İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    320
    İmam Əli əleyhis-salam (zəkat verməyə təşviq edərək) bu¬yurmuşdur:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıların mallarında yoxsulların ruzilərini vacib edib. Buna görə də varlı ondan (onun öz haqqını) əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah (Qiyamət günü) onları bu işə görə sorğu-sual edəcəkdir.
    321
    İmam Əli əleyhis-salam (bəhanə gətirməməyin tərifində) bu¬yur¬muşdur:
    Üzr və bəhanə gətirməyə ehtiyacsızlıq, onun (üzr və bəhanənin) düzgün və yerində olmasından daha şərafətlidir.(Bəhanə gətirməyə ehtiyacının olmaması çərçivəsində davranmağın, onu gətirməyə məcbur olmağından daha yaxşıdır, hətta düz desən və bəhanən yerində qəbul olunsa belə. Çünki bəhanə və üzr gətirmək bir növ zillət və xarlıqdır. )
    322
    İmam Əli əleyhis-salam (günahdan uzaq olmaq barəsində) buyurmuşdur:
    Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən (qəzəbinə səbəb olmamaq üçün) Onun nemət¬lərindən kömək istəməməyinizdir.(Çünki Onun nemət verdiyi hər bir kəsə vacibdir ki, onları itaət və bəndəlik yolunda sərf etsin və bununla da şükr etmiş olsun və nəticədə ona verilən nemət artırılsın. Əgər bu himmətə malik olmasa, ən azı, gərək onları günah və itaətsizlik yolunda deyil, halal olan və icazə verilmiş yerlərdə sərf etsin. )
    323
    İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq edənlərin mə¬zəmmətində) buyurmuşdur:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, acizlər (itaətdə acizlər kimi başısoyuqluq edənlər) səhlənkarlıq edən zaman itaəti zirək və gözüaçıqların (yaxşı işlər görən ağıllıların) qənimət və mənfəəti edib. (Onların səhlənkarlıqları müqabilində ağıllıların çalışqanlığı mənfəət və qazancdır.)
    324
    İmam Əli əleyhis-salam (padşahlar barəsində) bu¬yur¬muşdur:
    Padşahlar Allahın yer üzərindəki gözətçiləridirlər (ki, insanların bir-birlərinə ziyan vurmalarının və pislik etmələrinin qarşısını alırlar).(Əsas mətndəki «السُّلْطانُ» «əs-sultan» kəlməsində olan «əlif-lam» artikli cinsiyyət artiklidir ki, bütün padşahlara şamil olur. Onun xəbərini ona görə «وَزَعَة» «vəzəət» gətirib ki, o, «وازِع» «vaze’»nin cəmidir və hakim və gözətçi mənasındadır. )
    325
    İmam Əli əleyhis-salam möminin vəsfində bu¬yur¬muşdur:
    Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir (çətinliklər zamanı səbri qədərsizdir); nəfsi hər şeydən xardır (təvazökarlığı çoxdur); itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir. (İşin sonu barəsindəki) kədəri uzun, (layiqli işlərdəki) səy və təlaşı yüksəkdir. (Fikir və düşüncə nəticəsində) dinməzliyi çox, vaxtı (itaət və bəndəliyə) məşğul, (Allahın nemətlərinə) şükr edən və (bəla və çətinliklərdə) çox səbrlidir. Öz fikir və düşüncəsində (bəndəlik və işin sonu barəsində təfəkkürə) qərq olub, öz istəyində (başqasından bir şey istəməkdə) simiclik edir (ehtiyacını heç kəsə bildirmir), xasiyyəti yumşaq, təbiəti mülayimdir (təkəbbürlü, məğrur və başqalarını incidən deyil). O, quldan xar (hamıya qarşı çox təvazökar) olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir (din yolunda şücaətlidir).
    326
    İmam Əli əleyhis-salam (başqalarının malında gözü olmamaq barəsində) buyurmuşdur:
    Ən böyük zənginlik xalqın əlində olan şeylərdə (var-dövlətdə) gözü olmamaqdır. (Çünki başqalarının malında gözü olmayan kəs varlılar kimi rifah və asayişdədir.)
    327
    İmam Əli əleyhis-salam (vədə vəfa etmək barəsində) buyurmuşdur:
    Bir şey istənilən şəxs, vədə verməyincə azaddır (istəsə edər, istəməsə etməz).(Vədə verəndən sonra isə azad deyil və gərək vədinə vəfa etsin, istənilən şeyi yerinə yetirsin. Bu kəlamla bundan qabaqkı kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onların hər ikisini İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.)
    328
    İmam Əli əleyhis-salam (arzu barəsində) buyurmuşdur:
    Əgər bəndə (bəsirət gözü ilə) ömrün müddətinə və onun rəftarına (onu yoxluq və faniliyə çəkməsinə) baxsa, arzuya və onun aldatmalarına nifrət bəsləyər (ondan uzaqlaşar və fikrini onunla məşğul etməz).
    329
    İmam Əli əleyhis-salam (var-dövlət barəsində) buyur¬muş¬dur:
    Hər bir kəsin malında iki şəriki var: biri irs aparan, digəri isə hadisələr (bəla və müsibətlər. Buna görə də ağıllı adam elə bir iş görər ki, onun payı o iki şərikindən az olmasın).
    330
    İmam Əli əleyhis-salam (Allahdan istəmək barəsində) bu¬yurmuşdur:
    İtaət və bəndəliyi olmadan (Allahdan) bir şey istəyən, kamanının yayı olmayan ox atan kimidir (ki, oxu hədəfə çatmaz).(Deməli, əməli olmadan Allahı çağıran adamın istəyi rəva olmaz. Çünki əməli olmayan və vacib əməlləri yerinə yetirməyən kəs fasiqdir və Allah, fasiqin duasını qəbul etməz.)
    331
    İmam Əli əleyhis-salam (elm barəsində) buyurmuşdur:
    Elm iki növdür: biri fitri (nişanələri əməldə aşkar) olan elm, digəri isə (öyrənmək və mütaliə ilə olan) eşidilmə elm. Eşidilmə elm fitri olmayınca fayda verməz (insanı elmin həqiqətlərinə çatdıraraq xoşbəxt etməz).
    332
    İmam Əli əleyhis-salam (fikir barəsində) buyurmuşdur:
    Düzgün fikir dövlət, üstünlük və sərvətə bağlıdır. Onların gəlməsi ilə gəlir və onların getməsi ilə gedir.(Bəxt ilə dövlət hər kimə yar olsa, hər nə fikirləşsə düz gələr və düşüncə oxları istədiyi hədəfə dəyər. Amma onlar insandan üz döndərsələr fikirləşdiyi hər bir şey səhv çıxar və insanların ən ağıllısı olsa belə, istədiyinin əks nəticəsini verər. )
    333
    İmam Əli əleyhis-salam (yoxsulluq və varlılıq barəsində) buyurmuşdur:
    Yoxsulluğun zinəti abır-ismətdir. Varlılığın zinəti isə şükrdür.(Günah etməyən və xalqa əl açmayan yoxsulu hamı tərifləyər və o, payını tez tapar. Xalq şükr edən varlının xeyirxahı olar və bu, Allahın nemətinin artmasına səbəb olar.)
    334
    İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:
    Ədalət (qiyamət) günü zalıma məzluma zülm edilmiş gündən daha ağırdır. (Bu məsələnin şərhi 233-cü kəlamda keçdi.)
    335
    İmam Əli əleyhis-salam (bəyənilən işlərə təşviq edib nalayiq işlərdən çəkindirərək) buyurmuşdur:
    Sözlər qorunub (mələklər onları əməl səhifələrinə qeyd edirlər),(Necə ki, Qur’ani-Kərimin Qaf surəsinin 18-ci ayəsində buyurulur: «مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ» «Dediyi hər sözün (və ya sözü deyənin) yanında («rəqib» və «ətid», yəni,) hazır durub gözləyən (iki mələk) vardır (ki, onlar xeyir və şər əməlləri yazmağa məmurdurlar).») gizli sirlər aşkar olub(Necə ki, Qur’ani-Kərimin Tariq surəsinin 9-cu ayəsində buyurulur: «يَوْمَ تُبْلَى السَّرَائِرُ» «bütün sirlərin aşkar olacağı o qiyamət günü...» )və (Muddəsir surəsinin 38-ci ayəsində buyurulur:) «كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ» «Hər kəs öz əməlinin girovudur (onun cəzasına çatacaq).» İnsanlar – Allahın qoruduğu (eyb və nöqsandan saxlayıb zinətləndirdiyi) kimsədən başqa – (inkişafda) naqis və (ağıldan) eyblidirlər. (Çünki) sual soruşanları insanı çətinliyə salıb incitmək istəyir, cavab verənləri (heç bir cavabda geri qalmamaq üçün) çətinliyi qəbul edir. Onların fikiri daha düz olanını da sevinc və qəzəb tez gözəl fikrindən döndərir.(Kimdənsə və ya nədənsə sevinəndə, yaxud qəzəblənəndə gözəl fikrini işlətməz; sevincinə səbəb olan şeyin eybinə göz yumar və qəzəbləndiyi şeydə eyb tutar. ) Ağlı onlardan möhkəm olan kəsə də gözucu bir baxış tez ziyan vurar (ağılın hökmünə zidd davranaraq hörmətini itirər) və bir kəlmə onu bir haldan digər hala salar (deyilən bir söz nəticəsində qəzəblənərək xoşagəlməz iş görər).
    336
    İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:
    Ey camaat! Allahdan qorxun (dünyaya və onun malına ürək bağlamayın). Nə çox adam ki, çatmayacağı şeyi arzulayır, yaşamayacağı binanı tikir, tezliklə tərk edəcəyi sərvəti toplayır və bəlkə də onu əyriliklə (əyri yol ilə) toplayıb və haqqın qarşısını alıb, (yəni,) ona haram yol ilə çatıb və ona görə günahların yükü altına girib. Beləliklə, (qiyamətdə) onun ağır yükü ilə qayıdacaq və (hesab və araşdırma zamanı) Rəbbinin hüzuruna həsrət və kədərlə gələcək. O, (belə bir şəxs Qur'ani-Kərimin Həcc surəsinin 11-ci ayəsində buyurulduğu kimi) «خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ» «Həm dünyada, həm də axirətdə ziyana uğrayıb.(Onun dünya ziyanı budur ki, ondan bəhrələnməmiş ölüm onu oğurlayıb. Axirət ziyanı isə onun dünyada əbədi xoşbəxtliyə səbəb olan bir iş görməməsidir. ) Bu (hamıya) aşkar olan bir ziyandır.»
    337
    İmam Əli əleyhis-salam (günahdan kənar qalanlar barəsində) buyurmuşdur:
    Günahlara (onun edilməsinə) əli çatmamaq paklıqdandır (paklığa səbəb olan amillərdəndir).(Çünki insanın əli günaha çatmasa, o, ondan amanda qalmaq məcburiyyətində qalar və yavaş-yavaş günah etməmək onun adətinə çevrilərək ruhuna nüfuz edər. Burada paklıq və ismətdən məqsəd elə həmin adət və vərdişdir. )
    338
    İmam Əli əleyhis-salam (abır barəsində) buyurmuşdur:
    Abrın donmuş haldadır (qorunur). Ağız açmaq və istəmək onun damcılarıdır (onu tökür). Onu kimin yanında tökməyinə diqqət et. (Alçaq adamlardan bir şey istəmə. Çünki onlar istəyini yerinə yetirməsələr xəcalət çəkəcəksən, amma yerinə yetirsələr sənin həmişə qarşılarında əyilməyini istəyəcəklər.)
    339
    İmam Əli əleyhis-salam (yaltaqlıq barəsində) buyurmuşdur:
    (Birini) layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır (və ikiüzlülük nişanəsidir). Layiq olduğundan az tərifləmək isə acizlik (danışmaqda bacarıqsızlıq) və ya (ona) paxıllıqdır. (Deməli, ədalət və bərabərlik hər bir kəsi layiq olduğu qədər tərifləməyimiz və məqam və dərəcəsini həmin miqdarda üzə çıxarmağımızdır.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 684 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024