldə etməyə hazırlaşıb və düz yola ayaq basıb). Azğınlığa qədəm basan (başqasına qalib gəlmək və üstünlük əldə etmək istəyən) alim isə nadana bənzəyir (çünki o da nadan kimi layiq olmadığı şeyi tələb edir).
    313
    İmam Əli əleyhis-salam Abdullah ibn Abbas o Həzrətə nəzəri ilə uyğun olmayan məsləhət verən zaman (insanın öz imamına tabe olması barəsində) buyurmuşdur:
    Sən gərək (məsləhət yolu ilə) məni istiqamətləndirəsən və mən öz nəzər və düşüncəm ilə ona baxam. Amma əgər (sənin məsləhətinin səhv olmasını bilib) sənə tabe olmasam, sən mənə tabe ol.(Çünki mən hər bir işin xeyir və ziyanını başqalarından daha yaxşı bilirəm və fikir və düşüncəm səhvə düçar olmur. Deyirlər ki: Həzrət zahiri xilafətdə olanda İbn Abbas belə məsləhət gördü ki, İmam əleyhis-salam ürəkləri ələ almaq üçün Şam hökumətini Müaviyəyə, Bəsrəni Təlhəyə və Kufəni Zübeyrə həvalə etsin. O Həzrət isə razı olmadı və buyurdu: Dini başqasının dünyasına görə məhv etməkdən Allaha pənah aparıram. Bundan sonra isə yuxarıdakı kəlamı xatırlatdı. )
    314
    Nəql edilib ki, İmam Əli əleyhis-salam Siffeyndən (müharibədən) qayıdıb Kufəyə gələn zaman (ərəb qəbilələrindən biri olan) Şəbamiyyinin yanından keçəndə arvadların Sif¬feyn (müharibəsinin) ölülərinə ağlamalarını eşitdi. Öz qəbiləsinin böyüklərindən olan Hərb ibn Şərhəbil Şəbamı Həzrətin yanına gəldi. İmam Əli əleyhis-salam (arvadların müharibə zamanı şivən qoparmalarının məzəmmətində) ona belə buyurdu:
    Arvadlarınız eşitdiyim bu ağlamaqları ilə sizə ağalıq edirlər? Onların bu nalə və fəryadlarının qarşısını almırsınız? (Gərək bunun qarşısını alasınız. Çünki belə bir vəziyyətdə onların ağlayaraq nalə etmələri kişilərin müharibədən qorxmalarına səbəb və onların döyüşə getmələrinə mane olur.)
    Hərb istədi ki, minikdə olan o Həzrətin yanı ilə piyada getsin. İmam əleyhis-salam (cah-cəlal sevməyin ziyanı barəsində) ona buyurdu: Qayıt! Sənin kimisinin mənim kimisi ilə piyada gəlməyi hakim üçün bəla və çətinlik, mömin üçün isə zillət və xarlıqdır. (Hakim üçün ona görə bəla və çətinlikdir ki, bu iş ona ilahi əzab və cəzaya səbəb olan qürur və təkəbbürlülük gətirir. Möminin də bir miniyin yanı ilə piyada getməsi xarlıqdır. Çətinlik və bəlaya, eləcə də xarlığa səbəb olan hər bir şeyi tərk etmək isə vacibdir.)
    315
    İmam Əli əleyhis-salam Nəhrəvan müharibəsində Xəvaricin ölülərinin yanından keçən zaman (onların məzəmmətində belə) buyurdu:
    Çəkin cəzanızı ki, sizi aldadan kəs ziyan vurdu sizə! Dedilər: Ey Əmirəl-möminin, kim aldatdı onları? Buyurdu: Azdıran şeytan və pisliyə əmr edən nəfslər. Pisliyə əmr edən nəfs onları arzularla aldatdı, onlara itaətsizlik yolunu açdı və (müharibədə) qələbə qazanmağı vəd etdi onlara. Beləliklə, onları çətinliklə oda atdı (əbədi əzaba düçar etdi).
    316
    İmam Əli əleyhis-salam (günahlardan uzaq olmağa həvəs¬ləndirərək) buyurmuşdur:
    Xəlvətlərdə (də) Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür. (Əgər gizlində günah edilsə və şahid olmasa Allah həm şahiddir, həm də hökm edən. Hökm edən özü şahid olanda isə onun başqalarının şahidliyinə ehtiyacı olmur.)
    317
    Məhəmməd ibn Əbu Bəkrin (Allah ondan razı olsun) (Misirdə Müaviyənin qoşununun əli ilə) öldürülməsi xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun üçün təəssüflənmək və kədərlənmək barəsində belə) buyurdu:
    Bizim onun üçün olan kədərimiz onların ona görə (onun öldürülməsinə görə) olan sevincləri miqdarındadır. (Onun barəsində bizim kədərimizin və onların sevinclərinin çoxluğu bərabərdir.) Amma (bizimlə onlar arasındakı fərq budur ki,) onlar bir düşməni azaltdılar, biz isə bir dostu əldən verdik.
    318
    İmam Əli əleyhis-salam (bəhanəni qəbul etmək barəsində) buyurmuşdur:
    Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır.(Əgər insan altmış yaşından qabaq nəfsi istəklərin ona qalib gəlməsi və cismani qüvvələrin ağılına hakim olması barəsində bəhanə gətirsə üzrlü sayılar. Amma altmış yaşından, qüvvələrini əldən verdikdən və əcələ yaxınlaşandan sonra yenə də nəfsi istəklərə tabe olsa üzrü qəbul edilməz. )
    319
    İmam Əli əleyhis-salam (Allahdan başqasının yolunda qələbə qazanmağın məzəmmətində) buyurmuşdur:
    Günahın qalib gəldiyi kəs zəfər çalmayıb. (Allah itaətindən ayrı yerdə qələbə qazanmış kəs, nəfsi istəyə və şeytana tabedir və əslində günah ona qalib gəlib.) Pisliklə (günahla) qabağa gedən kəs (əslində) məğlub olub. (Çünki o, ən pis düşmən olan nəfsi istəyə məğlub olub və düşmənlərin ən pisinin əlində əsir olan kəs qələbə qazanmayıb.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 546 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024